Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-24/2019 30.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçıASC-nin cavabdeh "Cavabdeh LTD" MMM-ə qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-24/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1, vəkili Tağıyev Azər Məmmədtağı oğlunun iştirakları, İ.Muradovun katibliyi ilə, İddiaçı-nin cavabdeh "Cavabdeh LTD" MMM-ə qarşı cərimənin və dövlət rüsumunun ödənilməsi və soyuducu anbarlar üçün avadanlıqların qısa müddət ərzində quraşdırılaraq təhvil verilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulması tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-368/2018 saylı qətnaməsindən İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xxx 2012-ci il tarixli, 15 nömrəli satınalma müqaviləsinə əsasən cavabdehin “İnkotermis 2000” DDP şərti ilə ümumi qiyməti 3.902.000,0 manat olan 4 ədəd soyuducu anbarlar üçün avadanlıqların ASCyə quraşdırılaraq təhvil verilməsini öhdəsinə götürdüyünü, müqavilənin 2.2-ci bəndinə əsasən avadanlığın 90 gün ərzində qur aşdırılaraq, işlək vəziyyətdə təhvil verməyi öhdəsinə götürməsinə baxmayaraq, avadanlıqların bu günə kimi ASC-yə quraşdırılaraq təhvil verilmədiyini, cavabdehin malların gətirilməsini bəyan etməklə və qaimə faktura tərtib etməklə öhdəliyinin icrasını bitmiş saydığını, halbuki, müqavilə şərtlərinə əsasən həmin avadanlıqların ASC-yə müraciət etmiş lizinq alanların müraciəti əsasında və lizinq alanın müəyyənləşdirdiyi ərazidə quraşdırılaraq təhvil-təslim aktı tərtib olunmalı olduğunu, hal-hazırda soyuducu anbarın quraşdırılması və ona (lizinq alana) təhvil verilməsi ilə əlaqədar ilkin müqavilə bağlanılsa da, avadanlıqların təhvil verilmədiyini, avadanlıqların lizinq alana təhvil verilməməsi halının lizinq alan qarşısında ASC tərəfindən bağlanılmış avadanlıqların lizinqə verilməsi barədə ilkin müqavilə şərtlərinin pozulmasına gətirib çıxardığını, bu da öz növbəsində lizinq alanların haqlı narazılıqlarına səbəb olduğunu, satınalma müqaviləsinin 5.1-ci bəndinə əsasən İcraçının (Cavabdeh Şirkəti) Malların göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları 90 gün ərzində Sifarişçiyə (İddiaçı-yə) təhvil verməli olduğunu, sifarişçi təhvil-təslim aktına imza etdikdən sonra malların qəbul edilmiş sayıldığını, tərəflər arasında avadanlıqların təhvil verilməsi barədə heç bir təhvil-təslim aktının imazalanmadığını bildirərək, 390.200,0 manat cərimənin və 30 manat dövlət rüsumunun ödənilməsi və ümumi dəyəri 3.902.000,0 manat olan 4 ədəd soyuducu anbarlar üçün avadanlıqların qısa müddət ərzində quraşdırılaraq ASC-nə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulma sı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli, 2-2(82)275/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir(hakim – İ.H.Bayramova). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli, 2-2(103)-491/2017 saylı qətnaməsi ilə (sədrlik edən H.Ü.Həmidov, hakimlər E.E.Nağıyeva və M.A.Məmmədov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçıASC-nin cavabdeh "Cavabdeh LTD" MMM-ə qarşı 390.200,0 manat cərimənin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ümumi dəyəri 390.200,0 manat olan 4 ədəd soyuducu anbar üçün avadanlıqlarını qısa müddət ərzində quraşdırılaraq iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(102)-191/2018 saylı qərarı ilə (sədrlik edən R.S.Nəbizadə, hakimlər İ.K.Hüseynov və X.S.Məmmədov) Cavabdeh Şirkətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-368/2018 saylı qətnaməsi ilə (sədrlik edən S.S.Seyidova, hakimlər M.N.Tağızadə və V.M.Məmmədov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin xxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədənsaxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, tərəflər arasında bağlanmış xxx 2012-ci il tarixli müqaviləyə əsasən İcraçı (Cavabdeh Şirk əti) müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə (İddiaçı- yə) müqavilənin əlavələrində göstərilən satınalınan malların 90 gün ərzində gələcəkdə bağlanılacaq lizinq müqavilələrində göstərilən ünvanlarda quraşdırılmış və işlək vəziyyətdə təhvil verilməsini öhdəsinə götürmüş, müqavilənin 2.2-ci bəndinə əsasən avadanlığın 90 gün ərzində quraşdırılmış və işlək vəziyyətdə təhvil verməyi öhdəsinə götürməsinə baxmayaraq, avadanlıqlar bu günə kimi İddiaçı-yə quraşdırılaraq təhvil verilməmiş, cavabdeh malların gətirilməsini bəyan etməklə və qaimə faktura tərtib etməklə öhdəliyinin icrasını bitmiş saymış, halbuki, həmin avadanlıqlar İddiaçı-yə müraciət etmiş lizinq alanların müraciəti əsasında və lizinq alanın müəyyənləşdirdiyi ərazidə həmin avadanlıqlar quraşdırılaraq təhvil-təslim a ktı tərtib olunmalıdır, hal-hazırda soyuducu anbarın quraşdırılması və ona (lizinq alana) təhvil verilməsi ilə əlaqədar ilkin müqavilə bağlanılsa da, avadanlıqlar təhvil verilməmiş, avadanlıqların lizinq alana təhvil verilməməsi lizinq alan qarşısında İddiaçı tərəfindən bağlanılmış avadanlıqların lizinqə verilməsi barədə ilkin müqavilə şərtlərinin pozulmasına gətirib çıxarmış, bu da öz növbəsində lizinq alanların haqlı narazılıqlarına səbəb olmuş, satınalma müqaviləsinin 5.1-ci bəndinə əsasən icraçı (Cavabdeh Şirkəti) malların göndərilməsi üzrə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları 90 gün ərzində Sifarişçiyə (İddiaçı-yə) təhvil verməlidir, sifarişçi təhvil-təslim aktına imza etdikdən sonra mallar qəbul edilmiş sayılır, tərəflər arasında avadanlıqların təhvil verilməsi barədə h eç bir təhvil-təslim aktı imzalanmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Şirkəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqq ında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh Şirkətinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etm əməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının nümayəndəsi X1, vəkili Vəkil izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-368/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Şirkəti ilə "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti arası nda bağlanmış xxx 2009-cu il tarixli, 15 nömrəli satınalma müqaviləsinə əsasən “İnkotermis 2000” DDP şərti ilə ümumi qiyməti 3.902.000,0 manat olan 4 ədəd soyuducu anbarlar üçün avadanlıqların iddiaçıya quraşdırılaraq təhvil verilməsini öhdəsinə götürmüş, müqavilənin 2.2-ci bəndinə əsasən icraçı müqavilədə nəzərdə tutulmuş şərt əsasında Sifarişçiyə 1-4 nömrəli əlavələrdə göstərilən satın alınan malların 90 gün ərzində gələcəkdə bağlanacaq lizinq müqavilələrində göstərilən ünvanlarda quraşdırılmış və işlək vəziyyətdə təhvil verilməsini öhdəsinə götürmüş, müqavilənin 5.1-ci bəndinə əsasən İcraçı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları 90 gün ərzində Sifarişçiyə təhvil verilməlidir, sifarişçi təhvil-təslim aktına imza etdikdən sonra mallar qəbu l edilmiş sayılır, 15 nömrəli, xxx 2009-cu il tarixli satınalma müqaviləsinin əlavə nömrə 5-ə əsasən 5.000 tonluq soyuducu anbarların avadanlıqlarının qiyməti 1.650.000 manat, 2.000 tonluq soyuducu anbarların avadanlıqlarının qiyməti 1.118,000 manat, 1.000 tonluq soyuducu anbarların avadanlıqlarının qiyməti 654.000 manat, 500 tonluq soyuducu anbarların avadanlıqlarının qiyməti 480.000 manat, cəmi 3.902.000 manat avadanlığın quraşdırılaraq təhvil verilməsi tərəflər arasında razılaşdırılmış, 041137 nömrəli, 25 dekabr 2009-cu il tarixli qaimə-fakturaya görə 1.650.000 manat məbləğində avadanlıq Cavabdeh Şirkəti tərəfindən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş, qaimə hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş, 088531 nömrəli, xxx 2009-cu il tarixli qaimə-fak turaya görə 654.000 manat məbləğində avadanlıq Cavabdeh Şirkəti tərəfindən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş, qaimə hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş, 088533 nömrəli, xxx 2009-cu il tarixli qaimə-fakturaya görə 480.000 manat məbləğində avadanlıq Cavabdeh Şirkəti tərəfindən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş, qaimə hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş, 088532 nömrəli, xxx 2009-cu il tarixli qaimə-fakturaya görə 1.118.000 manat məbləğində avadanlıq Cavabdeh Şirkəti tərəfindən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmiş, qaimə hər iki tərəfin nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən "inkotermis 2000" DDP şərti ilə ümumi qiyməti 3.902.000,0 manat olan 1 ədəd soyuducu anbarlar üçün avadanlıqların iddiaçıya quraşdırılaraq təhvil verilməsini öhdəsinə götürməsi, Cavabdeh Şirkəti 15 nömrəli xxx 2009-cu il tarixli satınalma müqaviləsinə əsasən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinə verməli olduğu malları verməsi və tərəflər arasında həmin malların təhvil və təslim edilməsi müəyyən edilmiş, lakin sözügedən avadanlıqların təhvil verildikdən sonra cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini tam yerinə yetirməməsi barədə (həmin avadanlıqların quraşdırılmamasını) sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfindən bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmiş, beləliklə, iddiaçı, cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəlikl ərin icra edilməməsini sübuta yetirməmiş, cavabdeh tərəfindən isə məhkəməyə həmin avadanlıqların iddiaçıya təhvil verilməsini sübut edən qaiməfakturalar təqdim edilmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nə ticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə əsasən bu məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlı ğa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yelirməyə borclu deyildir. Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Məcəllənin 568.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşya ya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və.a.) verməyə borcludur. Məhkəmələr iş materiallarına istinad etməklə iddia tələbinin rədd edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iddiaçının, cavabdeh tərəfindən müqavilə üzrə götürdüyü öhdəliklərin icra edilməməsini sübuta yetirmədiyini, cavabdeh tərəfindən isə həmin avadanlıqların iddiaçıya təhvil verilməsini təsdiq və sübut edən qaimə-fakturaların məhkəməyə təqdim edildiyini nəzərə alaraq kassasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İ qtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-368/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-368/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-24/2019
Ali Məhkəmə Qərar — İş №2-2(102)-24/2019
30.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver