Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-251/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi ödənişləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış ödənişlərinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(105)-119/202 1 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. Lizinq verən İddiaçı (bundan sonra – “ALŞ”) ilə lizinq alan Cavabdeh2 (bundan sonra – “FİP”) arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar iki müqavilə - 2012ci il 2 iyul tarixli 12/438 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır) və həmin Müqavilələr əsasında ümumilikdə 4 ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir. 2. 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 128.310 ABŞ dolları olan 2 ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobill əri 48 ay müddətinə FİP-ə lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 128.310 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 68.915 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən lizinq alan FİP-in hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 2016-cı il 2 iyul tarixinədək 128.310 ABŞ dolları əsas məbləğ və 68.915 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 197.225 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 2012-ci il 2 iyul tarixli təhvil-təslim protokolundan görünür ki, 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri liz inq verən ALŞ tərəfindən 2012-ci il 2 iyul tarixində lizinq alan FİP-ə təhvil verilmişdir). 3. 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 127.340 ABŞ dolları olan 2 ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə FİP-ə lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 127.340 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 70.720 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən lizinq alan FİP-in hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 2016-cı il 26 sentyabr tarixinədək 127.340 ABŞ dolları əsas məbləğ və 70.720 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 198.059 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Hə min Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 2012-ci il 26 sentyabr tarixli təhviltəslim protokolundan görünür ki, 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri lizinq verən ALŞ tərəfindən 2012-ci il 26 sentyabr tarixdə lizinq alan FİP-ə təhvil verilmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən həmin Müqavilənin son icra müddəti 2016-cı il 26 sentyabr tarixi müəyyən edilmişdir).
4. Qeyd olunan lizinq müqavilələrinin 4.6-cı bəndlərinə əsasən, lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla), lizinq alan hər bir gecikdirilmiş gün üçün ödəni lməsi gecikdirilən lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödəniş ödəməlidir.
5. İş materiallarından görünür ki, 2012-ci il 2 iyul tarixli 12/438-1 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/480-1 nömrəli Zaminlik müqavilələri ilə zamin Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) lizinq alan FİP-in 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinə əsasən lizinq verən ALŞ-dən yük avtomobillərini lizinqə götürməsinə müvafiq qaydada zamin olmuşdur.
6. İş materialları ilə müəyyən olunur ki, lizinq verən ALŞ ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh1 arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar eyni şərtlərlə iki müqavilə - 2012-ci il 2 iyul tarixli 12/43 9 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır) və həmin Müqavilələr əsasında ümumilikdə 4 ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir: - 1) 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 128.310 ABŞ dolları olan 2 ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh1 lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 128.310 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 68.915 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən lizinq alan Cavabdeh1 hər ay müvafiq məbləğlərdə ödəniş etm əklə, 2016-cı il 2 iyul tarixinədək 128.310 ABŞ dolları əsas məbləğ və 68.915 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 197.225 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 2012-ci il 2 iyul tarixli Təhvil-Təslim Protokolundan görünür ki, 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri lizinq verən ALŞ tərəfindən 2012-ci il 2 iyul tarixdə lizinq alan Cavabdeh1 təhvil verilmişdir); - 2) 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 127.340 ABŞ dolları olan 2 ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh1 lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 127.340 A BŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 70.720 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin Müqavilənin 2 saylı Əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən lizinq alan Cavabdeh1 hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 2016-cı il 26 sentyabr tarixinədək 127.340 ABŞ dolları əsas məbləğ və 70.720 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 198.059 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin Müqavilənin 3 saylı Əlavəsi kimi təsdiq edilmiş 2012-ci il 26 sentyabr tarixli Təhvil-Təslim Protokolundan görünür ki, 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli Müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri lizinq verən ALŞ tərəfindən 2012- ci ildə 26 sentyabr tarixdə lizinq alan C avabdeh1 təhvil verilmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən həmin Müqavilənin son icra müddəti 2016-cı il 26 sentyabr tarixi müəyyən edilmişdir).
7. İş materialları ilə müəyyən olunur ki, 2012-ci il 2 iyul tarixli 12/439-1 nömrəli və 2012ci il 21 sentyabr tarixli 12/482-1 nömrəli Zaminlik müqavilələri ilə zamin FİP lizinq alan Cavabdeh1 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinə əsasən lizinq verən ALŞ-dən yük avtomobillərini lizinqə götürməsinə müvafiq qaydada zamin olmuşdur.
8. İş materiallarından görünür ki, 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli, 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli, 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqa vilələrinə əsasən lizinqə götürülmüş “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri (lizinq obyektləri) 2016-cı il 7 sentyabr tarixli Aktla “Lizinq alan”lar FİP və Cavabdeh1 tərəfindən lizinq verən ALŞ-nə təhvil verilmişdir.
9. İş materialları ilə müəyyən olunur ki, 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli, 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli, 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə yaranmış borcun ödənilməsi üçün ALŞ tərəfindən FİP-ə və Cavabdeh1 2017-ci il 23 iyun tarixdə müraciət olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. ALŞ 2020-ci il 13 yanvar tarixində Cavabdeh1 və FİP-ə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödəni lməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ALŞ-nın xeyrinə ödəniş günündə Azərbaycan manatının məzənnəsi ilə cəmi 928.372 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. ALŞ 2020-ci il 28 fevral tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək: - FİP ilə 2012-ci il 2 iyul tarixdə bağlanmış 12/438 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/438-1 saylı zaminlik müqaviləsinin ləğv olunması və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74.905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32.860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 7 2.122 ABŞ dolları olmaqla, cəmi 179.887 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada ALŞ-nın xeyrinə tutulması; - Cavabdeh1 ilə 2012-ci il 2 iyul tarixdə bağlanmış 12/439 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi FİP ilə eyni tarixdə bağlanmış 12/439-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74.908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32.860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72.126 ABŞ dolları olmaqla, cəmi 179.894 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada ALŞ-ının xeyrinə tutulması; - FİP ilə 2012-ci il 21 sentyabr tarixdə bağlanmış 12/480 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağl anmış 12/480-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 94.839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34.110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81.433 ABŞ dolları olmaqla, cəmi 210.383 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada ALŞ-nın xeyrinə tutulması; - Cavabdeh1 ilə 2012-ci il 21 sentyabr tarixdə bağlanmış 12/481 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi FİP ilə eyni tarixdə bağlanmış 12/481-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 93.622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35.862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81.433 ABŞ dolları olmaqla, cəmi 210.917 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada ALŞ-nın xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin “Qeyd” hissəsində göstərilmişdir ki, bütün maraq faizi və dəbbə pulları lizinq predmeti olan nəqliyyat vasitələrinin “lizinq verən”ə qaytarılması barədə razılıq əldə edilən günədək, yəni 2016-cı il 6 sentyabr tarixədək yaranmış borcdur. Razılaşmadan iki gün sonra, yəni 2016-cı ildə 8 sentyabr tarixdə həmin texnikalar “lizinq verən”ə qaytarılmışdır.
13. İddia tələbləri onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Cavabdeh1 və FİP-in rəhbəri Ağakərim Əkbərov ALŞ-nə müraciət edərək, özüboşaldan yük maşınları alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirmişlər. ALŞ tərəfindən həmin şəxslərin istədikləri yük maşınları a lınmış və onlarla yuxarıda qeyd olunan (bax §§1-5) lizinq və zaminlik müqavilələri bağlanaraq, maşınlar onlara təhvil verilmişdir. Həmin Müqavilələrin 2 saylı Əlavələrinə əsasən kreditin ödənişi üçün qrafik tərtib edilmişdir. Həmin qrafiklər və edilmiş ödənişlər nəzərə alınmaqla, cavabdehlərin lizinq predmeti olan nəqliyyat vasitələrinin “Lizinq verən”ə qaytarılması barədə razılıq əldə edilən günədək, yəni 2016-cı il 6 sentyabr tarixədək ALŞ-nə 12/438 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 74.905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32.860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72.122 ABŞ dolları olmaqla, cəmi 179.887 ABŞ dolları məbləğində, 12/439 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 74.908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32.860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72.126 ABŞ dolları olmaqla, cəmi 179.894 ABŞ dolları məbləğində, 12/480 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 94.839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34.110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81.433 ABŞ dolları olmaqla, cəmi 210.383 ABŞ dolları məbləğində və 12/481 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 93.622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35.862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81.433 ABŞ dolları olmaqla, cəmi 210.917 ABŞ dolları məbləğində borcları yaranmışdır. Lakin, cavabdehlər iddiaçının müqaviləni ləğv etmək və borcu ödəməklə bağlı tələblərinə məhəl qoymamışlar.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 445.2.1, 448, 460.1, 470.1, 472.1, 747.1, 7471.12.4, 747-5.1, 748-10.1-ci maddələrinə istinad edilmişdir..
15. Cavabdeh1 və FİP tərəfindən 2020-ci il 20 noyabr tarixdə iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilmiş və ALŞ tərəfindən Cavabdeh1 və FİP-ə qarşı verilmiş iddia tələbinə iddia müddətini tətbiq edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2020-ci il 19 avqust tarixli 2(102)-4673/20 saylı qərarına əsasən ALŞ-nın cavabdehlər Cavabdeh1 və FİP-ə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdi r.
17. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf ALŞ-in hesabladığı borc məbləğləri ilə razılaşmayaraq, ekspertiza keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında qeyd olunan müqavilələr üzrə “lizinq obyektlərinin qaytarıldığı tarix və iddia tələbində borcun hesablanma tarixi nəzərə alınmaqla 2016-cı il 6 sentyabr tarixinə yaranmış borcun hesablanması” üçün qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 2020-ci il 20 noyabr tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2021-ci il 8 aprel tarixli 9/5620 №-li Ekspert Rəyi ilə müəyyən edilmişdir ki: - 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan FİP-in lizinq verən ALŞ-nə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107.765,18 ABŞ dolları məbl əğində; - 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan FİP-in lizinq verən ALŞ-nə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128.949,05 ABŞ dolları məbləğində; - 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən ALŞ-nə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107.767,73 ABŞ dolları məbləğində və - 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən ALŞ-nə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128.648,66 ABŞ dolları məbləğində qalıq borcları vardır.
18. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 4 iyun tarixli 2-2(119)-31/2021 saylı qətnaməsi ilə iddia qism ən təmin edilərək: - Cavabdeh1 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107.767,73 ABŞ dolları əsas borc və lizinq mükafatı, 5.000 ABŞ dolları dəbbə pulu və 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128.648,66 ABŞ dolları əsas borc və lizinq mükafatı, 6.000 ABŞ dolları dəbbə pulu olmaqla - cəmi 247.416,39 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə ALŞ-in xeyrinə tutulması; - FİP-dən 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107.765 ABŞ dolları əsas borc və lizinq mükafatı, 5.000 ABŞ dolları dəbbə pulu və 2012ci il 21 sentyabr tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128.949 ABŞ dolları əsas borc və lizi nq mükafatı, 6.000 ABŞ dolları dəbbə pulu olmaqla - cəmi 247.714 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə ALŞ-in xeyrinə tutulması qət edilmişdir (hakim – Z.Sadıqov).
19. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan lizinq müqavilələri üzrə cavabdehlər (lizinq alanlar) lizinq ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiklərindən, həmin müqavilələr üzrə yaranmış borclarını ödəməlidirlər. Lakin 2012-ci il 2 iyul tarixli 12/438 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri üzrə FİP-dən və eləcə də, 2012-ci il 2 iyul tarixli 12/439 nömrəli və 2012-ci il 21 sentyabr tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri üzrə Cavabdeh1 tutulmalı olan əsas borc və lizinq mükafatlarının məbləğləri müəyyən edilərkən - iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 2021-ci il 8 aprel tarixli 9/5620 №-li Ekspert Rəyi (bax yuxarıda §15) mötəbər sübut olaraq nəzərə alınmalı və cavabdehlərdən tutulmalı olan borc məbləğləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 218.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, həmin Rəyə və iddiaçı tərəfindən verilmiş iddia tələblərinə uyğun olaraq müəyyən edilməlidir.
20. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış məlum lizinq müqavilələrinin şərtlərinə uyğun olaraq lizinq ödənişlərinin yubadılmasına görə ALŞ FİP-dən 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə 72.122 ABŞ dolları və 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə 81.433 ABŞ dolları dəbbə pulları tələb etsə də, işin halları nəzərə alınmaqla həmin dəbbə pulu məbləğləri azaldılaraq, FİP-dən 12/438 nömrəli müqavilə üzrə 5.000 ABŞ dolları dəbbə pulu və 12/480 nömrəli müqavilə üzrə 6.000 ABŞ dolları dəbbə pulu tutulmalıdır. Eləcə də, ALŞ Cavabdeh1 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə 72.126 ABŞ dolları və 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə 81.433 ABŞ dolları məbləğində dəbbə pulları tələb etsə də, işin halları nəzərə alınmaqla həmin dəbbə pulu məbləğləri azaldılaraq, Cavabdeh1 12/439 nömrəli müqavilə üzrə 5.000 ABŞ dolları dəbbə pulu və 12/481 nömrəli müqavilə üzrə 6.000 ABŞ dolları dəbbə pulu tutulmalıdır.
21. Həmçinin, məhkəmə vurğulamışdır ki, hazırkı iddia tələbi “12/438, 12/480, 12/439 və 12/481 nömrəli daxili lizinq müqavilələrinin və həmin Müqavilələrlə əlaqədar bağlanmış Zami nlik müqavilələrinin ləğv edilməsi” hissəsində isə əsassız olduğuna görə təmin edilməməlidir. Çünki, həmin Müqavilələrin müddətləri müvafiq olaraq 2016-cı il 2 iyul tarixdə və 2016-cı il 26 sentyabr tarixdə bitdikdən sonra, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə 2017-ci il 30 oktyabr tarixdə məhkəməyə müraciət olunmuşdur. Yəni, müqavilənin ləğvi və yaxud dəyişdirilməsi qaydaları qüvvədə olan müqavilələrə şamil edildiyindən və eləcə də, müqavilənin ləğvi və ya dəyişdirilməsi qüvvədə olan müqavilələr üzrə əhəmiyyət kəsb etdiyindən - müddətləri bitmiş müqavilələrin ləğv edilməsinin tələb olunması əsaslı iddia kimi qəbul edilə bilməz.
22. Bundan başqa, MM-in 477-ci maddəsinin tələblərinə görə, yəni məlum daxili lizinq müqavilələri üzrə zaminliklə təmin edilmiş öhdəliklərin icrası vaxtını n çatdığı gündən bir il ərzində kreditor tərəfindən zaminlərə qarşı iddia irəli sürülmədiyi üçün, hazırkı iddia ərizəsi üzrə müvafiq müqavilələr üzrə tələb edilən borclar zaminlərdən tutulmamalı və zamin qismində Cavabdeh1 və zamin qismində FİP-ə qarşı zaminliklə əlaqədar yönəlmiş iddia tələbi müddətin keçməsi ilə əlaqədar təmin edilməməlidir.
23. Eləcə də, Cavabdeh1 və FİP tərəfindən məhkəmə prosesi zamanı təqdim edilmiş “iddia müddətinin tətbiq edilməsi” barədə ərizələri qeyd olunanlara görə təmin edilməməlidir. Belə ki, cavabdehlərlə bağlanmış 2012-ci il 2 iyul tarixli və 2012-ci il 21 sentyabr tarixli daxili lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 2016-cı il 2 iyul və 2016-ci il 26 sentyabr tarixlərində bitdiyindən, həmin müqavilələr üzrə iddia müddətlərinin axımı müvafiq olaraq 2016-cı il 2 iyul və 2016-ci il 26 sentyabr tarixlərindən başlanmışdır. Lakin, ALŞ tərəfindən hazırkı iddia ərizəsi 2017-ci il 30 oktyabr tarixində məhkəməyə təqdim edilmiş olduğundan, həmin tarixdən, məlum müqavilələr üzrə 2016-cı il 2 iyul və 2016-ci il 26 sentyabr tarixlərindən başlanmış iddia müddətlərinin axımı kəsilmişdir. Həmin iddia ərizəsi üzrə 2017ci il 30 oktyabr tarixdən məhkəmə icraatı başlanmış olsa da, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 12 fevral tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə MPM-in 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin, həmin qərardaddan ALŞ tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2020-ci il 7 yanvar tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə ALŞ-nin şikayəti əsaslı hesa b edilərək təmin edilmiş və iddia ərizəsinin baxılmamış saxlanmasına dair Abşeron Rayon Məhkəməsinin 2018-ci il 12 fevral tarixli 2(012)-615/2018 nömrəli qərardadı məhkəmənin özü tərəfindən ləğv edilmişdir. Bu qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 2018-ci il 12 fevral tarixli qərardad ALŞ-nın şikayəti əsasında məhkəmənin özü tərəfindən ləğv edilmiş olduğundan, həmin qərardadla yaranmış hüquqi nəticələrin elə qərardadın qəbul edildiyi andan mövcud olmaması (ləğv edilmiş olması) ilə nəticələnmişdir. Bu halda isə, MM-in 381.1-ci maddəsi ilə təsbit olunmuş “əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir” hüquqi nəticəsinin möv cudluğu da istisna olunur. Yəni, iddianın baxılmamış saxlanması barədə qərardad tərəfin şikayəti əsasında ləğv edilərək, məhkəmə baxışı davam etdirildiyindən, həmin qərardad iddia müddətinin “ümumi qaydada davam etməsinə” səbəb olmamış və məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddətinin axımının kəsilməsi halı fasiləsiz olaraq hal-hazıradək davam etmişdir.
24. Məhkəmə bu qənaətini MM-in 385.1, 373.2, 377.2, 380.1, 381.1, 425.1, 427.3, 439.1, 439.2, 442, 443.1, 445.1, 448, 462.1, 467, 470.1, 477.0, 477.0.4, 747.1, 748-1.12.4, 748-10.1, 748-10.2, 748-10.40-cü; MPM-in 4.1, 14.2, 88, 217.3, 217.4, 259.0.6, 260.5-ci maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır.
25. Cavabdeh1 və FİP 2021-cı il 12 iyul tarixində həmin qətn amədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin qismən – iddianın təmin olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın iddia müddətinin ötürülməsi səbəbindən rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(105)-119/2021 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – F.Məmmədov, hakimlər – Z.Məmmədov və İ.Dəmirov).
27. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edərək və iş üzrə mövqeyi aşağıdakı kimi əsaslandırmışdır.
28. İşin hallarından göründüyü kimi, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqavilələrindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Müqavilələr üzrə müəyyən olunmuş əmlakları iddiaçı cavabdehlərin istifadəsinə vermiş, cavabdehlər isə həmin əmlakları qəbul etmişdirlər. Cavabdehlər tərəfindən müqavilələr üzrə öhdəlikləri lazımınca icra olunmayaraq, lizinq müqavilələrinə əlavə kimi müəyyənləşdirilmiş ödəniş qrafiki üzrə ödənişlər aparılmamış, nəticədə iddiaçının müqavilələrdən irəli gələn öhdəliklərin icrasını tələb etmək hüququ yaranmışdır. Cavabdehlər müqavilələrə əlavə olunmuş ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş məbləğin müqavilələr üzrə müəyyənləşdirilmiş şə rtlərdə və məbləğdə iddiaçıya verilməsini təmin etməyərək, müqavilələr əsasında iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də, lizinqverənin lizinq obyektlərini geri qaytarmaq və geri qalan borcu tələb etmək hüququ yaranmışdır.
29. Lizinq müqavilələri üzrə tələb olunan borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir (bax yuxarıda § 15). Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
30. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin 4.6-ci bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə lizinq alan hər bir gecikdirilmiş gün üçün ödə nilməsi gecikdirilən lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir. Göründüyü kimi, cavabdehlərə tərəflər arasında bağlanmış müqavilələr üzrə cərimə borcunun tutulması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür.
31. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı bildirmişdir ki, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı ş ərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər.
32. Eyni zamanda məhkəmə iddiaçı müddəti ilə bağlı bildirmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad düzgün olaraq ləğv edildiyindən və işə ümumi qaydada baxılması davam etdirildiyindən, iddia müddətinin axımının ümumi qaydada davam etməsi və iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini MM-in 372, 373, 374, 377, 381.1, 385.1, 425.1, 425.2, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 747.1, 748-1.1, 748-1.2, 7481.5, 748-1.8, 748-1.12.4-cü; MPM-in 89.3, 103, 372.6, 372.7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il 20 may tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
34. Həmin qətnamə 2021-ci il 24 dekabr tarixində proses iştirakçılarının elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda həmin tarixdə tərəflərə məktubla göndərilmişdir. 35. 2022-cı il 19 fevral tarixində FİP və 2022-cı il 21 fevral tarixində Cavabdeh1 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin tam ləğv edilməsini, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş etmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətlərinin dəlilləri
36. MM-in 600-cu maddəsinin tələblərini tətbiq etməli olduğu halda apellyasiya instansiya məhkəməsi lizinq müqaviləsi üzrə borcun tutulması ilə bağlı nəticəyə gələrkən bunu etməmişdir. Nəticədə lizinq alan əsassız varlanmışdır. Yəni baxmayaraq ki, lizinq obyektləri lizinq alan tərəfindən lizinq verənə geri qaytarılmışdır, məhkəmə qərarı ilə həmin obyektlərin dəyəri də lizinq alandan lizinq verənin xeyrinə tutulmuşdur.
37. MPM-nin 130, 133 və 268-ci maddələrinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulsa da, ap ellyasiya instansiya məhkəməsi bu pozuntuları nəzərə almamışdır. Belə ki, mülki işin baxılmamış saxlanılmasına dair qərardad ləğv edilərkən qeyd olunan maddələrinin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmə mülki işin baxılmamış qaldığı müddəti qərardad ləğv edildikdən sonra icraatda olma müddəti kimi nəzərə almışdır.
38. Bu halda AR MPM-nin 172.1-ci maddəsinin tələbləri pozulmuşdur. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin baxılmamış saxlanılması barədə qərardadının ləğv edilməsi ilə bağlı gəldiyi nəticənin MPM-nin 395-ci maddəsinə əsasən yoxlanılmasını xahiş etsə də, məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Əksinə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olması qənaətinə gəlmişdir.
39. Prosessal hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində A R MM-nin 373 və 384.0.4-cü maddələrinin tələbləri pozulmuşdur. Yəni məhkəmə hazırki mübahisəyə iddia müddətini tətbiq etməli olduğu halda bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. FİP və Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı ta m olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.” “Maddə
377. İddia müddətinin başlanması... 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır....” “Maddə
380. İddia müddəti axı mının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir....” “Maddə
381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir....” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquql arını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan v erirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə
439. Pul öhdəliklərinin icrası 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətl ərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil o lan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.” “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyi ldir....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür....” “Maddə
477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:... 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zami nə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.” “Maddə
747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq al ana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.... 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan ) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.... 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.... 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-10. Lizinq ödənişləri 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbl əği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.... 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.”
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hü ququna malikdirlər....” “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə
89. Yazılı sübutlar... 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir....” “Maddə
103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcbu ri deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” “Maddə
259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:... 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;...” “Maddə
260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri... 260.5. Məhkəmə id diaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilm əsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarında göstərilmişdir ki: “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına m übahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. 47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2011-ci il 20 may tarixli Qərarında müəyyən edilmişdir ki: “...apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini (bax yuxarıda §§ 34-37) iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan pozuntulara yol verilməmişdir.
49. Kassasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, şikayətdə istinad olunan MM-in 600-cü maddəsi alğı-satqı müqaviləsindən xüsusi formasından irəli gələn münasibətləri tənzimləyir. Həmin münasibətlərdə əşyanın müqavilə nəticəsində mülkiyyət hüquqi ilə bir tərəfdən digərinin sahibliyinə keçir.
50. Hazırkı halda isə, mübahisə tərəfləri arasında alğı-satqı mü nasibətləri deyil, lizinq müqavilələri əsasında hüquqi münasibətlər yaranmışdır. Belə münasibətlərdə isə müqavilə predmeti müqavilə tərəfinin daimi deyil, müvəqqəti sahibliyinə verilir və yalnız müqavilə üzrə ödənişlər başa çatdıqdan sonra müqavilə premdeti mülkiyyət hüququ əsasında müqavilə tərəfinin sahibliyinə keçir. Belə münasibətlər isə MM-in 747-751-ci maddələri ilə tənzimlənir. Göründüyü kimi hazırkı iş lizinq müqaviləsi üzrə yaranmış münasibətlərlə bağlı olduğundan mübahisəyə kassasiya şikayətində göstərildiyi kimi MM-in 600-cü maddəsi tətbiq oluna bilməz.
51. Eyni zamanda, iddia müddətinin axımı ilə bağlı kassasiya şikayətinin dəlili apellyasiya şikayətində olan dəlillə eynilik təşkil etmiş, apellyasiya məhkəməsi tərəfindən həmin dəlilə hüquqi münasibət bildirilmişdir.
52. MM-in 3 73.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir.
53. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası a nından başlanır.
54. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla hə ll etmək imkanı yaradır”.
55. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
56. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
57. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq e dilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir.
58. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir.
59. Hazırkı işdən görünür ki, cavabdehlərlə bağlanmış 2012-ci il 2 iyul tarixli və 2012-ci il 21 sentyabr tarixli daxili lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 2016-cı il 2 iyul və 2016-cı il 26 sentyabr tarixlərində bitdiyindən, həmin müqavilələr üzrə iddia müddətlərinin axımı müvafiq olaraq 2016-cı il 2 iyul və 2016-cı il 26 sentyabr tarixlərindən başlanmışdır. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi 2017 -ci il 30 oktyabr tarixdə məhkəməyə təqdim edilmiş olduğundan, həmin tarixdən, yəni 2017-ci il 30 oktyabr tarixindən məlum müqavilələr üzrə 2016-cı il 2 iyul və 2016-cı il 26 sentyabr tarixlərindən başlanmış iddia müddətlərinin axımı kəsilmişdir. Həmin iddia ərizəsi üzrə 2017-ci il 30 oktyabr tarixdən məhkəmə icraatı başlanmış olsa da, Abşeron Rayon Məhkəməsinin 2018-ci il 12 fevral tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə MPM-in 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 2020-ci il 7 yanvar tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə iddiaçının şikayəti əsaslı hesab edilərək təmin edilmiş və iddia ərizəsinin baxılmamış saxlanmasına dair Abşeron Rayon Məh kəməsinin 2018-ci il 12 fevral tarixli 2(012)-615/2018 nömrəli qərardadı məhkəmənin özü tərəfindən ləğv edilmişdir. İddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 2018-ci il 12 fevral tarixli qərardad şikayət əsasında məhkəmənin özü tərəfindən ləğv edilməklə, iş üzrə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə məlum şikayət üzrə qəbul etdiyi qərardadında “şikayətin təmin edilməsi və Abşeron Rayon Məhkəməsinin 2018-ci il 12 fevral tarixli 2(012)-615/2018 nömrəli qərardadın ləğv edilməsi” barədə qərar qəbul edərkən MPM-in 260.5-ci maddəsinin tələblərinə istinad etməmiş və öz qərardadını həmin maddənin tələbləri ilə əsaslandırmamış, qərardad iddiaçının şikayət təqdim edərək, qərardadın ləğv olunmasını və işin yenidən b axışa təyin edilməsinin xahiş olunması ilə əsaslandırılmışdır. İddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 2018-ci il 12 fevral tarixli, 2(012)-615/2018 nömrəli qərardad iddiaçının şikayəti əsasında məhkəmənin özü tərəfindən ləğv edilmiş olduğundan, həmin qərardadla yaranmış hüquqi nəticələrin elə qərardadın qəbul edildiyi andan mövcud olmaması (ləğv edilmiş olması) ilə nəticələnmişdir.
60. Bu halda MM-in 381.1-ci maddəsi ilə təsbit olunmuş “əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir” hüquqi nəticəsinin mövcudluğu da istisna olunur. İddianın baxılmamış saxlanması barədə qərardad tərəfin şikayəti əsasında ləğv edilərək, məhkəmə baxışı davam etdirildiyindən, həmin qərardad iddia müddətinin “ümumi qaydada davam etməsinə” səbəb olmamış və məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddətinin axımının kəsilməsi halı fasiləsiz olaraq davam etmişdir.
61. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən kassasiya şikayətlərində istinad olunan hüquq pozuntularına yol verməmişdir. Bu səbəbdən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 dekabr tarixli 2-2(105)-119/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.