Məhkəmə qərarları › İş №2-2(102)-251/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-251/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-251/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iddiaçı “İddiaçı.”Şirkətinin Cəmiyyətinəqarşı iş üzrə cavabdeh “xxxx” Məhdud QƏRAR (iş № 2-2(102)-251/2019) Bakı şəhəri xxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçı “İddiaçı.” Şirkətinin vəkili Nümayəndə2 Oqtay oğlunun, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Qanuni nümayəndə, vəkili Vəkil iştirakları,İ.Muradovun katibliyi ilə, Məsuliyyətli iddiaçı “İddiaçı.” Şirkətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «müqavilənin ləğv edilməsi, borcun, penyanın, çəkilmiş əlavə xərcin və zərərin ödənilməsi tələbinə dair» iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-384/18 saylı qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “İddiaçı.” Şirkəti cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xxx 2016-cı il tarixli ***** saylı müqavilənin ləğv edilməsinə, cavabdehin şirkətə borclu olduğu 16884 ABŞ dolları məbləğində, eləcə də 2200 avro məbləğində pulun, vurulmuş maddi zərərə görə 1528 ABŞ dolları məb ləğində pulun, tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və işgüzar nüfuza vurulmuş 100000 manat məbləğində pulun, ümumilikdə, 18412 ABŞ dolları, 2200 avro və 100030 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq şirkətə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xxx 2016-cı il tarixdə ****** saylı müqavilənin şərtlərinə görə satıcı şirkət (iddiaçı) baş spesifikasiyada və əlavədə göstərilən farmaseptik məmulatları “CİF Baku” (İnkoterms-2010) şərti ilə alıcıya (cavabdehə) satmağı, alıcı isə təhvil aldığı məmulatlara görə ödəməni ABŞ dolları şəklində bank köçürməsi ilə satıcının bank hesabına ödəməyi öhdəsinə götürmüş, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək cavabdehə müvafiq məmulatları təhvil vermiş, lakin sonuncu öz öhdəliyini yerinə yetirməmiş, həmin mallara görə onun satıcıya 16.884 ABŞ dolları borcu yaranmışdır. Halbuki, müqavilənin 2.1-ci bəndinə əsasən cavabdeh tərəfindən ödəmə iki mərhələdə: ödəmənin 50%-i sifariş verilən andan 5 iş günü ərzində ödənilməli; qalıq 50% ödəmə məmulatları hazır olduqdan sonra ödənilməli idi. Lakin məmulatlar cavabdehə təhvil verilsə də, müvafiq məbləğlər iddiaçıya ödənilməmişdir. Bundan başqa, müqavilənin 3.3-cü bəndinə əsasən alıcı öz ölkəsində ödəniləcək bütün vergilərə, məmulatların gömrük xərclərinə, həmçinin digər xərclərə cavabdehdir. Halbuki, iddiaçı tərəfindən cavabdehin əvəzinə 2.200 avro məbləğində “demmurrage” xərcləri ödənilmişdir. Tələb olunmasına baxmayaraq, bu məbləğ də cavabdeh tərəfindən ödənilməm işdir. Müqavilə bağlanan zaman iddiaçı tərəfindən əsas götürülən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə, eləcə də müqavilə şərtlərinin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulmasına dəlalət edir. Göstərilən borcun ödənilməsi təklifi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, bu günə qədər həmin şirkət tərəfindən borc iddiaçıya ödənilməmiş, cavabdeh tərəfindən üzərinə götürülən öhdəlik icra edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-37/2018 saylı, xxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” MMC ilə iddiaçı “İddiaçı.” Bahamas Şirkəti arasında bağlanmış 20.10.2016-cı il tarixli ***** nömrəli müqavilə ləğv edilmiş, cavabdeh “xxxx” MMC-dən iddiaçı “İddiaçı.” Şirkətinin xeyrinə ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 16.884 ABŞ dolları məbləğində əsas borc, 1.528 ABŞ dolları məbləğində dəymiş ziyan kimi dəbbə pulunun və ödənilmiş dövlət rüsumunun 5 manatının tutulması, iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun 25 manatının iddiaçıya aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-384/18 saylı qərarı (X2 (sədrlik edən), hakimlər X6 və X4) cavabdeh “xxxx” MMCnin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.01.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyy əti və onun vəkili Vəkil tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi cavabdeh “xxxx” MMC-nin iddia ərizəsində qeyd olunan hüquqi və faktiki ünvanı olan ünvan 1a deyil, birinci instansiya məhkəməsində cavabdehi təmsil etmiş nümayəndənin ünvanına, ünvan 2vanda Atakişiyev soyadlı şəxs imza etməklə qətnaməni qəbul etmiş, apellyasiya məhkəməsi işə baxarkən məhkəmə bildirişi də eyni ünvana, yəni cavabdehin hüquqi və faktiki ünv anına deyil, məhz Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, ev 21 ünvanına göndərilmiş və kimsə tərəfindən qəbul edilmədən geri qayıtmışdır. Beləliklə, cavabdeh tərəfə məlumat verməmiş, cavabdeh tərəf məhkəmə prosesi barədə məlumatlı olmamış və məhkəmə iclası cavabdeh tərəfin iştirakı olmadan keçirələrək iş üzrə nəticəyə gəlinmiş, cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin iclasında təmsil edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xxx 2018-ci il tarixli qətnaməsi cavabdeh tərəfə xxx 2019-cu il tarixdə təqdim edilmiş, qeyd olunan qətnamə məhkəmə kollegiyası tərəfindən işin halları tam araşdırılmadan qəbul edilmişdir. 2016-cı ilin xxx İddiaçı şirkətinin rəhbərliyi ilə “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə arasında Bakı şəhərində keçirilmiş görüşdə iddiaçı tərəf Ukrayna Respublikası üçün hazırlanan, lakin satılmamış, istifadə tarixinin tamam olmasına 1 il qalmış 2 növ məhsulun (“Linkas Nova” və “İnsty Nova”) satılmasında kömək istədi, Azərbaycanda təhvil qiyməti müzakirə olundu. Malın kəmiyyətinin böyük olması səbəbindən qarşı tərəf alqı-satqı olacağı təqdirdə 500 ədəd əczaçı geyimi də verəcəyinə söz verdi, xxx 2016-cı ildə tərəflər arasında müqavilə bağlandı, lakin, qarşı tərəf cavabdehə məlumat verilmədən məhsullarının yollanılmasına qərar vermişdi. Məhsullar artıq Rusiya Federasiyası ərazisində olarkən “İddiaçı.” Bahamas Şirkətinin Azərbaycandakı nümayəndəsi Əhməd Vasif ehtiyyatsızlıq ucbatından məhsulların yerində danışılan məbləğinin iki qatına çıxarıldığını bildirdi. Bu da Azərbaycandakı gömrük xidməti və vergi xərclərinin iki dəfə artmasına gətiri b çıxartdı, “xxxx” MMC məhsulun qiymətinin danışılandan baha olacağına görə həmin məhsuldan imtina etdiyini bildirmiş, cavabdehin bölgə meneceri X10 və direktoru Nadim Xalidin qardaşı Xürrəm Xalid Azərbaycanda görüşərkən bu səhvin onların fəaliyyəti nəticəsində yarandığını bildirərək, bunu aradan qaldıracaqlarına söz verdilər, bu şifahi razılaşmanın qarşılığında gömrük rəsmiləşdirilməsini aparmışlar, məhsullar satışa çıxarıldı və mütəmadi olaraq hissə hissə İddiaçı şirkətinin hesabına pul köçürüldü, aldıqları məhsulların böyük bir satışını həyata keçirərkən iddiaçı tərəfin nümayəndəsi başqa bir alıcıya - yəni üçüncü şəxsə bizə verilən qiymətdən də aşağı məhsul verə biləcəklərini “X5” şirkəti olaraq təkidlə bildiriblər. Belə olduğu halda cavabdeh ödənişi dayandıraraq, onlara verilən məhsulu tam olaraq satdıqdan sonra onlara ödənişi həyata keçirəcəklərini bildirmişlər. Qarşı tərəf müqavilənin 4.11-ci maddəsini kobud şəkildə pozaraq digər şəxslərə onlara satdığı məhsulları daha ucuz qiymətə təklif edərək, onların aldığı malların satışını mümkünsüz edirdi. Daha sonra isə “X5” şirkəti verdiyi vədin üstündə durmayaraq öz ehtiyyatsızlığı ucbatından gömrük və vergi orqanlarında yaranan və həll edilməsini öhdəliklərinə götürdüyü ödəmə fərqini və 500 ədəd əczaçı geyiminin məbləğini ödəməkdən boyun qaçırtdılar, cavabdeh “xxxx” MMC xxx 2016-cı il və xxx 2017-ci il tarixləri arasında 13.000 ABŞ dolları məbləğində pul vəsaitini iddiaçı “X5” şirkətinin hesabına köçürmüşdür. İddiaçının onun tərəfindən cavabdehin əvəzinə ödənilmiş 2.200 avro məbləğində “demurrage” xərclərinin cavabdehdən tu tulması ilə bağlı irəli sürdüyü dəlil də əsassızdır, cavabdehin Azərbaycan Respublikasında göndərilən mallar üçün gigiyenik sertifikat ala bilməsi üçün iddiaçı malların göndərilən mallar barədə məlumatı əks etdirən sənədləri 10 gün öncədən göndərməli olduğu halda bu vəzifəsini yerinə yetirməmiş, mallar üçün bu səbəbdən gigiyenik sertifikatın alınması gecikmiş və nəticədə iddiaçının tələb etdiyi 2.200 avro məbləğində “demurrage” xərcləri yaranmışdır, AZ031RSK8910 seriyalı, xxx 2017- ci il tarixli “*******” məhsulu üçün alınmış gigiyenik sertifikat və ******seriyalı, xxx 2017-ci il tarixli “İnsty Nova” məhsulu üçün alınmış gigiyenik sertifikatlardan da məlum olur ki, tərəflər arasında bağlanmış müqavilənin müddəti bitməmiş, cavabdeh tərəfindən hər iki məhsul üçün də gigiyenik sertifikat al ınmış, iddiaçı müqavilənin şərtlərini kobud şəkildə pozmuş və bu hal müqavilənin ləğv edilməsinə əsas vermişdir. Cavabdeh “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı “İddiaçı.”Şirkətinin vəkili Nümayəndə 2 kassasiya şikayətinə yazılı etiraz təqdim etmiş, məhkəmə iclasında isə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçı “İddiaçı.” Şirkətinin vəkili Nümayəndə2, cavabdeh “xxxx” MMC-nin direktoru Qanuni nümayəndə, vəkili Vəkil iz ahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)384/18 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İddia tələbinin təmin edilməsi barədə qətnaməni qüvvədə saxlayan apellyasiya məhkəməsi ona istinad etmişdir ki, «iddiaçı “İddiaçı.”Şirkətinin onunla “xxxx” MMC arasında bağlanmış xxx 2016-cı il tarixli ******* nömrəli müqavilə üzrə öz üzərinə düşən öhdəliyini yerinə yetirməsi, yəni 16.884 ABŞ dolları məbləğində malları (məmulatları) cavabdehə təhvil verməsi işdə olan sübutlarla təsdiqlənir, cavabdeh “xxxx” MMC həmin müqavilə üzrə təhvil aldığı malların müqabilində iddiaçıya hər hansı pul ödənişi aparması ilə bağlı heç bir sübut, dəlil məhkəmə icraatında təqdim olunmadığına görə də iddiaçı “İddiaçı.” Şirkəti cavabdeh “xxxx” MMC-dən 16.884 ABŞ dolları məbləğində borcu, habelə xxxx 2016-cı il tarixli ****** nömrəli müqavilənin ləğv olunmasını tələb etməkdə haqlıdır, cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd olunan məbləğdə malları təhvil almasının onun tərəfindən mübahisələndirildiyi müəyyən olunmur, tərəflər öz aralarında belə razılağa gəlmişlər ki, əgər danışıqlar yolu ilə həll edə bilmədikdə, aralarındakı mübahisə və narazılıqlara neytral zonada yerləşən Arbitraj məhkəməsində baxıla bilər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara o byektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş xxx 2016-cı il tarixli, xxx 2016-cı il tarixli xxx 2017-cı il tarixli xarici valyutada köçürmə orderlərinə əsasən cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı “X5” şirkətinin hesabına müvafiq olaraq həmin tarixlərdə 4000, 7000 və 2000 ABŞ dolları, ümumilikdə 13000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Bu hal isə öz növbəsində cavabdeh “xxxx” MMC tərəfindən həmin müqavilə üzrə təhvil aldığı malların müqabilində iddiaçıya hər hansı pul ödənişi aparması ilə bağlı heç bir sübut, dəlil məhkəmə icraatında təqdim olunmadığı barədə apellyasiya məhkəməsinin g əldiyi nəticənin işin həqiqi faktiki hallarına uyğun olmamaqla əsassız olduğunu, iş üzrə məhkəmə araşdırmasının isə səthi aparıldığını təsdiq edir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən isə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, cavabdehin müqavilə üzrə öhdəliklərini qismən icra etməsinə baxmayaraq və müqavilə üzrə nə qədər ödəniş aparılmalı olduğu dəqiqləşdirilmədən, iddiaçının Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri qaydasında alqı-satqı müqaviləsinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin ondan aldığı malların dəyərini ödəmədiyi, bununla da müqavilə öhdəliyini pozduğu barədə apellyasiya məhkəməsinin gəldi yi nəticə iş üzrə təsdiq edilmir. İş materiallarına əsasən həmçinin cavabdehin apellyasiya şikayətinin xxxx 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsinə daxil olduğu, həmin tarixli qərardadla apellyasiya şikayətinin mümkün hesab edilərək işə baxılamsının xxxx 2018-ci il tarixə təyin edildiyi və həmin tarixdə də cavabdehin iştirakı olmadan baxılıb birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanıldığı aydın olur. İqtisadi işin 87-ci vərəqindəki zərfə əsasən məhkəmə iclasının həmin vaxtda keçiriləcəyi barədə bildiriş cavabdehə rəsmi təqdim edilmədən “köçüb” qeydi ilə apellyasiya məhkəməsinə geri qaytarılmış, apellyasiya məhkəməsi isə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədiyini, ona məhkəmə bildirişinin rəsmi təqdim edilmədiyini nəzərə almadan, elə həmin gün işə baxaraq, iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamış, cavabdehin məhkəmə iclasında hansı səbəblərdən iştirak etməməsini isə araşdırmağa zərurət görməmişdir. İş materiallarındakı müqaviləyə əsasən cavabdehin rəsmi ünvanı ünvan 3 məhkəmə iclası barədə bildiriş isə həmin ünvana deyil, ünvan 4şin həmin ünvanda kimə təqdim edildiyi barədə isə işdə hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası MPM-nin 134.1.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişini rəsmi qaydada verməlidir. Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azər baycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məcəllənin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1, 418.4 və 418.4.5-ci maddələrinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə məhkəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xə bər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, iş üzrə hərtərəfli və obyektiv məhkəmə araşdırması aparılmaqla, mübahisənin qanuni həlli təmin edilməlidir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna, iş üzrə sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 2-2(103)-384/18 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndər ilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxx 2018-ci il tarixli, 22(103)-384/18 saylı qətnaməsi ləğv edilsin. Kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar