Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-25/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin Cavabdeh İstehsal Kommersiya Şirkətinə qarşı iddiasına dair iş üzrə (Açar sözlər: göndərmə müqaviləsi, göndərilmiş malın dəyərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu, Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və vəkili X5 və 3-cü şəxs AAAAAAAAAAin vəkili Vəkil Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh İstehsal Kommersiya Şirkətinə və 3-cü şəxs X2 qarşı göndərlmiş malın dəyərinin ödənilməsi haqqında iddia tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(107)-27/2020 saylı qətnaməsindən cavabdeh Şirkətin qanuni təmsilçisi və 3-cü şəxs olan AAAAAAAAAA tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ
1. İşin materiallarında olan, İnternet Vergi İdarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında bölümündən çıxarışa əsasən, ”Cavabdeh” İstehsal Kommersiya Şirkəti hüquqi ünvanı Yevlax rayonu, Malbinəsi kəndi, qanuni təmsilçisi X3 olmaqla xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentində dövlət qeydiyyatına alınm ışdır.
2. İşin materiallarında olan qəbzə görə, X1 "İddiaçı" MMC-yə xx.xx.2018-ci ilədək 22.245 ABŞ dolları və 2.865 avro borcu mövcuddur. AAAAAAAAAA 2018-ci ilin sentyabr ayından hissə-hissə olaraq 20.000 ABŞ dolları ödəməyi öhdəsini götürmüşdür.
3. İşin materiallarında olana xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsinə əsasən, “İddiaçı" MMC tərəfindən AAAAAAAAAAə 1.620 ABŞ dolları və 626,20 avro dəyərində mal verilmişdir. Lakin həmin aktın "təhvil aldı" qrafasında imza yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC Cavabdeh İstehsal Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şirkətdən 23.865 ABŞ dolları, 3.645 avro pulun, həmin pulların gecikdirilməsi üçün əlavə 5.000 ABŞ dollarının və 30 manat dövlət rüsumunun alınıb iddiaçı MMC-yə ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim V.Qasımov; iş No 2-2(84)-268/2018) iddianın qismən təmin edilməsi, cavabdeh Şirkətdən 22.245 ABŞ dolları və 2.865 avro məbləğində pulun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla alınıb iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 6. 1-ci instansiya məhkəməsi qətnaməsində belə hesab etmişdir ki, hazırkı mübahisədə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edildi ki, tərəflər arasında bir neçə il davam edən dayanıqlı alqı-satqı münasibətləri olmuş, Yevlax rayo nunda pivə istehsalı ilə məşğul olan cavabdeh Şirkət bu istehsal üçün zəruri olan xammalları iddiaçı MMC-dən nisyə almış, sonra isə dəyərini hissə-hissə ödəmişdir. Cavabdeh Şirkət iddiaçı MMC-yə olan borcunun ödənilməsini gecikdirdiyinə görə, tərəflər arasında narazılıq yaranmış və cavabdeh Şirkət-yə xammal verilməsi dayandırılmışdır.
7. Bundan sonra xx.xx.2018-ci il tarixdə cavabdeh Şirkətin qanuni təmsilçisi X3 iddiaçı MMC-nin ofisinə baş çəkmiş və orada həmin tarixə iddiaçı MMC-yə 22.245 ABŞ dolları və 2.865 avro borcunun olması, 2018-ci ilin sentyabr ayınadək hissə-hissə olaraq 20.000 ABŞ dolları ödəməyi öhdəsinə götürməsi barədə yazılı qəbzi imzalamışdır.
8. AAAAAAAAAA qəbzi şəxsən imzaladığını məhkəmə iclasında etriraf etdi. O, əslində iddiaçı MMC-nin borcunun olmadığını və arterial təzyiqinin yüksək olması və özünü yaxşı hiss etməməsi səbəbindən qəbzi imzaladığını bildirsə də, bu hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilmədi.
9. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsi və elektron qaiməyə gəldikdə isə, həmin sənədlərdə göstərilən malların cavabdeh Şirkət tərəfindən təhvil alınması barədə cavabdeh Şirkətin nümayəndəsinin imzası mövcud deyil. Ona görə də həmin qaimələr mötəbər sübut kimi qiymətləndirilə bilməz.
11. Bu səbəbdən iddiaçı MMC cavabdeh Şirkətdən 23.865 ABŞ dolları və 3.645 avro məbləğində deyil, 22.245 ABŞ dolları və 2.865 avro m əbləğində pulu tələb etməkdə haqlıdır. 12. 1-ci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 329.3, 385.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.2, 460.1, 462.1, 463-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
13. Həmin qətnamədən narazı qalan cavabdeh Şirkət ondan apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Abbasov, hakimlər R.Rəfiyev və M.Hüsyenov; iş № 22(107)-30/2019) cavabdeh Şirkət tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilm əsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması; iddianın rədd edilməsi qət edilmişdir.
15. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində belə qənaətə gəlmişdir ki, AAAAAAAAAA 1-ci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətində iddiaçı MMC ilə olan işgüzar əlaqələrinin təmsil etdiyi hansısa hüquqi şəxsin adından və onun mənafeyi üçün həyata keçirildiyini heç vaxt bidirməmişdir. O cümlədən, apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdeh Şirkətin vəkili də belə izahat verməmişdir.
16. Belə olan halda, iddiaçı MMC sözügedən qəbzə istinad etməklə hazırkı iddianı cavabdeh Şirkətə qarşı deyil, fiziki şəxs olan AAAAAAAAAAə qarşı qaldırmalı idi. O, isə fiziki şəxs olmaqla, fərdi sahibkar kimi də qeydə alınmamışdır.
17. Belə ki, İnternet Vergi İdarəsində axtarışlarda onun fərdi sahibkar kimi qeydə alınması və adına VÖEN olması müəyyən edilmədi.
18. Buradan irəli gəlir ki, ona qarşı qaldırılmalı olan iddia iqtisadi qaydada deyil, mülki qaydada ümumi məhkəmədə qaldırıla bilərdi. Həmçinin hazırkı mübahisə üzrə məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan qəbzə istinad edərək iddia tələbinə iqtisadi qaydada baxmaqda səhvə yol vermişdir.
19. Bundan başqa, iddiaçı MMC hazırkı iddia ərizəsində cavabdeh kimi "Cavabdeh" MMC-ni göstərmişdir. Lakin işin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışa əsasə n, cavabdeh "Cavabdeh" MMC kimi deyil, Cavabdeh kimi Vergilər Nazirliyində qeydiyyata alınmış və adına ********** nömrəli VÖEN açılmışdır.
20. Belə olan halda, hazırkı iddia ərizəsinin tərtibində də səhvə yol verilmiş, faktiki olaraq mövcud olmayan şəxsə qarşı iddia qaldırılmış, 1-ci instansiya məhkəməsi isə həmin məsələni araşdırmayaraq mövcud olmayan şəxsə qarşı qaldırılan iddianı qismən təmin edərək qətnamə çıxarmışdır.
21. Qeyd olunmalıdır ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, ədalə t mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
22. Həmin qətnamədən narazı qalan İddiaçı MMC ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-2(84)-268/2018 nömrəli qətnaməsnin qüvvədə saxlanılmamasına dair qərar qəbul edilməsini kassasiya instansiya məhkəməsindən xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Bədəlov; hakimlər İ.Dadaşov və S.Hüseynova; iş No 2-2(102)-438/2019) iddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi; Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi; işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qət edilmişdir.
24. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki halda məhkəmə araşdırmasının predmetinə çevrilmiş qəbzə təkcə onun hərfi mənası baxımından, yəni həmin qəbzdə AAAAAAAAAAin ifadə olunmuş iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, qəbzə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri, ümumilikdə onun mənası baxımından nəzərə alınmaqla qiymət verilməlidir. Doğrudur, iş materiallarının 17-ci vərəqində olan qəbzdə ”Cavabdeh” İstehsal Kommersiya Şi rkətinin deyil, X1 İddiaçı MMC-yə borcunun olduğu qeyd edilmişdir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.2-ci maddəsində deyildiyi kimi, hüquqi şəxslər öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Başqa sözlə, hüquqi şəxslər öz iradəsini səlahiyyətli nümayəndəsi vasitəsi ilə ifadə edirlər ki, AAAAAAAAAA da həmin qəbzi şəxsi məqsədləri və şəxsi borcu olduğu üçün deyil, təmsilçisi və direktoru olduğu Şirkətin adından və onun mənafeyi üçün imzalamışdır.
26. Həmçinin nəzərdən qaçırmaq olmaz ki, AAAAAAAAAA həmçinin hazırki iş üzrə məhkəmə icraatına cəlb olunmuş 3-cü şəxsdir. İşdən görünür ki, AAAAAAAAAA 1-ci instansiya məhkəməsinin iclasında iştirak edərək verdiyi izahatında, apellyasiya şikayətində, apellya siya baxışı zamanı iddiaya münasibətinə dair yazılı ərizəsində iddia edilən borcun onun şəxsi borcu olduğunu, direktoru olduğu Şirkətlə əlaqəsinin olmadığını bildirməmiş, eləcə də sahibkarlıq fəaliyyəti ilə əlaqədar iddiaçı ilə alqı-satqı münasibətlərinin olmasını inkar etməmişdir. AAAAAAAAAA sadəcə borcun məbləğini, daha doğrusu, mövcudluğunu mübahisələndirmişdir.
27. İşin hallarından göründüyü kimi, münasibətlər İddiaçı MMC ilə ”Cavabdeh” İstehsal Kommersiya Şirkəti arasında cərəyan etmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, məlum qəbzdə AAAAAAAAAA xx.xx.2018-ci ilədək İddiaçı MMC-yə 22.245 ABŞ dolları və 2.865 avro borcunun qaldığını qeyd edərkən, onun özünün şəxsi borcunu deyil, təmsilçisi olduğu Şirkətin borcunu qanuni təmsilçi qismində etiraf etmişdir.
28. Belə olan halda s özügedən qəbzdə qeyd olunanlar əslində ”Cavabdeh” İstehsal Kommersiya Şirkətinin iradə ifadəsi kimi qəbul edilməli, münasibət tərəfi olaraq mübahisə bu aspektdə araşdırılmalı idi.
29. Kassasiya instansiya məhkəməsibu qənaətini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2, 324.5, 404.1 və 404.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat
30. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-c i il tarixli qətnaməsi ilə (sədrlik edən E.Hüseynov, hakimlər M.Hüsyenov və V.Məlikov; iş No 2-2(107)27/2020) cavabdeh Şirkət tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnаməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
31. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində 1-nci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşmış və iddianın 2-ci hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir, qanuna görə dəbbə pulu borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarından biri olmaqla kreditorun mümkün zərərdən qorunmasına təminat verir və dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır.
32. Həmçinin qanunverici imperativ qaydada müəyyən etmişdir ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləği olduğundan bu barədə razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Əks təqdirdə həmin razılaşma etibarsız sayılır. Ona görə də tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər.
33. Apellyasiya instansiyası məhkəməsi cavabdeh Şirkət tərəfindən verilmiş apelyasiya şikayətində 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili onun əsaslı olmadığı üçün razılaşmamışdır. Göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2, 329.2, 329.3, 385.1, 404.1, 404.2, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.2, 462.1, 463-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
35. Həmin qətnamədən narazı qalan cavabdeh Şirkət ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni məhkəmə qərarının qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh Şirkətin kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh Şirkətin kassasiya şikayətində qeyd edilənlərə görə, xx.xx.20 18-ci il tarixli 00805 nömrəli məxaric qaiməsinə diqqət yetirilsə, cavabdeh Şirkət həmin qaimənin təhvil aldı qrafasına imza atmamışdır. Bu hal öz-özlüyündə onu deməyə əsas vermir ki, həmin mal yəni iddiada qeyd olunan məbləğ həddində mal ona təhvil verilməyib. O xarab olmuş xammalı necə qəbul edə bilər. Şəxs, əgər ona xammal veribsə, birmənalı qaydada təhvil aldı qrafası mütləq mənada imzalanmalı idi. Ancaq onu nə vadar etmişdir ki, o həmin qaiməni imzalamamışdır.
37. Həmçinin iddiaçı MMC-nin hansı əsasla malı AAAAAAAAAAə verməsi öz malını risk altına salması, verdiyi malın müqabilində AAAAAAAAAAə sənədləri imzalatdırmaması, hansı zərurətdən doğa bilərdi? Əsil həqiqət odur ki, qeyd olunan həddə mal AAAAAAAAAAə verilməmişdir. O, ifadəsində də məhkəməyə vermiş olduğu izahatında da 6.000 ABŞ dolları pul ödədiyini bildirmişdir. O yüksək təzyiqdə və yüksək şəkərli vəziyyətində 2.000-lə, 20.000-ni necə aydınlaşdıra bilərdi? Bütün bunları o öz dəsti xətti ilə yazmamışdır ki, bu halı da dəqiqləşdirə bilsin. Onu bu vəziyyətindən istifadə edərək hansısa əlyazmaya imza atdırmaq ədalətli ola bilməz və məhkəmə üçün əsas hesab edilə bilməz. O ali təhsilli, uzun müddət rəhbər orqanlarda işləmiş bir şəxsdir. Həmin qəbzin o imzaladığı zamanında onun gördüyü 2.000 həddi olub və sonradan eyni dəsti xəttlə yazılan yazıda hansısa dəyişikləri etmək və yaxud da üzərinə 20.000 həddi qoymaq ədalətli deyildir. O bütün bunlara görə şikayətçidir. O cədvəl əsasında sürücülər vasitəsilə bu pulu göndərmişdir. İddiaçı MMC həmin məbləği mübahisələndirirsə, zəhmət çəksin rəsmi olaraq təqdim edilməli olan q aimələri məhkəməyə gətirsin. Əgər həmin qaimələr mövcuddursa, iddia etdiyi halı sübut etmək iddiaçı MMC-nin vəzifəsidir. Sübutetmə öhdəliyi onun üzərindədir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə qarşı iddiaçı MMC yazılı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 39. 3-cü şəxs AAAAAAAAAAin vəkili Vəkil kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
40. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 və vəkili R.Alışov kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.
41. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Şirkət məhkəmə iclasında təmsil olunmam ışdır. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, həmin tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
42. Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Bborcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.
43. Maddə 4
04. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edə n və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir.
44. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Həmin Məcəllənin 89.1-ci maddəsinə müvafiq olaraq yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
48. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2.2-ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq nor malarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə uyğun olaraq qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şəhr edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
50. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab e dilmişdir.
51. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından iş üzrə qətnamə ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
53. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı MMC cavabdeh Şirkətə qarşı malların göndərilməsi əməliyatlarından yaranmış kredit borcun qaytarılması haqqında iddia tələbini irəli sürərkən sübut kimi təqdim etdiyi 3 sənədə, yəni borc məbl əğinin qaytarılacağı haqqında AAAAAAAAAAin imzaladığı Qəbzə, xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsinə və elektron qaiməyə istinad etmişdir
54. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin qətnaməsində qeyd edilənlərlə razılaşmış və belə hesab etmişdir ki, iddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli 00805 nömrəli məxaric qaiməsi və elektron qaimədə göstərilən malların cavabdeh Şirkət tərəfindən təhvil alınması barədə Şirkət nümayəndəsinin imzası mövcud deyil. Ona görə də, həmin qaimələr bu iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz.
55. Hazırki mübahisənin tərəfləri arasında kommersiya əlaqələrinin mövcudluğunu təsdiq edən hər hansı digər sənədlər, o cümlədən malların göndərilməsi haqqında ya zılı müqavilə olmamışdır.
56. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, iddiaçı MMC-nin iddia tələbini əsaslı hesab etmiş, bu MMC-nin təqdim etdiyi, borc məbləğinin qaytarılacağı haqqında AAAAAAAAAAin imzaladığı Qəbzi mötəbər bu iş üzrə yeganə mötəbər sübut növü kimi qəbul etmişdir.
57. Bu zaman apellyasiya instansiyası məhkəməsi xüsusilə qeyd etmişdir ki, hazırki mübahisədə tərəflər arasında yazılı müqavilə mövcud olmasa da, onların məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edilir ki, bu tərəflər arasında bir neçə il davam edən dayanıqlı alqı-satqı münasbətləri olmuşdur. Şifahi bağlanan əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
58. Beləliklə də, apellyasiya instansi yası məhkəməsi hesab etmişdir ki, iş üzrə tərəflər arasıfnda malların göndərilməsi əməliyatları baş vermiş və bu əməliyyatlar tərəflər arasında bağlanmış şifahi əqdən irəli gəlir.
59. Araşdırılan qətnamədən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi borc məbləğinin qaytarılacağı haqqında AAAAAAAAAAin imzaladığı Qəbzin borcun etirafı haqqında mücərrəd müqavilə olmasına işarə etsə də, bu mülahizəsini müvafiq maddi hüquqi nomalarla təsdiqəməmişdir.
60. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsində bu müqavilənin əlamətləri nəzərdə tutulmuşdur (bax hazırki qərarın 42-ci bəndinə).
61. Qeyd edilən normanın məzmununa görə, borcun etirafı haqqında müqavilə “sonrakı”, yəni tərəflər arasında bağlanmış və onların hüquqi münasibətlərinin və müvafiq hüquq və öhdəlilklərin yaranmasına səbəb olan “ilkin” müqavilədən sonra əmələ gəlmiş törəmə müqavilədəir. Mücərrəd müqavilədə nəzərdə tutulmuş tərəflərin hüquq və öhdəlikləri məhz, əvvəlki müqavilədən qaynaqlanır, yəni mücərrəd müqavilədə etiraf edilən borcun yaranması şərtləri tərəflər arasında bağlanmış ilkin müqavilədə öz əksini tapmalıdır.
62. Hazırki halda isə işin materiallarında olan borc məbləğinin qaytarılacağı haqqında AAAAAAAAAAin imzaladığı Qəbzin hansı “əvvəlki müqavilədə qeyd olunan şərtlərdən əmələ gəlməsi məlum deyil.
63. Bu zaman apellyasiya instansiyası məhkəməsi tərəflər arasında olan şifahi müqavilənin olması faktını hər hansı yazılı sənəd-sübutla deyil, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq olunduğunu qeyd etsə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddə sinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə müqaviləyə qədərki danışıqları və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almalıdır (bax hazırki qərarın 43-cu bəndinə).
64. Bundan əlavə, araşdırılan qətnamədə apellyasiya instansiyası məhkəməsi AAAAAAAAAAin imzaladığı Qəbzdə kimin borcundan, özünün, yaxud cavabdeh Şirkətin borcundan bəhs olunduğu məsələsinə aydınlıq gətirməmişdir.
65. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsi ilə həmin məsələ belə tənzimlənmişdir ki, əgər aralarında əvvəllər öhdəlik münasibətləri yaranmış şəxslər arasında müqavilə bağlanırsa, onda mövcud borcun (öhdəliyin) etirafından söhbət gedir; əgər şəxs başqasına aid öhdəliyi öz üzərinə götürürsə, burada həmin Məcəllənin 882.4-cü maddəsində təsbit edilmiş öhdəliyi öz üzərinə götürmək haqqında müqavilə bağlanmış olur.
66. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki işin yenidən araşdırılmasına zərurət yaranmışdır.
67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair cavabdeh Şirkətin qanuni təmsilçisi və 3-cü şəxsin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir.
68. Şərh edilənlərə və Azərbaycan Respublikası MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Şirkətin qanuni təmsilçisi və 3-cü şəxs olan AAAAAAAAAAin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 22(107)-27/2020 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.