Məhkəmə qərarları › İş №2-2(102)-250/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-250/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-250/2024 12.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR 2-2(102)-250/2024 Açar sözlər: podrat müqaviləsi, muzd tələbi, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Qəribov Bəhman Fərhad oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(103)-657/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə i craatı a) Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilə üzrə 132.160 Avro məbləğində pulun ödəniş günü Avronun manata məzənnəsi nəzərə alınmaqla manatla cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı xidmət müqaviləsi münasibətləri çərçivəsində, iddiaçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən cavabdehə xidmətləri təhvil verməyi, cavabdeh isə xidmətləri qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış 2022-ci il 30 noyabr tarixli təhviltəslim aktına əsasən cavabdeh göstərilmiş ümumi dəyəri ƏDV daxil olmaqla 132.160 Avro təşkil edən xidmətləri qəbul etmiş, lakin həmin xidmətlərin dəyərini ödəməyərək, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.

3. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanmış 2021-ci il 19 noyabr tarixli kredit müqaviləsi üzrə cavabdehə ilkin olaraq dekabr 2021-ci il tarixdə 8.000.000 Avro məbləğində kredit verilmişdir. Bu kreditin alınması üzrə Avropa Yenidənqurma və İnkişaf Bankının akreditə olunmuş auditoru tərəfindən cavabdeh bütövlüklə audit olunmuşdur. Audit proseslərinə başlanılmamışdan qabaq iddiaçı MMC ilə cavabdeh arasında 2020-ci il 30 noyabr tarixdə Məlumatların yayı lmaması barədə müqavilə bağlanmışdır. Müqaviləni iddiaçı tərəfindən X3, cavabdeh tərəfindən isə etibarnamə əsasında Şirkəti təmsil edən X8 imzalamışdır. Tərəflər arasında 2021-ci il 5 may tarixli 15\21 nömrəli Audit xidmətlərinin göstərilməsinə dair müqavilə də bağlanmışdır. Müqaviləni cavabdeh tərəfindən onun direktoru X6, iddiaçı tərəfindən isə onun direktoru Nümayəndə imzalamışdır. Auditi aparan şəxs isə X3 olmuşdur. Qeyd olunan müqavilə üzrə hər iki tərəf öhdəsinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirmişdir. Bundan başqa, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 28 iyun tarixdə PK 16\21 nömrəli konsultasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 188.833,04 avro təşkil etmişdir. Öhdəliklər yerinə yetirildikdən sonra verilmi ş hesab faktura əsasında bu müqavilə üzrə 2021-ci il 13 dekabr tarixdə ümumilikdə ƏDV daxil 362.578,32 manat vəsait iddiaçının bank hesabına ödənilmişdir. Bundan sonra, 2023-cü il 11 yanvar tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən birinci kredit müqaviləsinin davamı olaraq 5.600.000 Avro ikinci kredit tranşı həyata keçirilmişdir (İlkin kredit müqaviləsinin təminatı olan əmlakların dəyəri imkan verdiyindən, eyni təminatlarla ikinci kredit tranşı verilmişdir). Göründüyü kimi kredit alınması üçün konsultasiya müqaviləsindən 6 ay sonra (2021-ci il 28 iyun ilkin, 2022-ci il 6 yanvar sonrakı) təkrar müqavilə bağlanmasına zərurət yox idi, belə ki, ilkin kredit verildikdən sonra təkrarən şirkətin audit olunmasına və konsultasiya xidmətlərinin göstərilməsinə ümumiyyətlə ehtiyac olmam ışdır. Bundan başqa, tərəflər arasında mübahisə predmeti olan 2022-ci il 6 yanvar tarixli müqavilə bağlanmamış və onun nəticələrinə dair təhvil-təslim aktı təsdiq edilməmişdir. Belə ki, müqavilədə olan imza Nümayəndə məxsus deyildir. 2023-cü il 6 fevral tarixli VK1156 nömrəli vəkil sorğusu əsasında alınmış Bakı şəhəri 3 saylı Notariat Ofisində Nümayəndə tərəfindən rəsmiləşdirilmiş 2022-ci il 14 yanvar tarixli etibarnamədən görünür ki, müqavilədə olan imza ilə etibarnamədə olan imzalar ayrı-ayrı şəxslər tərəfindən icra olunmuşdur. Sərbəst formada imzalanmış 2022-ci il 14 yanvar tarixli etibarnamədə olan imzadan açıq-aydın görünür ki, 2022-ci il 6 yanvar tarixli müqavilədəki imza Nümayəndə məxsus deyildir (Notariat ofisindən alınmış etibarnamənin təsdiq olunmuş surəti etiraza əlavə olunmuş dur). Bundan başqa, 2022-ci il 6 yanvar tarixli müqavilədə cavabdehin direktoru kimi X4 imzaladığı göstərilsə də, həqiqətdə həmin imza X5 məxsus deyildir. 2023-cü il 27 mart tarixli məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, məhkəməyə təqdim etdikləri aktda direktor kimi Nümayəndə göstərilməsi texniki səhvdir. Belə ki, həmin dövrdə şirkətin direktoru 2022-ci il 1 sentyabr tarixli Təsisçi qərarına əsasən X3 olmuş və aktdakı imza Ziya Hüseynzadəyə məxsusdur. Eləcə də nümayəndə bildirmişdir ki, Ziya Hüseynzadə aprel 2022-ci il tarixdən iddiaçı MMC-də direktor müavini kimi işləməkdədir. İşin materiallarına əlavə edilmiş və X3 tərəfindən vəkilə verilmiş etibarnamədə olan imza ilə hazırkı mübahisəli aktdakı imza arasında açıq aydın fərqlər var və açıq-aydın g örünür ki, aktda olan imza Ziya Hüseynzadəyə məxsus deyildir. Eyni zamanda nəzəri olaraq həmin aktın Nümayəndə tərəfindən də imzalanması qeyrimümkündür. Belə ki, Nümayəndə 2022-ci il 31 avqust tarixdə vəfat etmişdir. Belə olan halda həmin aktın kim tərəfindən imzalanması müəmmalıdır. Ziya Hüseynzadənin könüllü və sərbəst imza nümünəsinin dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən Notariat ofislərinə sorğular verilmişdir. Bakı şəhəri 46 saylı Notariat Ofisindən, Bakı şəhəri 51 saylı Notariat Ofisindən və 1 saylı Bakı Asan Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat Ofisindən alınmış sənədlərdən görünür ki, həmin sənədlərdə olan və X7 oglu tərəfindən icra olunmuş imzalar işin materiallarında olan və Vəkil1 verilmiş imza ilə eynilik təşkil edir. Lakin həmin imzalarla 2022-ci il 30 noyabr ta rixli təhvil-təslim aktındakı imza açıq-aydın fərqlidir. Bu da onu deməyə əsas verir ki, təhvil-təslim aktında olan imza Ziya Hüseynzadə tərəfindən icra edilməmişdir (Etiraza notariat işləri və etibarnamələrin təsdiq olunmuş surəti əlavə olunmuşdur). Bundan başqa qeyd edilməlidir ki, 30 noyabr tarixli təhvil-təslim aktında olan imza X5 məxsus deyildir. Zamin Əliyev 2022-ci il 1 iyun tarixinədək cavabdehin direktoru olmuş, həmin tarixdə təsisçilərin ümumi yığıncağının qərarına əsasən tutduğu vəzifədən azad olunmuş və Şirkətin direktoru vəzifəsinə X8 təyin edilmişdir. Belə olan halda Zamin Əliyevin ümumiyyətlə həmin tarixdən Şirkəti təmsil etmək hüququ olmamış və belə bir aktı imzalamamışdır (Etiraza təsisçilərin ümumi yığıncağının qərarı və həmin qərarın dövlət qeydiyyatına alınmasına dair reyestrdən çıxarış əlavə olunmuşdur). Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş elektron poçt yazışmalarının heç birində hazırkı müqavilənin bağlanması ilə əlaqədar sübut yoxdur. Cavabdeh belə bir müqavilənin olmasından yalnız iddiaçı tərəfindən cavabdehə göndərilmiş mediasiya prosesinin tətbiqinə dair təklifdən sonra xəbər tutmuşdur.

4. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 19 may tarixli e-2-2(113)-1770/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilə üzrə 132.160 avro məbləğində pulun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – K.Hüse ynov).

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, müqavilənin məzmununa və tərəflər arasında olan işgüzar münasibətlərə nəzər yetirildikdə aydın olur ki, iddiaçı tərəfindən cavabdehin Avropa Bankından 5,6 milyon avro məbləğində kredit alması üçün məsləhət xidmətləri həyata keçirilmişdir. Bu baxımdan tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud olmadığından, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

6. İddiaçı tərəf müqavilənin şərtlərinə uyğun olaraq xidmətin göstərildiyini, bu barədə təhvil-təslim aktının tərtib olunduğunu, cavabdehin 5,6 milyon avro məbləğində krediti aldığını bildirərək, 132.160 avro pulun cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək etirazın ilk dəlili kimi 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilədə və təhvil-təslim aktında olan imzanın cavabdehin direktoruna aid olmadığını qeyd etmiş və məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət vermişdir. Vəsatət məhkəmənin qərardadı ilə təmin edilməmişdir.

7. Məhkəmə cavabdehin etirazının göstərilən dəlili ilə bağlı qeyd etmişdir ki, həm tərəflər arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilədə, həm də 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktında cavabdehin möhürünün olması həm müqavilənin, həm də təhvil-təslim aktının cavabdeh tərəfi ndən təsdiq edilməsinə işarədir. Çünki oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və s əlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Hazırkı halda, məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə dair işə əlavə edilmiş vəsatətdən də görünür ki, müqavilə və təhvil-təslim aktında möhürün cavabdehə məxsus olmaması barədə hər hansı bir söz yoxdur. Ancaq məhkəmə vəsatəti müzakirə edərkən “möhür kimə məxsusdur?” sualı verildikdən sonra və digər iclaslarda “möhürün hansı şəraitdə vurulması bəlli deyil”, “möhür saxtalaşdırıla bilər” kimi ifadələrdən istifadə edilmişdir. Məhkəmə qeyd etmişdir ki, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətdə möhürün cavabdehə aid olmaması ilə bağlı hər hans ı bir sözün olmaması və sonradan yuxarıda qeyd edilmiş cavabların verilməsi ilə cavabdeh tərəf möhürün onlara aid olmamasına məhkəməni inandıra bilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında əvvəllər də, yəni 2021-ci il 28 iyun tarixində Avropa Bankından 8 milyon avro məbləğində kreditin götürülməsi üçün məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış və qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilməsi barədə tərəflər arasında 2021-ci il 2 dekabr tarixində təhvil-təslim aktı tərtib olunaraq təsdiqlənmişdir. Məhkəmə iclasında hər iki tərəf 8 milyon avro kreditin cavabdeh tərəfindən alındığını, xidmət haqqının ödənildiyini və 2021-ci il 28 iyun tarixli müqavilə üzrə hər hansı bir mübahisənin olmadığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, 2021-ci il 28 iyun t arixli müqavilə məhz tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərin hansı qaydada olduğuna dair fikir formalaşdırmışdır. Qeyd edilmiş müqavilə və təhvil-təslim aktından da görünür ki, tərəflər arasında olan işgüzar münasibət məhz müqavilənin bağlanması və sonradan işlər icra edildikdən sonra təhvil-təslim aktının tərtib edilməsi ilə həyata keçirilir. Həmçinin, məhkəmə iclasında hər iki tərəf Avropa Bankı tərəfindən 5,6 milyon avro məbləğində pulun 2023-cü il 11 yanvar tarixində cavabdehin hesabına köçürüldüyünü bildirmişlər və bu hal işin mübahisəsiz halı kimi qəbul edilmişdir. Cavabdeh tərəf məhkəmə iclasında 5,6 milyon avro məbləğində pulun 2023-cü il 17 aprel tarixində Avropa Bankına qaytarıldığını bildirmişdir. Qeyd olunan hallara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, h əqiqətən də tərəflər arasında 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilə bağlanmış və müqavilədəki xidmətlər icra olunduqdan sonra tərəflər arasında 2022-ci il 30 noyabr tarixində təhvil-təslim aktı tərtib edilmişdir.

9. Məhkəmə cavabdehin müqavilədə iddiaçının direktorunun Nümayəndə qeyd edilməsinə baxmayaraq, iddiaçının adından X1 imzalamasına səlahiyyətinin olmaması barədə dəlilini də əsassız hesab etmişdir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf müqavilədəki və təhvil-təslim aktındakı imzanın X2 aid olduğunu bildirmiş və həmçinin müqavilə bağlanarkən X1 iddiaçının direktoru olmasa da, hüquqi şəxsin özü tərəfindən bəyənilərək, möhürlə təsdiq edildiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilənin və təhvil-təslim aktının hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi onların etibarlı olmasına dəlalət edir.

10. İşə əlavə edilmiş elektron poçt ünvanları üzrə yazışmalardan görünür ki, 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilə bağlandıqdan sonra tərəflər arasında (Elektron ünvan 1, Elektron ünvan 2, Elektron ünvan 3, Elektron ünvan 4, Elektron ünvan 5 və s. ünvanlar arasında) və Avropa Bankının nümayəndəsi (NasirovZ@ebrd.com, MahmudoA@ebrd.com, İbrahim.E@ebrd.com və s.) arasında həmin müqavilə üzrə xidmətin göstərilməsi ilə bağlı yazışmalar aparılmış, iddiaçı tərəfindən cavabdehdən sənədlər istənilmiş, sonuncu da öz növbəsində tələb edilmiş sənəd və məlumatları iddiaçıya göndərmişdir.

11. Cavabdeh tərəf məhkəmə iclasında audio və video yazıdan da (2023-cü il 5 may tarixli iclas 57-ci dəqiqə və 2023-cü il 19 may tarixli iclas) göründüyü kimi, et irazın dəlili kimi 5,6 milyon avro məbləğində kreditin götürülməsi üçün müəyyən xidmətlərin göstərildiyini bildirsə də, o xidmətlərin iddiaçı tərəfindən deyil, fiziki şəxs olaraq Hüseynzadə Ziya tərəfindən göstərilmiş olduğunu bildirmiş, ancaq məhz hansı xidmətlərin göstərildiyinin də aydınlaşdırılmalı olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin qeyd edilmiş dəlini əsassız hesab edərək göstərmişdir ki, cavabdeh tərəf gah ümumiyyətlə xidmətin göstərilmədiyini, gah Hüseynzadə Ziya tərəfindən müəyyən xidmətin göstərildiyi qeyd etməklə məhkəməni iddianın əsassız olmasına inandıra bilməmişdir.

12. Məhkəmə mövqeyini MM-in 390.1, 390.4, 777.1, 783.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddia tələbinin rədd edi lməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 avqust tarixli 2-2(103)-657/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının 2023-cü il 23 noyabr tarixli 4/1498-5/12645/1270 saylı ekspert rəyinə əsasən, iddiaçı və cavabdehin adından olan 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilənin sonunda “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imza və həmin müqaviləyə əlavə olunmuş 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktında “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddiaçı və cavabdehin adından olan 2022- ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilənin sonunda “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imzada və həmin müqaviləyə əlavə olunmuş 2022-ci il 30 noyabr tarixli Təhvil-təslim aktında “Sifarişçi:” hissəsində “Direktor Əliyev Z.N” qrafasındakı imzada oxşadılmaqla icra olunma əlamətləri müəyyən olunmuşdur. İddiaçı və cavabdeh arasında bağlanmış 2022-ci iİ 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilə və 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktında olan cavabdehin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. İddiaçı və cavabdeh arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilə və 2022-ci il 30 noyabr tarixli təhviltəslim aktında olan cavabdehin möhür əksləri ekspertizaya təqdim edilmiş cavabdehin möhürünün eksperi mental əks nümunələri ilə eynilik təşkil edir. İddiaçı və cavabdeh arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli PK8/22 nömrəli müqavilə və 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktında olan cavabdehin möhür əkslərinin aşınma dərəcəsi eyni və ya müxtəlif olan möhürlə vurulmasının müəyyən edilməsi üçün əlamətlər kifayət etmədiyinə görə, qəti inkar və ya təsdiqedici nəticəyə gəlmək mümkün olmamışdır. İddiaçı və cavabdehin adından bağlanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilədəki və 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktındakı “Direktor: Nümayəndə" yazılarından aşağıdakı imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. İddiaçı ilə cavabdehin adından bağlanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavil ədəki və 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktındakı “Direktor: Əliyev Z.N.” yazılarından aşağıdakı imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Rəyin sənədlərin materiallarının tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərarda göstərilən “-... və vurulduğu sənədlərin tarixlərinə uyğun gəlirmi?", “-... habelə eyni və ya müxtəlif vaxtda icra edilmişdir? və “-... habelə eyni və ya müxtəlif vaxtda icra edilmişdir? sualları üzrə tədqiqat aparılmamışdır.

15. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(103)-657/2023 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Baxışova və A.Hüseyn).

16. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(103)-657/2023 nömrəli xüsusi qərardadı ilə iddiaçı ilə cavabdehin adlarından bağlanması qeyd edilən 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilənin və 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqaviləyə 2022-ci il 30 noyabr tarixli Təhvil-təslim aktının tərtib edilməsi zamanı iddiaçının əməkdaşlarının və digər şəxslərin hərəkətlərində müvafiq cinayətin əlamətlərinin olması ehtimalı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyət etibarı il ə xidmət müqaviləsidir, lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud olmadığından, hazırkı mübahisə MM-in podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Bu baxımdan iddia tələblərinin qanuni əsasını MM-in 752.1-ci maddəsi təşkil etsə də, hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.

18. Belə ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqaviləni və 2022-ci il 30 noyabr tarixli təhviltəslim aktını təqdim etmişdir. Cavabdeh isə bildirir ki, tərəflər arasında daha əvvəl xidmətlərin göstərilməsinə dair müqavilə münasibətləri olmuşdur. Lakin nə hazırda təqdim edilən müqavilə, nə də müqaviləyə əlavə kimi təhvil-t əslim aktı onun tərəfindən imzalanmamış və ona bu müqavilə üzrə iddiaçı tərəfindən heç bir xidmət göstərilməmiş və təhvil verilməmişdir. Göründüyü kimi cavabdeh müqavilənin özünü və təhvil-təslim aktını mübahisələndirmişdir. Qeyd olunanların aydınlaşdırılması üçün hazırkı apellyasiya baxışı zamanı cavabdehin vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq və sənədlərin məhkəmə texniki ekspertizasının rəyi ilə təsdiq olunur ki, müqavilədəki və təhvil-təslim aktındakı möhür əksləri cavabdehə məxsus olsa da, onun direktorunun adından olan imzalar onun tərəfindən yox, onun imzasına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur.

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi müqavilədə və təhvil-təslim aktındakı möhür əkslərinin cavabdehə məxsus möhür olmasını istisna etməmiş, lakin bildirm işdir ki, tərəflər arasında daha əvvəl auditin keçirilməsi barədə, habelə xidmətlərin göstərilməsinə dair müqavilə münasibətləri olmuşdur və həmin münasibətlər çərçivəsində möhür iddiaçıya təqdim edilmişdir. Kollegiya cavabdehin həmin izahatını ağlabatan hesab etmişdir. Belə ki, ekspert rəyindən də göründüyü kimi 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilədəki və 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktındakı imzalar cavabdehin direktorunun imzasına oxşadılmaqla icra olunmuşdur. İmzaların oxşadılmaqla icra olunması halı həmin sənədlərin cavabdehin adından saxtalaşdırılmasına yönəldilmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunan ekspert rəyi ilə təsdiq olunmuşdur ki, 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilədəki və 2022-ci il 30 noyabr tarixl i təhvil-təslim aktındakı cavabdehin direktorunun adından olan imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Kollegiya hesab etmişdir ki, təxminən 11 aylıq müddət aralığı ilə müqavilə və təhvil-təslim aktındakı imzaların məhz eyni diyircəkli qələmlə icra olunması o nəticəyə gəlməyə əsas verir ki, həm müqavilə, həm də təhvil-təslim aktı eyni tarixdə cavabdehin adından və imzaları saxtalaşdırılaraq (oxşadılmaqla) tərtib olunmuşdur. Bundan əlavə, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci il 5 may tarixli 15\21 nömrəli audit xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Kollegiya hesab etmişdir ki, məhz həmin müqavilə üzrə göstərilən xidmətlərin (audit) xarakterinə görə cavabdeh tərəfindən ona məxsus möhürün iddiaçıya verilməsi və iddiaçının da ona verilən möhürdən istifadə edərək, hazırda istinad etdiyi müqaviləni və təhvil-təslim aktını sonuncunun adından təsdiq etməsi barədə izahatı tamamilə ağlabatandır.

20. Bundan əlavə, iddiaçı 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilə üzrə xidmətlərin göstərilməsini təsdiq edən sübut kimi cavabdehlə onun arasında olan email yazışmalarını məhkəməyə təqdim etmişdir. Kollegiya hesab etmişdir ki, həmin yazışmalar da iddianın əsaslı olduğunu təsdiq etmir. Çünki həmin yazışmaların heç birində məhz hazırda ödənilməsi tələb olunan 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilə üzrə xidmətlərin göstərilməsi barədə hər hansı qeyd mövcud deyildir, yazışmalarda müxtəlif şirkətlərlə bağlanmış müqavilələr, o cümlədən iddiaçının 2021-ci il 28 iyun tarixli müqavilə əsasında göstərdiyi xidmət əsasında alınmış birinci kreditin ödənilməsi barədə məlumatlar göstərilmişdir. Cavabdeh də bildirir ki, təqdim edilən email yazışmaları əvvəlki müqavilə münasibətləri çərçivəsində, habelə iddiaçının istinad etdiyi müqavilə üzrə deyil, Ziya Hüseynzadə ilə olan şəxsi münasibətlər əsasında sonuncunun göstərdiyi məsləhət və s. xarakterli xidmətlərlə bağlı olmuşdur.

21. Məhkəmə qeyd etmişdir ki, cavabdehin hazırkı iş üzrə keçirilən mediasiya prosesində iddiaçıya barışıq üçün 110.000 manat təklif etməsinin iddianın “etiraf olunması” kimi qiymətləndirilməli olması barədə iddiaçının dəlilləri də əsassızdır. Belə ki, həmin dəlillərə dair cavabdeh bildirmişdir ki, cavabdeh MMC kifayət qədər imicə və işgüzar nüfuza malik olan şirkətdir. Buna görə də, məhkə mə mübahisəsindən yayınmaq üçün iddiaçıya həmin məbləği təklif etmişdir. Kollegiya qeyd etmişdir ki, həm Azərbaycanda, həm də roman-german hüquq sisteminin formalaşdığı bir çox ölkələrdə mövcud məhkəmə təcrübəsinə əsasən tərəflərin barışıq və mediasiya zamanı sərgilədikləri mövqe və izahatlardan sonradan məhkəmə baxışı zamanı onların əleyhinə “istifadə etmək” yolverilməz haldır.

22. Beləliklə, müqavilə və təhvil-təslim aktındakı möhür əksinin məhz cavabdehə məxsus olmasına baxmayaraq, iddiaçının istinad etdiyi müqavilə yuxarıda qeyd olunanlara əsasən ümumiyyətlə cavabdehin iradə ifadəsini əks etdirməmiş, tərəflər arasında belə bir müqavilə bağlanmamış və işlər görülməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflər arasında 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqa vilə üzrə münasibətlərin mövcud olması, o cümlədən iddiaçı tərəfindən cavabdehə həmin müqavilədəki xidmətlərin göstərilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Belə olan halda isə iddia təmin edilə bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 11.1, 386.1, 752.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 13.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

24. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:

25. MM-in 386.1, 752.1-ci m addələri üzrə - tərəflər arasında əvvəllər, yəni 2021-ci il 28 iyun tarixində Avropa Bankından 8 milyon avro məbləğində kreditin götürülməsi üçün məsləhət xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və qeyd edilmiş müqavilə üzrə xidmətlərin göstərilməsinə dair tərəflər arasında 2021-ci il 2 dekabr tarixində təhviltəslim aktı tərtib olunaraq təsdiq edilmişdir. Hər iki tərəf 8 milyon avro kreditin cavabdeh tərəfindən alındığını və xidmət haqqının da ödənildiyini və 2021-ci il 28 iyun tarixli müqavilə üzrə hər hansı bir mübahisənin olmadığını bildirir. 2021-ci il 28 iyun tarixli müqavilə məhz tərəflər arasında işgüzar münasibətlərin hansı qaydada olduğunu göstərir. Qeyd edilmiş müqavilə və təhvil-təslim aktından da görünür ki, tərəflər arasında olan işgüzar münasibət məhz müqavilən in bağlanması və sonradan işlər icra olunduqdan sonra təhvil-təslim aktının tərtib edilməsi ilə həyata keçirilir.

26. Məhkəmə yanlış olaraq tərəflər arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli PK8/22 nömrəli müqaviləyə qanunun analogiyası üzrə podrat müqaviləsi kimi yanaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə podrat deyil, tapşırıq müqaviləsidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti “AYİB-dən 5,6 milyon məbləğində kredit vəsaitinin əldə edilməsi üçün müxtəlif növ məsləhət xidmətlərinin göstərilməsidir” və iddiaçı qeyd olunan xidmətlərin göstərilməsi nəticəsində cavabdeh tərəfindən AYİB-dən 5,6 milyon dəyərində kredit vəsaitinin əldə edilməməsinə öz xidmətləri üzrə cavabdeh deyildir. Tapşırıq müqaviləsi üzrə vəkalət alan şəxs xidmətləri konkret nəticə əldə olun masına təminat vermədən icra etməyi öhdəsinə götürür.

27. MPM-in 77 və 88-ci maddələri üzrə - iddiaçı tərəfindən təqdim edilmiş sübutlara (təhvil-təslim aktları, müqavilələr, elektron yazışmalar və həmin yazışmalarda mövcud olan sənədlər) hərtərəfli və tam baxılmamış, məhkəmə qətnamə qəbul edərkən onlara əsaslanmamışdır. Məhkəmə hər hansı sübut mövcud olmadan, ancaq cavabdehin əsassız mülahizələrinə əsaslanaraq cavabdehin möhürünün iddiaçıda olması qənaətinə gəlmişdir. Halbuki, qeyd olunan mübahisə üzrə aşağı instansiya məhkəmələrində işə baxılan zaman cavabdeh tərəfindən möhürün hansı şəraitdə vurulması barədə çoxsaylı suallar olmuş və cavabdehin nümayəndəsi tərəfindən hər dəfə bir-birinə zidd müxtəlif cavablar verilmişdir. Cavabdeh tərəfindən verilən vəsatətlərdə ilk öncə, ümumiyyətlə mö hürə dair hər hansı münasibət bildirilməmiş, daha sonra bu barədə suallar verildikdə “hansı şəraitdə vurulması bəlli deyil” və ya “möhür saxtalaşdırıla bilər” kimi cavablar verilmişdir. Sonda isə işə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman möhürün guya iddiaçı tərəfindən müxtəlif xidmətlər görülən zaman götürüldüyü fikri irəli sürülmüşdür. Halbuki, milyonlarla dövriyyəsi olan və kifayət qədər hüquq sahəsində və mühasibatlıq sahəsində əməkdaşı olan şirkətin “möhürü”nün digər şirkətin istifadəsində olması heç bir məntiqə sığmır və həmin xidmətlərin görülməsi üçün istifadəyə verilməsinə zərurət belə yoxdur. Həmçinin tərəflər arasında bağlanmış 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilədə, həm də 2022-ci il 30 noyabr tarixli təhvil-təslim aktında cavabdehin möhürünün olması həm müq avilənin, həm də təhvil-təslim aktının cavabdeh tərəfindən təsdiq edilməsinə işarədir. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Bundan başqa, məhkəmə cavabdehin hazırkı iş üzrə keçirilən mediasiya prosesində iddiaçıya barışıq üçün 110.000 manat təklif etməsinin iddianın “etiraf olunması” kimi qiymətləndirilməli olması barədə iddiaçının dəlillərini əsassız hesab etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, həmin etiraf mediasiya zamanı deyil, mediasiyadan kənar bildirilmiş və həmin danışıqlar zamanı tam məbləğ ödənilməli idi. 110.000 manatın ödənilməsinə aid razılıq isə artıq Bakı Kommersiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edildikdən sonra bildirilmiş və bu faktları qarşı tərəfin nümayəndəsi məhkəmə iclasında qəbul etmiş və həmin məbləğin ödənilməsinə səbəb kimi guya cavabdehin işgüzar nüfuzuna zərər gəlməməsi olmuşdur. Halbuki, danışıqlar aparılan zaman cavabdeh barəsində hüquq mühafizə orqanlarına hər hansı şikayət olmamış və işgüzar nüfuza zərər gətirilməsinə dair hər hansı hərəkət olmamışdır. Eyni zamanda işə əlavə edilmiş elektron poçt ünvanları üzrə yazışmalardan görünür ki, PK-8/22 saylı müqavilə bağlandıqdan sonra tərəflər arasında (Elektron ünvan 1, Elektron ünvan 2, Elektron ünvan 3, Elektron ünvan 4, Elektron ünvan 5 və s. ünvanlar arasında) və Avropa Bankının nümayəndəsi (NasirovZ@ebrd.com, MahmudoA@ebrd.com, İbrahim.E@ebrd.com və s.) arasında 2022-ci il 6 yanvar tarixli PK-8/22 saylı müqavilə üzrə xidmətin göstərilməsi ilə bağlı yazışmalar aparılmış, iddiaçı tərəfindən cavabdehdən sənədlər istənilmiş, sonuncu da öz növbəsində tələb edilmiş sənəd və məlumatları iddiaçıya göndərmişdir. Həmçinin cavabdeh tərəf məhkəmə iclasında audio və video yazıdan da (2023-cü il 5 may tarixli iclas 57-ci dəqiqə və 2023-cü il 19 may tarixli iclas) göründüyü kimi, 5,6 milyon avro məbləğində kreditin götürülməsi üçün müəyyən xidmətlərin göstərildiyini bildirsə də, o xidmətlərin iddiaçı tərəfindən deyil, fiziki şəxs olaraq Ziya Hüseynzadə tərəfindən göstərildiyini bildirmiş, ancaq məhz hansı xidmətlərin göstərildiyinin aydınlaşdırılmalı olduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz hazırkı qərarın 3-cü bəndində qeyd edilənlərlə əsaslandırılmışdır. Kassasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütöv lükdə mübahisələndirildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

30. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

11. Mülki qanun vericiliyin analogiya üzrə tətbiqi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası)....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razıla şdırılmış muzd ödəməyi öhdəsinə götürür....”

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar... 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir....” “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtə rəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.

34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanı lmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

35. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə qiymət verərkən ilk öncə nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi).

36. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, kassatorun istinad etdiyi MM-in 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

38. Hazırki işdə isə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi 2022-ci il 6 yanvar tarixli PK-8/22 nömrəli müqavilədə onun tərəfindən həyat a keçirilməsi nəzərdə tutulan tapşırıqların konkret nəticəsi (Avropa Bankından kreditin alınması üçün maliyyə məsələləri üzrə, hüquqi sənədləşmə üzrə, girov qiymətləndirilməsi üzrə, Avropa Bankı tərəfindən maliyyə və texniki araşdırma işləri üzrə və s. üzrə məsləhət xidmətlərinin sifarişçiyə təhvil verilməsi) göstərilmişdir.

39. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki işə düzgün olaraq qanunun analogiyası üzrə MM-in 752.1-ci maddəsini tətbiq etmiş və bu zaman tətbiq edilən hüquq normasının müəyyənləşdirilməsində pozuntuya yol verməmişdir.

40. Kassasiya şikayətinin digər dəlilləri də əsassızdır. Belə ki, həmin dəlillər məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

41. Əlavə olaraq kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi müqavilənin ümumiyyətlə cavabdehin iradə ifadəsini əks etdirməməsi, tərəflər arasında belə bir müqavilənin bağlanmaması və işlərin görülməməsi qənaətini formal mülahizələr əsasında deyil, məhz işdə olan sübutlar (ekspert rəyi və s.) əsasında müəyyənləşdirmiş, iddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktları, müqavilələr, elektron yazışmalar da daxil olmaqla bütün sübutlar ətraflı araşdırılmış, bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməmiş, onlar müfəssəl təhlil edilmiş, iddiaçının bütün dəlillərinə cavab verilmiş, məhkəmənin gəldiyi nəticə isə kifayət qədər güc lü və tutarlı arqumentlərlə əsaslandırmışdır.

42. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

43. Şərh olunanları və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 19 dekabr tarixli 2-2(103)-657/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar