Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-246/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Qəribov Bəhman Fərhad oğlundan və Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə; Cəfərli Aminə Əliəsgər qızının katibliyi; iddiaçının vəkilinin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 18.02.2020-ci il tarixli, 22(103)-121/2020 saylı qətnaməsindən İddiaçı "A" Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh1 -ə və Cavabdeh2-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-2(103)-121/2020 saylı qətnaməsi ilə (sədrlik edən: İ.Ə, hakimlər: A.H, E.R) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1032/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında baxılması 18.08.2020-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. İşin materiallarından görünmüşdür ki, Bakı Apellya siya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsi 21 fevral 2020-ci il tarixli məktubla iddiaçı tərəfə - ünvan1-ə Vəkil Bürosuna göndərilmişdir. Həmin ünvan iddia ərizəsində göstərilmiş iddiaçının nümayəndəsi və vəkilinin ünvanı ilə eynidir (işin materialları, səh. 2 və 149). Həmin qətnamə iddiaçı tərəfə 02 mart 2020-ci ildə təqdim olunmuşdur (işin materialları, səh. 150). İddiaçı tərəfin 04 may 2020-ci il tarixli kassasiya şikayəti apellyasiya məhkəməsinə göndərilmək üçün müvafiq poçt müəssisəsinə 08.05.2020-ci il tarixdə təqdim olunmuşdur (işin materialları, səh. 163). Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qəbu l edilmiş “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli 122 nömrəli Qərarına “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” adlanan 2 nömrəli Əlavə sözü gedən kassasiya şikayətinin verildiyi dövrdə (08.05.2020-ci il tarixdə) qüvvədə idi (bu Siyahı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2020ci il tarixli 178 nömrəli Qərarının 3.2-ci bəndi ilə ləğv edilmişdir). 16 may 2020-ci il tarixədək qüvvədə olmuş həmin Siyahının 6.2-ci bəndinə əsasən, poçt xidmətləri xüsusi karantin dövründə işlərin davam etd irilməsi zəruri olan fəaliyyət sahələrinə aid olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 405.0.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Sənədlərdən görünür ki, iddiaçı tərəf kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 2 aylıq müddəti ötürmüşdür. Bundan başqa, MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Hazırkı mübahisə üzrə kassasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməsi də işin materialları ilə müəyyən olunmur. MPM-nin 130.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 408.1.4 və 408.2-ci maddələrinə uyğun olaraq, kassasiya şik ayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılır. Hazırkı iş üzrə iddiaçı tərəf kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş 2 aylıq müddəti ötürmüş, bu müddətin bərpası haqqında ərizə verməmiş, buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi prosessual qanunun tələblərini pozaraq həmin şikayəti geri qaytarmamışdır. MPM-nin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qəra rdadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədəAzərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərardadı ləğv edilməli,kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 402, 403-408, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 18 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərardadı ləğv edilsin və kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-246/2020
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-246/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver