Məhkəmə qərarları › İş №2-2(102)-236/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-236/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-236/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: müqavilə üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 dekabr tarixli, 2-2(103)-1112/2021 saylı qətnaməsindən verilmiş kassasiya ş ikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya tikinti malları təhvil verməyi, alıcı isə həmin malı qəbul edib, razılaşdırılmış müddətlərdə malın haqqını satıcıya ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış qiymət 11.50 (on bir manat əlli qəpik) manat təşkil edir. Müqavilənin 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması, 3.4-cü bənddə isə ödənişin alıcı tərəfindən nağd formada həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

3. İş materiallarındakı qaimələrə əsasən, satıcı tərəfindən qiyməti 11.50 AZN olmaqla: 2019-cu il 09 mart tarixli ******* saylı qaimə faktura ilə 41.3 20 kq, 2019-cu il 09 mart tarixli ******* saylı qaimə faktura ilə 41.330 kq, 2019-cu il 10 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 09 mart tarixli ******* saylı qaimə faktura ilə 42.140 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 43.460 kq, 2019-cu il 09 mart tarixli ******* saylı qaimə faktura ilə 43.440 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 42.620 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 42.250 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 40.430 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 41.830 kq, 2019-cu il 08 mart tarixli ******* saylı qaimə faktura ilə 41.000 kq, 2019-cu il 08 mart tari xli ******* saylı qaimə faktura ilə 42.480 kq, 2019-cu il 08 mart tarixli ******* qaimə faktura ilə 42.310 kq, 2019-cu il 07 mart tarixli ******* saylı qaimə faktura ilə 42.770 kq, 2019-cu il 07 mart tarixli ******* saylı qaimə faktura ilə 42.740 kq, 2019-cu il 07 mart tarixli ******* saylı qaimə faktura ilə 41.960 kq, 2019-cu il 07 mart tarixli ******* saylı qaimə faktura ilə 43.640 kq, 2019-cu il 07 mart tarixli ******* saylı qaimə faktura ilə 42.720 kq, 2019-cu il 06 mart tarixli ******* saylı qaimə faktura ilə 43.960 kq, 2019-cu il 05 mart tarixli ******* saylı qaimə faktura ilə 40.250 kq, 2019-cu il 05 mart tarixli ******* saylı qaimə faktura ilə 41.050 kq, 2019-cu il 05 mart tarixli ******* saylı qaimə faktura ilə 41.250 kq, 2019-cu il 05 mart tarixli ******* saylı qaimə faktura ilə 40.720 kq, 2019-cu il 03 mart tarixli ******* saylı qaimə faktura ilə 41.880 kq, 2019-cu il 03 mart tarixli ******* saylı qaimə faktura ilə 40.310 kq, 2019-cu il 03 mart tarixli ******* saylı qaimə faktura ilə 42.910 kq, 2019-cu il 02 mart tarixli ******* saylı qaimə faktura ilə 40.210 kq, 2019-cu il 02 mart tarixli ******* saylı qaimə faktura il 41.590 kq, 2019-cu il 02 mart tarixli ******* saylı qaimə faktura ilə 42.980 kq, 2019-cu il 02 mart tarixli ******* saylı qaimə faktura ilə 41.170 kq, 2019-cu il 02 mart tarixli ******* saylı qaimə faktura ilə 42.640 kq, 2019-cu il 02 mart tarixli ******* saylı qaimə faktura ilə 40.370 kq, 2019-cu il 28 fevral tarixli ******* saylı qaimə faktura ilə 44.340 kq materialın təhvil verilməsi barədə qaimə faktura tərtib edilmişdir. 4. 2021-ci il 06 may tarixli, 5/367 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 07.03.2019, 07.03.2019, 07.03.2019, 06.03.2019, 06.03.2019, 06.03.2019, 04.03.2019, 04.03.2019, 04.03.2019, 03.03.2019, 01.03.2019-cu il tarixli (i.v. 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzlərində olan imzalar, 03.03.2019-cu il tarixli (i.v.124) tərəzi qəbzində olan iki imzadan altdakı imza, 09.03.2019cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 10.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalardakı “təvil verdi” qrafasında olan imzalar, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 27.02.2019-cu il tarixli ******* nömrəli qaim ə-fakturalarda olan imzalar, 02.03.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturanın “Təhvil aldı” qrafasındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş 09.03.2019, 09.03.2019, 10.03.2019, 09.03.2019, 10.03.2019, 10.03.2019, 10.03.2019, 10.03.2019, 11.03.2019, 11.03.2019, 09.03.2019, 09.03.2019, 08.03.2019 09.03.2019, 08.03.2019, 08.03.2019, 08.03.2019, 08.03.2019, 08.03.2019, 07.03.2019, 07.03.2019, 07.03.2019, 07.03.2019, 07.03.2019, 06.03.2019, 05.03.2019, 05.03.2019, 05.03.2019, 05.03.2019, 04.03.2019, 04.03.2019, 04.03.2019, 03.03.2019, 02.03.2019, 02.03.2019, 02.03.2019, 02.03.2019, 01.03.2019, 01.03.2019, 27.02.2019-cu il tarixli (i.v. 42, 44, 46, 48-54, 56, 58, 60, 62, 64, 66, 68, 70, 72, 76, 80, 82, 84, 86, 96, 100, 102, 104, 106, 108, 114, 116, 120, 126, 140) tərəzi qəbzlərində olan, 03.03.2019-cu il tarixli (i.v. 124) tərəzi qəbzində olan iki imzadan üstdəki imza, 09.03.2019-cu il tarixli ******* nömrəli,10.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli 001318 nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli qaimə- fakturaların “Təhvil aldı” qrafasında olan imzalar, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli qaimə-faktu raların cədvəlinin aşağı sağ küncündə olan imzalar faksimile klişe vasitəsilə icra edilmişdir. 5. 2021-ci il 01 iyun tarixli, 4/447 nömrəli ekspert rəyinin nəticəsində qeyd olunur ki, 09.03.2019-cu il tarixli (i.v.42), 09.03.2019-cu il tarixli (i.v.44), 10.03.2019-cu il tarixli (i.v.46), 09.03.2019-cu il tarixli (i.v.48), 10.03.2019-cu il tarixli (i.v.49), 10.03.2019-cu il tarixli (i.v.50), 10.03.2019-cu il tarixli (i.v.51), 10.03.2019-cu il tarixli (i.v.52), 11.03.2019-cu il tarixli (i.v.53), 11.03.2019-cu il tarixli (i.v.54), 09.03.2019-cu il tarixli (i.v.56), 09.03.2019cu il tarixli (i.v.58), 08.03.2019-cu il tarixli (i.v.60), 09.03.2019-cu il tarixli (i.v.62), 08.03.2019-cu il tarixli (i.v.64), 08.03.2019-cu il tarixli (i.v.66), 08.03.2019-cu il tarixli (i.v.68), 08.03.2019-cu il tarix li (i.v.70), 08.03.2019-cu il tarixli (i.v.72), 07.03.2019-cu jl tarixli (i.v.76), 07.03.2019-cu il tarixli (i.v.80), 07.03.2019-cu il tarixli (i.v.82), 07.03.2019-cu il tarixli (i.v.84), 07.03.2019-cu il tarixli (i.v.86), 06.03.2019-cu il tarixli (i.v.96), 05.03.2019cu il tarixli (i.v.100), 05.03.2019-cu il tarixli (i.v.102), 05.03.2019-cu il tarixli (i.v.104), 05.03.2019-cu il tarixli (i.v.106), 04.03.2019-cu il tarixli (i.v.108), 04.03.2019-cu il tarixli (i.v.114), 04.03.2019-cu il tarixli (i.v.116) (2 ədəd imza), 03.03.2019-cu il tarixli (i.v.120), 03.03.2019-cu il tarixli (i.v.124) (1-ci imza), 02.03.2019-cu il tarixli (i.v.126), 02.03.2019-cu il tarixli (i.v.128), 02.03.2019-cu il tarixli (i.v.130), 02.03.2019-cu il tarixli (i.v.132), 01.03.2019-cu il tarixli (i.v.136), 01.03.2019-cu il tarixli (i.v.138), 27.02.2019-cu il tarixli (i.v.140) tərəzi qəbzlərində olan imzalar; 09.03.2019-cu il tarixli ******* saylı, 09.03.2019-cu il tarixli ******* saylı, 10.03.2019-cu il tarixli ******* saylı, 09.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-ci il tarixli ******* saylı, 09.03.2019-cu il tarixli ******* saylı; 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 08.03.2019-cu il tarixli ******* saylı, 07.03.2019-cu il tarixli ******* saylı, 07.03.2019-cu il tarixli ******* saylı, 07.03.2019-cu il tarixli ******* saylı, 07.03.2019-cu il tarixli **** *** saylı, 07.03.2019-cu il tarixli ******* saylı, 06.03.2019-cu il tarixli ******* saylı, 05.03.2019-cu il tarixli ******* saylı, 05.03.2019-cu il tarixli ******* saylı, 05.03.2019-cu il tarixli ******* saylı, 05.03.2019-cu il tarixli ******* saylı, 03.03.2019-cu il tarixli ******* saylı, 03.03.2019-cu il tarixli ******* saylı, 03.03.2019-cu il tarixli ******* saylı, 02.03.2019-cu il tarixli ******* saylı, 02.03.2019-cu il tarixli ******* saylı (1-ci imza), 02.03.2019-cu il tarixli ******* saylı, 02.03.2019-cu il tarixli ******* saylı, 02.03.2019-cu il tarixli ******* saylı, 02.03.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı qaimə-fakturalarda “Təhvil aldı” və “RECEİVED BY” qrafalarındakı faksmile klişe vasitəsi ilə icra olunmuş imzalar – Qanuni nümayəndə tərəf indən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim edilmiş 09.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 10.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 09.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 08.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli 001318 nömrəli, 07.03.2019cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 07.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 05.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 03.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalardakı “Təhvil verdi” qrafasında olan imzalar; 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2 019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 06.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 04.03.2019-cu il tarixli ******* nömrəli, 02.03.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 28.02.2019-cu il tarixli ******* nömrəli, 27.02.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturalarda olan imzalar; 02.03.2019-cu il tarixli ******* nömrəli qaimə-fakturanın “Təhvil aldı” qrafasındakı 1-ci imza, 07.03.2019, 07.03.2019, 07.03.2019, 06.03.2019, 06.03.2019, 06.03.2019, 04.03.2019, 04.03.2019, 04.03.2019, 03.03.2019, 01.03.2019-cu il tarixli (iş vərəqi 78, 88, 90, 92, 94, 98, 110, 112, 118, 122, 134) tərəzi qəbzl ərində olan imzalar, 03.03.2019-cu il tarixli (iş vərəqi 124) tərəzi qəbzində olan iki imzadan altdaki imza – Qanuni nümayəndə tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinə görə ödənilməli olan 26.616,41 manat məbləğində borcun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, satıcı tərəfindən alıcıya tikinti mallarının (şeben) satılmas ı ilə bağlı razılıq əldə olunmuş və alıcı tərəfindən verilən bütün sifarişlər satıcı tərəfindən vaxtında icra olunmuşdur. Son bir neçə ay ərzində cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirməmiş, müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə tərəflər arasında danışıqlar olmasına baxmayaraq, verilən vədlərə vaxtında əməl olunmamış, nəticədə cavabdehin icra olunmamış öhdəliyi yaranmışdır. Hazırda cavabdehin 2019-cu il 27 fevral tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçıya 26.626,41 (iyirmi altı min altı yüz iyirmi altı manat qırx bir qəpik) manat borcu vardır. Cavabdehə müqavilə üzrə öhdəliklərini icra edərək borcunu ödəməsi barədə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh yenə də öhdəliyinin icrasından yayın mışdır. Eyni zamanda, 2019-cu il 28 oktyabr tarixdə cavabdehlə qarşılıqlı akt imzalanmış və həmin akta əsasən cavabdeh həmin tarixə 26.626,41 manat qalıq borcunun olmasını etiraf etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 14 iyul tarixli, e-2-2(113)-75/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 16.428,32 (on altı min dörd yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – A.Əliyeva).

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə iddiaçının təhvil verdiyi mallar üzrə cavabdehin borcu yaranmışdır. Belə olan halda, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 425.2, 442, 443.1, 448.1, 567, 600.1, 600.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra “Mülki Prosessual Məcəllə”) 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı qətnamənin qismən – iddia tələblərinin rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini, cavabdeh isə qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ap elyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 dekabr tarixli, 2-2(103)-1112/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və E.E.Nağıyeva) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edildiyi hissədə ləğv edilmiş, cavabdehdən iddiaçının xeyrinə 16.428,32 manat borcun tutulması hissəsində iddia rədd edilmiş, qətnamə iddianın rədd edildiyi hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmişdir.

14. İddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

15. Ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 2019cu il 28 oktyabr tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.

16. Bundan başqa, cavabdehin direktoru faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.

17. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir.

18. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 331.3-cü, Mülki Prosessual Məcəllənin 77.1 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin təkrar apelyasiy a baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Mülki Məcəllənin 331.3-cü maddəsində yalnız əqdlərin imzalanması ilə bağlı tələblər əks olunmuşdur. Digər sənədlərin tərtib edilməsi və ya imzalanması ilə bağlı bu maddi hüquq normasında hər hansı bir tələb nəzərdə tutulmamışdır. Belə olan halda, iş materiallarında olan cavabdehin direktorunun faksimile imzası ilə imzalanmış tərəzi çekləri və qaimə fakturalara Mülki Məcəllənin 331.3-cü maddəsinin müddəalarının tətbiq edilməsi doğru deyildir. Həmin sənədlərdəki faksimile imzaların iddiaçı tərəfindən icra edildiyi təsdiq olunmayana qədər bu sənədlər mötəbər sənəd kimi qəbul edilməlidir.

21. Ekspert rəylərindən göründüyü kimi faks imile imza ilə imzalanmamış digər tərəzi çekləri və qaimə fakturalardakı imzalar cavabdehin direktoruna məxsus deyildir. Lakin məhkəmə nəzərə almamışdır ki, müqavilə fiziki şəxslə deyil, hüquqi şəxslə bağlanmışdır. Belə olan halda, digər tərəzi çekləri və qaimə fakturalarda olan imzaların cavabdehin işçilərinə məxsus olub-olmaması aydınlaşdırılmalı idi. Ekspertlərin də müəyyən etdiyi kimi, həmin tərəzi çekləri və qaimə fakturalar bir neçə eyni şəxs tərəfindən imzalanmışdır.

22. Birinci instansiya məhkəməsində iclaslarda iştirak edən cavabdehin direktoru tək işləmədiyini, işçilərinin olduğunu, əksər işçilərini rəsmiləşdirmədiyini bildirmişdir. Belə olan halda, məhkəmə 2019-cu ildə şirkətdə hansı şəxslərin çalışdığını aydınlaşdırmalı və onların imzalarının təqdim edilən tərəzi çekləri və qai mə-fakturalarda olub-olmamasını müəyyənləşdirməli idi. Bundan başqa, məhkəmə faksimile imzanın kim tərəfindən icra edildiyini aydınlaşdırmalı idi. Bu halın müəyən edilməsi üçün məhkəmə ən azından vergi və digər dövlət orqanlarına sorğular verərək, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənəd dövriyyəsində faksimile imzadan istifadə edib-etməməsini aydınlaşdıra bilərdi.

23. Kassasiya şikayəti Mülki Məcəllənin 331.3, Mülki Prosessual Məcəllənin 14.1 və 88-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərardadının təqd im olunduğu gündən 10 gün müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri).

27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad ol unması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 dekabr tarixli, 2-2(103)-1112/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

30. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən 27 fevral 2019-cu il tarixdə iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satıcı alıcıya tikinti malları təhvil verməyi, alıcı isə həmin malı qəbul edib, razılaşdırılmış müddətlərdə malın haqqını satıcıya ödəməyi öhdəsinə götürmüş, müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər arasında razılaşdırılmış qiymət 11.50 (on bir manat əlli qəpik) manat təşkil edir, müqavilənin 3.2-ci bəndində tərəflər arasında hesablaşmanın nağd şəkildə hər on gündən bir tərəzi çekləri və qaimələrə əsasən aparılması, 3.4-cü bənddə isə ödənişin alıcı tərəfindən nağd formada həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

31. İddia tələbini rədd edən apelyasiya məhkəməsi ona istinad etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, qətnamənin əsaslandırıcı hissəsində öz gəldiyi nəticəni əsaslandırmamış, iddiaçının təmin edilmiş tələbinin hansı sübutlarla təsdiq edildiyini, hansı sübutların mötəbər hesab edilmədiyini göstərməmiş, ekspert rəylərinə hüquqi qiymət verməmiş, iddiaçı cavabdehə alqı-satqı üzrə malların təhvil verildiyini təsdiq edən mötəbər sübut lar təqdim etməmiş, ekspert rəyinə əsasən iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi 2019-cu il 28 oktyabr tarixli üzərində cavabdehin möhürü olmayan təhvil-təslim aktının “Təhvil aldı” hissəsində imza qrafasındakı imzanın cavabdehin direktoru tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuş, bundan başqa, cavabdehin direktoru faksimile imzasından onun tapşırığı əsasında istifadə edildiyini qəbul etmədiyindən, faksimile imzanın cavabdehin qanuni təmsilçisi tərəfindən və ya onun tapşırığı ilə istifadə edildiyini sübut etmək vəzifəsi (sübutetmə yükü) iddiaçının üzərinə düşdüyü halda, iddiaçı bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksi mile imza ilə təsdiq edilməsi nəzərdə tutulmamış, o cümlədən, cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir.

32. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticə ilə razılaşmır.

33. Belə ki, iş materiallarındakı 01 iyun 2021-ci il tarixli, 4/447 saylı ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş tərəzi qəbzlərində olan imzalar, rəydə sadalanan qaimə fakturadakı faksimile klişe vasitəsi ilə icra olunmuş imzalar Qanuni nümayəndə tərəfindən icra olunmuş imzanın əksidir. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə üzrə tərtib ediləcək sənədlərin, o cümlədən təhvil-təslim aktlarının faksimile imza ilə təsdiq edilməsi nəzərdə tutulmadığını qeyd etməklə kifayətlənən apelyasiya məhkəməsi faksimile klişenin cavabdeh Qanuni nümayəndə məxsus olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərində bu klişe vasitəsi ilə imzaların icra olunduğunu düzgün qiymətləndirməmişdir. Digər tərəfdən cavabdeh bu klişenin ümumiyyətlə ona məxsus olmadığını, tərəfindən sifariş edildiyini inkar etməmişdir. Belə olduğu təqdirdə, apelyasiya instansiyası məhkəməsi cavabdehin faksimile imza ilə bağlı bildirdiklərinə ehtiyatla yanaşaraq, sonuncunun bu barədə izahatına digər sübutlarla birlikdə qiymət verməli olduğu halda bunu etməmiş, beləliklə, sübutların qiymətləndirilməsində səhvə yol vermişdir.

34. İş materiallarındakı tərəzi qəbzlərini n üzərində malların yükləndiyi yük avtomobillərinin və onların sürücülərinin adları qeyd edilsə də, işə baxmış məhkəmələr həmin yüklərin əslində haraya daşındığını, eyni yük avtomobillərinin (90 VN-704, 90 VX702, 90 VX-703, 90 VX-706 dövlət qeydiyyat nişanlı) kimə məxsus olduğunu və s. müəyyən etmək üçün də heç bir təşəbbüs göstərməmişlər. Halbuki, bu halların dəqiq müəyyən edilməsi digər sübutlarla yanaşı iddia tələbinin nə dərəcədə əsaslı olubolmadığına bilavasitə təsir edə bilərdi.

35. Cavabdehin qanuni təmsilçisi tərəfindən onun faksimile imzasından istifadə etmək üçün hər hansı digər şəxsə etibarnamə, yazılı və ya şifahi tapşırıq verilməsi barədə məhkəməyə sübut təqdim edilmədiyini qeyd edən məhkəmə, bu zaman iddia tələbinə etiraz edən cavabdehin belə bir etibarnamənin mövcud olduğu t əqdirdə belə təqdim etmək marağında olmayacağını düzgün qiymətləndirməmiş, ümumiyyətlə bütün təqdim edilmiş tərəzi sənədlərinə etiraz etdiyi halda, ona məxsus eyni faksimile klişe vasitəsilə hansı səbəbdən imzalar edilməsinə cavabdehin münasibətini, cavabdehin başqa hüquqi və fiziki şəxslərlə sənədlərin tərtibatı zamanı və digər hallarda faksimile imzadan istifadə edibetməməsini aydınlaşdırmamış, bu isə öz növbəsində tam əsaslandırılmamış məhkəmə aktının qəbul edilməsinə səbəb olmuşdur.

36. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tətbiqində və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 dekabr tarixli, 22(103)-1112/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

38. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 01 dekabr tarixli, 2-2(103)-1112/2021 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar