Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-230/2022 11.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1334/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Satıcı İddiaçı (bundan sonra-iddiaçı) ilə alıcı Cavabdeh MMC (bundan sonracavabdeh) arasında 2018-ci il 1 noyabr tarixli QZSA218/2018 saylı aluı-satqı müqaviləsi (bundan sonra-müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı satmağı, cavabdeh isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan və ona əlavə edilən qaimə-faktura(İar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları cavabdehdən almağı və həmin malın müqabilində iddiaçıya qaimə-faktura/hesab faktura(İar)da nəzərdə tutulmuş qiyməti (haqqı) ödəməyi öhdələrinə götürmüşlər. 2. 2020-ci il 31 dekabr tarixli üzrləşmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu 59.337,49 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2021-ci il 22 iyul tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mənimsənilmiş 59.337,49 manat, əldən çıxmış faydaya görə 3.000 manat, iddianın hazırlanması, hüquqi xidmətlər üçün 2000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 64.367,49 manat vəsaitin birdəfəlik olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2020-ci il ərzində müxtəlif çeşiddə mal dövriyyəsi (alqı-satqısı) olmuşdur. Aralarında olan malların alqısatqısında pul mübadiləsi nağdsız həyata keçirilmiş, 2020-ci il 31 dekabr tarixinə cavabdehin borc qalığı 59.337,49 manat təşkil etmiş və bunun da təsdiqi kimi hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı tərtib olunmuşdur. Lakin cavabdeh üzə rinə düşən öhdəliyi icra etməyərək, iddiaçıya olan qalıq 59.337,49 manat vəsaiti ödəməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq olunmasına baxmayaraq, mübahisənin məhkəmə qaydasında olmadan öz aralarında həll edilməsinin mümkün olmadığı aydın olmuşdur. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla hər bir əməliyyatı ilə əlaqədar işçi işlədir, sosial ödənişlər edir və dövlət büdcəsinə vergilər verir. Cavabdehin qanunsuz davranışları və əməlləri nəticəsində isə iddiaçıya külli miqdarda ziyan dəymiş, gəlirdən məhrum edilmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385, 739, 743, 1097.1, 1097.3, 1115-ci maddələrinə istinad olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 9 sentyabr tarixli, e-2-2(113)3823/2021 saylı qətnaməsi ilə iddia qismən-cavabdehdən 59.337,49 manat vəsaitin tutulması hissəsində təmin edilmiş, ödənilmiş 30 manat dövlət rüsumunun 27,66 manatı cavabdehə aid olunmaqla iddia tələbi qalan hissədə rədd edilmişdir (hakim-Z.Pirverdiyev).
8. Məhkəmə işin yuxarıda qeyd olunan hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirdiyindən onun cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş pulu ödəmək öhdəliyinin yerinə yetirilməsini cavabdehdən tələb etmək hüququ əmələ gəlmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə 2020-ci il 31 dekabr tarixli üz ləşmə aktına əsaslanaraq həmin aktda öz əksini tapmış vəsaitin cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı əldən çıxmış faydaya görə 3000 manat, iddianın hazırlanması və hüquqi xidmətlər üçün 2000 manatın ödənilməsini tələb etsə də, bu tələblərini təsdiq edən hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə nəticənisini MM-in 567, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77.1, 217.2, 217.4, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun qismən-iddia tələbinin təmin olunduğu hissədə ləğv, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1334/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi) V.Məmmədov və V.Baxışova).
13. Həmin məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq göstərmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqısatqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəməmişdir.Sonuncu fakt hər iki tərəfin imza və möhürü ilə təsdiq olunmuş 31 dekabr 2020-ci il tarixli üzləşmə a ktı ilə tam təsdiq olunur. Belə ki, həmin akta əsasən "X1" MMC-nin İddiaçı olan borcu 59337, 49 manat təşkil edir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən 59337,49 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır.
14. Əsas borc məbləğinin tutulmasının əsaslandırılmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərilmişdir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi üzrə yaranmış borcun 59.337,49 manat təşkil etməsi 2020-ci il 31 dekabr tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, cavabdeh isə bu sübutu mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında mübahisəninin müzakirəsi üçün işin təxirə salınmamasına gəldikdə, məhkəmə qe yd etmişdir ki, 2021-ci il 9 sentyabr tarixli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianın rədd olunmasını xahiş etmiş, lakin iddiaçı tərəflə razılığın əldə edilməsi üçün məhkəmə iclasının təxirə salınması barədə hər hansı vəsatət verməmişdir
15. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 16 dekabr tarixində iş üzrə tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
16. Həmin qətnamədən cavabdeh 2022-ci il 14 fevral tarixində kassasiya şikayəti verərək onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. MPM-in 81 və 88-ci maddələrinin tələbi pozulmuşdur-işə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər (borc məbləğinin düzgün qeyd olunmadığı və s) araşdırılmamışdır. Nəticədə məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir.
18. MPM-in 97.1-ci maddəsinin tələbi pozulmuşdur-apellyasiya məhkəməsi cavabdehin iddiaçıya 2018-ci il 1 noyabr tarixli, QZSA 218/2018 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli idi.
19. MPM-in 9-cu maddəsinin tələbi pozulmuşdur-məhkəmə cavabdehin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətlərinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdehin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilsə də, MPM-nin 403 və 416-cı maddələrinin tələbləri baxımından hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edildiyi hissədə yoxlanılacaqdır.
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq no rmalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
430. Öhdəliyin icrasından imtina 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2. Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti “... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.....” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsini n qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
27. Kollegiya cavabdehin kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusu ilə bağlı § 17-də göstərilən dəlilini əsassız hesab edərək qeyd edir ki, apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq ətraflı araşdırılmış, iddia olunun əsas borc məbləğinin hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə sübut olunduğu əsas götürülməklə, iddia həmin hissədə əsaslı hesab edilmişdir.
28. Kassasiya şikayətinin § 18-də göstərilən digər dəlili apellyasiya məhkəməsinin cavabdehin iddiaçıya 2018-ci il 1 noyabr tarixli, QZSA 218/2018 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməs i məqsədilə mühasibatlıq ekspertizası təyin etməməsi, bununla da MPM-nin 97.1-ci maddəsinin pozulması ilə bağlıdır.
29. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutları kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna mü vafiq hesab edilə bilməz.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə qiymət verərkən həmçinin onu nəzərə alır ki, işə mahiyyəti üzrə baxılarkən, cavabdeh tərəfindən məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir.
31. Bu baxımdan iəhkəmə kollegiyası iddia tələbinin təmin olunan hissəsində apellyasiya instansiyası məhkəməsinin nəticəsini MPM-in 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə uyğun hesab edir.
32. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmaması nəticəsində çəkişmə prinsipinin pozulmasına gəldikdə (bax yuxarıda §19), qeyd olunmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlil lərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-nin 9.3-cü maddəsi). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-nin 14.2-ci maddəsi). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPMnin 77.1-ci maddəsi). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Tərəflərin çəkişməli prosesdə iştirak dərəcəsi onların öz iradələrindən asılıdır. Tə rəfin çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur.
33. Baxılan işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə «Elektron məhkəmə» informasiya sistemi vasitəsilə lazımi qaydada məlumat verilmiş, lakin səbəbi barədə məlumat vermədən məhkəmə iclaslarında təmsil olunmamış, prosessual qanunvericiliyin verdiyi və məhkəmə tərəfindən yaradılmış imkanlardan istifadə edərək, iddiaya etirazını təsdiq edən mötəbər sübutları və vəsatətləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq cavabdehin kassasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
35. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 07 dekabr tarixli 2-2(103)-1334/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: K.N.Abiyeva İ.A.Dadaşov B.F.Qəribov