Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-248/2024 29.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 2-2(103)-131/2024 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdi İş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh QSC-yə (bundan sonra – “cavabdeh”) qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması və əldən çıxmış faaydanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 18 oktyabr tarixli e-2-2(113)-4392/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 15.018,36 manat əsas borc, 1.000 manat hüquqi yardımla bağlı çəkilmiş xərc və ödənilmiş 200 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 16.218,36 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim – Ü.Həsənova).
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasə barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 2-2(103)-131/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).
5. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini cavabdehin adından vəkili və nümayəndəsi kimi Nümayəndə elektron qaydada imzalamışdır. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması 40 4-1.1. Kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir....” “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödə nilməsi barədə sənədlər əlavə edilməmişsə;...” 7. “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin (bundan sonra – “Əsasnamə)” müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Əsas anlayışlar... 1.5. vəkil orderi – müvəkkil ilə vəkil (vəkil qurumu) arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən unikal nömrəsi olan sənəddir....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
8. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və icraata qəbul edilməməlidir.
9. Belə ki, MPM- in 407.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinə müraciət olunduqda kassasiya şikayətinə vəkilin orderi əlavə olunmalıdır.
10. Əsasnamədə nəzərdə tutulduğu və məhkəmə təcrübəsində qəbul edildiyi kimi, vəkil orderi vəkilə verilən tapşırıq üzrə yalnız bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir (bax, yuxarıda § 7).
11. Hazırkı işdə təqdim edilmiş kassasiya şikayəti cavabdehin adından apellyasiya instansiyası məhkəməsində onun vəkili və nümayəndəsi olan Nümayəndə tərəfindən imzalansa da, kassasiya şikayətinə cavabdehin həmin vəkilə Ali Məhkəmədə təmsilçilik və hüquqi yardımın göstərilməsi səlahiyyətlərinin verilməsini təsdiq edən sənəd əlavə edilməmişdir (bax, yuxarıda § 5).
12. Məhkəmə kollegiyası q eyd edir ki, MPM-in 408.1.3-cü maddəsində kassasiya şikayətinə vəkilin orderi əlavə edilmədiyi halda, kassasiya şikayətinin qaytarılması nəzərdə tutulur (bax, yuxarıda § 6).
13. Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinadən vurğulamışdır ki, müvafiq daxili qanunvericiliklə Ali Məhkəməyə ona gələn işləri filtrdən keçirmək imkanı yaradıldığı halda, onun aşağı instansiya məhkəmələrinin Ali Məhkəməyə müraciət etmək hüququ ilə əlaqədar səhvlərilə bağlı olmasını qəbul etmək çətin olar. Əks mövqeyin qəbul edilməsi Ali Məhkəmənin işinə ciddi şəkildə mane ola bilər və Ali Məhkəmənin xüsusi rolunu yerinə yetirməsini qeyri-mümkün edər. Avropa Məhkəməsinin presedent hüququnda artıq təsdiq edilmişdir ki, ali məhkəmənin öz yurisdiksiyasını müəyyən etmək səlahiyyəti bu şəkild ə məhdudlaşdırıla bilməz (№ 2(102)-2496/2023 [qərardad], 18 may 2023-cü il, § 27, müvafiq istinadlarla).
14. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin presedent hüququna istinadən onu da əlavə etməlidir ki, vəkilin yol verdiyi hər hansı çatışmazlığa görə məhkəmə məsuliyyət daşıya bilməz. Hüquq peşəsinin dövlətdən müstəqil olması prinsipindən irəli gələrək, vəkilin davranışı – sırf müvəkkillə vəkil arasında olan məsələdir (bax, mutatis mutandis, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, 26 yanvar 2017-ci il, § 32).
15. Hər bir halda kassasiya şikayətinin qanunla müəyyən edilmiş qaydada və müddətdə verilməsini yoxlamaq vəzifəsi ilk növbədə apellyasiya instansiyası məhkəməsinin vəzifəsini təşkil edir. Lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası qanunla müəyyən edilmiş vəzifələ rini lazımınca yerinə yetirməmiş və kassasiya şikayətinin mümkünlüyünü düzgün yoxlamadan iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.
16. Qeyd edilənlərə əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş qaydada verilmədiyi üçün icraata qəbul edilə bilməz. Buna görə də, kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir
17. Şərh olunanları nəzərə alaraq və MPM-in 404-1, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 yanvar tarixli 22(103)-131/2024 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.