Məhkəmə qərarları › İş №2-2(102)-250/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-250/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-250/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-in Cavabdeh MMC-ə qarşı iş üzrə QƏRAR (açar sözlər: ekspert rəylərini şübhə altına alan sübutlar təqdim olunmadığından, məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qiymətləndirir.) GİRİŞ HİSSƏ Hakimlər: Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi hakim), Xəlilov İsmayıl Kamil oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının vəkili Vəkil iştirakı ilə, Nigar Nəcəfzadənin katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-in Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (xxxx MMC) qarşı kredit müqaviləsi üzrə borcun qaytarı lması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-6/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Ləğv prosesində olan “xxxx” ASC (bundan sonra-ASC) Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə (xxxx MMC-in hüquqi varisi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən (bundan sonraMMC) ASC-in xeyrinə xxxx nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 174.600 (bir yüz yetmiş dörd min altı yüz) manat, faiz borcu üzrə 103.208.20 (bir yüz üç min iki yüz səkkiz manat iyirmi qəpik) manat və cərimə borcu üzrə 14.511.20 (on dörd min beş yüz on bir manat iyirmi qəpik) manat, cəmi 292 319.40 (iki yüz doxsan iki min üz yüz on doqquz manat qırx qəpik) manat, xxxx nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90.900 (doxsan min doqquz yüz) manat, faiz borcu üzrə 53.732.20 (əlli üç min yeddi yüz otuz iki manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 7.191.20 (yeddi min bir yüz doxsan qırx bir manat iyirmi qəpik) manat cəmi 151.823.40 (bir yüz əlli bir min səkkiz yüz iyirmi üç manat qırx qəpik) manat, xxxx nömrəli, xx xxx 2013-cü tarixli kredit müqaviləsinə əsasən borc üzrə 62.400 (altmış iki min dörd yüz) manat, faiz borcu üzrə 36.883.51 (otuz altı min səkkiz yüz səksən üç manat əlli bir) manat, cərimə borcu üzrə 4.908.50 (dörd min doqquz yüz səkkiz mana t əlli qəpik) manat, cəmi 104.192.01 (bir yüz dörd min bir yüz doxsan iki manat bir qəpik) manat, xxxx nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 520.600 (beş yüz iyirmi min altı yüz) manat, faiz borcu üzrə 242.514.65 (iki yüz qırx iki min beş yüz on dörd manat altmış beş qəpik) manat, cəmi 763.114.65 (yeddi yüz altmış min bir yüz on dörd manat altmış beş qəpik) manat, xxx nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.608 500 (üç milyon altı yüz səkkiz min beş yüz) manat, faiz borcu üzrə 1.995.785.78 (bir milyon doqquz yüz doxsan beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat, cərimə borcu üzrə 16.538.95 (on altı min beş yüz otuz səkkiz manat doxsan beş qəpik) manat, cəmi 5.620.824.73 (beş milyon altı yüz iyirmi min səkkiz iyirmi dörd manat yetmiş üç qəpik) manat və dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 1 (bir) manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-in Müştərilərə Xidmət Departamenti ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xxxx nömrəli, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 12 ay müddətinə 174.600 (bir yüz yetmiş dörd min altı yüz) manat, xxxx nömrəli, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin arıtırılmasının maliyyələşdirilməsi üçün illik 16%lə, 36 ay müddətinə 90.900 (doxsan min doqquz yüz) manat, xxxx nömrəli, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 16%-lə, 36 ay müddətinə 62.400 (altmış iki min dörd yüz) manat, xxxx nömrəli, xx xxxx 2014-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 15%-lə, 12 ay müddətinə 520.600 (beş yüz iyirmi min altı yüz) manat, xxxx nömrəli, xx xxxxxx 2012-ci il tarixli maliyyələşdirilməsi üçün illik 15%-lə, 12 ay müddətinə 520.600 (beş yüz iyirmi min altı yüz) manat, xxxx nömrəli, xx xxxxxx 2012-ci il tarixli təminatsız bərpa olunmayan kredit xətti müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılmasının maliyyələşdirilməsi üçün illik 15%-lə, 12 ay müddətinə 3.608.500 (üç milyon altı yüz səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan kredit müqavilələrindəki şərtləri pozmuş, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında münasibətlərin məhkəmədən kənar qaydada həll etmək məqsədilə tərəflərindən Cavabdeh MMC-ə (bundan sonra-MMC) borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. ASC-in Müştərilərə Xidmət Departamenti ilə cavabdeh MMC arasında bağlanmış xxxx nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixə cavabdeh MMC-in ASC qarşısında əsas borc üzrə 174.600 (bir yüz yetmiş dörd min altı yüz) manat, faiz borcu üzrə 103.208.20 (bir yüz üç min iki yüz səkkiz manat iyirmi qəpik) manat və cərimə borcu üzrə 14.511.20 (on dörd min beş yüz on bir manat iyirmi qəpik) manat, cəmi 292.319.40 (iki yüz doxsan iki min üz yüz on doqquz manat qırx qəpik) manat. xxxx nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90.900 (doxsan min doqquz yüz) manat, faiz borcu üzrə 53.732.20 (əlli üç min yeddi yüz otuz iki manat iyirmi qəpik) manat, cərimə borcu üzrə 7.191.20 (yeddi min bir yüz doxsan qırx bir manat iyirmi qəpik) manat, cəmi 151.823.40 (bir yüz əlli bir min səkkiz yüz iyirmi üç manat qırx qəpik) manat, xxxx nömrəli, xx xxx 2013-cü tarixli kredit müqaviləsinə əsasən borc üzrə 62.400 (altmış iki min dörd yüz) manat, faiz borcu üzrə 36.883.51 (otuz altı min səkkiz yüz səksən üç manat əlli bir qəpik) man at, cərimə borcu üzrə 4.908.50 (dörd min doqquz yüz səkkiz manat əlli qəpik) manat, cəmi 104.192.01 (bir yüz dörd min bir yüz doxsan iki manat bir qəpik) manat, xxxx nömrəli, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 520.600 (beş yüz iyirmi min altı yüz) manat, faiz borcu üzrə 242.514.65 (iki yüz qırx iki min beş yüz on dörd manat altmış beş qəpik) manat, cəmi 763.114.65 (yeddi yüz altmış min bir yüz on dörd manat altmış beş qəpik) manat, xxx nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.608.500 (üç milyon altı yüz səkkiz min beş yüz) manat, faiz borcu üzrə 1.995.785.78 (bir milyon doqquz yüz doxsan beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat, cərimə borcu üzrə 16.538.95 (on altı min beş yüz otuz səkkiz manat doxsan beş qəpik) manat, cəmi 5.620.824.73 (beş milyon altı yüz iyirmi min səkkiz iyirmi dörd manat yetmiş üç qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra- MPM) 26.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 385.1, 442-ci, 445.1-ci, 445.2.1-ci maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, e-2-2(82)560/2017 saylı qətnaməsi ilə (hakim Z.M.Tağıyev) iddia tələbi qismən təmin edilmiş, MMCdən “xxxx nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 174.600 (bir yüz yetmiş dörd min altı yüz) manat, xxxx nömrəli, xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 90.900 (doxsan min doqquz yüz ) manat, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən 3.608.500 (üç milyon altı yüz səkkiz min beş yüz) manat, cəmi 3.874.000 (üç milyon səkkiz yüz yetmiş dörd min) manat və dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat və bank xidmət haqqının əvəzi olaraq 1 (bir) manat tutularaq ASC-ə ödənilmiş, dövlət rüsumunun ödənilmiş 15 (on beş) manatı iddiaçıya aid edilmiş, 67 (altmış yeddi) manat ekspertiza tədqiqatının dəyərinin 33.50 manat iddiaçı ASC-dən digər 33.50 manat isə cavabdeh MMC-dən müştərək qaydada tutularaq, dövlət büdcəsinə (Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD xxx VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************SWİFT BİK xxx

22. Hesab xxx********************) hesabına ödənilməsi qət edilmiş, qalan hissədə id dia tələbi təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-2(103)-238/2018 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim V.Məmmədov, hakimlər S.Seyidova və S.Hüseynov) iddiaçı ASC-in apellyasiya şikayəti təmin olunmuş, cavabdeh MMC-in apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-560/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin olunmuş, kredit müqavilələrinə əsasən cavabdeh MMC-dən iddiaçı ASC-in xeyrinə 6.932.274.19 manat məbləğdə borc və ödənilmiş 45 manat məbləğdə dövlət rüsumunun əvəzi tutulmuş, cavabdeh MMC-dən 67 manat məbləğdə ekspertiza tədqiqatının dəyəri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu xxx, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, Dövlət Xəzinadarlığı Agentliyi, kod xxx, VÖEN **********, Müxbir hesab: AZ41NABZ******************** SÜİFTBİK xxx22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab: xxx********************) ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-2(102)-359/2018 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.Hüseynova, hakimlər İ.Dadaşov, K.Bədəlov) cavabdeh MMC-in direktoru Xəzər Babayev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2-2(103)-238/2018 saylı qətnaməsi qismən, tərəflər a rasında bağlanmış müqavilələr üzrə hesablanmış faiz və cərimə borclarının cavabdehdən tutulması barədə iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-6/2020 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-2(82)-560/2017 saylı qətnaməsi qismən iddiaçının “kredit müqavilələri üzrə faiz borcunun tutulması” tələbinin təmin edilməsi hissəsində ləğv olunmuş, iddiaçının “kredit müqavilələri üzrə faiz borcun un tutulması” qismən təmin edilmiş, tərəflər arasında bağlanmış, kredit müqavilələrinin bitmə tarixinə xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqaviləsinə əsasən cavabdehdən iddiaçının xeyrinə 234.270 manat (iki yüz otuz dörd min, iki yüz yetmiş), xx xxx 2013-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə 43.632 (qırx üç min altı yüz otuz iki) manat, xx xxx 2013-cü il tarixli xxx saylı kredit müqaviləsi üzrə 29.952 (iyirmi doqquz min doqquz yüz əlli iki) manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə 83.808 (səksən üç min səkkiz yüz səkkiz) manat və xx xxxxxx 2012ci il tarixli, xxx saylı kredit müqaviləsi üzrə 220.928,56 (iki yüz iyirmi min doqquz yüz iyirmi səkkiz manat əlli altı qəpik) manat məbləğində faiz borcu tutulmuş, iddiaçı ASC “kredit müqavilələri üzrə faizin tutulması” tələbi qalan hissədə təmin olunmamış, qətnamə yoxlanılan, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi sistemdən məlumatların çıxarıla bilməməsi səbəbindən sözügedən kredit müqavilələrinin bitmə tarixinə yaranmış faiz və cərimə borcunun miqdarının əks olunduğu maliyyə arayışlarını təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsaslanaraq tərəflər arasında bağlanmış kredit müqavilələrinin bitdiyi tarixə (həmin tarix işdə olan kredit müqavilələri ilə yanaşı, İ cild i.v 168-172-də olan maliyyə arayışlarında göstərilmişdir) cavabdehin faiz və dəbbə pulu üzrə borcun miqdarının müəyyən olunması üçün xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 12843 saylı məhkəmə ekspertizasının rəyində qeyd olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülmüklə cavabdeh MMC-in iddiaçı ASC-ə müqavilələrin müddətinin bitdiyi tarixə olan borcları aşağıdakı kimi müəyyən olunur: xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə faiz borcu 78.090,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 43.632,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 29.952,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 27.936,0 manat, xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 220.928,56 manatdır. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunan sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cavabdeh MMC-in cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı ASC tərəfindən məhkəməyə ünvanlanmış **********888 saylı, xx xxxxxxx 2019-cu il tarixli etiraz verilərək göstərilmişdir ki, xx xxxx 2014-cü l tarixli, xxx saylı kredi t kartı müqaviləsi üzrə iddia tələbi faiz borcu hissəsində 242.514,65 manat olmasına baxmayaraq, ekspert öz rəyində heç bir ətraflı izahat vermədən faiz borcunu kəskin surətdə azaldaraq 78.090 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə faiz borcu hissəsində iddia tələbi 103.208,20 manat olmasına baxmayaraq, ekspert rəyində həmin məbləğ kəskin surətdə azaldılaraq 27.936 manat, xxx saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqavilə üzrə isə faiz borcu hissəsində iddia tələbi 1.995.785,87 manat olmasına baxmayaraq ekspert rəyində 220.928,56 manat müəyyən olunmuşdur. Beləliklə də, 12843 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində həmin məbləğlərin hansı qaydada, hansı əsaslarla hesablanmasına dair heç bir sübut göstərilmədən iddia tələbi kəskin surətdə az aldılmışdır. Həmin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı ilə xxx saylı, xx xxxxxx 2012-ci il tarixli, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı, kredit müqavilələri üzrə 12 ay müddəti üçün faiz borcunun məbləği müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən 36 ay müddətinə bağlanmış, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014cü il tarixli, xxx saylı kredit müqavilələri təqdim edilmişdir. İddiaçının nümayəndəsi xxx saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin də 36 ay müddətinə bağlandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəflər arasında 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, x xx saylı kredit müqavilələrinin bitdiyi tarixə cavabdehin borcun miqdarının müəyyən olunması üçün xx.xx.2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 32358 saylı məhkəmə ekspertizasının rəyi verilmişdir. Rəydə göstərilmişdir ki, xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 234.270,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 83.808,0 manatdır. Göründüyü kimi, hər iki ekspert rəyi ilə xx xxxx 2014-cü il tarixli, xxx saylı, xx xxx 2013- cü il tarix li, xxx saylı, xx xxx 2013-cü il tarixli xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit müqavilələri üzrə həmin müqavilələrin bitmə tarixinə faiz borcunun məbləği müəyyən olunmuşdur. İş üzrə verilmiş ekspert rəylərini şübhə altına alan sübutlar təqdim olunmadığından, məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qiymətləndirir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən qeyd olunan kredit müqavilələri üzrə, həmin müqavilələrin bitmə tarixinə yaranmış faiz borcu deyil, müqavilələrin müddətlərinin bitməsindən sonrakı dövr üzrə də faiz tələbi irəli sürülmüşdür. Ona görə də, iddia tələbində qeyd olunan faiz məbləği, iş üzrə verilmiş ekspert rəyləri ilə müəyyən edilmiş faiz məbləğindən çox olmuşdur. Həmçinin qeyd edil məlidir ki, işin materiallarına həm 12 ay, həm də 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələri əlavə olunmuş, iş üzrə verilmiş ekspert rəyləri ilə hər iki dövrə uyğun faiz məbləğləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin materiallarına həmin müqavilələr üzrə vəsaitin ayrılmasına dair sərəncama əsasən xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələrinin müddətinin 36 ay göstərilməsini nəzərə alaraq, (İ cild, i.v 181, 189) hesab edir ki, iddiaçının 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələri mötəbər hesab edilməli və həmin müqavilələr üzrə faiz borcu cavabdehdən iddiaçının xeyrin ə tutulmalıdır. İddiaçının sözügedən kredit müqavilələri üzrə cərimənin tutulması tələbinə gəldikdə, qeyd olunmalıdır ki, cavabdehin kredit müqavilələri üzrə cərimə borcunun müəyyən edilməsinə dair ekspert qarşısında qoyulmuş suala cavab olaraq göstərilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cavabdeh MMC-ə cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cərimə məbləği kredit müqavilələrinin müddətinin bitdiyi tarixə deyil, iddianın qaldırıldığı tarixə hesablandığı üçün iddiaçı tərəfindən cərimənin tutulması barədə t ələbi irəli sürülmüşdür. İşə əlavə edilmiş maliyyə arayışlarından da göründüyü kimi, cavabdehin kredit müqavilələrinin bitdiyi tarixə cərimə borcu mövcud deyildir. İşə əlavə edilmiş, iddiaçı tərəfindən verilmiş 08, xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışlarından aydın olur ki (İİİ cild i.v 186-190) cavabdehin müvafiq kredit müqavilələri üzrə cərimə borcu yoxdur. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının cərimə borcunun tutulması tələbinin təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayəti belə əsaslandırılmışdır ki, ekspert rəyi digər sübut növləri ilə bərabər statusdadır, digər sübut növlərind ən daha mötəbər sübut kimi də qiymətləndirilmir. Göründüyü kimi iki sübut arasında ziddiyyət mövcuddursa, bu sübutlardan birini təsdiq edəcək üçüncü bir sübuta ehtiyac var idi. Belə bir ziddiyyətin aradan qaldırılması üçün isə məhkəmə tərəfindən iddiaçıdan əlavə sübutlar tələb oluna bilərdi və ya təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin oluna bilərdi. Mövcud vəziyyətdə də sübutlar arasında uyğunsuzluq olduğundan məhkəmə işə baxa bilməzdi. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının 3.3-cü bəndində qeyd edilir ki, MPM-in 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə digər sübutlarla bərabər qiymət verilməli, eksp ert rəyinin məhkəmə tərəfindən qəbul olunub-olunmaması səbəbləri qətnamədə öz əksini tapmalıdır. Həmin Qərarın 6.2-ci bəndində qeyd olunmuşdur ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Həmçinin qeyd olunan Qərarın 6.3-cü bəndinə əsasən məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh olunmalı, bu və ya digər sübutun qəbul olunubolunmamasının səbəbləri orada aydın izah edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən qərarda əks olunmuş tələblərin hər hansı birinə cavab vermir. Belə ki, a) məhkəmə tərəfindən ekspert rəyinə daha üstün hüquqi qüvvə verilmiş, ekspert rəyində əks olunan məbləğə uyğun qətnamə qəbul edilmiş, iddiaçının təqdim etdiyi sübutlar nəzərə alınmamışdır; b) iddiaçının təqdim etdiyi maliyyə arayışının hansı səbəbə görə nəzərə alınmaması əks olunmamışdır; c) əgər iddiaçının təqdim etdiyi sübutlar qəbul edilmirdisə, bunun səbəbləri qətnamədə əks olunmalı idi. Məhkəmə qətnaməsində sübutlar sadəcə olaraq sadalanmışdır. Sübutlara hansı şəkildə qiymət verildiyi qətnamədə əks olunmur, halbuki Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarına əsasən qətnamədə aydın şəkildə sübutların qiymətləndirilməsi prosesi əks olunmalıdır. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində isə sübutlar sadəcə olaraq sadalanır və sonda yekun nət icə əks olunur. Qətnamə oxunduğu zaman anlamaq mümkün olmur ki, hansı sübuta necə qiymət verilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-6/2020 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsini və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-6/2020 saylı qətnaməsininləğv olunması, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MP M-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdehinməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prose ssual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, xxx saylı, xx xxxxxx 2012-ci il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə görə, borc verən iddiaçı, borc alan MMC-ə 3.608.500 manat məbləğində 12 ay müddətinə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. xxx saylı, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 174.600 manat məbləğində, xxx saylı, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə görə 90.900 manat məbləğində 12 ay müddətə illik 16 faizlə, xxx saylı, xx xxx 2013-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsi ilə 62.400 manat məbləğdə 36 ay müddətə illik 16 faizlə, xxx saylı, xx xxxx 2014-cü il tarixli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən 520.600 m anat məbləğdə 12 ay müddətə illik 15 faizlə kredit xətti verməyi, borc alan isə kredit məbləğini qəbul etməyi, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş şərtlərlə və müddətdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 21(81)- 1404/2016 saylı iş üzrə qərarı ilə ASC müflis elan olunmuş, iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. İddiaçı tərəfindən MMC-in direktoru Mirşamil Seyidovun şəxsində cəmiyyətə 510.367 manat verilməsinə dair xx xxxx 2014-cü il tarixli BOA seriyalı 091058 saylı, 2.124 manat verilməsinə dair xx xxxx 2014-cü il tarixli BOA seriyalı 091059 saylı, 3.601.280 manat verilməsinə dair xx xxxxxx 2012-ci il tarixli BOA seriya lı 091053 saylı, 172.850 manat verilməsinə dair xx xxx 2013-cü il tarixli BOA seriyalı 091054 saylı, 61.697 manat verilməsinə dair xx xxx 2013-cü il tarixli BOA seriyalı 091055 saylı, 86.468 manat verilməsinə dair xx xxx 2013-cü il tarixli BOA seriyalı 091057 saylı və 3.500 manat verilməsinə dair xx xxx 2013-cü il tarixli BOA seriyalı 091056 saylı çeklər təqdim olunmuşdur. xx xxx 2017-ci il tarixli, 1346, 1332, 1333, 1334 və 1335 nömrəli maliyyə arayışlarından görünür ki, iddiaçının xx xxxxx 2017-ci il tarixə müvafiq olaraq xxx saylı kredit müqaviləsinə əsasən, kredit üzrə əsas borcu 62.400 manat, faiz borcu 36.883,51 manat və kredit üzrə cərimə borcu 4.908,50 manat olmaqla, cəmi borcu 104.192,01, xxx saylı kredit müqaviləsinə əsasən, kredit üzrə əsas borcu 520.600 manat və faiz borcu 24 2.514,65 olmaqla, cəmi borcu 763.114,65, xxx saylı kredit müqaviləsinə əsasən, kredit üzrə əsas borcu 3.608.500 manat, faiz borcu 16.538,95 və cərimə borcu 16.538,95 olmaqla, cəmi borcu 5.620.824,73, xxx saylı kredit müqaviləsinə əsasən, kredit üzrə əsas borcu 174.600 manat, faiz borcu 103.208,20 və cərimə borcu 14.511,20 olmaqla, kredit üzrə cəmi borcu 292.319,40, xx xxx 2017-ci il tarixli, 1288 saylı maliyyə arayışına görə isə xxx saylı kredit müqaviləsinə əsasən, kredit üzrə əsas borcu 90.900 manat, faiz borcu 53.732,20 və cərimə borcu 7.191,20 olmaqla, cəmi borcu 151.823,40 təşkil etmişdir. xx xxx 2017-ci il tarixdə cavabdehə pretenziya qaydasında xəbərdarlıq ünvanlanaraq, xxxx nömrəli xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 174.600 manat, faiz borcu üzrə 10 3.208,20 manat və cərimə borcu üzrə 14.511,20 manat, cəmi 292.319,40 manat, xxxx nömrəli xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90.900 manat, faiz borcu üzrə 53.732,20 manat, cərimə borcu üzrə 7.191,20 manat, cəmi 151.823,40 manat, xxxx nömrəli xx xxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 62.400 manat, faiz borcu üzrə 36.883,51 manat, cərimə borcu üzrə 4.908,50 manat, cəmi 104.192,01 manat, xxxx nömrəli xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 520.600 manat, faiz borcu üzrə 242.514,65 manat, cəmi 763.114,65 manat, xxx nömrəli xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 3.608.500 manat, faiz borcu üzrə 1.995.785,78 manat, cərimə borcu üzrə 16.538,95 manat, cəmi 5.620.824,73 manat təşkil ed ən borc məbləğinin 10 gün müddətdə ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx xxxxxxx 2016cı il tarixli çıxarışdan müəyyən olunur ki, MMC və bir sıra cəmiyyətlərin ona qoşulması nəticəsində MMC yenidən təşkil olunmuşdur və sonuncu, “xxxx” MMC-in hüquqi varisidir. Kredit müqavilələrindəki və kreditin verilməsi barədə çeklərdə olan imzaların “xxxx” MMCin qanuni təmsilçisi tərəfindən şəxsən və ya faksimile klişe vasitəsilə icra olunubolunmamasının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərardadı ilə məhkəmə texniki ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2017-ci il t arixli, 24134 saylı rəyinə əsasən, tədqiqata təqdim olunmuş xxxx nömrəli, xx xxxx 2014cü il tarixli, xxxx nömrəli xx xxx 2013-cü il tarixli kredit müqavilələrinin aşağı sağ küncündəki, xx xxxxxx 2012-ci il tarixli BOA seriyalı 091053 nömrəli və xx xxx 2013-cü il tarixli BOA seriyalı 091054 nömrəli çeklərin üz tərəfindəki və arxa yuxarı hissəsindəki imzaların faksimile klişe vasitəsilə icra olunduğu, xxxx nömrəli xx xxx 2013-cü il tarixli, xxxx nömrəli xx xxx 2013-cü il tarixli kredit müqavilələrindəki, xx xxxx 2014-cü il tarixli BOA seriyalı 091058 nömrəli, xx xxxx 2014-cü il tarixli BOA seriyalı 091059 nömrəli, xx xxx 2013-cü il tarixli BOA 091055 nömrəli, xx xxx 2013-cü il tarixli BOA seriyalı 091057 nömrəli, xx xxx 2013-cü il tarixli BOA seriyalı 091056 nömrəli çeklərdəki imzaların və x xxx nömrəli xx xxxxxx 2012-ci il tarixli, xxxx nömrəli xx xxxx 2014-cü il tarixli və xxxx nömrəli xx xxx 2013-cü il tarixli kredit müqavilələrinin aşağı sol küncündəki imzaların hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edildiyi qeyd olunmuşdur. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinin bitdiyi tarixə cavabdehin faiz və dəbbə pulu üzrə borcun miqdarının müəyyən olunması üçün xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 12843 saylı məhkəmə ekspertizasının rəyi verilmiş və qeyd olunmuşd ur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülmüklə cavabdeh MMC-in iddiaçı ASC-ə müqavilələrin müddətinin bitdiyi tarixə olan borcları aşağıdakı kimi müəyyən olunur: xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə faiz borcu 78.090,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 43.632,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 29.952,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 27.936,0 manat, xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 220.928,56 manatdır. Hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunan sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cavabdeh MMC-in cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı ASC tərəfindən məhkəməyə ünvanlanmış **********888 saylı, xx xxxxxxx 2019-cu il tarixli etiraz verilərək göstərilmişdir ki, xx xxxx 2014-cü l tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə iddia tələbi faiz borcu hissəsində 242.514,65 manat olmasına baxmayaraq, ekspert öz rəyində heç bir ətraflı izahat vermədən faiz borcunu kəskin surətdə a zaldaraq 78.090,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə faiz borcu hissəsində iddia tələbi 103.208,20 manat olmasına baxmayaraq, ekspert rəyində həmin məbləğ kəskin surətdə azaldılaraq 27.936 manat, xxx saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqavilə üzrə isə faiz borcu hissəsində iddia tələbi 1.995.785,87 manat olmasına baxmayaraq ekspert rəyində 220.928,56 manat müəyyən olunmuşdur. Beləliklə də, 12843 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyində həmin məbləğlərin hansı qaydada, hansı əsaslarla hesablanmasına dair heç bir sübut göstərilmədən iddia tələbi kəskin surətdə azaldılmışdır. Həmin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı ilə xxx saylı, xx xxxxxx 2012-ci il tarixli, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il ta rixli, xxx saylı, kredit müqavilələri üzrə 12 ay müddəti üçün faiz borcunun məbləği müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən 36 ay müddətinə bağlanmış, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələri təqdim olunmuşdur. İddiaçının nümayəndəsi xxx saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin də 36 ay müddətinə bağlandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəflər arasında 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələrinin bitdiyi tarixə cavabdehin borcun miqdarının müəyyən olunması üçün xx.xx.2019-cu il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertiza sı təyin etmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 32358 saylı məhkəmə ekspertizasının rəyi verilmişdir. Rəydə göstərilmişdir ki, xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 234.270,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 83.808,0 manatdır. Göründüyü kimi, hər iki ekspert rəyi ilə xx xxxx 2014-cü il tarixli, xxx saylı, xx xxx 2013- cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit müqavilələri üzrə həmin müqavilələr in bitmə tarixinə faiz borcunun məbləği müəyyən olunmuşdur. İş üzrə verilmiş ekspert rəylərini şübhə altına alan sübutlar təqdim olunmadığından, məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qiymətləndirir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən qeyd olunan kredit müqavilələri üzrə, həmin müqavilələrin bitmə tarixinə yaranmış faiz borcu deyil, müqavilələrin müddətlərinin bitməsindən sonrakı dövr üzrə də faiz tələbi irəli sürülmüşdür. Ona görə də, iddia tələbində qeyd olunan faiz məbləği, iş üzrə verilmiş ekspert rəyləri ilə müəyyən edilmiş faiz məbləğindən çox olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, işin materiallarına həm 12 ay, həm də 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələr i əlavə olunmuş, iş üzrə verilmiş ekspert rəyləri ilə hər iki dövrə uyğun faiz məbləğləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarına həmin müqavilələr üzrə vəsaitin ayrılmasına dair sərəncama əsasən xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələrinin müddətinin 36 ay göstərilməsini nəzərə alaraq hesab edir ki, iddiaçının 36 ay müddətinə bağlanmış xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələri mötəbər hesab olunmalı və həmin müqavilələr üzrə faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının sözügedən kredit müqavilələri üzrə cərimənin tutulması tələbinə gəldikdə, qeyd olunmalıdır ki, cavabdehin kredit müqavilələri üzrə cərimə borcunun müəyyən edilməsinə dair ekspert qarşısında qoyulmuş suala cavab olaraq göstərilmişdir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunan sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cavabdeh MMC-ə cərimə borcu hesablanmadı. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cərimə məbləği kredit müqavilələrinin müddətinin bitdiyi tarixə deyil, iddianın qaldırıldığı tarixə hesablandığı üçün iddiaçı tərəfindən cərimənin tutulması barədə tələbi irəli sürülmüşdür. İşə əlavə edilmiş maliyyə arayışlarından da göründüyü kimi, cavabdehin kredit müqavilələrinin bitdiyi tarixə cərimə borcu mövcud deyildir. İşə əlavə olunmuş, iddiaçı tərəfin dən verilmiş 08, xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışlarından aydın olur ki, cavabdehin müvafiq kredit müqavilələri üzrə cərimə borcu yoxdur. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının cərimə borcunun tutulması tələbinin təmin olunmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya şikayəti ilə mübahisələndirilən hissəsi ilə bağlı belə qənaitə gəlir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 12843 saylı məhkəmə ekspetizasının rəyi verilmiş və qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilə nlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli xxx saylı, xx xxx 2013cü il tarixli, xxx saylı və xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit müqavilələrinin qeyd olunan şərtləri əsas götürülmüklə cavabdeh MMC-in iddiaçı ASC-ə müqavilələrin müddətinin bitdiyi tarixə olan borcları aşağıdakı kimi müəyyən edilir: xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqaviləsi üzrə faiz borcu 78.090,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 43.632,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 29.952,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 27.936,0 mana t, xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə 220.928,56 manatdır. Ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış kredit müqavilələri üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanan tarixlərə cavabdeh MMC-ə cərimə borcu hesablanmadı. Həmin ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı ilə xxx saylı, xx xxxxxx 2012-ci il tarixli, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı, kredit müqavilələri üzrə 12 ay müddəti üçün faiz borcunun məbləği müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən 36 ay müddətinə bağlanmış, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit müqavilələri təqdim edilmişdir. İddiaçının nümayəndəsi xxx saylı, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin də 36 ay müddətinə bağlandığını bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli, 32358 saylı məhkəmə ekspertizasının rəyi verilmişdir. Rəydə göstərilmişdir ki, xx xxxx 2014-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 234.270,0 manat, xx xxx 2013-cü il tarixli, xxx saylı kredit kartı müqaviləsi üzrə müqavilənin müddəti 36 ay nəzərə alınmaqla faiz borcu 83.808,0 manatdır. Göründüyü kimi, hər iki ekspert rəyi ilə xx xxxx 2014-cü il tarixli, xxx saylı, xx xxx 2013- cü i l tarixli, xxx saylı, xx xxx 2013-cü il tarixli xxx saylı, xx xxx 2013-cü il tarixli, xxx saylı və xx xxxxxx 2012-ci il tarixli, xxx saylı kredit müqavilələri üzrə həmin müqavilələrin bitmə tarixinə faiz borcunun məbləği müəyyən olunmuşdur. İş üzrə verilmiş ekspert rəylərini şübhə altına alan sübutlar təqdim olunmadığından, məhkəmə kollegiyası həmin rəyləri mötəbər sübut kimi qiymətləndirir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasın da yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Həmçinin, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. MPM-nin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmişdir. Bu baxımdan kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin ol unmamalı, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)6/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2-2(103)-6/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar