Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-241/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər x1 və X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs olmaqla) cavabdehlər x1 və X2 (əvvəlki adı Cavabdeh2 ASC) qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasını n 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1140/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. 043602 nömrəli əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Maraqlı şəxs məxsus 264 nömrəli aptek 2019-cu il 22 fevral tarixindən 2020-ci il 21 fevral tarixinə kimi "xxxx" ASC-də sığortalanmışdır. 2. 2019-cu il 30 oktyabr tarixli 3522/M/Fİ-086/2019 nömrəli sığorta aktında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub hissəsində yerləşən Maraqlı şəxs məxsus aptekdə 2019-cü il 9 avqust tarixində subasma hadisəsinin baş verdiyi və 15.000 manat zərərin müəyyən edildiyi qeyd olunmuşdur. 3. 2019-cu il 1 noyabr tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən Maraq lı şəxs 14.500 manat məbləğində ödəniş edilmişdir.
4. Bakı şəhəri İcra Hakimiyyəti MKTD-nin 2024-cü il 20 avqust tarixli 3-52-13/2704/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində xarici su təchizatı və kanalizasiya şəbəkə və qurğuları Bakı şəhəri üzrə i X1 balansındadır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı "xxxx" ASC (bundan sonra-“iddiaçı”) cavabdehlər x1 və Cavabdeh2 ASCyə (indiki adı-“ X3, bundan sonra birlikdə - “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 14.500 manat pul və 200 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu il 21 fevral tarixli AZ/043602 nömrəli “əm lakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış və Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub hissəsində yerləşən 264 nömrəli aptek sığorta təminatına alınmışdır. 2019-cu il 9 avqust tarixində "xxxx" MMC-yə məxsus 264 nömrəli aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Ödənilmiş 14.500 manat məbləğ qanunvericiliklə nəzərdə tutulmuş subroqasiya tələbi qaydasında cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
7. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2024-cü il 21 iyun tarixli 3-16-16/2-10/8029 nömrəli ekspert rəyində aşağıdakılar qeyd olunmuşdur: - qeyri-yaşayış sahəsinin tikililəri təmirli olmuş, qeyri-yaşayış sahəsinin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsur olmamış, bu səbəbdən qeyri-yaşayış sahəsinə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamış; - iş materiallarında qeyri-yaşayış sahəsinin kanalizasiya xətlərinə qoşulmasına dair texniki şərt və layihə olmadığından 2-ci sual üzrə tədqiqat aparılmamış; - qeyri-yaşayış sahəsinin ön və sağ tərəfində iki ədəd kanalizasiya quyusu olmuş, ön tərəfdə kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafənin 20 m sol, tərəfdə yerləşən kanalizasiya quyusu ilə qeyri-yaşayış sahəsi arasında məsafə isə 18 m olmuş; - 6-cı sual ekspertin səlahiyyətinə aid olmadığı üçün tədqiqat aparılmamış, qeyriyaşay ış sahəsinin təmirli olduğu, sahənin konstruktiv elementləri üzərində su sızmaya xarakterik hər hansı bir qüsurun olmadığı nəzərə alınaraq, qərardadın yeddinci və səkkizinci sualları üzrə tədqiqat aparılmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 19 sentyabr tarixli e-2-2(113)193/2024 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır (hakim G.Namazova).
9. Həmin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, AZ/043602 saylı 2019-cu il 21 fevral tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi “ ilə sığorta müqaviləsi bağlanmış və Maraqlı şəxs istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsində yerləşən 264 №-li aptek sığorta təminatı almışdır. 2019-cu il 9 avqust tarixində Bakı şəhəri, Suraxanı rayonu, Ziğ qəsəbəsinin cənub hissəsi ndə yerləşən "xxxx" MMC-yə məxsus 264 №-li aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı sığortalı Maraqlı şəxs ödədiyi 14500 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb etmişdir.
10. Cavabdeh X1 sığorta hadisəsinin (subasmanın) binanın daxilində baş verən qəzaya görə məsuliyyət daşımadığını bildirmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş video çəkilişdən və hadisə zamanı aptekdə işləyən şəxslərin və qəza komissarının ifadələrindən də göründüyü kimi, subasma hadisəsi sığortalı şəxsə məxsus obyektin (aptekin) daxilində baş vermişdir, çirkli su aptekin sanitar qovşağından gəlmişdir. Qeyri-yaşayış sahəsinin daxilində baş vermiş subasmaya görə də cavabdehlik istehlakçının özünə aid edildiyindən, hazırkı iddia tələbinin cavabdeh X2 yönəldilməsini məhkəmə qanunsuz və əsassız hesab etmişdir.
12. Bundan başqa iddia tələbi üzrə digər cavabdeh Bakı şəhəri x1 münasibətdə məhkəmə hesab etmişdir ki, sonuncuya qarşı da bu tələb qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetin 2012-ci il 21 dekabr tarixli 345 a nömrəli Sərəncamında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyul tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na əsasən və su təchizatı, kanalizasiya şəbəkəsi və qurğularının idarə edilməsi məqsədi ilə: Nazirlik, Komitə, şəhər, rayon icra hak imiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları və həmin təşkilatların mənzil fondunda olan çoxmənzilli yaşayış binaların daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh2 ASC-nin balansına verilməsi” qərara alınmışdır. Qeyd olunan qərardan göründüyü kimi, xarici su təchizatı və kanalizasiya şəbəkə qurğuları rayon İcra Hakimiyyətinin balansında olmamışdır. Buna görə də iddia tələbi də rayon icra hakimiyyətinə münasibətdə də əsassız olmuşdur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 936-cı maddəsinin tələbindən göründüyü kimi, subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir. Odur ki, MM-in 1096-1097-ci maddələrinin tələbləri baxımından hazırkı halda iddiaçının cavabdehlərə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehlərin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdehlər və ya əməllərinə görə cavabdehlərin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən olunmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni MM-in 936.1, 936.5, 1096 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq olunmuş “Sudan istifadə Qaydaları”nın (bundan sonra-“Sudan istifadə Qaydaları") 2.1.1, 2.1.3, 9.6.1-9.6.7, 9.7, 9.8 və 9.13-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
15. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin cavabdeh X2 münasibətdə rədd olunmuş hissədə ləğv edilməsi və sonuncuya münasibətdə iddianın təmin olunması xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1140/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edənməruzəçi hakim L.Əliyeva, hakimlər T.Mahmudova və Z.Şirinov).
17. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddianın qanuni əsasını MM-in 1096.1, 1097.1 və 936-cı maddələri təşkil edir.
18. MM-in 936-cı maddəsinin məzmunundan da göründüyü kimi sığorta münasibətlərində subroqasiya dedikdə sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun sığorta ödənişini vermiş sığortaçıya keçməsi başa düşülür. Subroqasiya qaydasında tələb hüququnun yaranması üçün əvvəlcə zərərçəkmiş şəxsin zərərvuran şəxsə və ya onun əməllərinə görə məsuliyyət daşıyan digər şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ yaranmalı, bundan sonra isə sığortaçının zərərçəkmiş şəxsə zərərin kompensasiyası olaraq sığorta ödənişini ödəməsi nəticəsində həmin tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçməlidir.
19. Odur ki, subroqasiya qaydasında pul tələblərinə baxılarkən məhkəmə tərəfindən ilk növbədə sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş zərərə görə məhz cavabdehin mülki məsuliyyət daşıması, yəni zərərçəkmiş şəxsin cavabdehə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması müəyyən edilməlidir.
20. Hazırkı halda isə subasma hadisəsinin cavabdeh X3 tərəfindən törədilmiş təqsirli, hüquqa zidd əməl nəticəsində baş verməsi işin materialları ilə öz təsdiqini tapmır. Belə ki, birincisi, subasma hadisəsinin baş verməsi səbəbinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilsə də, ekspert rəyi ilə qeyri-yaşayış sahəsinə s u sızmasının texniki səbəbinin müəyyənləşdirilməsi mümkün olmamışdır. İkincisi, işin materiallarına əlavə edilmiş videoçəkilişdən və hadisə zamanı aptekdə işləyən şəxslərin və qəza komissarının ifadələrindən də göründüyü kimi subasma hadisəsi sığortalı şəxsə məxsus obyektin (aptekin) daxilində, aptekin sanitar qovşağından çirkab su axması nəticəsində baş vermişdir.
21. MM-in 152.11-ci maddəsinin tələbləri baxımından mülkiyyətçi əmlakını, o cümlədən həmin əmlakın daxilində yerləşən kommunikasiya xətlərini yararlı vəziyyətə saxlamalı olduğundan qeyri-yaşayış sahəsinin daxilində baş vermiş qəzaya görə X3”nin məsuliyyət daşıması istisna olunur.
22. Cavabdehlə qəzanın baş verdiyi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi (və ya qanuni sahibi) arasında çirkab suların axıdılması xidmətlərinin göstəri lməsinə dair müqavilə bağlanmaması, cavabdeh tərəfindən həmin sahənin kanalizasiya sisteminə dair texniki şərtin verilməməsi, belə olan halda cavabdehin qanunazidd hərəkətsizliyə yol verməsi barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, göstərilən dəlillərin həqiqətəuyğun olması ehtimal edilsə, qəzanın qeyri-yaşayış sahəsi mülkiyyətçisinin həmin sahənin daxilində yerləşən komunikasiya xətlərini yararlı vəziyyətdə saxlaması vəzifəsini lazımi qaydada icra etməməsi nəticəsində deyil, məhz cavabdehin hərəkətsizliyi nəticəsində baş verməsi işin materiallarına əsasən müəyyən edilmir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
23. Mülki hüquqda təşəkkül tapmış təqsirlilik prezumpsiyasına əsasən əksi sübuta yetirilənədək zərərvur an şəxsin zərərin vurulmasında təqsirli olmasının ehtimal edilməsi və belə olan halda təqsirsiz olduğunu sübut etmək yükünün zərərvuranın üzərinə düşməsi barədə iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, zərərin vurulmasında təqsirli olmamasını sübut etmə yükü o zaman cavabdehin üzərinə qoyula bilər ki, zərərin məhz cavabdehin əməlləri nəticəsində vurulması, yəni cavabdehin zərərvuran şəxs olması müəyyən edilmiş olsun və mübahisə cavabdehin təqsirinin mövcud olub-olmaması ilə bağlı olsun.
24. Hazırkı halda isə maddi zərərin cavabdehin əməlləri, yəni cavabdeh tərəfindən vurulması iş materiallarına əsasən öz təsdiqini tapmadığından təqsirlilik prezumpsiyasına istinad etməklə təqsirli olmadığını sübut etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması istisna olunur.
25. Apelly asiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.11, 936.1, 936.5, 1096 və 1097.1-ci maddələrinə, “Sudan istifadə Qaydaları”nın 2.1.1, 2.1.3, 9.6.1-9.6.7, 9.7, 9.8 və 9.13-cü bəndlərinə, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın isə təmin olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. MM-in 21, 152.11, 936.1, 936.2, 1096 və 1097-ci maddələri, “Sudan istifadə Qaydaları”nın 1.12 və 2.1.9.3-cü bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli qərar üzrə - iddiaçı ilə Maraqlı şəxs arasında 2019-cu il 21 fevral tarixli AZ/043602 nömrəli “əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış, Maraqlı şəxs istifadəsində olan 264 nömrəli aptek sığorta təminatı almışdır. 2019-cu il 9 avqust tarixində "xxxx" MMC-yə məxsus 264 nömrəli aptekdə kanalizasiya qəzası nəticəsində subasma hadisəsi baş vermiş, nəticədə 14.500.00 manat sığorta ödənişi həyata keçirilmişdir. Maraqlı şəxs tərəfindən iddiaçıya verilmiş şifahi məlumata əsasən onunla obyektin icarəyə götürüldüyü vaxtdan indiyə qədər Cavabdeh2 ASC arasında obyektə təbii suyun verilməsi barədə müqavilə bağlanmamış, müqavilə ilə su təchizatı və kanalizasiy a sisteminin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi müəyyən edilməmiş, tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd-texniki şərtlər verilməmişdir (iş materiallarında su təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə və texniki şərtlərin verilməsini təsdiq edən sənəd mövcud deyil və məhkəmənin qətnamədə istinad etdiyi sübutlar siyahısında həmin sənədlərə istinad edilməmişdir). 28. “Sudan istifadə Qaydaları”nın 1.2.1, 1.2.2 və 2.1.9.3-cü bəndlərinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin tələbləri baxımından "xxxx" MMC-yə məxsus 264 nömrəli aptekin icarəçisi ilə su təchizatı müəssisəsi arasında obyektə təbii suyun verilməsi barədə müqavilə bağlanmadığı və texniki şərtlər müəyyən edilmədiyi üçün cavabdeh müqavilə bağlanmadan və texniki şərtlər müəyyən edilmədən verilən sudan istifadə nəticəsində baş vermiş sığorta hadisəsinə görə məsuliyyət daşıyır.
29. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərər vuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını (latınca “praesumptio”-güman etmək mənasını ifadə edir) müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs (zərərvuran) özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən a zad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir (MM-in 448-ci maddəsinin 4-cü bəndi). Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. (Ən Şapp. Osnovı qrajdanskoqo pravo Q ermanii. Uçebnik. M., 1996, s.110-120.).
30. Bununla yanaşı, mülki qanunvericilikdə “təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. MM-in 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 18 aprel tarixli qərarına əsasən, MM-in 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərt lər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.
31. Hazırkı halda məhkəmənin MM-in 152.11-ci istinad etməkdə haqlı olmamış və həmin hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, mülkiyyətçiyə suyun verilməsi zamanı texniki şərtlər müəyyən edilmədiyi və istehlakçı ilə müqavilə bağlanmadığı öz təsdiqini tapdığı halda suyun qanunsuz istehlakına icazə vermiş müəssisə baş vermiş sığorta hadisəsinə görə məsuliyyət daşımalıdır. İddiaçının istinad etdiyi hüquq normalarının tələbləri də bu halda su təchizatı və kanalizasiya müəssisəsinin məsuliyyətini müəyyən edir. Lakin məhkəmə göstərilən halları nəzərə almamaqla, iddiaçının istinad etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və əsassız olaraq apellyasiya şikayətini təmin etməmişdir.
32. MPM-in 85.1 və 86-cı maddəsi üzrə - Təbi i suyun verilməsi şərtlərinə dair sənədlər olan qovluğun cavabdeh X3ndən tələb olunması ilə bağlı məhkəmə sorğusu verilməsi barədə iddiaçının əsaslı vəsatəti təmin edilməmişdir. Halbuki, işin hallarından həmin sənədlərin cavabdehdə olduğu və iddiaçının həmin sənədləri əldə etmək imkanının olmadığı müəyyən edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
34. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
35. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessua l hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır.” “Maddə
936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi a lmış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.... 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər....” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) ə məldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” “Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər... 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər”.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nda müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “1. Ümumi müddəalar 1.1. Bu Qaydalar “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyir....” “2. STKM-in vəzifələri 2.1. STKM-in vəzifələri aşağıdakılardır:... 2.1.3. fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək;...” “9. Kanalizasiya şəbəkə və qurğularından isti fadəyə dair xüsusi tələblər... 9.6.1. özlərinə məxsus olan kanalizasiya şəbəkələrinin düzgün istismarına və mühafizəsinə; 9.6.2. STKM-in kanalizasiya şəbəkəsindən istifadəyə qoyduğu qadağalara; 9.6.3. istifadə edilmiş tullantı sularının axıdılması üzrə xidmətin dəyərinin vaxtında və tam ödənilməsinə; 9.6.4. suqəbuledici avadanlıqlara bərk əşyaların atılmamasına və zərərli (tezalışan) mayelərin axıdılmamasına; 9.6.5. suqəbuledici avadanlıqların, aidiyyəti üzrə kanalizasiya baxış quyularının normal (normalara uyğun) saxlanılmasına və istismarına; 9.6.6. zirzəmilərdə kanalizasiya dayaqlarının və axıtma borularının sazlığına; 9.6.7. binanın damındakı kanalizasiya dayağına aid ventilyasiya nəfəsliyinin bağlanmamasına. 9.7. İstehlakçılar balanslarında olan kanalizasiya baxış quyularının müvaf iq qapaqlarla bağlanmasına və qapaqların mühafizəsinə cavabdehlik daşıyırlar. 9.8. Kanalizasiya şəbəkəsinin quyuları onların baxılması və istismarı üçün daim yararlı vəziyyətdə saxlanılmalı, onların istismarına mane olan əşya və maddələrin toplanmasına yol verilməməlidir.... 9.13. İstehlakçının kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində kanalizasiya qurğuları sıradan çıxdıqda, onların təmiri və ya tam bərpası istehlakçı tərəfindən təmin edilməlidir. Həmin işlər istehlakçının qüvvəsi ilə STKM-in texniki nəzarəti altında aparıla və ya istehlakçının vəsaiti ilə STKM tərəfindən yerinə yetirilə bilər....”
38. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
40. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəm əsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmənin verdiyi hüquqi qiymətləndirmə ilə razılaşaraq qeyd edir ki, mübahisəli hüquq münasibətinə iddianın qanuni əsasını təşkil edən 1096.1, 1097.1 və 936-cı maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir.
42. Belə ki, işin müəyyən edilmiş hallarına görə subasma hadisəsi sığortalı şəxsə məxsus obyektin (aptekin) daxilində, sanitar qovşağından çirkab suyun axması nəticəsində baş vermişdir. Obyektin daxilində kommu nikasiya xətlərinin yararlı vəziyyətdə saxlanmasına görə hazırki iş üzrə cavabdeh X1 məsuliyyəti istisna olduğundan, məhkəmə tərəfindən MM-in 152.11-ci maddəsinin, eləcə də MM-in «təqsirsiz məsuliyyət» prinsipi»ni nəzərdə tutan 1097.3-cü maddəsinin (bax § 36) düzgün tətbiq edilməməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
43. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən həmçinin nəzərə alır ki, iddiaçı, obyekt daxilində sudan istifadənin hüquqi əsasından asılı olmayaraq, sığortalı ilə bağladığı müqavilə ilə subasma riskini sığortalamışdır.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki pr osessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir. Qətnamənin ləğvinə əsas olan maddi hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, iş üzrə qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
45. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 dekabr tarixli 2-2(103)-1140/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.