Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-254/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı “X1 Malzemeleri Ticaret Limited” Şirkətinin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-2(102)-254/21 Bakı şəhəri 18 may 2021-ci xxxx 18.05.2021 Açar sözlər: kassasiya şikayətinin onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) imzalanmaması. Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Sevda Hüseynova, iddiaçı “X1 Malzemeleri Ticaret Limited” Şirkətinin cavabdeh “xxxx” MMC-yə qarşı “dəymiş zərərə görə pul vəsaitinin tutulması” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasın ın 04 noyabr 2020-ci il tarixli, 2-2(103)-520/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdim: iddiaçı “X1 Malzemeleri Ticaret Limited” Şirkəti (bundan sonra mətndə xxxxk iddiaçı) cavabdeh “xxxx” MMC-yə qarşı (bundan sonra mətndə cavabdeh) iddia tələbi və sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1.327.306 ABŞ dolları pulun və 30 manat vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2-2(113)-365/2020 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv iddia tələbinin təmin edxxxxməsi barədə qətnamə qəbul olunmasını xah iş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 noyabr 2020-ci xxxx tarixli, 2-2(103)-520/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Sonuncu qətnamədən iddiaçı kassasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, şikayət onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): - 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə on un səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir; - 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçxxxxəri və ya vəkillər təmsil edir. Qanunvericxxxxiyin tələblərindən göründüyü kimi, kassasiya şikayəti yalnız vəkxxxx tərəfindən deyxxxx, eyni zamanda onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən də imzalanmalıdır. Hazırki halda iddiaçının adından verxxxxmiş kassasiya şikayəti müəssisənin nümayəndəsi kimi X2 və vəkxxxx Vəkxxxx2 tərəfindən imzalanmış, şikayətə Vəkxxxx2 müəssisənin vəkxxxxi olmasına dair order əlavə olunmuşdur. Lakin işin 1-ci cxxxxdinin 67ci səhifəs ində olan müəssisənin rəhbəri tərəfindən nümayəndə Hacı Öztürkə verxxxxmiş etibarnamənin müddətinin 04 dekabr 2020-ci xxxx tarixdə bitməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-nin: - 408.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərxxxxməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti geri qaytarılır; - 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən (...) qaytarılır. Sadalanmış qanunvericiliyin mənasına görə, kassasiya şikayəti prosessual müddəalarda nəzərdə tutulmuş qaydada tərtib edilib verilməmişsə, şikayət geri qaytarılmalıdı r. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 04 noyabr 2020-ci il tarixli, 2-2(103)-520/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-408-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün kommersiya işi ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Ali Məhkəmənin hakimi Se vda Hüseynova “Əsli xxxxə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-2(102)-254/2021
Ali Məhkəmə Qərardad — İş №2-2(102)-254/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver