Məhkəmə qərarları › İş №2-2(102)-23/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-23/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-23/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Iddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə (Açar söz: pul tələbi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiаçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqların qeydə alınması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassas iya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 25.02.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı QSC Bank olmayan Kredit Təşkilatın cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mənzil Tikinti Kooperativindən 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750,00 ABŞ dolları, fazi borcu 2.380.007,60 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdeh cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və cavabdeh Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o c ümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və cavabdeh Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRXnin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, iddiaçı ASC-nə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında idd iaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı iddiaçı ASC-nin cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 11 may 2017-ci il tarixli, *** saylı təhvil-təslim aktı əsasında iddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Akta əsasən cavabdeh "cavabdeh” Mənzil Tikinti Kooperativinin təhvil-təslim olunan tarixə iddiaçı ASC-nə, cəmi 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750.00 ABŞ dolları, faiz borcu 2.380.007.60 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə iddiaçı ASC arasında 2008-ci il ərzində bağlanmış kredit müqaviləsinə əsasən yaranmışdır. 12 iyun 2017-ci il tarixə cavabdeh "cavabdeh” Mənzil Tikinti Kooperativinin qeyd olunan kredit müqaviləsi üzrə cəmi borcu 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750,00 ABŞ dolları; faiz borcu 2.380.007,60 ABŞ dolları) təşkil edir. Cavabdeh cavabdeh Mənzil Tikinti Kooperativi ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun iddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus daşınar və daşınmaz əmlaklara, bank hesabındakı pul vəsaitlərinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların, bank hesabındakı pul vəsaitlərinin iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilən əmlak ünvanında yerləşən ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsidir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-2(82)24/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Mənzil Tikinti Kooperativindən 3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.380.007.60 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan manatına məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, cavabdeh Mənzil Tikinti Kooperativindən 145 manat ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN*******, AZ*******, Dövlət Xəzinadarlığı Agentliyi, KOD ******* VÖEN *******, Müxbir hesab AZ ******* SW** * B** CT*****) ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-2(82)24/2019 saylı qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-2(82)24/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı hazırkı borc tələbinin cavabdeh MTK-nın əmlakları hesabına ödənilməsi ilə bağlı digər kreditorlara nisbətən üstün hüquqa malik olmadığından həmin borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qə tnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər. Belə ki, iddiaçı iddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsində cavabdeh MTK-nə qarşı borc tələbinin sonuncuya məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə cavabdehin götürdüyü kreditlər üzrə iddiaçıya kifayət qədər ödənilməmiş krediti q almışdır. MM-nin 52.1-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub olan bütün əmlakla cavabdehdir. İddia tələbinin tam təmin edilməsi “İcra haqqında” Qanunun tələblərinə zidd deyildir. Yəni icra məmuru məhkəmə qərarına uyğun olaraq icra hərəkətlərini həyata keçirəcəkdir ki, bu zaman cavabdehin hər hansı hüququnun pozulmasından söhbət gedə bilməz. Cavabdehin məhkəmə qətnaməsi icra olunanadək kredit borcunu tam ödəyib əmlakını həbsdən azad etmək və icra işinə xitam vermək hüququ vardır. Kassator “İcra haqqında” Qanunun 2.1, 6.1, 8.4-cü maddələrinə, MPM-nin 386, 417.1.3, 418.1, 418.3-cü maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirkaı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin Kommersiya Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsindən yalnız iddiaç ı kassasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qətnaməsin mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) – borc tələbinin cavabdeh cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və cavabdeh Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və cavabdeh Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRXnin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyy ətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulması - qiymət verir. Məhkəmə kollegiyası iddiaçının “borc tələbinin cavabdeh cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və cavabdeh Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və cavabdeh Mənzil Tikinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması”na dair iddia tələbləri ilə əlaqədar qeyd edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi sözügedən tələbləri rədd etmiş və hesab etmişdir ki, iddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ndə cavabdeh MTK-nə qarşı borc tələbinin sonuncuya məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir. Həmçinin məhkəmə hazırkı mərhələdə borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi, əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlakın mülkiyyətçisi olaraq tanınması qanunvericiliyin tələblərinə zidd olduğundan, qeyd edilən məsələ “İcra haqqında” qanunun müddəaları ilə tənzimləndiyindən, bu hissədə iddia rədd edilməli olmasına dair birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Göründüyü kimi, məhkəmə sözügedən tələblərin ic ra mərhələsində həll edilməli olan məsələlər olmasına istinad edərək, başqa sözlə, hazırkı halda məhkəmə qaydasında baxılmalı olmadığı nəticəsinə gəlməsinə baxmayaraq, həmin iddia tələblərini mahiyyəti üzrə qiymət verərək rədd etmişdir. Halbuki, sözügedən iddia tələblərinin rədd edilməsi gələcəkdə icra mərhələsində lüzum olarsa iddiaçının oxşar tələblə məhkəməyə müraciət etməsinə mane olacaqdır. Belə ki, MPM-nin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iddianın yolverilməzliyinin əsaslarından biridir. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi sözügedən iddia tələblərini rədd etməklə, gələcəkdə iddiaçını oxşar iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə kollegiyası iddiaçının AR ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı QSC-nin cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinin və cavabdeh Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarının (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulması tələbi ilə bağlı qeyd edir ki, inzibati orqanların üzərinə müəyyən öhdəliyin qoyulması ilə bağlı iddialara inzibati icraat qaydasında baxılır. Belə ki, İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inziba ti icraat qaydasında baxılır. İddiaçı isə həmi tələbi mülki icraat qaydasında irəli sürmüş, işə baxan apellyasiya instansiya məhkəməsi isə sözügedən tələbə mülki icraat qaydasında baxılmasının yolverilməzliyinə baxmayaraq həmin tələbin rədd edilməsi barədə qərar qəbul edən birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının “borc tələbinin cavabdeh cavabdeh Mənzil Tikinti Kooperativinə məxsus ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və cavabdeh Mənzil Tikinti Kooperativinin digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və cavabdeh Mənzil Ti kinti Kooperativinin qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı QSC Bank olmayan Kredit Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq AR ƏMDK yanında DƏDRXnin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulması” tələblərini rədd etməklə, yuxarıda sadalanan prosessual normaların tələblərini nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasə n maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.3., 418-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2-1(103)-478/2019 nömrəli qətnaməsi qismən, iddianın təmin edilməyən hissəsində ləğ v edilsin. İş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar