Məhkəmə qərarları › İş №2-2(102)-247/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-247/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-247/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli 2-2(103)-429/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İŞ ÜZRƏ QƏBUL E DİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat 1. "X1" MMC (bundan sonra – “iddiaçı”) 2021-ci il 19 noyabr tarixində Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 66.339,38 manat məbləğində borcun, 400 manat məbləğində ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin, hüquqi yardımla bağlı ödənilmiş 1.000 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 22 fevral tarixli e-2-2(113)-429/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – F.Qasımov).

3. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi 2022-ci il 2 mart tarixində tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

4. Cavabdeh 2022-c i il 25 mart tarixində apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 iyun tarixli 2-2(103)-429/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

6. Məhkəmə qətnaməsi 2022-ci il 7 iyun tarixində tərəflərin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.

7. Cavabdeh 2022-ci il 26 oktyabr tarixində kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli 2-2(103)429/2022 saylı qərardadı ilə kassasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsi təmin edilməmişdir (sədrlik edən – V.Baxışova, hakimlər – V.Məmmədov və R.Qurbanov).

9. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qətnamənin tam mətni cavabdehin, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinetinə 2022-ci il 7 iyun tarixində yerləşdirilmiş, qətnamədən kassasiya şikayəti verməsi üçün qanunla nəzərdə tutulmuş iki aylıq müddət 2022-ci il 8 avqust tarixində bitmişdir. Cav abdeh isə qətnamədən 2022-ci il 26 oktyabr tarixində yəni prosessual müddət bitdikdən 2 ay sonra kassasiya şikayəti vermişdir.

10. Cavabdeh ərizəsində müddətin bərpası üçün üzrlü səbəb kimi qətnamənin elektron kabinetə yüklənməsi barədə onlara məlumat verilməməsini göstərmişdir.

11. İşə elektron kabineti əlavə edilmiş şəxslərə məhkəmə sənədlərinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürüldüyündən (elektron poçt və ya mobil telefon nömrəsi vasitəsi ilə) cavabdehin nümayəndələrinə qətnamənin elektron poçta yerləşdirilməsi barədə məlumatlarının olmadığına dair ərizədə qeyd olunanlar əsassız hesab edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MP M”) 133.1, 10-1.4, 10-1.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

13. Cavabdeh 2022-ci il 8 dekabr tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2022-ci il 23 noyabr tarixli, 2-2(103)429/2022 saylı qərardadının ləğv edilməsini, kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. MPM-in 134.1.5, 135.5, 135.8-ci maddələrinin tələbləri pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-429/2022 nömrəli kommersiya işi üzrə məhkəmə qətnaməsi 2022-ci il 1 iyun tarixində qəbul edilmişdir. Cavabdeh tərəfindən 2022-ci il 23 sentyabr tarixində ərizə ilə müraciət edilərək qətnamənin rəsmi qaydada təqd im olunması xahiş olunmuşdur. Həmin ərizəyə verilmiş cavaba əsasən məlum olmuşdur ki, sözügedən qətnamə 2022-ci il 7 iyun tarixində cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə və nümayəndəsi Nümayəndə2 elektron kabinetinə yüklənmişdir.

15. Kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizəni təmin etməyən məhkəmə kollegiyası nəzərə almamışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi nümayəndələrin elektron kabinetinə yüklənməsindən yuxarıda qeyd olunan cavab məktubundan sonra məlumatları olmuşdur. Belə ki, qətnamənin elektron kabinetlərə yüklənməsi barədə nümayəndələrə hər hansı bir vasitə ilə məlumat verilməmişdir.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə elektron kabineti əlavə edilmiş şəxslərə məhkəmə sənədlərinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” in formasiya sistemi vasitəsilə avtomatik məlumat ötürüldüyündən (elektron poçt və ya mobil telefon nömrəsi vasitəsi ilə) cavabdehin nümayəndələrinə qətnamənin elektron poçta yerləşdirilməsi barədə məlumatlarının olmadığına dair ərizədə qeyd olunanlar əsassızdır.

17. Lakin məhkəmə kollegiyası bu nəticəyə hansı əsasla və hansı sübutla gəlməsini qeyd etməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Belə ki, kollegiya məhkəmə sənədlərinin kabinetə yüklənməsi barədə məlumatın elektron poçt və ya mobil telefon nömrəsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik ötürüldüyünü qeyd etsə də, bunu təsdiq edən hər hansı bir sənədə, fakta, sübuta əsaslanmamışdır. Bu sadəcə məhkəmə kollegiyasının heç bir sübuta əsaslanmayan mülahizəsidir ki, ümumi hüquq prinsiplərinə və çoxsaylı hü quq normalarına görə məhkəmə qərarı mülahizəyə əsaslana bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadı təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (MPM-in 405.0.2-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

21. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

134. Rəsmi qaydada verilən sənədlər... 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir... 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını...” “Maddə

135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.... 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Hazırkı işdə cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və onunla birlikdə kassasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə vermiş, lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin ərizəsini təmin etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə elektron kabineti əlavə edilmiş şəxslərə məhkəmə sənədlərinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə ” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürüldüyündən (elektron poçt və ya mobil telefon nömrəsi vasitəsi ilə) cavabdehin nümayəndələrinə qətnamənin elektron poçta yerləşdirilməsi barədə məlumatlarının olmadığına dair ərizədə qeyd olunanlar əsassız hesab edilməlidir.

25. Məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə aşağıdakı səbəblərdən razılaşmır.

26. İstənilən şəxs “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaradarkən təsdiq edilmiş elektron ünvanını (e-mail) qeyd etdiyi halda, sözügedən informasiya sistemi məhkəmə sənədlərinin elektron kabinetdə yerləşdirilməsi barədə həmin şəxsə təsdiq edilmiş elektron poçt vasitəsilə məlumat çatdırmaq funksionallığına malikdir.

27. Hazırkı halda isə “Elektron Məhkəmə” informasiya sisteminin məlumatlarından məlum olur ki, nə cavabdehin, nə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, nədə ki, cavabdehin nümayəndəsi Nümayəndə2 elektron kabinetində onların təsdiq edilmiş elektron ünvanı (e-mail) qeyd edilmişdir.

28. Belə olan halda isə, məhkəmə kollegiyasının mövqeyinə görə, həmin şəxslərə MPM-in 135.5 və 135.8-ci maddələrinin (bax yuxarıda § 22) tələblərinə uyğun olaraq, məhkəmə sənədinin kabinetə yüklənməsi barədə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə avtomatik məlumat ötürülməsi mümkün olmamışdır.

29. Bu baxımdan, cavabdeh tərəf ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermə müddətini ötürmüş hesab edilə bilməz.

30. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apellyasi ya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli 2-2(103)-429/2022 saylı qərardadı ləğv edilməli, kassasiya şikayəti üzrə növbəti prosessual hərəkətlər yerinə yetirilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 23 noyabr tarixli 2-2(103)-429/2022 saylı qərardadı ləğv edilsin. Bununla bağlı kassasiya şikayəti üzrə növbəti prosessual hərəkətlər yerinə yetirilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar