Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-235/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-in Cavabdeh MMC-ə qarşı iş üzrə QƏRAR (açar sözlər: iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürməsi barədə müqavilənin 14.5-ci bəndinin tələbləri, yəni görülən işin qəbulundan sonra 1 il müddətində təmirə ehtiyacın olması barədə cavabdehin dəlilləri araşdırılmamışdır.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-in nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil2, Cavabdeh MMC -in nümayəndəsi xxx oğlunun, cavabdehin vəkili xxx oğlunun iştirakı ilə, Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı MMC-in Cavabdeh MMC-ə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-32/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-in xeyrinə 268.580 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xxx saylı, xx.xx.2015-ci il ta rixli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə "İddiaçı” MMC ümumi məbləği 1.032,500 manat təşkil edən və Mərkəzi Referens Laboratoriyasının (bundan sonra-Laboratoriya) binasında kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırılması və buraxılış-sazlanması işlərini yerinə yetirməli, Cavabdeh MMC isə işin dəyərinin 763.920,00 manat hissəsini xx.xx.2015-ci il tarixinə qədər, qalan 268.580 manat hissəsini isə yerinə yetirilmiş işlərə görə 1 illik zəmanət müddəti başa çatdıqdan sonra ödəməli idi. İddiaçı MMC həmin müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq icra etmişdir ki, bu da tərəflər arasında imzalanmış görülmüş işlərin Qəbul Aktı (Forma N 2) və görülmüş podr at işlərinin və əlavə xərclərin müqavilə qiymətinin dəyəri haqqında arayışla (Forma N 3) birmənalı olaraq təsdiq edilir, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etməmişdir. Belə ki, zəmanət müddətinin xx.xx.2016-cı il tarixində bitməsinə və həmin vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaraq Cavabdeh MMC "İddiaçı” MMCə qalan 268.580 manat pulu hələ də ödəməmişdir. İddiaçı cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, iddiaçının cavabdehə yazılı müraciətləri müsbət nəticə verməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, e-2-2(82)105/2018 saylı qətnaməsi ilə (hakim Z.Tağıyev) iddia təmin olunmuş, Cavabdeh MMC-dən 268.580 manat tutularaq İddiaçı MMC-in xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-2(103)-142/2019 saylı qətnaməsi ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və V.Baxışova) apellyasiya şikayəti təmin olunmamış, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin e-2-2(82)-105/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(102)-412/2019 saylı qərarı ilə (sədrlik edən R.Nəbizadə, hakimlər A.Hüseynov, İ.Dadaşov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-142/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-32/2020 saylı qətnaməsi ilə (sədrlik edən V.Ağayev, hakimlər A.Nuriyeva, C.Yusifov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(82)-105/2018 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli 309 saylı Qərarı ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” təsdiq edilmişdir. Siyahının 1.11-ci bəndinə görə tikinti-quraşdırma işlərinin şəhərsalm a və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı) da sifarişçi tərəfindən müraciətə əlavə edilir. Siyahıda göstərilən (mübahisəyə aidiyyəti olan) digər sənədlərin mövcudluğu barədə məhkəmə tərəfindən araşdırma aparılmamaqla yanaşı, x xxxxxx 2016-cı il tarixli aktda həqiqətən iddiaçı tərəfindən görülməli olan işlərin tam yerinə yetirilməsi, cavabdehin mübahisə açdığı halların aktı imzalayan şəxslərin məhkəməyə dəvət edilərək dindirilməklə yoxlanılmasının zəruriliyi müzakirə edilməmişdir. Cavabdehin mövqeyi nə görə Mərkəzi Referens Laboratoriyasında quraşdırılmış avadanlıqlar, kondisioner, ventilyasiya və sair sistem normal işləmir və ciddi problemlər mövcuddur. İşdən görünür ki, bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Mərkəzdə mübahisə predmeti olan kondisioner, ventilyasiya sistemi avadanlıqları üzrə xüsusi biliyə malik olan mütəxəssis olmadığından ekspertizanın həyata keçirilməsi mümkün olmamış, mütəxəssis rəyi alınması üçün “xxxx” MMC mütəxəssis kimi işə cəlb edilmiş və MMC tərəfindən məhkəməyə xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Rəydə göstərilmişdir ki, Laboratoriyanın layihəsi mövcud olmadığından qoyulmuş suallara cavab verilməsi tam şəkildə mümkün olmamışdı r. İşə apellyasiya qaydasında baxılarkən mütəxəssis xxx oğlu izahatında bildirmişdir ki, onun qarşısında qoyulan suallara yalnız Laboratoriyanın layihəsi təqdim olunduqdan sonra cavab vermək mümkündür. Rəydə qeyd edilən nöqsanlar həqiqətən də Laboratoriya binasında mövcuddur, lakin onların yaranma səbəblərini layihə olmadan müəyyən etmək qeyri mümkündür. O da vurğulanmalıdır ki, Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı müxtəlif tarixli məktublarında qeyd edilmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuş, işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul edilməmiş, nəticədə Laboratoriyanın istismara verilməsi mümkün olmamış, şərti olaraq cavabdehin görülən işi x xxxxxx 2016-cı ildə qəbul etməsi nəzərə alınarsa, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürməsi barədə müqavilənin 14.5-ci bəndinin tələbləri, yəni görülən işin qəbulundan sonra 1 il müddətində təmirə ehtiyacın olması barədə cavabdehin dəlilləri araşdırılmamışdır. Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmada Laboratoriyaya baxış zamanı 3 əsas nöqsanın aşkarlanması – otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi mütəxəssisin verdiyi ifadəsi ilə təsd iq edilmiş, lakin məhkəmə Laboratoriyanın layihəsinin təqdim edilməməsinə əsaslanaraq həmin rəyə hüquqi qiymət verməmişdir. Layihənin mövcudluğu, onun aidiyyəti orqanlardan (istismara hazırlıq aktında da layihəçi idarə və onun nümayəndəsi qeyd edilmişdir) alınmasının mümkünlüyü və layihənin xxxa təqdim edilməsi barədə məlumatlar araşdırılmamış, qüsurların görülən iş x xxxxxx 2016-cı il tarixə təhvil verilən vaxta qədər, ondan sonrakı 1 il zəmanət müddətində, həmçinin iddiaçının, yoxsa cavabdehin hərəkəti nəticəsində əmələ gəlməsi müəyyən edilməmiş, Səhiyyə Nazirliyinin dəlilləri öyrənilməmiş, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun qiymətləndirmə aparılmamışdır. Tərəflər arasında olan yazışmalarda cavabdehin iddiaçının ondan 90.000 manat nağd pul vəsaitinin aldığı, gələcəkdə onu qaytarmaq üçün öhdəlik götürdüyü, iddiaçı isə həmin məbləği borc almasını təsdiq etdiyi, onu qaytaracağını öhdəsinə götürməsi, borcların qarşılıqlı əvəzləşdirilərək cavabdehin ona 178.580 manat ödəməsinə etiraz etmədiyi əksini tapmış, iddia təmin edilərkən bəhs olunan sübutlara, o cümlədən iddiaçının borcların qarşılıqlı əvəzləşdirilməsi və cavabdehin ona 178.580 manat ödəməsinə etiraz etmədiyi barədə dəlilinə münasibət bildirilməmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 420-ci maddəsinə istinad etsə də, apellyasiya məhkəməsi üçün məcbur i xarakter daşıyan, kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarında şərh edilən göstərişləri icra etməmişdir. Ali Məhkəmənin məcburi göstərişlərindən biri ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi işlərin həmin vaxt qurtarıb-qurtarmamasını, işlər həmin vaxt yekunlaşmayıbsa, bunun hansı tərəfin təqsirli hərəkəti nəticəsində baş verməsini araşdırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 14.4-cü bəndində müəyyən edilmişdir ki, “müqavilə üzrə işlərin başlanma vaxtı xx.xx.2015-ci il qurtarma vaxtı xx.xx.2015-ci ildir”. xx xxxxxx 2016-cı il tarixli istismara hazırlıq aktında göstərilmişdir ki, tikintinin qurtarması xx xxxxxx 2015-ci il tarixdə baş vermişdir, nəzərə ala raq ki, iş həcmi 1.032.500 manat olmuş və cavabdehin imzalamadığı forma №2 və forma №3 2015-ci ilin noyabr ayında cavabdehə təhvil verilmiş, əslində burada heç bir gecikdirmədən söhbət belə gedə bilməz. Ali Məhkəmənin digər məcburi göstərişi ondan ibarətdir ki, “Apellyasiya məhkəməsi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında işlərin və ya xidmətlərin iddiaçıdan qəbul edilməsi, satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunun həyata keçirilməsi də ətraflı tədqiq edilib hüquqi qiymət verilməmişdir” ki, bu göstəriş də yerinə yetirilməmişdir. Halbuki apellyasiya məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin “əsaslandırıcı hissəsi”ndə müəyyən etmişdir ki, “xx.xx.2016-cı il tarixli istismara hazırlıq aktından görünür ki, Sifarişçi, Layihəçi, Podratçı və AR FHN T ikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Müfəttişliyi obyektdə tikinti-quraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq etmişlər”. Belə ki, iddiaçı tərəfindən obyektdə ona aid tikinti-quraşdırma işləri tam olaraq yerinə yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırmada Laboratoriyaya baxış zamanı 3 əsas nöqsanın aşkarlanması-otaqlarda olan temperatur idarəsinin işləməməsi, AHU-8-in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi mütəxəssisin verdiyi ifadəsi ilə təsdiq edilmiş, lakin məhkəmə Laboratoriyanın layihəsinin təqdim edilməməsinə əsaslanaraq həmin rəyə hüquqi qiymət verməmişdir. Layihənin mövcudluğu, onun aidiyyəti orqanlardan al ınmasının mümkünlüyü və layihənin xxxa təqdim edilməsi barədə işin 2-ci cild 168-ci səhifəsində olan Kurşat Baysan adlı şəxsin yazılı müraciətində olan məlumatlar araşdırılmamış, qüsurların görülən işin təhvil verilən vaxta qədər, ondan sonrakı 1 il zəmanət müddətində, həmçinin iddiaçının, yoxsa cavabdehin hərəkəti nəticəsində əmələ gəlməsi müəyyən edilməmiş, Səhiyyə Nazirliyinin dəlilləri öyrənilməmiş, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə uyğun qiymətləndirmə aparılmamışdır”. Məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Rəydə qeyd olunmuşdur ki, Laboratoriyanın layihəsi mövcud olmadığından qoyulmuş suallara cavab verilməsi tam şəkildə mümkün olmamış, lakin Laboratoriyaya baxı ş zamanı 3 əsas nöqsan aşkarlanmışdır - otaqlarda olan temperatur idarəsinin işləməməsi, AHU-8-in mərkəzdən idarə olunmaması, BSL-3 ve BSL-4 otaqlarında qapı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməməsi, layihə mövcud olmadığından həmin nasazlıqların əvvəldən yaranması və yaxud istismar nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iş üzrə əsl həqiqətə nail olmaq üçün təkrar ekspertiza təyin olunmalı, həmin layihə ekspertə təqdim edilməli, bundan sonra yuxarıda göstərilmiş həlledici cavab alınmalıdır, lakin apellyasiya məhkəməsi təkrar ekspertiza təyin etməmiş və bununla da faktiki olaraq Ali Məhkəmənin çox önəmli göstərişini icra etməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış xxx nömrəli, xx.xx.2015-ci il tarixli müqavilənin 18.1-ci bəndinə əsasə n müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməli, bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir, lakin iddiaçı tərəfindən nə işin görüldüyü zaman, nə də bir illik təminat müddətində (xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək) aşkar olunmuş qüsurlar haqqında ümumiyyətlə heç bir bildiriş alınmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsində istinad etdiyi Səhiyyə Nazirliyinin İddiaçı MMC-ə nasazlıqlar barədə məlumat verilməsi barədə məktublar, bu məktubların hamısı təminat müddəti (xx xxxxxx 2017-ci il tarixi) bitəndən sonra, yəni apellyasiya məhkəməsinin özünün göstərdiyi kimi xx.xx.2018-ci il, xx.xx.2018ci il və xx xxx xxx 2018-ci il tarixlərində yazılmışdır. Bundan əlavə, apellyasiya məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməsində qeyd olunur ki, “Şərti olaraq cavabdehin görülən işi x xxxxxx 2016-cı ildə qəbul etməsi nəzərə alınarsa, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürməsi barədə müqavilənin 14.5-ci bəndinin tələbləri, yəni görülən işin qəbulundan sonra 1 il müddətində təmirə ehtiyacın olması barədə cavabdehin dəlilləri araşdırılmamışdır. Referens laboratoriyasında x xxxxxxx 2017-ci il tarixə olan texniki nasazlıqlar haqqında işin 1-ci cild 101-ci səhifəsində olan məlumat Səhiyyə Nazirliyinin x xxxxxxx 2017-ci il tarixli məktubu ilə iddiaçı və cavabdehə bildirilmişd ir. Həmçinin, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi xxx bildirmişdir ki, avadanlıqlar halhazırda işlək vəziyyətdədir. Lakin “AOS-8” kontrolleri montaj edilərkən səhvə yol verildiyi üçün yanıb və temperatur ventilyatorları işləmir. Ona görə də sistem işləmir”. Apellyasiya məhkəməsinin yanlış qənaətləri ilə guya Səhiyyə Nazirliyinin Referans Laboratoriyasında nasazlıq barədə İddiaçı MMC-ə xx xxxxxxx 2017-ci il tarixli məktubla məlumat verilməsi həqiqətə uyğun deyil, işdə həmin məktubun alınmasını təsdiq edən hər hansı sənəd yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-32/2020 saylı qətnaməsini ləğv edərək, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Tərəflərin iz ahatları İddiaçı MMC-in nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-32/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh MMC-in nümayəndəsi xxx oğlu, cavabdehin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Sifarişçi cavabdeh ilə icraçı iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, xxx saylı Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən Sifarişçi Mərkəzi Referens Laboratoriyasının tikintisinin (kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırma və buraxılış–sazlama işlərinin yerinə yetirilməsi) satın alınması üçün İcraçının 1.032.500 (ƏDV ilə) manat məbləğində tender təklifini qəbul etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan Mərkəzi Referens Laboratoriyasının tikintisini təhvil v erməyi, 2.3-cü bəndinə əsasən Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. Həmin müqavilənin 14.3-cü bəndə əsasən müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda icraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişil mir. 14.4-cü bəndə əsasən müqavilə üzrə işlərin başlanma vaxtı xx.xx.2015-ci il qurtarma vaxtı isə xx.xx.2015-ci il müəyyən edilmişdir. 14.5-ci bəndə əsasən Sifarişçi tərəfindən 268.580 manat saxlanılaraq, İcraçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürmüşdür. 18.1-ci bəndə əsasən müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. xx.xx.2015-ci il tarixli müqaviləyə qiymət cədvəli əlavə olunmuşdur. xx.xx.2016-cı il tarixli istismara hazırlıq aktından görünür ki, Sifarişçi, Layihəçi, Podratçı və AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Müfəttişliyi obyektdə tikinti-quraşdırma işlərinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq etmişlər. xxx şəhəri, xxxrayonu, xxx küçəsi, xx515-cü məhəllədə inşa edilmiş xxx Laboratoriyasının tikintisində görülən işlər üzrə f-2 hesabat cədvəlləri əlavə edilmişdir. Forma-3 arayışına əsasən noyabr 2015-ci ildə görülmüş podrat işlərinin və əlavə xərclərin dəyəri 211.563, 62 qəpik təşkil etmişdir. Forma-3 arayışına əsasən iyul 2015-ci ildə görülmüş podrat işlərinin və əlavə xərclərin dəyəri 820.906,38 qəpik təşkil etmişdir. xx, xxx nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 300.000 manat məbləğində pul iddiaçıya ödənilmişdir. xx.xx.2015-ci il tarixli ödəniş tapşırığına əsasən cavabdeh tərəfindən 300.000 manat iddiaçıya ödənilmişdir. xx.xx.2015-ci il tarix li hesaba əsasən cavabdeh tərəfindən 437.500 manat iddiaçıya ödənilmişdir. xx, xxx nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 137.500 manat iddiaçıya ödənilmişdir. xx, xxx nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 120.244,23 manat iddiaçıya ödənilmişdir. xx, xxx nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 68.811,54 manat iddiaçıya ödənilmişdir. xx, xxx nömrəli elektron vergi hesab-fakturasına əsasən cavabdeh tərəfindən 20.834,29 manat iddiaçıya ödənilmişdir. İddiaçının cavabdehə ünvanladığı pretenziya məktubunda qeyd olunur ki, müqavilə üzrə zəmanət müddətinin xx.xx.2016-cı il tarixində bitməsinə və həmin vaxtdan təqribən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya 268,580.00 manat pulu hələ də ödəmə mişdir. Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuşdur. Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın cavabdehə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlər yerinə yetirilən zaman bir sıra nasazlıqlar yaranmış və bu əsasdan da Laboratoriyanın istismara verilməsi mümkün olmamışdır. Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunur ki, mübahisə predmeti olan müqavilə üzrə işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul ed ilməmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilərək ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, Mərkəzdə mübahisə predmeti olan kondisioner, ventilyasiya sistemi avadanlıqları üzrə xüsusi biliyə malik olan mütəxəssis olmadığından ekspertizanın həyata keçirilməsi mümkün olmamış, mütəxəssis rəyi alınması üçün “xxxx” MMC mütəxəssis kimi işə cəlb edilmiş və MMC tərəfindən məhkəməyə xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi daxil olmuşdur. Rəydə qeyd olunmuşdur ki, Laboratoriyanın layihəsi mövcud olmadığından qoyulmuş suallara cavab verilməsi tam şəkildə mümkün olmamış, lakin Laboratoriyaya baxış zamanı 3 əsas nöqsan aşkarlanmışdır–otaqlarda olan temperatur idarəsinin işləməsi, AHU-8 in mərkəzdən idarə olunmaması, BSL-3 və BSL-4 otaqlarında qap ı açıldıqda təzyiqlər fərqinə görə siqnalizasiyanın işləməsi, layihə mövcud olmadığından həmin nasazlıqların əvvəldən yaranması və yaxud istismar nəticəsində yaranmasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, Səhiyyə Nazirliyinin iş üzrə tərəflərə ünvanladığı müxtəlif tarixli məktublarında qeyd edilmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə işlərin görülməsi zamanı bir sıra nöqsanlar yaranmış və həmin nöqsanların aradan qaldırılması tələb olunmuş, işlər iddiaçı tərəfindən başa çatdırılmadığından işlərin faktiki yerinə yetirilməsini təsdiq edən “Forma 2”-lər onlar tərəfindən qəbul edilməmiş, nəticədə Laboratoriyanın istismara verilməsi mümkün olmamışdır. Şərti olaraq cavabdehin görülən işi x xxxxxx 2016-cı ildə q əbul etməsi nəzərə alınarsa, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürməsi barədə müqavilənin 14.5-ci bəndinin tələbləri, yəni görülən işin qəbulundan sonra 1 il müddətində təmirə ehtiyacın olması barədə cavabdehin dəlilləri araşdırılmamışdır. Referens laboratoriyasında x xxxxxxx 2017-ci il tarixə olan texniki nasazlıqlar haqqında işin 1-ci cild 101-ci səhifəsində olan məlumat Səhiyyə Nazirliyinin x xxxxxxx 2017-ci il tarixli məktubu ilə iddiaçı və cavabdehə bildirilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə)öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyənləşdirən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələri). Bu baxımdan öhdəlik elə icra edilməlidir ki, o tərəflər arasında belə xarakterli münasibətlərin yaranmasının əsası kimi qəbul olunan müqavilə şərtlərinə tam uyğun olsun, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla onun hədlərindən kənara çıxmasın və son nəticədə həmin müqavilədə göstərilmiş müddətlər ərzində tərəflərin belə müqavilədən irəli gələn maraq və niyyətlərinə nail olmağa gətirib çıxarsın. Göründüyü kimi öhdəlik onun tərəflər barəsində abstrakt deyil real icrasının həyata keçirilməsini imperativ qayda kimi şərtləndirir. Hazırki iş üzrə bağlanmış müqavilənin məzmunundan belə görünür ki, tərəflər arasında podrat münasibətləri mövcud olmuşdur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podrat çıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Mülki Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Mülki Məcəl lənin 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məhkəmə tərkibi hazırki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi”nin bəzi müddəalarını Mülki Məcəllənin yuxarıda göstərilən normaları baxımından təhlili zəruriliyini nəzərə almaqla qeyd edir ki, bu müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi (cavabdeh) Laboratoriyanın tikintisinin (kondisioner, ventilyasiya və istilik sistemlərinin quraşdırılması üzrə avadanlığın, komplektləşdirici hissələrin və materialların göndərilməsi, quraşdırma və buraxılış– sazlama işlərinin yerinə yetirilməsi) satın alınması üçün icraçının (iddiaçının) 1.03 2.500 (ƏDV ilə) manat məbləğində tender təklifini qəbul etmiş, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında satın alınan Laboratoriyanın tikintisini cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür (müqavilənin 2.2-ci bəndi). Cavabdeh Müqavilənin 2.3-cü bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) iddiaçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 14.3-cü bəndinə əsasən, müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və cavabdeh tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda iddiaçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. Müqavilənin 14.4-cü bəndinə əsasən, müqavilə üzrə işlərin başlanma vaxtı xx.xx.2015-ci il, qurtarma vaxtı isə xx.xx.2015-ci il müəyyən edilmişdir. Müqavilənin 14.5-ci bəndində qeyd edilir ki, cavabdeh tərəfindən 268.580 manat saxlanılaraq, iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulunu və 1 il müddətində təmirinə zəmanəti öz üzərinə götürür. Göründüyü kimi, tərəflər arasında bağlanan müqavilədə “iddiaçı satınalmaların İşçi və Dövlət komissiyası tərəfindən qəbulu” nəzərdə tutulmuşdur, lakin iş materiallarında istismara qəbul barədə akt deyil, iddiaçının tələbinin əsası kimi istinad etdiyi istismara hazırlıq aktı mövcuddur (cild 1, i.v. 20, 77). Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, el əcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir (bu Məcəllənin 1-ci maddəsi). Bu məcəllənin tikinti obyektinin istismarına icazənin məqsədini müəyyən edən 101-ci maddəsində göstərilmişdir ki, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir, tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir, tikinti obyektinin istismarına icazənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir(bu Məcəllənin 101.1, 101.2 və 101.4-cü maddələri). ““Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2012-ci il tarixli, 695 saylı Fərmanının 4.2-ci maddəsinə əsasən tikintinin istismarına icazənin forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublik asının Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli 302 saylı Qərarı ilə istismara icazənin formaları təsdiq edilmişdir. Bundan başqa “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2014-cü il tarixli 309 saylı Qərarının 1.11-ci maddəsində tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt, istism ara hazırlıq aktı da sifarişçi tərəfindən əlavə edilən sənədlərdən biri kimi müəyyən olunmuşdur.Göründüyü kimi, icraçı tərəfindən müqavilənin 14.5-ci bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi (satınalmaların işçi və dövlət komissiyası tərəfindən qəbulu və 1 il müddətində təmirinə zəmanət) yerinə yetirilməsi ilə bağlı, yəni istismara icazə barədə akt mövcud deyildir. Belə olan təqdirdə iddiaçının müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməsindən irəli gələn tələbləri məqbul hesab oluna bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya məhkəməsinin onun üçün məcburi xarakter daşıyan, kassasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qərarındakı və yuxarıda da qeyd edilmiş məcburi göstərişlərinin yerinə yetirməməsilə bağlı dəlillərinə müna sibətdə onu vurğulayır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. B eləliklə, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin yerinə yetirilməsi imperativ xarakterə malikdir. Lakin, onun həyata keçirilməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş prinsip və qaydaların müəyyənləşdirdiyi hədlər və tələblər çərçivəsindən kənara çıxmamalıdır, əks təqdirdə belə hüquqi vəziyyət mülki prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual funksiyaların bölünməsi prinsipinin pozulmasına gətirib çıxarardı. Belə ki, məhkəmə (o cümlədən apellyasiya instansiyası məhkəməsi) yalnız (prosessual qanunvericilikdə nəzərdə tutulmuş halar istisna olmaqla) tərəflərin təqdim etdikləri sübutlar əsasında işin mahiyyəti üzrə işin hallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırdıqdan sonra həlli ilə əlaqədar ədalət mühakiməsini həyata keçirir. Bu baxımdan məhk əmənin öz təşəbbüsü ilə tərəflərdən hər hansı birinin prosessual hüquq və vəzifələrinə aid olan səlahiyyətlərini öz üzərinə götürməsi yuxarıda qeyd edilən prinsip və imperativ qaydalarından kənarlaşma ilə nəticələnərdi. Bu cür yanaşma “Azərbaycan Respublikası Konstitusiyasının125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli Plenumunun Qərarından da irəli gəlir.Həmin qərarda vurğulanmışdır ki, “çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar ə sasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birini n tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayr ı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirili r. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Beləliklə, kassasiya instansiyası məhkəməsinin göstərişlərinin aşağı instansiya məhkəməsi üçün məcburiliyi dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, həmin göstərişlərin yerinə yetirilməsi məhkəməyə ilk növbədə tərəflərin malik olduqları prosessual hüquq və vəzifələrin həyata keçirilməsi və icra olunmasını məhkəmənin öz üzərinə götürməsini deyil, yalnız tərəflər üçün onların həyata keçirilməsinə prosessual şərait və imkan yaradılmasını ehtiva edir. Hazırki iş üzrə iş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020 tarixli qətnaməsinin çıxarılması ilə nəticələnən məhkəmə icraatı zamanı iddiaçı kassasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından y aranan prosessual imkanlardan (vəsatətlər və s.) yararlanmamışdır (İİİ cild, i.v. 113-115). Halbuki, kassasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarında iş üzrə sübutlara dair konkret hüquqi münasibət bildirilmiş, bu məhkəmənin sübutlarla əlaqədar hüquqi mövqeyi tərəflərə də məlum olmuşdur. Həmin vəziyyətdə isə yeni apellyasiya icraatı zamanı sübutlarla bağlı iradə sərbəstliyinə əsaslanan prosessual fəallıq məhkəmənin deyil, tərəflərin (o cümlədən, iddiaçının) üzərinə düşür. Lakin tərəflər apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərarından irəli gələn sübutları bu məhkəməyə təqdim etməmişlər. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli dir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(103)-32/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixl i, 2-2(103)-32/2020 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-235/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-235/2020
29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver