Məhkəmə qərarları › İş №2-2(102)-228/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-228/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-228/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının İddiaçı “X” ASC-nin Cavabdeh1 MMC, "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: işin kassasiya baxışından çıxarılması 20.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı “X” ASC-nin Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair işlə bağlı Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2-2(103)-1299/2021 nömrəli iş üzrə 1 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən ve rilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ İddiaçı “X” ASC cavabdehlər Cavabdeh1 MMC və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddiaya əlavə verərək 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711503,20 manat əsas borcun, 120129,70 manat cərimə, cəmi 831632,90 manat və 30 manat dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçı “X” ASC-yə ödənilməsi, 2020-ci il 17 fevral tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə 200000 manatın, 20000 manat məbləğində cərimənin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı X ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-377/2021 saylı 2021-ci il 18 avqust tarixli qətnaməsi ilə iddi a qismən təmin edilmiş, 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 MMC-dən 711503,20 manat əsas borc, 12471,23 manat cərimə, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat, cəmi 724000 manat məbləğində pul və 2020-ci il 17 fevral tarixli 140356,20,1 nömrəli zaminlik müqaviləsi üzrə cavabdeh "xxxx" MMC-dən 711503,20 manat məbləğində əsas borcun 200.000 manat hissəsi, bununla yanaşı 2000 manat məbləğində cərimə tutularaq iddiaçı X ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin cavabdeh "xxxx" MMC-yə aid hissədə rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya kollegiyasının 2021-ci il 1 dekabr tarixli qətnaməsi ilə apellyasiya şikayəti qism ən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, 2020-ci il 1 fevral tarixli O000708459 nömrəli alqı-satqı müqaviləsi üzrə 711503,20 manat əsas borcun 200.000 manat hissəsi və 12471,23 manat cərimə borcunun 2000 manat hissəsi, dövlət rüsumu kimi ödənilmiş 25,57 manat Cavabdeh1 MMC-dən və cavabdeh "xxxx" MMC-dən müştərək qaydada, əsas borc və cərimə borcunun qalan hissəsi Cavabdeh1 MMC-dən tutularaq iddiaçı “X” ASC-yə ödənilməsi qət edilmişdir (hakimlər Vüsalə Baxışova (sədrlik edən və məruzəçi), Raqib Qurbanov, Cahangir Yusifov). Cavabdeh "xxxx" MMC həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin iddianın cavabdeh ‘‘Azsement Bakı’’ MMC-yə aid təmin edilmiş hissədə ləğv edilməsini və həmin hissədə işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndə rilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)-1299/2021 nömrəli iş üzrə 2021-ci il 1 dekabr tarixli qətnaməsindən cavabdeh ‘‘Azsement Bakı’’ MMC tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2022-ci il 5 mart tarixli qərardadı ilə icraata qəbul edimişdir. Bakı Apellyasiya Məhkəməsinin Ali Məhkəməyə ünvanlanmış 2022-ci il 12 aprel tarixli məktubunda hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin 2(103)-1299/2021 nömrəli 2021-ci il 1 dekabr tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən də kassasiya şikayəti verildiyindən, Cavabdeh1 MMC-nin kassasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)-1299/2021 nömrəli iş üzrə 2021-ci il 1 dekabr tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2022-ci il 5 mart tarixli qərardadı ləğv edilməli, qətnamədən digər cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin Azərba ycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də iş kassasiya baxışından çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2(103)1299/2021 nömrəli iş üzrə 2021-ci il 1 dekabr tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 2022-ci il 5 mart tarixli qərardadı ləğv edilsin. 2-2(102)-228/2022 saylı kommersiya mübahisəsi üzrə iş kassasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kolle giyasının 2(103)-1299/2021 nömrəli iş üzrə 2021-ci il 1 dekabr tarixli qətnaməsindən Cavabdeh1 MMC-nin verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün kommersiya mübahisəsi üzrə iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov B.F.Qəribov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar