Məhkəmə qərarları › İş №2-2(102)-248/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-248/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-248/2021 21.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı MMC-nin nümayəndəsi və onun vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral t arixli 2-2(103)-134/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarına olan iddiaçı MMC şirkəti (bundan sonra – "iddiaçı") (satıcı) ilə Cavabdeh MMC (bundan sonra – “Cavabdeh”) (alıcı) arasında 2018-ci il 5 may tarixli 61 saylı malların alqısatqı müqaviləsi bağlanmışdır.

2. Həmin müqavilənin şərtlərinə görə: 2.1. Satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə “Arçelik” markalı malları və servis xidmətini alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür (1-ci bənd). 2.2. Alıcı bu müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməli olan vəsaitin 0.1%-i məbləğində cərimə ödəməyi ö z öhdəsinə götürmüşdür (3-cü bənd). 2.3. Müqavilə üzrə hesablaşma, avans ödənilməsi ümumi məbləğin 50%-ni, 4-5 həftəyə malların təslimi və geri qalan 50%-in də malların təslimi zamanı köçürmə yolu ilə aparılır. 4.2-ci bənd).

3. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehə ƏDV daxil 97.763,07 manat dəyərində malın verilməsinə dair 2018-ci il 7 may tarixli EAAİ seriyalı 949338 saylı; ƏDV daxil 10.140,92 manat dəyərində malın verilməsinə dair 2018-ci il 18 oktyabr tarixli EAAM seriyalı 915496 saylı elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehə göndərilmişdir.

4. İş materiallarında olan ödəniş tapşırıqlarının surətindən görünür ki, Cavabdeh tərəfindən 2018-ci il 8 may tarixində 41.425,03 manat, eyni tarixdə 7.456,50 manat, 16 may tarixində 16.570,01 man at, 2018-ci il 6 sentyabr tarixində 10.000 manat, eyni tarixdə 4.782,60 manat, 2019-cu il 28 fevral tarixində 4.220,83 manat, 17 sentyabr tarixində 10.000 manat məbləğlərdə ödəniş edilmişdi.

5. İş materiallarında olan İddiaçının 2020-ci il 12 fevral tarixli pretenziya məktubundan görünür ki, 13.448,95 manat əsas borc, gecikdirməyə görə hesablanmış 1.990,44 manat dəbbə pulunun, cəmi 15.439,39 manat borc öhdəliyinin 2020-ci il 19 fevral tarixinədək icra edilməsi Cavabdeh tələb edilmiş, əks halda həmin məbləğin məcburi qaydada tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 2020-ci il 11 mart tarixində Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, alqı-satq ı müqaviləsi üzrə ödənilməmiş 13.448,95 manat əsas borc, gecikdirməyə görə hesablanmış 1.990,44 manat və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin, cəmi 15.469,39 manat məbləğində pul vəsaitinin Cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi yuxarıda §§ 1-5-də göstərilən hallarla və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 567-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli 2-2(113)-1130/2020 saylı qətnaməsi ilə: 8.1. iddia qismən təmin edilmiş; 8.2. Cavabdehdən 13.448,95 manat məbləğində əsas borc, 1.000 manat məbləğində dəbbə pulu, cəmi 14.448,95 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçıya ödənilməsi qət edilmiş; 8.3. iddia qalan hissədə rədd edilmiş; 8.4. iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi İddiaçı-ə aid edilmişdir (hakim – L.Əliyeva).

9. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 9.1. Müqaviləyə əsasən, İddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları Cavabdehə satsa da, Cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri pozmuşdur. 9.2. Cavabdeh müqavilənin şərtlərinə əsasən göstərilmiş malların dəyərini - 13.448,95 manat məbləğində pul vəsaitini ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyindən, belə olan halda isə İddiaçı göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğundan, Cavabdeh-dən 13.448,95 manat məbləğində əsas borc tutularaq İddiaçı-ə ödənilməlidir. 9.3. Cavabdeh-nin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan İddiaçı Cavabdeh-dən dəbbə pulu ödənilməsini tələb etməkdə haqlıdır. 9.4. Lakin Cavabdeh-dən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 1.000 manat məbləğində müəyyən edilməlidir.

10. Məhkəmə bu qənaətini MM-in 385.1, 442, 443.1, 448.1, 462.1, 467, 567-ci, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

11. C avabdeh 2020-ci il 26 noyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli 22(103)-134/2021 saylı qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 13 noyabr tarixli 2-2(113)-1130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – C.Yusifov və V.Baxışova).

13. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur: 13.1. Cavabdeh malların göndərildiyini etiraf edir, lakin bildirir ki, mallarda qüsur aşkar olunduğuna g örə, o, İddiaçı-ə 13.448,95 manat məbləğində ödəniş etməkdən imtina etmişdir. 13.2. Əgər həqiqətən də mallarda qüsur mövcud olsaydı, Cavabdeh, İddiaçı tərəfindən göndərilmiş elektron qaimə fakturadan qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər, bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırkı işdə bu hal mövcud deyil və Cavabdeh İddiaçı tərəfindən göndərilmiş elektron qaimə fakturanı təsdiq etmiş və İddiaçıya öz etirazlarını bildirməmişdir. Bu hal isə onun tərəfindən İddiaçı-in göndərdiyi malların bəyənməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. 13.3. Göründüyü kimi, İddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin qüsursuz icra edilməsi Cavabdeh tərəfindən inkar edilsə də, etirazı təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. 13.4. Cavabdehin müqavilə üzrə cəmi ödədiyi məbləğlə ödəmədiyi məbləği müqayisə edərək və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 1.990,44 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləği azaldılaraq 1.000 manat məbləğində müəyyənləşdirilmişdir.

14. Məhkəmə bu qənaətini MM-in 462.1, 467, 567, 598.2, 600.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

15. Cavabdeh 2021-ci il 15 aprel tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etiraz ın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçı tərəfindən Cavabdehə satılmış malların bir çoxu istifadəyə yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən Cavabdeh tərəfindən alınmış mallara görə ödəniş edilməmişdir. Həmin malların istifadəyə yararlılığının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizanın təyin edilməsi zərurət təşkil etməsinə baxmayaraq nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiyası bunda maraqlı olmuşdur. Belə ekspertizanın təyin edilməsi üçün iş apellyasiya məhkəməsinə təkrar baxışa göndərilməlidir.

17. Kassator kassasiya şikayətini MPM-nin 403.1, 405.0.1, 406, 416, 417.1.4, 418.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən İddiaçı-in nümayəndəsi və vəkili kassasiya şikayətini qəbul etmədiklərini, şikayətin əsassız olduğunu bildirdilər. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh tərəfindən məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

24. MM-nin müvafiq müddəalarında aş ağıdakılar nəzərdə tutulur: “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzin i ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta ye tirməyə borclu deyildir....” “Maddə

467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi... 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur....” “Maddə

600. Nisyə satı lmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....”

25. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini işin materialları ilə birgə araşdıraraq, iddia tərəfinin izahatlarını dinləyərək hesab edir ki, kassasiya şikayətində göstərilmiş dəlil apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsaslı deyildir.

27. Kassatorun yegan ə dəlili (bax yuxarıda § 16) satılmış malların bir çoxunun yararsız olması ilə bağlıdır və məhkəmə kollegiyası həmin dəlillə razılaşmır.

28. Qeyd etmək lazımdır ki, eyni dəlil apellyasiya şikayətində də göstərilmiş, apellyasiya baxışının da predmeti olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlili əsaslandırılmış şəkildə cavablandırmışdır.

29. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı tərəfindən malların Cavabdehə verilməsinə dair 2018-ci il 7 may və 18 oktyabr tarixli iki elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh-yə göndərilmiş, lakin Cavabdeh nəinki mallarda qüsur aşkar olunması səbəbindən həmin elektron qaimə fakturalardan qanunla müəyyən edilmiş 5 gün müddətində imtina etməmiş, hətta elektron qaim ə fakturaları təsdiq etmiş, bununla bağlı öz etirazlarını İddiaçıə bildirməmiş, beləliklə göndərilmiş malları faktiki olaraq bəyənmiş və həmin malların dəyərinin ödənilməsi vəzifəsini qəbul etmişdir.

30. Halbuki hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə 2020-ci il 11 mart tarixində daxil olmuşdur.

31. Beləliklə, mallar Cavabdehə son dəfə verildikdən (2018-ci il 18 oktyabr tarixindən) sonra hazırkı iddia ərizəsi verilənədək Cavabdehin mallarda qüsurların aşkar olunması barədə İddiaçıya öz etirazlarını bildirməsi üçün ən azı 1 il 4 aydan artıq vaxtı olmuşdur.

32. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd etdiyi kimi, İddiaçı tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklərin qüsursuz icra edilməsi Cavabdeh tərəfindən inkar edilsə də, etirazı təsdiq edən mötəbər sübut təqdim edilməmişdir.

33. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları təkzib edən tutarlı dəlillər gətirilməmişdir.

34. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən hər hansı hüquq pozuntusuna yol verməmişdir. Kassatorun dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz.

35. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 17 fevral tarixli 22(103)-134/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar