Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-241/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilkin iddia üzrə Cavabdeh MMM-yə qarşı ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMM-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: müqavilə üzrə borcun tutulması, müqavilə üzrə hesablanmış məbləğin silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, haki mlər Qəribov Bəhman Fərhad oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ilkin iddia üzrə Cavabdeh MMM-yə qarşı 2013-cü il 22 may tarixli 12-LA/13 saylı müqavilə üzrə borcun tutulmasına dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMM-nin qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı güzəştin tətbiq edilməsi və müqavilə üzrə hesablanmış məbləğin silinməsinə dair kommersiya işi üzrə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 2-2(103)79/2023 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan "xxxx" MMM arasında bağlanmış 2013-cü il 22 may tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi dəyəri 1.867.840 manat olan Kürdəmir rayonunda 320 ha sahədə damcılı suvarma sistemi üçün avadanlıqların quraşdırılması ilə birlikdə dəyəri lizinq ödəniş qrafikində (2 nömrəli Əlavə) göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətinədək lizinqə vermişdir. 2. “Aqrolizinq ASC-yə məxsus Kürdəmir rayonu ərazisində 320 ha sahədə quraşdırılmış damcılı suvarma sistemi avadanlığının lizinq alana təhvil verilməsi barədə 2012-ci il 16 may tarixli akta əsasən müəyyən edilir ki, 171 ad da damcılı suvarma sistemi avadanlıqların quraşdırma işləri tam başa çatdırılaraq tam hazır işlək vəziyyətdə lizinq alan "xxxx" MMM-yə təhvil verilmişdir. 3. 2013-cü il 22 may tarixli 12-LA/13 saylı lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən müəyyən edilir ki, həmin qrafikə əsasən lizinq alan tərəfindən 2013-cü ilin 2-ci rübündə 16.784 manat, 2014-cü ilin 2-ci rübündən 2015-ci ilin 4-cü rübünədək hər bir rübdə 46.500 manat, 2016-ci ilin hər rübündə 46.000 manat, 2017-ci ilin hər rübündə 45.800 manat, 2018-ci ilin hər rübündə 45.500 manat, 2019-cu ildən 2020-ci ilədək hər rübdə 45.000 manat, 2021-ci ilin hər rübündə 44.800 manat, 2022-ci ilin hər rübündə 44.600 manat, 2023-cü ilin 1-ci rübündə 44.400 manat, 2-ci rübündə 44.356 manat olmaqla ümumilikdə 1.697.840 manat məbləğin də lizinq ödənişləri edilməli idi.
4. Kənd Təsərrüfatı Nazirliyinin 2018-ci il 19 oktyabr tarixli məktubunda, 2018-ci il 22 sentyabr tarixli müraciətə cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”na əsasən yalnız 2015-ci il may ayının 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən Səhmdar Cəmiyyətdən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Müraciətdə qeyd olunan fiziki və hüquqi şəxslərlə "xxxx" ASC arasında lizinq müqavilələri güzəştin tətbiq edildiyi tarixdən əvvəl bağlandığından həmin suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi nəzərdə tutulmamışdır. 5. 2021-ci il 28 aprel tarixli xx/xx-2021 nömrəli məktuba əsasən müəyyən edilir ki, "xxxx" MMM Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarının, ölkə başçısının 2015-ci il 16 aprel tarixli 1176 nömrəli sərəncamını və "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarını nəzərə alınaraq, 2013-cü il 22 may tarixli 12-LA /13 nömrəli lizinq müqaviləsi üzrə "xxxx" MMM-yə avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsini xahiş etmişdir. 6. 2021-ci il 2 avqust tarixli maliyyə arayışından görünür ki, 2013-cü il 22 may tarixli 12LA/13 saylı lizinq müqaviləsi üzrə lizinq alan "xxxx" MMM-in gecikdirilmiş borcu 633.148 manat, cərimə borcu 392.813,22 manat olmaqla, cəmi borc 1.025.961,22 manat təşkil edir.
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 2022-ci il 10 fevral tarixli məlumat xarakterli arayışdan (hesabdan çıxarış) görünür ki, "xxxx" MMM-nin 2013-cü il 22 may tarixli 12-LA/13 nömrəli lizinq müqaviləsi üzrə öhdəliyi 1.867.840 manat olmaqla, ümumilikdə 877.936 manat məbləğində ödənişlər edilmiş, borc məbləği 989.90 4 manat (1.533 gün gecikdirilmiş günlərə görə borc 722.748 manat) təşkil edir.
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin pretenziya məktubunda "xxxx" MMM-yə lizinq müqaviləsi üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 9. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) 2021-ci il 23 dekabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2013-cü il 22 may tarixli 12-LA/13 nömrəli müqavilə (bundan sonra – “Lizinq Müqaviləsi”) üzrə 633.148 manat gecikdirilmiş borcun və hesablanmış 392.813,22 manat cərimə borcunun, hüquqi yardımla bağlı 350 manat, 400 manat mediasiyaya dair xərcin, cəmi: 1.026.711,22 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC (hazırkı "xxxx" ASC, bundan sonra – “ASC”) ilə cavabdeh arasında bağlanmış Lizinq Müqaviləsinə əsasən, borclu (lizinq alan) damcılı suvarma sistemi üçün avadanlıqları quraşdırılması ilə birlikdə lizinqə götürmüş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə maliyyə arayışının tərtib edildiyi 2021-ci il 2 avqust tarixinə müqavilə üzrə 633.148 manat gecikdirilmiş borcu və hesablanmış 392.813,22 manat cərimə borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.
12. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 427.3, 445.2.1, 465.2, 748-1.12.4-cü, “Dövlət rüs umu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddələrinə istinad edilmişdir.
13. Cavabdeh 2022-ci il 13 fevral tarixində qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, ilkin iddianın rədd edilməsinə, qanunvericiliklə müəyyən edilmiş güzəşt tətbiq edilməklə, cavabdehin Lizinq Müqaviləsi üzrə ödəməli olduğu məbləğdən 747.136 manat məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müqavilədə göstərilən 170.000 manat lizinq verənə ödənildikdən sonra həmin müqavilənin 2 nömrəli əlavəsində göstərilən qrafik üzrə mütəmadi ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institutsional islahatl arın surətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanını rəhbər tutaraq ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – “NK”) 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarı ilə bu qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri hə cmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, ASC-nin zərəri hesabına güzəşt tətbiq edilməsi qərara alınmışdır (həmin qərar 2014-cü il 15 avqust tarixində dərc edilmiş və 5 il müddətinə qüvvədə olmuşdur). ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2-ci bəndinə əsasən, kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra – “KTN”) əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 gün mü ddətində araşdırır, müvafiq qaydada ASC tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, ASC-nin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, ASC və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı xüsusi komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi mülki qanu nvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilir. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, ASC-nin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir.
15. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl olunmuş, 2015-ci ilin 2-ci rübü daxil olmaqla 419.284 manat lizinq verənə ödənilmişdir. Sözügedən qərar qəbul ediləndən sonra da cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq ödənilmiş, 2013-cü ildə 186.784 manat, 2014-cü ildə 139.500 manat, 2015-ci ildə 186.000 manat, 2016-cı ildə 184.000 manat, 2017- ci ildə isə 183.200 manat vəsait cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən dəfələrlə güzəştin tətbiq edilməsi ilə bağlı müvafiq orqanlara müraciətlər edilsə də, bunlar nəticə verməmiş, həmçinin KTN-in 2018-ci il 19 oktyabr tarixli məktubu ilə normativ hüquqi aktın tələbləri təhrif edilmiş, qarşılıqlı iddiaçının ziyanına yönəlmiş tərzdə şərh verilmişdir.
16. Həmin məktubda aşağıdakı kimi şərh verilərək normativ aktın tələbləri təhrif edilmişdir: “Məlumat üçün bildiririk ki, NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarına əsasən, yalnız 2015-ci il may ayının 1-dən etibarən fiziki və hüquqi şə xslər tərəfindən Səhmdar Cəmiyyətdən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Müraciətdə qeyd olunan fiziki və hüquqi şəxslərlə ASC arasında lizinq müqavilələri güzəştin tətbiq edildiyi tarixdən əvvəl bağlandığından həmin suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi nəzərdə tutulmamışdır”. ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının 2.5-ci bəndinə əsasən, bu qaydaların 2.3cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə xüsusi komissiya tərəfindən qərar qəbul edilir.
17. Həmin bənddən də göründüyü kimi, NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarının qüvvədə olduğu 2015-ci ilin 2-ci rübünə cavabdeh tərəfindən avadanlığın ilkin dəyərinin 20%-dən artığı, yəni 419.284 manat lizinq verənə ödənilmişdir. Bunu nəzərə alaraq, xüsusi komissiya ASC-nin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq etməli və yeni lizinq müqaviləsi bağlamalı idi. Qeyd edilən normativ hüquqi aktın tələblərini təhrif edən və özlərinə sərf edəcək şəkildə şərh edən iddiaçı, bor c məbləğindən 747.136 manat məbləği silməli və yeni lizinq müqaviləsi bağlamalı olduğu halda bunu etməmiş, artıq hesablanmış borc məbləğini və açıq-aşkar şişirdilmiş cərimə faizlərinin cavabdehdən tutulması üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda sadalanan normativ aktlarla cavabdehə verilmiş güzəştləri tətbiq etməməklə, sonuncunun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təsbit edilmiş hüquqlarının pozulmasına cəhd edir.
18. Qarşılıqlı iddia Azərbaycan Respublikası Konstitusiyasının 15, 59, 149-cu, MM-in 7.2, 390.2-ci maddələrinə istinad etməklə əsaslandırılmışdır.
19. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 1 aprel tarixli, 2-2(113)-624/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi qərar alınmış, Azərbaycan Resp ublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 iyun tarixli, 9/2891 saylı ekspert rəyi ilə ekspertiza qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab vermişdir: 1-ci sual üzrə: iş materiallarında olan ödənişlərin və cərimələrin hesablanması qrafiki, ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, Lizinq Müqaviləsinin şərtlərinə əsasən, maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 2021-ci il 2 avqust tarixinə cavabdehin ASCyə olan əsas borcu 633.148 manat müəyyən edilir. 2-ci sual üzrə: Lizinq Müqaviləsinə əsasən cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla, həmin müqavilə üzrə lizinqə verilmiş avadanlıqların ilkin dəyərinin 40 faizi məbləğində güzəşt tətbiq edilməklə maliyyə arayışının verildiyi günə, yəni 2021-ci il 2 avqust tarixinə cav abdehin ASC-yə olan əsas borc üzrə 242.768 manat müəyyən edilir.
20. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 31 avqust tarixli e-2-2(113)-624/2022 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, cavabdehdən Lizinq Müqaviləsi üzrə 633.148 manat məbləğində gecikdirilmiş əsas borc, 30.000 manat məbləğində dəbbə pulu, cəmi 663.148 manat məbləğində pul vəsaitinin, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 200 manat və mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, ilkin iddianın verilməsinə görə ödənilməli olan dövlət rüsumunun 600 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının də yəri olan 100 manat pul vəsaitinin cavabdehdən tutularaq cavabdehin hesabına ödənilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
21. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, ASC (mübahisəli hüquq münasibətində hüquqi varisi iddiaçı) Lizinq Müqaviləsin əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq həyata keçirməməklə lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehnin lizinq müqaviləsi üzrə cəmi 633.148 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır.
22. İlkin iddianın baxılması nəticəsi qarşılıqlı iddiaya baxılması nəticəsindən asılı olduğundan məhkəmə ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibət bildirməyi zəruri saymışdır.
23. Qarşılıqlı iddi a tələbi ilə bağlı qeyd edilmişdir ki, hazırkı iş materiallarından görünür ki, Lizinq Müqaviləsi 2013-cü il 22 may tarixində, NK-nın yuxarıda göstərilən qərarına (ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarı) əsasən tətbiq edilməsi nəzərdə tutulan güzəştlərin şamil edildiyi tarixdən əvvəl bağlanmışdır.
24. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların və MM-in 7.2-ci maddəsinə əsasən Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsinin şamil edilməsi ilə bağlı cavabdehi n dəlillərinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, birincisi, hazırkı halda NK-nın yuxarıda istinad edilən qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən (2015-ci il 1 may) bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərilmişdir. Göründüyü kimi, hazırkı halda normativ hüquqi aktda müvafiq müddəanın geriyə tətbiq edildiyi zaman aralığı konkret müəyyən edilmiş, göstərilən hal isə sözügedən müddəanın qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsini istisna edir.
25. İkincisi, hazırkı mübahisə hər iki tərəfin mülki hüququn bərabərhüquqlu subyekti qismində iştirak etdiyi müqavilə münasibətlərdən irəli gəlir. Odur ki, sözügedən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi bir tərəfin hüquqi vəziyyət ini yaxşılaşdırdırdığı halda digər tərəfin mənafelərinə ziyan vurulmasına və ya onun vəziyyəti pisləşməsinə səbəb olur. Bu baxımdan hazırkı halda Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi tətbiq edilməklə normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
26. Bununla yanaşı, cavabdeh tələblərinin əsaslılığını təsdiq etmək üçün həmçinin ona istinad edir ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1 -ci bəndinin icrasını təmin etmək məqsədilə KTN Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda suvarma sistemləri dəsti və suvarma avadanlığı (o cümlədən damcılı və yağış yağdırma tipli suvarma sistemini) kənd təsərrüfatı texnikasına aid edilmiş və belə olan halda NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş güzəştlər suvarma sistemləri dəsti və suvarma avadanlığına da şamil edilməlidir.
27. Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, əvvəla, cavabdehin istinad etdiyi siyahı sözügedən Fərmana əsasən güzəşt tətbiq ediləcək kənd təsərrüfatı texnikaların dairəsini müəyyən edir. Fərmanla təsdiq edilmiş iddiaçının vəsaitində n istifadə qaydası isə müvəkkil kredit təşkilatları tərəfindən kənd təsərrüfatı istehsal vasitələrinin lizinqə verilməsi zamanı tətbiq edilən güzəştlərin iddiaçının vəsaiti hesabına maliyyələşdirilməsinin qaydalarını müəyyən edir. Subyekt, predmet və zaman baxımından fərqli münasibətləri tənzimlədiyindən sözügedən qaydalar üçün nəzərdə tutulmuş siyahının (və həmin siyahıda istifadə edilmiş klassifikasiya meyarlarının) 2013cü ildə lizinq verən ASC ilə lizinq alan cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinə şamil edilməsi üçün əsaslar mövcud deyildir.
28. Bundan əlavə, məhkəmə suvarma texnikası və avadanlığının da kənd təsərrüfatı texnikası olması barədə qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinə münasibətdə həmçinin qeyd etmişdir ki, ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında güzəştlərin iki növ əsas vəsaitə - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına və suvarma sistemləri dəsti və avadanlığına şamil edilməsi nəzərdə tutulmuşdur.
29. Birincisi, suvarma dəsti və avadanlığının kənd təsərrüfatı texnikasının növlərindən birinin olması ehtimal edilsə belə, həmin avadanlığın özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikası olmaması açıq-aşkardır.
30. İkincisi, suvarma sistemləri dəstinin və avadanlığının qərarda güzəştlərin tətbiq edildiyi əmlakların ayrıca növü kimi göstərilməsi, həmin dəst və avadanlıq lar üçün güzəşt tətbiq edilməsinin fərqli qaydasının müəyyən edilməsi həmin qərar tətbiq edilərkən suvarma sistemləri dəstinin və avadanlığının kənd təsərrüfatı texnikasına aid edilməsini istisna edir.
31. Üçüncüsü, həmin qərarla təsdiq edilmiş Qaydalarda qərarın qəbul edildiyi tarixədək lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına və qərar qəbul edildiyi tarixdən lizinqə götürüləcək kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsinin fərqli qaydaları müəyyən edilmişdir. Belə ki, güzəştlər tətbiq edilərkən artıq bağlanmış lizinq müqavilələri üzrə istifadəçilərin ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətlərini xüsusi komissiyaya təqdim etməsi, xüsusi komissiyanın sənədləri araşdırması, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfində n qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdehin NK-nın sözügedən qərarının qüvvədə olduğu müddət ərzində xüsusi komissiyaya müraciət etməsi, komissiya tərəfindən yeni müqavilənin bağlanılması barədə qərar qəbul edilməsi və belə bir müqavilənin bağlanılması iş materiallarından görünmür. Odur ki, qərarda özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına üçün nəzərdə tutulmuş güzəştlərin suvarma texnikasına da şamil edilməli olmasını fərz etsək də, cavabdeh tərəfindən müvafiq güzəştin ona şamil edilməsi üçün Qaydalarda nəzərdə tutulmuş addımlar atılması iş materialları ilə öz təsdiqini tapmır.
32. Yuxarıda göstərilənlərə əsasən qarşılıqlı iddia əsassız olduğu üçün rədd edilməlidir.
33. İlkin iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin Lizinq Mü qaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin cəmi 633.148 manat məbləğində borcunun yarandığını, lizinq müqaviləsində öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğunu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən ASC-nin yenidən təşkil edildiyini və kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanığının, damazlıq heyvanlarının kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə ASC-nin bütün hüquq və öhdəliklərinin iddiaçıya keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun ilkin iddia üzrə cavabdehdən tutulma sını tələb etməkdə haqlıdır.
34. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq ilkin iddia üzrə cavabdehdən tutulacaq dəbbə pulu (cərimə) Lizinq Müqaviləsi üzrə 30.000 manat məbləğində müəyyən edilməlidir.
35. Cavabdehin istinad etdiyi müqavilə üzrə öhdəliklərini fors-major halla (quraqlıqla) bağlı vaxtında icra edilə bilməməsi, bu səbəbdən həmin öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən – dəbbə pulunu ödəməkdən azad edilməli olması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə öhdəlikləri vaxtında icra edilməməsinin fors-major halla bağlı olm asını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
36. Birinci instansiya məhkəməsi öz qətnaməsini Konstitusiyanın 149-cu, MM-in 5.2, 7.1, 7.2, 7.3, 43.3, 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 121.1, 124.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına, "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edil məsi barədə” NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarına, həmin qərara NK-nin 2015-ci il 4 avqust tarixli 273 saylı qərarı ilə əlavə edilmiş 2.7-1, 3-1-ci bəndlərə istinad etməklə əsaslandırmışdır.
37. Cavabdeh 2022-ci il 3 oktyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin edilmiş və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv olunmasını, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
38. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 22(103)-79/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova v ə A.Hüseyn).
39. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, ilk iddiada irəli sürülmüş lizinq ödənişləri üzrə borcun tutulması tələblərinin qanuni əsasını MM-in 747.1-ci maddəsi təşkil edir.
40. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.
41. Çünki MM-in 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.
42. Həmçinin iddiaçı tərəfindən təqdim edilən 2021-ci il 2 avqust tarixli maliyyə arayışı və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə cavabdehin ödənişləri, gecikdirilən məbləğlər və gecikmə günlərinin sayı əks olunmuşdur) i lə təsdiq olunur ki, Lizinq Müqaviləsi üzrə yaranmış borcun məbləği 633.148 manat təşkil edir.
43. Eyni zamanda, iş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 24 iyun tarixli 9/2891 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən, cavabdehin hazıradək aparılmış ödənişlər nəzərə alınmaqla maliyyə arayışının tərtib edildiyi tarixə, yəni 2021-ci il 2 avqust tarixinə cavabdehin ASC-yə olan borcu 633.148 manat müəyyən olunur.
44. Bu baxımdan iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.
45. İşin hallarını, yəni ödənilmiş cəmi məbləği, əsas borcun məbləğini, gecikdirilmiş günlərin sayını, iddiaçının məhkəməyə müraciət etdiyi tarixi və dəbbə pulu ilə bağlı məhkəmə təcrübəsini nəzərə ala raq iddiaçı Lizinq Müqaviləsinə müvafiq olaraq 30.000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.
46. Qarşılıqlı iddia ilə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, NK-nin 2014cü il 13 avqust tarixli 273 nömrəli qərarının məzmunundan da göründüyü kimi, qərarda göstərilən - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına güzəştlərin həmin texnikanın lizinqə götürülməsi tarixindən asılı olmayaraq tətbiq edilməsi nəzərdə tutulduğu halda suvarma sistemləri dəstinin və avadanlığına münasibətdə güzəştlərin tətbiq edilməsi ilkin olaraq ümumiyyətlə nəzərdə tutulmamış, 2015-ci il 4 avqust tarixində sözügedən qərara, eləcə də həmin qərarla təsdiq edilmiş Qaydalara güzəştlərin 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlıqlarına şamil edilməsi barədə müvafiq bəndlər əlavə edilmişdir. Hazırkı işdən də görünür ki, Lizinq Müqaviləsi 2013-cü il 22 may tarixində, NK-nın yuxarıda göstərilən qərarına əsasən tətbiq edilməsi nəzərdə tutulan güzəştlərin şamil edildiyi tarixdən əvvəl bağlanmışdır.
47. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların və MM-in 7.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsinin şamil edilməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə isə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı halda NK-in yuxarıda istinad edilən qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərilmişdir. Göründüyü kimi, hazırkı halda normativ hüquqi aktda müvafiq müddəanın geriyə tətbiq edildiyi zaman aralığı konkret müəyyən edilmiş, göstərilən hal isə sözügedən müddəanın qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsini istisna edir.
48. Bununla yanaşı, cavabdeh tələblərinin əsaslılığını təsdiq etmək üçün həmçinin ona istinad edir ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə KTN-in Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08- 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda suvarma sistemləri dəsti və suvarma avadanlığı (o cümlədən damcılı və yağış yağdırma tipli suvarma sistemini) kənd təsərrüfatı texnikasına aid edilmiş və belə olan halda NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş güzəştlər suvarma sistemləri dəsti və suvarma avadanlığına da şamil edilməlidir.
49. Qeyd olunan dəlillərlə bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin siyahı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən güzəşt tətbiq ediləcək kənd təsərrüfatı texni kaların dairəsini müəyyən edir. Sözügedən Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə” qaydası isə müvəkkil kredit təşkilatları tərəfindən kənd təsərrüfatı istehsal vasitələrinin lizinqə verilməsi zamanı tətbiq edilən güzəştlərin iddiaçının vəsaiti hesabına maliyyələşdirilməsinin qaydalarını müəyyən edir. Subyekt, predmet və zaman baxımından fərqli münasibətləri tənzimlədiyindən sözügedən qaydalar üçün nəzərdə tutulmuş siyahının (və həmin siyahıda istifadə edilmiş klassifikasiya meyarlarının) 2013cü ildə lizinq verən ASC ilə lizinq alan cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn mübahisəli hüquq münasibətlərinə şamil edilməsi üçün əsaslar mövcud deyildir.
50. Bundan əlavə, ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalarının təsdiq edilməsi barədə NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında güzəştlərin iki növ əsas vəsaitə - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına və suvarma sistemləri dəsti və avadanlığına şamil edilməsi nəzərdə tutulmuşdur.
51. Suvarma dəsti və avadanlığının kənd təsərrüfatı texnikasının növlərindən birinin olması ehtimal edilsə belə, həmin avadanlığın özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikası olmaması açıq-aşkardır.
52. Habelə suvarma sistemləri dəstinin və avadanlığının qərarda güzəştlərin tətbiq edildiyi əmlakların ayrıca növü kimi göstərilməsi, həmin dəst və avadanlıqlar üç ün güzəşt tətbiq edilməsinin fərqli qaydasının müəyyən edilməsi həmin qərar tətbiq edilərkən suvarma sistemləri dəstinin və avadanlığının kənd təsərrüfatı texnikasına aid edilməsini istisna edir.
53. Bundan başqa, həmin qərarla təsdiq edilmiş Qaydalarda qərarın qəbul edildiyi tarixədək lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına və qərar qəbul edildiyi tarixdən lizinqə götürüləcək kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsinin fərqli qaydaları müəyyən edilmişdir. Belə ki, güzəştlər tətbiq edilərkən artıq bağlanmış lizinq müqavilələri üzrə istifadəçilərin ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətlərini xüsusi komissiyaya təqdim etməsi, xüsusi komissiyanın sənədləri araşdırması, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilməsi nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdehin NKnın sözügedən qərarının qüvvədə olduğu müddət ərzində xüsusi komissiyaya müraciət etməsi, komissiya tərəfindən yeni müqavilənin bağlanılması barədə qərar qəbul edilməsi və belə bir müqavilənin bağlanılması iş materiallarından görünmür.
54. Bu baxımdan, qarşılıqlı iddia tələbləri rədd edilməlidir.
55. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
56. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəmə sinin istinad etdiyi bəzi qanunvericilik normalarına (bax yuxarıda § 36) istinad etməklə əsaslandırmışdır.
57. Qətnamə 2023-cü il 19 yanvar tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
58. Cavabdeh 2023-cü il 8 mart tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
59. MM-in 7-ci maddəsi üzrə: Apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin “...hazırkı mübahisə hər iki tərəfin mülki hüququn bərabər hüquqlu subyekti qismində iştirak etdiyi müqavilə münasibətlərdən irəli gəlir.” əsaslandırmasına qarşı qarşılıqlı iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qəbul etsə də, MM-in 7.1-ci maddəsinin tətbiqinin qeyrimümkünlüyünü başqa arqumentlə əsaslandırmağa cəhd etmiş və qeyd etmişdir ki: “.... mülki qanunvericiliyin geriyə qüvvəsinin şamil edilməsi ilə bağlı MMM-in dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, hazırkı halda Nazirlər Kabinetinin yuxarıda istinad edilən qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərilmişdir. Göründüyü kimi hazırkı halda normativ hüquqi aktda müvafiq müddəanın geriyə tətbiq edildiyizaman aralığı konkret müəyyən edilmiş, göstərilən hal isə sözügedən müddəanın qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsini istisna edir.” Hal buki NK- nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli Qərarının 2-ci bəndində birmənalı olaraq qərara alınmışdır ki, həmin qərarla verilən güzəştlər qərarın qüvvəyə mindiyi tarixədək ASC-dən lizinqə götürülmüş kənd təsərrüfatı texnikasına münasibətdə tətbiq edilir. Cavabdeh kənd təsərrüfatı texnikasını lizinqə həmin qərarın qüvvəyə mindiyi tarixədək götürmüşdü. Belə olan halda, həmin güzəştin ona münasibətdə tətbiq edilməsindən imtina qanunsuzdur.
60. Bundan əlavə, ilkin və qarşılıqlı iddiaçının hazırkı mübahisə üzrə MM-in 7.1-ci maddəsinin tətbiqinə münasibətdə bərabər hüquqlu subyekt qismində iştirak etmədiyinə dair dəlilləri bir daha kassasiya instansiyası məhkəməsinin diqqətinə çatdırmağı zəruri hesab edirik. ASC-nin MM-in 43.1-ci maddəsində göstərilən tələblərə uyğun hüquqi şəxs he sab edilməsi, məhkəmə tərəfindən MM-in 7.1-ci maddəsinin tətbiqinə heç bir hüquqi maneə yaratmalı deyildi. Belə ki, NK-nın yuxarıda adı çəkilən 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarından da görünür ki, güzəştlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Daxil olan lizinq ödənişləri də dövlət büdcəsinə ödənilməlidir. Göründüyü kimi, dövlət büdcəsi hesabına güzəştlər tətbiq edilməsini təsbit edən hüquqi akt, hüquqi şəxs olan "xxxx" ASC-nin vəziyyətini pisləşdirə bilməz. Belə olan halda, "xxxx" ASC-nin “bərabərhüquqlu hüquqi şəxs” olmasına istinad etməklə MM-in 7.1-ci maddəsinin tətbiqinin mümkünlüyü aşkardır və həmin normanın tətbiq edilməməsi birbaşa qüvvədə olan ölkə Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilmiş hüququn əsassız məhdudlaşdırılmasına rəvac ve rmiş olar. Belə olan halda, ASC-dən fərqli olaraq (yəni onun vəziyyətinə təsir etməyən), güzəşt nəzərdə tutan hüquqi akt cavabdehin vəziyyətini yaxşılaşdırdığı üçün, həm də birbaşa qüvvədə olan Konstitusiya ilə təsbit edildiyindən cavabdehə münasibətdə tətbiq edilməlidir.
61. MM-in 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Hazırkı halda normativ aktla onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunması birmənalı təsbit edilmişdir. Şərh edilənlər maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qarşılıqlı iddiaçının mülkiyyət hüquqlarının pozulduğunu təsdiq edir.
62. NK-nın 2015-ci il 4 avqust tarixli 273 saylı qərarı üzrə - Həmin qərar Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 saylı Fərmanı və 2015-ci il 16 aprel tarixli 1176 saylı Sərəncamı əsasında qəbul edilmişdir. Həmin Sərəncamın 1-ci bəndi ilə isə qərara alınmışdır ki: “1.Baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılm ası və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə "xxxx" ASC tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.” Göründüyü kimi, Prezidentin sərəncamında güzəştlərin hansı tarixdən tətbiq edilməsi məhdudlaşdırılmamış, yalnız belə güzəştlərin suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilməsi də qərara alınmış, güzəştlərin verilmə qaydasının müəyyən edilməsi NK-ya tapşırılmışdır. Sözügedən Sərəncamdan, xüsusilə də həmin Sərəncamın preambula hissəsindən aydın görünür ki, həmin hüquqi aktın qəbul edilməsində məqsəd həmdə “uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılmasına” yönəlmişdir. Həmin Sərəncamın 2015-ci ildə veri ldiyi nəzərə alınarsa, 2013-cü ildə bağlanmış lizinq müqaviləsi üzrə suvarma sistemi almış cavabdeh üçün uzunmüddətli quraqlıqların mənfi təsir yaratmasının və bu səbəbdən də həmçinin ona münasibətdə tətbiq edilməli olmasının əlavə sübuta ehtiyacı yoxdur. Qeyd edilən Sərəncamı verməkdə ölkə başçısının iradə ifadəsi həm də “bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması” ilə bağlı olmuşdur. Həmin sahəyə investisiya qoymuş və quraqlığın mənfi təsirinə məruz qalmış şəxslərin güzəşt şəklində tətbiq edilən dövlət müdafiəsindən kənarda qoyulması heç də sahibkarların marağının artırılmasına xidmət edə bilməzdi. Bu səbəbdən NK-nın qərarı ilə faktiki olaraq Prezidenti sərəncamının məhdudlaşdırılmış tərzdə icrası “Normativ hüquqi aktlar haqqında” Konstitu siya Qanununun 19.1-ci maddəsində müəyyən edilmiş müddəaya zidd olmaqla yanaşı, həm də Konstitusiyanın 25-ci maddəsinin İV hissəsi ilə təsbit edilmiş bərabərlik hüququnun da pozulmasıdır. Həmin norma təsbit edir ki: “Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.”.
63. Cavabdehin daha bir dəlilinə - “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə KTN-in Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə gü zəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda suvarma sistemləri dəsti və suvarma avadanlığı (o cümlədən damcılı və yağış yağdırma tipli suvarma sistemini) kənd təsərrüfatı texnikasına aid edilməsi və bu səbəbdən də NK-nın 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarında kənd təsərrüfatı texnikası üçün nəzərdə tutulmuş güzəştlərin iki növ əsas vəsaitə - özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına və suvarma sistemləri dəsti və avadanlığına şamil edilməli olduğu barədə dəlilinə də məhkəmənin verdiyi qiymətin əsaslı hesab edilməməsini apellyasiya məhkəməsi nəzərə almamışdır. Suvarma sistemlərinin heç də kənd təsərrüfatı texnikası növlərinə aid olub-olmamasına dair məhkəmənin özü tərəfindən qəti mövqe bildirilməsi düzgün hesab edilə bilməz. Belə ki, birincisi, bununla bağl ı məhkəmə hər hansı hüquqi akta, yaxud ekspert və ya mütəxəssis rəyinə istinad etmir; ikincisi, qərarda suvarma sistemlərinin güzəştlər tətbiq edilən əmlaklar siyahısında ayrıca göstərilməsi heç də həmin sistemlərin kənd təsərrüfatı texnikası olmasını istisna etmir; üçüncüsü, Qaydalarda suvarma sistemlərinə güzəştlərin tətbiqi qaydasının digər kənd təsərrüfatı texnikalarına tətbiq edilən güzəşt qaydalarından fərqli olması da həmin sistemlərin kənd təsərrüfatı texnikası olmadığı anlamına gəlmir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 54.2, 54.3 və 56.0.2-ci maddələrinə əsasən: “Normativ hüquqi aktda eyni terminlər birmənada işlədilməli və vahid formaya malik olmalıdır.”, “Normativ hüquqi aktda istifadə edilən terminlərin və onların tərifinin dəqiqləşdirilməsi zərurəti oldu qda həmin aktda onların mənasını izah edən maddə (hissə, bənd) yerləşdirilir.”, “Normativ hüquqi aktın mətnində eyni mənada müxtəlif anlayışlar (terminlər) ifadə edilməsinə yol verilmir.”.
64. MPM-in 217.1, 217.2, 217.3-cü maddələri üzrə - Hazırkı işdə məhkəmənin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları kassasiya şikayətinin 5-ci bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
65. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
66. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona gö rə də, şikayət mümkün hesab edilmişdir.
67. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
68. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
69. Azərbaycan Respublika sı Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 149.Normativ hüquqi aktlar... Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir....”
70. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri... 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının digər şəxslərlə mülki hüquq münasibətləri, qanunda ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericiliklə tənzimlənir....” “Maddə
7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyas ının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.” “Maddə
43. Hüquqi şəxs anlayışı və onun növləri... 43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (k reditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəz ərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....”
71. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır....”
72. Azərbaycan Respublikası Prezidentinin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institutsional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən, "xxxx" SC-nin və rayon aqroservis filiallarının istifadəsində olan, cəmiyyət tərəfindən yeni alınan, lizinqə verilmiş və lizinq yolu ilə satılan texnikaya tətbiq edilə biləcək güzəştlərə, eləcə də mineral gübrələrin satışı üzrə dövlət tərəfindən tətbiq olunan güzəştin həcminin artırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi NK-ya tapşırılmışdır. 73. “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfatı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara şamil edilsin.”
74. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... Həmin qərar qüvvəyə mindiyi tarixədək kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürülmüş, habelə Yaponiya hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına həmin texnikanın qalıq dəyəri həcmində, lakin onların ilkin dəyərinin 40 faizindən yuxarı olmamaq şərtilə, "xxxx" ASC-nin zərəri hesabına güzəşt tətbiq edilməsi, qərar qüvvəyə mindiyi tarixdən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən "xxxx" ASC-dən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi qərara alınmışdır. Qərarda həmin qərarın 5 il müddətində qüvvədə olması qeyd edilmişdir....”
75. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "xxxx" ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2014-cü il 13 avqust tarixli 273 nömrəli qərarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 4 avqust tarixli qərarı ilə əlavə edilmiş müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 2.7-1. "xxxx" ASC tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin in 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə xüsusi komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır.... 3. 2015-ci il mayın 1-dən fiziki və hüquqi şəxslər tərəfindən "xxxx" ASC-dən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin d əyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi nəzərdə tutulmuşdur....”
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 2002-ci il 28 yanvar tarixli Qərarında müəyyən edilmişdir ki: “Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən həmin Məcəllənin 7.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəs i ola bilər. Göründüyü kimi mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
77. Hazırkı işdə iddiaçı damcılı suvarma sistemi üçün avadanlıqların lizinqə verilməsinə dair 2013-cü il 5 may tarixində cavabdehlə bağlanmış lizinq müqaviləsi üzrə 633.148 manat gecikdirilmiş borcun və hesablanmış 392.813,22 manat cərimə borcunun ödənilməsini tələb etmiş, cavabdeh də qarşılıqlı iddia qaldıraraq Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 273 n ömrəli Qərarında nəzərdə tutulmuş güzəşt tətbiq edilməklə həmin vəsaitdən 747.136 manat məbləğinin silinməsini tələb etmişdir.
78. Birinci instansiya məhkəməsi ilk iddianı qismən - 633.148 manat məbləğində gecikdirilmiş əsas borc, 30.000 manat məbləğində dəbbə pulu hissəsində təmin etmiş, qarşılıqlı iddianı rədd etmiş, apellyasiya instansiya məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
79. Cavabdehin kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər aşağı məhkəmə icraatlarında da bildirilmiş, işə baxan məhkəmələr həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni ətraflı şəkildə əsaslandırmışlar.
80. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşdığından eyni məsələlər barəsində təkrar hüquqi dəyərləndirmə aparma ğa prosessual qənaət prinsipi baxımından lüzum görmür, bununla belə, əlavə olaraq aşağıdakıları bildirməyi zəruri hesab edir.
81. Kassatorun mövqeyinə görə, hazırkı mübabahisədə "xxxx" ASC ilə cavabdeh bərabər hüquqlu subyekt qismində iştirak etmirlər. Belə ki, güzəştlər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Lizinq ödənişləri də dövlət büdcəsinə ödənilməlidir. Dövlət büdcəsi hesabına güzəştlər tətbiq edilməsini təsbit edən hüquqi akt, hüquqi şəxs olan "xxxx" ASC-nin vəziyyətini pisləşdirə bilməz. Belə olan halda, MM-in 7.1-ci maddəsinin tətbiqinin mümkünlüyü aşkardır və həmin normanın tətbiq edilməməsi ölkə Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə təsbit edilmiş hüququn əsassız məhdudlaşdırılmasına rəvac vermiş olar.
82. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassatoru n sözügedən dəlilləri ilə aşağıdakı səbəblərdən razılaşmır.
83. Apellyasiya instansiyası məhkəməsi mülki qanunverciliyin geriyə qüvvəsi ilə əlaqədar tamamilə haqlı olaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərilmişdir. Göründüyü kimi hazırkı halda normativ hüquqi aktda müvafiq müddəanın geriyə tətbiq edildiyi zaman aralığı konkret müəyyən edilmiş, göstərilən hal isə sözügedən müddəanın qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiq edilməsini istisna edir.
84. Belə ki, mülki hüquq münasibətlərində, deməli həm də lizinq müqaviləsindən irəli gələn münasibətlərdə hüququn zamana görə qüvvəsi MM-in 7.1 və 7.2-ci maddələri (bax yuxarıda § 70) ilə dəqiq müəyyən edilmişdir.
85. Həmin məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 2002-ci il 28 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə (bax yuxarıda § 76) görə, MM-in mülki qanunvericiliyin zamana görə qüvvəsindən bəhs edən 7.1-ci maddəsinə əsasən, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Digər tərəfdən, MM-in 7.2-ci maddəsinə görə, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Göründüyü kimi, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.
86. Hazırkı halda cavabdehin istinad etdiyi Nazirlər Kabinetinin qərarında lizinqə götürülmüş suvarma dəsti və avadanlıqları üçün güzəştin hansı tarixdən bağlanmış lizinq müqavilələrinə şamil edilməsi konkret olaraq göstərildiyindən, bu qərarın sözügedən müddəasının qüvvəsinin həmin tarixdən əvvəlki münasibətlərə, o cümlədən mübahisə predmeti olan müqavilədən yaranan münasibətlərə tətbiq edilməsi yolverilməzdir.
87. X2 Nazirliyi Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı”nda suvarma sistemləri dəsti və suvarma avadanlığı (o cümlədən damcılı və yağış yağdırma tipli suvarma sistemini) kənd təsərrüfatı texnikasına aid edilməsinə dair dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, həmin qərar “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanının 7.1-ci bəndinin icrasını təmin etmək məqsədilə verilmişdir.
88. Elə həmin Fərmanın 2-ci bəndində (bax yuxarıda § 73) müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştlər kənd təsərrüfat ı istehsal vasitələrinin (kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların) ticarəti ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərin həyata keçirdikləri satışlara (lizinq və ya kredit yolu ilə) şamil edilsin.
89. Göründüyü kimi, Kənd Təsərrüfatı Nazirliyi Kollegiyasının 2019-cu il 26 aprel tarixli Q-08-19 nömrəli qərarında istinad edilən ölkə başçısının Fərmanının özündən belə məlum olur ki, suvarma sistemləri dəsti və avadanlığı kənd təsərrüfatı texnikasının tərkibinə daxil deyildir.
90. Qanunvercilik aktlarının ölkə Konstitusiyası ilə müəyyən edilmiş iyerarxiyası baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda məhz sözügedən Fərmanın müddəaları əsas götürülməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsi nəticə etibarilə suvarma sistemləri dəsti və avadanlığının, kənd təsərrüfatı texnikasının tərkibinə daxil olmaması barədə qanuni qənaətə gəlmişdir.
91. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 71) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
92. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 2-2(103)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
93. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlkin iddia üzrə cavabd eh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 10 yanvar tarixli 22(103)-79/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.