Məhkəmə qərarları › İş №2-2(102)-244/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-244/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-244/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İlk iddiaçı “Arkoz X12” MMC-nin Cavabdeh MMC-yə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “Arkoz X12” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, X5 ibarət tərkibdə, İlk iddiaçı “Arkoz X12” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh “Arkoz X12” MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzr ə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. Satıcı "xxxx" MMC (sonrakı adı: İddiaçı MMC, indiki adı: “Arkoz X12” MMC) ilə alıcı - “X14” MMC (indiki adı: Cavabdeh MMC) arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGC SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsinin 2.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən spesifikasiya(lar)da göstərilən tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə betonu satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir.

2. İstehsalçı "xxxx" MMC ilə di stribüter “X14” MMC arasında bağlanmış 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilənin şərtlərinə görə: - İstehsalçı özünün istehsal etdiyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilən sement məhsullarını satmaq hüququnu distribüterə verir (1.1-ci bəndi). - İstehsalçı istehsal etdiyi malların satışını bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə göstərilən həcmdə və şərtlərlə distribüterə verir (2.1-ci bənd). - İstehsalçı tərəfindən təchiz edilən mallara bu müqavilənin əlavə 2-də göstərilən aylar üzrə satış həcmləri müəyyən olunur (5.1-ci bənd).

3. Cavabdeh MMC tərəfindən təqdim edilmiş 2018-ci il 3 yanvar tarixli Distribüter müqaviləsinin 6A saylı əlavəsində qeyd olunur ki, müq avilənin 5-ci bəndinə aşağıdakı 5.5 yarımbəndinin əlavə edilməsi razılaşdırılır: “Distrubüter il ərzində 1 milyon manatdan artıq satış reallaşdırarsa satılmış məhsulların dəyərinin 5% məbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında distribüterə geri ödənilir. Bu əlavə İddiaçı MMC tərəfindən X9 Fariz İbrahimli tərəfindən imzalanmış, möhürlə təsdiq edilmişdir.

4. Satıcı "xxxx" MMC ilə alıcı “X14” MMC arasında bağlanmış 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə: - Satıcı hazırkı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq Klinker məhsulunu alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir (1.1-ci bənd). - Malın qiyməti satıcı və alıcı ilə razılaşdırılmış formada müqaviləyə əlavədə müəyyən olunur (2.1-ci bənd). - Mal alıcı tərəfindən sifariş verildikdən sonra 3 iş günü ərzində (bu müqavilənin 4-cü maddəsi daxilində) alıcıya təhvil verilir. Ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 %-i miqdarında alıcıya cərimə tətbiq edilir (3.1-ci bənd).

5. Tərəflər arasında imzalanmış və təsdiq edilmiş 2018-ci il 5 yanvar tarixli İP/HGC/31-16-16 saylı üzləşmə aktından görünür ki, 2017-ci il 31 dekabr tarixinə sement, beton, qum-çınqıl satışı üzrə qalıq borc 3.691.344,80 (ƏDV ilə) manat təşkil etmişdir.

6. İddiaçı MMC tərəfindən Cavabdeh MMC -yə 3.880.888,89 manat məbləğində malın təqdim edilməsi ilə bağlı 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə göndərilmişdir.

7. İddiaçı MMC-nin yazılı izahatında (İİİ cild, i/v 39) qeyd edilir ki, Cavabdeh MMC-yə ümumilikdə müqavilələr üzrə 31.510.351,98 manat dəyərində mal təqdim edilmiş, 28.073.616,4 manat ödəniş həyata keçirilmiş, 3.436.735,58 manat borc ödənilməmişdir.

8. İddiaçı MMC-nin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2021-ci il 24 sentyabr tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh MMC-yə 2018-ci il 3 yanvar tarixli alqı-satqı müqaviləsi üzrə satılmış malların (sement və klinker materialı) ümumi dəyəri ƏDV daxil 26.316.182,88 manat, 2018-ci il 1 fevral tarixli müqavilə üzrə satılmış beton materialının ümumi dəyəri 6.233.795,75 manat olmuşdur.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 2020-ci il 22 iyul tarixli 409 nömrəli pretenziya məktubunda ümumilikdə 3.089.073,42 manat borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir.

10. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanan 2021-ci il 5 yanvar tarixli 05/21 nömrəli pretenziya məktubunda ümumilikdə 5.234.283,4 manat borc məbləğinin ödənilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 11. “Arkoz X12” MMC (bundan sonra – “iddiaçı) 2020-ci il 25 dekabr tarixində Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Ko mmersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 3.089.073,42 manat qalıq borcun (3.081.151,71 əsas borc + 7.921,71 ƏDV borcu), gecikdirilmiş müddət üçün 308.907,34 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.398.010,76 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 1 fevral tarixli HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi, 2018-cı il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə və 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsi (klinker satışı üzrə) bağlanmışdır. İddiaçı cavabdeh qarşısında hər üç müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımınca icra edərək, öz istehsalı olan müvafiq həcmdə sement məhsullarını (sement, beton və klinker) cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh iddiaçıdan aldığı malların dəyərini qismən ödəmiş, cari tarixə iddiaçıya ümumilikdə 3.089.073,42 manat (3.081.151,71 əsas + 7.921,71 ƏDV) ödənilməyən borcu qalmışdır. Müqavilələr üzrə öhdəliyin yerinə yetirilməsi, yəni iddiaçıya olan qalıq borcunun tam şəkildə ödənilməsi məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də, cavabdeh borcunun ödənilməsini təmin etməmişdir.

13. Daha sonra iddiaçı 2021-ci il 31 may tarixində məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehdən 3.436.735,58 manat qalıq borcun, gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 442, 462.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad olunmuşdur.

15. Cavabdeh 2020-ci il 25 dekabr tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək onun geri qaytarılmasını xahiş etmiş, etirazını onunla əsaslandırmışdır ki, iddiaçı uydurma iddialarla cavabdehə qarşı məhkəmələrdə əsası olmayan ərizələr verir. Əsas məqsəd şirkətə qarşı təzyiqlər etməkdən, iftiradan ibarət olmuşdur. Belə ki, işə əlavə edilm iş pretenziya 2020-ci il 22 iyul tarixində həqiqətən cavabdehə göndərilmiş və cavabdeh tərəf də cavab olaraq bildirmişdir ki, onun iddiaçıya hər hansı bir borcu yoxdur. Eyni zamanda, cavabdeh ilə iddiaçı arasında 20-dən çox müqavilə və 30-dan artıq əlavələr olmuşdur. Konkret olaraq hansı müqavilə üzrə iddia irəli sürüldüyünə dair qeyd pretenziyada göstərilməmişdir. Ümumiyyətlə, cavabdehin iddiaçıya hər hansı bir borcu mövcud deyil, əksinə iddiaçının cavabdehə 4,6 milyon manat civarında borcu mövcuddur. İddia ərizəsində qeyd olunmuşdur ki, guya 2018-ci ildə cavabdeh zavoddan klinker almışdır. Lakin cavabdeh zavoddan hər hansı bir klinker almamışdır. Əgər elə bir qaimə mövcuddursa, iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilməlidir. Əlavə olaraq pretenziya məktubuna cavabdeh tərəfin cava bında da göstərdiyi kimi hansı qaimə üzrə ödənişin edilməməsi barədə konkret faktlar göstərilməlidir.

16. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2017-ci il 1 fevral tarixli HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi və malların satışı üzrə “Distribüter hüquqlarının verilməsinə dair" 2018-cı il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə avans olaraq iddiaçıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsasən 1.271.632,66 manat məbləğin uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş ka rtları üzrə 110.000 manat məbləğin, istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin, iddiaçı tərəfindən cavabdehə qaimə vurulmasına baxmayaraq, müştəriyə çatdırılmayan 369.000 manat məbləğin, 2019-2020ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8%-lə hesablanmaqla 721.970,12 manat dəbbə pulunun, ümumilikdə 5.234.283,4 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə cavabdehin iddiaçıya 21.553.096 manat əsas və 3.879.557,28 manat ƏDV olmaqla, ümumilikdə 25.432.653,28 manatlıq qaimə fakt ura qarşılığında iddiaçıya ödədiyi məbləğ 23.759.605 manat əsas və 4.276.728,9 manat ƏDV, ümumilikdə 28.036.333,9 manat təşkil edir. Faktiki əlavə avans olaraq 2.206.509 manat əsas və 397.171,62 manat ƏDV məbləğində qarşı tərəfə vəsait ödənilməsinə baxmayaraq, iddiaçı öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin qərb bölgəsindəki layihələri davam edən zaman iddiaçıdan məhsulların alınması mümkün olmamışdır. Ümumiyyətlə, 2016-cı ildən başlayaraq iddiaçı və cavabdeh arasında imzalanmış müqavilələrə əsasən iddiaçı daim öncədən cavabdehin adına hesab fakturalar kəsmiş və cavabdeh də öz növbəsində avans ödənişlər həyata keçirmişdir. 18. 2018-ci il 30 may tarixinə “PwC” audit şirkətinin debitor-kreditorların analizi hesabatından da görünür ki, cavabdehin iddiaçıya nəinki borcu yoxdur, əksin ə olaraq bütün müqavilələr üzrə ödənişləri öncədən həyata keçirmişdir. Bununla yanaşı, debitorkreditor borcların vəziyyətinə dair iddiaçının keçirdiyi toplantının nəticəsi olaraq tərtib edilmiş 2018-ci il 2 iyul tarixli iclas protokoluna əsasən, bütün debitorların siyahısı əks etdirilmiş və zavod rəhbərliyi, mühasibatlıq, maliyyə, satış və digər bölmələr sözügedən protokola imza atmışdır. Əgər cavabdehin iddiaçıya hər hansı borcu mövcud olsaydı, sözügedən protokolda əksini taparaq borcun hansı dövrə təsadüf etməsi də göstərilərdi. Bundan əlavə, tərəflər arasında imzalanmış 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli, 6A saylı Əlavəsində “Distribüter il ərzində 1.000.000 manatdan artıq satış reallaşdırarsa, satılmış məhsulların dəyərinin 5 faiz m əbləği bonus kimi istehsalçı tərəfindən hesablanaraq növbəti ilin birinci ayında “Distribüter”ə geri ödənilir” müddəası vardır. Müqavilənin bu müddəası iddiaçı tərəfindən kobud şəkildə pozularaq cavabdehə çatası 1.271.632,66 manat vəsait bugünə kimi ödənilməmişdir.

19. Digər tərəfdən, zavod tərəfindən istehsal olunmuş kisə sementlərinin daxilinə yerləşdirilmiş uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən 110.000 manat məbləğində ödəniş də bu günə qədər ödənilməyib. 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilə üzrə istehsalçı tərəfindən təqdim olunmuş sement məhsulunun daşlaşması nəticəsində yararsız vəziyyətdə olan və satılması mümkün olmayan mallar üzrə 158.000 manat dəyərində məhsul zavod nümayəndələri ilə birgə aktlaşdırılsa da, əvəzində nə yeni sement verilmiş, nə də ki, vəsait bu günə kimi geri ödənilməmişdir. Cavabdehin adına iddiaçı tərəfindən bir sıra qaimələr vurulmasına baxmayaraq, cavabdehin müştərilərinə 369.000 manat dəyərində sement çatdırılmamışdır. Zavodun satış menecerləri Rəmzi Nəbiyev, Elnur Orucov, Natiq Qocayev və Ramiz Mustafayev cavabdehin distribüter şəbəkəsinə qaimələri yazsa da, həmin qaimələr üzrə mal çatdırılmamışdır.

20. Qarşılıqlı iddia tələbinin hüquqi əsası kimi MPM-in 155.1, 156-cı maddələrinə istinad olunmuşdur.

21. Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 16 iyun tarixli e-2-2(113)-780/2021 saylı qətnaməsi ilə hər iki iddia rədd edilmiş, ilkin iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya, qarşılıqlı iddia verilərkən ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin (hakim – Z.Axundova).

22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunanlara əsasən, iddiaçı ilə cavabdeh arasında 2017-ci il 1 fevral tarixində HGC-SB 001/0217 saylı beton alqı-satqısı müqaviləsi bağlanmışdır. Bundan sonra tərəflər arasında 2018-ci il 3 yanvar tarixində distribüter hüquqlarının verilməsinə dair müqavilə bağlanmış, həmçinin iddiaçı ilə cavabdeh arasında klinker məhsulunun satışı ilə bağlı 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı başqa sübutlarla yanaşı, 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə və 2018-ci il 5 yanvar tarixli üzləşmə aktını iddia tələbinin təsdiq edən sübut qismində məhkəməyə təqdim etmişdir.

23. Cavabdehin nümayəndələri digər elektron qaimələri mübahisələndirməmiş, lakin 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaiməni qəbul etmədiklərini, qaimənin qanunla müəyyən olunmuş formada tərtib olunmadığını və həmin qaimə üzrə malların cavabdehə göndərilmədiyini bildirmişlər. Eyni zamanda, 2018-ci il 5 yanvar tarixli üzləşmə aktının əslinin deyil, kserosurətinin məhkəməyə təqdim edildiyini bildirərək, cavabdehin nümayəndəsi tərəfindən göstərilən üzləşmə aktının imzalanmadığını, belə bir üzləşmə aktının olmadığını və qanunvericiliyə əsasən həmin aktın əslinin məhkəməyə təqdim edilməli olduğunu qeyd etmişdir. İddiaçıya üzləşmə aktının əslinin məhkəməyə təqdim olunması təklif edilmişdir. Vaxt verilsə də, iddiaçının nümayəndəsi həmin aktın əsli və ya lazımi qaydada təsdiq olunmuş surətlərini m əhkəməyə təqdim etməmişdir.

24. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ilk iddia tələbini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır.

25. Cavabdeh 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə malların təhvil verilmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi mallar göndərilərkən tərəflər arasında təhvil-təslim aktının tərtib edilmədiyini bildirmiş və bu hal cavabdehin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Cavabdeh təqdim olunan qaimələrdən yalnız 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaiməni mübahisələndirmiş, həmin elektron qaimə üzrə onlara hər hansı mal göndərilmədiyini bildirmişdir. İddiaçı malların cavabdehə göndərilməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda, 20 21-ci il 16 iyun tarixli məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında bildirmişdir ki, tərəflər arasında təhvil-təslim aktı tərtib olunmurdu. Yol nəqliyyat qaiməsi ilə mallar göndərilir və qəbul edilirdi. Lakin sözügedən elektron qaimə üzrə malların göndərilməsi və qəbul edilməsini təsdiq edən yol nəqliyyat qaiməsi və hər hansı digər sübut məhkəməyə təqdim edilməmişdir.

26. İlkin iddia tələbinin digər hissəsini gecikdirilmiş müddət üçün 343.673,55 manat cərimənin cavabdehdən tutulması təşkil etmişdir. Tələb olunan məbləğlərin bilavasitə bağlı olduğu hal iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyindən ilkin iddia tələbi təmin edilməməlidir.

27. Eyni zamanda, cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edilmişdir ki, iddia müddəti ötürü lmədən məhkəməyə müraciət olunmuşdur.

28. Qarşılıqlı iddia tələbinin bir hissəsi avans olaraq iddiaçıya ödənilmiş 2.206.509,00 manat əsas və 397.171,62 manat ƏDV məbləği olmaqla, cəmi 2.603.680,62 manat məbləğin ödənilməsindən ibarət olmuşdur. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda həmin məbləğin avans olaraq ödənilməsi ilə bağlı hər hansı qeyd olunmamışdır. Həmçinin cavabdeh də həmin ödənişlərin avans olaraq ödənilməsi barədə digər hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının nümayəndəsi müqavilədə avans şəklində ödənişin edilməsi ilə bağlı razılaşmanın olmadığını, alıcı tərəfindən mallar qəbul olunduqdan sonra ödənişlərin edildiyini, belə olan halda satıcı tərəfin deyil, alıcı tərəfin borclu qala biləcəyini və edilmiş ödənişlərin hamısının satılmış malların dəyərinin ödənilməsi üçün edildiyini bildirmişdir. Ona görə də məhkəmə həmin hissədə iddianı əsassız hesab etmişdir.

29. Qarşılıqlı iddia tələbinin digər hissəsini 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli müqaviləyə 6A saylı əlavəsinə əsasən, 1.271.632,66 manat məbləğin iddiaçıdan tutulması təşkil etmişdir. 2018-ci il 31 iyul tarixli müqaviləyə 6A saylı əlavənin əsli və ya qanunvericilikdə müəyyən olunmuş qaydada təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi isə tərəflər arasında 6A saylı əlavə formasında razılaşmanın mövcud olmadığını bildirmişdir.

30. Cavabdeh uduş kartları üzrə realizə edilmiş kisə sementlərindən çıxan uduş kartları üzrə 110.000 manat məbləğin iddiaçıdan t utularaq ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, şahid qismində dindirilən X8 da uduş kartlarının mövcud olmasını təsdiqləsə də, iddiaçının uduş kartları üzrə 110.000 manat məbləğində pulun cavabdehə ödəməli olması sübuta yetirilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi qeyd olunan hissələrdə rədd olunmalıdır.

31. Məhkəmə qarşılıqlı iddia tələbinin istehsalçının günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək daşlaşmasına görə zavoda geri qaytarılmış sement üzrə 158.000 manat məbləğin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə də qarşılıqlı iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

32. Eyni zamanda, cavabdeh istehsalçı günahından keyfiyyətsiz məhsulun yararsız hala düşərək vurulmasına baxmayaraq, müştəriyə çatdırılmayan 369.00 0 manat məbləğin 2019-2020-ci illər üçün iddiaçının əsassız olaraq özündə saxlamaqla istifadə etdiyi məbləğə Mərkəzi Bankın orta uçot dərəcəsi 8%-lə hesablanmaqla 721.970,12 manat dəbbə pulunun ödənilməsini də xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin bu hissəsinə münasibətdə qeyd etmişdir ki, tələb olunan məbləğlərin bilavasitə bağlı olduğu hal cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyindən qarşılıqlı iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir.

33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MPM-in 14.2, 76.1, 76.2, 77.1, 89.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. Cavabdeh 2021-ci il 26 iyul tarixində apellyasiya şikayəti verərək həmin qətnamədən qismən ləğv edilərək qarşılıqlı iddianın təmin olunmasını, ilk iddianın rədd edilməsi ba rədə qətnamənin dəyişdirilmədən saxlanılmasını, iddiaçı isə 2021-ci il 30 iyul tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

35. Cavabdeh 2021-ci il 14 iyun tarixli vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 27 oktyabr tarixli 2-2(103)-1025/2021 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 2022-ci il 18 mart tarixli məktubla ekspertizanın aparılmasından imtina etmiş, ekspertizanın həyata keçirilməsi üçün tərəflər arasında aparılmış maliyyə təsərrüfat nəticələrinə dair audit hesabatının təqdim edilməsinin zəruri olduğu qeyd etmişdir.

36. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 16 may tarixli 2-2(103)-50/2022 saylı qərardadı ilə kompleks ekspertiza - sənədlərin məhkəmə texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasının 2022-ci il 19 sentyabr tarixli 4/815-5/617 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - “Malların satışı üzrə distributor hüquqlarının verilməsinə dair 2018-ci il 3 yanvar tarixli HGC GD 001/18 saylı müqaviləyə 2018-ci il 31 iyul tarixli 6A saylı Ə lavədə “İstehsalçı” hissəsində “X9 Fariz İbrahimli” yazılarından aşağıdakı imza – X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - 6A saylı Əlavənin üzərində olan İddiaçı-na aid möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. - 6A saylı Əlavənin üzərində olan “Azərbaycan Respublikası Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı məzmunlu möhür əksi təqdim edilmiş sərbəst (cild 4, iş v. 69) və eksperimental (cild 4, iş v. 145) əks nümunələri ilə eynilik təşkil etmir.

37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın rədd edildiyi hissədə l əğv edilmiş, ilk iddia təmin edilərək cavabdehdən 3.436.735,58 manat qalıq borc, gecikdirilmiş müddət üçün 343.673,55 manat faiz və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 3.780.439,13 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, 162 manat ekspertiza xərcinin cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

38. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında 2017-ci il 1 fevral tarixli SB 001/0217 saylı betonun alqı-satqısı müqaviləsi, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı malların (əlavə 1-də qeyd edilmiş sement və klinker məhsulların ın) satışı üzrə “Distribüter” hüquqlarının verilməsinə dair müqavilə, 2018-ci il 4 yanvar tarixli HGC GS 030/0118 saylı klinker məhsulunun satışı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə müxtəlif məhsullar satılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində satılmış məhsullar üzrə cəmi 28.036.333,9 manat ödənildiyini qeyd etsə də, iddiaçının nümayəndəsinin yazılı izahatında cavabdeh tərəfindən həyata keçirilmiş ödənişin ümumi məbləğinin bu məbləğdən daha artıq - 28.073.616,4 manat olduğu qeyd olunur. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən ümumi alınmış mallar üzrə 28.036.333,9 manat ödəniş həyata keçirildiyini iddiaçı qəbul edir.

39. İddiaçı cavabdehə təqdim edilmiş mallar üzrə qalıq borcun 3.436.735,58 manat olduğunu göst ərsə də, qarşı tərəf həyata keçirdiyi ödənişlərdə təyinat göstərilmədiyindən və ödənişlər ümumi borc üzrə silindiyindən qalıq borcun hansı müqavilə üzrə və hansı tarixdə təqdim edilmiş qaimə üzrə yarandığını göstərə bilməmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə satılmış ümumi malların dəyərinin və qarşı tərəfə borcu olub-olmadığının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası 2022-ci il 18 mart tarixli məktubla ekspertizanın aparılmasından imtina edilmiş, ekspertizanın həyata keçirilməsi üçün tərəflər arasında aparılmış maliyyə təsərrüfat nəticələrinə dair audit hesabatının təqdim olunmasının zəruri olduğu qeyd edilmişdir.

41. Cavabdehin apellyasiya instansiyası m əhkəməsinə təqdim etdiyi 2022-ci il 18 aprel tarixli “X7” MMC-nin audit rəyində qeyd edilmişdir ki, tərəflər arasında müqavilələr bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 24.103.861,69 manat ödənilmiş, 2020ci il 25 dekabr tarixinə iddiaçının cavabdehə 4.776.776,81 manat borcu yaranmışdır.

42. Qeyd edilən audit rəyinin hansı sənədlər əsasında tərtib olunduğu rəydə qeyd edilmədiyindən, o cümlədən 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə əsasında malın təhvil verilib-verilməməsi ilə bağlı məsələyə auditor tərəfindən deyil, tərəflərin təqdim etdiyi sübutlar əsasında məhkəmə tərəfindən hüquqi qiymət verilməli olduğundan məhkəmə həmin audit rəyini mötəbər sübut kimi qəbul etmir.

43. İşə apellyasiya qaydasında baxılarkən hər iki tərəfin apellyasiya şikayəti nin dəlilləri hərtərəfli araşdırılaraq müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya borcu 2018ci il 3 yanvar tarixli müqavilə əsasında sement məhsulunun təqdim edilməsi ilə bağlı göndərilmiş 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə yaranmışdır.

44. Cavabdeh qarşılıqlı iddia ərizəsində də göstərmişdir ki, 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə 3.880.888,89 manat məbləğində mal (sement) onlara təqdim edilməmişdir. Belə olan halda həyata keçirilmiş ödənişin məbləği ilə bağlı tərəflər arasında mübahisə olmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, ilk iddia tələbinə hüquqi qiymət verilməsi üçün xüsusi bilik tələb olunan hesablama aparılmasına və audit yoxlaması təyin edilməsinə zərurət yoxdur. Məhkəmə ilk iddia üzrə i ddiaçının 2018-ci il 3 yanvar tarixli müqavilə əsasında 2018-ci il 30 yanvar tarixli 617676 saylı elektron qaimə üzrə 3.880.888,89 manat məbləğində malın cavabdehə təqdim edildiyinə dair dəlili ilə razılaşarsa, ilk iddia tələbinin əsaslı olduğu sübut edilmiş olur. 45. 2018-ci il 3 yanvar tarixli müqavilədə mallar təhvil verilərkən təhvil-təslim aktı tərtib edilməsi nəzərdə tutulmamışdır. Müqavilənin 7.2, 7.3 və 4.4-cü bəndlərinə əsasən, mal barədə sifariş daxil olur və malların daşınması istehsalçı tərəfindən təşkil olunur, sifarişlər yazılı surətdə tərtib edilir və hər iki tərəfin möhürü və imzası ilə təsdiqlənir.

46. Tərəflərin izahatları və şahid X4 ifadəsi əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mallar cavabdehə təqdim olunarkən tərəflər arasında təhvil-təslim aktı tərtib ed ilməmiş, yol nəqliyyat qaimələri ilə mallar göndərilmiş, malların təqdim edilməsi elektron qaimələr və elektron hesab fakturaların göndərilməsi ilə rəsmiləşdirilmiş və həmin qaimələr əsasında ödənişlər həyata keçirilmişdir. Malların göndərilməsi ilə bağlı müqavilə şərtlərinə uyğun yazılı sifarişlər tərtib edilməmişdir.

47. Hazırkı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə ilə bağlı qarşı tərəfə hər hansı pretenziya göndərilməmiş, həmin qaimə üzrə malların təhvil verilməsini tələb edilməmiş, eyni zamanda qeyd olunan qaimənin ləğv edilməsi ilə bağlı nə iddiaçıya, nə də vergi orqanlarına müraciət olunmuşdur. Qarşılıqlı iddia ərizəsində cavabdeh qaimə vurulmasına baxmayaraq onlara çatdırılmayan malın dəyəri nin cəmi 369.000 manat olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edilənləri və tərəflər arasında təşəkkül tapan işgüzar adətə görə malların təqdim edilməsinin yalnız elektron qaimə ilə rəsmiləşdirildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektron qaimə üzrə malların təhvil alındığı müəyyən edilərək həmin qaimə üzrə ödənilməmiş 3.436.735,58 manat qalıq borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

48. İddiaçı qarşı tərəfdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə borcun 10% həcmində 343.673,55 manat pul tutulmasını xahiş etmiş, həmin məbləği iddia ərizəsinə əlavədə cərimə məbləği olaraq göstərmişdir. Məhkəmə MM-nin 445.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi vəsait cə rimə deyil, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə əldən çıxmış fayda kimi qəbul edilməli, öhdəliyin icrasının gecikdirilməsinə görə iki il üçün illik 5% olmaqla cavabdehdən 343.673,55 manat pul tutulmalıdır.

49. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə kserosurəti təqdim edilmiş iddiaçının sifarişi ilə hazırlanmış, “PwC Eastern Europe B.V” şirkətinin Azərbaycan filialının audit rəyi məhkəmə tərəfindən MPM-in 89.3-cü maddəsinə (sənədin əsli təqdim edilmədiyi üçün), 76.3-cü maddəsinə (qanunsuz olaraq əldə edildiyi üçün) işin hər hansı halını təsdiq edən mötəbər sübut kimi qəbul edilməmişdir. Qeyd olunan audit rəyində qeyd edilmişdir ki, bu hesabatın ünvanlanmadığı şəxslər hesabatla tanış ola bilməz və audit şirkətinin yazılı razılığı olmadan üçüncü tərəflər bu məlumatdan istifadə edə bilməz. Cavabdeh həmin sənədi qanuni yolla əldə etdiyinə dair sübut təqdim edə bilməmişdir.

50. Cavabdehin bağladığı alqı-satqı müqavilələri üzrə yaranmış məhkəmə mübahisələri ilə bağlı qəbul olunmuş qətnamələrin hazırkı mübahisəyə aidiyyəti olmadığından sübut kimi qəbul edilməmişdir.

51. İddia müddətinin tətbiqi ilə bağlı ərizədə cavabdeh iddiaçı tərəfindən 2018-ci il 5 yanvar tarixində tərtib olunmuş üzləşmə aktı əsasında yaranmış borcla bağlı iddia müddətinin ötürüldüyü qeyd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Məhkəmə araşdırması zamanı ilk iddia üzrə tələb edilən əsas borcun 2018-ci il 30 yanvar tarixli EAAG seriyalı 617676 saylı elektro n qaimə üzrə yarandığı müəyyən edildiyindən iddiaçı həmin qaimə əsasında təqdim olunmuş malların dəyərinin ödənilməsi üçün 2020-ci ilin dekabr ayında iddia qaldırmaqla MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürməmişdir.

52. Qarşılıqlı iddia ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir, iddiaçının ilk iddia tələbi əsaslı hesab edilərək cavabdehin təhvil aldığı mallara görə 3.436.735,58 manat qalıq borcu olduğu müəyyən edildiyindən qarşı tərəfə avans olaraq ödənildiyi bildirilən 2.603.680,62 manat pulun cavabdehə qaytarılması barədə iddianın təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

53. Qarşılıqlı iddia tələblərindən biri 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı əlavəsinə əsasən 1.271.632,66 manat məbləğində pulun ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsinə qeyd edilən əlavənin əsli təqdim olunmadığı, qarşı tərəf həmin əlavənin mövcudluğunu mübahisələndirdiyi üçün məhkəmə tərəfindən bu tələb təmin edilməmişdir.

54. Cavabdeh tərəfindən 6A saylı əlavənin əsli işə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 16 may tarixli 22(103)-50/2022 saylı qərardadı ilə sənəddəki imzanın və möhürün yoxlanılması üçün iş üzrə kompleks ekspertiza-sənədlərin məhkəmə texniki ekspertizası və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən məhkəməyə 6A saylı Əlavəni iddiaçının adından imzalamış X2 2022ci il 29 iyul tarixində notarial qaydada təsdiq edilmiş ərizəsi daxi l olmuş, həmin ərizədə F.İbrahimli 6A saylı əlavənin onun tərəfindən imzalandığı göstərmişdir. Qeyd edilən ərizə əsasında 6A saylı Əlavənin iddiaçının X9 olmuş F.İbrahimli tərəfindən imzalandığı müəyyən olunduğundan məhkəmə xətşünaslıq ekspertizasının rəyi əsassız hesab edilmişdir. 55. 2018-ci il 3 yanvar tarixli müqavilənin 19.2-ci bəndində qeyd olunmuşdur ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda, tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndikdə hüquqi qüvvəyə malikdir.

56. Məhkəmə texniki ekspertizasının rəyi əsasında 6A saylı əlavəyə vurulmuş möhürün iddiaçıya məxsus möhür olmadığı müəyyən olunduğundan məhkəmə qeyd edilən əlavə X9 olmuş F.İbrahimli tərəfindən imzalansa da, üzərindəki möhür hüquqi şəxsin möhürü olmadığı üçün hə min əqdi iddiaçının iradə ifadəsini əks etdirən və hüquqi qüvvəsi olan etibarlı əqd kimi qəbul etməmişdir. Bu səbəbdən 6A əlavə əsasında tələb olunan 1.271.632,66 manat pulun tutulması hissəsində də qarşılıqlı iddia əsassız hesab edilmişdir. 57. 6A saylı əlavə ilə eyni tarixdə tərəflər arasında 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavə təsdiq edilmiş, həmin 6 saylı əlavə F.İbrahimli tərəfindən deyil, iddiaçının İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmişdir. Bu fakt və 6A saylı əlavədə cavabdehin möhürünün mürəkkəbinin 6 saylı əlavəyə vurulmuş möhürün mürəkkəbi ilə eyni rəngdə olmaması belə qənaətə gəlməyə əsas vermişdir ki, bu sənədlər eyni tarixdə tərtib edilməmişdir.

58. Digər qarşılıqlı iddia tələbləri ilə bağlı cavabdeh tərəfind ən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.

59. Belə ki, realizə edilmiş sement kisələrindən müştərilərin əldə etdiyi uduş kartlarına görə tələb olunan 110.000 manat tələblə bağlı cavabdeh tərəfindən həmin vəsaitin müştərilərə ödənilməsi, bu kompaniyanın hansı müddətləri əhatə etməsi, qarşı tərəfin həmin uduş kartlarına görə ödəniş etməklə bağlı üzərinə hansı şərtlərlə öhdəlik götürməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

60. İddiaçının nümayəndəsi işə apellyasiya qaydasında baxılarkən 2021-ci il 13 oktyabr tarixli məhkəmə iclasında izahat verərkən göstərmişdir ki, uduş kartları ilə bağlı kompaniya müddətli olmuşdur. Müddət bitəndən sonra təqdim edilən kartlar qəbul oluna bilməzdi. Yararsız mallara görə tələb edilən 158.000 manat və qaimə vurulmasına baxmayaraq təqdim olu nmamış 369.000 manat məbləğlərlə bağlı tərtib edilmiş aktlar iddiaçının möhürü ilə təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, həmin aktlar hüquqi şəxs üçün hər hansı öhdəlik yaratmır. Cavabdehin yararsız olduğu iddia edilən mallarla bağlı MM-in 587-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməmiş, bu barədə hər hansı tədbir görülməsi üçün qarşı tərəfə müraciət etməmişdir.

61. Cavabdehin nümayəndəsinin izahatından və elektron qaimələrdən görünür ki, mallar cavabdehə 2018-ci ilin noyabr ayınadək təhvil verilmişdir. Qarşılıqlı iddianın 2020-ci il 29 dekabr tarixində məhkəməyə təqdim edildiyi nəzərə alınarsa müəyyən olunur ki, satılan məhsulun keyfiyyətsiz olması ilə bağlı tələb irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş iki illik müddət ötmüş və alıcının bu hüququ xitam olunmu şdur. Qarşılıqlı iddia üzrə iddiaçının qeyd edilən tələbləri əsassız hesab olunduğundan tələb edilən 4.512.313,28 manat məbləğə 8 faizlə hesablanmış 721.970,12 manat pul tələbinin rədd edildiyi hissədə də məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 425.1, 445.7, 567, 587.1, 589.2-ci maddələrinə, MPM-in 14.2, 76, 77.1, 89.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

63. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 16 noyabr tarixində tərəflərə məxsus şəxsi elektron kabinetlərdə yerləşdirilmişdir.

64. Cavabdeh 2022-ci il 28 dekabr tarixində kassasiya şikayəti verərək həmin qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması və ilk iddianın rədd edilməsi barədə qərar qəb ul olunmasını xahiş etmişdir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 17 yanvar tarixli 2-2(102)-87/2023 saylı qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab olunmuşdur (sədrlik edən – B.Məmmədli, hakimlər – B.Qəribov və İ.Dadaşov).

66. Cavabdeh 2023-cü il 1 fevral tarixində yenidən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək qarşılıqlı iddianın təmin olunması və ilk iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, həmçinin ərizə ilə müraciət edərək kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

67. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 1 mart tarixli 2-2(103)-50/2022 saylı qərardadı ilə cavabde hin ərizəsinin təmin edilmiş, kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması və kassasiya şikayətinə baxılması üçün iş materiallarının Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

68. Cavabdeh sonradan 2023-cü il 7 aprel tarixində “Elektron Məhkəmə” informasiya sistemiə yerləşdirməklə kassasiya şikayətinə əlavə də təqdim edimşdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin və ona əlavənin dəlilləri

69. MPM-in 88-ci maddəsi üzrə - Cavabdehin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 2022-ci il 18 aprel tarixli “X7” MMC-nin audit rəyində qeyd edilmişdir ki, tərəflər arasında müqavilələr bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçıya 24.103.861,69 manat ödənilmiş, 2020-ci il 25 dekabr tarixinə iddiaçının cavabdehə 4.776.776,81 manat borcu yaranmışdır. Lakin apellyasiya məhkəməsi həmin audit rəyində də qeyd edildiyi kimi, 2017-ci il 1 fevral tarixli HGC-SB 01/2017 saylı beton alqı-satqısı üzrə müqavilə, 2018-ci il 3 yanvar tarixli HGC-GD 01/2018 saylı malların satışı üzrə distributer hüquqlarının verilməsinə dair müqavilə və 2018-ci il 4 yanvar tarixli HGC-GS 030/0118 saylı klinker satışı üzrə alqı-satqı müqaviləsinə əsasən tərəflər arasında aparılmış maliyyə təsərrüfat əməliyyatları üzrə hesablaşmalara istinadən rəy verilməsinə baxmayaraq, “audit rəyinin hansı sənədlər əsasında tərtib edildiyinin qeyd edilməməsi kimi” yalan məlumat əsasında təqdim olunmuş audit rəyini sübut kimi qəbul etməyərək prosessual hüquq pozuntusu etmişdir.

70. Kassator “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 04 saylı qərarının 2.2, 2.4-cü bəndlərinə istinadla qeyd etmişdir ki, apellyasiya məhkəməsi məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün ekspert tərəfindən tələb olunan audit rəyinin cavabdeh tərəfindən ona təqdim edilməsinə baxmayaraq, həmin rəyi qərəzli olaraq ekspertizaya göndərməmiş, nəticədə bu səbəbdən ekspertiza keçirilməsindən imtina edilmişdir.

71. Eyni zamanda, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş “PWC” şirkətinin Azərbaycan filialının rəyini də “sənədin əslinin təqdim edilməməsi kimi” nəzərə alaraq mötəbər sübut kimi qəbul etməmişdir. Həmin sənədin əsli birinci instansiya məhkəməsinə təqdim edilmək lə yanaşı, tərcümə də olunmuşdur. Lakin həmin sənəddə də cavabdehin iddiaçıya heç bir borcunun olmaması göstərilsə də, apellyasiya məhkəməsi yenə də rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Qarşı tərəfin "xxxx" QSC qarşısında kredit öhdəliyinin qarşılanması məqsədilə cavabdeh tərəfindən 2018-ci ilin yanvar ayında qarşı tərəfə ödənilmiş vəsaitlər avans olaraq ödənilmişdir. "PWC" audit şirkətinin rəyində konkret olaraq debitor-kreditor siyahısının açıqlamasında cavabdehin hər hansı bir borcunun olmaması göstərilsə də, bu rəyin əldə etmə mənbəyini apellyasiya məhkəməsi qeyri-qanuni hesab etməklə sübut növü kimi qəbul etməməsi yolverilməzdir. Sözügedən audit rəyinin müzakirəsi üçün təyin olunmuş iclasda cavabdehin nümayəndəsi iştirak etmişdir və onun o sənədin surətini əldə etməsi tam qanunid ir (iclas protokolunun surəti əlavə edilir).

72. Bundan əlavə, iş materiallarından görünür ki, 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsi üzrə imza Fariz İbrahimliyə məxsus olmuşdur. X11 özü notarial ərizə ilə təsdiqləmişdir. Buna baxmayaraq imzanın həqiqiliyinin araşdırılması üçün təyin olunan ekspert imzanın Fariz İbrahimliyə aid olmadığını göstərmişdir. Apellyasiya məhkəməsi də heç bir qanuna uyğun olmayan tərzdə sözügedən Əlavənin iddiaçının X9 olmuş F.İbrahimli tərəfindən imzalandığı müəyyən olunduğundan məhkəmə xətşünaslıq ekspertizasının rəyini əsassız hesab etmiş, lakin möhürün iddiaçıya aid olmadığını əsas gətirərək iddianı təmin etməmişdir. Müqavilənin tərəfi kontragentinin qanuni təmsilçisi tərəfindən imzalanmış sənə də (hazırkı halda müqaviləyə əlavəyə) vurulmuş möhürün həqiqiliyini və sənədin mötəbərliyini güman etməyə, yəni kontragentin bu məsələdə vicdanlı davranacağını gözləməyə haqlıdır (MM 425.1). Belə olan halda isə, apellyasiya məhkəməsinin hüquqi şəxsin qanuni təmsilçisi tərəfindən imzalanmış sənədin üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini elan etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından vicdanlılıq prinsipinin tələblərinə cavab vermir. Bu baxımdan, iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmış müqaviləyə əlavəyə vurulmuş möhürün MMC-nin möhürləri ilə eynilik təşkil etməməsi müəyyən edilsə belə, göstərilən hal əlavənin bağlanmamış (qüvvəyə minməmiş) sayılması üçün əsas hesab edilə bilməz.

73. Əlavə olaraq, tərəflər 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinin bağlanmış hesab edilməsi üçün əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər müəyyən etməmişlər. MM-də isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır. Belə olan halda sözügedən razılaşmanın bağlanması üçün ona iddiaçının möhürünün vurulub-vurulmaması ümumiyyətlə əhəmiyyət kəsb etmir.

74. Məhkəmə ekspertizaya bir sıra ksero-surətlər təqdim etməklə, daha sonra əldə edilmiş ekspert rəylərinə istinad edərək qərar qəbul etmiş, Müqaviləyə 6A saylı əlavəsində əks etdirilmiş Fariz İbrahimlinin imzasının ona məxsus olması qənaətinə gəlsə də, imza üzərinə həkk edilmiş möhürün iddiaçıya aid olmaması nı ekspert rəyinə əsaslanaraq qeyd etmişdir. Ekspertiza aparılarkən nə Fariz İbrahimlinin imza nümunələri, nədə ki, möhürün nümunələri ekspertizaya təqdim edilmişdir. Cavabdeh tərəfindən dəfələrlə Fariz İbrahimimin şahid qismində dindirilməsi üçün vəsatətlər və hətta apellyasiya məhkəməsi sədrinə şikayət verilsə də, məhkəmə qərəzli olaraq şahidin dindirilməsini rədd etmişdir. Məhkəmə tərəfindən qarşı tərəfin təqdim etdiyi ksero-surət imza və ksero-surət möhürlər üzərindən müayinənin aparılması qanunaziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 09 fevral 2006-ci tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2008-ci il 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki, MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və lazımi qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir. Lakin apellyasiya məhkəməsi işə baxarkən qanunun həmin tələblərinə riayət etməməklə prosessual hüquq normalarını pozmuşdur.

75. Kassator MPM-in 88, 89.3-cü maddələrinə istinadla qeyd etmişdir ki, işdə olan digər materiallardan və həmin dövr digər şirkətlərlə də bağlanmış müqavilələrdə Fariz İbrahimlinin imzası və təsdiqlənmiş möhürlə bağlı verilən rəydən açıq-aşkar görünür ki, məhz həmin müddətdə digər "xxxx" MMC şirkəti ilə bağlanmış müqaviləyə əlavədə də eyni imza, eyni möhür istifadə edilmişdir. Həmin imzanın Fa riz İbrahimliyə məxsus olduğu və möhürün də doğru möhür olduğu müəyyən edilmişdir. Fariz İbrahimlinin iş üzrə məhkəməyə yolladığı izahatında göstərilir ki, iddiaçının "X12" MMC adı ilə 3 möhürü olub. Biri Bakı ofisində, biri onun köməkçisində (hansı ki, gömrük və digər dövlət müəssisələrinə getdikdə istifadə olunurdu), biri də iddiaçının idarə heyətinin üzvündə qalırdı. Sözügedən sənədlərə şəxsən Fariz İbrahimli səlahiyyətli şəxs olaraq imzasını atmış və o idarə heyətinin üzvü olmuş cənab Pulmanda olan möhürlə təsdiq olunmuşdur. Bütün bunların hamısı qarşı tərəfin uydurmalarıdır. Bir çox halda iddiaçı fərqli-fərqli möhürlərdən istifadə etməklə məsuliyyətdən boyun qaçırtmaq üçün bu hallardan istifadə edir.

76. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəl i qərarı ilə təsdiq edilmiş Qaydalara görə, elektron qaimə faktura həmin qaydaların 2.9-cu bəndində qeyd olunan qaydalara əsasən doldurulur. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 2018-ci il 30 yanvar tarixli EAAG 617676 nömrəli elektron qaimə fakturada 1 ədəd sement 3.288.888,89 manat əsas, 592.000 manat ƏDV məbləği qeyd edilərək, burada hər hansı bir məhsulun adı, markası, miqdarı, vahidinin qiyməti haqda heç bir məlumat daxil edilməmişdir. Bu qaimə faktura üzrə zavoddan hansı məhsulun buraxılması məlum deyil. Fiziki olaraq 3.880.888,89 manat dəyərində malın 1 qaimə üzrə nəqliyyat vasitəsi ilə daşınması mümkünsüzdür (elektron qaimə fakturanın surəti əlavə olunur). Cavabdeh tərəfindən dəfələrlə apellyasiya instansiyasına vəsatətlər verilərək qarşı tərəfin təqdim etdiyi elektro n qaimə faktura üzrə yol nəqliyyat sənədlərinin məhkəməyə təqdim edilməsi tələb olunsa da, qarşı tərəf bu sənədləri təqdim edə bilməmişdir. Çünki belə bir yol nəqliyyat qaimələri mövcud deyil.

77. İddiaçının sənəd kimi təqdim etdiyi 2018-ci il 5 yanvar tarixli 01/044 saylı üzləşmə aktının ksero-surəti saxtadır. Elə bir üzləşmə aktı olmamışdır. Həmin üzləşmə aktının surətinin hansı müqaviləyə aid olması belə məlum deyil. Aktda nəzər yetirdikdə uyğunsuzluğu rəqəmlərdən dərhal müəyyən etmək olar. Belə ki, 2017-ci il 1 yanvar tarixinə debitor hissəsində iddiaçıya 1.062.704,54 manat əsas məbləğ göstərilsə də, həmin dövr üçün cavabdehə münasibətdə kreditor hissəsində 305.841,11 manat ƏDV məbləği göstərilmişdir ki, bu da mümkün deyil. Eynilə 2017-ci il dövrü üçün debitor hissəsində zavoda 34,332, 774,26 manat əsas, 6.179.899,89 manat ƏDV məbləği göstərilsə də, cavabdehə münasibətdə kreditor hissəsində 31.704.134 manat əsas, 6.300.734,87 manat ƏDV məbləği göstərilmişdir. Lakin 6.300.734,87 manat ƏDV məbləğinin əsas məbləği 31.704.134,00 manat deyil, 35,004,082,61 manat təşkil etməlidir. 78. 2017-ci ilin sonuna cavabdehin iddiaçıya nəinki borcu olmamış, hətta nəqliyyat vasitələrinin iddiaçıdan alınması və digər müqavilələr üzrə avans ödəməsi mövcud olmuşdur, bu hal tərəflər arasında mübahisə olunan qanuni qüvvəyə minmiş Ali Məhkəmənin 2022-ci il 19 aprel tarixli 2-2(102)-211/2022 saylı qərarında da öz əksini tapmışdır.

79. İş materiallarında və məhkəmə baxışı zamanı iddiaçı tərəfindən sement satışının təşviqi məqsədilə kisə sementlərinə uduş kuponları yerləşdirməsi və həmin uduş ku ponlarının iddiaçıya təhvil verilməklə uduş məbləğini əldə etməsi hüququ kobud şəkildə pozulsa da, məhkəmə uduş kuponlarının vaxtında təqdim edilməməsini göstərməklə həmin hissədə də iddianı rədd etmişdir. Bu, istehlakçıların hüquqlarının müdafiə olunması tələblərinə ziddir. Sözügedən kuponlar kisə sement satışları satıldıqdan sonra toplanır. Bu 10 gün müddətə, 10 ay müddətə də ola bilər. Məhkəmənin uduş kuponlarının təhvil verilmə müddətinin ötürülməsi səbəbilə sözügedən kuponların iddiaçı tərəfindən qəbul edilməməsinə haqq qazandırması qanunsuzdur.

80. Eyni zamanda, istehsalçının nümayəndələrinin iştirakı ilə satış mağazalarında xarab olmuş sementlərin iddiaçıya geri qaytarılması təmin edilsə də, bunun əvəzində müəssisəyə dəymiş ziyanın ödənilməsi hissəsində məhkəmə ümumiyyətlə münasibət bildirməmiş və səthi olaraq üzərindən keçmişdir.

81. Apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərini pozaraq işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə MPM-nın 217-ci maddəsinə zidd əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

82. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

83. Kassasiya şikayətinin verilməsi zamanı buraxılmış prosessual müddət bərpa olunmuşdur, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

84. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

85. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

86. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

331. Yazılı əqd... 331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müə yyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvəs i... 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir....” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş v axt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

587. Lazımi keyfiyyətli olmayan əşyanın verilməsinin nəticələri 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılma sı üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi....” “Maddə

589. Verilmiş əşyanın qüsurlarının aşkar edilməsi müddətləri... 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.”

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekab r 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 13 iyun tarixli qərarında müəyyən edilmişdir ki: “... MPM-in 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və s. sənəd və materiallardır. Bu mənada qeyd olunmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin, mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, mülki işə əlavə edilmiş yuxarıda göstərilən yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir....”

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir....”

89. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kass asiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

90. Hazırkı mübahisədə iddiaçı cəmi 3.780.439,13 manat məbləğində cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, cavabdeh isə qarşılıqlı iddia verərərək iddiaçıdan cəmi 5.234.283,4 manat məbləğin tutularaq cavabdehə ödənilməsini tələb etmiş, hər iki iddia birinci instansiya məhkəməs i tərəfindən təmin olunmamış, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini qismən ləğv edərək ilk iddianı təmin etmiş, qətnaməni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində dəyişdirmədən saxlamışdır.

91. Cavabdeh kassatorun ilkin iddia tələblərinə dair mövqeyinə görə, “X7” MMC-nin rəyi 2017-ci il 1 fevral tarixli beton alqı-satqısına, 2018-ci il 3 yanvar tarixli malların satışı üzrə distributer hüquqlarının verilməsinə və 2018-ci il 4 yanvar tarixli klinker satışı üzrə alqı-satqına dair müqavilələrə əsasən tərəflər arasında aparılmış maliyyə təsərrüfat əməliyyatları üzrə hesablaşmalara istinadən rəy verilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi “audit rəyinin hansı sənədlər əsasında tərtib edildiyinin qeyd edilməməsi kimi” yalan məlumat əsasında təqdim o lunmuş audit rəyini sübut kimi qəbul etməyərək prosessual hüquq pozuntusu etmiş, həmin rəyi qərəzli olaraq ekspertizaya göndərməmişdir.

92. Əvvəla, apellyasiya instansiyası məhkəməsi qeyd edilən audit rəyini 1 deyil, 2 səbəbdən mötəbər sübut kimi qəbul etməmişdir: 1) rəydə hansı sənədlər əsasında tərtib edildiyi qeyd edilmədiyindən; 2) 2018-ci il 30 yanvar tarixli, EAAG seriyalı, 617676 saylı elektron qaimə əsasında malın təhvil verilib-verilməməsi ilə bağlı məsələyə auditor tərəfindən deyil, tərəfləri təqdim etdiyi sübutlar əsasında məhkəmə tərəfindən hüquqi qiymət verilməli olduğundan.

93. Qeyd etmək lazımdır ki, məhkəmənin sözügedən 2-ci dəlilini kassator ümumiyyətlə təkzib edə bilməmişdir.

94. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, kassatorun 1-ci dəlillə bağlı mövqeyi də ə saslı deyildir. Belə ki, kassasiya şikayətində bununla bağlı yalnız ümumi ifadələrlə kifayətlənilmişdir.

95. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin mötəbər hesab etmədiyi sözügedən audit rəyini ekspertizaya göndərməməsi də məhkəmə kollegiyasının qənaətinə görə, tamamilə qanuni hesab edilməlidir.

96. Həmçinin kasstor “PWC” şirkətinin audit rəyinin mötəbər sübut kimi qəbul edilməməsini də düzgün hesab etmir və bildirir ki, həmin rəyin əsli birinci instansiya məhkəməsinə təqdim edilmiş, həmçinin sözügedən audit rəyinin müzakirəsi üçün təyin olunmuş iclasda cavabdehin nümayəndəsi iştirak etmişdir və onun o sənədin surətini əldə etməsi tam qanunidir.

97. Apellyasiya instansiyası məhkəməsi “PWC” şirkətinin audit rəyini də 2 əsasla mötəbər sübut hesab etməmişdir: 1) həmin rəyin birinc i instansiya məhkəməsinə kserosurəti təqdim edilmişdir; 2) rəy qanunsuz olaraq əldə edilmişdir. Belə ki, audit rəyində qeyd edilir ki, bu hesabatın ünvanlanmadığı şəxslər hesabatla tanış ola bilməz və audit şirkətinin yazılı razılığı olmadan üçüncü tərəflər bu məlumatdan istifadə edə bilməz. Cavabdeh həmin sənədi qanuni yolla əldə etdiyinə dair sübut təqdim edə bilməmişdir.

98. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən audit rəyinin müzakirəsi üçün təyin olunmuş iclasda cavabdehin nümayəndəsinin iştirak etməsi (əgər o, həqiqətən də iştirak etmişdirsə, belə) bu rəyi əldə edərək məhkəməyə təqdim edilməsinin qanuni hesab olunması üçün yetərli deyildir. Belə ki: 1) rəy cavabdehə deyil, bilavasitə iddiaçıya ünvanlanmışdır; 2) rəylə tanış olmaq üçün audit şirkətinin yazılı razılığının alınmas ı işdən görünmür. Odur ki, hazırkı vəizyyətdə qanunsuz əldə edilmiş sənədə məhkəmənin sübut kimi istinad etməsi istənilən halda qeyri-mümkün idi.

99. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi “PWC” şirkətinin audit rəyini qeyri-mötəbər sübut hesab edərkən hər hansı ciddi pozuntuya yol verməmişdir.

100. Kassatorun digər dəlilinə görə, cavabdeh tərəfindən dəfələrlə apellyasiya instansiyasına vəsatətlər verilərək 2018-ci il 30 yanvar tarixli EAAG 617676 nömrəli elektron qaimə faktura üzrə yol nəqliyyat sənədlərinin məhkəməyə təqdim edilməsi tələb olunsa da, qarşı tərəf bu sənədləri təqdim edə bilməmişdir.

101. Halbuki apellyasiya instansiyası məhkəməsi tərəflər arasında təşəkkül tapan işgüzar adətə görə malların təqdim edilməsinin yalnız elektron qaimə ilə rəsmiləşdirildiyini nəzərə alaraq sözügedən elektron qaimə üzrə malların cavabdeh tərəfindən təhvil alındığı müəyyən etmişdir.

102. Yəni mübahisə predmeti olmayan digər fakturalar üzrə malların daşınmasını və təhvil-təslimini təsdiq edən hər hansı sənədin, o cümlədən cavabdehin iddia etdiyi yol nəqliyyat sənədinin MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 89) uyğun olaraq cavabdeh tərəfindən iş materiallarına əlavə edilməsi, habelə mübahisə predmeti olan elektron qaiməyə dair cavabdehin müvafiq qaydada öz etirazlarını bildirməsi işə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir.

103. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMCnin direktoru H.Əliyevin şikayəti üzrə” 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax yuxarıda § 88) görə, lazımi qaydada tərtib oluna raq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

104. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə malların təhviltəslimi ilə əlaqədar müqavilə şərtlərinə əməl olunmadığından, müvafiq sənədlər tərtib edilmədiyindən, apellyasiya instansiyasi məhkəməsi məhz tərəflər arasında formalaşmış işgüzar münasibətlərə əsaslanaraq məlum nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir.

105. Kassator öz şikayətində hesab edir ki, iddiaçının təqdim etdiyi 2018-ci il 5 yanvar tarixli üzləşmə aktının ksero-surəti saxtadır. Elə bir üzləşmə aktı olmamışdır.

106. Halbuki apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində həmin üzləşmə aktına ümumiyyətlə istinad etməmişdir.

107. Kassatorun daha bir dəlilinə görə, 2017-ci ilin sonuna cavabdehin iddiaçıya nəinki borcu olmamış, hətta nəqliyyat vasitələrinin iddiaçıdan alınması və digər müqavilələr üzrə avans ödəməsi mövcud olmuşdur, bu hal tərəflər arasında mübahisə olunan qanuni qüvvəyə minmiş Ali Məhkəmənin 2022-ci il 19 aprel tarixli 2-2(102)211/2022 saylı qərarında da öz əksini tapmışdır.

108. Bununla bağlı məhkəmə kollegiyası bildirməyi vacib hesab edir ki: 1) Əvvəla, kassator Ali Məhkəmənin 2022-ci il 19 aprel tarixli qərarında müəyyən edilən halların hazırkı mübahisə ilə əlaqəsini tutarlı dəlillərlə əsaslandıra bilməmişdir. 2) cavabdehin hazırkı dəlili aşağı məhkəmə instansiyalarına təqdim olunmadığından müzakirə predmeti olmamış, bu səbəbdən də kassasiya icraatında işin faktiki halına aid olan həmin dəlilə istinad olunması MPM-in 407.2-ci maddəsinin (bax yuxarıda § 89) tələbləri baxımından ümumiyyətlə yolverilməzdir.

109. Kassatorun qarşılıqlı iddia tələblərinə dair mövqeinə görə, məhkəmənin uduş kuponlarının təhvil verilmə müddətinin ötürülməsi səbəbilə sözügedən kuponların iddiaçı tərəfindən qəbul edilməməsinə haqq qazandırması qanunsuzdur. Çünki kuponlar kisə sement satışları satıldıqdan sonra toplanır. Bu 10 gün müddətə, 10 ay müddətə də ola bil ər.

110. Halbuki apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, məhkəmə qarşılıqlı iddianın realizə edilmiş sement kisələrindən müştərilərin əldə etdiyi uduş kartlarına görə 110.000 manat tutulmasına dair tələbini yalnız qeyd edilən dəlilə görə deyil, həmçinin ona görə təmin etməmişdir ki: 1) cavabdeh tərəfindən həmin vəsaitin müştərilərə ödənilməsi; 2) bu kompaniyanın hansı müddətləri əhatə etməsi; 3) qarşı tərəfin həmin uduş kartlarına görə ödəniş etməklə bağlı üzərinə hansı şərtlərlə öhdəlik götürməsi barədə məhkəməyə sübutlar təqdim etməmişdir.

111. Apellyasiya instansiyası məhkəməsinin sözügedən mövqeyi kassasiya şikayətində tutarlı dəlillərlə təkzib olunmamışdır. Odur ki, məhkəmə kollegiyası da bu mövqe ilə razılaşmamaq üçün hüquqi əsas tapmır.

112. Nəhayət kassas iya şikayətinin digər dəlili ondan ibarətdir ki, istehsalçının nümayəndələrinin iştirakı ilə satış mağazalarında xarab olmuş sementlərin iddiaçıya geri qaytarılması təmin edilsə də, bunun əvəzində müəssisəyə dəymiş ziyanın ödənilməsi hissəsində məhkəmə ümumiyyətlə münasibət bildirməmiş və səthi olaraq üzərindən keçmişdir.

113. Lakin məhkəmə kollegiyası kassatorun həmin dəlillərini də əsasssız hesab edir. Belə ki, bununla bağlı apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində 3 dəlilə istinad etmişdir: 1) Yararsız mallara görə tələb edilən 158.000 manat və qaimə vurulmasına baxmayaraq təqdim edilməmiş 369.000 manat məbləğlərlə bağlı tərtib edilmiş aktlar iddiaçının möhürü ilə təsdiq edilmədiyindən iddiaçı üçün hər hansı öhdəlik yaratmır. 2) Cavabdehin yararsız olduğu iddia edilən mallarla bağlı MM-in 587.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməmiş ( a) alış qiymətinin mütənasib azaldılmasını və ya; b) əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını; və ya c) əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməmiş), bu barədə hər hansı tədbir görülməsi üçün qarşı tərəfə müraciət etməmişdir. 3) Cavabdehin nümayəndəsinin izahatından və elektron qaimələrdən görünür ki, mallar cavabdehə 2018-ci ilin noyabr ayınadək təhvil verilmişdir. Qarşılıqlı iddianın 2020-ci il 29 dekabr tarixində məhkəməyə təqdim edildiyi nəzərə alınarsa müəyyən olunur ki, satılan məhsulun keyfiyyətsiz olması ilə bağlı tələb irəli sürülməsi üçün MM-in 589.2-ci maddəsi ilə nəzərdə tutulmuş iki illik müddət ötmüş və alıcının bu hüququ xitam olunmuşdur.

114. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin həmin dəlillərini birlikdə və ya ayrı-ayrılıqda tutarlı dəlillərlə mübahisələndirə bilməmişdir

115. Məhkəmə kollegiyası MM-in 587.1 və 589.2-ci maddələrini (bax yuxarıda § 86) təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi də qanunun tələblərinə uyğun olmuşdur.

116. Kassatorun digər dəlilləri isə ondan ibarətdir ki, apellyasiya məhkəməsinin iddiaçının qanuni təmsilçisi tərəfindən imzalanmış 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsi üzərinə vurulmuş möhürün həmin hüquqi şəxsə məxsus olmaması əsası ilə hüquqi qüvvəyə minməməsini elan etməsi mülki dövriyyənin vicdanlı iştirakçısından gözlənilən davranış olmadığından v icdanlılıq prinsipinə cavab vermir. Ümumiyyətlə, tərəflər 6A saylı Əlavənin bağlanmış hesab edilməsi üçün əqdin formasının uyğun gəlməli olduğuna dair tələblər müəyyən etməmişlər. MM-də isə hüquqi şəxslərin bağladıqları yazılı əqdlərə möhürün vurulmalı olması barədə imperativ norma yer almamışdır.

117. Bununla əlaqədar 2018-ci il 3 yanvar tarixli müqavilənin 19.2-ci bəndinə istinad edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız yazılı formada olduqda, tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və möhürləndirkdə hüquqi qüvvəyə malikdir.

118. Kassator həmin mövqenin qanuniliyi və əsaslılığını tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

119. Belə ki, MM-in 331.2-ci maddəsində (bax yuxarıda § 86) nəzər də tutulmuşdur ki, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (möhürlə təsdiqləmə və s.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

120. Baxılan işdə də tərəflər bilavasitə 2018-ci il 3 yanvar tarixli əsas müqavilənin 19.2-ci bəndi ilə müəyyən etmişlər ki, bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər yalnız: 1) yazılı formada olduqda; 2) tərəflərin səlahiyyətli şəxsləri ilə imzalandıqda və; 3) möhürləndirkdə hüquqi qüvvəyə malikdir.

121. Göründüyü kimi, 2018-ci il 3 yanvar tarixli əsas müqaviləyə edilən bütün əlavələrin (o cümlədən Əlavə A-nın) qüvvəyə minməsi üçün tərəflərin onu möhürləməsi zəruri şərtdir.

122. Bu baxımdan, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi həm tərəflərin razılaşmasına, həm də MM-in tələbinə uyğun olmuşdur.

123. Bununla belə, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsinin 2018-ci il 3 yanvar tarixli müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsi əsasında qarşılıqlı iddia ilə tələb edilən 1.271.632,66 manat pulun tutulması hissəsində gəldiyi nəticə tam əsaslı olmamışdır.

124. Belə ki, apellyasiya instansiyası məhkəməsinin həmin məsələ ilə bağlı qənaəti ondan ibarət olmuşdur ki: 1) məhkəmə texniki ekspertizasının rəyi əsasında 6 “A” saylı əlavəyə vurulmuş möhürün iddiaçıya məxsus möhür olmadığı müəyyən olunduğundan, həmin sənəd X9 olmuş F.İbrahimli tərəfindən imzalansa da, üzərindəki möhür hüquqi şəxsin möhürü olmadığı üçün həmin əqdi iddiaçının iradə ifadəsini əks etdirən və h üquqi qüvvəsi olan etibarlı əqd kimi qəbul etmir. 2) 6 “A” saylı əlavə ilə eyni tarixdə tərəflər arasında 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavə təsdiq edilmiş, həmin 6 saylı əlavə F.İbrahimli tərəfindən deyil, İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edilmişdir. 3) Bu fakt və 6 “A” saylı əlavədə iddiaçının möhürünün mürəkkəbinin 6 saylı əlavəyə vurulmuş möhürün mürəkkəbi ilə eyni rəngdə olmaması belə qənaətə gəlməyə əsas verir ki, bu sənədlər eyni tarixdə tərtib edilməmişdir.

125. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin məsələ ilə bağlı gəldiyi nəticə ilə aşağıdakı səbəblərdən razılaşmır.

126. Əvvəla, apellyasiya instansiyası məhkəməsi cavabdehin X9 olmuş X1 məhkəməyə daxil olmuş notarial qaydada təsdiq edilm iş ərizəsinə istinadən, ekspert rəyinin əksinə olaraq, 6 A saylı əlavənin F.İbrahimli tərəfindən imzalanmasını müəyyən etmiş, lakin elə həmin ərizədə möhürlələ bağlı F.İbrahimlinin göstərdiklərini nəzərə almamış və onlara ümumiyyətlə hüquqi qiymət verməmişdir.

127. Halbuki sözügedən ərizədən (V cild, i/v 37) məlum olur ki, iddiaçının "X12" MMC adı ilə 3 möhürü olub. Biri Bakı ofisində, biri onun köməkçisində (hansı ki, gömrük və digər dövlət müəssisələrinə getdikdə istifadə olunurdu), biri də iddiaçının idarə heyətinin üzvündə qalırdı. Sözügedən sənədlərə şəxsən F.İbrahimli səlahiyyətli şəxs olaraq imzasını atmış və o idarə heyətinin üzvü olmuş cənab Pulmanda olan möhürlə təsdiq olunmuşdur.

128. İkincisi, İdarə Heyətinin üzvü Elçin Axundov tərəfindən imzalanmış və fərqli möhürlə təsdiq edi lmiş 2018-ci il 3 yanvar tarixli müqaviləyə 6 saylı əlavənin və onun üzərindəki möhürün apellyasiya instansiyası məhkəməsi tərəfindən faktiki olaraq 6 A saylı əlavəyə və onun üzərindəki möhürə münasibətdə daha mötəbər sübut kimi qiymətləndirilməsinin səbəbi anlaşılan deyildir. Belə ki, ən azından, iddiaçının idarə heyətində tutduqları vəzifə baxımından F.İbrahimli (X9) E.Axundovdan (idarə heyətinin üzvü) daha yüksək mövqe tutmuşdur.

129. Üçüncüsü, 6 saylı Əlavə ilə 6 A saylı əlavənin fərqli günlərdə imzalanması həmin sənədlərin hüquqi qüvvəsinə təsir etmir. Belə ki, MM-in 399.2-ci maddəsinə (bax yuxarıda § 86) görə, tərəflər bağladıqları müqavilənin şərtlərini onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edə bilərlər.

130. Dördüncüsü və ən əsası, iş materiallarından görünür ki, 6A saylı əlavə ilə bağlı aparılan ekspertizaya möhürün nümunələri təqdim edilməmişdir. Kserosurət möhürlər üzərindən müayinənin aparılması isə qanunaziddir.

131. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumu “N.Əbilovun şikayəti üzrə” olan 2008-ci il 13 iyun tarixli qərarında (bax yuxarıda § 87) konkret iş üzrə belə qənaətə gəlmişdir ki, MPM-in 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Lakin mülki işə baxılarkən qanunun həmin tələbinə riayət edilməmiş, işə əlavə edilmiş yazılı sənədin surəti lazımi qaydada təsdiq olunmamışdır. Bu isə həmin sənədə sübut kimi istinad edilməsini istisna edir.

132. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsı Plenumunun həmin mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçı sözügedən möhürlərin əslinin əks olunduğu sənədləri məhkəməyə təqdim etmədiyi, cavabdehin isə həmin sənədin surətini mübahisələndirdiyi halda apellyasiya instansiyası məhkəmənin bu sənədin surəti əsasında aparılmış ekspert rəyinə istinad etməsi MPM-in 89.3-cü maddəsinin (bax yuxarıda § 89) tələbləri baxımından qanunsuz olmuşdur.

133. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pulun tutulması hissəsində işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 89) tələblərini pozmuş, nəticədə MPM-in 217.1ci maddəsinə (bax yuxarı da § 89) zidd olaraq həmin hissədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

134. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi sözügedən hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

135. Yeni apellyasiya baxışı zamanı məhkəmə həmin hissədə qeyd olunan nöqsanları aradan qaldırmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməlidir.

136. Qətnamə mübahisələndirilən qalan hissələrdə isə qanuni və əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

137. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İlk iddia üzrə cavabdeh, qarşılıql ı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-50/2022 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın 2018-ci il 3 yanvar tarixli HGC GD 001/2018 saylı müqavilənin 2018-ci il 31 iyul tarixli 6A saylı Əlavəsinə əsaslanan 1.271.632,66 manat pulun tutulmasına dair hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar