Məhkəmə qərarları › İş №2-2(102)-239/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-239/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-239/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "A"-nın cavabdeh “B” ASC-yə qarşı iş üzrə QƏRARI açar sözlər: (pulun ödənilməsi) 04.08.2020 GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı "A" cavabdeh “B” ASC-yə qarşı “pulun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2-2(103)-71/2020 saylı qətnaməsindən cavabdeh “B” ASC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı “pulun ödənilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı (VÖEN **********) arasında 09 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı “Xidmət müqaviləsi” bağlanmışdır. İddiaçıhəmin müqaviləyə əsasən cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində təhlükəsizliyin xidmətinə rəhbərliyin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə layihədə təhlükəsizliyi təmin etmək iddiaçının vəzifəsi olmuşdur, cavabdeh isə həmin xidmətə görə haqqı ödəməl i idi. Lakin iddiaçının göstərdiyi xidmətlərə görə nəzərdə tutulmuş haqq qismən ödənilmişdir. Belə ki, 09 yanvar 2017-ci il tarixdən 19 yanvar 2018-ci il tarixədək iddiaçının göstərdiyi xidmətin 7 ayı, yəni yanvar, fevral, aprel, iyun, sentyabr, oktyabr, dekabr ayları hesablansa da, ödənilməmişdir. Ödənilməyən məbləğ 22.282 manat təşkil edir. Dəfələrlə cavabdehə göstərilən xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət olunmasına baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmamışdır. Sonuncu dəfə 30 avqust 2018-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş və pulun ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Sonuncu pretenziyaya da cavabdeh tərəfindən heç bir məhəl qoyulmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 387.2-ci, 425-ci, 442-ci, 445-ci, 448.1ci, 448.2-ci maddələrinə, MPM-in 4-cü, 26-cı maddələrinə əsaslanaraq, cavabdehdən 22.282 manat əsas borcun və 1.114.1 manat faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı 14 dekabr 2018-cı il tarixli qətnaməsi ilə iddiaçı cavabdehə qarşı «pulun ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehdən 22.282 manat borc və 1.114.1 manat faiz borcu, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-2(103) 407/2019-cu il saylı, 21 avqust 2019 -cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı 14 dekabr 2018-cı il tarixli qətnaməsi ləğv edilərək, iddiaçının cavabdehə qarşı “pulun ödənilməsi” tələbinə iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 513/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin 2-2(103) 407/2019-cu il saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)71/2020 saylı 04.03.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: M.T, hakimlə r: Ü.M, K.A) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-955/2018 saylı 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04.03.2020-ci il tarixli qətnaməsindən cavabdeh və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edimişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində bildirir ki, iddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi xidmət müqaviləsi cavabdeh tərəfindən imzalanmamışdır və iş materiallarında da mövcud deyil. İşlərin görülməsi barədə aktlar da cavabdeh tərəfindən təsdiq edilməmişdir. Təsdiq edilmədiyi halda həmin aktların heç bir hüquqi qüvvəsi yoxdur. Həmçinin müqavilənin cavabdeh tərəfindən imzalanmamasına məhkəmə hüquqi qiymət verməmiş, müqavilə və təsdiq edilməmiş aktlar əsasında iddia tələbini təmin etmişdir. Tərəflərin izahatları Cavabdehin vəkili izahatında kassasiya şikayətini müdafiə etdiyini bildirdi. O, həmçinin bildirdi ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən bir çox maddi və prosessual hüquq normasının pozuntusuna yol verilmişdir. Ona görə də şikayətin təmin edilməsi, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili izahatında kassasiya şikayəti ilə razı olmadığını, şikayətin tam əsassız olduğunu bildirdi. O, bildirdi ki, apellyasiya mə hkəməsi tərəfindən işə baxılarkən heç bir maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməmişdir. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tə tbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasassiya şikayətinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış işin hallarından və iş materiallarından görünmüşdür ki, iddiaçı cavabdehə qarşı «pulun ödənilməsi»nə dair iddia tələbi ilə məhkəməyə müraciə t etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı (VÖEN **********) arasında 09 yanvar 2017-ci il tarixli ASFX17/001 saylı “Xidmət müqaviləsi” bağlanmışdır. O (iddiaçı), həmin müqaviləyə əsasən cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində təhlükəsizliyin xidmətinə rəhbərliyin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə layihədə təhlükəsizliyi təmin etmək iddiaçının vəzifəsi olmuşdur, cavabdeh isə həmin xidmətə görə haqqı ödəməli idi. Lakin iddiaçının göstərdiyi xidmətlərə görə nəzərdə tutulmuş haqq qismən ödənilmişdir. Belə ki, 09 yanvar 2017-ci il tarixdən 19 yanvar 2018-ci il tarixədək iddiaçının göstərdiyi xidmətin 7 ayı, yəni yanvar, fevral, aprel, iyun, sentyabr, oktyabr, dekabr ayları hesablansa da, ödənilməmişdir. Ödənilməyən məbləğ 22.282 manat təşkil edir. Dəfələrlə cavabdehə göstərilən xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət olunmasına baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmamışdır. Sonuncu dəfə 30 avqust 2018-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş və pulun ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Sonuncu pretenziyaya da cavabdeh tərəfindən heç bir məhəl qoyulmadığından iddiaçı məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 387.2-ci, 425-ci, 442-ci, 445-ci, 448.1ci, 448.2-ci maddələrinə, MPM-in 4-cü, 26-cı maddələrinə əsaslanaraq, cava bdehdən 22.282 manat əsas borcun və 1.114.1 manat faiz borcunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İş materiallarından müəyyən olunmuşdur ki, iş üzrə iddiaçı cavabdehlə arasında bağlanmış ASFX17/001 saylı 09 yanvar 2017-ci il tarixli “xidmət müqaviləsi”nə istinad edərək, müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməsini tələb edir. O, iddia tələbinin əsası kimi məhkəməyə X1 bankındakı hesabına dair mədaxil və məxaric əməliyyatları barədə çıxarışı, o cümlədən “Görülmüş işlərin təhvil- təslimi barədə” Aktları təqdim etmiş, tərəflər arasındakı müqaviləni isə onda olmaması səbəbindən təqdim etməmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, tərəflər arasında xidmət müqaviləsinin mövcud olmamasına, işlərin görülməsi barədə aktl arın cavabdeh tərəfindən təsdiq edilməməsinə istinad edir. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, 11.05.2017, 03.08.2017, 25.10.2017, 28.12.2017, 05.01,2018-ci il tarixlərdə aparılmış əməliyyatların kim tərəfindən həyata keçirilməsi istiqamətində araşdırma aparılmasına dair göstəriş vermişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişinə əməl edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası 2-2(103)-71/2020 saylı, 19 fevral 2020-ci il tarixli qərardadla “**********00009AZM00 saylı hesabın hansı fiziki və ya hüquqi şəxsə məxsus olması”, “qeyd edilən pul məbləğinin hansı sənədə əsasən köçürülməsi”, “həmin məbləğlər hansı fiziki şəxs və ya hüquqi şəxs tərəfindən köçürülməsinə” rəsmi cavab verilməsini X1 bankına həvalə etm işdir. X1 bankının M/11-1566 saylı, 03 mart 2020-ci il tarixli məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd edilən **********00009AZM00 saylı hesab nömrəsi iddiaçıya məxsus olmuş, hesaba vəsait cavabdehin hesabından xidmət haqqı təyinatı ilə köçürülmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin iddiaçıda olmaması işin mübahisəsiz hallarına aid olsa da, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlar mövcuddur. Həmin aktlarda isə sözügedən müqaviləyə istinad edilmiş, aktlar layihə rəhbəri Ş.Ələşov və kadrlar şöbəsinin rəisi E.Şahbazov, icraçı, tikinti rəhbəri tərəfindən imzalanaraq cəmiyyətə məxsus möhür ilə təsdiq edilmişdir. Yeni apellyasiya baxışında cavabdehin nümayəndəsi öz izahatlarında aktl arın onlar tərəfindən təsdiq edilmədiyini qeyd etsə də, iş materiallarında olan “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlara cavabdehin möhürünün vurulmasın hansı zərurətdən yarandığını izah edə bilməmişdir. Əksinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “xxxx” ASC-dəki hesabdan çıxarışan mədaxil və məxaric əməliyyatlardan müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2018-ci il tarixlərdə köçürülmüş pulların məbləği, “Görülmüş işlərin təhvil-təslimi barədə” Aktlarında nəzərdə tutulmuş məbləğlərə uyğun olmaqla yanaşı, həmin vəsaitlərin iddiaçının hesabına cavabdeh “xxxx” ASC-nin hesabından xidmət haqqı təyinatı ilə köçürülməsi məhz “xxxx” ASC tərəfindən iddiaçının istinad etdiyi ASFX17/001 saylı xx xxxxxx 2017-ci il tari xli xidməti müqaviləsi” üzrə aparıldığını sübuta yetirməklə, tərəflərin müqavilə münasibətlərində olmasını təsdiq edir. Beləliklə, işin faktiki halları ilə təsdiq olunur ki, xidmət müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilmiş, cavabdeh isə öhdəliklərinə tam əməl etməyərək 5 ay üzrə xidmət haqqını ödəsə də, 7 ay üzrə 22.282 manat məbləğində xidmət haqqını iddiaçıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.1.2-ci maddəsinə görə mülki hüquqlar və vəzifələrin ə mələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredotorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətləri etməkdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmi n Məcəllənin 389.3-cü maddəsinə görə bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdəvə xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə həmin Məcəllə ilə ayrı qayda müəyyə nləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, borclu öz öhdəliklərini hər bir təqsirli pozuntu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır, borclunun təqsirinə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsu si əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi üzrə iddiaçı öz tələbini əsaslandıra və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etdiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, **********00009AZM00 saylı hesab nömrəsinin iddiaçıya məxsus olması, bu hesaba və saitin cavabdehin hesabından xidmət haqqı təyinatı ilə köçürülməsi X1 bankının məhkəmənin sorğusuna cavab olaraq yazdığı 03 mart 2020-ci il tarixli məktubu öz təsdiqini tapmışdır. Eyni zamanda, cavabdehin vəkili kassasiya instansiyası məhkəməsinin iclasında həmin vəsaitin cavabdeh tərəfindən iddiaçının hesabına köçürülməsinin səbəblərini (əsaslarını) izah edə bilməmişdir. Bu faktlar həqiqətən də tərəflərin müqavilə münasibətlərində olduğunu, iddiaçının cavabdehə onların arasındakı razılaşmaya uyğun olaraq lazımi qaydada xidmət göstərdiyini, buna görə də ona cavabdeh tərəfindən xidmət haqqı ödənildiyini təsdiq edir. Bundan başqaş, iddiaçı müqavilənin özünü təqdim edə bilməsə də, işlərin təhvil-təslimi barədə aktlar mövcuddur. Həmin aktlarda sözügedən müqaviləyə istinad olunmuş, aktlar layih ə rəhbəri Ş.Ələşov və kadrlar şöbəsinin rəisi E.Şahbazov, icraçı, tikinti rəhbəri tərəfindən imzalanaraq üzərində Cəmiyyətin adı olan möhür ilə təsdiq edilmişdir. Cavabdeh öz izahatlarında aktların onun tərəfindən təsdiq edimədiyini qeyd etsə də, aktlara üzərində cavabdeh təşkiklatın adı olan möhürün vurulmasının hansı zərurətdən yarandığını izah edə bilməmişdir. Eyni zamanda, 5 ay üzrə cavabdeh tərəfindən iddiaçıya köçürülmüş pulların məbləğinin aktlardakı məbləğlərə uyğun olması, həmin vəsaitlərin iddiaçının hesabına cavabdehin hesabından xidmət haqqı təyinatı ilə köçürülməsi bu vəsaitlərin cavabdeh tərəfindən məhz iddiaçının istinad etdiyi xidmət müqaviləsi üzrə ödənildiyini, tərəflərin müqavilə münasibətlərində olduğunu təsdiqləyir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədiyindən, iş üzrə sübutları qiymətləndirilməklə düzgün nəticəyə gəldiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2-2(103)-71/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar