Məhkəmə qərarları › İş №2-2(102)-236/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-236/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-236/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı xxxinin Cavabdeh2 qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi, lizinq ödənişləri, müqavilə üzrə dəbbə pulu tələbi, məhkəmə tərəfindən dəbbə pulunun azaldılması, müqavilə tələbləri üzrə iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Abiyeva Kəmalə Nəbi qızı (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı xxxinin Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(103)-398/2023 nömrəli qətnaməsindən cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh2 arasında 2016-cı il 9 iyun tarixli * nömrəli, 2016-cı il 4 oktyabr tarixli ** nömrəli, 2016-cı il 18 oktyabr tarixli *** nömrəli, 2017-ci il 8 may tarixli ******* nömrəli, 2017-ci il 5 iyun tarixli **** nömrəli və 2017-ci il 8 iyun tarixli ***** nömrəli lizinq müqavilələri bağlanmış, müxtəlif adda kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmişdir. 2. "xxxx" ASC (hazırkı "xxxx" ASC) tərəfindən verilmiş maliyyə arayışına əsasən, 2016-cı il 9 iyun tarixli * nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 4.480 manat, cərimə borcu 2.746,24 manat; 2016-cı il 4 oktyabr tarixli ** nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş bo rc 41.068 manat, cərimə borcu 26.870,28 manat, 2016-cı il 18 oktyabr tarixli *** nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 467 manat, cərimə borcu 547,23 manat, 2017-ci il 8 may tarixli ******* nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 420 manat, cərimə borcu 508,02 manat, 2017-ci il 5 iyun tarixli **** nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 390 manat, cərimə borcu 464,79 manat, 2017-ci il 8 iyun tarixli ***** nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc 1.370 manat, cərimə borcu 1.250,75 manat təşkil edir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xxxi (bundan sonra-“iddiaçı”) Cavabdeh2 (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı il 9 iyun tarixli * nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borc və 2.746,24 cərimə, 2016-cı il 4 oktyabr tarixli ** nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borc və 26.870,28 cərimə, 2016-cı il 18 oktyabr tarixli *** nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borc və 547,23 cərimə, 2017-ci il tarixli **** nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borc və 464,79 cərimə, 2017-ci il 8 may tarixli ******* nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borc və 508,02 manat cərimə, 2017-ci il 8 iyun tarixli ***** nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borc və 1.250,75 cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 manat olmaqla, cəmi 80.931,31 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 09 iyun 2016-cı il tarixli * nömrəli, 04 oktyabr 2016-cı il tarixli ** nömrəli, 18 oktyabr 2016-cı il tarixli *** nömrəli, 05 iyun 2017-ci il tarixli **** nömrəli, 08 may 2017-ci il tarixli 380- L/17 nömrəli, 08 iyun 2017-ci il tarixli ***** nömrəli müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08 iyul 2021-ci il tarixinə 09 iyun 2016-cı il tarixli * nömrəli müqavilə üzrə 4.480 manat gecikdirilmiş əsas borcu və 2.746,24 manat cərimə məbləği, 04 oktyabr.2016-cı il tarixli ** nömrəli müqavilə üzrə 41.068 manat gecikdirilmiş əsas borcu və 26.870,28 manat cərimə məbləği və 18 oktyabr 2016-cı il t arixli *** nömrəli müqavilə üzrə 467 manat gecikdirilmiş əsas borcu və 547,23 manat cərimə məbləği, 05 iyun 2017-ci il tarixli **** nömrəli müqavilə üzrə 390 manat gecikdirilmiş əsas borcu və 464,79 manat cərimə məbləği, 08 may 2017-ci il tarixli ******* nömrəli müqavilə üzrə 420 manat gecikdirilmiş əsas borcu və 508,02 manat cərimə məbləği, 08 iyun 2017-ci il tarixli ***** nömrəli müqavilə üzrə 1.370 manat gecikdirilmiş əsas borcu və 1.250,75 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə mediasiya prosed uru mediatorun ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə təqdim etdiyi xx.xx.2021-ci il taixli 2021-02808 saylı arayışı ilə rəsmiləşdirilmişdir.

6. Cavabdeh göstərilən müqavilələr üzrə iddia müddətinin ötürüldüyünü bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-372/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 xx.xx.2016-cı il tarixli * saylı müqavilə üzrə 4.480 (dörd min dörd yüz səksən) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat məbləğində dəbbə pulunun; xx.xx.2016-cı il tarixli ** saylı müqavilə üzrə 41.068 (qırx bir min altmış səkkiz) manat məbləğində əsas borcun, 2000 (iki min) manat məbləğində dəbbə pulunun; xx.xx.2016-cı il tarixli *** saylı müqavilə üzrə 467 (dörd yüz altmış yeddi) manat məbləğində əsas borcun, 25 (iyirmi beş) manat məbləğində dəbbə pulunun; xx.xx.2017-ci il tarixli **** saylı müqavilə üzrə 390 (üç yüz doxsan) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; xx.xx.2017-ci il tarixli ******* saylı müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun; xx.xx.2017-cı il tarixli 574-GL/17 saylı müqavilə üzrə 1370 (bir min yüz yüz yetmiş) manat məbləğində əsas borcun, 70 (yetmiş) manat məbləğində dəbbə pulunun; cəmi 50.530 (əlli min beş yüz otuz) manat məbləğində pulun, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin tutulara q iddiaçı xxxinə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. (hakim L.Əliyeva).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə cavabdeh arasında lizinq müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. "xxxx" ASC həmin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqavilələri üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin altı lizinq müqaviləsi üzrə cəmi 48.195 (4.480+41.068+467+420+390+1.370 manat) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.

9. Məhkəmə cavabdehin mübahisəli lizinq müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qay dada icra etmədiyini, nəticədə lizinq ödənişləri üzrə cavabdehin cəmi 48.195 manat məbləğində borcunun yarandığını, lizinq müqavilələrində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən sözügedən lizinq müqavilələri üzrə "xxxx" ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı həmin müqavilələr üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

10. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan, Azərbaycan Respublikası Mülki Məc əlləsinin (bundan sonra-MM”) 467-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2016-cı il 9 iyun tarixli * nömrəli müqavilə üzrə 200 manat, 2016-cı il 4 oktyabr tarixli ** nömrəli müqavilə üzrə 2000 manat, 2016-cı il 18 oktyabr tarixli *** nömrəli müqavilə üzrə 25 manat, 2017-ci il 5 iyun tarixli **** nömrəli müqavilə üzrə 20 manat, 2017-ci il 8 may tarixli ******* nömrəli müqavilə üzrə 20 manat və 2017-ci il 8 iyun tarixli 574-GL/17 nömrəli müqavilə üzrə 70 manat məbləğində müəyyən edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467 və 747.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində həmin qətnamənin ləğv olunması və iddia tələbi nin rədd edilməsi haqqında qətnamə çıxarılması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(103)-398/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və verdiyi hüquqi qiymətləndirmə ilə razılaşmışdır.

15. Məhkəmə cavabdehin məhkəmə iclasları barədə məlumatı olmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin elektron kabineti olmadığından birinci ins tansiya məhkəməsi tərəfindən cavabdehin qeydiyyat ünvanı (apellyasiya şikayətində qeydiyyat və faktiki ünvanı kimi göstərilmiş) olan ünvan 1əhkəmə bildirişləri, həmçinin yekun məhkəmə aktı göndərilmiş, lakin həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır.

16. Bundan başqa bildirişlər və məhkəmə qətnaməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti-nin AVİS-X1 Sisteminə göndərilmiş və bu barədə çıxarış iş materiallarına əlavə edilmişdir. Həmçinin iddiaçı tərəfindən pretenziya məktubu da eyni ünvana ünvanlanmışdır.

17. İddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət olunması barədə cavabdehin dəlilinə münasibətdə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya baxışı zamanı iddiaçı tərəfindən ödənişl ərə dair sənədlər təqdim edilmişdir. İşin materiallarına əlavə edilmiş 11 aprel 2019-cu il tarixli 000İNTL1910B0SB saylı və 01 may 2019-cu il tarixli 000İNTL191219458 saylı ödəniş sənədlərindən görünür ki, cavabdeh tərəfindən müvafiq olaraq 11 aprel 2019-cu il tarixində 5.430 manat, 01 may 2019-cu il tarixində isə 810 manat ödəniş edilmişdir. Həmin ödəniş sənədlərində ödənilmiş məbləğlərin konkret olaraq hansı müqavilə üzrə hansı məbləğə aid olması müəyyən edilməmiş, eyni zamanda işin materiallarına əlavə edilmiş lizinq müqavilələrinə əlavə olan ödəniş qrafiklərində də belə məbləğlərin bir dəfəyə ödənilməsi nəzərdə tutulmamışdır.

18. Məhkəmə MM-nin 380.1 və 380.2- ci maddələrinin tələblərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən 11 aprel 2019 və 11 may 2019-cu il tarix lərində ödənişlər həyata keçirildiyindən, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmədən 02 noyabr 2021-ci il tarixində məhkəməyə müraciət edildiyindən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə vəsatəti də əsassızdır. Bundan başqa, tərəflər arasında 6 lizinq müqaviləsi bağlanmış, həmin müqavilələrdən 09 iyun 2016-cı il tarixli * saylı lizinq müqaviləsi üzrə ödəniş müddəti 30 iyun 2026-cı il tarixinədək, 04 oktyabr 2016-cı il tarixli ** saylı lizinq müqaviləsi üzrə ödəniş müddəti 31 dekabr 2026-cı il tarixinədək, 08 iyun 2017-cı il tarixli 574- GL/17 saylı lizinq müqaviləsi üzrə 30 iyun 2019-cu il tarixinədək ödəniş edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hazırkı iddia ərizəsi ilə 02 noyabr 2021-ci il tarixində məhkəməyə müraciət emişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 373.2, 375.1, 375.2, 377.1, 377.2, 378, 380.1, 380.2, 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Cavabdeh təərfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

21. MM-in 372.1, 373.2, 425.1, 442-ci maddələrinin tələbləri pozulmuşdur-hazırkı mübahisənin məhkəmədən kənar həll olunması üçün iddiaçı təşkilatdan cavabdehə heç bir rəsmi və qeyri-rəsmi xəbərdarlıq edilməmişdir. Həmçinin, iddia müddəti üzrsüz səbəbdən ötürülmüş, iddiaçı beş ilə yaxın vaxt keçdikdən məhkəməyə müraciət etmişdir. İddia üzrə mübahisə müqavilə münasibətlərindən yaranmış tələblərə aid olduğuna görə üç illik müddət tətbiq edilməlidir.

22. Kassasiya şikayətində həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinin tələblərinin pozulmasına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir....” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə

380. İddia müddəti axımının kəs ilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlar la və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı n gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq al ana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə lizinq verən "xxxx" ASC (hazırkı adı "xxxx" ASC) ilə lizinq alan Cavabdeh2 arasında bağlanmış 6 ədəd-09 iyun 2016-cı il tarixli * saylı; 04 oktyabr 2016-cı il tarixli ** saylı; 18 oktyabr 2016-cı il tarixli *** saylı; 05 iyun 2017-ci il tarixli **** saylı; 08 may 2017-ci il tarixli ******* saylı və 08 iyun 2017-cı il tarixli 574-GL/17 saylı lizinq müqavilələrinə əsasən müxtəlif adda kənd təsərrüfatı texnikaları cavabdehə lizinqə verilmişdir. Hazırda iddiaçı qeyd edilə lizinq müqavilələri üzrə əsas və cərimə borcunun tutulmasını xahiş edir. İddia olunan borcun məbləği cavabdeh tərəf indən mübahisələndirilmir, göstərilən müqavilələr üzrə iddia müddətinin ötürüldüyünə istinad edilir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış, qeyd olunan lizinq müqavilələri üzrə iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunması barədə cavabdehin dəlilini əsassız hesab etmiş, ona əsaslanmışdır ki, sözügedən müqavilələr üzrə cavabdeh tərəfindən 11 aprel 2019 və 11 may 2019-cu il tarixlərində ödənişlər həyata keçirildiyindən və iddiaçı tərəfindən həmin müqavilələrə əsasən borcun tutulması barədə 02 noyabr 2021-ci il tarixində hazırki iddia qaldırıldığından, mülki qanunvericilikdə nəzərdə tutulan üç illik iddia müddəti ötürülməmişdir.

30. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikd ə iddia müddətinin axımı kəsilir (MM-nin 380.1ci maddəsi). 31. “...mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər...” (“C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2018-ci il 2 aprel tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanun larına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarı)

32. Məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə üzrə borcun son ödəniş və hazırki iddianın qaldırılma tarixlərini nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsinin 09 iyun 2016-cı il tarixli * saylı; 04 oktyabr 2016-cı il tarixli ** saylı; 18 oktyabr 2016-cı il tarixli *** saylı; və 08 iyun 2017-cı il tarixli 574-GL/17 saylı lizinq müqavilələrinə əsasən gecikdirilmiş əsas və cərimə borcunun tutulması hissəsində mövqeyi ilə razılaşır və hesab edir ki, gəlinən nəticə MM-nin 380.1-ci maddəsinin tələblərinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 28 noyabr tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuş dur. Ona görə də, kassasiya şikayətinin həmin müqavilələrlə bağlı borcun tutulması tələbi üzrə iddia müddətinin ötürülməsinə dair dəlillərini əsassız hesab edir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qeyd olunan hissədə gəldiyi nəticə MPMnin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

33. Cavabdehdən 2017-ci il 8 may tarixli və *******2017-ci il 5 iyun tarixli **** saylı lizinq müqavilələri üzrə borcun tutulması tələbinə gəldikdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır və kassasiya şikayətinin dəlillərini həmin hissədə əsaslı hesab edir.

34. Belə ki, işin materiallarına əlavə edilmiş, 2017-ci il 5 iyun tarixli **** saylı lizinq müqaviləsinə 1 saylı əlavədən və ödəniş qrafikindən görünür ki, müqavilənin bitmə tarixi 05 iyun 2018-ci il, son ödəniş tarixi isə 30 iyun 2018-ci il olmuşdur.

35. Həmçinin 2017-ci il 8 may tarixli ******* saylı lizinq müqaviləsinə 1 saylı əlavədən və ödəniş qrafikindən görünür ki, müqavilənin bitmə tarixi 05 may 2018-ci il, son ödəniş tarixi isə 07 mart 2018-ci il olmuşdur.

36. Nəzərə alınmalıdır ki, işin materiallarına həmin müqavilələr üzrə ödəniş müddətləri bitdikdən sonra cavabdeh tərəfindən ödənişlərin aparılmasına dair hər hansı sübut əlavə edilməmişdir.

37. İşin materiallarında olan, iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış sənədindən (İ cild i.v 172-173) göründüyü kimi, 2019-cu il 11 aprel v ə 2019-cu il 1 may tarixlərində cavabdeh tərəfindən aparılan ödənişlər **** və ******* saylı lizinq müqavilələri üzrə olmamışdır.

38. Məhkəmə kollegiyası **** və ******* saylı lizinq müqavilələri üzrə borcun ödənilməsi müddətlərinin 2018-ci ildə bitdikdən sonra hər hansı ödənişin aparılmasına dair işin materiallarında sübutların olmamasını, hazırki iddianın isə 2021-ci il 2 noyabr tarixində qaldırılmasını nəzərə alaraq hesab edir ki, həmin müqavilələr üzrə borcun tutulması üçün iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 373, 375 və 380.1-ci maddəsinin tələbləri (mətni üçün bax bu qərarın 26 və 30-cu bəndləri) pozulmaqla, iddia müddəti keçmiş müqavilə tələbləri üzrə cavabdehdən gecikdirilmiş və c ərimə borcu tutulmuşdur.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş, tərəflərin mübahisələndirmədikləri hallarına əsasən cavabdehin 2017-ci il 5 iyun tarixli **** saylı müqavilə üzrə 390 manat məbləğində, 2017-ci il 8 may tarixli ******* saylı müqavilə üzrə 420 manat məbləğində gecikdirilmiş əsas borc yaranmışdır. Həmin borc məbləğlərinə münasibətdə məhkəmələr təərfindən tutulmalı olan dəbbə pulunun miqdarı, hər bir müqavilə üzrə 20 manat müəyyən edilmişdir. Müqavilələr üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı iddiaçı tərəfindən mübahisələndirilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməmişdir.

40. İddia müddəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Bu institut, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

41. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

42. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 2017-ci il 5 iyun tarixli **** saylı və 2017-ci il 8 may tarixli ******* saylı müqavilələr üzrə borcun tutulması tələbinə baxılarkən maddi hüquq normaları pozulduğundan və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsinə zərurət olmadığından, iş üzrə qəbul edilmiş qətnamə qismən-2017-ci il 5 iyun tarixli **** saylı müqavilə üzrə 390 manat məbləğində əsas borcun, 20 manat məbləğində dəbbə pulunun, 2017-ci il 8 may tarixli ******* saylı müqavilə üzrə 420 manat məbləğində əsas borcun, 20 manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir.

43. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara alır: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 iyun tarixli 2-2(103)-398/2023 saylı qətnaməsi qismən- 2017-ci il 5 iyun tarixli **** saylı müqavilə üzrə 390 (üç yüz doxsan) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun, 2017-ci il 8 may tarixli ******* saylı müqavilə üzrə 420 (dörd yüz iyirmi) manat məbləğində əsas borcun, 20 (iyirmi) manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin. Yeni qərar qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar