Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-242/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İlkin iddia üzrə iddiaçı “xxxx” MMC-nin ilkin iddia üzrə cavabdeh “xxxx” ASCyə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) borcun tutulması tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-yə qarşı qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə iş üzrə QƏRAR Açar sözlər: alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyas ı, hakim Bəhman Qəribovun sədrliyi, hakimlər Bəhram Məmmədlidən və İlqar Dadaşovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hüseynli Cavid Əli oğlu, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Vəlibəyov İbrahim Soltan oğlunun, vəkili Vəliyev Ramil Əmirxan oğlunun iştirakı ilə, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” ASC-nin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-2(103)34/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Satıcı qismində “xxxx” MMC (bundan sonra - MMC) ilə alıcı qismində Azərbaycan Respublikası Səh iyyə Nazirliyi “xxxx” arasında 2016-cı il 5 iyul, 2016-cı il 12 iyul və 2016-cı il 1 dekabr tarixli müqavilələr bağlanmışdır. 2. 2016-cı il 5 iyul tarixli, 38 saylı müqaviləyə əsasən satıcı alıcının sifarişi əsasında tibb və məişət avadanlıqlarını təmir etmək üçün lazım olan ehtiyat hissələri ilə təmin etməyi, alıcı isə alınmış malın dəyərini otuz gün müddətinə köçürmə yolu ilə ödənilməsini öz öhdəsinə götürmüşdür. Malın qiyməti və çeşidi bu müqavilənin ayrılmaz hissəsi olan 1№-li Əlavədə göstərilmiş 20.980 manat təşkil edir. 3. 2016-cı il 12 iyul tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya malmaterial satmağı, alıcı isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 4. 2016-cı il 1 dekabr tarixli, 16/12-01 saylı alqı-satq ı müqaviləsinə əsasən satıcı alıcıya 130403 manat dəyərində mal-material satmağı, alıcı isə həmin malları qəbul etməyi və razılaşdırılmış müddətlərdə malın haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.
5. Müqavilələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 6. 2016-cı il 18 iyul tarixli, GĞJ seriyalı, 117131 saylı qaimə-fakturaya əsasən 19.578 manat məbləğində, 2016-cı il 21 iyul tarixli, GĞJ seriyalı, 117132 saylı qaiməfakturaya əsasən 27.940 manat məbləğində, 2016-cı il 1 avqust tarixli, GĞJ seriyalı, 117133 və 117134 saylı qaimə-fakturalara əsasən 38.212, 60 manat məbləğində, 2016-cı il 9 avqust tarixli, GĞJ seriyalı, 117139 və 117140 saylı qaimə-fakturalara əsasən 28.098 manat məbləğində, 2016-cı il 1 sentyabr tarixli, GĞJ seriyalı, 117141 saylı və 117142 saylı qaimə-faktural ara əsasən 44.616 manat məbləğində, 2016-cı il 9 sentyabr tarixli, GĞJ seriyalı, 117147 saylı qaimə-fakturaya əsasən 13.454 manat məbləğində, 2016-cı il 9 sentyabr tarixli, GĞJ seriyalı, 117148 saylı qaimə-fakturaya əsasən 14.482 manat məbləğində, 2016-cı il 21 sentyabr tarixli, GĞJ seriyalı, 117153 saylı qaimə-fakturaya əsasən 17.126 manat məbləğində, 2016-cı il 3 oktyabr tarixli, GĞJ seriyalı, 117158 və 117159 saylı saylı qaimə-fakturalara əsasən 17.836 manat məbləğində, 2016-cı il 12 dekabr tarixli, GĞJ seriyalı, 117166-11770 saylı qaimə-fakturalara əsasən 53.875 manat məbləğində mallar MMC tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”na təhvil verilmişdir.
7. Tərəflər arasında imzalanmış 2017-ci il 12 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı ilə təsdiq edil ir ki, 2017-ci il 1 yanvar tarixə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”nun MMC-yə borcu 246.711,54 manat təşkil edir
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx MMC-yə 2017-ci il 24 fevral tarixdə həmin borcdan 50.000 manat, 2017-ci ilin dekabrında isə 5.000 manat ödəmiş, lakin qalıq 191.764 manat borc isə ödənilməmişdir.
9. Sonradan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “xxxx” özəlləşdirilərək “xxxx” ASC-yə (bundan sonra - ASC) çevrilmişdir. 10. 2019-cu il 9 sentyabr tarixində MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Texnikasının Təmiri və Quraşdərma Baza Zavodu”na məktub göndərərək təkrar olaraq yeddi gün ərzində 191.794 manat borcun ödənilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. MMC ASC-yə qarşı (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) 191.764 manat borcun və 30 manat dövlət rüsumunun cavabdeh ASC-dən tutulması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansında olan "xxxx" ilə 2016-cı il 12 iyul tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə MMC həmin zavoda nisyə olaraq tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil verməyi, zavod isə həmin ehtiyyat hissələrini ondan qəbul etdikdən sonra malların dəyəri olan pul borcunu ödəməyi öhdəsinə götürmüşdür. MMC öz növbəsində bağlanmış müqavilənin şərtinə əməl edib rəsmi q aimə əsasında zavoda 361.794 manat dəyərində tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil vermiş və zavodun maddi məsul şəxsləri də həmin ehtiyat hissələrini ondan təhvil almaları barədə tərtib olunmuş qaimələrdə imza edərək bu əməliyyatların reallığını zavod rəhbərliyinin imzası və zavoda məxsus olan dairəvi möhürlə təsdiq etmişlər. 2016-cı ilin dekabr ayının sonuna qədər zavod ona olan 361.794 manat məbləğində borcundan 115.000 manat ödəmiş, 2017-ci il 1 yanvar tarixə 246.764 manat məbləğində pul borcunu qalıq borc kimi saxlamışdır. 2017-ci il 24 fevral tarixdə həmin borcdan 50.000 manat, 2017-ci ilin dekabrında isə 5.000 manat ödənilmiş və bugünə kimi 191.764 manat borclu qalmışdır. Sonrakı dövrlərdə iddiaçıya məlum olmuşdur ki, zavod ondan təhvil aldığı bütün tibb avadanlıqlarının ehtiyat hissələrini tibb təşkilatlarında quraşdırmış, görülmüş işlərin yekunlaşması barədə istismar aktı tərtib olunmuş və həmin təşkilatlar da zavoda olan borcunu tam olaraq ödəmişdir. Dəfələrlə zavoddan ona olan borcunun ödənilməsi rəsmi və şifahi formada tələb edilsə də, müxtəlif bəhanələrlə borc ödənilməmişdir. 2019-cu il 9 sentyabr tarixində “xxxx” MMC adından qalıq borcun ödənilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olan Tibb Texnikasının Təmiri ve Quraşdırma Baza Zavoduna məktub göndərilmişdir (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin balansında olan Tibb Texnikasının Təmiri ve Quraşdırma Baza Zavodu ASC-yə çevrilmişdir). ASC-nin sədri Cavanşir Vəliyev 26 sentyabr 2019-cu ildə məktublarına cavab olaraq bildirmişdir ki, ehtiyat hissələri 2015-ci ildə zavodun vəsaitinə alınmış, direktor müavini Afət Babayev alınan ehtiyat hissələrini sənədləşdirmişdir. Lakin sonra məlum olmuşdur ki, göstərilən ehtiyat hissələrinin çoxu heç alınmamış, yalnız aktlaşdırılmışdır. Anbardar və ekspeditorun izahatında isə göstərilir ki, onlar iddiaçının direktoru Daşqın Süleymanovu heç görməmiş, ehtiyat hissələrini də qəbul etməmişlər. Tibb avadanlıqlarının ehtiyat hissələri Azərbaycanda istehsal olunmadığı üçün ehtiyat hissələrinin gömrük sənədlərinin təqdim olunması və Azərbaycan Respublikasının Prokurorluğundan aktlaşdırılan işlərin yoxlanılması üçün komissiya təşkil olunması xahiş edilmişdir. Halbuki 12 yanvar 2017-ci il tarixdə cavabdehlə qarşılıqlı üzləşdirmə aktı bağlanmış və həmin akta əsasən də cavabdeh 01 yanvar 2017-ci il tarixə 246.711,54 man at məbləğində qalıq borcunun olmasını etiraf etmişdir.
13. Daha sonra 2020-ci il 11 iyun tarixində cavabdehin nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə MMC arasında tərtib edilmiş 2017-ci il 12 yanvar tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı və qaiməfakturaların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə MMC arasında 2016-cı il 5 iyul və 2016-cı il 12 iyul tarixlərində alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin şərtinə görə satıcı malları alıcıya təhvil verməyi, alıcı həmin malların əvəzində ödənişi icra etməyi öhdəsinə götürmüşdür. Qeyd edilir ki, ASC cavabdeh MMC-dən 246.711 manat məbləğində mal almamış, bu məbləğ tamamilə şişi rdilmiş və Cəmiyyətin mühasibatlıq sənədlərində həmin malların qəbul edilməsinə dair heç bir mötəbər sənəd mövcud deyil. Buna baxmayaraq ASC-nin həmin dövrdəki direktoru İbrahim Vəlibəyov mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Müqavilədə və qaimə-fakturada qeyd edilən mallar isə ASC-yə təqdim edilməyib, onlar yalnız kağız üzərində olub. Sözügedən malların MMC tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sənəd və sübut yoxdur. MMC-nin həmin dövrdəki rəhbərliyi ilə ASC-nin direktor əvəzi A.S.Babayev əlbir olub həmin dövrlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx”na dövlət tərəfindən ayrılmış pul vəsaitlərini öz mənafeləri üçün silmək məqsədilə rəsmiləşdirmə aparmışlar. Həmçinin 2016-cı il 5 iyul tarixli müqaviləyə 1 N°-li Əlavə də mövcud deyil. 1
5. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli, 2-2(113)483/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı MMC-nin ilkin iddia üzrə cavabdeh ASC-yə qarşı borcun tutulması tələbinə dair ilkin iddiasının təmin edilməsi, ilkin iddia üzrə cavabdeh ASC-dən 191.764 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq MMC-yə ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh MMC-yə qarşı qaimə-fakturaların və üzləşmə aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia verilərkən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim-İradə Xasayeva).
16. Məhkəmə ilkin iddia üzrə məhkəmənin gələcəyi nəticənin qarşılıqlı iddia üzrə gələcəyi nəticədən asılı olduğunu nəzərə alıb ilk öncə qarşılıqlı iddia üzrə iddiaçı ASC-nin qaimə-fakturaların və qarşılıqlı borcların üzləşdirilməsi aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibət bildirilməsini zəruri hesab edərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı ASC qarşılıqlı iddiasını qaimə-fakturaların və üzləşdirmə aktının formal xarakter daşıması və qaimə-fakturalarda göstərilən malların onlara təqdim edilməməsi ilə əsaslandırmış, lakin tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, eləcə də həmin halları məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Əksinə mübahisəli qaimə-fakturalarda göstərilmiş malların qarşılıqlı iddia üzrə iddiaç ıya təqdim edilməsi, eləcə də qarşılıqlı borcların üzləşdirilməsi aktında göstərilmiş borcun mövcud olması faktı həmin sənədlərə qarşılıqlı iddia üzrə iddiaçının adından imza etmiş səlahiyyətli vəzifəli şəxslərin imzaları və müəssisənin möhürü ilə təsdiqlənmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəf isə həmin qaiməfakturaları və qarşılıqlı borcların üzləşdirilmə aktını imzalamış şəxslərin səlahiyyətlərini, eləcə də imzasının həqiqiliyini mübahisələndirməmişdir. Belə olan halda isə həmin sənədlər Mülki Məcəllənin 49.2-ci maddəsinin tələblərinə uyğun olaraq qarşılıqlı iddia üzrə iddiaçı üçün mülki hüquqi vəzifələr yaradır.
17. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı ASC-nin istinad etdiyi məhkəmə tərəfindən sorğu verilməsinə baxmayaraq qarşı tərəfin malların Azərbaycan Respublikası ərazis inə gətirilməsi barədə gömrük bəyannamələrini məhkəməyə təqdim etməməsi barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdeh MMCnin mübahisəli mallara dair gömrük bəyannamələrini təqdim edə bilməməsi, MMC-də həmin mallara dair gömrük bəyannamələrinin olmaması faktı özü-özlüyündə qaiməfakturalarda göstərilmiş malların qarşılıqlı iddia üzrə iddiaçıya təqdim edilməməsi barədə əsaslı nəticəyə gəlmək üçün kifayət etmir.
18. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, ASC onu təmsil edən şəxslərin müəssisənin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla hərəkət etmədiklərini hesab etdiyi təqdirdə Mülki Məcəllənin 49.3-cü maddəsinin tələblərinə əsasən həmin şəxslərdən vicdansız hərəkətləri nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməsini tələ b etmək hüququna malikdir.
19. İlkin iddiaya münasibətdə isə məhkəmə vurğulayır ki, həmin tələbin qanuni əsasını Mülki Məcəllənin 385.1, 567, 600.1-ci maddələri təşkil edir.
20. Bu Məhkəmə qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 49.1, 49.2, 49.3, 385.1, 442, 448.1, 567, 600.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
21. ASC 2020-ci il 30 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
22. Bakı Apellyasiya Məhkəməsini n Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-34/2021 saylı qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 avqust tarixli, e-2-2(113)-483/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və A.Yusifov).
23. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, onun istinad etdiyi qanunvericilik aktları ilə əsaslandırmış əlavə olaraq Mülki Məcəllənin 598.1, 598.2 -ci maddələrinə, MPM-in 81, 385.2ci maddələrinə istinad etmiş (bax yuxarıda §§ 11-15) və hesab etmişdir ki, ASC məhkəməyə mübahisələndirilən məbləğin ödənildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir.
24. Bundan başqa məhkəmə ASC-nin qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş malların həqiqətən Azərbaycan Respublikasına iddiaçı tərəfindən gətirilməsi barədə gömrük sənədlərinin, malların ASC-yə təhvil verilməsi barədə sübutlar olmadığı üçün ilkin iddianın rədd edilməli olması hissəsi ilə bağlı qeyd etmişdir ki, MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Vergi qanunvericiliyində və mühasibat uçotu qaydalarında malların təqdim edilməsinin qaimələrlə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 2.1.2-ci bəndinə əsasən mallarla birlikdə təhvil-təslim sənə dləri (qaimə-faktura) verilməlidir. Həm qanunvericiliyə, həm də tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən malların təhvil təsliminin qaimə-faktura ilə rəsmiləşdirilməsi nəzərdə tutulduğundan iddiaçı iddia tələbinin əsaslı olduğunu təsdiq etmək üçün əlavə sübutlar təqdim etməyə borclu deyil. ASC qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində qaimə fakturaların və üzləşmə aktının formal bağlandığını göstərsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddianın rədd edildiyinə dair hissədə də məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətini isə əsassız hesab edir.
25. Məhkəmənin qətnaməsi 2021-ci il 22 fevral tarixində tərəflərin elektron kabinetində yerləşdirilmiş, ASC-nin kassas iya şikayəti 2021-ci il 11 aprel tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
26. ASC həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və kommersiya mübahisəsinin yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) ASC-nin kassasiya şikayətinin dəlilləri
27. Qeyd olunur ki, ASC MMC-dən 246711 manat məbləğində mal almamış, qeyd edilən məbləğ tamamilə şişirdilmiş və Cəmiyyətin mühasibatlıq sənədlərində həmin malların qəbul edilməsinə dair heç bir mötəbər sənəd mövcud deyil. Buna baxmayaraq həmin aktı imzalayan zaman ASC-nin həmin dövrdəki direktoru İbrahim Vəlibəyov mühasibatlıq sənədlərini araşdırmadan qeyd olunan aktı imzalamışdır. Müqavil ədə və qaimə-fakturada qeyd edilən mallar ASC-yə təqdim edilməyib. Həmin mallar yalnız kağız üzərində olub. Sözügedən malların MMC tərəfindən alınmasını təsdiq edən heç bir mötəbər sənəd və sübut yoxdur. MMC-nin həmin dövrdəki rəhbərliyi ilə ASC-nin direktor əvəzi A.S.Babayev əlbir olub həmin dövrdlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibbi Texnikasının Təmiri və Quraşdırma Baza Zavodu”na dövlət tərəfindən ayrılmış pul vəsaitlərini öz mənafeləri üçün silmək məqsədilə aralarında rəsmiləşdirmələr aparılmışdır. Həmçinin, 2016-cı il 5 iyul tarixli müqaviləyə 1 №-li Əlavə də mövcud deyil.
28. Mülki iş materiallarından da göründüyü kimi, iddiaçının istinad etdiyi alqısatqı müqavilələri üzrə cavabdehə təhvil verdiyini iddia etdiyi mallar Azərbaycan Respublikasında istehsal olunmur, həm in mallar xarici ölkələrdə istehsal olduğu üçün həmin malları cavabdehə təhvil verməsi üçün malları ya gömrükdən keçirdib ölkəyə gətirməli, ya da həmin malları gətirən başqa şirkətdən alıb cavabdehə təhvil verməli idi. Lakin iddiaçı MMC tərəfindən iddia ərizəsində cavabdehə verdiyini iddia etdiyi malların hansı şirkətdən alması barədə, eləcə də ölkəyə gətirməsi barədə gömrük bəyannamələrini və bu halı təsdiq edən digər sənədləri məhkəməyə təqdim edə bilməyib. Sözügedən malların iddiaçı tərəfindən alınması, əldə edilməsi barədə sənədlər nəqədər ki, məhkəməyə təqdim edilməyib həmin malların iddiaçı tərəfindən cavabdehə həqiqətən təhvil verilməsi iddiasının əsassız olduğunu təsdiq edir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edildiyi kimi, süb utların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir.
30. Mülki iş materiallarından da göründüyü kimi, məhkəmə iddia ərizəsində qeyd edilən hallan tam, hərtərəfli araşdırmamışdır. Yəni, işin faktiki hallan ilə iddia tələbində göstərilən hallar arasında ciddi zidiyyətlər var. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdir. Tərəflərin izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edlməsini Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-2(103)-34/2021 saylı qətnaməsinin ləğv edilməsini işi yenidən baxılması üçün ape llyasiya məhkəməsinə göndərilməsini xahiş etdi.
32. Digər proses iştirakçısı olan iddiaçının nümayəndəsi və vəkili izahat verərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. MPM-in 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətna məsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
35. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məh kəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
49. Hüquqi şəxsin orqanları 49.1. Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. 49.2. Hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki h üquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələb i ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir....” Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....”. Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyət i 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....”. Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə
598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə bo rcludur....”. Maddə
601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun....”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri “... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
81. Sübutların mümkünlüyü Qa nuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”. Maddə
385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar “... 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Ali Məhkəmənin Kommersiya Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunver icilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiya məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-2(103)-34/2021 saylı qətnaməsi ləğv edilməli, işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. MPM-in 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
39. Ali Məhkəmənin Kommersiya Kollegiyası MPM-in 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya in stansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən olunub-olunmamasını da yoxlamalıdır.
40. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qətnamə ilə hesab etmişdir ki, 24 fevral 2017-ci tarixdə həmin borcdan 50.000 manat, 2017-ci ilin dekabrında isə 5.000 manat ödənilmiş və 191.764 manat borc isə ödənilməmişdir. “xxxx” ASC məhkəməyə qeyd edilən məbləğin ödənildiyini təsdiq edən sübut təqdim edə bilməmişdir.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insytansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticə qanuni və əsaslı hesab edilə biməz.
42. Belə ki, iş materiallarından görü nür ki, “xxxx” MMC-ti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansında olan “Tibb Texnikasının Təmiri və Quraşdırılma Baza Zavodu” ilə 12 iyul 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə iddiaçı həmin zavoda nisyə olaraq tibb avadanlıqlarının ehtiyat hissələrini təhvil verməyi, zavod isə həmin ehtiyat hissələrini ondan qəbul etdikdən sonra malların dəyəri olan pul borcunu ödəməyi öhdəsinə götürmüşdür.
43. Həmçinin “xxxx” ASC tərəfindən “xxxx” MMC- nə qarşı “12.01.2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktı və qaimə-fakturaların etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddia verərək, tələbini onunla əsaslandırılmışdır ki, “xxxx” ASC ilə “xxxx” MMC arasında 05 iyul 2016-cı il tarixlərdə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilənin şərtinə görə satıcı malları alıcıya təhvil verməli, alıcı həmin malların əvəzində ödənişi icra etməyi öhdəsinə götürmüşdür.
44. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Cəmiyyət tərəfindən həmin malların qəbul edilməsi məsələsini tam, obyektiv araşdırmamış və düzgün hüquqi nəticəyə gəlməmişdir.
45. MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Həmçinin, 05 iyul 2016-cı il tarixli müqaviləyə malların təhvil alınması barədə 1 №-li Əlavə də mövcud deyil.
47. Mülki iş materiallarından da göründüyü kimi, iddiaçının istinad etdiyi alqısatqı müqaviləl əri üzrə cavabdehə təhvil verdiyini iddia etdiyi mallar Azərbaycan Respublikasında istehsal olunmur, həmin mallar xarici ölkələrdə istehsal olduğu üçün həmin malları cavabdehə təhvil verməsi üçün malları ya gömrükdən keçirdib ölkəyə gətirməlidir, ya da həmin malları gətirən başqa şirkətdən alıb cavabdehə təhvil verməli idi. Lakin iddiaçı “xxxx” MMC tərəfindən iddia ərizəsində cavabdehə verdiyini iddia etdiyi malların hansı şirkətdən alması barədə, eləcə də ölkəyə gətirməsi barədə gömrük bəyannamələri və bu halı təsdiq edən digər sənədləri məhkəməyə təqdim edə bilməyib.
48. İş materiallarından görünür ki, cavabdeh birinci instansiyası məhkəməsinə vəsatətlə müraciət edərək iddia edilən malların MMC tərəfindən alınmasını təsdiq edən alış sənədlərinin (gömrük bəyannaməsi, qaimə faktura, invois e və müqavilələr) və ödəniş sənədlərinin, eləcə də 2016-2017-ci illərin Mənfəət Bəyannaməsinin məhkəməyə təqdim edilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu verilərək - “xxxx” MMC tərəfindən Yük Gömrük Bəyannamələri əsasında alınmış malların siyahısını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə sorğular verilərək - “xxxx” MMC tələfindən Elektron Vergi Hesab Fakturaları əsasında alman malların siyahısı və Mənfəət Bəyannaməsinin surətinin məhkəməyə verilməsi barədə sorğu verilməsini məhkəmədən xahiş etmişdir.
49. İş materiallarında olan 11 mart 2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, məhkəmə vəsatəti qismən təmin edərək tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıc ı tərəfindən alıcıya təqdim edilmiş malların Azərbaycan Respublikasına gətirilməsini təasdiq edən gömrük bəyannamələrin olub olmamsını, olduğu təqdirdə gömrük bəyannamələrin məhkəməyə təqdim edilməsi məqsədilə “xxxx” MMC-yə soröu verilməsi ilə kifayətlənmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qeyd edilən vəsatətə hüquqi qiymət verməmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən sözügedən malların iddiaçı tərəfindən alınması, əldə edilməsi barədə sənədlərin olmasını yenidən araşdırmalı və düzgün hüquqi nəticəyə gəlməlidir.
52. MPM-nin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun qərarının 2.4cü bəndi).
54. Buradan göründüyü kimi, məhkəmənin qətnaməsi o halda əsaslı sayılır ki, a) məhkəmənin iş üzrə gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydmlaşdırılsın, b) məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunsun, c) qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
55. Həmin Məcəllənin 88-ci maddə sinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur.
56. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
58. Avropa insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosed urları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non rıeganti, irıcumbitprobatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun'qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”.
59. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
60. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Məhkəmə kollegiyası onu da vurğulayır ki, məhkəmə işin hallarını araşdırarkən zə rurət yarandığı təqdirdə MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətlərə malikdir.
62. MPM-nin 418.3-ci maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
63. MPM-nin 417.1.3-cü maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
64. Məhkəmə Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-2(103)34/2021 saylı q ətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
65. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2-2(103)-34/2021 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.