Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-251/2020 16.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim İlqar Dadaşovun sədrliyi, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu, Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi N.Nəcəfzadənin, İddiaçı” MMC-nin vəkili Nümayəndə, cavabdeh ”Cavabdeh” MMC-nin direktoru və nümayəndəsi Hamed Aripin, vəkili Əbdurəhmanov Kənan Səfər oğlunun, üçüncü şəxs xxxx” MMC-nin nümayəndəsi və vəkili Məsimov Pərvin Nəbi oğlunun iştirakları ilə, cavabdeh ”Cavabdeh” MMC tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(106)-27/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ
1. İddiaçı” MMC ilə (bundan sonra – “iddiaçı”) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təsdiqlənmiş xx xxxxxx 2018-ci il tarixli üzləşmə aktından görünür ki, xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2019-cu il tarixə 536.728.00 manat ödənilməmiş borcu qalmışdır. 2. “Borc öhdəliyinin ötürülməsinə dair” iddiaçı, Cavabdeh MMC (bundan sonra – “cavabdeh”) və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli üç tərəfli müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh MMC-nə olan 536.728.00 manat borcunun ona ötürülməsinə razılıq vermişdir.
3. İddiaçının cavabdehə ünvanladığ ı xx xxxx 2019-cu il tarixli, 266804-TM saylı pretenziyadan görünür ki, cavabdehin 536.728.00 manat borcu yaranmışdır. Borc məbləğinin xx.xx.2019-cu il tarixədək ödənilməsi tələb olunmuşdur.
4. İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə 536.728.00 (beş yüz otuz altı min yeddi yüz iyirmi səkkiz) manat əsas borcun, 90 gün gecikdirilmiş ödənişə görə 24.152.76 (iyirmi dörd min yüz əlli iki manat yetmiş altı qəpik) manat dəbbə pulu və iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 560.910.76 (beş yüz altımış min doqquz yüz on manat yetmiş altı qəpik) manat ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxs “xxxx” MMC ilə aralarında bağlanmış ayrı-ayrı alqı-satqı müqavilələri olmuş dur. Həmçinin hər üç hüquqi şəxs arasında xx.xx.2018-ci il tarixdə borc öhdəliyinin ötürülməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə hər üç hüquqi şəxsin direktoru tərəfindən imzalanmış və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir. Müqaviləyə əsasən iddiaçıya olan 536728 manat məbləğində borcun ödənilməsi öhdəliyi “xxxx” MMC-dən cavabdehə ötürülməsinə razılıq verilmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə borcun etiraf edilməsi barədə üzləşmə aktı tərtib edilmiş və cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Həmin üzləşmə aktı cavabdehin direktoru Xamed Arif tərəfindən imzalanmış və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
6. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 24 sentyabr tarixli, 2-2(086)440/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 536.728.00 manat məbləğində pul və 27 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddiaanın təmin edilməməsi qət edilmişdir (hakim – S.Həsənov).
7. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında öhdəliyin yaranmasına əsas müqavilə olmuşdur və cavabdeh isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Cavabdehin iddiaçıya 536.728,00 manat qalıq borcunun olması iş materialları ilə öz təsdiqi tapmışdır.
8. İddiaçı əsas borcla yanaşı əsas borcun 90 gün gecikdirilməsinə görə 24.152,76 manat dəbbə pulu tələb etmişdir.xx xxxxxx 2018-ci il tarixli üç tərəfli müqavilənin (bax yuxarıda §§ 2) 1.2-ci bəndinə əsasən borcun üzərinə faizlərin hesablanması nəzərdə t utulmur. Müqavilənin 6.3-cü bəndinə əsasən, bu müqavilə tərəflər arasında tam razılaşmanı təşkil edir və borc münasibəti ilə əlaqədar bütün əvvəlki yazılı və şifahi öhdəlik və razılaşmalardan üstündür. Müqavilədə ümumiyyətlə pul vəsaitinin ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmamışdır.Dəbbə pulu yalnız müqavilə ilə müəyyənləşdirildiyi halda tutula bilər. Beləliklə, tərəflər arasında bağlanmış və iddianın hüquqi əsası olan xx xxxxxx 2018-ci il tarixli müqavilədə pul vəsaitinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması şərti qeyd edilmədiyindən, iddia tələbi dəbbə pulunun tutulması hissəsində təmin edilməməlidir.
9. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “Mülki Məcəllə”) 385.1, 386.1, 425, 442, 448.1, 462.1, 462.2-ci, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(106)-27/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – M.Həsənov - sədrlik edən, İ.Əsədov və Z.Zeynalov).
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə hə m cavabdeh, həm də üçüncü şəxs “xxxx” MMC ilə alqı-satqı müqaviləsi bağlanmışdır. “xxxx” MMC tərəfindən iddiaçıdan 536.728 manat dəyərində məhsullar təhvil alınsa da, həmin məhsullar cavabdehin istifadəsi üçün götürülmüş və bu məqsədlə də cavabdehə təhvil verilmişdir. Buna görə də tərəflər arasında xx.xx.2018-ci il tarixdə borc öhdəliyinin ötürülməsi barədə müqavilə bağlanmış və iddiaçının xeyrinə ödənilməli olan 536.728 manat borcun ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. Həmçinin xx.xx.2019-cu il tarixdə üzləşmə aktı tərtib edilmiş, cavabdeh borcunu etiraf etmişdir.
13. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. C avabdeh tərəf qeyd edir ki, xx.xx.2018-ci il tarixli borc öhdəliyinin ötürülməsinə dair üçtərəfli müqavilə onlar tərəfindən imzalanmamış və onlar heç bir öhdəlik götürməmişdirlər. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfin məhkəmədə baxılan hazırkı işdən məlumatı olmuş, nümayəndəsi vasitəsilə məhkəmədə təmsil olunmuş və nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Lakin müqavilənin onlar tərəfindən imzalanmaması barədə etirazlarını və münasibətlərini birinci instansiya məhkəməsində işə baxılarkən bildirməmişdirlər. Həmçinin işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müqavilələrin, üzləşmə aktının onlar tərəfindən imzalanmaması, cavabdehin möhürü ilə təsdiq edilməməsi barədə hər hansı bir mötəbər sübut təqdim etməmişdirlər.
14. Qeyd edilən müqavilələr və üz ləşmə aktı ayrı-ayrı tarixlərdə tərtib edilmiş, cavabdeh tərəfin direktoru Xamed Arif tərəfindən imzalanmış və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Borcun mövcudluğu təkcə borc öhdəliyinin ötürülməsinə dair müqavilə ilə deyil, həmçinin üzləşmə aktı ilə də öz əksini tapır. Beləliklə, borcun olmaması ilə bağlı cavabdeh tərəf hər hansı bir mötəbər sübut təqdim etlməmişdir. İş üzrə icraatın dayandırılması barədə vəsatətin verilməsində cavabdehin məqsədi işin baxılmasını uzatmaqdır.
15. Məhkəmə bu qənaətini Mülki Məcəllənin 385.1, 386.1, 425, 442, 522.1, 522.2, 567ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKA YƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Tərəflər arasında heç vaxt borc münasibətləri olmamış, bu münasibətlər iddiaçı ilə “xxxx” MMC arasında olmuşdur. xx xxxxxx 2018-ci il tarixli 3 tərəfli müqavilə cavabdeh tərəfindən imzalanmamışdır və Cavabdeh MMC heç bir öhdəlik götürməmişdir. xx xxxxxx 2018-ci il tarixli müqavilə həmin vaxt MMC-nin mühasibi işləmiş və üçüncü şəxs “xxxx” MMCnin direktoru Zöhrab Novruzov tərəfindən hazırlanmış, cavabdeh MMC-nin direktoru Xamed Arif olduğu halda, müqavilədə onun əvəzinə də məhz Z.Novruzov imza etmiş və MMC-nə məxsus möhürü də gizli yolla əldə edərək müqaviləni möhürləmişdir. Bununla da xxx özünə məxsus borcu qanunsuz olaraq saxta yolla cavabdehə yönəltmişdir. Ümumiyyətlə, işə baxan məhkəmələr tərəfindən müqavilənin k imlər tərəfindən imzalanması, müqavilənin harada və kimlər arasında bağlanması araşdırılmamışdır.
18. Kassasiya şikayəti Mülki Məcəllənin 337.1-ci maddəsinə tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçısının izahatı
20. Cavabdeh ”Cavabdeh” MMC-nin direktoru və nümayəndəsi Hamed Arif və vəkil Əbdurəhmanov Kənan Səfər oğlu kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişlər.
21. İddiaçı "İddiaçı” MMC-nin vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. Üç üncü şəxs xxxx” MMC-nin nümayəndəsi və vəkili Məsimov Pərvin Nəbi oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. İş üzrə cavabdeh tərəf iddianın qismən təmin edilmiş hissəsindən şikayət versə də, faktiki olaraq apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndir ildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri). TƏTBİQ EDİLƏN HÜQUQ
25. Mülki Prosessual Məcəllənin 416-cı maddəsində nəzərdə tutulur ki, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. 3 85.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər”. “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”. “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin təl əblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər”. “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. “Maddə
522. Öhdəliklərin verilməsi əsasları və qaydası 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur”. “Maddə
567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr öz qətnamələrini yuxarıda qeyd olunan qanunvericilik aktlarına istinad etməklə düzgün olaraq əsaslandırmış, qanuni nəticəyə gəlmişlər, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, h abelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğından iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(106)-27/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında göstərmişdir ki, MPM-in mülki məhkəmə icraatının həyata keçirilməsinə dair tələblərinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müz akirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 9.3, 88 və 217-ci maddələri).
28. Konstitusiya Məhkəməsinin Plenumu «F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azər baycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olar aq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli g ələ bilər (§68).
30. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı).
31. Cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd edil mişdir ki, tərəflər arasında heç vaxt borc münasibətləri olmamış, borc münasibətləri iddiaçı ilə “xxxx” MMC arasında olmuşdur. xx xxxxxx 2018-ci il tarixli 3 tərəfli müqavilə cavabdeh tərəfindən imzalanmamışdır və Cavabdeh MMC heç bir öhdəlik götürməmişdir. Kassasiya şikayətinin bu dəlili ilə bağlı ilk olaraq qeyd edilməlidir ki, cavabdeh işə baxmış məhkəmələrə yuxarıda qeyd edilən müqavilənin (bax yuxarıda §§ 2), üzləşmə aktının onlar tərəfindən imzalanmaması, cavabdehin möhürü ilə təsdiq edilməməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə iş materialları ilə təsdiq edilir ki, tərəflər arasında öhdəliyin yaranmasına əsas müqavilə olmuşdur və cavabdeh isə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, cavabdehin iddiaçıya 536.728,00 manat qalıq borcu mövcudd ur. Müqavilələr və üzləşmə aktı ayrı-ayrı tarixlərdə tərtib edilmiş, cavabdeh tərəfin direktoru Xamed Arif tərəfindən imzalanmış və cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Borcun mövcudluğu təkcə borc öhdəliyinin ötürülməsinə dair müqavilə ilə deyil, həmçinin üzləşmə aktı ilə də öz əksini tapır.
32. Bundan əlavə “xxxx” MMC-nin direktoru olan xxx tərəfindən apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədə iddiaçıdan təhvil alınmış 536.728 manat dəyərində məhsullların cavabdehin istifadəsi üçün götürüldüyünü və buna görə də cavabdehə təhvil veridiyinə görə də iddiaçı, cavabdeh və üçüncü şəxs arasında “ Borc öhdəliyinin ötürülməsinə dair ” xx.xx.2018-ci il tarixli müqavilənin imzalandığı bildirilmişdir.
33. Kassasiya şikayətinin digər dəlilində isə qey d edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli müqavilə həmin vaxt “xxxx” MMC-nin direktoru olan xxx tərəfindən hazırlanmış və cavabdeh MMC-nin direktoru xxx olduğu halda, müqavilədə onun əvəzinə də məhz xxx imza etmiş və MMC-nə məxsus möhürü də gizli yolla əldə edərək müqaviləni möhürləmişdir. Ümumiyyətlə, işə baxan məhkəmələr tərəfindən müqavilənin kimlər tərəfindən imzalanması, müqavilənin harada və kimlər arasında bağlanması araşdırılmamışdır.
34. Bununla bağlı qeyd edilməlidir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Digər tərəfdən işə birinci və apelyasiya instansiya məhkəmələrində baxılarkən cavabdeh müqavilələr və üzləşmə aktının onun tərəfindən imzalanmadığı əsası ilə müvafiq məhkəmə ekspertizasının təyin edilməsi ilə bağlı rəsmi və ya şifahi vəsatət verməmişdir.
35. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(106)-27/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
37. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 11 mart tarixli, 2-2(106)-27/2020 saylı qətnaməsidəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.