Məhkəmə qərarları › İş №2-2(102)-24/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-24/2024

25.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-24/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: sığorta ödənişinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Qəribov Bəhman Fərhad oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-462/2023 nömrə li qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbə Qapı 2, 3; 2-ci mərtəbə - Qapı 4, 5; 3cü mərtəbə Qapı 6-da olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına rəsmiləşdirilmişdir. 2. "xxxx" MMC ilə (icarəyə verən) "xxxx" MMC (icarəçi) arasında bağlanmış 2018-ci il 11 yanvar tarixli icarə müqaviləsinə əsasən icarəyə verən icarəyə verir, icarəçi isə bu icarə müqaviləsində gələcəkdə “qeyri-yaşayış sahəsi” adlanacaq, Bakı şəhəri, Nizami rayo nu, Qara Qarayev prospekti 81Q, 1-ci mərtəbədə qapı 2 və 3, 2-ci mərtəbədə qapı 4 və 5, 3cü mərtəbədə Qapı 6-da yerləşən ümumilikdə 8920,45 kv.m sahəni icarəyə götürür. 3. "xxxx" MMC-yə məxsus BA 909738 nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev 81Q ünvanında yerləşən ticarət obyekti 150 manat azadolma məbləği olmaqla 180.923 manat məbləğində 2018-ci il 27 oktyabr tarixdən 2019-cu il 26 oktyabr tarixinədək sığorta edilmişdir. 4. 2019-cu il 26 mart tarixli Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanında yerləşən "xxxx" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 5. 2021-ci il 17 mart tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərara əasən, "xxxx" MMC-nin direktoru X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X7, "xxxx" MMC-nin direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutumaq hüququndan məhrum ediməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 9 0.000 manat pulun 40.000 manatının zərərçəkmiş şəxs X1, 50.000 manatının zərərçəkmiş şəxs X2 verilməsi hökm edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə 180.773 manat həcmində sığorta ödənişinin, sığorta ödənişinin gecikdirilməsinə görə 230.000 manat dəbbə pulunun və 701 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda göstərilən hallarına (bax yuxarıda § 1-6) istinad olunmaqla belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81Q ünvanında yerləşən "xxxx" ticarət mərkəzində 2019-cu il 26 mart tarixdə baş vermiş yanğın nəticəsində iddiaçıya külli miqdаrdа mаddi ziyаn dəymiş, həmçinin direktor Qanuni nümayəndə1 tərəfindən iddiaçı MMC-də fəaliyyət göstərmiş 144 icarəçiyə cəmi 7.939.800 manat vəsait ödənilmişdir. Sığorta hadisəsinin baş verməsindən dərhal sonra bu barədə sığortalı Qanuni nümayəndə1 iddiaçının аdındаn cavabdehə məlumat vеrmiş və tələb оlunаn bütün sənədlər sığоrtа şirkətinə hаdisədən sоnrа 1 аy müddətində təqdim оlunmuşdur. Lаkin sığorta hadisəsinin baş verməsindən 3 il 6 аy vахt kеçməsinə bахmаyаrаq sığоrtа şirkəti tərəfindən nə sığorta ödənişi həyata keçirilmiş, nə də sığorta ödənişi vеrilməsindən rəsmi imtinа оlunmuşdur. Hаlbuki, sığortaçı daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığorta öd ənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməli idi. Bununla bağlı iddiaçının direktoru Qanuni nümayəndə1 sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin ərizə qəbul edilməsinə baxmayaraq, ərizəyə də rəsmi cavab verilməmişdir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Qeyd edilən sığorta hadisəsi ilə bağlı cavabdehin iddiaçıya ödəməli olduğu sığorta ödənişi 180.773 manat (150 manat franşiza çıxıldıqdan sonra), 2019-cu il 26 mart tarixdən 3 il 6 ay müddət üçün həmin məbləğin 0,1 faizi həcmində dəbbə pulu 230.000 manat təşkil edir.

9. Cavabdeh iddiaya yazılı etiraz (iddia müddətinin tətbiq edilməsi barədə ərizə) təqdim edərək göstərmişdir ki, iddiaçı tərəf 2019-cu il 26 mart tarixli yanğın hadisəsindən sonra 1 ay ərzində cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmiş, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədləri təqdim etmişdir. Ona görə də təxminən 2019-cu il 26 aprel tarixdən başlanmaqla 7 iş günü ərzində cavabdeh iddiaçıya sığorta ödənişini həyata keçirməli idi. İddiaçı hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsini tələb edir, həmin məbləğin hesablanması qaydasına diqqət yetirildikdə məlum olur ki, hesablama 1272 gün (3 il 5 ay 23 gün) müddət üçün hesablanmışdır. Bu o deməkdir ki, iddiaçı dəbbə pulunun hesablanması zamanı da cavabdeh sığortaçının 3 il 5 ay 23 gün əvvəl sığorta ödənişini icra etməli olduğunu təsdiqləyərək penya məbləğini qeyd etdiyi müddətdən götürmüşdür. Göründüyü kimi, hazırkı mübahisə üzrə sığorta qanunvericiliyi sığorta ödənişinin icra müddətini 7 iş günü müəyyən etmişdir. Lakin iddiaçı 2022-ci il 3 noyabr tarixdə məhkəməyə müraciət etməklə 3 illik iddia müddətini ötürmüşdür. Cavabdeh göstərilənlər nəzərə alınmaqla iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 3 fevral tarixli e-2-2(113)-321/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Ü.Həsənova).

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2019-cu il 26 mart tarixdə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən sığorta ödənişinin və sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, materiallardan görünür ki, sığorta hadisəsi baş verdikdən sonra bir ay ərzində sığorta ödənişinin verilməsi üçün tələb edilən bütün sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə sığorta müqaviləsi üzrə 2022ci il 26 aprel tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı hazırkı iddia ilə 2022-ci il 3 noyabr tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, i ddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.

12. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 372.1, 372.2, 375.1, 375.2, 385.1, 399.1, 442, 883.1, 922.1, 922.2, 922.3, 926.1, 934.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 9.1, 13.1, 18.1, 18.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına istinad etməklə əsaslandırmışdır.

13. İddiaçı apellyasiya şikayəti verməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-462/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Hüseyn, hakimlər – V.Baxışova və R.Qurbanov).

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı ap ellyasiya şikayətində mövqeyini tamamilə dəyişərək iddia müddətini ötürmədiklərini, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş iş üzrə təqsirli şəxs barəsində qanuni qüvvəyə minmiş hökmün də təqdim edilməli sənədlər arasında olması səbəbindən həmin müddəti gözlədiklərini bildirmişdir. “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta hadisəsinin baş verməsi faktına dair sənəd nəzərdə tutulur ki, bu da hazırkı halda “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 2019-cu il 26 mart tarixli qərar ola bilərdi, hansı ki, həmin qərarda 2019-cu il 26 mart tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanda yerləşən "xxxx" Ticarət Mərkəzində yanğın hadisəsinin baş verməsi öz əksini tapmışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində mövqeyini dəyişmiş olsa belə, yenə də birinci instansiya məhkəməsində müdafiə etdiyi mövqeyini təkrarlayaraq, cavabdeh tərəfindən iddiaçının əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyinin bildirildiyini qeyd etmişdir.

16. Bundan başqa, iddiaçının apellyasiya şikayətində qeyd etdiklərinə əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası növü üzrə sığorta hadisəsi baş verdikdə təqsir müəyyən edilməyən arayış və s. sənədlər (cinayət işinin başlanması haqqında qərar, akt və s.) əsasında sığorta ödənişinin verilib-verilməməsi ilə bağlı sorğu verilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2023-cü il 11 may tarixli 6-1/22582/2023 nömrəl i məktubunda qeyd etmişdir ki, MM-in 933.1.2-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd əsasında həyata keçirilir. “İcbari sığortalar haqqında” Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən isə sığorta ödən işinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. Qanunun 13.1-ci maddəsinə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, Qanunun xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Göründüyü kimi, mülki məsuliyyətin sığortası hallarından fərqli olaraq əmlak sığortası zamanı daşınmaz əmlakın zədələnməsi (məhv olması) halında sığorta ödənişinin verilməsi üçün hadisənin baş verməsi faktının qanunver iciliyə uyğun olaraq müəyyən edilməsi və tələb olunan sənədlərin əldə edilməsi yetərlidir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini birinci instansiya məhkəməsinin istinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır.

18. İddiaçı kassasiya şikayəti verməklə, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

19. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İV hissəsi və 59-cu maddəsi, MM-in 924.2, 933.1.2-ci maddələrinin, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. MM-in 916.1.9-cu maddəsinə əsasən sığorta ödənişinin h əyata keçirilməsi qaydası və şərtləri, sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin konkret siyahısı sığorta ödənişinin verilməsi əsaslarında çıxış edir. “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulmuş qaydada hadisənin baş verməsində təqsirli olan şəxslər barəsində səlahiyyətli orqanın təqdim etdiyi arayış müvafiq sığorta ödənişinin ödənilməsində tələb olunan sənədlər siyahısındadır. Ancaq hazırkı iş üzrə yanğın baş verən zaman hadisənin kimin təqsiri üzündən baş verməsi aydın olmamışdır. Belə ki, cinayət təqibinə xitam verilməsi barədə 2021-ci il 17 mart tarixli qərardan "xxxx" MMC-nin direktoru X4, iddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1, “Cin Bazarı” adlanan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət təqibinə şəraitin dəyişməsi nəticəsində ictimai təhlükəli olmamaları ilə əlaqədar xitam verildiyi, əlavə olaraq "xxxx" MMC-nin direktoru X4 əməllərində CM-in 178.3.1, 213.2.1, 213.2.2, 308.2, 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması ilə əlaqədar Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddələri ilə cinayət təqibinə xitam verildiyi aydın şəkildə görünür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmündən görünür ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs elektrik montyoru vəzifəsində işləyən X3 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə dövlət və yeri özünüidarə orqanlarında elektrik montyoru vəzifəsi tutmaq hüququndan məhrum edil məklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırkı iddia ərizəsinin məhkəməyə qeyd edilən vaxtda təqdim edilməsinin səbəbi məhz təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş cinayət təqibinin aparılması olmuşdur. Müəyyən iş üzrə təqsirləndirilən şəxslərin olması onların cinayətin törədilməsində təqsirli olmasına dəlalət etmir. Ona görə də ilk öncə təqsirləndirilən şəxslər barəsində onların təqsirli olduğuna dair məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Sözügedən iş üzrə təqsirləndirilən şəxs barəsində hökm 2022-ci ildə qanuni qüvvəyə mindiyindən, iddia müddətinin də başlanğıcı məhz həmin tarixdən hesablanmalıdır. Məhkəmə isə bu xüsusatlara düzgün hüquqi qiymət verməyərək, işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir.

20. MPM-in 88, 217, 418.1-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı bütün sübutlar lazımınca qiymətləndirilməmiş, işin faktiki hallarına düzgün qiymət verilməmiş, bununla da qərəzli qətnamə qəbul edilmişdir.

21. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarına əsasən, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. b) Kassasiya şikayəti nə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİ. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması v ə araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddə tinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 92 2.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.” “Maddə

924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr ba rədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.” “Maddə

933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər....” “Maddə

934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” 26. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: “Maddə

13. Sığorta hadisəsi 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır....” “Maddə

17. Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər... 17.1.4. bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada);...” “Maddə

18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğini n 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə

21. Sığorta ödənişindən imtinanın əsasları 21.1. Bu Qanunda müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı icbari sığorta müqavilələri üzrə aşağıdakı hallarda da sığorta ödənişi verilmir: 21.1.1. hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 21.1.2. sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 21.1.3. sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 21.1.4. sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 21.1.5. bu Qanunun 36.3-cü maddəsində nəzərdə tutulmuş hallarda. “Maddə

36. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi... 36.3. Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur: 36.3.1. sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər; 36.3.2. sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, e yni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi; 36.3.3. hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 36.3.4. qrunt sularının səviyyəsinin dəyişməsi; 36.3.5. suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.”

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1 Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin n əticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-462/2023 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

29. İşin cavabdeh tərəfindən mübahisələndirilməmiş hallarına görə iddiaçı, baş vermiş yanğın hadisəsindən dərhal sonra qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddət ərzində və zəruri sənədləri əlavə etməklə bağlanmış sığorta müqaviləsinə əsasən cavabdehə sığorta ödənişinin verilməsi ilə bağlı müraciət etmiş, cavabdeh isə Qanunun 17.1-ci maddəsinə uyğun olaraq..... sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığorta ödənişini verməli,.... yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməli olduğu halda, hər hansı səbəb gətirmədən, faktiki hərəkətsizlik göstərməklə, iddiaçıya sığorta ödənişi edilməsindən imtina etmişdir. 30. "xxxx" MMC-nin hazırkı iddia tələbi ilə 2022-ci il 26 aprel tarixinədək məhkəməyə müraciət etməli olduğu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirən iddiaçının kassasiya şikayətinin əsas dəlili isə bundan ibarətdir ki, hazırk ı iş üzrə yanğın baş verən zaman hadisənin kimin təqsiri üzündən baş verməsi aydın olmamış, "xxxx" MMC-nin direktoru X4, iddiaçı MMC-nin direktoru Qanuni nümayəndə1, “Cin Bazarı” adlanan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X5 barəsində cinayət təqibinə 2021-ci il 17 mart tarixli qərarla xitam verilmiş, X3 isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 13 may tarixli 1(007)-11/2022 nömrəli hökmü ilə cinayət törətməkdə təqsirli bilinmişdir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, cavabdeh tərəfindən "xxxx" MMC-nin əməkdaşlarına yanğın hadisəsinin baş verməsində təqsirli olan şəxsin barəsində hökmün qəbul edilməsindən sonra sığorta ödənişinin ödəniləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxslərin barəsində qanunla nəzərdə tutulmuş cinayət təqibi yekunlaşdırıldıqdan sonra hazı rkı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir.

31. Nəzərə alınmalıdır ki, qeyd edilən dəlillər iddiaçının həm də apellyasiya şikayətinin dəlillərini təşkil etmiş, birinci instansiya məhkəməsinin verdiyi hüquqi qiymətləndirmə ilə razılaşan apellyasiya məhkəməsi iddiaçının, işin qanuni həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin dəlilinə müfəssəl hüquqi qiymət verməmiş, ümumi olaraq qeyd etmişdir ki, “İcbari sığortalar haqqında” Qanunun 17.1.4-cü maddəsində sığorta hadisəsinin baş verməsi faktına dair sənəd nəzərdə tutulur ki, bu da hazırkı halda “Cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında” 2019-cu il 26 mart tarixli qərar ola bilərdi, hansı ki, həmin qərarda 2019-cu il 26 mart tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81Q ünvanda yerləşən "xxxx" Ticar ət Mərkəzində yanğın hadisəsinin baş verməsi öz əksini tapmışdır.

32. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş materiallarının səthi araşdırılması və mövcud sübutların düzgün qiymətləndirilməməsi və maddi hüquq normalarının pozulması ilə gəldiyi bu nəticəni qanunsuz və əsassız hesab edir, iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmə aparılmasını zəruri hesab edir.

33. İlk növbədə qeyd olunmalıdır ki, qanunvericilikdə sığorta ödənişindən imtinanın əsasları müəyyən edilmişdir ki, bunlardan biri də sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərdir (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələri).

34. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş halına görə 2021-ci il 17 mart tarixli “Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” qərarla "xxxx" MMC-nin direktoru X4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 213.2.1, 213.2.2, 308.2 və 313-cü maddələrinin tərkib əlamətlərinin olmaması nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmişdir. "xxxx" MMC-nin direktoru X7, iddiaçının direktoru Qanuni nümayəndə1 və “Cin Bazarı” adlandırılan ticarət sahəsinin idarəçiliyini həyata keçirmiş X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə davam etdirilən cinayət təqibinə isə şəraitin dəyişməsi nəticəsində ictimai təhl ükəli olmamaları ilə əlaqədar xitam verilmişdir.

35. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar iddiaçının direktorunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225-ci maddəsi ilə cinayət təqibinə başlanılması və həmin cinayət təqibinə 2021-ci il 17 mart tarixində xitam verilməsi hazırkı işin mübahisəsiz halıdır. İddia müddətinin başlanması anını tənzimləyən MM-in 377.1-ci maddəsində isə göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan təqdirdə, iddiaçının direktorunun barəsində cinayət təqibi davam edərkən, cavabdehin sığorta ödənişinin edilməsindən hazırkı qərarın 33-cü bəndində göstərilən əsaslarla imtina etmək hüququ olmuş, bu baxımdan da məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının hüquq larının pozulmasını bildiyi və ya bilməli olduğu an, müvafiq olaraq iddia müddətinin axımı da iddiaçının direktorunun barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərarın qəbul olunduğu vaxtla bilavasitə əlaqəlidir. İddiaçı, onun direktoru-rəhbəri barəsində cinayət təqibi davam etdiyi müddət ərzində cavabdeh tərəfindən ona sığorta ödənişindən imtina ediləcəyindən istinad edilən qanunvericiliyin tələbləri nəzərə alınmaqla əmin olmuş, onların imtinasının həmin müddətədək qanuni olması ilə razılaşmış, yalnız barəsində cinayət təqibinə xitam verildikdən sonra da davam edən bu imtina “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələrinə zidd olduğundan hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İşə baxmış məhkəmələr isə hüquqlarının pozulmasın ın dərk edilməsinin bilavasitə məhz iddiaçı üçün subyektiv mənada onun barəsində istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla əlaqədar olmasına düzgün hüquqi qiymət verməmişlər.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməmiş, iddia müddətinin axımının başlanması anı müəyyənləşdirilərkən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı qüvvədə olan qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmamış, bununla da “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5 və 36.3.1-ci maddələrinin, həmçinin işin hallarının hərtərəfli, tam araşdırılması prinsipi və sübutların qiymətləndirilməsinə dair MPM-in 14.1 və 88-ci madd ələrinin tələbləri pozulmuşdur.

37. Avropa İnsan Hüquqları Məhkəməsi "OfertaPlus S.R.L. Moldovaya qarşı" 2006-cı il 19 dekabr tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur; “Van de Hurk Niderlanda qarşı” 1994-cü il 19 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmin dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır; "Hiro Balani İspaniyaya qarşı" 9 dekabr 1994-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ərizəçi, məhkəməyə konkret yazılı dəlillər təqdim etsə də, dövlətdaxili məhkəmə həmin dəlillərə cavab vermədi və bu səbəbdən müəyyən etmək mümkün olmad ı ki, məhkəmə həmin dəlillərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib və əgər rədd edibsə, bunu hansı əsaslara görə edib; bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 6-cı maddənin 1-ci bəndinin pozuntusu kimi qəbul edilmişdir.

38. Avropa İnsan Hüquqlarının Məhkəməsinin “Bidjiyeva Rusiyaya qarşı” 05 dekabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin birinci paraqrafında göstərilən güman edilən zəmanətlər ədalət məhkəməsinin qərarları əsaslandırmaq öhdəliyindən ibarətdir, belə ki, tərəflərdən birinin gətirdiyi arqument icraatın nəticəsi üçün qəti xarakter daşıyır, həmin arqument öz növbəsində spesifik və aydın cavab tələb edir (X6rşı, 9 dekabr 1994-cü il, paraqraf 29-30, seriya A no: 303-A).

39. Azərbaycan Respublikası Ali Məhkə məsinin “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu n 13 iyun 2008-ci il tarixli qərarı). 41. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutl arın qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

42. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iddiaçının apellyasiya şikayətinin dəlillərinə və iddia müddətinin axımının başlanması anına “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21 və 36.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla qiymət verilərək, sübutlar yenidən qiymətləndirilməli, nəticə olaraqsa iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi təmin edilməlidir.

43. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 2-2(103)-462/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 iyun tarixli 22(103)-462/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. İddiaçının kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar