Məhkəmə qərarları › İş №2-2(102)-235/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-235/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-235/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əsassız varlanma qaydasında pulun geri tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 22(103)-1078/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2021-ci il 12 oktyabr tarixli qida və ya qeyri-qida mallarının təchizatına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən təchizatçı hazırkı müqavilə əsasında sifariş verilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malı qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. 2. 2022-ci il 24 noyabr tarixli **********84 nömrəli ödəmə qəbzinə əsasən, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 21.186,44 manat məbləğində pul köçürülmüşdür. 3. “X1 Azərbaycan” QSC tərəfindən İddiaçı MMC-yə verilmiş 2023-cü il 12 iyun tarixli 0886 nömrəli məktuba və hesabdan çıxarış görə, 2022-ci il 24 noyabr tarixində sonuncu tərəfindən İnternet Bankçılıq üzərindən Cavabdeh MMC-nin hesabına 21.1 86,44 manat və 21.186,44 manat olmaqla köçürmələr icra olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC (bundan sonra-“iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.186.44 manat məbləğində pulun, həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə, iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci il 24 noyabr tarixində texniki səhv nəticəsində eyni məbləğdə pul vəsaiti (21.186,44 manat) təkrarən təchizatçının hesabına köçürülmüşdür. Beləliklə, cavabdehə ümu mi dəyəri 21.186,44 manat olan eyni alqı-satqı əməliyyatı üzrə cəmi 42.372,88 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, bu məbləğin 21.186,44 manatı səhvən artıq ödənilmişdir. Bununla da, həmin tarixə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti 21.186,44 manat təşkil etmişdir. Göstərilənlərlə əlaqədar dəfələrlə yazılı-2022-ci il 30 noyabr tarixli məktub və şifahi şəkildə müraciət edilməsinə, müvafiq pretenziya göndərilməsinə baxmayaraq, həmin pul vəsaiti hələ də qanunsuz şəkildə cavabdehdə saxlanılır və bu vəsait əsassız olaraq iddiaçıya qaytarılmır. Bundan sonra qanunvericiliyə uyğun olaraq tərəflərindən müvafiq mediasiya təşkilatına müraciət edilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə iddiaçıya buna dair müvafiq arayış verilmişdir. Göründüyü kimi, nəticədə iddiaçıya 21.186,44 manat məbləğində zərər dəymiş və bu zərər də məhz cavabdeh tərəfindən ödənilməlidir. 2022-ci il 24 noyabr tarixindən etibarən cavabdehdə saxlanılan və hələ də geri qaytarılmayan həmin məbləğ və həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin iddiaçıya ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir.

6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.

7. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı iddiasının əsası kimi yalnız ödəniş tapşırığı təqdim etməklə guya cavabdehə artıq pul göndərdiyini iddia etmişdir. Həmin sənəd elektron sənəddir və onu adi komyuterdə də düzəltmək mümkündür. Cavabdeh xahiş etmişdir ki, iddia tələbini sübut edən mötəbər sübutlar təqdim edilsin. Haz ırkı qeyd edilən adi sənədlə eyni formada və məzmunda olan sənədlə iddiaçı əsassız olaraq cavabdehdən pul tələb etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 iyul tarixli e-2-2(113)-2371/2023 nömrəli qərardadı ilə məhkəmə-münasibatlıq ekspertizası təyin edilmişdir (hakim A.Əliyeva).

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2023-cü il 16 avqust tarixli 9/5865 nömrəli ekspert rəyinə görə, işin materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş tapşırığı və bank tərəfindən tərtib olunmuş cədvəl məlumatlarına əsasən, iddiaçı tərəfindən cavabdehə 2022-ci il 24 noyabr tarixində ümumilikdə 42.372,88 (21.186,44+21.186,44) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 21.186,44 manat məbləğində pul və 200 manat dövlət rüsumu, ümumilikdə 21.386,44 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Ü.Həsənova).

11. Birinci instansiya məhkəməsi iş üzrə verilmiş ekspert rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirmiş, işin bu qərarın 1-3-cü bəndlərində qeyd edilənfaktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 386.1, 439.4, 1091.1 və 1092.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək müəyyən etmişdir ki, iddiaçı 21.186,44 manat məbləğində pul vəsaitindən məhrum olmuş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Ona g örə də, hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.

12. Məhkəmə iddianın cavabdehdən gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5% məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla yanaşı iddiaçı məhkəməyə tələb etdiyi borc məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günəgün hesabı ilə) barədə heç bir sübut təqdim etmədiyindən cavabdehdən illik beş faiz borcunun tutması mümkün deyil.

13. Məhkəmə gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətin də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2-2(103)-1078/2023 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 24 noyabr 2022-ci il tarixində iki dəfə 21.186,44 manat məbləğində ödəniş edilmişdir. İddiaçı iddia etmişdir ki, bu ödənişlərdən biri tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə həyata keçirilsə də, ikinci ödəniş texniki səhv nəticəsində icra edilmiş, səhvən ödənilmiş vəsait cavabdehdən geri tələb olunsa da qaytarılmamışdır.

17. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində 24 noyabr 2022-ci il tarixində iddiaçı tərəfindən ona iki dəfə 21.186,44 manat ödəniş edildiyini qəbul etməsə də, işin materiallarına əlavə ediliş “X1 Azərbaycan” QSC-nin 12 iyun 2023-cü il tarixli 0886 nömrəli məktubu, hesabdan çıxarışlar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 9/5865 nömrəli ekspert rəyi ilə İddiaçı MMC tərəfindən 24 noyabr 2022-ci il tarixində 21.186.44 manat məbləğində pul vəsaitinin cavabdehə 2 dəfə ödənild iyi təsdiq olunur. Cavabdeh tərəfindən ikinci ödənişin hüquqi əsası olduğu sübut edilmədiyindən həmin vəsaitin əsassız varlanma qaydasında cavabdehdən tutulması qanuni və əsaslıdır.

18. Qeyd edilən məbləğin həqiqətən eyni gündə iki dəfə köçürülüb-köçürülmədiyinin müəyyənləşdirilməsi üçün Mərkəzi Bankdan mütəxəssis dəvət edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətində qeyd etdiyi vəsatət məhkəmə tərəfindən əsassız hesab edilərək göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 19. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Azərbaycan Respublikas ının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş Təlimata əsasən pul köçürməsi köçürməni həyata keçirmiş bank tərəfindən təsdiq edilmiş sənədlərlə sübut olunduğundan və işdə bu barədə “X1 Azərbaycan” QSC tərəfindən təqdim edilmiş sənədlər (məktub, hesabdan çıxarış) olduğundan cavabdeh tərəfindən mübahisələndirilən köçürmənin mövcud olub-olmaması barədə mütəxəssis tərəfindən verilmiş rəy daha mötəbər sübut hesab edilə bilməz.

20. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni birinci instansiya məhkəməsinin tətbiq etdiyi maddi və pros essual hüquq normalarına, əlavə olaraq MPM-in 81-ci maddəsinə istinadla əsaslandırmışdır.

22. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

23. MM-in 386.1-ci maddəsinin tələbləri pozulmuşdur-məhkəmə apellyasiya şikayətində qeyd edilən halları, ödənişin eyni ödəniş olması faktını araşdırmadan qətnamə qəbul etmişdir. Halbuki, hər iki təqdim edilən sənəd bir ödənişdir. Sənədlərin hər ikisində eyni vaxt eyni ödəniş və eyni təyinat yazılmışdır. İddiaçının özünün cavabdehə borcu olmuş və ödənişi etmişdir. Fiziki olaraq eyni anda 2 (iki) ödənişin həyata keçirilməsi mümkün deyil.

24. MPM-i n 1.3, 88, 97-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmənin qətnaməsi prosessual pozuntularla qəbul edilmişdir. Məhkəmədə sənədlərin ekspertizası keçirilməsi və ödəniş sənədlərinin əsilləri yoxlanmalı idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasi ya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

28. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

439. Pul öhdəliklərinin icrası... 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər....” “Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan baş qa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin....” “Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə....”

29. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsas landıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir... “Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilm əli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi). 31.“Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı). Məhkəmə kollegiyası cav abdehin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edilməsini zəruri hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı müqavilə üzrə bir dəfə ödəməli olduğu 21.186,44 manat məbləğində pulu cavabdehə təkrar olaraq ödəmiş, həmin pulun cavabdeh tərəfindən əldə edilməsi üçün isə müqavilə əsası və ya hər hansı hüquqi əsas olmamışdır.

32. Cavabdeh iddia tələbinə qarşı etirazında, apellyasiya və kassasiya şikayətində 2022-ci il 24 noyabr tarixində iddiaçı tərəfindən ona iki dəfə 21.186,44 manat ödəniş edilməsini mübahisələndirsə də, işə mahiyyəti üzrə baxılarkən məhkəməyə təqdim edilmiş, “X1 Azərbaycan” QSC-nin 2023-cü il 12 iyun tarixli 0886 nömrəli məktubu, hesabdan çıxarış (bax bu qərarın 3-cü bəndi) və iş üzrə verilmiş ekspert rəyi ilə iddiaçı tərəfindən 2022-ci il 24 noyabr tarixində 21.186,44 manat pulun cavabdehə 2 dəfə ödənildiyi təsdiq olunmuşdur.

33. Cavabdehin kassasiya şikayətinin məhkəmə tərəfindən sənədlərin ekspertizasının təyin edilməməsinə dair dəlilli ilə bağlı qeyd olunmalıdır ki, MPM-nin 97.1.ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə işin materiallarında olan sübutların kifayətedici hesab edib, ekspertiza təyin etməyə bilər.

34. Hazırkı halda işə birinci instansiya məhkəməsində baxılarkən məhkə məmühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy təqdim olunmuşdur (bax bu qərarın 9-cu bəndi). Nəzərə alınmalıdır ki, iş üzrə tərəfin ekspert rəyi ilə razı olmaması özüözlüyündə həmin rəyin şübhə altına alınmasına əsas vermir. Tərəf hansı səbəbdən ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və həmin rəyin mötəbərliyini şübhə altına alan zəruri sübutları işin faktiki hallarını araşdıran və sübutları qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələrə təqdim etməlidir. Lakin işin materiallarından cavabdeh tərəfindən belə sübutların təqdim edildiyi, eləcə də sənədlərin ekspertizasının təyin edilməsinə dair əsaslandırılmış vəsatətin verildiyi müəyyən edilmir. Bu baxımdan Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

36. MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara ald ı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 dekabr tarixli 2-2(103)-1078/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar