Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-233/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcun qaytarılması 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tutulması tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(103)-1308/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş materiallarında olan İddiaçı MMC (bundan sonra – “FG”) (satıcı) ilə Cavabdeh MMC (bundan sonra – “AGC”) (alıcı) arasında bağlanmış, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2018-ci il 25 iyun tarixli 322 saylı alğı-satqı müqaviləsinə (bundan sonra – “Alğı-satqı müqaviləsi”) görə, müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür (1.1-ci bənd). Malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir (4.1-ci bənd). Ödəmə bank köçürməsi və ya nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir (5.1-ci bənd). Həmin müqaviləyə 1 saylı əlavə ilə Spesifikasiya aktı tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir.
2. İş materiallarında olan FG ilə AGC arasında tərtib olunmuş, tərəflərin imzası və möhürü ilə təsdiq edilmiş 2021-ci il 19 yanvar tarixli üzləşdirmə aktında AGC-nin FG-yə 2020-cu il 28 noyabr tarixindən 2021-ci il 19 yanvar tarixinə qədər əsas məbləğdən 13.186,76 manat məbləğində borcun olduğu qeyd olunmuşdur.
3. İş materiallarında olan 2021-ci il 18 yanvar tarixli 2 saylı Təhvil-təslim aktı ilə FG tərəfindən cəmi 3.072,72 manat dəyərində 217 ədəd altlıq (poddon)-super AGC-yə təhvil verilmişdir.
4. İş materiallarında olan FG tərəfindən AGC-yə göndərilmiş 2021-ci il 11 fevral tarixli 32 saylı pretenziya məktubunda Alqı-satqı müqaviləsi üzrə yaranmış borcun 15 gün müddətinədək ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. FG 2021-ci il 24 avqust tarixində AGC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, AGC-dən yaranmış 16.259,48 manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq FG-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi yuxarıda göstərilən hallara (bax yuxarıda §§ 1-4) istinad olunmaqla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 21.2, 385.1, 425.1, 425.2, 442, 448, 600-cü maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 oktyabr tarixli 2-2(113)-4388/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – L.Əliyeva).
8. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, FG ilə AGC arasında Alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. FG müqaviləyə əsasən malları AGC-yə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, AGC FG tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hazırda AGC-nin göstərilən müqavilə üzrə FG-yə olan borcu 16.259,48 manat təşkil edir.
9. AGC-nin iddiaya etirazına əsas kimi alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal verilməməsi, üzləşmə aktında göstərilmiş borcun onun deyil, Namiq adlı şəxsin borcunun olması barədə dəlillərinə münasibətdə qeyd edilmişdir, AGC həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməm işdir. Digər tərəfdən AGC-nin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, bu halda iş üzrə AGC alqısatqı münasibətlərinin öz adına rəsmiləşdirilməsinə razılıq verməklə, həmin münasibətlər əsasında öhdəliklərin icra edilməsini üzərinə götürmüş olur.
10. Belə olan halda AGC-nin müqaviləyə əsasən verilmiş malların dəyərini – 16.259,48 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə FG-nin göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq, iddia təmin edilməlidir.
11. Məhkəmə öz qətnaməsini MM-in 385.1, 442, 443.1, 448.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələri istinad etməklə əsaslandırm ışdır.
12. AGC 2021-ci il 18 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 22(103)-1308/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 oktyabr tarixli 2-2(113)-4388/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 8-10) ilə razılaşmış, öz qətnaməsini MM-in 598.3, MPM-in 106.3, 372.2-ci maddələrinə istinad etməklə əsaslandırmış və əlavə o laraq bildirmişdir ki, tərəflər arasında MM-in 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar AGC-yə verilmiş, AGC isə həmin əşyaların qiyməti olan 16.259,48 manat məbləğində pul vəsaitini satıcıya tam ödəməmişdir. Bu faktlar AGC-nin nümayəndəsi tərəfindən təsdiq edildiyinə görə işin mübahisəsiz hallarıdır.
15. Həqiqətən də AGC tərəfindən nümayəndəyə verilən etibarnamədə iddianın etiraf edilməsi ilə bağlı səlahiyyətin verilməsi xüsusi olaraq göstərilməmişdir. Bununla belə, AGC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iddianı deyil, iddiaçının istinad etdiyi məbləğdə borcun olması faktını etiraf etmişdir. MPM-in 106.3-cü maddəsində isə təsbit olunmuşdur ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Bu baxımdan, FG malların təhvil verilməsi və borcun məbləği ilə bağlı halları sübut etmə vəzifəsindən azad olunmuş, ona görə də apellyasiya şikayətinin dəlilləri əsassızdır.
16. Həmçinin AGC-nin nümayəndəsi birinci instansiya məhkəməsində 16.259,48 manat əsas borcu etiraf etdiyi halda apellyasiya şikayətində bu hallara istinad edərək iddiaya etiraz etmiş, AGC MPM-in 372.2-ci maddəsinin tələblərinə riayət etməmişdir. Ona görə də kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara və təqdim olunmuş sübutlara əsaslanır.
17. AGC 2022-ci il 16 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
18. MM-in 159-cu maddəsi tətbiq edilməmişdir. İddia ərizəsində 16.259.48 manat əsas borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə, heç bir sənədə, məcburi məlumatlara istinad edilmədən göstərilmişdir. FG bunların heç birini etmədən ümumi məbləğin göstərilməsi ilə kifayətlənmişdir. Bu isə heç cür AGC-nin həqiqətən də malların qəbul etməsinin sübutu kimi qiymətləndirilə bilməz.
19. MM-in 570.1.1-ci maddəsi tətbiq edilməmişdir. Məhkəmə prosesi zamanı FG tərəfindən tərəflərin öhdəliklərini sübut edən malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən elektron qaimələr mötəbər sübut hesab edilə bilməz. Həmin qaimələrin bir hissəsi sistem tərəfindən təsdiq o lunmuş (AGC tərəfindən qaimə qəbul olunmadığından) və bu da əşyaya faktiki sahibliyə nail olmaq kimi qiymətləndirilə bilməz. Qəbul edilməyən qaimələrlə bağlı FG-yə etirazlar bildirilmişdir. Bu hal isə AGC tərəfindən malların qəbul edilməməsi mənasına gəlir.
20. MPM-in 106.1, 175.1, 218.1-ci maddələri pozulmuşdur. Məhkəmə işə baxarkən hər bir sübutu şərh etməli, ekspert təyin etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmiş, heç bir əsas olmadan iddia tələbini təmin etmişdir. Bütün bunlar bir daha göstərir və sübut edir ki, Bakı Apellyasiya Məhkəməsi prosessual normalara riayət etməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırı lmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır.
21. Yuxarıda göstərilənlərdən məlum olur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnaməni qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermış, habelə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bu səbəbdən məhkəmə qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.(MPM-n 418.3-cü maddəsi). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərin ə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
26. M M-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kr editora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğu n faizləri ödəməyi tələb edə bilər.”
27. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları... 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzi fəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri... 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 18-21) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
29. Məhkəmə kollegiyasının mövqeyinə görə, tərəflər arasında MM-in 567-ci maddəsinə (bax yuxarıda § 26) uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanılmasına, satılmış əşyaların alıcıya verilməsinə, al ıcının həmin əşyaların qiyməti olan 16.259,48 manat məbləğində pul vəsaitini satıcıya ödəməməsinə, həmin faktların AGC-nin nümayəndəsi tərəfindən təsdiq edildiyinə görə işin mübahisəsiz halları olmasına, habelə AGC-nin nümayəndəsinin sözügedən faktları etiraf etdiyinə baxmayaraq AGC tərəfindən nümayəndəyə verilən etibarnamədə iddianın etiraf edilməsi səlahiyyətinin verilməsinin xüsusi olaraq göstərilməməsinə istinad edərək MPM-in 372.2-ci maddəsinin (bax yuxarıda § 27) tələbini pozmaqla iddiaya etiraz etməsinə, eləcə də MPM-in 106.3-cü maddəsinə (bax yuxarıda § 27) əsasən, FG-nin malların təhvil verilməsi və borcun məbləği ilə bağlı halları sübutetmə vəzifəsindən azad olunmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
30. Kassator özünün kassasiya şik ayətində apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
31. Odur ki, həmin hallarla bağlı təkrar hüquqi dəyərləndirmə aparmağa məhkəmə kollegiyası prosessual qənaət baxımından lüzum görmür, bununla belə, aşağıdakı məsələlərə dair ayrıca münasibət bildirməyi məqsədəmüvafiq hesab edir.
32. Kassator hesab edir ki, mal(lar)ın təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları təqdim edilməmişdir, məhkəməyə təqdim edilən elektron qaimələr mötəbər sübut deyildir.
33. Əvvəla, işə baxan məhkəmələr iş üzrə qətnamə qəbul edərkən hər hansı elektron qaiməyə ümumiyyətlə istinad etməmişlər.
34. İkincisi isə, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin imzaladıqları və möhürlə təsdiq etdikləri 2021- ci il 19 yanvar tarixli üzləşdirmə aktında AGC-nin FG-yə 2020-ci il 28 noyabr tarixindən 2021-ci il 19 yanvar tarixinədək 13.186,76 manat borcunun olduğu qeyd olunmuşdur. 2021-ci il 18 yanvar tarixli 2 saylı Təhvil-təslim aktı ilə FG tərəfindən cəmi 3.072,72 manat dəyərində 217 ədəd altlıq (poddon)-super AGC-yə təhvil verilmişdir.
35. İş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 7 dekabr tarixli iclasının protokolundan (i/v 80-81) görünür ki, həmin iclasda iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki: “Sənədlərdəki möhürün bizə məxsus olmasını mübahisələndirmirik.”
36. Beləliklə, FG tərəfindən məhkəməyə təqdim olunmuş sözügedən aktların saxtalığı və ya həqiqəti əks etdirməməsi AGC tərəfindən tutarlı dəlillərlə və mötəbər sübutlarla təkzib olunmamışdır. H albuki bununla bağlı sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 27) uyğun olaraq məhz AGC-nin üzərinə düşürdü.
37. Ümumiyyətlə, AGC ondan tələb olunan borcun mövcudluğunu qəbul etmədiyi halda, hansı səbəblərdən sözügedən aktları imzalamaqla və möhürləməklə sözügedən borcu öz üzərinə götürməsi barədə ağlabatan izah verməsi iş materiallarından görünmür.
38. Belə olan halda, iddia ərizəsi ilə tələb olunan məbləğin əsaslı olması iş materiallarında olan mötəbər sənədlərlə öz təsdiqini tapmışdır (13.186,76 manat + 3.072,72 manat = 16.259,48 manat) və məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 27) uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
39. Məhkəmənin sübutları şərh etməməsinə, ekspertiza təyin etməməsinə, sübutları əlaqələndirməməsinə, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərinin aydın göstərilməməsinə dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, kassasiya şikayətində bununla bağlı yalnız ümumi xarakterli ifadələr işlədilməklə kifayətlənilmiş, konkret dəlillərə istinad olunmamış, həmçinin yuxarıda qeyd olunduğu kimi, məhkəmənin məhz hansı nəticəsinin qanunsuz və əsassız olması tutarlı şəkildə əsaslandırılmamışdır.
40. İş üzrə ekspertizanın təyin edilməsi isə MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 27) əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
41. Digər tərəfdən, elə həmin normaya əsasən, işdə iştirak edən şəxs özü də ekspertizanın təyin olunması barədə məhkəməyə yazılı qaydada əsaslandırılmış vəsatət vermək hüququna malikdir. Lakin cavabdeh tərəfin belə vəsatət verməsi iş materialları ilə müəyyən olunmur.
42. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
43. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apel lyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 22(103)-1308/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.