Məhkəmə qərarları › İş №2-2(102)-250/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-250/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-250/2023 04.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli 2-2(105)-12/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydası nda baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icra edilməmiş öhdəliyə görə 18.226,59 (on səkkiz min iki yüz iyirmi altı manat 59 qəpik) manat məbləğində əsas borc, 13.950 (on üç min doqquz yüz əlli) manat məbləğində cərimə və 200 (iki yüz) manat dövlət rüsumu olmaqla, cəmi 32.376,59 (otuz iki min üç yüz yetmiş altı manat 59 qəpik) manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 20 oktyabr tarixli, e-2-2(119)1000/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 10.001,75 (on min bir manat yetmiş beş qəpik) manat məb ləğində əsas borc, 400 (dörd yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 10601,75 (on min altı yüz bir manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehdən dövlət nəfinə 121,20 (yüz iyirmi bir manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Z. Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli 2-2(105)-12/2023 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1000/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsimin dəyişdirilmədən saxl anılması qət edilmişdir ( sədrlik edən-məruzəçi hakim hakim Z.Məmmədov, hakimlər F.Məmmədov və İ.Dəmirov). İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiy a məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, kommersiya mübahisələrinə dair işlər üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğu təqdirdə, belə iddialarla bağlı apellyasiya məhkəməsinin qətnaməsi kassasiya məhkəməsinin baxış predmeti ola bilməz. Hazırki halda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə əsasən cavabdehdən müqavilə üzrə təqdim olunmuş malın dəyəri olaraq 10.001,75 manat məbləğində borc, 400 manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində xidmət haqqı olmaqla, cəmi 10.601,75 manat məbləğində pul vəsaitinin iddiaçıdan xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçının kassasiya şikayətində formal olaraq apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam edilməsi barədə qərar qəbul edilməsi xahiş edilsə də, şikayətin məzmunundan göründüyü kimi, qətnamə yalnız müqaviləyə əsasən verilmiş malın dəyərinin ödənilməyən hissəsində (18226,59-10001,75=8.224,84 manat) mübahisələndirilmiş, dəbbə pulunun tutulması tələbi üzrə hər hansı dəlil irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi). Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində mübahisələndirilən məbləğin 8.224,84 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddiaçının hazırki icraat çərviəsində məhkəmə qətnaməsini mübahisələndirdiyi hissədə iddianın qiyməti 10.000 manatdan azdır, MPM-nin istinad olunan 402.1-ci maddəsinin tələbləri baxımından həmin qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(102)-250/2023 saylı qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla, apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası MPM-in 402.1, 417.1.7-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 yanvar tarixli 2-2(105)-12/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2023-cü il 4 aprel tarixli 2-2(102)-250/2023 saylı qərardadı ləğv edilsin. Kommersiya mübahisəsi üzrə hazırki iş kassasiya baxışından çıxarılsın və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: İ.A.Dadaşov V.T.Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar