Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-248/2020 22.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin “xxxx” ASC-yəiş üzrə QƏRAR (açar sözlər: mübahisəli mikroavtobusun hissələrinin oğurlanması və ya bu oğurluğun sığortalının və yaxud sığortaolunan qəsdi nəticəsində baş verməsi barədə təsdiqedici sübutlar, qanuni qüvvəsini almış məhkəmə aktı (hökmü) mövcud deyil.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin vəkili Vəkil2, Cavabdehin vəkili xxx qızının və nümayəndəsi xxxx oğlunun iştirakı, Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-609/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-yə məxsus Mercedes Benz Sprinter markalı **-JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş 25.300 manat məbləğində ziyanın “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə məxsus Mercedes Benz Sprinter markalı **-JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobus, xx.xx.2015-ci il tarixli xxx; xx.xx.2016-cı il tarixli xxx; xx.xx.2017-ci il tarixli xxx saylı avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi ilə “xxxx” ASC tərəfindən sığorta məbləği 47.164.50 manat olmaqla 3 il müddətinə sığorta olunmuşdur. Mikroavtobus xx.xx.2016-cı il tarixli akta əsasən Suraxanı rayonunun icra şöbəsinin icraçıları tərəfindən təhvil alınanda məlum olmuşdur ki, mikroavtobusun mühərriki, sürət qutusu, oturacaqları və salonda olan şitdəki nizamlayıcılar sökülmüşdür. “Red Motors” avtoservisi tərəfindən xx.xx.2017-ci ildə avtomobilə dəymiş ziyanla bağlı ilkin qiymətləndirmə aparılmış və 25.300 manat dəyərində qüsur aktı çıxarılmış, şirkət tərəfindən polisə və “xxxx” ASC-yə müraciət olunmuş və Sa bunçu Rayon Polis idarəsində borclulara qarşı 15.000 manat məbləğində dəymiş ziyanla bağlı(xx.xx.2017,iş nöm.170050438,CM 322.1) cinayət işi açılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(005)-4992/2016 saylı qətnaməsinə əsasən mikroavtobusun borclulardan 3.826 ABŞ dollar məbləğin şirkətin xeyrinə tutulmasına dair qətnamə çıxarılmışdır. “xxxx” ASC tərəfindən mikroavtobus dəymiş ziyana görə sığorta ödənişi olunmamışdır. Tərəflər arasında bağlanan xx.xx.2015-ci il tarixli xxx; xx.xx.2016-ci il tarixli xxx; xx.xx.2016-ci il tarixli xxx saylı avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin bölmə İİ bəndini (sığorta riskləri) nəzərə alaraq İddiaçı ASC-yə məxsus Mercedes Benz Sprinter markalı **-JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş 25.300 manat məb ləğində ziyanın cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, e-2-2(81)469/2019 saylı qətnaməsi ilə (hakim F.Mədətli) İddiaçı ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı İddiaçı ASC-yə məxsus Mercedes Benz Sprinter markalı **-JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ziyanın 25.300 manat məbləğinin “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-609/2019 saylı qətnaməsi ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev, A.Nuriyeva) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibat iİqtisadi Məhkəməsinin 2-2(81)-469/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 08 yanvar 2020-ci il tarixli, 2-2(102)-17/2020 saylı qərarı ilə (hakim S.Hüseynova) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)609/2019 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün iqtisadi işlə birlikdə apellyasiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxx 2020-ci il tarixli, 2-2(103)-609/2019 saylı qərardadı ilə (sədrlik edən C.Yusifov, hakimlər R.Qurbanov, V.Baxışova) İddiaçı ASC-nin prosessual müddətin bərpası ərizəsi təmin edilmiş, onun tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-609/19 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuş, kassasiya şikayəti baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-17/20 saylı xx xxxxxx 2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-609/19 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadlarına əsasən iddiaçının vaxtında verilmiş kassasiya şikayətinin onda yol verilmiş nöqsanlar üzündən geri qaytarılması və onun tərəfindən kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə (bundan sonraMPM) nin 407.1.4-cü maddəsinə uyğun tərtib edilmiş yenidən tərtib edilərək məhkəməyə təqdim olunması nəticəsində müddətin buraxılması halları müddətin buraxılmasının üzrlü səbəbləri kimi qiymətləndirilir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən ********* saylı cinayət işi üzrə xxx oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin xx.xx.2019-cu il tarixli qərarını nəzərə almamış və mübahisəli mikroavtobusun hissələrinin oğurlanması və ya bu oğurluğun sığortalının və yaxud sığortaolunanın qəsdi nəticəsində baş verməsi barədə təsdiqedici sübutlar, o cümlədən, qanuni qüvvəsini almış məhkəmə aktının (hökmü) mövcud olmadığını və belə sübutların məhkəməyə təqdim edilmədiyini bildirərək əsassız və qanunsuz qətnamə çıxarmışdır. Cinayət Prosessual Məcəllənin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmamaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buradan bu nəticəyə gəlmək olar ki, mikroavtobusun hissələrinin oğurlanması və ya bu oğurluğun sığortalının və yaxud sığortaolunanın qəsdi nəticəsində baş verməsi barədə təsdiqedici sübutların olmasına baxmayaraq (müstəntiqin xx.xx.2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə qərarı) apellyasiya instansiya məhkəməsi sübutları araşdırmamış və qanunsuz olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Eyni zamanda, apellyasiya instansiya məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissələri bir-birinə uyğun gəlmir, belə ki, qətnamənin əsaslandırıcı hissəsində tərəflər arasında bağlanmış sığorta müqaviləsində oğurluğun sığorta risklərinə daxil edildiyi göstərilmiş, lakin nəticə hissəsində düzgün hüquqi nəticəyə gəlməyərək, mübahisəli mikroavtobusun hissələ rinin oğurlanması və ya bu oğurluğun sığortalının və yaxud sığortaolunanın qəsdi nəticəsində baş verməsi barədə təsdiqedici sübutlar, o cümlədən, qanuni qüvvəsini almış məhkəmə aktının (hökmünün) mövcud olmadığı bildirilmişdir. Halbuki oğurluq faktı müstəntiqin xx.xx.2019-cu il tarixli qərarı ilə öz təsdiqini taparaq, iş üzrə təqsirləndirilən şəxs qismində xxx oğlu tanınmış və bu barədə zəruri sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə xx.xx.2013-cü il tarixdə razılaşdırılmış “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 16.1.1.7-ci yarımbəndinə əsasən sığortalının və ya sığorta olunanın sığorta hadisəsinin baş verməsi ilə birbaşa səbəb əl aqəsində olan qəsdən etdiyi hərəkət və hərəkətsizliyi hallarında sığorta təminatının verilməməsi halını əsas gətirməsi qanunsuz və əsassızdır, belə ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Bütün yuxarıda göstərilənlərə əsasən İddiaçı ASC Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-609/2019 saylı qətnaməsini ləğv edərək, işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı ASC-nin vəkil i Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 22(103)-609/2019 saylı qətnaməsinin ləğv edilməsini və işə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili xxx qızı və nümayəndəsi XXX oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmiş hallara əsasən, İddiaçı ASC ilə cavabdeh xxx oğlu arasında bağlanmış xx xxx 2015-ci il tarixli xxx saylı Daxili Lizinq Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən **-JH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz Sprinter” markalı mikroavtobus lizinq müqaviləsi əsasında xxx oğlunun müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. xx xxx 2015-ci il tarixli “Əmlakın qəbulu və lizinqə verilməsi barədə” Aktdan isə görünür ki, iddiaçı tərəfindən müqavilənin predmeti olan 1 ədəd **-JH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz Sprinter” markalı mikroavtobus xxx oğluna təhvil verilmişdir. İddiaçı ilə xxx oğlu arasında bağlanmış № xxx saylı öhdəliyin köçürülməsi haqqında müqavilədən görünür ki, xxx oğlunun xx.xx.2015-ci il tarixli, xxx saylı daxili lizinq müqaviləsi üzrə bütün hüquq və vəzifələri xxx oğluna keçmişdir. Bundan əlavə, iddiaçı ilə xxx oğlu arasında № xxx saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən xxx oğlu və xxx oğluna “Mercedes Benz Sprinter” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun idarə edilməsinə dair vəkalətnamə verilmişdir. Vəkalətnamənin etibarlılıq müddəti xx xxxxxxx 2016-cı il tarixədək müəyyən olunuşdur. İddiaçı ASC-yə məxsus Mercedes Benz Sprinter markalı **JH-*** dövlət qeydiyyat nişanlı mikroavtobus, xx.xx.2015-ci il tarixli xxx; xx.xx.2016-cı il tarixli xxx; xx.xx.2017-ci il tarixli xxx saylı avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi ilə “xxxx” ASC tərəfindən sığorta məbləği 47.164.50 manat olmaqla 3 il müddətinə sığorta edilmişdir. İddiaçının “xxxx” ASC-yə ünvanladığı xxx saylı xx xxxxxx 2016-cı il tarixli məktubun mətnin dən müəyyən edilir ki, iddiaçı İddiaçı ASC-yə məxsus Mercedes Benz Sprinter markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta şirkəti tərəfindən xx xxx 2015-ci il tarixli xxx, xxx və xxx nömrəli avtomobilin tam sığortası üzrə sığorta şəhadətnaməsi ilə sığortalandığını qeyd edərək həmin avtomobilin xx xxxxxx 2016-cı il tarixində Sabunçu İcra Şöbəsinin icra məmurunun iştirakı ilə Sabunçu rayonu Nazim İsmayılov küçəsində yerləşən avtodayanacaqdan aktlaşdırılıb götürülərkən avtomobilin mühərrikinin, sürət qutusunun, salonda olan oturacaqların və şitində olan bütün cihazların olmaması aşkar olunduğu qeyd olunmuş, məsələ ilə bağlı 102 qaynar xəttinə zəng olunaraq polisə məlumat verildiyi qeyd edilərək, avtomobilə dəymiş ziyanın müəyyən olunması və sığorta hesabına təmirinin təmin edil məsi xahiş edilmişdir. Sabunçu rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli, № ********* saylı cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından müəyyən edilir ki, “xxxx” ASC-nin İdarə Heyətinin sədri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-yə məxsus, **-JH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz Sprinter” markalı mikroavtobusu idarə etmək üçün etibarnamə ilə xxx oğluna və xxx oğluna verilmiş, daha sonra isə həmin şəxslərlə əlaqə yaratmaq mümkün olmamış, həmin mikroavtobusu xx.xx.2016-cı il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində yerləşən dayanacaqda Suraxanı icra şöbəsinin icra məmuru İlqar Muxtarovla birlikdə aşkar edib götürərkən, mikroavtobusun mühərrikinin, s ürət qutusunun, oturacaqlarının, cihazlar panelindəki bütün cihazların, monitorun xxx oğlu və xxx oğlu tərəfindən özbaşına sökülərək İddiaçı ASC-yə 15.000 manat ziyan vurmuşlar. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılması qərara alınmış, Sabunçu rayon Polis İdarəsinin xx xxxxxx 2017-ci il tarixli Qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Sabunçu rayon Məhkəməsinin 6(008)-19/2017 saylı xx xxxx 2017-ci il tarixli Qərarı ilə Sabunçu rayon Polis İdarəsinin xx xxxxxx 2017-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarı ləğv edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ş ikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirə salınmaz tədbirlərin görülməsi tapşırılmışdır. İddiaçı ASC-nin cavabdehə ünvanladığı 348 saylı xx xxxxx 2017-ci il tarixli məktubunun mətnində qeyd edilmişdir ki, Sabunçu rayon Polis İdarəsinin xx xxxxxx 2017ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə Qərarı Sabunçu rayon Məhkəməsinin 6(008)-19/2017 saylı xx xxxx 2017-ci il tarixli Qərarı ilə ləğv edilmiş və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirə salınmaz tədbirlərin görülməsinin tapşırılmasını nəzərə alaraq işə yenidən baxılaraq sığorta ödənişinin həyata keçirilməsi xahiş edilmişdir. Cavabdehin İddiaçı ASC-yə ünvanladığı xxx saylı xx xxxxxxx 2017-ci il tarixli məktubunun mətnində qeyd edilmişdir ki, “xxxx” ASC ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixdə xxx saylı sığorta şəhadətnaməsi imzalanmış və “Mercedes Benz Sprinter” markalı, **-JH*** dövlət qeydiyyat nişanlı mikroavtobus Sabunçu rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli Qərar xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-yə daxil olmuşdur. Qərarda qeyd edilmişdir ki, sığortalı avtomobil İddiaçı ASC tərəfindən etibarnamə əsasında xxx oğluna və xxx oğluna idarə etmək üçün verilmiş, daha sonra həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmamış və sığorta predmetinin yerləşdiyi ünvan aşkar edilən zaman onu n mühərrikinin, sürətlər qutusunun, oturacaqların, cihazlar panelindəki bütün cihazların və monitorun xxx oğlu və xxx oğlu tərəfindən özbaşına sökülərək İddiaçı ASCyə 15.000 manat ziyan vurmuşdular. Həmçinin, İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli vəkalətnaməyə əsasən xxx oğlu və xxx oğluna sığorta predmetinin idarə etməsi vəkalət edilmiş və həmin şəxslər sığorta olunan qismində tanınmışdırlar. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, mübahisəli mikroavtobusun hissələrinin oğurlanması və ya bu oğurluğun sığortalının və yaxud sığortaolunan qəsdi nəticəsində baş verməsi barədə təsdiqedici sübutlar, o cümlədən, qanuni qüvvəsini almış məhkəmə aktı (hökmü) mövcud deyil və işin hazırki mərhələsində də belə sübutlar məhkəməyə təqdim edilməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəal iyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Mülki Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Mülki Məcəllənin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Həmin Məcəllənin 884.6-cı maddə sinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. xx.xx.2016-cı il tarixdə xxx№-li “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnamə”dən görünür ki, iddiaçıya məxsus həmin mikroavtobus xx.xx.2017-ci il tarixə kimi cavabdeh tərəfindən faydalanan şəxs sığortalının xeyrinə sığorta (sığorta məbləği 37.731,60 manat) olunmuşdur. Həmin sığorta şəhadətnaməsindən görünür ki, həmçinin oğurluq da sığorta risklərinə daxil edilmişdir. Belə ki, işin faktiki hallarına əsasən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli akta əsasən Suraxanı rayonu İcra şöbəsinin icraçıları tər əfindən təhvil alınarkən həmin mikroavtobusun mühərriki, sürət qutusu, oturacaqları və salonda olan şitdəki nizamlayıcı cihazların sökülməsinin aşkar edildiyi və oğurluq faktı üzrə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində təqsirləndirilən xxx oğlu barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş (onun xx.xx.2019cu il tarixli sorğusuna cavab), Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis kapitanı Canpolad Nağıyevin «Cinayət işi üzrə icraatın dayandırılması haqqında» qərardan görünür ki, həmin cinayət (xxxx №-li) işi üzrə təqsirləndirilən şəxs C.N.Mehdiyev barəsində qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti Bakı şəhər Sabunçu rayon Məh kəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, iş üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılmışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, xx.xx.2016-cı il tarixdə iddiaçı lizinq alan və xxx oğlu arasında xxx saylı “öhdəliyin köçürülməsi haqqında” müqavilə bağlamaqla qeyd olunan lizinq müqaviləsi üzrə bütün hüquq və vəzifələri xxxə keçmişdir. Bundan başqa, həmin tarixdə xxx ilə iddiaçı arasında № xxx saylı zaminlik müqaviləsi də bağlanmışdır. xx.xx.2016-cı il tarixdə isə iddiaçı tərəfindən xxx oğlu və xxx oğluna **-JH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz Sprinter” markalı mikroavtobusun idarə edilməsinə dair vəkalətnamə də verilmişdir (vəkalətnamənin etibarlılıq müddəti xx.xx.2016-cı il tarixinədək m üəyyən edilmişdir). xx.xx.2016-cı il tarixli xxx №-li “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nə əsasən iddiaçıya məxsus həmin mikroavtobus xx.xx.2017-ci il tarixə kimi cavabdeh tərəfindən faydalanan şəxs sığortalının xeyrinə sığorta olunmuşdur (sığorta məbləği 37.731,60 manat). Bu şəhadətnaməyə əsasən oğurluq da sığorta risklərinə daxil edilmişdir. Bununla belə, iş materiallarında olan sənədlərdən o da görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DSNX ilə xx.xx.2013-cü il tarixdə razılaşdırılmış “Avtomobillərin tam sığortası üzrə sığorta Qaydaları”nın 16.1.1.7-ci yarımbəndinə əsasən sığortalını və ya sığorta olunanı sığorta hadisəsinin baş verməsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi sığorta təminatına daxil deyil. xxx avtomobillərin tam sığortası üzrə sığorta müqaviləsinin 1-ci bölməsinnə əsasən sığortalı qismində İddiaçı ASC çıxış etmiş və müqavilənin şərtlərinə görə sığorta şəhadətnaməsinə əsasən avtomobili idarəetmə səlahiyyəti olan şəxslərin (sığorta olunanların) siyahısı sığortalının (yəni İddiaçı ASC-in) sərəncamına əsasən müəyyən edilir. Belə olan təqdirdə, İddiaçı ASC ilə xxx oğlu arasında bağlanmış müqavilələrə əsasən həmçinin həmin ASC tərəfindən xxx oğluna və xxx oğluna verilmiş etibarnaməyə görə sığorta predmetinə əmlak mənafeləri İddiaçı ASC-də olmamışdır. Mülki Məcəllənin 935.1.2-ci maddəsində birbaşa göstərilmişdir ki, bu Məcəllə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, s ığortalını, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi habelə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi sığorta ödənişinin edilməsindən imtina edilməsi üçün əsasdır. Cavabdehin kassasiya şikayətinə etirazından görünür ki, sığorta hadisəsinin sığortalı və ya sığortaolunanın qəsdi nəticəsində törədilməsi sığorta təminatına daxil edilmir. MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli mikroavtobusun hissələrinin oğurlanması və ya bu oğurluğun sığortalının və yaxud sığortaolunan qəsdi nəticəsində baş verməsi barədə təsdiq edici sübutlar, o cümlədən, qanuni qüvvəsini almış məhkəmə aktı (hökmü) mövcud deyil və işin hazırki mərhələsində də belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63.1-ci maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əgər ehtimal olunsa da ki belə xxx barəsində onun təqsirliliyi ilə bağlı məhkəmə hökmü mövcuddur, belə halda da “İddiaçı “ASC-ə oğurluqla bağlı sığorta məbləğinin ödənişinin həyata keçirilməsi yuxarıda göstərilənlərə əsasən qeyri mümkündür. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin tə qdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)609/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-609/2019 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(102)-248/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-248/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver