Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-246/2025 29.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: lizinq müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsinə əsasən pulun tutulması” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyas;n;n 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-1194/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən lizinq verən ümumi məbləği 62.680 manat olan 9 ədəd (1 ədəd traktor belarus-892 10.300 manat dəyərində, 1 ədəd Taxılsəpən gübrəsəpənlə qoşulan TS-24 950 manat dəyərində, 1 ədəd Traktor Belarus1221 11.950 manat dəyərində, 1 ədəd Kotan 4 gövdalı AG-14-4 240 manat dəyərində, 1 ədəd Kombayın taxılyığan 19200 manat dəyərində, 6 tonluq 1 ədəd qoşqu 950 manat, 1 ədəd taxılyığan kombayn 17.900 manat, 1 ədəd 6 tonluq qoşqu 1150 manat və Kotan 5 adlı 40 manat) kənd təsə rrüfatı texnikalarını ilkin dəyərinin 40 faiz hissəsinə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə vermişdir. Həmin müqavilənin: - 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalan məbləğini ödəniş qrafikinə (Əlavə №1) müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. - 1.3-cü bəndinə əsasən texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. - 4.1-ci bəndinə əsasən, lizinq alan obyektin istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə nömrə 2) uyğun olaraq ödənişləri həyata keçirir. - 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişi yerinə yetirməzsə, lizinq ver ən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə (peniya) tələb etmək hüququna malikdir. 2. 2020-ci il 28 oktyabr tarixli, 459-GL/15 saylı lizinq müqaviləsinə 2 saylı əlavə olan ödəniş qrafikinə əsasən texnika üçün 2015-ci ilin İ rübündən başlayaraq 2022-ci ilin İİ rübünə qədər olan dövrdə ümumilikdə 62.680 manat məbləğində lizinq ödənişi, ödənişlərə görə cərimənin hesablanması qrafikinə əsasən 2015-ci ilin İ rübündən başlayaraq 2023-cü ilin İİİ rübünə qədər olan dövrdə ümumilikdə 120.403,90 manat məbləğində cərimə ödənişi hesablanmışdır.
3. Masallı rayon Məhkəməsinin 2017-ci il 31 yanvar tarixli, 2(050)-134/17 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pu l tələbinə dair iddiası qismən təmin edilmiş Cavabdeh 62.140 manat əsas, 3217 manat cərimə, 30 manat dövlət rüsumunun tutulması və həmçinin lizinq obyektləri olan 2 ədəd MTZ-89.2 markalı və 1 ədəd MTZ-1221 markalı traktor, 1 ədəd KR 14 markalı, 1 ədəd AG 14-4 markalı və 1 ədəd AG 14-5 markalı kotan, 2 ədəd TS-24 markalı taxılsəpən, 2 ədəd 6 tonluq traktor qoşqusu və 2 ədəd SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə lizinq verənə qaytarılması qət edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 18 aprel tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2019-cu il 13 dekabr tarixli, 2(102)-7693/2019 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 4. "xxxx" ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-“iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci il 28 oktyabr tarixli 459-GL/15 nömrəli müqavilə (bundan sonra-“müqavilə”) üzrə yaranmış 62.680 manat gecikdirilmiş borcu və hesablanmış 120.403,90 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat və 400 manat çəkilmiş mediasiya xərcinin, cəmi 183.983,9 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə (bundan sonra-“ASC”) cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cava bdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 2023-cü il 18 sentyabr tarixə müqavilə üzrə yaranmış 62.680 manat gecikdirilmiş borcu və hesablanmış 120.403,90 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna iddiaçı tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş və nəticədə ilk mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediatorun MŞB/2-01695 saylı, 2022-ci il 27 oktyabr taixli arayışı təqdim edilmişdir.
7. Cavabdeh etiraz verərək bildirmişdir ki, cavabdehin ASC-yə bor cu olmuşdur və borca görə eyni bu texnikalarla bağlı məhkəməyə müraciət olunmuşdur. Həmin işdə də nümayəndə olaraq məhz Vəkil (bundan sonra-“Vəkil”) çıxmışdır. Bu texnikaların eyni texnika olduğunu və yenidən onu məhkəməyə verdiklərini bildirmişdir. İlk əvvəl işin nədən olduğunu anlamamış və elektron sistemdən sənədləri təqdim etdikdən sonra eyni texnikalarla bağlı məhkəmə mübahisəsi olduğunu anlamışdır. Bununla bağlı da məhkəmə olduğunu və texnikaların çoxunu vermədiklərini və olanları da özlərinə qaytardığını qeyd etmişdir. Belə ki, məhkəmədə texnikaların cavabdehə təqdim edilməməsi səbəbindən iş yarımçıq qalmışdır. Çünki hansı texnikanın təhvil verilib-verilməməsi təsdiqlənməmişdir. Lakin iddiaçı indi yeni müqavilə təqdim edərək guya onun yeni müqavilə bağladığını və həmin texnikalarını ona verdiyini bildirmişdir. Lakin cavabdeh müqaviləni qəbul etmir və onun tərəfindən belə müqaviləyə imza edilmədiyi bildirilir. Belə ki, müqavilə və aktlara diqqət yetirilsə görünər ki, hamısı bir birindən fərqlidir. Yəni bu aktlarda və müqavilədəki imzalar tamamilə fərqlidir. İddia ərizəsinə əlavədə ödəniş qrafiki təqdim edilmişdir ki, ordan da açıq aydın görünür ki, 2015-ci ildən ödənişlər olmuş borc və faizlər ordan əmələ gəlmişdir. Bundan başqa müqavilədəki imza cavabdehə məxsus olsa da texnikaların ona verilməsi aktlarla öz əksini tapmır. Onu aldadıb bu müqaviləyə imza etdirə bilərlər. Lakin təhvil-təslim aktlarında imzalar ona məxsus deyil və həmçinin elə aktlar da var ki, ümumiyyətlə cavabdehin adı yoxdur. Cavabdehə iddiaçının qeyd etdiyinə görə cəmi 1 texnika verilmişdir ki, onun da ödənişi tam özləri digər texnikaları almaqla əvəzləşdirmişdilər. Cavabdehin heç bir savadı və oxumaq qabiliyyəti olmadığından ona bu müqaviləyə imza etdirmişlər. Lakin təhvil-təslim aparılmadığından bu müqavilənin başa çatdırılması olmamışdır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2024-cü il 12 avqust tarixli, 3-16-16/2-7/1039 saylı ekspert rəyinə əsasən, müqavilənin 14-cü vərəqlərinin aşağısındakı imzalar və 5-ci vərəqində “lizinq alan” bölməsində “Cavabdeh” ad, soyadının aşağısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. 9. 2024-cü il 26 fevral tarixdə keçiririlmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, texnikalar cavabdehdə qaldığı üçün yeni təhvil-təslim aktları tərtib edilməmişdir. 2020-ci il tarixli müqavilə 9 ədəd tex nika ilə bağlıdır. Ali Məhkəmənin qərarında göstərilən 1386-L/12 saylı müqavilə ilə verilən texnikaya güzəşt tətbiq edilməmişdi, yəni həmin texnika hazırkı müqavilənin predmeti deyildir. Adətən belə işlərdə icra şöbəsinə məktub göndərilir ki, icra vərəqəsi geri qaytarılsın. Bu işlə bağlı bu cür məktubun göndərilib-göndərilməməsi ilə bağlı dəqiq məlumatı yoxdur.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 2 oktyabr tarixli, e-2-2(113)-598/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən müqavilə üzrə 62.680 manat məbləğində gecikdirilmiş əsas borc, 3.000 manat məbləğində dəbbə pulu, cəmi 65.680 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 500 manat və mediasiya xərclərinin əvəzi olaraq 165 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim L.Əliyeva).
11. Məhkəmə ilk növbədə müqavilə üzrə lizinq obyektləri olan 9 ədəd texnikanın cavabdehə təqdim edilib-edilməməsi ilə bağlı qeyd etmişdir ki, ASC ilə cavabdeh arasında əvvəllər 2012-ci il 9 avqust tarixli 986-L/12 saylı, 2023-cü il 9 aprel tarixli 286-L/13 saylı və 2014-cü il 4 sentyabr tarixli, 1386-L/14 saylı lizinq müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən 2 ədəd MTZ-89.2 markalı və 1 ədəd MTZ-1221 markalı traktor, 1 ədəd KR 14 markalı, 1 ədəd AG 14-4 markalı və 1 ədəd AG 14-5 markalı kotan, 2 ədəd TS-24 markalı taxılsəpən, 2 ədəd 6 tonluq traktor qoşqusu və 2 ədəd SK-5ME-1 markalı kombayn cavabdehə təhvil verilmişdir. Sözügedən müqavilələr üzrə lizinq obyekti olan texnikaların liz inq alana təhvil verilməsi faktı Masallı rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində (bax §3) öz təsdiqini tapdığından onun yenidən sübut edilməsinə zərurət yoxdur.
12. Göstərilən qətnamə ilə qeyd edilən lizinq müqavilələrinin ləğv edilməsi və lizinq obyekti olmuş 12 ədəd kənd təsərrüfatı texnikasının lizinq alana geri qaytarılması qət edilsə də, həmin qətnamə icra edilməmişdir. 2020-ci ildə tərəflər həmin qətnamə ilə qaytarılması qərara alınmış, lakin cavabdeh tərəfindən qaytarılmamış 9 ədəd texnikanın yenidən lizinqə verilməsi barədə razılığa gəlmiş və bu məqsədlə 2020-ci il 28 oktyabr tarixli 459-GL/15 nömrəli mübahisəli lizinq müqaviləsi bağlanmışdır.
13. Cavabdeh bu iddiaya qarşı etirazını lizinq müqaviləsinə əsasən texnikaların ona təhvil verilməməsi ilə izah etsə də, Masal lı rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılması qət edilmiş texnikaların ASC-yə qaytarıldığını sübut edə bilməmişdir. Əksinə, həmin qətnamənin texnikaların qaytarılması ilə bağlı hissəsinin bu günədək icra olunmadığı, iş materiallarına əlavə edilmiş Masallı rayon İcra və Probasiya Şöbəsinin 2024-cü il 17 sentyabr tarixli məktubu ilə təsdiqlənmişdir.
14. Həmçinin müqavilə üzrə lizinq obyekti olan 9 ədəd texnikanın lizinq müqavilələri bağlanarkən cavabdehə təhvil verilməsi müəyyən edildiyindən, eləcə də həmin texnikaların sonradan cavabdeh tərəfindən ASC-yə qaytarılması iş materialları ilə öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, mübahisəli lizinq müqaviləsi bağlandığı vaxtdan mübahisəli texnikalar cavabdehin sahiblik və istifadəsində olmuşdur. Odur ki, texnikaların ona təhvil verilməməsi barədə cavabdehin dəlilləri əsassızdır.
15. Məhkəmə hesab etmişdir ki, cavabdeh mübahisəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı həmin müqavilə üzrə 62.680 manat əsas borcun tutulmasını tələb etməkdə haqlıdır.
16. Dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 3000 manat məbləğində müəyyən edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-“MM”) 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 747.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 82.3-cü maddələrinə istinadla əsa slandırmışdır.
18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
19. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli 2-2(103)-1194/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər Z.İbrahimov, T.Mahmudova).
20. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiaya etirazlarınd a irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən prosessual qənaət prinsipinə əsasən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.
21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 467, 747.1-ci maddələrinə, MPM-in 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
22. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətiqdə iş üzrə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
23. MM-in 385.1, 386.1, 747.1-ci maddələri üzrə-məhkəmə sübutları qiymətləndirmədən apellyasiya şikayəti üzrə təqdim edilən dəlilləri tam araşdırmadan qətnamə qəbul e tmişdir. Masallı rayon Məhkəməsinin qətnaməsinə əsasən, hazırda Masallı rayon İcra Şöbəsində icra işi vardır. İcra icraatına xitam verilməmiş və hal hazırda icra işi üzrə məcburi icra hərəkətləri həyata keçirilir. Digər məqam isə ondan ibarətdir ki, hazırkı iddia üzrə texnikalar cavabdehə təhvil verilməmişdir. Həmçinin iş üzrə ekspert rəyindən məlum olmuşdur ki, müqavilədəki imza cavabdehə məxsusdur. Dəfələrlə təhviltəslim aktlarının da yoxlanılması tələb edilsə də, məhkəmə bunu qəbul etməmişdir. Müqavilədəki imza cavabdehə məxsus olsa da texnikaların ona verilməsi aktlarla öz əksini tapmır.
24. Məhkəmədən həm apellyasiya şikayətində və həmçinin vəsatətlərdə təhvil təslim aktlarındakı imzaların yoxlanılması tələb edilsə də apellyasiya məhkəməsi ümumiyyətlə buna heç bir qiymət verməmişdir. İş üzrə ən maraqlı məqamda məhz elə texnikaların kimə təhvil verilməsidir. İddiaçının texnikanı təhvil verməmiş cavabdehdən necə pul tələb edə bilməsi anlaşılan deyildir. Məhkəmə qeyd edir ki, eyni iş üzrə Masallı rayon Məhkəməsində iş və 2024-cü il 17 sentyabr tarixli İcra şöbəsinin məktubu vardır. Həmin işdə də, texnikaların qaytarılması və hazırda tələb olunan 62.140 manat əsas borcun cərimə borcu üzrə 3.217 manatın, 30 manat dövlət rüsumunun qaytarılmasıdır. İşin mübahisəsiz halı odur ki, hər iki müqavilədəki texnikalar eyni texnikalardır. Fərqli məqam isə birinci müqavilə üzrə texnikalar təhvil verilmiş, lakin 2-ci müqavilə üzrə texnikalardan cəmi biri verilmişdir. Həmçinin qanuni qüvvəsini almış qətnamə üzrə tələb olunan 62.140 manat əsas borcun cərimə borcu üzrə 3217 manatın, 30 man at dövlət rüsumu hazırda yenidən tələb olunur. Bu da borcunun 2 dəfə borclanmasına gətirib çıxardır. Hazırkı qətnamə qanuni qüvvəsini alsa bir tələb üzrə 2 borc yaranır.
25. MPM-in 1.3, 88, 418.1, 418.2, 418.3-cü maddələri üzrə - məhkəməyə təhviltəslim aktlarındakı imzaların yoxlanılması üçün xəttşünaslıq ekspertizası təklif edilsə də, bu vəsatət təmin edilməmiş və imzalar araşdırılmamışdır. Texnikalar cavabdehə təhvil verilmədiyi halda, məhkəmə onların cavabdehdə olması qənaətinə gəlmişdir. Halbuki eyni məsələ üzrə qanuni qüvvəyə minmiş əvvəlki məhkəmə qətnaməsi mövcuddur. Masallı rayon Məhkəməsinin 2017-ci il 31 yanvar tarixli qətnaməsi və Masallı rayon İcra və Probasiya Şöbəsinin 2024-cü il 17 sentyabr tarixli məktubu bunu təsdiqləyir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
26. Kassasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən irəli sürülən aldatma iddiası, müvafiq hüquqi sübutlarla təsdiq olunmadığından, bu iddianın hüquqi nəticəsi yoxdur. Eyni zamanda, irəli sürülən bu iddianın sübuta yetirilməsi üçün heç bir şəxsi sübut (məsələn, şahid ifadələri, tibbi rəylər və ya digər sənədlər) təqdim edilməmişdir. Məhkəmə, yalnız cavabdehin iddiasına əsaslanaraq, borcun ödənilməsinin tələb edilməməsi ilə bağlı qərar verməməlidir. Müqaviləyə əsasən, cavabdeh texnikaları qəbul edib və ödənişləri həyata keçirməlidir. Lakin cavabdeh, texnikaları qəbul etmədiyini iddia etsə də, təhvil-təslim aktlarının mövcudluğu və imzaların etibarlılığı, müqavilənin icra edilməsini göstərir. Bu halda, müqavilə üzrə borcun tutulması hüquqi olaraq əsaslıdı r. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2024-cü il tarixli, 3-16-16/27/1039 saylı ekspert rəyindən görünür ki, 28 oktyabr 2020-cı il tarixli 459-GL/15 nömrəli lizinq müqaviləsinin 1-4-sü vərəqlərinin aşağısındakı imzalar və 5-ci vərəqində "lizinq alan" bölməsində "Cavabdeh" ad, soyadının aşağısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan əlavə, texnikaların cavabdehə təhvil verilməsi hazırki məhkəmə işindən əvvəl işə baxan məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisə predmeti deyildir. Göründüyü kimi, Cavabdeh öz iradəsi ilə imzaladığı 28 oktyabr 2020-cı il tarixli 459-GL/15 nömrəli müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınır. Kassasiya baxışının hədləri
27. İş üzrə apellyasiya məhkəm əsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
28. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəaları nda “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir....”
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar...... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir”. “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. İddiaçı hazırki iddiasında tə rəflər arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli 459-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən 2023-cü il18 sentyabr tarixinə 62.680 manat məbləğində gecikdirilmiş əsas borcun və borcun vaxtında ödənilməməsinə görə hesablanmış 120.403,90 manat cərimənin tutulmasını xahiş edir.
32. Cavabdeh iddiaya etiraz edərək hüquqi savadı olmadığından mübahisəli lizinq müqaviləsini imzaladığını, lakin həmin müqavilə üzrə lizinq obyekti olan texnikaların ona təqdim edilmədiyini əsas gətirərək iddianın təmin olunmamasını xahiş edir.
33. İşin müəyyən edilmiş hallarına görə Masallı rayon Məhkəməsinin qanuni qüvvədə olan 31 yanvar 2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-yə qaytarılması qət edilmiş, lakin cavabdeh tərəfindən qaytarılmamış 9 ədəd kənd təsərrüfatı texnikasının cavabdehə yenidən lizinq ə verilməsi barədə tərəflər razılaşmış və bununla bağlı 28 oktyabr 2020-ci il tarixli, 459-GL/15 nömrəli mübahisəli lizinq müqaviləsini bağlamışlar.
34. Məhkəmələr cavabdehin 28 oktyabr 2020-ci il tarixli, 459-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə 62.680 manat məbləğində gecikdirilmiş borcunun yarandığını, lizinq müqaviləsindəki öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsinin müəyyən edildiyini, nəzərə alaraq belə qənaətə gəlmişlər ki, iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
35. İş üzrə gəlinən nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin əsas dəlilləri hazırkı iddia üzrə texnikaların cavabdehə təhvil verilm əməsi və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borcun hazırkı iddia üzrə yenidən tələb edilməsi ilə bağlıdır.
36. Məhkəmə kollegiyası baxılan iddia üzrə texnikaların cavabdehdə olmasının yuxarıda qeyd edildiyi kimi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiqini tapdığını (bax § 3,13) və həmin texnikaların iddiaçıya qaytarılmasına dair qətnamənin indiyədək icra olunmamasını nəzərə alaraq, cavabdehin kassasiya şikayətinin texnikaların cavabdehə təhvil verilməməsi ilə bağlı dəlillərini əsassız hesab edir.
37. Məhkəmə kollegiyası qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş borcun hazırkı iddia üzrə yenidən tələb edilməsi hissəsində kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir.
38. İşin materiallarında olan, 2020-ci il 28 oktyabr tarixli, 459-GL/15 saylı lizinq müqaviləsi üzrə ödəniş qrafiklərindən müəyyən olunur ki, lizinqə verilən texnikalara görə cavabdeh tərəfindən 2015-ci ilin 2-i rübündən 2022-ci ilin 2-ci rübünədək ödənilməli olan cəmi borc 62.680 manat təşkil edir.
39. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2019-cu il 13 dekabr tarixli 2(102)-7693/2019 nömrəli qərarından görünür ki, eyni texnikalara görə cavabdehdən 2016-cı il 11 iyul tarixinədək yaranmış borc tutulmuşdur.
40. Göründüyü kimi, eyni texnikalara görə cavabdehdən iddiaçının xeyrinə 2016-cı il 11 iyul tarixinədək borcun tutulmasına dair qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur. Lakin apellyasiya instansiyası məhkəməsi 2015-ci ilin 2-i rübündən 2022-ci ilin 2-ci rüb ünədək yaranmış borcun tutulması tələbinə baxarkən, eyni dövr üzrə (2016-cü ilin 11 iyul tarixinədək) borcun ikinci dəfə tələb edilməsinə düzgün hüquqi qiymət verməmiş, bununla da MPM-nin 88 və 82.3-cü maddəsinin tələbləri pozulmuşdur (bax § 30).
41. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, işin yeni apellyasiya baxışı zamanı eyni dövr üzrə borcun təkrar tələb edilib-edilməməsi məsələsi müzakirə edilməli, məhkəmə aktının preyudisiallığına dair prosessual qanunvericiliyin tələbləri nəzərə alanmaqla mübahisəli hüquq münasibətinə tətbiq edilməli hüquq normasına uyğun məhkəmə aktı qəbul edilməlidir. 42. “Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2016-cı il 23 fevral tarixli Qərarı)
43. Bundan əlavə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 28 oktyabr tarixli lizinq müqaviləsinə görə (müqavilənin 1.1-ci bəndi) cavabdehdən tələb olunan 62.680 manat borc təkcə lizinq obyektindən istifadəyə görə deyil, həm də onun müvafiq güzəşt tətbiq edilməklə dəyərini təşkil edi r.
44. Bununla belə, Masallı rayon icra və probasiya şöbəsinin 2024-cü il 17 sentyabr tarixli 87256/17 nömrəli məktubundan görünür ki, baxılan iş üzrə lizinq obyektlərinin cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına dair məhkəmə qətnaməsi (bax § 3) hazırda icra mərhələsindədir və icra hərəkətləri davam etdirilir. İddiaçının nümayəndəsi işə birinci instansiya qaydasında baxılarkən 2024-cü il 26 fevral tarixindən keçirilən məhkəmə iclasında verdiyi izahatında, anoloji vəziyyətdə olan işlərdə tələbkarın icra vərəqəsiniin geri qaytarılması ilə bağlı icra şöbəsinə müraciət etdiyini bildirmişdir.
45. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Masallı rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)-134/2017 saylı, 2017-ci il 31 yanvar tarixli icra sənədinin texnikaların qaytarılması hissəsində də icra hərəkətlərinin davam edib-etməməsi ilə bağlı hüquqi dəyərləndirmə aparılmamaqla iddia tələbinə qiymət verilməlidir. 46. “Məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır” (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarları).
47. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə si maddi və prosessual hüquq normalarının pozulmasına görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Yeni apellyasiya baxışı zamanı yuxarıda qeyd olunan nöqsanları aradan qaldırılmalı, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
48. MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 19 dekabr tarixli, 2-2(103)-1194/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.