Məhkəmə qərarları › İş №2-2(102)-242/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-242/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-242/2020 04.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətin cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARI açar sözlər: (kredit üzrə borcun tutulması, borc tələbinin əmlaka yönəldilməsi və sair ) GİRİŞ HİSSƏ Hakimlər: Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi hakim), Qəribov Bəhman Fərhad oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Aminə Cəfərlinin katibliyi ilə, İddiaçı QSC-nin cavabdeh cavabdeh-yə qarşı “cavabdehdən cəmi 190.355,35 manat (əsas borc 146.022 manat, faiz borcu 44.333,35 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət r üsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2-2(103)-15/2020 saylı qətnaməsindən İddiaçı QSC və onun vəkili, həmçinin cavabdeh MMC və onun vəkili tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasınd a açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra - iddiaçı) cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 190.355,35 manat (əsas borc 146.022 manat, faiz borcu 44.333,35 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, borc tələbinin cavabdehə məxsus daşınmaz və daşınar əmlaklara (nəqliyyat vasitələri və texnikalara) yönəldilməsi, cavabdehin həmin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə iddiaçının yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 bankının dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, X1 bankına məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ 21 aprel 2017-ci il tarixli müqavilə əsasında iddiaçıya keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı X1 bankının cavabdehə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 24.10.2017- ci il tarixli, S-91 saylı təhvil-təslim aktı əsasında iddiaçı-a təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə X1 bankına cəmi 190.355,35 manat (əsas borc 146.022 manat; faiz borcu 44.333,35 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə X1 bankı arasında 18.11.2014-cü ildə bağlanmış 7355 nömrəli kredit müqaviləsinə əsasən yaranmışdır. 12.09.2018-ci il tarixə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə borcu cəmi 190.355,35 manat (əsas borc 146.022,00 manat; faiz borcu 44.333,35 manat) təşkil edir. Cavabdeh ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qeyd edilən borcun i ddiaçıya qaytarılması mümkün deyil. Buna görə də qeyd edilən borcun cavabdehə məxsus əmlaklara yönəldilməsi və həmin əmlakların iddiaçının mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. İddiaçı tərəf hesab edir ki, cavabdeh cavabdeh müqavilə üzrə öz öhdəliklərini pozduğundan borc məbləği iddiaçının xeyrinə tutulmalıdır, qeyd edilən borc məbləğinin qaytarılması üçün cavabdehin maddi vəsaiti olmadığında cavabdeh hüquqi şəxs olduğu üçün öhdəliklərinə görə bütün əmlakı ilə cavabdehdir və cavabdeh öhdəliklərini icra etmək iqtidarında olmadığı üçün tutma cavabdehin bütün əmlakına yönəldilməli, cavabdehin əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməli və iddiaçının mülkiyyət hüquqları tanınmalıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-205/2019 saylı 27.03.2019-cu il tarixli q ətnaməsi ilə (hakim: X.İ) iddiaçının iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 190.355,35 manat (bir yüz doxsan min üç yüz əlli beş manat otuz beş qəpik) (əsas borc 146.022 (bir yüz qırx altı min iyirmi iki) manat, faiz borcu 44.333,35 (qırx dörd min üç yüz otuz üç manat otuz beş qəpik) məbləğində kredit borcu və 15 (on beş) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)15/2020 saylı 06.02.2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: C.Y, hakimlər: V.A, A.N) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2019 tarixli 2-2(82)205/2019 saylı qətnaməs i dəyişdirilmişdir. Cavabdehdən kredit borcuna görə 146.000 (yüz qırx altı min) manat əsas, 14.485 (on dörd min dörd yüz səksən beş) manat faiz borcu və ödənilmiş dövlət rüsumuna görə 15 manat, cəmi 160.500 (yüz altmış min beş yüz) manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqata görə 145 (yüz qırx beş) manat ekspertiza xərcinin cavabdehdən tutulub Dövlət Xəzinədarlığı Agentliyinin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı iddiaçı-un iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilm əsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı iddiaçı-un iddia tələblərinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edimişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06.02.2020-ci il tarixli qətnaməsindən iddiaçı cavabdeh və onun vəkili tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və müəyyən edilmiş hallar və əlavə sübutlar əsasında yeni qərar qəbul edilməsi xahiş edimişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində bildirmişdir ki, ekspert rəyi ilə razı deyil. Cavabdeh kredit müqaviləsi başa çatdıqdan xeyli sonra ödəniş etmiş, əsas borcun ödənilməsini müqavilə dövründə təmin etməmişdir. Ekspert rəyində əsas borc un gecikdirilməsinə görə hesablanmış faizlər nəzərə alınmamışdır. Müqavilənin 8.2-ci bəndinə görə kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borcalan Banka vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün faiz dərəcəsindən əlavə illik 18 faiz cərimə faizləri ödəməlidir. Apellyasiya məhkəməsi iddiaçının faiz borcu ilə bağlı təkrar ekspertizanın təyin olunmasına dair vəsatətini təmin etməmişdir. Cavabdeh uzun müddətdir ödəniş etmir və bank hesablarında da borcun ödənilməsi üçün kifayət qədər vəsait yoxdur. Belə olan halda girov, ipoteka qoyulub-qoyulmamasından asılı olmayaraq borc tələbinin cavabdehin daşınar və daşınmaz əmlakına yönəldilməsin dair tələbi əsaslıdır (MM 52.1, 203.3, 205.1, 205.2, “İcra haqqında” Qanun 45) Cavabdeh kassasiya şikayətind ə bildirmişdir ki, məhkəmə X1 bankı ilə iddiaçı arasında bağlanmış 24.10.2017-ci il tarixli təhvil-təslim aktında qeyd edilən bütün sənədləri tələb etmədən formal qərar qəbul etmişdir. Kredit Reyestri Məlumat Bazasından məlumat təchizatçısı olan X1 bankı və “İddiaçı”nın həmin kredit üzrə verdiyi məlumat araşdırılmamışdır. 2014-cü ildən 2018-ci ilədək kredit borcunu ödəməyən cavabdehə 4 il ərzində bir dəfə də olsa bildiriş, borc və faiz barədə məlumat verilməmişdir. Nəticədə şişirdilmiş faiz məbləğinin ödənilməsi tələb edilmişdir. Kredit xəttinin açılması barədə müqavilə notarial qaydada təsdiq edilməmiş, həmin müqavilə üzrə faiz və borc məbləğləri cavabdehdən tələb edilir. Məhkəmə iştirakımız olmadan apellyasiya şikayətimizə baxmış, çəkişmə prinsipini pozmuşdur ki, bu da qətnamənin ləğvi ü çün əsasdır. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası kasassiya şikayətlərinin dəlillərini, işin materiallarını araşdıraraq hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab etmişdir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti qismən dəmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmə lidir. İddiaçının apellyasiya şikayətinin dəlillərindən görünmüşdür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) müvafiq normalarını sadalamaqla sonda borc tələbinin cavabdehin əmlaklarına yönəldilməsi hissəsində iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin bu tələbin təmin olunması üçün hüquqi əsasların mövcudluğu müəyyən edilməmişdir. Ən azından ona görə ki, cavabdeh tərəfindən alınmış bank krediti təminatsızdır. Yəni, aldığı kreditə görə bank qarşısında hər hansı bir daşınar-daşınmaz əmlakını girov və ya ipotekaya qoymamış, əmlakları ilə təminat verməmişdir. Belə olan halda, tələbinin cavabdehin əmlaklarına yönəldilməsi üçün əsasların mövcudlyğunda söhbət gedə bilməz. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaç ının hazırkı pul tələbinin cavabdehin əmlaklarına yönəldilməsi iş üzrə yekun məhkəmə qərarı çıxarılıb qanuni qüvvəsini aldıqdan sonra icra mərhələsində, o cümlədən «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci və 43-cü mədələrinin tələbləri qaydasında borclu könüllü olaraq qətnaməni icra etmədikdə, icra məmuru tərəfindən başlanılan məcburi icra hərəkətələri nəticəsində mümkün ola bilər. Qeyd edilənlərdən göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını zəruri edən faktiki şərtlər mövcud olmamışdır. Cavabdehin apellyasiya şikayətinə gəldikldə isə onun ilkin dəlili ondan ibarətdir ki, məhkəməyə nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə vəsatət verilsə də, məhkəmə iddia müddətini tətbiq etməmiş və bunu əsaslandırmamışdır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası iddia müddətinin təbiqi üçün əsaslar olmadığına görə cavabdehin qeyd olunan dəlili ilə razılaşmamışdır. MM-in 373.2-ci maddəsinin tələbinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 və 399.4, 445 və 449cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında şərh etmişdir ki, kredit müqavilələrinin müddətli xarakter daşıdığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələri tətbiq olunarkən nəzərə alınmalıdır ki, iddia müddəti kreditin icra müddəti bitdiyi gündən hesablanır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülməmişdir. Çünki kreditin verilməsinə əsas olan cavabdeh ilə X 1 bankı arasındakı kredit müqaviləsi 18 noyabr 2014-cü il tarixdə bağlanmışdır. Həmin müqavilənin 4.4-cü bəndində borcalana verilən kredit vəsaitindən istifadə müddəti 12 ay nəzərdə tutulmuşdur. Belə olan halda müqavilənin icra müddəti 18 noyabr 2015-ci il tarixində bitir. Həmin tarixdən hesablanan üç illik iddia müddəti isə 18 noyabr 2018-ci il tarixində tamamlanır. 18 noyabr 2018-ci il tarixi həftənin qeyri iş günü olan bazar gününə düşür. MM-in 370.2-ci maddəsinin tələbinə görə əgər müddətin sonuncu günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtardığı gün sayılır. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə həmin gündən sonra gələn növbəti iş günü (bazar ertəsi), yəni 19.11.2018-ci il tarixində məhkəməyə təqdim edilmiş və məhkəmənin daxil olma ştampı vurulmaqla bu barədə iddia ərizəsinin üzərində qeyd aparılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Digər tərəfdən, müqavilə bitdikdən sonra cavabdehin 22.06.2016-cı il tarixində 4.000 manat məbləğində ödəniş etdiyini, bununla da onun borcunu etiraf edən hərəkətə yol verdiyini nəzərə alsaq, MM-in 384.1-ci maddəsi baxımından müddətin ötürülməsindən söhbət gedə bilməz. Beləliklə də iddiaçının apellyasiya şikayətinin müddətin ötürüldüyü mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası kredit müqaviləsi üzrə hesablanmış əsas borc və illik faiz məbləği ilə bağlı bir sıra sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyini əsas gətirməklə cavabdehin apellyasiya şikayətinin qətnaməni əsassız hesab edən dəlilləri ilə qismən razılaşmışdır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməs i haqqında müddəaları gözləməlidirlər. X1 bankı ilə cavabdeh arasında 18 noyabr 2014-cü il tarixdə bağlanmış təminatsız kredit müqaviləsinin 2.2, 2.3, 4.4 və 5.1-ci bəndlərindən görünür ki, bank borcalana illik 18 faiz dərəcəsi ilə 150.000 manat məbləğində kredit xəttinin açılmasını, borcalan isə krediti qəbul etməyi və həmin krediti və ona hesablanacaq faizləril 2 ay ərzində banka qaytarmağı öhdələrinə götürmüşlər. İşin apellyasiya mərhələsində məhkəməyə təqdim olunmuş (iş materiallarının 161-199-cü vərəqlərində olan), bank hesabından çıxarışlara, bank çekinə (21.11..2014; №1444510) və sair sənədlərə əsasən müəyyən olunur ki, borc verən bank tərəfindən müqavilədə nəzərdə tutulan kredit məbləği cavabdehə verilmiş, lakin sonuncu aldığı həmin krediti müqavilə müddəti (12 ay) ərzində banka qa ytara bilməmiş, həmin müddət bitdikdən sonra yalnız 4.000 manat məbləğində ödəniş həyata keçirmişdir (işin mübahisələndirilməyən hallarından göründüyü kimi, həmin məbləğ onun əsas borcuna aid edilmişdir). Cavabdehin nümayəndəsinin vəsatəti əsasında təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Məhkəmə Ekspekrtizası Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2019-cu il tarixli 28123 saylı ekspert rəyindən göürünr ki, cavabdehin müqavilə müddətinin bitdiyi 18.11.2015-ci il tarixinə banka olan cəmi borcu 164.485 manat (150.000,00 manat əsas, 14.485,00 manat faiz borcu) təşkil etmişdir. Bundan əlavə, ekspert müəyyən etmişdir ki, müqavilə müddəti bitdiyi 18.11.2015-ci il tarixindən sonra 22.06.2016-cı il tarixində cavabdeh tərəfindən banka 4.000 manat məbləğində ödəniş olunmuşdur. İddiaçını n tələbindən göründüyü kimi, həmin ödənişi əsas onun əsas borcuna aid aid edilmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası ekspert rəyinə inandırıcı yanaşmışdır. İddiaçı tərəfindən nə əsas, nə də faiz borcu ilə bağlı məbləğlərin həqiqiliyi sübutlarla əsaslandırılmamışdır. Apellyasiya məhkəməsində tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya əsas borc üzrə 146.000 manat, faiz borcu üzrə 14.485 manat məbləğində kredit borcunun mövcudluğu sübuta yetirilmişdir. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasə,n zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Tərəflər arasındakı müqavilənin 13.4-cü bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə banka dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Mülki qanunvericiliyin və müqavilənin qeyd olunan tələblərini nəzərə alan apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməklə banka 146.000 manat əsas, 14.485 manat faiz, cəmi, 160.485 manat məb ləğində borcunu ödəməməklə, həmin məbləğdə ona maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsinin X1 bankı ilə iddiaçı arasında bağlanmış 24.10.2017-ci il tarixli təhvil-təslim aktında qeyd edilən bütün sənədləri tələb etmədən formal qərar qəbul etməsi dəlili əsassızdır. Akta əlavə olunmuş və işin həlli üçün əhəmiyyət kəsb edən bütün sənədlər, o cümlədən ABB ASC tərəfindən 21 noyabr 2014-cü il tarixdə cavabdeh-nin adına 149.253 manat məbləğində vəsaitlə bağlı verilmiş ******* nömrəli çek, pulun alınmasını təsdiq edən sənəd, digər maliyyə sənədləri iş materiallarında vardır. Sənədlərdən görünür ki, pulu cavabdehin direktoru "Y" almış v ə bunu müvafiq sənəddə öz imzası ilə təsdiq etmişdir. Bununla belə, əgər cavabdeh həmin sənədlərdən bəzilərinin olmamasına istinad edirdisə, konkret olaraq hansı sənədin olmamasını və onun olması iş üzrə həqiqətin aydınlaşdırılmasına necə təsir etdiyini göstərməli idi. Mücərrəd şəkildə hansısa sənədin olmamasına istinad edilməsi işin həllinə xidmət etmir. Belə ki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Cavabdehin kassasiya şikayətinin Kredit Reyestri Məlumat Bazasından məlumat təchizatçısı olan X1 bank ı və iddiaçının həmin kredit üzrə verdiyi məlumatın araşdırılmaması dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Yuxarıda qeyd edildiyi kimi, bu məlumatın olmamasına istinad edən cavabdeh MPM-in 80-ci maddəsi baxımından həmin sənədin işin həlli üçün hansı əhəmiyyət kəsb etdiyini əsaslandırmalı idi. Belə ki, işin materialları ilə kredit müqaviləsi üzrə nəzərdə tutulmuş vəsaitin cavabdeh-yə ödənilməsi və borcun qaytarılmasının cavabdeh tərəfindən təmin olunmaması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin 2014-cü ildən 2018-ci ilədək kredit borcunu ödəməyən cavabdehə 4 il ərzində bir dəfə də olsa bildiriş, borc və faiz barədə məlumat verilməməsi nəticəsində şişirdilmiş faiz məbləğinin yaranması dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh müqavilə üzrə kredit aldığından, onun məbləğindən, öhdəliklərindən, kreditin bitmə tarixindən, kredit vaxtında ödənilmədiyi təqdirdə hesablanacaq faizlərdən, habelə 2014-cü ildən 2018-ci ilədək (4 il ərzində) borcu ödəmədiyindən xəbərdar idi və xəbərdar olmalı idi. Bundan başqa, bank tərəfindən cavabdehə borc və faiz barədə məlumat verilməməsi ilə borc faizinin yaranması, onun məbləğinin şişirdilməsi arasında ümumiyyətlə səbəbli əlaqə yoxdur. Hər halda cavabdeh bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, kredit müqaviləsi üzrə borc faizinin yaranması bank tərəfindən borcalana borc və faiz barədə məlumat verilməməsi nəticəsində deyil, bu müqavilə şərtlərinə uyğun olaraq və ya borcalan tərəfindən müqavilə üzrə ödənişlərin vaxtında həyata keçirilməməsi nəticəsində yaranır. Bunu nla belə, əgər cavabdehin borc və faiz barədə həqiqətən məlumat almaq niyyəti var idisə, o, bununla əlaqədar 4 il ərzində özü də banka rəsmi müraciət edə bilərdi. Lakin işin materialları ilə belə müraciətin edilməsi, ona bank tərəfindən cavab verilməməsi, yaxud həqiqətə uyğun olmayan cavab verilməsi müəyyən edilmir. Kredit xəttinin açılması barədə müqavilənin notarial qaydada təsdiq edilməməsinə dair cavabdehin kassasiya şikayətinin dəlili ilə də razılaşmaq mümkün deyil. Belə ki, MM-in 740-cı maddəsinin müqavilə imzalanan zaman qüvvədə olan redaksiyasına görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Eləcə də MM-in 740.2-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxd ursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, əvvəllər də, hazırda da borc müqaviləsinin notarial formada təsdiq olunması qanunla məcburi şərt kimi nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin cavabdeh tərəfin iştirakı olmadan onun apellyasiya şikayətinə baxması nəticəsində çəkişmə prinsipinin pozulmasına dair cavabdehin kassasiya şikayətinin dəlili isə, ümumiyyətlə, həqiqəti əks etdirmir. Belə ki, işin materiallarından görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə 30 yanvar 2020 tarixli məhkəmə bildirişi (ekspert rəyinin surəti əlavə olunmaqla) 03 fevral 2020-ci il tarixdə poçtla, cavabdehin nümayəndəsi Vəkil1 bu iş üzrə order vermiş “BHM və Partnyorları” Vəkil Bürosuna ça tdırılmışdır. Bundan başqa, məhkəmə iclasının vaxtı və yeri barədə ***-***-**-** telefon nömrəsinə 29 yanvar 2020-ci il tarixdə saat 15:35-də və 05 fevral 2020-ci il tarixdə saat 15:52-də məhkəmə tərəfindən SMS bildirişlər göndərilmiş və SMS-lər ünvana çatmışdır. İşin materiallarından görünür ki, telefon nömrəsi məhz cavabdehin nümayəndəsinə məxsusdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini də əsassız hesab edir. Kassasiya şikayətinin dəlilində iddiaçı ekspert rəyi ilə faiz borcunun məbləği hissəsində razı olmadığını qeyd etmiş və bunu Müqavilənin 8.2-ci bəndinə istinad edərək ekspert rəyində illik 18 faiz cərimə faizlərinin nəzərə alınmaması ilə əsaslandırmışdır. İşin materiallarında olan iş üzrə verilmiş maliyyə araşyşında, iddiaçının pretenziya məktubunda, id dia ərizəsində, məhkəmə iclaslarının protokollarında, yaxud digər sənədlərdə iddiaçının tələb etdiyi borc faizinin kredit üzrə 18 faiz borcdan və ya borcun gecikdirilməsinə görə 18 faiz cərimə borcundan ibarət olması göstərilməmiş və ya borc faizinin müvafiq hissələr üzrə differensasiyası aparılmamışdır. İddiaçı özü bütün sənədlərdə yalnız ümumi şəkildə cavabdehin 44.333,35 manat faiz borcunun olduğunu bildirdiyindən, heç bir sənəddə borc faizinin müvafiq hissələr üzrə bölgüsünü aparmadığından apellyasiya instansiyası məhkəməsinin məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair 29 oktyabr 2019-cu il tarixli qərardadında ekspertiza qarşısında yalnız əsas borc və illik faiz borcuna dair suallar qoyulmuşdur. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, iddia çının nümayəndəsi iclasda iştirak etmiş, ekspertiza qarşısında qoyulması nəzərdə tutulan suallar barədə dəqiqləşdirmə aparılmasına, yaxud əlavə sualların qoyulmasına dair vəsatət verməmiş, öz çıxışında yalnız məhkəmənin tələb etdiyi sənədlərin məhkəməyə təqdim olunmasını bildirməklə və onların iş materiallarına əlavə olunmasını xahiş etməklə kifayətlənmişdir. İşin materiallarından görünür ki, həmin qərardad iddiaçıya 08 noyabr 2019-cu il tarixdə təqdim olunmuşdur. İş üzrə verilmiş 28 dekabr 2019-cu il tarixli ekspertiaza rəyi 23 yanvar 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qərardadla tanış olan iddiaçı tərəf rəyin verilməsi üçün sərf olunmuş 1 ay 20 gün müddətində də borc faizinin müvafiq hissələr üzrə bölgüsünün aparılmasını, bununla bağlı vəsatətlər verilməsini, sənədlər təqdim ol unmasını lazım bilməmişdir. İddiaçı kassasiya şikayətində təkrar ekspertizanın təyin olunmasına dair vəsatətinin məhkəmə tərəfindən təmin olunmadığını bildirsə də, işə baxılması ilə əlaqədar 06 fevral 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolundan görünür ki, iddiaçının nümayəndəsi iclasda iştirak etmiş, lakin hər hansı vəsatət verməmişdir. MPM-nin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qanunun həmin tələbindən göründüyü kimi, pul vəsaitlərinin tutulması haqqında qətnamədə tutulmalı olan vəsaitlərin tərkib hissələrinin (əsas borc, faiz borcu, cərmə borcu və s.) dəqiq differensasiyası aparılmalıd ır. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunnan qanun normalarından xəbərdar olan və xəbərdar olmalı olan iddiaçı müvafiq məlumatları vaxtında məhkəməyə təqdim etməyə borclu olsa da, bunu etməmişdir. Ona görə də iş üzrə qətnamə qəbul olunduqdan sonra iddiaçının həmin qətnamənin müvafiq hissədə ləğvinə dair tələbi təmin oluna bilməz. Çünki məhkəmə işin materiallarına uyğun, tərəflərin təqdim etdikləri məlumatlar əsasında ödənilməli borcun məbləğinin müəyyən edilməsi ilə bağlı obyektiv və ədalətli qətnamə çıxarmşdır. Məhkəmə kollegiyası borc tələbinin cavabdehin daşınar və daşınmaz əmlakına yönəldilməsin dair tələbinin əsaslı olmasına dair iddiaçının kassasiya şikayətinin digər dəlili il ə razılaşmır, apellyasiya instansiyası məhkəməsinin bununla bağlı mövqeyini əsaslı hesab edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermədiyindən, iş üzrə sübutları qiymətləndirilməklə düzgün nəticəyə gəldiyindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 fevral 2020-ci il tarixli, 2-2(103)-15/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin edi lməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar