Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-234/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: alğı-satqı müqaviləsi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Bəhman Qəribovun sədrliyi, hakimlər İlqar Dadaşov və Bəhram Məmmədlidən ibarət tərkibdə, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1254/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. X2 (bundan sonra – iddiaçı) ilə alıcı Cavabdeh MMC (bundan sonra – cavabdeh) arasında 2020-ci il 29 oktyabr tarixdə H A 001/1020 saylı alğı-satqı müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. Müqavilədən görünür ki, cavabdeh iddiaçıdan təqdim olunacaq hesab-fakturada göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə qum və çınqıl materialını alır, malın müqabilində iddiaçıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.
2. Müqavilənin 2.2-ci bəndinə əsasən, 1 m3 (bir kubmetr) çınqıl materialının, çatdırılma daxil, qiyməti (ƏDV daxil) 16,52 manat (14 manat+2,52 manat (18%) ƏDV) təşkil edir. Mal təhvil verilərkən tərəflər təhvil-təslim aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayır (müqavilənin 4.2-ci bəndi).
3. İddiaçının təqdim etdiyi 2020-ci il 9 dekabr tarixli, EBAT seriyalı, 655070 nömrəli elektron qaimədən görünür ki, iddiaçı ümumi dəyəri 24119,20 manat (20440+3679,20 ƏDV) məbləğində olan malları cavabdehə satmışdır. 4. 2020-ci il 4 dekabr tarixli aktdan görünür ki, cavabdeh Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində qapalı su yığıcılarının (QSY) və drenaj şəbəkəsinin (DŞ) tikintisi üçün 2020-ci il 20 oktyabr – 2020-ci il 30 noyabr tarixlərində iddiaçıdan 1460 m3 çınqıl alınmışdır. Aktın doğruluğunu hər iki tərəfin imzaları ilə (o cümlədən cavabdehin möhürü ilə) təsdiq edilmişdir.
5. İddiaçı tərəfindən cavabdehə 2021-ci il 24 may tarixli bildirişlə pretenziya xarakterli məktub göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı 2021-ci il 29 iyun tarixdə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehdən 20440 manat əsas borc və 3670,20 manat ƏDV-nin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İmişli rayon Çaxırlı kənd sakini olaraq fiziki şəxs-sahibkar kimi qum-çınqıl istehsalı ilə məşğul olmuşdur. 2020-ci il 29 oktyabr tarixdə cavabdeh ilə bağlanmış müqavilənin şərtlərinə görə, onlar Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında Meliorativ tədbirlərin aparılması layihəsinə çınqıl daşıyıb təhvil verməli idilər. İddiaçı müqavilənin şərtlərinə əsasən cavabdehə 2020-ci il 9 dekabr tarixə kimi 1460 m3 çınqılı daşıyıb təhvil vermişdir. Müqaviləyə əsasən hər 1 m3 qiyməti daşınma xərci ilə bir likdə 14 manat+18% ƏDV hesablanmışdır. Ümumilikdə təhvil verilmiş çınqılın əsas dəyəri 20440 manat olmaqla, 3670,20 ƏDV etmişdir. Dəfələrlə yazılı və şifahi müraciətlərinə baxmayaraq cavabdeh təhvil aldığı malmaterialın dəyərini ödəməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 19 avqust tarixli, e-2-2(113)3341/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş– cavabdehdən ƏDV daxil ümumilikdə 24110,20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
9. Məhkəmə bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, iddiaçıdan aldığı hər 1 m3 qiyməti Ə DV daxil 16,52 manat olan 1460 m3 çınqıla görə ümumilikdə 24.119,20 manat (20440+3679,20 ƏDV) məbləğində olan borcunu ödəməmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıya 24.119,20 manat (20440+3679,20 ƏDV) manat məbləğində borcu olsa da, iddiaçı ümumilikdə 24.110,20 manat (20440+3670,20 ƏDV) məbləğində borc pulun tutulmasını tələb etmişdir. Bu səbəbdən, məhkəmə iddia tələbindən kənara çıxmalı olmadığından cavabdehdən 24.110,20 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməli olması nəticəsinə gəlmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 442, 443.1, 567, 598.1-598.2-ci, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Birinci instansiya məhk əməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1254/2021 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tam əsaslıdır və tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini iddiaçıya tam ödəməmişdir. İddiaçı Mülki Məcəll ənin 598.3-cü maddəsinə əsasən 20440 manat əsas borcun və 3670,20 manat ƏDV məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 567, 598.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Apellyasiya məhkəməsinin qətnaməsi 2021-ci il 16 dekabr tarixdə cavabdehin nümayəndəsinə və iş üzrə tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.
16. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
17. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən apellyas iya şikayətində göstərilən dəlillər (borc məbləğinin düzgün qeyd olunmadığı və.s) araşdırılmamışdır. Nəticədə, məhkəmə prosessual hüquq normasının pozuntusuna yol vermişdir ki, bu da düzgün olmayan məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və belə olan halda məhkəmə obyektiv olmayan, ədalətsiz qətnamə qəbul etmişdir.
18. Həmçinin, məhkəmə cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, beləliklə çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. II. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin verildiyi gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. İş üzrə cavabdeh tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələləri n düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcı nın mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.” IV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. İşdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir.
24. Cavabdehin kassasiya şikayətinin dəlilinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlilləri araşdırmamışdır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin düzgün hesablanıb-hesablanmaması məsələsinə öz qətnaməsində münasibət bildirmiş və gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır. Belə ki, qətnamədə cavabdehin alğı-satqı müqaviləsi üzrə borcunun onun tərəfindən mübahisələndirilməyən 2020-ci il 4 dekabr tarixli aktla öz təsdiqini tapdığı, həmçinin iddiaçı tərəfindən cavabdehə göndərilmiş EBAT seriyalı, 655070 nömrəli, 2020-ci il 9 dekabr tarixli elektron qaimənin təsdiq edilməsindən cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində imtina olunmadığı göstərilmişdir. Qeyd olunan hallar isə, cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul olunduğunu və onların dəyərinin ödənilməsindən imtina olunmadığını təsdiq etmişdir. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, cavabdeh işin halları ilə müəyyən olunmuş bu halları və iddiaçıya olan borcunun ödənildiyi sübut olunmaqla təsdiq edən hər-hansı sənədləri aşağı instansiya məhkəmələrinə təqdim etməmişdir.
26. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçıya 2018-ci il 1 noyabr tarixli, QZSA 218/2018 saylı müqavilə üzrə borcunun olub-olmamasının müəyyən edilməsi məqsədilə mühasibatlıq ekspertizası təyin etməmişdir.
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə də razılaşmır.
28. Belə ki, MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
29. Məhkəmə kollegiyası bu normanın məzmunu baxımından qeyd edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğin ona ödənilib-ödənilməməsi və yaxud belə bir borcun mövcudluğunu şübhə altına ala biləcək hər-hansı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmadığından və cavabdehin həmin borc məbləğini mübahisələndirməsi yalnız onun fərziyyəsindən ibarət olduğundan, borc məbləği iş üzrə mötəbər sübut olan 2020-ci il 4 dekabr tarixli aktla müəyyən olunmaqla borc məbləğinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etmədiyindən iş üzrə ekspertizanın keçirilməsinə zərurət qalmamış və apellyasiya məhkəməsi iş materialları əsasında hüquqi qiymətləndirməni düzgün aparmışdır.
30. Kassasiya şikayətinin digər dəlili bundan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi cava bdehin məhkəmə iclasında iştirakını təmin etməyərək çəkişmə prinsipini pozmuşdur.
31. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
32. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
33. İstinad olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, kommersiya mübahisələr i üzrə məhkəmə icraatı zamanı sənədlər mübadiləsinin elektron məhkəmə informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuş və bu qaydada göndərilmiş sənədlərin digər formada çatdırılmasının tələb olunması istisna edilmişdir.
34. Hazırki iş üzrə elekton məhkəmə informasiya sistemindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmanın mümkün sayılmaqla məhkəmə iclasının təyin olunduğu tarix və saat barədə məlumatların əks olunduğu 2021-ci il 19 oktyabr tarixli, 2-2(103)-1254/2021 saylı qərardadı və eyni tarixli, eyni nömrəli məhkəmə bildirişi 2021-ci il 20 okyabr tarixdə cavabdehin qanuni təmsilçisi Nümayəndə1 məxsus şəxsi elektron kabinetdə yerləşdirilmişdir.
35. Bundan ba şqa, sonradan cavabdeh tərəfindən məhkəməyə ərizə ilə müraciət olunaraq müvafiq sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınması xahiş olunmuş, apellyasiya məhkəməsi tərəfindən məhkəmə iclası təxirə salınaraq bununla bağlı cavabdehə yuxarıda göstərilən qaydada məhkəmə iclasının 2021-ci il 7 dekabr tarixə, saat 09:40-a təxirə salınmasına dair müvafiq məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh sonrakı məhkəmə iclasında da iştirak etməmişdir.
36. MPM-in 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
37. Göründüyü kimi prosessual qanunv ericilik işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxsin məhkəmə iclasına gəlməməsinin işə baxılmasına mane olmadığını nəzərdə tutmuşdur. Hazırki halda da, cavabdehə məhkəmə iclasının təxirə salınması ilə bağlı və növbəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatların öz əksini tapdığı, prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir ki, bu halda apellyasiya məhkəməsi tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
38. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş k assasiya şikayətində göstərilən dəlillər Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 22(103)-1254/2021 saylı qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz.
39. MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
40. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli, 2-2(103)-1254/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.