Məhkəmə qərarları › İş №2-2(102)-233/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-233/2019

22.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-233/2019 ALİ MƏHKƏMƏ «iddiaçı» MMC-nin «cavabdeh» QSC-nə qarşı iş üzrə 22.05.2019 GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdeh «cavabdeh» QSC-nin vəkili Vəkil iştirakı ilə İddiaçı «iddiaçı» MMC-nin cavabdeh «cavabdeh» QSC-nə qarşı borcun ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)45/2019 saylı 31 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 22.05.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «iddiaçı» MMC ilə cavabd eh «cavabdeh» QSC arasında 21 oktyabr 2014-ci il tarixli, 70 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə polietilen satmağı, cavabdeh isə malı təhvil aldıqdan sonra 10 bank günü ərzində nağd və ya köçürmə yolu ilə aldığı malın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Tərəflər arasında 02.03.2016-cı il tarixdə hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aparılmış və həmin üzləşmə aktına əsasən “CAVABDEH” Qapalı Səhmdar Cəmiyyəti 02 mart 2016-cı il tarixinə “EL-Plastik” Məhdud Məsuliyyətli Cəmicavabdehətinə 170667,15 borcu vardır. Həmin borcun yalnız 90667,15 manatı 10 may 2017-ci il tarixində ödənilmişdir. İddiaçı qalıq 80000 manat borcun ödənilməsi ilə əlaqədar cavabdehə 28.11.2017- ci il tarixli 154 saylı pretenziya ünvanlamışdır. İddiaçı «iddiaçı» MMC cavabdeh «cavabdeh » QSC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh “CAVABDEH” Qapalı Səhmdar Cəmiyyətindən 80000 manat əsas borcun, gecikdirilmiş 755 günə görə 60400 manat cərimənin, cəmi 140400 manat pulun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üzləşmə aktı ilə cavabdeh təsdiq etmişdir ki, CAVABDEH” Qapalı Səhmdar Cəmiyyəti 02 mart 2016-cı il tarixinə “EL-Plastik” Məhdud Məsuliyyətli Cəmicavabdehətinə 170667,15 borcu vardır. Həmin borcun yalnız 90667,15 manatı 10 may 2017-ci il tarixində ödənilmiş, qalıq 80000 manat borcun ödənilməsi ilə əlaqədar cavabdehə 28.11.2017- ci il tarixli 154 saylı pretenziya ünvanlanmış, lakin cavabdeh pretenzi yaya cavab verməmişdir. İddiaçı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 430.1, 445.2.1-ci maddələrinə isitnad etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-745/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 80.000 manat pul və 30 manat dövlət rüsumu tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin göstərilən qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-45/2019 saylı 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edi lməmiş, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (82)-745/2018 saylı 17.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, işə birinci instansiya qaydasında baxılarkən cavabdeh «cavabdeh» QSC-nin icraçı direktoru Ə.Bünyatzadə məhkəməyə yazılı ərizə təqdim etməklə iddianı 80.000 manat borc tələbi hissəsində etiraf etdiyindən iddia tələbi əsaslıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-45/2019 saylı 31 yanvar 2019-cu il tarixli qətnaməsindan cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə tərəflər arasında olan üzləşmə aktı ilkin uçot sənədi deyildir və borcu əks etdirən yeganə sübut kimi qəbul edilməməli, borcu təsdiq edən digər sənədlərlə birgə təh lil edilməlidir. Məhkəmə əsassız olaraq cavabdeh tərəfindən X təhvil verilmiş 144365 kq polietilen xammalın qaytarılmasını qəbul etməmiş, həmin şəxsi kənar şəxs hesab etmişdir. Halbuki, X iddiaçı müəssisənin təsisçisidir. Məhkəmə Xqaytarılan xammalın onun özünə məxsus olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, X həmin xammal məxsus olsaydı həmin xammalın idxalına dair gömrük bəyannamələri təqdim edilməli idi. Bundan əlavə, məhkəmə ödənilən məbləği müəyyən edərkən həmin məbləğin vergisiz və ya vergi daxil məbləğ olmasını dəqiq göstərməmişdir ki, bu da gələcəkdə cavabdehin üzərinə əlavə vergi öhdəliyi qoyulmasına səbəb ola bilər. Kassator Mülki Prosessual Məcəllənin 417-ci maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-45/2019 saylı 31 yanv ar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)45/2019 saylı 31 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzib ati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-45/2019 saylı 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı «iddiaçı» MMC ilə cavabdeh «cavabdeh» QSC arasında 21 oktyabr 2014-ci il tarixli, 70 nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı cavabdehə polietilen satmağı, cavabdeh isə malı təhvil aldıqdan sonra 10 bank günü ərzində nağd və ya köçürmə yolu ilə aldığı malın dəyərini ödəməyi öhdələrinə götürmüş, tərəflər arasında 02.03.2016-cı il tarixdə hesablaşmaların qarşılıqlı üzləşdirilməsi aparılmış və həmin üzləşmə aktına əsasən “CAVABDEH” Qapalı Səhmdar Cəmiyy əti 02 mart 2016-cı il tarixinə “EL-Plastik” Məhdud Məsuliyyətli Cəmicavabdehətinə 170667,15 borcu vardır. Həmin borcun yalnız 90667,15 manatı 10 may 2017-ci il tarixində ödənilmiş, iddiaçı qalıq 80000 manat borcun ödənilməsi ilə əlaqədar cavabdehə 28.11.2017- ci il tarixli 154 saylı pretenziya ünvanlamışdır. Tərəflər arasında 21.10.2014-cü il tarixdə polietilen məhsulunun alqı-satqısına dair 70 saylı müqavilə bağlanması, 02.03.2016-cı il tarixdə “Hesablaşmaların Qarşılıqlı Üzləşdirilməsi” barədə Aktın tərtib edilməsi və həmin tarixə cavabdehin iddiaçıdan aldığı mala görə 170 667,15 manat məbləğində borcunun olduğunu təsdiq etməsi, 10.05.2017ci il tarixdə cavabdeh tərəfindən 170 667,15 manat məbləğində borcdan 90667,15 manat hissəsinin ödənilməsi işin tərəflər arasında mübahisələndirilmə yən hallarına aiddir. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı qalıq 80.000 manat ilə bağlıdır. İddiaçı qeyd edir ki, üzləşmə aktı ilə təsdiq olunan 80.000 manat qalıq borc iddiaçıya ödənilməlidir. Cavabdeh hesab edir ki, iddiaçı müəssisənin təsisçisinə X144365 kq polietilen xammal təhvil verildiyindən iddiaçıya ödənilməli olan hər hansı borc qalmamışdır. İş materiallarında olan iddiaçı MMC-nin nizamnaməsinə əsasən, x iddiaçı müəssisənin təsisçilərindən biridir. İş materiallarında isə 144365 kq polietilen xammalın fiziki şəxs X təhvil verilməsinə dair akt mövcuddur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi fiziki şəxs x cavabdeh müəssisənin hansı hüquq münasibətlərində olmasını aydınlaşdırmadan, təhvil verilən xammalın iddiaçı müəssisəyə və ya fiziki şəxsə məxsus olmas ını müəyyən etmədən və həmin şəxsi dindirmədən cavabdehdən mal təhvil almış fiziki şəxsin iddiaçının səlahiyyətli nümayəndəsi olduğuna dair sübutlar olmaması, aktın məzmununda Xonun özünə məxsus malın ona təhvil verildiyinin qeyd edilməsi əsası ilə sözügedən aktın tərəflər arasındakı öhdəlik münasibətinə hər hansı aidiyyəti olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir...Konkret mülki işin baxılması və həll edilməsi zama nı həqiqətin müəyyən edilməli olması heç kim tərəfindən və heç bir zaman inkar edilməmişdir. Bu inkar olunarsa, mülki işlərin baxılması və həll edilməsi zamanı tətbiq edilən "ədalət mühakiməsi" anlayışı öz mənasını itirmiş olar... Mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, mül ki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Halbuki, işə baxan apellyasiya instansiya məhkəməsi işin hallarını araşdırarkən yuxarıda sadalanan hüquq normalarının tələblərini pozmuşdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə ö z qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 417.1.3-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Bütün yuxarıda göstərilən sadalananlara əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası M PM-nin 416, 417.1.3., 418420-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh «cavabdeh» QSC-nin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-45/2019 saylı 31 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar