Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-240/2023 21.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli, 2-2(103)-502/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfində n verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Fərdi sahibkar İddiaçı mülkiyyətçi “Sədərək” firması ilə bağlanmış icarə müqavilələrinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək firmasına məxsus olan ticarət mərkəzinin ərazisində (8 və 8a saylı sıralar) yerləşən 51, 52, 53, 54, 55, 56 saylı mağazaları icarəyə götürmüşdür. İcarə müqavilələri iş materiallarına əlavə edilmişdir.
2. Sığortaçı Azərabycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və sığortalı Sığortalı İddiaçı arasında bağlanmış və 2019-cu il 3 iyun tarixli BA seiyalı 959617 saylı “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi” ilə rəsmiləşdirilmiş daşınmaz əmlakın icbarı sığorta müqaviləsinə əsasən iddiaçının icarəyə götürdüyü mağazalar sığorta məbləği 200.000 manat, azadolma məbləği 2.000 manat, sığorta haqqı 510,72 manat olmaqla sığortalanmışdır. Qeyd olunan şəhadətnamədə sığorta müqaviləsinin 04 iyun 2019-cu il tarixində qüvvəyə mindiyi, 03 iyun 2020-ci il tarixində qüvvədən düşdüyü qeyd olunmuşdur.
3. AS seriyalı 007703 saylı 03 iyun 2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi”ndən görünür ki, fərdi sahibkar İddiaçı icarəyə götürdüyü mağazalarda ümumi dəyəri 450.000 manat qiymətləndirilmiş ev tekstil malları 1800 manat sığorta haqqı ödənilməklə, 4 faiz azadolma məbləği nəzərdə tutulmaqla Azərbycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən yanğın və partlayış riskindən sığortalanmışdır.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin cinayət işi üzrə i craata xitam verilməsi barədə 18 sentyabr 2020-ci il tarixli qərarından aydın olur ki, 18 fevral 2020-ci il tarixində “Sədərək” ticarət mərkəzində yanğın baş vermiş, 8 və 8 a saylı sıralarda yerləşən mağazalardakı, o cümlədən zərərçəkmiş şəxs kimi tanınmış İddiaçı icarəsində olan “Buta Tekstil” adı ilə fəaliyyət göstərən 51,52,53,54,55, 56 və 57 saylı, ümumi sahəsi 226 kv.m olan mağazalardakı mallar yanmışdır. Cinayət işinin istintaqı zamanı baş vermiş yanğın nəticəsində zərərçəkənlərə dəymiş ziyanın müəyyənləşdirilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2020-ci il tarixli 4501 saylı rəyində iddiaçıya yanğın nəticəsində yanan mallara görə ümumilikdə 500.169,50 manat ziyan dəydiyi qeyd edi lmişdir.
5. Cinayət işinin istintaqı zamanı İddiaçı tərəfindən tərtib edilmiş smeta əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 020-ci il tarixli 4590 saylı ekspert rəyi ilə yanğın nəticəsində 51, 52, 53, 54, 55, 56 saylı mağazalara dəymiş ziyanın 134.222 manat təşkil etdiyi müəyyən edilmişdir. 6. “Sədərək” firmasının işin materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli məkubundan görünür ki, yanğın baş verdikdən sonra ümumi razılaşmaya əsasən, iddiaçının icarəsində olan 51,52, 53, 54, 55, 56 saylı mağazaların tikilməsi, ara divarların hörülməsi və dam örtüyünün vurulması “Sədərək” firması tərəfindən firmanın vəsaiti hesabına həyata keçirilmiş, “Sədərək” firması tərəfindən mağazalar inşa edildikdən sonra mağazaların daxili təmir işlə ri (vitrajların qoyulması, daxili tərtibat, suvaq, elektrik xətlərinin çəkilməsi və s. işlər) İddiaçı tərəfindən onun öz vəsaiti hesabına icra edilmişdir.
7. İddiaçı 24 sentyabr 2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə 134.122 manat, mağazalarda malların yanması nəticəsində 500.169,50 manat, cəmi 634391,50 manat sığorta məbləğinin ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. Müraciətə yalnız etibarnnamənin əlavə edildiyi qeyd edilmişdir.
8. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı 01 mart 2019-17 fevral 2020-ci illər ərzində tədarük etdiyi mallar barədə vergi orqanının uçot-baza məlumatların mövcud olan məlumatlardan görünür ki, həmin dörvr ərzində iddiaçı xaricdən cəmi 97.191 manat dəyərində müxtəlif tekstil malları tədarük etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra-"xxxx") cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2021-ci il 24 fevral tarixində Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya sığorta hadisəsi nəticəsində vurulmuş 634.391,50 manat maddi zərərin və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun 2020-ci il 25 fevral tarixindən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğinin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Sədərək” Ticarət Mərkəzində 3-cü korpus, 8 və 8 a sırasındakı 51, 52, 53, 54, 55, 56 və 57 saylı mağazalar iddiaçının icarəsindədir və ev tekstil mallarının alqısatqısı ilə məşğul olur. 2019-cu il 3 iyun tarixində tərəflər arasında sözügedən 51, 52, 53, 54, 55, 56 saylı (57 saylı mağaza istisna olmaqla) mağazalarda olan malların sığortalanması barədə müqavilə bağlanmış və malların dəyəri kimi sığorta məbləği 450.000 manat müəyyən edilmişdir. Bu barədə 007703 nömrəli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” verilmişdir. Eyni zamanda, həmin malların yerləşdiyi mağazaların özü 2019-cu il 3 iyun tarixli 959617 saylı «Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi» ilə sığorta edilmiş və daşınmaz əmlakın dəyəri kimi sığorta məbl əği 200.000 manat müəyyən edilmişdir. Sığorta müqaviləsi bağlanmazdan əvvəl cavabdeh şirkətin agent və mütəxəssisləri gəlib mağazaları və içərisindəki malları diqqətlə müayinə edib mağazalara 200.000 manat, bu mağazalarda olan iddiaçıya məxsus satış mallarına isə 450.000 manat qiymət qoymuşlar. İddiaçı razılaşaraq 2.310,72 manat sığorta haqqını dərhal tam məbləğdə ödədiyi üçün “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası”na dair AS seriyalı, 007703 saylı, “Daşınmaz Əmlakın İcbari Sığortası”na dair BA seriyalı, 959.617 saylı şəhadətnamələr tərtib edilib möhür və imzalarla təsdiqlənərək iddiaçıya təqdim edilmişdir. Hər iki sığorta müqaviləsi 1 illik müddət üçün bağlanmışdır. 11. 2020-ci il 18 fevral tarixində, saat 7 radələrində “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi nəticəsində iddiaçının icarəsində olan 7 ədəd cəmi 226 m2 sahəsi olan 51, 52, 53, 54, 55, 56, 57 saylı mağazalar içərisində olan mallarla birlikdə yanıb tamamilə məhv olmuşdur. Yanğın nisbətən böyük ərazini əhatə etdiyindən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi tərəfindən ilkin olaraq əməliyyat-təhqiqat aparılmış, sonra isə 2020-ci il 22 iyun tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə fakta görə cinayət işi başlanmışdır. Cinayət işinin istintaqı ilə bu yanğın hadisəsinin baş verməsində iddiaçının heç bir təqsirinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda istintaqla müəyyən edilmişdir ki, yanğın nəticəsində “Sədərək” Ticarət Mərkəzində 3-cü korpus, 8 və 8A sırasında olan 51, 52, 53, 54, 55, 56 və 57 saylı mağazal ar və mağazalardakı iddiaçıya məxsus bütün mallar tamamilə yanaraq məhv olmuşdur. İstintaq zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə 134.222 manat, məhkəmə əmtəəşünaslıq ekpertizası ilə isə bu mağazalarda olmuş malların yanması ilə iddiaçıya 500.169,50 manat, cəmi 634.391,50 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir.
12. Sığorta ödənişinin təmin edilməsi, sığortalıya dəyən zərərin ödənilməsi üçün iddiaçı tərəfindən bütün zəruri sənədlər, o cümlədən sığorta şəhadətnamələri, mağazalarda olmuş və yanmış malların siyahısı, dəyəri, mağazaların icarə müqavilələri cavabdeh şirkətə təqdim olunmuşdur. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı hər hansı addım atmamış, bu günədək ödənişi verməkdən yayınmışdır. Cavabdeh cinayə t işi yekunlaşdıqdan sonra sığorta ödənişinin həyata keçiriləcəyini bildirmiş, lakin istintaq yekunlaşsa da, ödəniş edilməmişdir. 2020-ci il 24 sentyabr tarixində rəsmi olaraq cavabdeh şirkətə müraciət olunmuş və istintaqın yekunu olaraq iddiaçıya 634.391,50 manat maddi ziyanın qısa müddətdə ödənilməsi xahiş olunmuşdur. Lakin müraciətdən üç ay keçməsinə baxmayaraq hər hansı ödənişin həyata keçirilməsi təmin edilməmiş, ümumiyyətlə heç bir rəsmi cavab verilməmişdir. Dəfələrlə bu məsələ ilə bağlı sığorta şirkətinin əməkdaşı Xəyyam Hətəmova şəxsən və ya telefon vasitəsi ilə müraciət edilsə də, cavab olaraq bildirilmişdir ki, aidiyyəti orqanlardan cavab gəldikdən sonra məsələyə baxılacaqdır. 2020-ci il 20 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə sorğu verilmiş və cavab olaraq ekspert rəyl ərində və cinayət işinə xitam verilməsi barədə qərarda zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği konkret olaraq müəyyən edilmişdir. Lakin cavabdeh sığorta şirkəti olaraq həmin məbləğlə razılaşmamış və öz təşəbbüsü ilə 2020-ci il 4 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin cavabından bir ay sonra Bakı Baş Gömrük İdarəsinə və Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə sorğu vermişdir. 2020-ci il 28 dekabr tarixində telefon vasitəsi ilə əlaqə saxladıqda bildirilmişdir ki, Vergilər Nazirliyi sorğuya məlumatlar kommersiya sirri olduğuna görə cavab vermir və vətəndaş özü müraciət etməlidir. 2020-ci il 25 noyabr tarixində iddiaçı Vergilər Nazirliyinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət edərək zəruri məlumatların təqdim edilməsinə et iraz etmədiyini və həmin məlumatların cavabdehə verilməsini xahiş etmişdir. Son olaraq vəkil tərəfindən 2021-ci il 5 yanvar tarixində cavabdehin rəsmi elektron ünvanına yenidən təkrar müraciət olunaraq sığorta ödənişinin 7 gün müddətində həyata keçirilməsi xahiş olunmuşdur ki, sığorta şirkəti bu müraciəti qəbul etsə də, heç bir cavab verməyərək sığorta ödənişini həyata keçirməkdən imtina etmişdir.
13. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 6.2, 21, 390, 888.1, 905, 908.2, 914.1, 925.1, 933.3, 934.1, 935.2, 935.3-cü və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6, 12ci maddələrinə istinad edilmişdir.
14. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.
15. Bakı Kommersiya Məhkəməs inin 2021-ci il 7 may tarixli e-2-2(113)-1608/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021ci il 10 sentyabr tarixli 10/2718 saylı ekspert rəyinə əsasən 2020-ci il 18 fevral tarixində baş vermiş yanğın hadisəsi nəticəsində Bakı şəhəri, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzi ərazi 1, sıra 8, korpus 3, 52, 54, 56 saylı mağazalara, sıra 8 a, 51, 53, 55 saylı mağazalara dəymiş ziyanın dəyəri və həmin mağazaların bərpası üçün çəkilə biləcək xərcin təqribən 134.222,0 manat məbləğində olduğu qeyd edilmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 1 oktyabr tarixli e-2-2(113)-1608/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən AS seriyalı, 007703 nömrəli, 2019-cu il 3 iyun tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 432.000 manat, 2019-cu il tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi üzrə 132.222 manat olmaqla, ümumilikdə 564.222 manat məbləğində sığorta ödənişinin tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim A.Əliyeva).
18. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarına əsasən müəyyən etmişdir ki, tərəfl ər arasında “Sədərək” Ticarət Mərkəzində yerləşən 51, 52, 53, 54, 55, 56 saylı (57 saylı mağazaistisna olmaqla) mağazalarda olan malların sığortalanması barədə müqavilə bağlanmış və malların dəyəri kimi sığorta məbləği 450.000 manat müəyyən edilmişdir. Bu barədə 007703 nömrəli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” iddiaçıya verilmişdir. Həmin razılaşma üzrə 4% azad olma məbləği tərəflər arasında razılaşdırılmışdır. Eyni zamanda həmin malların yerləşdiyi mağazaların özü xx.xx.2019-cuil tarixli 959617 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə sığorta edilmişvə daşınmaz əmlakın dəyəri kimi sığorta məbləği 200.000 manat müəyyən edilmişdir.Qeyd olunan razılaşma üzrə isə azadolma məbləği 2.000 manat olaraq razılaşdırılmışdır.18 fevral 2020-ci il tarix də, saat 07:00 radələrində “Sədərək” Ticarət Mərkəzində sığorta hadisəsi baş vermişdir.
19. Həmin məhkəmə işin müəyyən edilən faktiki hallarına MM-in 923.1, 925.5, 926.1ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 15.3, 16.4, 18.1-ci maddələrinin tələbləri baxımından qiymət verərək qeyd etmişdir ki, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçıya məxsus AS seriyalı, 007703 nömrəli, xx.xx.2019-cu il tarixli “Əmlakın yanğın və digərəlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 450.000 manat dəyərində sığortalanmış əmlaka zərər dəymişdir. Bununla bağlı olaraq məhkəmə qeyd olunan şəhadətnamə üzrə 4% azadolma məbləğini də nəzərə alaraq b e l ə q ə n a ə t ə g ə l m i ş d i r k i, həmin müqavilə üzrə iddiaçıya 432.000 manat məbləğində sığorta ödənişi verilməlidir.
20. Məhkəmə iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək, mağazaların bərpası üçün çəkilə biləcək xərcin 134.222 manat olaraq qiymətləndirilməsini və 03 iyun 2019-cu il tarixli 959617 saylı «Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi»ndə 2.000 manat azadolma məbləğini nəzərə alaraq hesab etmişdir ki, həmin şəhadətnamə üzrə iddiaçıya 132.222 manat məbləğində sığorta ödənişi ödənilməlidir.
21. Məhkəmə iddia tələbinin sığorta ödənişi məbləğinin 01.% faizi həcmində 25 fevral 2020-ci il tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə qədər olan məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, tələb qeyri-müəyyən olduğundan, yəni iddia tələbinin sığorta ödənişi məbləğinin 0,1% faizi həcmi ndə dəqiq göstərilmədiyi üçün təmin edilməməlidir.
22. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin qismən-iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsi, həmin hissədə də iddianınr təmin olunması xahiş edilmişdir.
23. Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyun tarixli 2-2(103)-502/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
25. Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 25 oktyabr tarixli 10/4647 saylı ekspert rəyində qeyd edilmişdir ki, 51, 52, 53, 54, 55, 56 saylı mağazaların daxilində işin materiallarının 1-ci cildinin 64-cü vərəqinə əlavə edilmiş smetada nəzərdə tutulmuş təmir və bərpa işləri həyata keçirilmişdir. Mağazada faktiki görülmüş işlər smetada görülən işlərə uyğundur. Mağazalarda görülən təmir-bərpa işlərinin dəyərinin nə qədər təşkil etməsi ilə bağlı sual cavablandırılmamış, rəydə həmin işlərin bazar qiymətlərinin smetada öz əksini tapdığı qeyd edilmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-502/2022 saylı qətnaməsi ilə hər iki apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddi a cavabdehdən iddiaçının xeyrinə 2019-cu il 3 sentyabr tarixli «Daşınmaz Əmlakın icbari sığorta şəhadətnaməsi» üzrə 85.122 manat pulun tutulması hissəsində təmin edilməmiş,, qətnamə iddianın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmış, 50 manat ekspertiza xərcinin cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmiş (sədrlik edən hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh sığorta hadisəsinin baş verdiyini, tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli BA se iyalı 959617 saylı “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi” və AS seriyalı 007703 saylı 03 iyun 2019-cu il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə rəsmiləşdirilmiş sığorta müqavilələri ilə bağlı iddiaçıya sığorta məbləği ödənilməli olduğunu mübahisələndirmir.
28. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, “Sədərək” firmasının xx.xx.2022-ci il tarixli məkubunda yanğın baş verdikdən sonra ümumi razılaşmaya əsasən, iddiaçının icarəsində olan 51,52, 53, 54, 55, 56 saylı mağazaların tikilməsi, ara divarların hörülməsi və dam örtüyünün vurulması “Sədərək”firması tərəfindən firmanın vəsaiti hesabına həyata keçirildiyi, mağazalar inşa edildikdən sonra mağazaların daxili təmir işlərinin (vitrajların qoyulması, daxili tərt ibat, suvaq, elektrik xətlərinin çəkilməsi və s. işlər) İddiaçı tərəfindən onun öz vəsaiti hesabına icra edildiyi qeyd edilsə də, məhkəmə bu sübutu nəzərə almadan iddiaçıya sığorta hadisəsinəticəsində dəymiş ziyan müəyyənləşdirilərkən mağazaların tikilməsinə mülkiyyətçi tərəfindən xərclənmiş vəsaitlə bi yerdə hesablama aparılmışdır.
29. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəmə daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə iddiaçıyadəyən ziyanın məbləğini düzgün müəyyənləşdirməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkis i ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Qeyd edlən normadan göründüyü kimi, icbari sığortanın məqsədi sığorta olunana və ya faydalanan şəxsə dəymiş real ziyanı kompensasiya etməkdir. 30. “Sədərək” firmasının işin materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il tarixli məkubu ilə təsdiq olunur ki, iddiaçının icarəsində olan 51,52, 53, 54, 55, 56 saylı mağazaların tikilməsi, ara divarların hörülməsi və dam örtüyünün vurulması “Sədərək” firması tərəfindən firmanın vəsaiti hesabına həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, mağazalrın tikintisinə mülkiyyətçi tərəfindən çəkilmiş xərclər iddiaçıya dəymiş ziyan kimi qiymətləndirilə bilməz.
31. İşə apellyasiya qaydasında baxılarkən sığorta hadisəsi nəticəsində zərər dəymiş mağazalarda həqiqət ən iş materiallarına əlavə edilmiş smetada qeyd edilmiş işlərin görülüb-görülmədiyi, əgər görülmüşsə təmir və bərpa işlərinin dəyərinin müəyyənləşdirilməsi üçün (mağazaların tikilməsi, ara divarların hörülməsi və dam örtüyünün vurulması işləri istisna olmaqla) məhkəmə tikinti texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 10/4647 saylı ekspert rəyində qeyd edilmişdir ki, 51,52, 53, 54, 55, 56 saylı mağazaların daxilində iş materiallarının 1-ci cildinin 64-cü vərəqinə əlavə edilmiş smetada nəzərdə tutulmuş təmirvə bərpa işləri həyata keçirilmişdir. Mağazada faktiki görülmüş işlər smetada görülən işlərəuyğundur. Mazalarda görülən təmir-bərpa işlərinin dəyərinin nə qədər təşkil etməsi ilə bağlı sula cavablandırılmamış, rəydə həmin işlərin baz ar qiymətlərinin smetada öz əksini tapdığı qeyd edilmişdir.
32. Cavabdehin vəsatətinə əsasən ekspert Teymur Məmmədov məhkəmə iclasına dəvət olunmuş, verdiyi rəylə bağlı izah etmişdir ki, işin materiallarının 1-ci cildinin 64cü vərəqinə əlavə edilmiş smetada 1-7, 10, 12, 19-cu bəndlərdə nəzərdə tutulmuş işlər tikinti işlərinə, qalan işlər isə təmir-bərpa işlərinə aiddir. 20, 21, 22-ci bəndlərdə nəzərdə tutulmuş xərclər həm tikinti prosesində, həm də təmir prosesində əmələ bilər.
33. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəylə bağlı verdiyi izah əsasında smeta üzrə hesablama apararaq müəyyən etmişdir ki, “Sədərək” firması tərəfindən iddiaçıya icarəyə verilmiş mağazaların tikintisinə 85122 manat (1-7, 10, 12, 19-cu bəndlərdə qeyd edilmiş işlərin dəyəri 82.872 manat+ 21,22,23-cü bənd lərdə qeyd edilmiş işlərin yarısı 2250 manat) vəsait sərf edilmişdir.
34. Birinci instansiya məhkəməsi qətnamədə “Sədərək” firmasının 19 aprel 2022-ci il tarixli məktubuna ümumiyyətlə istinad etməmiş, həmin sənədi sübut kimi qəbul edibetmədiyini göstərməmiş, cavabdehin iddiaya etirazı ilə hansı səbəbdən razılaşmadığını əsaslandırmamışdır. Halbuki, cavabdeh iddiaya etirazında müəyyən işlərin “Sədərək” firması tərəfindən həyata keçirildiyinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.
35. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, mübahisələndirilən qətnaməqismən ləğv edilərək daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə iddia cavabdehdən 85.122 manat pulun tutulması hissəsində rədd edilməlidir.
36. Məhkəmə hesab etmişdir ki, “Əmlakın yanğın və digər əlavə risklərd ən sığorta şəhadətnaməsi” üzrə cavabdehdən iddiaçının xeyrinə 432.000 manat sığorta məbləği tutulmasına dair hissədə qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi üçün əsaslar müəyyən edilmir.Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, İddiaçı tərəfindən sığorta müqaviləsi bağlanan dövrdə xaricdən cəmi 97.191 manat məbləğində mal tədarük edildiyi barədə məhkəməyə vergi orqanının sorğuya cavab məktubu təqdim edilmişdir. Məhkəmə bu dəlillə bağlı qeyd etmişdir ki, sığorta müqaviləsi bağlanarkən iddiaçının mağazalarında olan malların daxili bazardan da alınması mümkün olduğundan bu mülahizə əsassızdır.
37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 923.1, 925.5.1, 925.5.2, 925.5.3-cü, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 15.3, 16.4, 18. 1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 88, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-502/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun 2020-ci il 25 fevral tarixindən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsinə dair hissədə baxılmamış saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər V.Məmmədov və R.Qurbanov).
39. Məhkəmə həmin qərardadında gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş “hər gecik dirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun 2020-ci il 25 fevral tarixdən hesablanmaqla məhkəmə qətnaməsinin elan olunduğu günə olan məbləğin cavabdehdən tutularaq iddiaçıya verilməsi” barədə iddia tələbi qeyri-müəyyən olduğundan, yəni iddianın qiymətini, o cümlədən həmin tələb təmin edildiyi halda cavabdehdən tutulmalı olan yekun məbləğ iddiaçı tərəfindən qeyd edilmədiyindən, iddia ərizəsində tələb edilən pul məbləğinin konkret qeyd edilməməsi və cavabdehdən tutulmalı olan cərimə məbləğinin müəyyənləşdirilməsi vəzifəsinin məhkəməyə həvalə edilməsi prosessual qanunvericiliyin prinsiplərinə və MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmadığından, birinci instansiya məhkəməsi bu tələbə mahiyyəti üzrə baxaraq hüquqi qiymət verməyə haqlı olmamışdır.
40. Məh kəmə gəldiyi nəticəni MPM-in 112, 149.2.3, 222.2, 259.0.12-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
41. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində, iş üzrə qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul olunması xahiş edilmişdir.
42. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri a) İddiaçının kassasiya şikayətinin dəlilləri 43.MM-in 905, 934, 935.3-cü və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.4-cü maddələrinin tələbləri pozulmuşdur. Qanunun mənasına görə cavabdehin sığorta hadisəsindən sonra dəymiş zərəri müstəqil ekspert təyin etməklə müəy yən etmək imkanı var idi. Lakin cavabdeh nə sığorta hadisəsindən sonra, nə də birinci instansiya məhkəməsində bunu mübahisələndirməmişdir. İddiaçıya dəymiş zərərin məbləği dörd ekpertiza rəyi ilə, FHN-nin İstintaq İdarəsi tərəfindən istintaq yolu ilə müəyyənləşdirilmişdir. Belə olan halda, cavabdeh qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmələrin nəticələrini qəbul etməlidir. 44.MPM-in 81, 149, 218.3, 222.2, 418-ci maddələrinin tələbləri pozulmuşdur-iddia tələbi kifayət qədər aydın, dəqiq göstərilməsinə baxmayaraq məhkəmə iddiaçının məruz qaldığı itkiləri, zərəri ümumiyyətlə nəzərə almamışdır. İddiaçı tələbində dəbbə pulunun hansı tarixdən və hansı faizlə hesablanmalı olmasını göstərmiş, məhkəmə qətnaməsinin elan olunduğu gün də müəyyəndir. Belə olan halda, məhkəmənin iddia tələbinin qeyri-müəyyən olması ilə bağlı nəticəsi əsassızdır. Qanunun tələbinə görə cavabdehin sığorta ödənişini hər ödəmədiyi gün iddiaçının məruz qaldığı zərərdir. Məhkəmə prosesi isə iddiaçının təsəvvür etdiyindən də uzun çəkmiş, iddiaçı məhkəmənin əsassız və lüsumsuz prosessual hərəkətlərindən kifayət qədər zərər görmüşdür. İşin materiallarında üç ekspertiza rəyi olsa da, məhkəmə yenidən ekspertiza təyin edərək müddəti beş ay uzatmışdır. Nəticədə, iddiaçı məruz qaldığı itkiləri, zərəri qarşılamaq, bərpa etmək üçün üç müxtəlif bankdan 700.000 manat məbləğində kredit götürmüş və hazırda həmin kreditləri qaytarmaqla məşğuldur. Həmin kredit müqavilələri elektron kabinet vasitəsilə işə əlavə olunmuş, müqavilələrin təyinatından da görünür ki, kredit Sədərək ticarət mərkəzindəki itkilə rin bərpası məqsədi ilə verilmişdir. Cavabdeh sığorta şirkətinin zərərlə bağlı məsuliyyəti qanunla tənzimlənmiş və dəqiq göstərilmişdir. Məhkəmə MM-in 934-cü maddəsinin hüquqi nəticələrini tətbiq etməli olduğu halda, iddiaçını daha da ağır zərərə məruz qoymuşdur. 45.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yəni məhkəmə əlavə ekspertiza təyin etmək yerinə, 85.122 manat pulu öz mülahizəsi ilə, xüsusi biliyə malik peşəkar bir usta, əmtəəşünas kimi silmişdir. Halbuki, iddiaçıya dəymiş zərərin məbləği dörd ekpertiza rəyi ilə, istintaq yolu ilə, Sədərək ticarət mərkəzindəki itkilərin bərpa edilməsi məqsədi ilə iddiaçıya verilmiş 700.000 manat məbləğində kreditlərlə aşkar şəkildə təsd iq və sübut edilir. Üstəlik, cavabdehin sığorta hadisəsindən sonra dəymiş zərəri müstəqil ekspert təyin etməklə müəyyən etmək imkanı var idi. Lakin nə sığorta hadisəsindən sonra, nə də birinci instansiya məhkəməsində cavabdeh bunu mübahisələndirməmişdir. Sığorta şirkəti həmin zərərlə bağlı susmaqla, mübahisələndirməməklə tələb olunan sığorta məbləğini, zərəri iradəvi olaraq qəbul etmişdir. Yalnız sonradan apellyasiya məhkəməsində bununla bağlı vəsatət vermişdir ki, bu yeni sübut deməkdir və bu yeni sübutun apellyasiya mərhələsində qəbul edilməsi yolverilməzdir. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri 46.MM-in 922.1, 927.1-ci maddələrinin tələbləri pozulmuşdur- kommersiya işinin materiallarında olan AS seriyalı, 007703 nömrəli, 2019-cu il 3 iyun tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi”nə əsasən, iddiaçının icarəyə götürdüyü mağazalarda ümumi dəyəri 450.000 manat məbləğində qiymətləndirilmiş ev tekstil malları şərtləşdirilmiş sığorta haqqı ödənilməklə, cavabdeh sığortaçı tərəfindən könüllü qaydada sığortalanmışdır. Lakin sığorta hadisəsinin baş verdiyi vaxt mağazalarda həqiqətən müqavilənin bağlandığı zaman olduğu miqdarda malın olması müəyyən edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2020-ci il 29 mart tarixli, 4501 nömrəli ekspert rəyində iddiaçıya yanğın nəticəsində yanan mallara görə 500.169,50 manat məbləğində maddi zərər dəydiyi müəyyənləşdirilsə də, yanğın hadisəsi baş verdiyi vaxt mağazalarda qeyd olunan miqdarda malın olması hər hansı qaydada təsdiq olunmur. İddiaçıdan əldə etdiyi mallara dair elektron qaimə- fakturaların təqdim edilməsi tələb edilsə də, hər hansı sənəd təqdim edilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən, eyni zamanda, apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq orqanlara sorğu verilmiş, sorğulara verilmiş cavablara əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xaricdən 97.191 manat məbləğində mal gətirilərək rəsmi qaydada bəyan edilmişdir. Bununla yanaşı, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmə sorğusuna verilmiş cavab məktubuna əsasən, iddiaçının 2019-cu ilin İ rübü ərzində pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əldə edilmiş ümumi hasilatın həcmi 24.450 manat təşkil etmişdir. Həmin ilin digər rübləri ilə əlaqədar bəyannaməyə nəzər yetirdikdə isə bu iddia çının ümumiyyətlə pərakəndə satış fəaliyyətinin olmadığı aşkar olunur. Nəzərə alınsa ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və müəyyən bir dövriyyəsi vardır, bu halda demək olar ki, sığorta müqaviləsi bağlanan anda mağazalarda olmuş əmlakın yanğın baş verən anda orada olması artıq böyük bir sual yaradır. 47.MPM-in 372.1, 372.7, 385.1.1 və 385.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılmamış, tətbiq edilməli olan maddi hüquq normaları yanlış təhlil edilmiş, bu səbəbdən məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, istinad olunan maddi hüquq normalarının birinci instansiya məhkəməsi tərəfindən pozulması halları apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən nəzərə alınsaydı, iş üzrə çıxarılmış birinci instansiya məhkəməsinin aktı apellyasiya qaydasında ləğv edilə bilərdi. c) Kassasiya şikayətlərinə qarşı etirazların dəlilləri 48.Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadını mübahisələndirərək, iddianın sığorta ödənişinin 0.1 faizi həcmində dəbbə pulu tutulması hissəsində təmin edilməli olduğunu ifadə etmişdir. Halbuki, qərardadda iddia həmin hissədə rədd edilməmiş, baxılmamış saxlanılmışdır və qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığından mübahisələndirilməsi qeyri-mümkündür. 49.Kassasiya şikayətinin digər dəlili 85.122 manat məbləğinin cavabdehdən tutulması hissəsində iddia tələbinin rədd edilməsi ilə bağlıdır. Kassator hesab etmişdir ki, mə hkəmənin qeyd olunan nəticəyə gəlməsi üçün yenidən ekspertiza keçirilməli idi. Halbuki, dəymiş zərərin iddiaçıya icarə münasibətində olduğu "xxxx" MMC tərəfindən ödənildiyi hissə apellyasiya məhkəməsində ekspertin dindirilməsi zamanı verdiyi izahata uyğun olaraq 85.122 manat məbləğində hesablanmış və həmin hissədə iddia rədd edilmişdir. Ekspertin verdiyi izahat həmin məbləğin hesablanması üçün kifayət etməklə, bunun üçün yeni ekspertiza keçirilməsinə zərurət yoxdur. Kassasiya şikayətlərinin mümkünlüyü, kassasiya baxışının hədləri 50.Kassasiya şikayətləri vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayə t mümkün hesab edilmişdir. 51.Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır. 52.Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq 53.Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında Maddə
923. Sığorta hadisəsi barədə məlumatlandırma 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.... Maddə
925. Zərərin qiymətləndirilməsi... 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir: 925.5.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 925.5.2. sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; 925.5.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.... 54.“İcbari sığortalar haqqında ” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
8. İcbari sığorta müqaviləsi 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir....” “Maddə
15. Əmlaka dəyən zərər... 15.3. Əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bi lavasitə əvvəlki dəyəri; 15.3.2. zərəri azaltmaq məqsədi ilə binaların, qurğuların, avadanlığın sökülməsi və başqa yerə köçürülməsi ilə bağlı xərclər; 15.3.3. zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər; 15.3.4. sığorta hadisəsi zamanı zərəri azaltmaq məqsədi ilə görülən tədbirlər nəticəsində əmələ gələn digər zərərlər.” “Maddə
16. Zərərin müəyyənləşdirilməsi... 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.” “Maddə
18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndir ilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir....” “Maddə
35. Daşınmaz əmlakın icbari sığortasının məqsədi və təyinatı 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir......” 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübut ların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası şikayətlərinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). 57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mah iyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”, Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» 2012-ci il 28 fevral tarixli Qərarı
58. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnamə sinin ləğvi üçün əsas hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
59. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlillərində müvafiq normaların mətnləri qeyd olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin normaların yol verilən pozuntusunun nədən ibarət olması göstərilməmiş, bununla bağlı hər hansı dəlil irəli sürülməmişdir (bax hazırki qərarın 43-cü bəndi).
60. Kassasiya şikayətinin hazırki qərarın 44-cü bəndində göstərilən dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının dəbbə pulunun ödənilməsi barədə iddiası apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə baxılmamış saxlanmışdır. MPM-nin 402.2-ci maddəsində kassasiya şikayətinin verildiyi qərardadların dairəsi müəyyən edilmişdir. Həmin maddəni n tələbinə görə apellyasiya instansiyası məhkəməsinin iddianın baxılmamış saxlanmasına dair qərardadı kassasiya qaydasında mübahisələndirilə bilməz.
61. İddiaçının kassasiya şikayətinin digər dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən iddia 85.122 manat hissəsində rədd edilərkən, MPM-nin 81-ci maddəsinin tələbinin pozulması ilə bağlıdır.
62. Bununla bağlı məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən iddiaçının icarəsində olan mağazaların tikilməsi, ara divarlarının hörülməsi və dam örtüyünün vurulmasına dair «Sədərək» firmasının işdə olan 2022-ci il 19 aprel tarixli məktubunu, iş üzrə verilmiş 2022ci il 25 oktyabr tarixli, 10/4647 saylı ekspert rəyini, həmin rəyi vermiş ekspertin məhkəmə iclasında ver diyi izahatı məcmu şəkildə qiymətləndirərək müəyyən etmişdir ki, «Sədərək» firması, iddiaçının icarəsində olan mağazaların tikintinsinə 85.122 manat vəsait sərf etmişdir. İşə mahiyyəti üzrə baxılarkən, iddiaçı işin qeyd olunan hallarını təkzib edən, eləcə də «Sədərək» firması tərəfindən sözügedən mağazalarda aparılan müvafiq işlərin dəyərinin daha aşağı olmasına dair sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə «İcbari sığortalar haqqında» Qanunun 35.1-ci maddəsinin tələbinə uyğun olmuşdur (bax yuxarıda hazırki qərarın 54-cü bəndi).
63. Cavabdehin kassasiya şikayətinin dəlillərinə gəldikdə, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir (Mülki Məcəllənin 925.1-ci maddəsi).
64. Hazırki işdə cavabdeh sığorta məbləğini mübahisələndirsə də, qanunun istinad olunan normasının tələbi baxımından sığorta hadisəsi nəticəsində vurulmuş zərərin sığortaçı tərəfindən müəyyən edilən dəyərinə dair hər hansı mötəbər sübut təqdim etməsi işin materiallarından müəyyən edilmir.
65. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə yanğın nəticəsində iddiaçının icarəsində olan sözügedən mağazalarda olan mallar tamamilə məhv olmuşdur. 2019-cu il 3 iyun tarixli «Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi»nə əsasən sığorta məbləği 450.000 manat, yanğın nəticəsində iddiaçıya vurulmuş ziyan isə iş üzrə v erilmiş ekspert rəyinə əsasən 500.169,50 manat təşkil etmişdir.
66. Məhkəmə kollegiyası işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını və MMnin 925.1-ci maddəsinin tələbini nəzərə alaraq, kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.
67. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının po zuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.
68. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 13 dekabr tarixli 2-2(103)-502/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli A.Q.Hüseynov