Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-233/2024 17.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi), sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının Cavabdehə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-903/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icra at qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il 19 avqust tarixli **********124 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı (İddiaçı MMC) bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının (Cavabdeh MMC) yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə edilmiş 01 nömrəli sifariş orderində müəyyən olunmuş malları satmağı, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2020-ci il tarixli **********232 nömrəli xidmət alqı-satqı müqaviləsinə əsasən, icraçı (İddiaçı MMC) bu müqavilə ilə müəyyən olunmuş qaydada alıcının (sifarişçi Cavabdeh MMC) yazılı sifarişi əsasında, bu müqaviləyə əlavə edilmiş müvafiq sifariş orderində müəyyən olunmuş xidmətlərin aparılması, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş ödəniş məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 6 dekabr tarixli **********436 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı MMC) CCTV kameralarının təchizatı və quraşdırılması işlərini (bir illik ödənişsiz texniki servis daxil) həyata keçirməyi, sifarişçi (Cavabdeh MMC) isə müqavilənin ümumi qiymətinin məbləğini podratçı malları sifarişçinin təyin etdiyi sahəyə öz vəsaiti hesabına çatdırdıqdan sonra təqdim etdiyi müvafiq təsdiq edici sənədlər, hesab-faktura və elektron qaimə-faktura əsasında 10 iş günü ərzində podratçının bu müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı MMC ilə Cavabd eh MMC arasında bağlanmış 2022-ci il 18 iyul tarixli **********633 nömrəli podrat müqaviləsinə əsasən, podratçı (İddiaçı MMC) kamera sisteminin təmiri və bərpası işlərini həyata keçirməyi, sifarişçi (Cavabdeh MMC) isə 4.050 manat məbləğində işlər tam icra olunduqdan sonra tərəflərin qarşılıqlı imzaladığı təhviltəslim aktı, hesab-faktura və elektron qaimə təmin edildikdən sonra 15 təqvim günü ərzində podratçının bu müqavilədə qeyd edilmiş bank hesabına köçürmə yolu ilə ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) 2023-cü il 8 may tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 15.706,43 manat borcun, həmin məbləğə gecikdirilmiş v axt üçün illik 5 faizlə hesablanmış 634,71 manat pulun, 200 manat mediasiya xərci olmaqla, cəmi 16.541,14 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2020-ci ilin ortalarından etibarən mal, iş və xidmətlərin alqı-satqı müqavilələri əsasında kommersiya münasibətlərinə daxil olmuş və hazırkı mübahisənin yarandığı 2022-ci ilin son aylarınadək cavabdehlə əməkdaşlıq edərək ona xidmətlər göstərmişdir. Cavabdeh iddiaçıya 2020-ci il 19 avqust tarixli **********124 nömrəli malların alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş elektron qaimə-fakturalarda göstərilən məbləğdən 4.807,39 manat artıq ödəniş etmişdir. Bununla yanaşı, iddiaçı tərəfindən mal, iş və xidmətlərin əsasında cavabdehin t əqdim olunmuş elektron qaimə fakturalarda göstərilən məbləğlərdən **********232 nömrəli xidmət alqı-satqı müqaviləsi (qarşılıqlı hesablaşmalarda müqavilənin nömrəsi **********132 kimi göstərilmişdir) üzrə 6.793,44 manat, 2021-ci il 6 dekabr tarixli **********36 nömrəli podrat müqaviləsi üzrə 8.941,38 manat; 2022-ci il 18 iyul tarixli **********633 nömrəli podrat müqaviləsi üzrə 4.779 manat olmaqla, cəmi 20.513,82 manat məbləğlər ödənilməmiş qalmış, **********633 nömrəli müqavilə üzrə isə iddiaçıya, ümumiyyətlə, ödəniş edilməmişdir. Göstərilən müqavilələr üzrə ödənilməmiş 20.513,82 manat məbləğdən artıq ödənilmiş 4.807,39 manat çıxılmaqla, cavabdehin iddiaçıya rəsmi qaydada vergi sistemində qeydiyyatdan keçmiş hüquqi qüvvəyə malik olan sənədlər əsasında 15.706,43 manat qalıq borcu olduğu müəyyən olunmuşdur.
7. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh 2020-ci il 19 avqust tarixli **********124 nömrəli alqı-satqı müqaviləsi üzrə təqdim olunmuş 2021-ci il 12 aprel tarixli 03/02/21 nömrəli hesab-fakturada qeyd edilən 29.617,80 manat əvəzinə, artıq olaraq 47.964,8 manat; 2021-ci il 6 dekabr tarixli **********436 nömrəli xidmət alqı-satqı müqaviləsi üzrə təqdim olunmuş 2021-ci il 7 dekabr tarixli 15/12_06 nömrəli hesabfakturada qeyd edilən 105.447,43 manat əvəzinə, artıq olaraq 112.833,30 manat ödəmişdir. Qeyd olunan müqavilələr üzrə göstərilmiş xidmətlərə və təqdim olunmuş mallara görə xidmət haqları tam şəkildə ödənilmiş, cavabdeh iddiaçıya əlavə olaraq 25.732,87 manat artıq ödəniş etmişdir. Cavabdeh yalnız 2022-ci il 26 aprel tarixli 169326 nömrəli EBBV seriya lı elektron qaimədə qeyd edilən 102.186,23 manat məbləğdən, 2022ci il 29 aprel tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı əsasında 5.109,31 manat az olmaqla, 97.076,92 manat ödəmişdir. Qeyd olunan müqavilələr üzrə 25.732,87 manat artıq ödənişdən 5.109,31 manat əksik ödəniş çıxıldıqda, 20.623,56 manat artıq ödəniş qalır. Cavabdehin iddiaçıya müqavilələrdən irəli gələn borcu mövcud olmamış, əksinə, iddiaçının cavabdehə 20.623,56 manat borcu mövcud olmuşdur. Cavabdeh iddiaçıya müqavilə üzrə bütün ödənişləri ödədiyi üçün, iddiaçının digər məbləğləri tələb etməsi də əsasızdır.
8. Bundan sonra cavabdeh etirazın dəyişdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, etirazda iddiaçının cavabdehə ödəməli olduğu borcun məbləği yanlış olaraq 20.623,56 manat qeyd edilmişdir. Əslində cavabd eh tərəfindən iddiaçıya 516.254,33 manat məbləğində ödənişlər həyata keçirilmiş, lakin iddiaçının təqdim etdiyi hesab-fakturalarda qeyd olunan məbləğlərin cəmi 514.956,45 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıya tələb olunan məbləğlərdən artıq ödəniş etmiş (516.254,33 - 514.956,45 = 1.297,88) və iddiaçıya borcu mövcud olmamışdır.
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehə təkrarən hər hansı elektron qaimənin göndərilmədiyini, 2021-ci ilin sentyabrında cavabdehə təhvil verilmiş malların dəyərinin təhvil-təslim aktında 5.544,64 manat, elektron qaimədə isə 5.707,62 manat olmasının səbəbini isə təhvil verilmiş malların ləvazimatı olan batareyaların qiymətinin ikitərəfli təhvil aktında öz əksini tapmaması ilə əlaqələndirmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 avqust tarixli e-2-2(113)2791/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Ü.Həsənova).
11. Məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı və podrat müqavilələrindən irəli gəlmişdir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və qanunvericiliyin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 12. 2021-ci il 28 sentyabr tarixli EBBJ 873669 nömrəli elektron qaiməyə əsasən təhvil verilmiş malların dəyəri 5.707,62 manat, hesab-faktura və sifariş orderində isə 5.544,64 manat göstərilmiş, hesab-faktura və sifariş orderindən fərqli olaraq elektron qaimədə əlavə olaraq 6 ə dəd, ümumilikdə qiyməti 162,63 manat olan malın təhvil verilməsi öz əksini tapmışdır. Həmin qaimə 2021-ci il 3 oktyabr tarixində avtomatlaşdırılmış vergi sistemi tərəfindən təsdiq edilmiş, iddiaçı tərəfindən 2021-ci il 6 oktyabr tarixində düzəlişə göndərilmiş, 2021-ci il 1 noyabr tarixində düzəlişdən imtina olunmuş, qaimə yenidən əvvəlki statusa qayıtmışdır. Elektron qaimə iddiaçı tərəfindən cavabdehin müraciəti əsasında düzəlişə göndərilsə də, cavabdeh tərəfindən həmin qaiməyə hər hansı münasibət bildirilməmiş, habelə elektron qaimədə adı qeyd edilmiş malın təhvil verilməsi ilə bağlı tələb irəli sürülməmişdir.
13. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatında cavabdehin sənəd dövriyyəsinin çox olması ilə əlaqədar olaraq onlara göndərilən elektron qaimələrə əhəmi yyət verilmədiyini, həmin qaimələrin tərəflərindən izlənmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı ödəniş tapşırıqlarında ödənişin təyinatı qismində məhz iddiaçı tərəfindən cavabdehə təqdim olunmuş elektron qaimələrə istinad edilmişdir.
14. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 27 yanvar tarixində EBAW 628538 nömrəli elektron qaimə (16.358,34 manat), 2021-ci il 10 mart tarixində EBAY 516251 nömrəli elektron qaimə (16.362,79 manat) təqdim edilmişdir. Cavabdeh 2021-ci il 10 mart tarixində ona hər hansı mal təhvil verilmədiyi halda, həmin tarixdə ona EBAY 516251 nömrəli elektron qaimənin təkrarən göndərildiyini bildirsə də, həmin elektron qaimənin deyil, təkrarı olduğu iddia edilən 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimənin ləğvə gönd ərilməsinin səbəbini ağlabatan şəkildə izah edə bilməmişdir. 2021-ci il 27 yanvar tarixində EBAW 628538 nömrəli elektron qaimə (İ cild, iş v. 95) 2021-ci il 1 fevral tarixində sistem tərəfindən təsdiqlənmiş, 2021-ci il 10 mart tarixində ləğvə göndərilmiş, 2021-ci il 21 oktyabr tarixində isə ləğvdən imtina edilmişdir.
15. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş 2021-ci il 26 yanvar tarixli təhvil-qəbul aktında 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimədə göstərilmiş malların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi hər iki tərəfin imzaları ilə təsdiq edilmişdir.
16. Cavabdeh 2021-ci il 10 mart tarixində iddiaçı tərəfindən ona təqdim olunmuş EBAY 516251 nömrəli elektron qaimənin (16.362,79 manat) əsassız olduğunu, onun hər hansı alt sənədinin olmadığını bildirs ə də, özü tərəfindən məhkəməyə təqdim edilmiş həmin elektron qaimədə adları və məbləği qeyd olunmuş 2021-ci il 11 fevral tarixli sifariş sənədinin (İ cild, iş v. 100) mövcud olması, iddiaçıya təqdim edilməsi, həmin sifariş sənədinin tarixinin 2021-ci il 26 yanvar tarixli təhvil-qəbul aktından əvvəl deyil, sonra olmasının, habelə artıq ödəmənin olmasının iddia edildiyi təqdirdə həmin ödənişin geri tələb olunmamasının səbəbini də ağlabatan şəkildə izah edə bilməmişdir. Halbuki adıçəkilən həmin sifarişdə ödəmə şərti kimi qaimə/hesab faktura qəbul edildikdən sonra 30 gün sonra olması qeyd olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmə cavabdehin dəlillərinin əsassız olması qənaətinə gəlmişdir.
17. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin tərəflər arasında bağlanmış müqavilələrə əsas ən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 15.706,43 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddianın həmin hissədə təmin edilməsi qənaətinə gəlmişdir.
18. Borcun gecikdirilməsi faktının iş materialları ilə təsdiq olunması qənaətinə gələn məhkəmə, iddiaçının borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla, 634,71 manat faiz borcunun cavabdehdən tutulması tələbini də əsaslı hesab etmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 398.1, 399.1, 442, 445.1, 445.2, 445.7, 448.1, 448.2, 567, 598.1, 598.2, 600.1, 600.4, 752.1 və 753. 1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (bundan sonra – “Qaydalar”) 1.2 və 3.6-cı bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-903/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia rədd edilmiş, iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid olunmuş, cavabdehin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69,80 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – A.Hüseyn və V.Baxışova).
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əsas borcun tutulması barədə iddia tələblərinin qanuni əsasını MM-in 598.3-cü maddəsi təşkil etmiş, iş üzrə cavabdehdən pulun tutulması üçün əsaslar mövcud olmamışdır. Tərəflər arasında alqısatqı və podrat müqavilələrinin bağlanılması işin mübahisəsiz hallarını təşkil etmişdir. İddia ərizəsində və iddiaya etirazda tərəflər arasında bağlanmış bütün müqavilələrə və çoxlu sayda ödənişlərə istinad olunsa da, tərəflərin izahatlarınd an mübahisəsiz qaydada müəyyən edilmişdir ki, mübahisənin predmeti olan 15.706,43 manat pul vəsaiti tərəflər arasında bağlanmış 2020-ci il 19 avqust tarixli **********124 nömrəli müqavilə üzrə göndərilmiş 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimə üzrə tələb olunmuşdur.
23. Cavabdeh bildirmişdir ki, həmin qaimə təkrarən göndərildiyi üçün ödəniş həyata keçirilməmişdir. Belə ki, qaimənin birinci bəndində göstərilən “Fujikura 62S Fusion Splicer” adlı avadanlıq 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə təqdim edilmiş və həmin qaimə üzrə bütün ödəniş həyata keçirilmişdir. İddiaçı 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə bütün ödənişin həyata keçirildiyini etiraf etmiş, lakin 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimə üzrə də malların təqdim edildiyini bildirmişdir.
24. Məhkəmə kollegiyası 2021-ci il 10 mart tarixində EBAY 516251 nömrəli elektron qaimə üzrə malların cavabdehə təhvil verilməsinin sübut olunmadığı qənaətinə gəlmişdir.
25. Belə ki, 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimədən görünür ki, həmin qaimə üzrə təqdim edilməli olan mallar və onların dəyəri ayrı-ayrılıqda deyil, birlikdə (bir bənddə) qeyd olunmuş və cəmi məbləğ göstərilmişdir. 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimədən isə görünür ki, həmin qaimə üzrə təqdim edilməli olan mallar və onların dəyəri ayrı-ayrılıqda qeyd edilmiş və sonda ödənilməli olan yekun məbləğ göstərilmişdir.
26. İddiaçının cavabdehə göndərdiyi digər elektron qaimələr və Qaydaların 2.3-cü bəndinin tələblə rindən müəyyən olunanlara görə, elektron qaimədə təqdim edilməli olan mallar və onların dəyəri ayrı-ayrılıqda qeyd olunur və sonda ödənilməli olan yekun məbləğ göstərilir. Göründüyü kimi, 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə istinad olunan qaydalara və tərəflər arasında olan təcrübəyə uyğun tərtib edilməmişdir. Cavabdeh də bildirmişdir ki, 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə məhz səhv tərtib olunduğuna görə, iddiaçının mühasibi təkrar eyni avadanlıq üzrə 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaiməni göndərmişdir. Hər iki qaimədən görünür ki, “Fujikura 62S Fusion Splicer” adlı avadanlıq həm 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli, həm də 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimədə qeyd olun muşdur. Həmin avadanlığın adı 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimənin 1-ci bəndində yazılmış və qarşısında dəyəri göstərilmiş, 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimədə isə digər avadanlıqlarla birlikdə, yəni bir bənddə qeyd edilmiş və cəmi məbləğ göstərilmişdir. Hazırda cavabdehdən ödənilməsi tələb olunan məbləğ də yalnız həmin avadanlığın dəyəri olmuş, qaimədə qeyd olunan digər malların ödənilməsi tələb edilməmişdir.
27. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunanlara görə, iddiaçı 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaiməni göndərmiş, 2021-ci il 1 fevral tarixində həmin qaimə sistem tərəfindən təsdiqlənmiş, daha sonra iddiaçı özü həmin qaiməni 2021-ci il 10 mart tarixində ləğvə göndərmiş (qaydalar a uyğun olaraq elektron qaiməni ləğvə göndərmək hüququ yalnız onu göndərən şəxsə məxsusdur), bundan 7 ay 11 gün sonra iddiaçı ləğvdən imtina etmiş və buna görə də həmin qaimə sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Məhkəmə iclasında da 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaiməni məhz 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimənin göndərildiyi 2021-ci il 10 mart tarixində hansı səbəbdən ləğvə göndərməsi barədə sədrlik edənin suallarına iddiaçının nümayəndəsi ağlabatan cavab verə bilməmişdir (mühasib texniki səhvə yol vermişdir).
28. Tərəflər arasında müqavilə münasibətləri çərçivəsində çoxsaylı malların və xidmətlərin alqı-satqısı baş tutmuşdur. Bununla bağlı tərəflər arasında yaranmış işgüzar adətlərə görə əvvəlcə sifarişçi tərəfindən s ifariş verilir (təcili hallarda sifariş sonra da verilə bilər), daha sonra işlər görülür və ya mallar təhvil verilir, işlərin görülməsi və ya malların təhvil verilməsi isə təhvil-qəbul aktları ilə təsdiq olunur. Təhvil-təslim aktları tərtib olunmadığı halda isə elektron qaimələrdə malların təhvil verilib-alınmasına dair qeydlər olunur və hər iki tərəf qaiməni imzalayır və möhürü ilə təsdiq edir.
29. İddiaçı 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə sifarişin həmin tarixdən əvvəl göndərildiyini bildirmişdir. Cavabdeh isə işgüzar adətlərə uyğun olaraq sifarişin təhvil-təslimdən həm əvvəl, həm də sonra ola bilməsini və 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə də sifarişin sonra verildiyini bildirmişdir.
30. Mübahisəli “Fujikura 62S Fusion Splicer” adlı avadanlıq üzrə iş materiallarında 2021-ci il 11 fevral tarixinə aid mal-material sifarişi mövcud olmuşdur (cild 1, i/v 100).
31. İddiaçı həmin sifarişin 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimə üzrə tərtib olunduğunu, cavabdeh isə onun 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə tərtib olunduğunu, lakin sonradan göndərildiyini bildirmişdir.
32. Kollegiya iddiaçının dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı həmin sifarişin 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimə üzrə tərtib olunduğunu bildirsə də, 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə sifarişin olduğunu təsdiq edən digər hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki tərəflər arasında yaranmış işgüzar ad ətlərə görə sifariş hər bir halda mütləq qaydada verilməlidir (işin hallarından asılı olaraq ya əvvəl, ya da sonra). Bununla bağlı iddiaçı 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə sifarişin verildiyini təsdiq edən sübut kimi yalnız e-mail yazışmalarını məhkəməyə təqdim etmişdir. İstinad olunan e-mail yazışmalarında 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimə üzrə sifarişə dair hər hansı qeyd mövcud olmadığına görə, həmin sənədlər də sübut qismində dəyərləndirilə bilməz.
33. Beləliklə, 2021-ci il 10 mart tarixli EBAY 516251 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən cavabdehə hər hansı mal təhvil verilməmiş, həmin qaimə məhz eyni avadanlıq üzrə 2021-ci il 27 yanvar tarixli EBAW 628538 nömrəli elektron qaimənin yanlış tərtibatına görə cavab dehə yenidən göndərildiyi üçün, iddiaçının istinad etdiyi dəlillər əsassız olmuşdur. Həmçinin həmin tələbdən irəli gələn gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 634,71 manat pulun tutulması barədə iddia tələbləri də, cavabdehin iddiaçı qarşısında pul öhdəliyi yaranmadığı üçün MM-in 445.7-ci maddəsinə əsasən əsassız olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 404.1, 404.2, 445.7, 567 və 598.3-cü maddələrinə, Qaydaların 2.3 və 3.9-cu bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yox lanılmasına “ 2022-ci il 20 aprel tarixli Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
35. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. MM-in 404.1, 404.2, 445.7 və 567-ci maddələri üzrə - Tərəflər arasında dövriyyə üzrə rəsmiləşdirmə, malların və xidmətlərin təhvil qəbulu həmişə eyni qaydada aparılmış, mallar və xidmətlər üzrə borcun böyük hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Halhazırda ödənilməsi tələb edilən vəsait üzrə işlər və xidmətlər də eyni cür təqdim olunmuş, rəsmiləşdirmə də eyni qaydada aparılmışdır. Lakin məhkəmə kollegiya sı iş və xidmətlər üzrə qaimələrdən yalnız birinin düzgün tərtib edilmədiyini əsas gətirərək, həmin qaimədən 6 ay sonra bağlanmış müqavilə üzrə təqdim olunan qaimənin də ödənilməməsi qərarına gəlmişdir. İşin təkzib edilməz halı odur ki, tərəflər arasında alqı-satqı və podrat müqavilələri bağlanıb. Lakin cavabdeh iddiaçıya qarşı müqavilə öhdəliklərini vicdanlı şəkildə icra etməmiş, müqavilənin predmeti olan məbləği və iddiaçının da haqlı olaraq tələb etdiyi borcu ödəməmişdir. Apellyasiya məhkəməsi bu faktı nəzərə almamışdır. Apellyasiya məhkəməsi cavabdehin öhdəliklərini müqavilənin mahiyyətindən irəli gələn tərzdə və tərəflər arasındakı münasibətlərə xidmət edəcək formada icra olunduğunu iş üzrə təqdim olunan faktlar əsasında müəyyən etməli idi.
37. MM-in 598.3-cü maddəsi üzrə - Tərəflər a rasında 2021-ci il 6 dekabr tarixində **********436 nömrəli və 2022-ci il 18 iyul tarixində **********633 nömrəli podrat müqavilələri imzalanmışdır. İmzalanmış müqavilələr əsasında iddiaçı cavabdehin sifarişi əsasında müəyyən xidmətləri icra etmiş, cavabdeh isə öhdəliklərini vicdanlı şəkildə icra etməyərək, göstərilən xidmətin əvəzini ödəməmişdir.
38. MM-in 752.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin bu qərarın 22-ci bəndində göstərilən mövqeyi ilə bağlı kassator qeyd edir ki, iddiaçı iddia tələblərində, ümumiyyətlə, 2020-ci il 19 avqust tarixli **********124 nömrəli müqaviləyə istinad etməmiş, əksinə, həmin müqavilə üzrə borcun tam ödənildiyi, hətta qaimələr üzrə 4.807,39 manat da artıq ödənişin mövcudluğunu qeyd etmiş, buna görə də həmin rəqəm ümumi borcdan çıxılaraq 15.706,43 manat tələb olunmuşdur.
39. Qaydaların 3.9-cu bəndi üzrə - Cavabdeh artıq ödənişlər üçün hesab fakturaları əsas gətirmişdir. Lakin qanunvericilik elektron qaimənin konkret formasını müəyyən edir. Cavabdeh iddiaçıya hesab fakturada olan məbləğ əsasında deyil, elektron qaimədə olan məbləğ üzrə artıq ödəniş etdiyini qeyd etmişdir. Qanunvericilikdə elektron qaimənin ləğv olunması da mövcuddur. Müqavilə üzrə malları alarkən və xidmətləri qəbul edərkən, əvəzində ödənişin edilməsi üzrə iddiaçının göndərdiyi elektron qaiməni cavabdehin 5 gün ərzində ləğv etmə hüququ olmuş və bu barədə məlumatlar elektron qaimə alt sisteminin istifadəçi təlimatında da öz əksini tapmışdır.
40. MPM-in 97.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsinin bu qərarın 23-24-cü bəndlərində göstərilən mövqeyi ilə bağlı kassator qeyd edir ki, iddiaçı tərəfin məhkəmə baxışı zamanı həmin mövqedə bildirilən etirafı olmamışdır. Digər tərəfdən, məhkəmə qətnaməsində tərəflər arasında bir neçə il davam edən işgüzar münasibətlərin mövcud olduğunu, iş üzrə təqdim edilən maliyyə sənədləri və elektron qaimələrin çox olduğunu qeyd etmişdir. Belə olan halda, məhkəmənin bu cür çətin riyazi hesablamaları, eləcə də maliyyə və ya vergi mütəxəssislərinin müəyyən edə biləcəyi maliyyə uçot sənədləri, elektron qaimələrin düzgün doldurulub-doldurulmaması, daxil edilməmiş məlumatın etibarlılığa xələl gətirib-gətirməməsi, ləğv olunmuş elektron qaimə üzrə tərəflərin vergi öhdəlikləri və sair baxımdan hüquqi nəticələrə səbəb olub-olmaması barədə fikir bildirməsi qəbul edilməz haldır. Cavabdeh özü yazılı şəkildə iş üzrə kompleks ekspertizanın k eçirilməsini tələb etsə də, məhkəmə bunu təmin etməmişdir. İş üzrə ekspertiza keçirilsəydi, tələb edilən pulun 2021-ci il 27 yanvar və 2021-ci il 10 mart tarixli elektron qaimələrə aidiyyətinin olmadığı məlum olardı. Müqavilələrin tarixindən (2021-ci il 6 dekabr və 2022-ci il 18 iyul) də bunu görmək mümkündür. Elektron qaimələr qeyri-düzgün idisə, bundan bir neçə ay sonra bağlanan 2 müqavilə üzrə iddiaçı tərəfindən tələb olunan ödənişlərə dair hər hansı münasibətin bildirilməməsi başa düşülən deyil. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilən natamam sənədlər, elektron qaimələr və təhvil qəbul aktları üzrə (onların bəziləri imzalanaraq iddiaçıya geri qaytarılmamış, yalnız məhkəmə baxışı zamanı təsdiqlənərək sübut kimi təqdim edilmişdir) sadə riyazi hesablamalara görə cavabdehin iddia çıya ən azı 7.715,57 manat borcu olduğu müəyyən olunur. Təkcə bu faktın olması iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi üçün yetərli idi.
41. Apellyasiya məhkəməsi işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi sübutlar və izahatlar nəzərə alınmamış, cavabdehin arqumentlərinə yalnız ümumi xarakterli əsaslandırmalar verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsi və apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
43. Etiraz onunla əsaslandırılmışdır ki, şikayət mahiyyət etibarilə faktların təsvirindən ibarət olduğu və yalnız faktlar sadalandığı üçün, ümumiyyətlə, kassasiya məhkəməsi tərəfindən nəzərdən keçirilməməlidir. İdd iaçının şikayətindəki mülahizələri onun qərəzli münasibətini ifadə edir. İş üzrə faktiki və hüquqi vəziyyət qətnamədə dolğun şəkildə təsvir edilib qiymətləndirilmişdir. Apellyasiya məhkəməsinin cavabdehin mövqeyi ilə üst-üstə düşən yeganə mümkün ola bilən əsaslı mövqeyi ondan ibarət olmuşdur ki, tətbiq edilən hüquqi müddəalara əsasən, iddiaçı eyni bir təchizat üzrə 2 elektron qaimə təqdim etdiyi üçün, həmçinin eyni tipli və həcmli təchizatın 2 dəfə həyata keçirdiyi sübuta yetirilmədiyinə görə, iddia tələbi və ödəniş üçün hüquqi əsas əmələ gəlməmişdir.
44. Məhkəmənin ekspertiza təyin edilməsi barədə vəsatətlərin rədd olunması da onun qanunla müəyyən edilmiş səlahiyyəti çərçivəsində həyata keçirilmişdir. Ekspertizanın predmetini sadə riyazi hesablamalar təşkil etdiyi üçün, belə hesablamaları n aparılmasına xüsusi bilik tələb olunmur.
45. İddiaçı tərəfindən kassasiya şikayətinin əsasları kimi göstərilən hallar şikayətdə əsaslandırılmamış və sübut edilməmişdir. İddiaçı şikayətdə yalnız faktları təsvir etmiş, həmin faktların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsinin nədən ibarət olduğunu, hansı qanun müddəasının pozulmuş olduğunu göstərməmiş və əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin qənaəti cavabdehin mövqeyi ilə üst-üstə düşərək qanun əsasında qəbul oluna bilən yeganə əsaslı münasibəti ifadə edir. Apellyasiya məhkəməsi qanunauyğun olaraq iddiaçının ödəniş tələbinin faktiki və hüquqi əsasının olmadığı qənaətə gəlmişdir. Kassasiya şikayət tam əsassızdır və onun təmin olunması üçün maddi və prosessual hüquqi əsaslar müəyyən edilmir. Kassasiya baxışının hədləri
46. Haz ırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
47. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
48. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəz ərdə tutulur: “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
445. Borclunun icranı gecikdirməsi... 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. (2023 -cü il 24 fevral tarixli 822VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.)...” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi... 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsin ə uyğun faizləri ödəməyi tələb edə bilər.”
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi... 3.3. Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.... 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i sə hv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfi ndən ləğv edilməmiş sayılır. (2022-ci il 25 avqust tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinin birinci cümləsinə “qaiməfakturanın” sözlərindən sonra “(bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla)” sözləri əlavə edilmişdir.) 3.10. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturaya münasibətdə ləğv edilməsi təsdiq edildikdən) sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaiməfakturanı qəbul edən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə- faktura istisna olmaqla) onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir....”
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına “ 2022-ci il 20 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “Lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq et mir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
51. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayət ində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
53. Kassator bildirir ki, tərəflər arasında 2021-ci il 6 dekabr və 2022-ci il 18 iyul tarixlərində imzalanmış podrat müqavilələri əsasında iddiaçı cavabdehin sifarişi əsasında müəyyən xidmətləri icra etmiş, cavabdeh isə öhdəliklərini vicdanlı şəkild ə icra etməyərək, göstərilən xidmətin əvəzini ödəməmişdir. Həmçinin iddiaçı hesab edir ki, iş üzrə ekspertiza keçirilsəydi, tələb edilən pulun 2021-ci il 27 yanvar və 2021-ci il 10 mart tarixli elektron qaimələrə aidiyyətinin olmadığı məlum olardı.
54. Halbuki tərəflərin izahatları əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından məlum olur ki, mübahisənin predmeti olan 15.706,43 manat pul vəsaiti tərəflər arasında bağlanmış 2020-ci il 19 avqust tarixli müqavilə üzrə göndərilmiş 2021-ci il 10 mart tarixli elektron qaimə üzrə tələb olunmuşdur. Bu baxımdan, ekspertiza təyin olunmasına da lüzum qalmamışdır. Həmçinin ekspertizanın təyin olunması MPM-in 97.1-ci maddəsinə (bax § 51) uyğun olaraq, məhkəmənin vəzifəsi deyil, hüququdur.
55. İddiaçı iddia tələb lərində ümumiyyətlə 2020-ci il 19 avqust tarixli müqaviləyə istinad etmədiyini bildirsə də, iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, məhz tərəflərin özlərinin çoxsaylı izahatlarında mövcud borcun 2021-ci il 10 mart tarixli elektron qaimə üzrə tələb olunduğu vurğulanmışdır. Həmin qaimədə, eləcə də 2021-ci il 27 yanvar tarixli elektron qaimədə isə əsas kimi məhz 2020-ci il 19 avqust tarixli müqaviləyə istinad olunmuşdur.
56. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, kassasiya şikayətində istinad olunan 2021-ci il 6 dekabr və 2022-ci il 18 iyul tarixli podrat müqavilələri hazırkı mübahisənin həlli üçün heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən həmin podrat müqavilələrinə istinad etməməklə hər hansı hüquq pozuntusuna yol verməmişdir.
57. Kassasiya şikayətində iddiaçının məhkəmə baxışı zamanı 2021-ci il 27 yanvar tarixli elektron qaimə üzrə bütün ödənişin həyata keçirildiyini etiraf etmədiyi bildirilsə də, həmin dəlil iş materialları ilə təkzib olunmaqdadır. Belə ki, iş materiallarında olan apellyasiya instansiyası məhkəməsinin 2023-cü il 31 oktyabr tarixli iclas protokolundan görünür ki, həmin iclasda iştirak edən iddiaçının nümayəndəsi sədrlik edənin sualına cavab olaraq qeyd etmişdir ki, 2021-ci il 27 yanvar tarixli qaimə üzrə ödəniş olub, 2021-ci il 10 mart tarixli qaimə üzrə isə ödəniş olmayıb (İİİ cild, i/v 82). İddiaçı tərəfin həmin protokolu mübahisələndirməsi iş materiallarından görünmür. Odur ki, mübahisələndirilən qətnamədə sözügedən etirafa istinad edərk ən apellyasiya instansiyası məhkəməsi həqiqəti təhrif etməmişdir.
58. Kassator qeyd edir ki, iddiaçının göndərdiyi elektron qaiməni cavabdehin 5 gün ərzində ləğv etmə hüququ olmuş və bu barədə məlumatlar elektron qaimə alt sisteminin istifadəçi təlimatında da öz əksini tapmışdır.
59. Əvvəla, hazırkı halda cavabdeh elektron qaiməni göndərən deyil, qəbul edəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.3-cü bəndinin (bax § 49) tələblərinə görə isə, elektron qaimə-faktura göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər.
60. Göründüyü kimi, cavabdehin mübahisəli elektron qaiməni ləğv etmək hüququ olmamışdır. Həmin Qaydaların 3.10-cu bəndində (bax § 49) nəzərdə tutulmuşdur ki, ləğvetmə göndərən tərəfindən həyata keçirilir.
61. Həmçinin sözügedən Qaydaların 3.8-ci bəndinin (bax § 49) məzmununa görə, elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir, ləğv edilmiş elektron qaiməfakturada ləğvin səbəbi göstərilir.
62. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından isə məlum olur ki, iddiaçı 2021-ci il 27 yanvar tarixli elektron qaiməni göndərmiş, 2021-ci il 1 fevral tarixində həmin qaimə sistem tərəfindən təsdiqlənmiş, daha sonra iddiaçı özü həmin qaiməni 2021-ci il 10 mart tarixində ləğvə göndərmiş, bundan 7 ay 11 gün sonra iddiaçı ləğvdən imtina etmiş və buna görə də həmin qaimə sistem tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Məhkəmə iclasında da 2021-ci il 27 yanvar tarixli elektron qaiməni məhz 2021-ci il 10 mart tarixli elektron qaimənin göndərildiyi eyni tarixdə hansı səbəbdən ləğvə göndərməsi barədə sədrlik edənin suallarına iddiaçının nümayəndəsi ağlabatan cavab verə bilməmişdir (mühasib texniki səhvə yol vermişdir).
63. İddiaçı özünün kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir. Məhkəmə kollegiyası da bu mövqe ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
64. Cavabdehin iddiaçıya qarşı müqavilə öhdəliklərini vicdanlı şəkildə icra etməməsinə, borcu ödəməməsinə, apelly asiya instansiyası məhkəməsinin bu faktı nəzərə almamasına dair dəlillər isə yalnız ümumi xarakterli cümlələrlə ifadə olunduğundan, məhkəmənin bununla bağlı yol verdiyi pozuntular konkret dəlillərlə əsaslandırılmadığından məhkəmə kollegiyası həmin dəlillərlə bağlı ayrıca hüquqi dəyərələndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
65. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 51) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 51) uyğun olaraq qanuni və əs aslı qətnamə qəbul etmişdir.
66. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-903/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 14 dekabr tarixli 2-2(103)-903/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.