Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçının Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: pul tələbi 19.04.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı cavabdehdən ƏDV daxil 16.072,49 manat borcun və 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(103)-1306/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İş mate riallarında olan 67 ədəd elektron qaimədən görünür ki, İddiaçı (bundan sonra – “İddiaçı”) tərəfindən cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “MMC”) müxtəlif vaxtlarda müxtəlif adda mal satılmışdır.
2. İş materiallarında olan hesabdan çıxarışların və memorial orderlərin surətlərindən görünür ki, AGC tərəfindən İddiaçı hesabına 2018-ci il 2 may tarixli 006/05/2018 saylı alğı-satqı müqaviləsinə (bundan sonra – “Alğı-satqı müqaviləsi”) əsasən xırdavat, santexnika və elektrik materiallarının alışı üzrə 2019-cu il 23 avqust tarixində 10.000 manat, 2019-cu il 29 oktyabr tarixində 8.000 manat, 2019-cu il 6 noyabr tarixində 4.000 manat, 2019-cu il 3 dekabr tarixində 5.000 manat, 2019-cu il 10 dekabr tarixində 10.000 manat, 2020-ci il 14 aprel tarixində 18.000 manat, 2020-ci il 6 ma y tarixində 5.000 manat, 2020-ci il 22 may tarixində 6.000 manat, 2020-ci il 13 oktyabr tarixində 4.000 manat, 2020-ci il 11 noyabr tarixində 1.000 manat məbləğlərində ödənişlər edilmişdir.
3. İş materiallarından görünür ki, İddiaçı tərəfindən MMC-yə aşağıdakı elektron qaimələr göndərilmişdir: - 2018-ci il 14 dekabr tarixli seriya EAAO 400403 saylı (15.375,40 manat); - 2019-cu il 23 avqust tarixli seriya EAAY 879274 saylı (2.381,83 manat) və seriya EAAY 878742 saylı (9.418,17 manat); - 2019-cu il 29 oktyabr tarixli seriya EBAB 800281 saylı (6.242,20 manat) və seriya EBAB 799365 saylı (3.197,80 manat); - 2019-cu il 6 noyabr tarixli seriya EBAC 149990 saylı (708 manat) və seriya EBAC 148921 saylı (4.012 manat); - 2019-cu il 3 dekabr tarixli seriya EBAD 347517 saylı (1.124,78 manat), seriya E BAD 347497 saylı (2.325,78 manat) və seriya EBAD 347393 saylı (2.449,44 manat); - 2019-cu il 11 dekabr tarixli seriya EBAD 707309 saylı (11.151 manat), seriya EBAD 700576 saylı (389,4 manat), seriya EBAD 700704 saylı (141,6 manat) və seriya EBAD 701106 saylı (118 manat); - 2020-ci il 3 fevral tarixli seriya EBAD 701695 (389,4 manat), seriya EBAD 701900 (236 manat), seriya EBAD 701963 (236 manat), seriya EBAD 701480 (389,4 manat), seriya EBAD 701227 (141,6 manat), seriya EBAD 701248 (118 manat), seriya EBAD 700928 (94,4 manat), seriya EBAD 700951 (141,6 manat), seriya EBAD 701194 (70,8 manat), seriya EBAD 700778 (59 manat), seriya EBAF 802569 (59 manat), seriya EBAF 802776 (82,6 manat), seriya EBAF 802932 (295 manat), seriya EBAF 803094 (94,4 manat), seriya EBAF 803420 (94,4 manat), seriy a EBAF 805706 (4.918,24 manat) və seriya EBAF 810459 (295 manat); - 2020-ci il 4 fevral tarixli seriya EBAF 871630 (15.072,36 manat), seriya EBAF 857035 (821,52 manat) və seriya EBAF 871353 (2.259,82 manat); - 2020-ci il 5 fevral tarixli seriya EBAF 949153 (94,4 manat); - 2020-ci il 10 fevral tarixli seriya EBAG 174826 (47,2 manat); - 2020-ci il 25 fevral tarixli seriya EBAG 804659 (1.275,58 manat), seriya EBAG 804739 (389,4 manat), seriya EBAG 770357 (1.149,32 manat), seriya EBAG 806305 (1.153,75 manat), seriya EBAG 806445 (59 manat), seriya EBAG 805500 (94,4 manat), seriya EBAG 806596 (188,8 manat), seriya EBAG 808106 (295 manat) və seriya EBAG 807829 (1.722,8 manat); - 2020-ci il 3 mart tarixli seriya EBAH 136222 (94,4 manat) və seriya EBAH 136542 (35,4 manat); - 2020-ci il 15 mart tari xli seriya EBAH 707852 (47,2 manat), seriya EBAH 707842 (94,4 manat), seriya EBAH 707970 (494,42 manat) və seriya EBAH 707968 (1.087,37 manat); - 2020-ci il 7 may tarixli seriya EBAJ 633827 (3.711,10 manat), - 2020-ci il 3 avqust tarixli seriya EBAN 155813 (779,86 manat), - 2020-ci il 26 avqust tarixli seriya EBAP 127357 (2.206,6 manat) və seriya EBAP 127343 (4.755,4 manat), - 2020-ci il 3 sentyabr tarixli seriya EBAP 509742 (1.784,75 manat); - 2020-ci il 11 sentyabr tarixli seriya EBAP 848326 (127,44 manat); - 2020-ci il 25 sentyabr tarixli seriya EBAQ 382368 (2.515,17 manat); - 2020-ci il 1 oktyabr tarixli seriya EBAQ 510479 (424,8 manat) və seriya EBAQ 510473 (1.616,6 manat); - 2020-ci il 6 oktyabr tarixli seriya EBAQ 880271 (106,2 manat); - 2020-ci il 28 oktyabr tarixli seriya EBAR 860 549 (1.253,4 manat), seriya EBAR 860991 (1.762,33 manat) və seriya EBAR 861433 (1.708,64 manat); - 2020-ci il 12 noyabr tarixli seriya EBAS 476007 (1.147,55 manat) və seriya EBAS 476155 saylı (801,22 manat); - 2019-ci il 6 noyabr tarixli seriya EBAC 148921 saylı (4012 manat). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2021-ci il 29 iyun tarixində MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, MMC-dən ƏDV daxil 16.072,49 manat borcun və 30 manat dövlət rüsumunun alınıb İddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən MMC-yə müxtəlif adlarda mallar satılmış, lakin bu günə qədər qalmış ƏDV daxil 16.072,49 manat ödənilməmişdir. İddiaçı tərəfindən elektron qaimələr cavabdehə göndərilmiş və tam olaraq təsdiq edilmişdir. İddiaçı tərəfindən 2021-ci il 4 may tarixli pretenziya məktubları göndərilməklə 15 gün ərzində həmin məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlığa baxmayaraq indiyə qədər həmin məbləğdə pul ödənilməmişdir.
6. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 439.3, 442, 443.1, 448.1, 448.2-ci maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır.
7. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 sentyabr tarixli 2-2(113)-3332/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – Z.Pirverdiyev).
8. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda müxtəlif adda MMC-yə mallar satıl mış, MMC tərəfindən İddiaçının hesabına Alğı-satqı müqaviləsinə əsasən xırdavat, santexnika və elektrik materiallarının alışı üzrə 2019-cu il 23 avqust tarixində 10.000 manat, 2019-cu il 29 oktyabr tarixində 8.000 manat, 2019-cu il 6 noyabr tarixində 4.000 manat, 2019-cu il 3 dekabr tarixində 5.000 manat, 2019-cu il 10 dekabr tarixində 10.000 manat, 2020-ci il 14 aprel tarixində 18.000 manat, 2020-ci il 6 may tarixində 5.000 manat, 2020-ci il 22 may tarixində 6.000 manat, 2020-ci il 13 oktyabr tarixində 4.000 manat, 2020-ci il 11 noyabr tarixində 1.000 manat məbləğlərində ödənişlər edilmişdir.
9. MMC-nin İddiaçıya 16.072,49 manat borcu qalmışdır.
10. Məhkəmə elektron qaimələrlə, İddiaçının nümayəndəsi və vəkiliinin izahatı ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflə r arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir.
11. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə MM-in 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər.
12. İş materiallarında olan elektron qaimələrdən, hesabdan çıxarışlardan və memorial orderlərdən görünür ki, İddiaçı tərəfindən malların göndərilməsinə dair elektron qaimələr MMC-yə göndərilmiş, həmin qaimələr MMC tərəfindən təsdiq edilməklə İddiaçının hesabına ödənişlər olunmuşdur.
13. Qeyd olunanlardan göründüyü kimi, MMC-nin tərəflər arasında hər hansı m üqavilə üzrə öhdəlikləri əks etdirən heç bir sübutun iddia ərizəsində qeyd edilməməsi və yaxud sənədlərin surətinin qoşulmaması, tərəflər arasında Müqavilə və digər sənədlərin mövcud olmaması barədə dəlilləri tamamilə əsassızdır.
14. Eyni zamanda, memorial orderlərdən də göründüyü kimi MMC tərəfindən İddiaçının hesabına ödənilmiş pul vəsaitləri Alqı-satqı müqaviləsinə istinad edilməklə ödənilmişdir ki, bu hal da tərəflər arasında müqavilənin mövcud olmasını təsdiq edir.
15. İşin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, tərəflər arasında elektron qaimələrdə göstərilmiş malların alqı-satqısı ilə bağlı aralarındakı yazılı və ya şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də İddiaçı tərəfindən MMC-nin sifarişi əsasında müxtəlif adda mal sonun cuya satılmış və MMC malların dəyərinin bir hissəsini İddiaçı ödəmiş, lakin qalan hissəsinə münasibətdə isə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməkdən yayınmışdır.
16. İddiaçının üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, MMC də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməli, yəni İddiaçı satdığı malların dəyərini ödəməyə borcludur.
17. Məhkəmə öz qətnaməsini MM-in 324.4, 329.2, 441.4, 567, 600.1, 600.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 80, 119.1, 217.3, 217.4-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra – “VM”) 71-1.1, 71-1.1.1, 71-1.1.2, 71.1.1.3, 71-1.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-faktura nın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.4, 3.7.1-ci bəndlərinə istinad etməklə əsaslandırmışdır.
18. MMC-nin direktoru 2021-ci il 20 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 22(103)-1306/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 2 sentyabr tarixli 2-2(113)-3332/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda §§ 8-16) ilə razılaşmış, öz qətnaməsini həmin məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına (bax yuxarıda § 17) istinad etməklə əsaslandırmış, əlavə olaraq aşağıdakıları bildirmişdir.
21. MMC-yə İddiaçı tərəfindən elektron qaimələr (bax yuxarı § 3) göndərilmişdir.
22. Göründüyü kimi, tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanılmış, satılmış əşyalar MMC-yə verilmiş, MMC isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.
23. İddiaçı verilmiş əşyaların ödənilməmiş dəyərlərinin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır.
24. MMC-nin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda göstərilən sübutlarla təsdiq olunur ki, MMC tərəfindən İddiaçı hesabına cəmi 72.000 manat məbləğində ödənişlər edilmişdir.
25. Bundan başqa, əgər MMC-nin bildirdiyi kimi, həqiqətən də tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmasaydı və mallar MMC-yə təhvil verilməsəydi MMC İddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində etiraz edər və bununla bağlı öz etirazlarını İddiaçı bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil. Bu hal isə onun tərəfindən İddiaçı göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Həmçinin sonradan da MMC tərəfindən bununla bağlı etiraz göndərilməmişdir.
26. MMC 2022-ci il 18 fevral tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
27. MM-in 386. 1 və 570.1.1-ci maddələri tətbiq olunmamışdır. İddia ərizəsində 16.072,49 manat əsas borcun əmələ gəlməsinə dair nəticələr ümumi sözlərlə, heç bir sənədə, hesab fakturaya və s. məcburi məlumatlara istinad edilmədən göstərilmişdir. Eyni zamanda, öhdəliklərin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarında isə hər hansı müqavilə mövcud deyil. Bununla da MMC-nin İddiaçı qarşısında öhdəliyi yaranmamışdır. İş materiallarına təkcə qaimələr əlavə edilmişdır. Qaimələrdə əks olunmuş malların MMC-yə verilməsini, onların təhvil-təslimini təsdiqləyən hər hansı sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. Məhkəmə isə qeyd edilən satış qaimələrinə düzgün hüquqi qiymət verməmişdir. Həmin qaimələrin bir hissəsi sistem tərəfindən təsdiq olunmuşdur (MMC tərəfin dən qaimə qəbul olunmadığından) və bu da əşyaya faktiki sahibliyə nail olmaq kimi qiymətləndirilə bilməz.
28. MPM-in 106.1 və 175.1-ci maddələri pozulmuşdur. Məhkəmə işə baxarkən hər bir sübutu şərh etməli, ekspert təyin etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Lakin məhkəmə bu normanın tələbinə də əməl etməmiş, heç bir əsas olmadan iddiaçının iddia tələbini təmin etmişdir. Bütün bunlar bir daha göstərir və sübut edir ki, Bakı Apellyasiya Məhkəməsi prosessual normalara riayət etməmiş, habelə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış, nəticədə əsassız qətnamə çıxarmışdır.
29. Yuxarıda göstərilənlərdən məlu m olur ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnaməni qəbul edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermış, habelə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və bu səbəbdən məhkəmə qərardadının kassasiya qaydasında ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır (MPM-in 418.1 və 418.3-cü maddələri). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
34. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
324. Əqd anlayışı və onun növləri... 324.4. Müqavilənin bağlanması üçün iki tərə fin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir....” “Maddə
329. Əqdlərin formaları... 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır....” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə
441. Öhdəliklərin q arşılıqlı icrası... 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata k eçirməlidir.... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”
35. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardı r.” “Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir....” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qət naməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.”
36. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 711.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işləri n görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində.”
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “... 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.... 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.... 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir:... 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini (bax yuxarıda §§ 27-29) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən mad di və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
39. Kassator özünün kassasiya şikayətində istinad etdiyi eyniməzmunlu dəlilləri hazırkı məhkəmə icraatının əvvəlki mərhələlərində də bildirmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər qətnamədə cavablandırılmışdır.
40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 35) uyğun olaraq, qanuni və əsaslı hesab etdiyindən həmin dəlillər üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət baxımından lüzum görmür, bununla belə, əlavə olaraq aşağıdakıları bildirməyi məqsədəmüvafiq hesab edir.
41. Kassatorun mövqeyinə görə, tərəflər arasında bağlanmış müqavilə, hesab fakturalar, m alların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları təqdim edilmədiyindən AGC-nin İddiaçı qarşısında öhdəliyi yaranmamışdır.
42. MM-in 404.2-ci maddəsinə (bax yuxarıda § 34) görə, müqavilənin təfsiri zamanı müqaviləyə qədərki danışıq və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, AGC tərəfindən İddiaçı hesabına 2018-ci il 2 may tarixli 006/05/2018 saylı alqı-satqı müqaviləsinə əsasən xırdavat, santexnika və elektrik materiallarının alışı üzrə 2019-cu ildə ayrıayrı tarixlərdə 10.000 manat, 8.000 manat, 4.000 manat, 5.000 manat, 10.000 manat, 2020-ci ildə isə 18.000 manat, 5.000 manat, 6.000 manat, 4.0 00 manat, 1.000 manat məbləğlərində ödənişlər edilmişdir.
44. Kassator həmin halların həqiqiliyini kassasiya şikayətində tutarlı dəlillərlə təkzib etməmişdir.
45. Əgər kassatorun mövqeyi əsaslı hesab edilsə, onda gərək sözügedən malların alışı üzrə də tərəflər arasında hər hansı yazılı müqavilə bağlanmalı, hesab fakturalar təqdim edilməli və/və ya malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları tərtib edilməli idi.
46. Bu baxımdan, AGC-in aldığı və ödənişini həyata keçirdiyi mallar üzrə həmin sənədlərin mövcudluğunu sübutetmə vəzifəsi MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 35) uyğun olaraq, məhz AGC-nin üzərinə düşürdü.
47. Lakin həmin malların alışı üzrə tərəflər arasında hər hansı yazılı müqavilənin bağlanılması, hesab fakturaların təqdim edilməsi və/və ya malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktlarının tərtib edilməsi iş materialları ilə müəyyən edilmir.
48. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında mövcud olmuş alqısatqı münasibətlərində yaranmış işgüzar təcrübəyə uyğun olaraq, yazılı müqavilənin bağlanması, hesab fakturaların təqdim edilməsi və/və ya malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktlarının tərtibinin tələb olunması iş materialları ilə öz təsdiqini tapmadığından, kassatorun hazırda ondan tələb olunan borc üzrə belə sənədlərin mövcud olmadığına istinad edilməsi mübahisənin həlli baxımından ədalətli və əsaslı hesab oluna bilməz.
49. Məhkəmənin sübutları şərh etməməsinə, ekspertiza təyin etməməsinə, sübutları əlaqələndirməməsinə, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərinin aydın göstərilməməsinə dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, kassasiya şikayətində bununla bağlı yalnız ümumi xarakterli ifadələr işlədilməklə kifayətlənilmiş, konkret dəlillərə istinad olunmamış, həmçinin yuxarıda qeyd olunduğu kimi, məhkəmənin məhz hansı nəticəsinin qanunsuz və əsassız olması tutarlı şəkildə əsaslandırılmamışdır.
50. İş üzrə ekspertizanın təyin edilməsi isə MPM-in 97.1-ci maddəsinə (bax yuxarıda § 35) əsasən, məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırkı halda işə baxan məhkəmələr həmin hüquqdan istifadə olunmasına lüzum görməmiş, bununla da məhkəmə kollegiyasının qənaətinə görə, hər hansı hüquq pozuntusuna yol verməmişdir.
51. Digər tərəfdən, elə həmin normaya əsasən, işdə iştirak edən şəxs özü də ekspertizanın təyin olunması barədə məhkəməyə yazılı qaydada əsaslandırılmış vəsatət vermək hüququna malikdir. Lakin cavabdeh tərəfin belə vəsatət verməsi iş materialları ilə müəyyən olunmur.
52. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.
53. Şərh edilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 22(103)-1306/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e