Məhkəmə qərarları › İş №2-2(102)-241/2022

Ali Məhkəmə Qərar — İş №2-2(102)-241/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-241/2022 27.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: “pul” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 dekabr tarixli, 22(103)-1301/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. I. İŞİN HALLARİ

1. Tərəflər aras ında bağlanmış 11 iyun 2019-cu il tarixli, 660/2019 saylı “alqı-satqı” müqaviləsinə görə, “satıcı” İddiaçı MMC malları “alıcı” Cavabdeh MMC-yə sataraq onun mülkiyyətinə verməyi, sonuncu isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 2. 12.06.2019-cu il tarixli EAAV seriyalı, 702576 nömrəli elektron qaimələrə görə, İddiaçı MMC tərəfindən, Cavabdeh MMC-yə 6018,00 manat, 18.06.2019-cu il tarixli EAAV seriyalı, 889059 nömrəli elektron qaimə üzrə 2147,60 manat, 25.07.2019-cu il tarixli EAAX seriyalı, 639671 nömrəli elektron qaimə üzrə 4073,83 manat, 09.09.2019-cu il tarixli EAAZ seriyalı, 553754 nömrəli elektron qaimə üzrə 775,97 manat, 19.09.2019-cu il tarixli EBAA seriyalı, 085140 nömrəli elektron qaimə üzrə 2322,24 m anat, 19.09.2019-cu il tarixli EBAA seriyalı, 085221 nömrəli elektron qaimə üzrə 64,66 manat, 19.09.2019-cu il tarixli EAAV seriyalı, 085299 nömrəli elektron qaimə üzrə 1288,56 manat, 01.10.2019-cu il tarixli EAAV seriyalı, 602554 nömrəli elektron qaimə üzrə 5683,38 manat, 01.10.2019-cu il tarixli EBAA seriyalı, 604667 nömrəli elektron qaimə üzrə 5735,98 manat, 01.10.2019-cu il tarixli EBAA seriyalı, 616116 nömrəli elektron qaimə üzrə 1561,14 manat, 01.10.2019-cu il tarixli EBAA seriyalı, 616327 nömrəli elektron qaimə üzrə 8190,38 manat, 09.10.2019-cu il tarixli EBAA seriyalı, 979014 nömrəli elektron qaimə üzrə 859,04 manat, 09.10.2019-cu il tarixli EBAA seriyalı, 979051 nömrəli elektron qaimə üzrə 387,04 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258296 nömrəli elektron qaimə üzrə 387,04 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258780 nömrəli elektron qaimə üzrə 1203,60 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258482 nömrəli elektron qaimə üzrə 258,66 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258423 nömrəli elektron qaimə üzrə 2521,90 manat, 28.10.2019-cu il tarixli EBAB seriyalı, 712476 nömrəli elektron qaimə üzrə 193,99 manat, 28.10.2019-cu il tarixli EBAB seriyalı, 712328 nömrəli elektron qaimə üzrə 1616,60 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571497 nömrəli elektron qaimə üzrə 5394,49 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571486 nömrəli elektron qaimə üzrə 594,25 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571494 nömrəli elektron qaimə üzrə 6238,78 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571491 nömrəli elektron qaimə üz rə 1081,82 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571501 nömrəli elektron qaimə üzrə 8161,71 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571499 nömrəli elektron qaimə üzrə 129,33 manat, 20.11.2019-cu il tarixli EBAC seriyalı, 734220 nömrəli elektron qaimə üzrə 64,66 manat, 20.11.2019-cu il tarixli EBAC seriyalı, 734064 nömrəli elektron qaimə üzrə 323,32 manat, 02.12.2019-cu il tarixli EBAD seriyalı, 264984 nömrəli elektron qaimə üzrə 129,33 manat, 18.12.2019-cu il tarixli EBAE seriyalı, 080565 nömrəli elektron qaimə üzrə 5849,26 manat, 18.12.2019-cu il tarixli EBAE seriyalı, 080441 nömrəli elektron qaimə üzrə 1293,28 manat, 27.12.2019-cu il tarixli EBAE seriyalı, 468390 nömrəli elektron qaimə üzrə 3119,80 manat, 27.12.2019-cu il tarixli EBAE seriyalı, 467904 nömrəli elektron qai mə üzrə 233,99 manat, 12.02.2020-ci il tarixli EBAG seriyalı, 299644 nömrəli elektron qaimə üzrə 14818,44 manat, 11.03.2020-ci il tarixli EBAH seriyalı, 541823 nömrəli elektron qaimə üzrə 6628,06 manat, 08.04.2020-ci il tarixli EBAİ seriyalı, 537248 nömrəli elektron qaimə üzrə 468,34 manat, 13.04.2020-ci il tarixli EBAİ seriyalı, 695744 nömrəli elektron qaimə üzrə 468,34 manat, 22.04.2020-ci il tarixli EBAJ seriyalı, 042658 nömrəli elektron qaimə üzrə 468,34 manat, 30.04.2020-ci il tarixli EBAJ seriyalı, 349034 nömrəli elektron qaimə üzrə 468,34 manat, 07.05.2020-ci il tarixli EBAJ seriyalı, 593714 nömrəli elektron qaimə üzrə 468,34 manat, 08.05.2020-ci il tarixli EBAJ seriyalı, 677379 nömrəli elektron qaimə üzrə 468,34 manat, 08.05.2020-ci il tarixli EBAJ seriyalı, 677607 nömrəli elektr on qaimə üzrə 2847,10 manat, 01.06.2020-ci il tarixli EBAK seriyalı, 570135 nömrəli elektron qaimə üzrə 14093,92 manat, 04.06.2020-ci il tarixli EBAK seriyalı, 748003 nömrəli elektron qaimə üzrə 3351,20 manat, 04.06.2020-ci il tarixli EBAK seriyalı, 748060 nömrəli elektron qaimə üzrə 1935,20 manat, 06.07.2020-ci il tarixli EBAM seriyalı, 028660 nömrəli elektron qaimə üzrə 2322,24 manat, 06.07.2020-ci il tarixli EBAM seriyalı, 030412 nömrəli elektron qaimə üzrə 4125,28 manat, 29.07.2020-ci il tarixli EBAM seriyalı, 975590 nömrəli elektron qaimə üzrə 387,04 manat, 25.08.2020-ci il tarixli EBAP seriyalı, 088346 nömrəli elektron qaimə üzrə 3879,84 manat, 26.08.2020-ci il tarixli EBAP seriyalı, 138700 nömrəli elektron qaimə üzrə 3879,84 manat, 28.08.2020-ci il tarixli EBAP seriyalı, 266982 nömr əli elektron qaimə üzrə 17513,09 manat, 28.08.2020-ci il tarixli EBAP seriyalı, 300220 nömrəli elektron qaimə üzrə 340,31 manat, 01.09.2020-ci il tarixli EBAP seriyalı, 408644 nömrəli elektron qaimə üzrə 905,34 manat, 02.09.2020-ci il tarixli EBAP seriyalı, 457893 nömrəli elektron qaimə üzrə 4417,57 manat, 11.09.2020-ci il tarixli EBAP seriyalı, 856749 nömrəli elektron qaimə üzrə 9086,00 manat, 09.10.2020-ci il tarixli EBAR seriyalı, 077791 nömrəli elektron qaimə üzrə 936,68 manat, 14.10.2020-ci il tarixli EBAR seriyalı, 264875 nömrəli elektron qaimə üzrə 7306,56 manat, 21.10.2020-ci il tarixli EBAR seriyalı, 534637 nömrəli elektron qaimə üzrə 9320,58 manat, 21.10.2020-ci il tarixli EBAR seriyalı, 534481 nömrəli elektron qaimə üzrə 8463,67 manat, 11.11.2020-ci il tarixli EBAS seriyalı, 431 934 nömrəli elektron qaimə üzrə 7673,54 manat, 11.11.2020-ci il tarixli EBAS seriyalı, 432164 nömrəli elektron qaimə üzrə 3168,54 manat, 17.11.2020-ci il tarixli EBAS seriyalı, 686575 nömrəli elektron qaimə üzrə 6184,62 manat, 23.11.2020-ci il tarixli EBAS seriyalı, 916701 nömrəli elektron qaimə üzrə 3870,40 manat, 26.11.2020-ci il tarixli EBAT seriyalı, 102890 nömrəli elektron qaimə üzrə 2521,90 manat, 26.11.2020-ci il tarixli EBAT seriyalı, 103261 nömrəli elektron qaimə üzrə 3879,84 manat, 26.11.2020-ci il tarixli EBAT seriyalı, 103159 nömrəli elektron qaimə üzrə 2457,23 manat, 03.12.2020-ci il tarixli EBAT seriyalı, 395409 nömrəli elektron qaimə üzrə 2909,88 manat, 07.12.2020-ci il tarixli EBAT seriyalı, 551614 nömrəli elektron qaimə üzrə 7306,56 manat, 07.12.2020-ci il tarixli EBAT ser iyalı, 551277 nömrəli elektron qaimə üzrə 5949,09 manat, 08.12.2020-ci il tarixli EBAT seriyalı, 589677 nömrəli elektron qaimə üzrə 644,28 manat, 09.12.2020-ci il tarixli EBAT seriyalı, 665713 nömrəli elektron qaimə üzrə 2907,05 manat, 15.12.2020-ci il tarixli EBAT seriyalı, 888894 nömrəli elektron qaimə üzrə 4899,36 manat, 17.12.2020-ci il tarixli EBAV seriyalı, 021407 nömrəli elektron qaimə üzrə 1357,94 manat, 16.12.2020-ci il tarixli EBAT seriyalı, 966769 nömrəli elektron qaimə üzrə 1163,95 manat, 21.01.2021-ci il tarixli EBAW seriyalı, 370272 nömrəli elektron qaimə üzrə 2081,52 manat, 21.01.2021-ci il tarixli EBAW seriyalı, 367989 nömrəli elektron qaimə üzrə 5203,80 manat, 25.01.2021-ci il tarixli EBAW seriyalı, 502797 nömrəli elektron qaimə üzrə 132,40 manat, 03.03.2021-ci il tarixli EBAY seriyalı, 220650 nömrəli elektron qaimə üzrə 5848,08 manat məbləğində malların satışı həyata keçirilmişdir. 3. 01.02.2021-ci il tarixli “qarşılıqlı borcların üzləşdirilməsi haqqında” 1 nömrəli akta görə, 11 iyun 2019-cu il tarixli 660/2019 saylı müqavilə üzrə hər iki tərəfin razılığı ilə aparılmış qarşılıqlı üzləşdirmə nəticəsində Cavabdeh MMC-nin ƏDV daxil 110.463 manat borcun olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2019-cu il tarixli, №660/2019 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış ƏDV ilə birlikdə 110.463 manat əsas borc, müqavilənin pozulması əsasında hesablanmış 200.000 manat məbləğində dəbbə pulu və 11.046,30 man at cərimə pulu olmaqla, ümumilikdə 321.509,30 manat pul vəsaitinin Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyun 2019-cu il tarixli müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı maddəsinə əsasən “alıcı” bu müqavilə üzrə satılan mallara görə “satıcı”ya Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ “alıcı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəklində “Satıcı”ya ödəm əlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini “Alıcı”-dan tələb etməyə haqlıdır. Lakin, müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimələr və elektron-qaimələr əsasında əks olunmuş mallar, satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, “alıcı” ƏDV daxil 110.463 manat məbləğlərində malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq “satıcı”ya ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 7-ci maddənin “Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələblərinə əsasən dəfələrlə müqavilənin ödənişlə bağlı hiss əsinin icra edilməməsinə görə şifahi şəkildə telefon vasitəsilə və üzbə-üz görüşərək müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd edilən elektron-qaimələr əsasında yaranmış ümumilikdə 110.463 manat borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 09 sentyabr tarixli, e-2-2(113)-3252/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən ƏDV daxil 110.463 manat əsas borc və 1.537,00 məbləğində cərimə, cəmi 112.000,00 manat məbləğində pul tutularaq iddiaçıya ödənilmiş, 200.000 manat məbləğində dəbbə pulu tələbi hissəsində iddia rədd edilmişdir (hakim – E.Əliyev).

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ü zərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh 01.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında aktda göstərilən 110.463 manat borcu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, iddiaçı cavabdehə 200.000 manatdan artıq mallar satmış, sonuncu isə müəyyən ödənişlər etmiş, lakin 110.463 manat məbləğində borcu ödəməmişdir.

8. Alqı-satqı müqaviləsinin 9.4-cü maddəsinə əsasən 11.046,30 manat məbləğində cərimə tələb olunsa da, məhkəmə cavabdehin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almaqla, tənasübsüz surətdə yüksək olan cəriməni azaldaraq 1.537 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir.

9. Həmçinin, 200.000 manat məbləğində dəbbə pulu tələbi hissəsində iddia rədd edilməlidir. Belə ki, iddiaçı sözügedən tələb lə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

10. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 462.1, 467, 567, 598.1 və 598.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 08 dekabr tarixli, 2-2(103)-1301/2021 saylı qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən), R.Ə.Qurbanov və V.M.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 09 sentyabr tarixli, e-2-2(113)-32 52/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh apellyasiya şikayətində 2019-cu ildə elektron qaimələr əsasında malların iddiaçıdan təhvil alındığını qəbul edərək, dəyərinin ödənildiyini iddia etsə də, məhkəmə tərəfindən borcun məbləği ilə bağlı araşdırılma aparılması üçün cavabdeh konkret hansı məbləğdə borc məbləği ilə razılaşmadığını, təhvil aldığı və almadığı malın dəyərini, iddiaçı tərəfindən göndərilmiş və şikayətdə sistem tərəfindən təsdiq edildiyi qeyd edilmiş hansı elektron qaimələri mübahisələndirdiyini qeyd etməmiş, nümayəndəsi məhkəmə iclasında da bu barədə məhkəməyə izahat verməmişdir.

14. Cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilə üzrə satın alınan mallar ın hər hansı hissəsinin dəyərinin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

15. İşə birinci instansiya qaydasında baxılarkən tərəflər arasında təsdiq edilmiş üzləşmə aktı mübahisələndirilməmiş, iddiaya etirazda apellyasiya şikayətində qeyd edilmiş dəlil (üzləşmə aktı təsdiq edilərkən direktorun buna səlahiyyətinin olmadığı) irəli sürülməmiş, o cümlədən birinci instansiya məhkəməsinə bu dəlillə bağlı sübut təqdim edilməmişdir.

16. İşə apellyasiya instansiyası qaydasında baxılarkən cavabdeh məhkəməyə Cavabdeh MMC-nin təsisçisinin 27.01.2021-ci il tarixli qərarına əsasən X2 direktor vəzifəsindən azad edilməsi, X1 direktor təyin olunması barədə birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübut təqdim etmişdir.

17. Cavabdeh tərəf apellyasiya instansiyası mərhələs ində təqdim etdiyi sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən, məhkəmə tərəfindən apellyasiya mərhələsində təqdim edilmiş sənəd sübut kimi qəbul edilmir.

18. Həmçinin, cavabdehin təqdim etdiyi sənəd sübut kimi qəbul edilmiş olsaydı belə, məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, tərəflər arasında 01.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında akt təsdiq edilərkən X4 əmrlə direktor vəzifəsindən azad olunsa da, həmin sənəd hüquqi şəxsin möhürü ilə təsdiq edildiyindən, B.Məmmədov Cavabdeh MMC-nin direktoru olduğu dövrdə iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi üzrə cavabdehin borc qalığının məbləğini yeni direktordan daha yaxşı bilən şə xs olaraq həmin məbləğin 110.463 manat olduğunu təsdiq etdiyindən, eləcə də cavabdeh tərəf nə əvvəlki, nə də yeni direktorun dövründə iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrə hər hansı pretenziya bildirmədiyindən, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir.

19. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktları (bax yuxarıda § 10) ilə əsaslandırmışdır.

20. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Məhkəməyə təqdim edilmiş qaimələrin bir hissəsi sistem tərəfindən təsdiq olunmuşdur. Cavabdeh tərəfindən qaimə qəbul olunmamışdır. Həmin qaimələrlə bağlı iddiaçıya etirazlar bildirilmiş, bu hal isə cavabdeh tərəfindən malların qəbul etməməsi mənasına gəlir.

22. Məhkəmə prosesi zamanı iddiaçı məhkəməyə “Qarşılıqlı borcların üzləşdirilməsi”nə dair 01.02.2021-ci il tarixli, 1 saylı Akt təqdim etmişdir. İddiaçı tərəfindən sonradan məhkəməyə təqdim olunmuş AKT Cavabdeh MMC-nin sabiq direktoru B.Məmmədov tərəfindən təsdiq edilmişdir. Qeyd olunan AKT mötəbər sübut sayıla bilməz. Belə ki, B.Məmmədov 27.01.2021-ci il tarixdən işdən azad edilmiş və onun həmin tarixdə sənədləri imzalamaq səlahiyyəti yox idi. Eyni zamanda AKT-da möhürün olması onunla izah olunur ki, X4 27.01.2021-ci il tarixdən işdən azad edildikdə möhürü təhvil verməmiş, bu səbəbd ən sonradan 2-ci möhür sifariş edilmişdir. Möhürün sifariş edilməsinə dair 09.02.2021-ci il tarixə dair qəbz mövcuddur.

23. Həmçinin AKT-da qeyd olunan rəqəmlərdən görünür ki, AKT qeyri-peşakar hesablanaraq və imza səlahiyyəti olmayan şəxs tərəfindən təsdiq edilmişdir.

24. Kassasiya şikayəti Mülki Məcəllənin 570.1.1-ci, Mülki Prosessual Məcəllənin 97.1, 106.1, 175.1-ci maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. İş üzrə cavabdeh tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).

28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kim i qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

29. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir”. “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır...”. “Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıq dan sonra ödəməlidir. 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edildiyindən, iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 2-2(103)-1301/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında təsdiqlənmiş üzləşmə aktının mötəbərliyini mübahisələndirən cavabdeh həmin aktı imzalamış direktor X2 müvafiq səlahiyyəti olmadığını qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandıran sübutları işə birinci instansiya məhkəməsində baxılarkən deyil, apellyasiya instansiyası məhkəməsinə təqdim etmiş və həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin hansı səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. İşə baxan məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, cavabdeh sözügedən üzləşmə aktını işə birinci instansiya məhkəməsində baxılarkən ümumiyyətlə mübahisələndirməmiş, həmçinin iddiaya etirazında bununla bağlı heç bir dəlil irəli sürməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi həmin sübutları qəbul etməməkdə və onlara hüquqi qiymət verməməkdə haqlı olmuşdur.

33. Eyni zamanda, cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən təqdim edilən elektron qa imə-fakturaların malların cavabdehə tam təhvil verilməsinin sübutu olmadığını qeyd etmiş, bununla bağlı mövqeyini həmin qaimələrdən bir neçəsinin cavabdeh tərəfindən deyil, sistem tərəfindən avtomatik təsdiqlənməsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin qeyd edilən dəlilinin apelyasiya şikayətinin müvafiq dəlili ilə eynilik təşkil təşkil etdiyini nəzərə alan məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin həmin dəlillə bağlı verdiyi hüquqi qiymətləndirmə və gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur.

34. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin dəlillə ri əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 2-2(103)-1301/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

36. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 8 dekabr tarixli, 2-2(103)-1301/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar