Məhkəmə qərarları › İş №2-2(102)-229/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-229/2025

21.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-229/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi üzrə öhdəliyin icra edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 dekabr tarixli 2- 2(104)-213/2024 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Tərəfl ər arasında 2020-ci il 13 mart və 2021-ci il 2 aprel tarixli beton alqı-satqısı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə və onlara 1 saylı əlavəyə əsasən “X3” MMC Cavabdeh MMC-yə pompa və çatdırılma daxil satış qiyməti manatla (ƏDV xaric) beton məhsulunu satmağı, alıcı isə malın müqabilində nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdəsinə götürmüşdür.

2. Hər iki müqavilənin 3.7-ci bəndində təsbit edilmişdir ki, mal təhvil verilərkən tərəflər xüsusi hazırlanmış təhvil-təslim aktı imzalayırlar.

3. Tərəflər arasında bağlanmış 2021-ci il 6 dekabr tarixli sement alqı-satqısı müqaviləsinə və ona 1 saylı əlavəyə əsasən satıcı “X3” MMC Cavabdeh MMC-yə sement növlərini satmağı, alıcı isə həmin sement növlərinin dəyərini müqaviləyə 1 saylı əlavə ilə müəyyənləşdirilmiş məbləğində satıcıya ödəmə yi öhdəsinə götürmüşdür.

4. Hazırda satıcı alıcıya göndərdiyi 78 ədəd elektron qaimə-fakturalara (cavabdeh tərəfindən qəbul edilmir) istinadla bildirir ki, alıcının birinci beton alqı-satqı müqaviləsi üzrə 24.450,19 manat (ƏDV daxil), ikinci üzrə 58.836,57 manat (ƏDV daxil) borcu qalmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 16 fevral tarixində iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-dən (bundan sonra – “cavabdeh”) 151.114,75 manat (ƏDV daxil) qalıq borc və müqavilələr üzrə hesablanmış 7.555,73 manat cərimə olmaqla cəmi 158.670,48 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək öz istehsalı olan müxtəlif növdə sement və betonu cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq aldığı malların dəyərini tam olaraq ödəməmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, tərəflər arasında beton və sement alqı-satqı müqavilələri bağlansa da, icrasız qalmış, tərəflərindən satıcıya müqaviləyə uyğun olaraq heç bir sifariş verilməmiş, mal qəbul edilməmişdir. Buna baxmayaraq satıcı tərəfindən 2020-ci il 4 may tarixindən 2021-ci il 31 dekabr tarixinədək alıcıya elektron qaimə-faktura göndərilərək ƏDV da xil cəmi 154.237 manat pul tələb edilmişdir. Həmin dövrdə cəmiyyətdə mühasib işləmiş şəxsin işə məsuliyyətsiz yanaşması səbəbindən qaimə-fakturalar geri qaytarılmamışdır. Bu səbəbdən də həmin elektron qaimə-fakturalar proqram təminatı tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəf məhkəməyə elektron qaimə-fakturalardan və özünün tərtib etdiyi arayışdan başqa heç bir sübut təqdim edə bilməmişdir. İşə əlavə edilmiş qaimələrin təhlilinə əsasən həmin qaimələrdə göstərilmiş beton və sement məhsullarının alıcı tərəfindən alınmasına dair hər hansı təsdiqedici sənəd yoxdur. İddiaçının iş materiallarına əlavə etdiyi qaimələrdə yük kifayət qədər böyük yükdür. Bu həcmdə yük hansı nəqliyyat vasitəsilə daşınmışdır, yol vərəqəsi, təhvil aktı və s. sübutları məhkəməyə iddiaçı təqdim etməlidir. Odur ki, iddi anın rədd edilməsini xahiş etmişdir.

8. Gəncə Kommersiya Məhkəməsinin 2024-cü il 23 avqust tarixli e-2-2(115)552/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək tərəflər arasında bağlanmış 2021-ci il 6 dekabr tarixli sement alqı-satqı müqaviləsi üzrə 67.828 manat (ƏDV daxil) əsas borc, 1.000 manat cərimə olmaqla 68.828,48 manatın və ödənilmiş 296,48 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim: G.Quliyeva).

9. Məhkəmə tərəflər arasında 2021-ci il 6 dekabr tarixində bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi ilə bağlı yaranmış borcun ödənilməsinə dair iddia tələbinə münasibət qeyd etmişdir ki, müqavilə üzrə alıcıya 23 ədəd 67.828 manat dəyərində elektron qaimə göndərilmiş, həmin elektron qaimələr alıcı tərə findən təsdiq edilmişdir. Həmçinin iddiaçı həmin qaimələr üzrə malların təhvil-təslim aktlarını məhkəməyə təqdim etmişdir. Həmin aktlarda qaimələrin nömrəsi və sement məhsulunun adı, çəkisi və miqdarı əks olunmaqla təhvil verən və təhvil alan tərəfindən imzalanmışdır. Belə ki, sement məhsulunun cavabdehə təhvil verilməsi təsdiq olunduğu üçün iddia tələbi bu hissədə əsaslıdır.

10. Məhkəmə betonun alqı-satqı müqavilələri üzrə borcun tutulması ilə bağlı iddia tələbinə münasibətdə bildirmişdir ki, bu müqavilələr üzrə iddiaçı tərəf yalnız məhkəməyə elektron qaimələri təqdim etmişdir ki, həmin qaimələrdə qeyd olunan betonun alıcıya təhvil verilməsi digər hər hansı sübutla təsdiq olunmur. Ona görə də iddia tələbi bu hissədə təmin olunmamalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 600.1-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin olunmamış hissəsində ləğv edilərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın təmin olunmuş hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 dekabr tarixli 2-2(104)-213/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək birin ci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Əli – sədrlik edən və məruzəçi, Ş.Rzaquliyev və İ.Həsənov).

15. Birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin beton məhsulu tez xarab olduğuna görə və məhsulun verilməsində operativlik tələb olunduğundan daha çevik üsuldan - elektron qaiməfakturanın təqdim olunmasından istifadə olunması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında işgüzar münasibətlərin bu cür təşəkkül tapması bildirilsə də, sement məhsulunun alqı-satqı müqaviləsi üzrə cavabdehə təhvil verilən zaman malların təhvil-təslim aktlarının tərtib edildiyi iş materialları ilə öz təsdiqini tapmışdır.

16. Göründüyü kimi iddiaçı beton məhsulu üzrə təhvil-təslim aktlarını n tərtib edilməməsinin tərəflər arasında qarşılıqlı işgüzar münasibətlərin bu şəkildə təşəkkül tapmış olması ilə əsaslandırsa da, digər yandan tərəflər arasında bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə həmin məhsulun təhvil verilməsi təhvil-təslim aktları əsasında həyata keçirilmişdir. Bu hal isə apellyasiya şikayətində qeyd olunan arqumentin əsassız olmasını bir daha təsdiq etmişdir.

17. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Mülki Məcəllənin 385.1, 567 və 600.1-ci maddələri üzrə - İddiaçı 2020-ci il 13 mart tarixli beton alqı-satqı müqaviləsi üzrə 24.450,19 manat (ƏDV daxil), 2021-ci il 2 aprel tarixli beton alqı-satqı müqaviləsi üzrə 58.836,57 manat (ƏDV daxil) həcmində öz istehsalı olan məhsulları cavabdehə satmışdır. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını və beton məhsullarının cavabdehə verilməsi barədə işdə olan sübutları nəzərə almamış, beləliklə, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək hüquq normasının pozuntusuna yol vermişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının 3.1-3.4-cü bəndləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiy asının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı üzə - tərəflər arasında bağlanmış hər iki beton alqı-satqı müqavilələri üzrə iddiaçı malları tam şəkildə cavabdehə təhvil vermiş, bununla bağlı ona elektron qaimə-faktura(lar) göndərmişdir. Nəzərə alınmalıdır ki, beton məhsulu tez xarab olduğuna görə və məhsulun verilməsində operativlik tələb olunduğundan daha çevik üsuldan - elektron qaimə-fakturanın təqdim olunmasından istifadə olunmuşdur (tərəflər arasında qarşılıqlı işgüzür münasibətlər bu şəkildə təşəkkül tapmışdır). Yəni müqavilədə qeyd olunmuş formal tələblərə (təhvil-təslim aktının imzalanması) riayət olunmasına ehtiyac olmamışdır.

20. Cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən təqdim olunmuş elektron qaiməfakturaların heç birinə nə etiraz etməmiş, nə də qaimə-fakturanı düzəliş üçün cavabdehə geri qaytarmamışdır. Bununla da cavabdeh malların, həqiqətən, ona təhvil verildiyini təsdiq etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi elektron qaimə-fakturalardan əlavə tərəflər arasında əvvəllər yaranmış qarşılıqlı işgüzar münasibətləri və işin digər hallarını nəzərə almamış, nəticədə maddi hüquq normasının tələbini tətbiq etməməklə bir daha hüquq normasının pozuntusuna yol vermişdir.

21. MPM-in 9.3 və 14.2-ci maddələri üzrə - apellyasiya instansiyası məhkəməsi iddiaçının məhkəməyə təqdim etmiş olduğu sübutları araşdırmamış və onlardan istifadə etməmişdir. Halbuki qeyd olunduğu kimi iddiaçı cavabdehə müxtəlif tarixlərdə beton məhsulları vermiş v ə bununla bağlı ona elektron-qaimə fakturalar təqdim etmişdir. Lakin cavabdeh ona təqdim olunmuş e-qaimələrə etiraz bildirməmiş, qaimələri ləğv etməmiş, o cümlədən düzəliş üçün geri qaytarmamışdır. Əgər beton məhsulları cavabdehə verilməsəydi, o, ən azından qaimə-fakturalara münasibət bildirərdi, yəni e-qaiməni ləğv edər, ona etirazını bildirər və ya düzəliş üçün geri qaytarardı. Lakin cavabdehin bunu etməməsi ona dəlalət edir ki, o, həqiqətən, beton məhsullarını cavabdehdən təhvil almış və istifadə etmişdir.

22. MPM-in 88-ci maddəsi və “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2004-cü il 28 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarı üzrə - məhkəmə yalnız özünun subyektiv mülahizəsinə əsaslanaraq qiymətləndirmə aparmışdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamış, nəticədə maddi hüquq normasından əlavə, prosessual hüquq normasının pozuntusuna yol verməklə iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi mövcud olan sübutlara düzgün qiymət verərək iş üzrə doğru nəticəyə gəlmişdir. Ona görə də hazırkı kassasiya şikayətinin dəlilləri əsassız və formal olduğundan təmin olunmamasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

24. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq həmin hissədə yoxlanılacaqdır.

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərba ycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”.

27. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.

2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. Kassasiya şikayətində qeyd olunmuş məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verildiyi üçün məhkəmə kollegiyası bu qənaətlə razılaşır.

31. Bununla belə məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsində satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Normanın məzmunundan da görünür ki, əşyanın alıcının mülkiyyətinə keçməsi məqamı ilk növbədə onun həmin əşyanı qəbul etməsi ilə şərtləşdirilmişdir. Yəni əşyanı qəbul etməyən alıcı onun mülkiyyətçisi hesab oluna bilməz.

32. Hazırkı işdə də tərəflər arasında yaranmış mübahisə üzrə doğru nəticəyə gəlmək üçün satıcı tərəfindən verilmiş betonun alıcı tərəfindən qəbul edilib-edilməməsi, yəni alıcının mülkiyyətinə keçib-keçməməsi ilə bağlı məsələ müəyyənləşdirilməlidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 56 7-ci maddəsinin tətbiqinin doğruluğunun yoxlanılması üçün tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, eləcə də onlar arasında formalaşmış işgüzar münasibətlərə diqqət yetirmək lazımdır.

33. Belə ki, tərəflər arasında 2021-ci il 2 aprel tarixində bağlanmış beton alqı-satqı müqaviləsinin 3.7-ci bəndində qeyd olunmuşdur ki, mal təhvil verilərkən tərəflər xüsusi hazırlanmış təhvil-təslim aktını imzalayırlar. Həmçinin həmin müqavilə əsasında imzalanmış 1 saylı Əlavənin 2.5-ci bəndində təsbit olunmuşdur ki, malın təhvil-təslimi tikintinin aparıldığı yerdə həyata keçirilir və bu barədə tərəflər arasında təhvil-təslim aktı tərtib olunaraq hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq təsdiqlənir. Göründüyü kimi alıcı tərəfindən malın qəbul olunmuş hesab edilməsi üçün tərə flər arasında təhvil-təslim aktı imzalanmalıdır.

34. Bundan başqa tərəflər arasında 2021-ci il 6 dekabr tarixində bağlanmış sement məhsulunun alqı-satqı müqaviləsi üzrə sement məhsulları cavabdehə təhvil verilən zaman malların təhvil-təslim aktlarının tərtib edildiyi iş materialları ilə öz təsdiqini tapmışdır.

35. Kassator isə öz şikayətində müqavilənin bu şərtlərini formal hesab edərək işgüzar münasibətlərin təkcə elektron qaimə-fakturaların verilməsi ilə formalaşmasını əsas gətirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassator bu dəlilini yalnız formal mülahizələri ilə əsaslandırmış, hər hansı tutarlı sübut (daha əvvəl də yalnız elektron qaimə-fakturaların təqdim olunması və s.) təqdim etməmişdir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmçinin müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur (Mülki Məcəllənin 390.1 və 399.1-ci maddələrinə əsasən). Hazırkı iş materiallarından görünür ki, tərəflər azad surətdə həm sement, həm də betonun alqı-satqısı ilə bağlı müqavilələr imzalamış, sement məhsulunun alıcı tərəfindən qəbulu ilə bağlı müqavilə şərtlərinə əməl olunmuş, lakin beton məhsulunun qəbulunu şərtləndirən müqavilə tələblərinə riayət olunmamışdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyə əsasən qüvvəyə minmiş müqavilənin tələbləri tərəflər üçün məcburi xarakter daşıyır. Ona görə də həmin tələbləri formal adlandıraraq onlara əməl edilməməsi yolverilməzdir.

37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam araşdırıl maması və sübutlara düzgün qiymət verilməməsi barədə dəlillər də əsassızdır.

38. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən iş in hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenum unun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).

40. Həmçinin məhkəmə kollegiyasının hazırkı mövqeyi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazın dəlillərini də əhatə etdiyindən onların əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

42. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellya siya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 4 dekabr tarixli 2-2(104)-213/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar