Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-243/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı1 ASC-nin cavabdeh “xxxx” Azərbaycan X1 qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, 09.06.2021 hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Abiddin Qabil oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının vəkili, cavabdehin vəkilinin iştirakları ilə, İddiaçı1 ASC-nin cavabdeh “xxxx” Azərbaycan X1qarşı “pul” tələbinə dair kommersiya işi üzrə İddiaçı1 ASC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 f evral tarixli, 2-2(103)-51/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I.İŞİN HALLARİ
1. İddiaçı1 ASC (Sifarişçi) və “xxxx” Azərbaycan X4 (İcraçı) arasında bağlanan 03.04.2017-ci il tarixli, 14/17 saylı müqaviləyə görə, tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-12-də göstərilən texniki təsnifata və şərtlərə uyğun respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalması barədə bu Müqaviləyə 13 nömrəli Əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq İcraçının 5.709.336.51 AZN, 3.060.650 avro məbləğində qiymət təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların komplektləşdirilmiş şəkildə bu müqaviləyə 14-15 nömrəli əlavədə göstərilən müdd ətdə və qaydada Sifarişçinin Təchizat bazalarına boşaldılıb təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar icraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda İcraçı sifarişçi ilə birlikdə qüsur aktını tərtib edir və aşkar olunan qüsurların qısa müddət ərzində aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.
2. İddiaçı1 ASC tərəfindən “xxxx” Azərbaycan X3 ünvanlanan 27.02.2018-ci il tarixli pretenziyaya görə, 03 aprel 2017-ci il tarixli 14/17 nömrəli satınalma müqaviləsinə əsasən İddiaçı1 ASC-yə ümumi dəyəri 5.925.508,35 manat və ya 37.242.300 avro məbləğində müxtəlif kənd təsərrüfatı texnikalarını müqavilə üzrə nəzərdə tutulmuş müddətdə təhvil verilməsi “xxxx” Azərbaycan X4 tərəfindən öhdəliyə götürülmüşdür. İddiaçı1 ASC tərəfindən müqavilə üzrə ödənişin məbləği 5.925.508,35 manat olmasına baxmayaraq, “xxxx” Azərbaycan X4 müqavilənin şərtlərinə uyğun olaraq təhvil verdikləri mallara görə 5.709.110 manat məbləğində qaimə faktura təqdim etmişdir. Nəticədə isə müqavilə üzrə təqdim edilən malların dəyərinə nisbətən 216.398,35 manat artıq ödəmə baş vermişdir. Artıq ödənilmiş 216.398,35 manat vəsaitin ən qısa müddətdə geri qaytarılmasının təmin edilməsi xahiş edilmişdir. 3. “xxxx” Azərbaycan X4 tərəfindən İddiaçı1 ASC-yə ünvanlanmış 10.07.2018-ci il tarixli məktuba görə, 27.02.2018-ci il tarixli ASC/P/438 saylı pretenziya məktubuna cavab olaraq 14/17 saylı 03.04.2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 216.358.35 manat bor c vəsaitinin 27.03.2017-ci il tarixli 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə alınması xahiş edilmişdir.
4. Müqavilənin 9.3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439-cu maddəsinin müddəaları nəzərə alınmaqla müqavilə üzrə ödənişlər ödəniş aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. 5. 03.04.2017-ci il tarixli, 14/17 saylı müqaviləyə 13 nömrəli Əlavəyə görə, malların cəmi miqdarı 1145 ədəd, məbləği 3.060.650 avro, 5.709.336,51 manat təşkil edir. 6. 05.04.2017-ci il tarixli ödəniş sənədinə görə, ödəyici İddiaçı1 ASC alan “xxxx” Azərbaycan X4dir, köçürülən məbləğ 2.283.734.6 manatdır. 7. 16.06.2017-ci il tarixli ödəniş sənədinə görə, ödəyici İddiaçı1 ASC alan “xxxx” Azərbaycan X4dir, köçürülən məbləğ 1.753.752.45 manatdır. 8. 08.08.2017-ci il tarixli ödəniş sənədinə görə, ödəyici İddiaçı1 ASC alan “xxxx” Azərbaycan X4dir, köçürülən məbləğ 1.888.021.3 manatdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat 9. “xxxx” Azərbaycan-Türkiyə Müştərək-Müəssisəsi İddiaçı1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216.398 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216.398 manat pul məbləğindən istifadə etdiyi üçün, minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15.147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14.333 manat məbləğində pul vəsaitinin, cəmi 245.878,86 manat məbl əğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 10. iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 03 aprel 2017-ci il tarixdə “Asılan və qoşulan Texnikaların satınalınması barədə” müqavilə bağlanmış, müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, Sifarişçi bu müqavilənin tərkib hissəsi olan Əlavə 1-12-də göstərilən Texniki təsnifata və şərtlərə uyğun Respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalınması barədə bu müqaviləyə 13 nömrəli əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq icraçının 5.709.336, 51 AZN (3.060.650 Avro) məbləğində təklifini qəbul etmiş, müqavilə üzrə icraçı “xxxx” öz öhdəliklərini tam həcmdə icra etmiş, cavabdeh də müqavilə üzrə öhdəliklərini icra edərək razılaşdırılmış pul məbləğini iddiaçıya ödəmişdir.
11. Tərəflər arasında 27 mart 2018-ci il tarixdə yeni, “Texnikaların satın alınması barədə” yeni müqavilə bağlanmış, müqaviləyə 3 nömrəli Əlavədə göstərilən qiymət cədvəlindəki 1.781.260,0 manat məbləğində qiymət təklifini qəbul etmiş, iddiaçı həmin məbləğdə malları cavabdehə təhvil versə də sonuncu bu məbləğin yalnız 1.564.862,0 manat hissəsini ödəmiş, 216.398 manatı isə ödəməmişdir. Məbləğ vaxtında ödənilmədiyi üçün maliyyə çətinlikləri ilə əlaqədar “xxxx” ASC-dən 200.000 manat məbləğində kredit götürülmüş və həmin kreditə görə 14.333,0 manat kredit faizi ödənilmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 01 oktyabr tarixli, e-22(82)-894/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – L.Əliyeva). 1
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 27 mart 2018-ci il tarixli müqavilə üzrə cavabdeh İddiaçı1 ASC təqdim edilmiş malların müqabilində iddiaçı “xxxx” Müəssisəsinə cəmi 1.781.260 manat pul vəsaitini ödəməli olmuş, cavabdehin həmin müqavilə üzrə ******* manat məbləğində pulun ödənilməsinə dair öhdəliyi iddiaçıya ödənişlər edilməklə icra edilmiş, qalan 216.398 manat məbləğində borc isə iddiaçının 10 iyul 2018-ci il tarixli razılıq məktubuna əsasən “xxxx” Müəssisəsinin İddiaçı1 ASC-yə olan eyni məbləğdə borcu ilə əvəzləşdirilmiş, mübahisəli məbləğin ödənilməsinə dair cavabdehin öhdəliyinə tələblərin əvəzləşdirilməsi yolu ilə xitam verildiyindən, iddiaçı həmin öhdəliyin icrası barədə tələb irəli sürməkdə haqlı olmamışdır. 14. 03 aprel 2017-ci il tarixli “Asılan və Qoşulan Texnikaların satınalınması barədə” müqavilənin qiymətinin 3.060.650 Avro məbləğində müəyyən edilməsi və həmin məbləğin ödəniş günü məzənnəyə əsasən 5.925.508, 35 manat təşkil etməsi və buna görə də cavabdeh İddiaçı1 ASC tərəfindən artıq ödəniş edilməməsi barədə iddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, “xxxx” tələblərinin əvəzləşdirilməsinə razılıq verməklə 2017-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən faktiki artıq ödənişin həyata keçirildiyini etiraf etmişdir. Digər tərəfdən iddiaçının İddiaçı1 ASC-yə göndərdiyi təklif məktubunda, eləcə də Dövlət Xidmətinin satın alınmanın həyata keçirilməsinə razılıq məktubunda, həmçinin müqavilənin özündə müqavilə qiymətinin 5.709.336,51 manat məbləğində müəyyən edilməsi iddiaçının dəlillərinin əsassızlığına d əlalət edir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 540.1-ci maddəsi ilə əsaslandırmışdır.
15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 fevral tarixli, e-2-2(103)-43/2020 saylı qətnaməsi ilə (hakimlər E.Nağıyeva (sədrlik edən), H.Həmidov və V.Məmmədov) “xxxx” Müəssisəsinin apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, İddiaçı1 ASC-dən 216.398 manat məbləğində pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə “qətnamənin çıxarılacağı gün bank uçot dərəcəsini əsas götürərək 216.398 manat pul məbləğindən istifadə etdiyi üçün minimal bank faizi dərəcəsi ilə illik 7 faiz olmaqla hesablanmış 15.147,86 manat məbləğində faizin və məcburən bankdan götürülmüş kredit məbləği üçün 16 faiz hesabı ilə ödənilmiş 14.333 manat məbləğində pul vəsaitinin İddiaçı1 ASC-dən alınaraq iddiaçıya verilməsi” hissəsində rədd edilməsi qət edilmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 22 sentyabr tarixli, 2-2(102)-289/2020 saylı qərarı ilə (hakimlər S.Hüseynova (sədrlik edən), A.Hüseynov və B.Məmmədli) İddiaçı1 ASC-nin (hüquq varisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) İdarə Heyətinin sədri Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-cı il 18 fevral tarixli, e-22(103)-43/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
17. Ali Məhkəmənin qərarı onu nla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlərdə müəssisənin qanuni təmsilçisi kimi X5 qeyd edilmiş, lakin iddia ərizəsində, etibarnamədə və apelyasiya şikayətində icraçı direktor kimi göstərilmiş X7 səlahiyyətləri hər hansı qaydada öz təsdiqini tapmamış, beləliklə, işdə iddiaçı müəssisəyə aid sənədlər “xxxx” Müəssisəsinin adından iddia qaldırmış şəxsin belə hüquqa malik olmaması qənaətinini yaradır ki, bu hal da öz növbəsində Müştərək Müəssisənin işdə iştirak etməyə cəlb edilməmiş şəxs kimi iddia qaldırmaq hüququna dair onun hüquqlarının pozulmasına səbə olan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Qərar Mülki Prosessual Məcəllənin 69.3, 73.1, 73.4, 74.2 və 1491-ci maddələri ilə əsaslandırılmışdır. Digər iş üzrə icraat
18. İddiaçı1 ASC (bundan sonra – “iddiaçı”) “xxxx” Azərbayc an X3 (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 216398.35 manat məbləğində artıq ödənilmiş vəsaitin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC səhmlərinin 100 faizi dövlətə məxsus olmaqla, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli Sərəncamına əsasən yaradılmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinın razılığı əsasında 5.709.336,51 manat məbləğində, respublikada istehs al olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalması cavabdeh ilə birbaşa müqavilə əsasında həyata keçirilmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən müqavilə məbləği həcmində, yəni 5709110,0 manat məbləğində Cəmiyyətə elektron qaimə göndərmiş və həmin məbləğdə kənd təsərrüfatı texnikalarını təhvil vermişdir. Lakin ASC tərəfindən müqavilə şərtlərinə əsasən nəzərdə tutulmuş 5.709.336,51 manat məbləğində müqavilə dəyəri həmin dövrdə Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun olaraq, 05.04.2017-ci il tarixdə 2.283.734,60 manat, 16.06.2017-ci il tarixdə 1.753.752,45 manat və 08.08.2017-ci il tarixdə 1.888.021,30 manat olmaqla, cəmi 5.925.508,35 manat məbləğində pul vəsaiti cavabdehin hesabına ödənilmişdir. 20. 5.709.110,0 manat ödənilməli olduğu hald a, məzənnə fərqi nəticəsində 216.398,35 manat məbləğində artıq ödəmə aparılaraq ASC tərəfindən 5.925.508,35 manat məbləğində ödəniş həyata keçirilmişdir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. ASC tərəfindən artıq ödənilmiş 216.398,35 manat vəsaitin ən qısa müddətdə geri qaytarılması ilə bağlı 27 fevral 2018-ci il tarixli ASC/P-438 nömrəli pretenziya məktubu ilə cavabdehə müraciət edilmişdir. Bununla əlaqədar icraçı cavabdeh 21 may 2018-ci il tarixli və 10 iyul 2018-ci il tarixli müraciət məktublarında artıq ödənilmiş vəsaiti borc kimi qəbul etmişdir. Cavabdehin 10 iyul 2018-ci il tarixli müraciət məktubunda artıq ödənilmiş vəsait borc kimi qəbul edilmiş və ASC i lə bağlanılan 27.03.2018-ci il tarixli 18/18 saylı digər satınalma müqaviləsində ödəniş kimi nəzərə alınması xahiş olunmuşdur. Beləliklə, 03 aprel 2017-ci il tarixli, 14/17 nömrəli satınalma müqaviləsinin şərtlərinə əsasən müqavilə məbləğindən artıq ödənilmiş 216.398,35 manat məbləğində vəsait ASC-yə geri qaytarılmamışdır.
21. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli, e-2-2(113)1854/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehdən 216.398.35 (iki yüz on altı min üç yüz doxsan səkkiz manat otuz beş qəpik) manat pul tutularaq iddiaçının xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir (hakim – S.Nuriyeva).
22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 03.04.2017-ci il tarixli, 14/17 saylı müqaviləyə əsasən, Sifarişçi müqavilənin tərkib hissəsi olan Əlavə 1-12-də göstərilən texniki təsnifata və şərtlərə uyğun respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların satınalması barədə bu Müqaviləyə 13 nömrəli Əlavədə göstərilən malların qiymət cədvəlinə uyğun olaraq İcraçının 5709336.51 AZN ******* avro məbləğində qiymət təklifini qəbul etmişdir. 03.04.2017-ci il tarixli, 14/17 saylı müqaviləyə 13 nömrəli Əlavədə malların cəmi miqdarının 1145 ədəd, məbləği 3 060 650 avro, 5.709.336,51 manat olması razılaşdırılmış və hər iki tərəfdən təsdiq edilmişdir.
23. İş materiallarındakı ödəniş sənədləri ilə təsdiq olunur ki, iddiaçı tərəfindən 05.04.2017-ci il tarixdə 2.283.734.6 manat, 16.06.2017-ci il tarix də 1.753.752.45 manat, 08.08.2017-ci il tarixdə 1.888.021.3 manat olmaqla, cəmi 5.925.508,35 manat ödəniş edilmişdir. Halbuki, cavabdeh tərəfindən iddiaçıya göndərilən qaimə-fakturalarda məbləğ ******* manat məbləğin ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfindən ******* manat ödənilməli olduğu halda, 5925508,35 manat ödəniş olmuşdur.
24. Tərəflər arasında müqavilədən irəli gələn münasibətlər yaranmış, cavabdeh tərəfindən iddiaçıya texnika satılmışdır. Hər iki tərəf müqavilə üzrə öhdəliklərini icra etmiş, yəni cavabdeh malları təhvil vermiş və ******* manat məbləğində ödənişlə bağlı qaimə faktura verilmiş, iddiaçı isə malları təhvil alaraq 5925508,35 manat məbləğində ödəniş etmişdir. Arada yarana fərq olaraq 216.398,35 manat (5925508,35-5709110+216398,35) isə müqavilə üzrə öhdəlikdən kə nar icra edilmişdir. Bu da cavabdehin əsassız varlanmasına gətirib çıxarmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 10.07.2018-ci il tarixli məktubda da 14/17 saylı, 03.04.2017-ci il tarixli müqaviləyə əsasən artıq ödənilmiş vəsaitlə bağlı yaranmış 216.358,35 manat borc vəsaitinin 27.03.2017-ci il tarixli 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə alınması xahiş edilmişdir ki, bu da cavabdehin artıq ödəniş edildiyi faktını qəbul etdiyini təsdiq edir. Ona görə də 14/17 saylı 03.04.2017-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş vəsait iddiaçıya geri qaytarılmalıdır.
25. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – "Mülki Məcəllə”) 385.1, 386.1, 439.1, 439.2, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
26. İddiaçı h əmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
27. Bakı Apelyasiya Məhkəməsinin 2020-ci il 10 noyabr tarixli, 2-2(103)-556/2020 saylı qərardadı ilə (hakimlər R.Qurbanov (sədrlik edən),C.Yusifov və V.Baxışova) “xxxx” Azərbaycan X2 vəsatəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 22(103)-556/2020 saylı kommersiya mübahisəsi ilə 2-2(103)-644/2020 saylı kommersiya mübahisəsi birlikdə baxılmaq üçün bir icraatda birləşdirmişdir.
28. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-2(103)-51/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və V.Ə.Baxışova) 2 say lı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 01 oktyabr tarixli, e-2-2(82)-894/2019 saylı qətnaməsindən “xxxx” Müəssisəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli, e-2-2(113)-1854/2020 saylı qətnaməsindən “xxxx” Azərbaycan X2 apelyasiya şikayəti tam təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 01 oktyabr tarixli, e-2-2(82)-894/2019 saylı qətnaməsi və Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 23 sentyabr tarixli, e-2-2(113)-1854/2020 saylı qətnaməsi ləğv edilmiş, “xxxx” Azərbaycan-X2 iddiası qismən təmin edilmiş, 216.398 manat pul məbləğində pul vəsaiti “xxxx” ASC-dən tutularaq “xxxx” Azərbaycan X3 ödənilmiş, qalan hissədə həmin iddia təmin edilməmiş, “xxxx” ASC-nin “xxxx” Azərbaycan X1rşı 216.398,35 manat məbləğində artıq ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir.
29. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, hazırki mübahisənin həllində əsas məqam 03 aprel 2017-ci il tarixli, 14/17 saylı müqavilə üzrə cəmi ödənilməli olan məbləğlə bağlıdır. Müqavilənin qiyməti Mülki Məcəllənin 398-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qayda da yol verilir.
30. Qanunverici tərəflərin razılığı üzrə müqavilə qiymətinin sonradan dəyişməsinin müqavilədə qeyd olunması imkanını nəzərdə tutmuşdur. Hazırki işdə də tərəflər müqavilələr üzrə qiymətləri manatla müəyyən etmişlər, lakin qiymətlərin xarici valyuta məzənnəsi üzrə artıb-azalması imkanını nəzərdə tutmuşlar və buna əsasən də qiymətlərin dəyişən olmasını əvvəlcədən razılaşmışlar. 03 aprel 2017-ci il tarixli, 14/17 saylı müqavilə üzrə müqavilənin qiyməti 5.709.336,51 manat (3.060.650 Avro) müəyyən olunmuş, müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, Mülki Məcəllənin 439-cu maddəsinin müddəaları nəzərə alınmaqla müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir.
31. Həmçinin 27 mart 2018-ci il t arixli, 18/18 saylı müqavilə üzrə müqavilənin qiyməti 1.781.260 manat müəyyən olunmuş, həmin müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, malların xaricdən idxal edildiyini və icraçının qiymət təklifinin xarici valyutada (ABŞ dolları ilə) verildiyini nəzərə alaraq müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Tərəflər ödənişlərin Azərbaycan manatı ilə həyata keçirilməsi, yəni Mülki Məcəllənin 439-cu maddəsinə uyğun olaraq pul öhdəliyinin manatla ifadə olunması, müəyyən olunan qiymətin dəyişə bilməsi və ödənilməli olan məbləğin həmin gün üçün xarici valyutanın məzənnəsinə uyğun müəyyən edilməsi barədə razılaşmışlar. 32. 03 aprel 2017-ci il tarixli, 14/17 saylı müqavilə üzrə iddi açı tərəfindən cavabdehə cəmi 5.925.508,35 manat məbləğində pul vəsaitinin ödənilməsi müqavilənin şərtlərinə uyğun olduğundan, cavabdeh tərəfindən hansı məbləğdə pulun ödənilməsi ilə bağlı elektron qaimələrin göndərməsi əhəmiyyət kəsb etmir. Həmin müqavilə üzrə hər hansı əlavə ödəniş olmadığından, 216.398,35 manat məbləğində artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə iddiaçının iddia tələbləri rədd edilməlidir.
33. Tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq 27 mart 2018ci il tarixli, 18/18 saylı alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar iddiaçıya verilmiş, sonuncu isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmiş və 216.398 manat məbləğində pul vəsaitini cavabdehə ödəməmişdir.
34. Öhdəliklərin əvəzləşdirilməsi üçün ilk növbədə tərəflərdən hər birinin digəri qarşısında öhdəliyi mövcud olmalıdır və yalnız qarşılıqlı tələblər olduğu halda tərəflərin iradə ifadəsi əsasında onların əvəzləşdirilməsi mümkündür. Cavabdeh tərəfindən iddiaçıya 10.07.2018-ci il tarixli məktub göndərilən zaman cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyi, o cümlədən 03 aprel 2017-ci il tarixli müqavilə üzrə əlavə ödənilmiş 216.398,35 manat məbləğində pul vəsaitinin geri qaytarılması öhdəliyi olmamışdır. Belə olan halda, cavabdehin 10.07.2018-ci il tarixli məktubu və onun əsasında verilmiş iddiaçının idarə heyətinin sədrinin 10.07.2018-cil tarixli 3365/Ü-1 saylı əmri hər hansı hüquqi nəticəyə səbəb olmamaqla əvəzləşdirmən in aparılması əsası kimi qəbul edilə bilməz.
35. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirməmişdir. Ona görə də, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
36. Həmçinin zərərin ödənilməsi məsələlərini tənzimləyən və ü mumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin həmin tələblər üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir.
37. Cavabdeh tərəfindən bankdan kredit götürməsinin səbəbinin məhz iddiaçının hərəkətləri (27 mart 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 216.398 manat məbləğində pul vəsaitinin ödəməməsi) olması, yəni zərərlə öhdəliyin pozulması aras ında səbəbli əlaqənin olması hər hansı sübutla təsdiq olunmur.
38. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 449.1, 540, 600.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.
39. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi, 245.878,86 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair iddia tələbinin tamamilə rədd edilməsi və 216.398,35 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəli lləri 40. 03 aprel 2017-ci il tarixli 14/17 saylı müqavilənin 2.1-ci maddəsinə görə sifarişçi icraçının məhz 5.709.336,51 manat (beş milyon yeddi yüz doqquz min üç yüz otuz altı manat 51 qəpik) məbləğində qiymətini qəbul etmişdir. Yəni, gələcəkdə qeyri-müəyyənlik olmaması üçün icraçının sifarişçiyə təklif etdiyi məbləğ icraçının təklifi ilə rəqəmlə bərabər həmin müqavilənin 2.1-ci maddəsində mötərizə içərisində sözlə də göstərilmişdir.
41. Apelyasiya Məhkəməsi işə baxarkən cavabdehin iddiaçı ilə bağladığı müqavilə şərtlərinə əsasən müqavilə məbləği həcmində, yəni 5.709.110,0 manat məbləğində elektron qaimə göndərməsi faktının (halbuki 5.925.508,35 manat məbləğində pul vəsaiti ödənilmişdir), eləcə də cavabdeh müəssisənin İdarə Heyətinin sədri tərəfindən iddiaçıya ünvanlanmış 10 iyul 2018-c i il tarixli 14/17 saylı, 03 aprel 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış 216.358,35 manat borc vəsaitinin 27.03.2018-ci il tarixli 18/18 saylı müqavilədə ödəniş zamanı nəzərə alınmasına dair məktubun (məktuba görə “xxxx” X6 Müəssisəsi tərəfindən İddiaçı1 ASC-yə olan 216.358,35 manat məbləğində borc etiraf edilir), həmçinin “cavabdeh müəssisənin İdarə Heyətinin sədri tərəfindən iddiaçıya ünvanlanmış 02 fevral 2017-ci il tarixli təklif edilən texnikaların qiymətinə dair məktubun da mövcudluğunu cavabdehin iradə ifadəsi kimi qiymətləndirməmişdir.
42. Həmçinin “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli, 34 nömrəli qərarı ilə təsdiq edilmiş mallar (işlər və xidm ətlər) üzrə satınalma müqaviləsinin nümunəsində sifarişçiyə malların, işlərin və ya xidmətlərin satın alınması üçün icraçı tərəfindən edilən təklif manatla göstərilmişdir.
43. Kassasiya şikayəti “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
45. İddiaçının vəkili kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
46. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş et di. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
47. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
48. İddiaçı1 ASC iş üzrə apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
49. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələl ərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
50. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə
398. Qiymət 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləş dirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Maddə
439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. “Maddə
449. Pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Maddə
540. Öhdəliklərin əvəzləşdirilməsinin mümkünlüyü 540.1. Əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər. 540.2. Tələblərin əvəzləşdirilməsi tələblərdən birinin icra müddətinin hələ çatmadığı, lakin bu tələbə hüququ olan tərəfin əvəzləşdirməyə tərəfdar olduğu halda da mümkündür. Tələblərin əvəzləşdirilməsi bu barədə digər tərəfə məlumat verməklə həyata keçirilir. Məlumat hər hansı şərtlə və ya müddətin müəyyənləşdirilməsi ilə bağlı olduqda etibarsızdır. “Maddə
600. Nisyə satılmış ə şyanın ödənilməsi 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-2(103)-51/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
53. Cavabdehin kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə işin hərtərəfli və tam araşdırmasını aparmamış, işə lazımi diqqət edərək Dövlət Xidməti tərəfindən İddiaçı1 ASC-yə ünvanlanmış 30 mart 2017-ci il tarixli məktubda “xxxx”-la 5.709.336,51 manat məbləğində satınalınmaların həyata keçirilməsinin mümkün hesab edilməsinə dair mövqeyini nəzərə almamış, yekun nəticəyə gələrkən Müştərək müəssisənin idarə heyətinin sədri tərəfindən, təklif edilən texnikaların dəyərinin milli valyutada ifadə olunmasına lazımi diqqət yetirməmiş, Müştərək müəssisəyə 5.925.508 manat vəsait ödənilməsini müqavilə şərtlərinə uyğun hesab etmiş, 03 aprel 2017-ci il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən sifarişçi icraçının məhz 5.709.336,51 manat məbləğində qiymətin i qəbul edib, Müştərək Müəssisənin 10.07.2018-ci il tarixli məktubunu həmin müəssisənin iradə ifadəsi kimi qiymətləndirməmişdir.
54. İddiaçı1 ASC-nin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, öhdəliklərin əvəzləşdirilməsi üçün ilk növbədə tərəflərdən hər birinin digəri qarşısında öhdəliyi mövcud olmalıdır və yalnız qarşılıqlı tələblər olduğu halda tərəflərin iradə ifadəsi əsasında onların əvəzləşdirilməsi mümkündür. Cavabdeh tərəfindən iddiaçıya 10.07.2018ci il tarixli məktub göndərilən zaman cavabdehin iddiaçı qarşısında hər hansı pul öhdəliyi, o cümlədən 03 aprel 2017-ci il tarixli müqavilə üzrə əlavə ödənilmiş 216.398,35 manat məbləğində pul vəsaitinin geri qaytarılması barədə öhdəliyi olmadığından, cavabdehin 10.07.2018-ci il tarixli məktubu və onun əsasında verilm iş iddiaçının idarə heyətinin sədrinin 10.07.2018-cil tarixli 3365/Ü-1 saylı əmri apelyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 540-cı maddəsinə istinadla düzgün olaraq hər hansı hüquqi nəticəyə səbəb olmadığından əvəzləşdirmənin aparılması əsası kimi qəbul edilməmişdir.
55. Qeyd edilənlərə əsasən məhkəmənin iş materiallarındakı, dövlət satınalmaları, üzrə müvafiq səlahiyyətli qurum olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanmış ASİMDX-15/01-5/3951 saylı, 30 mart 2017-ci il tarixli “kənd təsərrüfatı texnikalarının satın alınması barədə" məktubda Respublikada istehsal olunan 1145 ədəd asılan və qoşulan texnikaların alınması üzrə “xxxx” MMC ilə məhz 5.709.336,51 manat məb ləğində satınalmaların həyata keçirilməsinin mümkün hesab edilməsinə dair rəyini, mövqeyini nəzərə almaması, eyni zamanda cavabdehin İdarə Heyətinin sədri tərəfindən İddiaçı1 ASC-yə ünvanlanmış qurumun iradə ifadəsini özündə əks etdirən 2017-ci il 02 fevral tarixli təklif edilən texnikaların dəyərini göstərən məktubda da müəyyən olunmuş ümumi məbləğin məhz milli valyutada olması faktını, cavabdehin həmin məktubda iradə ifadəsinin əks olunmasına belə lazımı diqqət yetirməməsi barədə iddiaçının dəlilləri əsassız olmaqla, apelyasiya instansiyası məhkəməsinin qanuni qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
56. Apelyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qanunverici tərəflərin razılığı üzrə müqavilə qiymətinin sonradan dəyişməsinin müqavilədə qeyd olunması imkanını nəzərdə tu tduğundan hazırki işdə də tərəflər müqavilələr üzrə qiymətləri manatla müəyyən etmişlər, lakin qiymətlərin xarici valyuta məzənnəsi üzrə artıb-azalması imkanını nəzərdə tutmuşlar və buna əsasən də qiymətlərin dəyişən olmasını əvvəlcədən razılaşdırmışlar. Belə ki, tərəflər arasında bağlanmış 03 aprel 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə müqavilənin qiyməti 5.709.336,51 manat (3.060.650 Avro) müəyyən olunmuş, eyni zamanda müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, Mülki Məcəllənin 439-cu maddəsinin müddəaları nəzərə alınmaqla müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Həmçinin tərəflər arasında bağlanmış 27 mart 2018-ci il tarixli 18/18 saylı müqavilə üzrə müqavilənin qiyməti 1.781.260 manat müəyyən olunmuş, eyni zamanda həmin müqavilənin 9.3-cü bəndində nəzərdə tutulmuşdur ki, malların xaricdən idxal edildiyini və icraçının qiymət təklifinin xarici valyutada (ABŞ dolları ilə) verildiyini nəzərə alaraq müqavilə üzrə ödəmələr ödəniş aparılan gün üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi tərəflər ödənişlərin Azərbaycan manatı ilə həyata keçirilməsi, yəni Mülki Məcəllənin 439-cu maddəsinə uyğun olaraq pul öhdəliyinin manatla ifadə olunması, eyni zamanda müəyyən olunan qiymətin dəyişə bilməsi və ödənilməli olan məbləğin həmin gün üçün xarici valyutanın məzənnəsinə uyğun müəyyən edilməsi barədə razılaşmışlar.
57. Qeyd olunanları nəzərə alaraq apelyasiya məhkəməsi hesab etmişdir ki, 03 aprel 2017-ci il tarixli, 14/17 saylı müqavilə üzrə “xxxx” ASC tərəfindən “xxxx” Azərbaycan-X3 cəmi 5.925.508,35 manat məbləğində pul vəsaitinin ödənilməsi müqavilənin şərtlərinə uyğun olub və ona görə də, “xxxx” Azərbaycan-X4 tərəfindən hansı məbləğdə pulun ödənilməsi ilə bağlı elektron qaimələrin göndərməsi əhəmiyyət kəsb etmir, həmin müqavilə üzrə hər hansı əlavə ödəniş olmamış və ona görə də, 216.398,35 manat məbləğində artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə “xxxx” ASC-nin iddia tələbləri rədd edilməlidir.
58. İddia tələblərinin həmin maddələrə əsasən təmin edilməsi üçün “xxxx” ASC həmçinin ona məxsus 216.398,35 manat məbləğində pul vəsaiti öhdəlikdən kənar hüquqi əsas olmadan “xxxx” Azərbaycan-X2 hesabına köçürüldüyünü və bunun nəticəsində sonuncunun əsassız varlandığını sübut etməli old uğu halda bunu etməmişdir. Hazırkı işdə həmçinin qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən da olunmamışdır və bu mübahisənin həllində əsas məqam 03 aprel 2017-ci il tarixli 14/17 saylı müqavilə üzrə cəmi ödənilməli olan məbləğlə bağlıdır. Apelyasiya məhkəməsi o nəticəyə gəlmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq 27 mart 2018-ci il tarixli 18/18 saylı alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar “xxxx” ASC-yə verilmiş, sonuncu isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmiş və 216.398 manat məbləğində pul vəsaitini “xxxx” Müəssisəsinə ödəməmişdir. “xxxx” ASC də həmin müqavilə üzrə 216.39 8 manat məbləğində pul vəsaitinin ödəmədiyini etiraf edir, lakin bunu onunla əsaslandırır ki, 03 aprel 2017-ci il tarixli, 14/17 saylı müqavilə üzrə onun əlavə ödədiyi 216.398,35 manat məbləğində pul vəsaiti 27 mart 2018-ci il tarixli, 18/18 saylı müqavilə üzrə ödəyəcəyi eyni məbləğdə borcla əvəzləşdirmiş, halbuki ilkin müqavilə üzrə xxxx” ASC-nin apardığı ödənişlər, həmin ödənişlər aparılan gün üçün müvəkkil bankın müəyyən etdiyi satış məzənnəsinə uyğun olaraq həyata keçirilmiş, bu halın mövcudluğu sonuncu tərəfindən də təkzib edilmir, 03 aprel 2017-ci il tarixli, 14/17 saylı müqavilə üzrə onun tərəfindən məhz 3.060.650 Avro həddində, həmin gün üçün müvəkkil bankın (hazırkı halda “Kapital Bank”) müəyyən etdiyi məzənnələrə uyğun olaraq müqavilədə razılaşdırıldığı qaydada ödəniş aparılmış və həmin müqavilə üzrə cəmi ödənilən məbləğ müqavilə şərtlərinə uyğun olmuş, sonuncu tərəfindən hər hansı əlavə ödəniş aparılmamışdır.
59. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-2(103)-51/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
61. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 05 fevral tarixli, 2-2(103)-51/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.