Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-256/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Nəbizadə Rahib Sahib oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair ilkin iddiası və Cavabdeh MMC-nin İddiaçı MMC-yə qarşı “əqdin etibarsız hesab edilməsi və borcun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-16/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsindən ilkin iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 09 iyul 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq tərəflər arasında 20 fevral 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız sayılması, ödənilmiş 10.000 manatın və vurulmuş maddi ziyana görə 100.000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 20 fevral 2018-ci il tarixində icarə müqaviləsi bağlanaraq, elə həmin müqavilənin 1.1-ci bəndinə əsasən ekskavator Liebher-R 912, Panton Amfibiya 19019, Barja Qaradağlı - 4, Buksir Qaradağlı-7, dörd ada texnikanı bu müqavilə üzrə icarəyə verən, icarəçinin istifadəsinə verməyi öhdəsinə götürür. Cavabdehə ilkin ödəniş kimi 20 fevral 2018-ci il tarixində xəzinə orderi ilə dərhal 10.000 manat ödənilmişdir. Cavabdeh bu günə kimi bu müqavilə ilə razılaşdığı 4 adda texnikanı faktiki iddiaçının istifadəsinə verməmişdir. Bu səbəbdən onların 3-cü şəxslə SOCAR-la bağladıqları müqavilənin icrasında gecikmə baş vermiş və onlara 100.000 manat maddi ziyana dəymişdir. Cavabdeh MMC ilkin İddiaçı MMC-yə qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, “xxxx” MMC-dən Cavabdeh MMC-nin xeyrinə 42.042,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələb i isə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20.02.2018-ci il tarixli 20-02/18 nömrəli icarə müqaviləsinə əsasən dənizdibi işlərinin icrası məqsədilə cavabdeh “xxxx” MMC-yə müqavilədə göstərilən dörd ədəd ağır texnika bir il müddətinə icarəyə verilmişdir. Texnikanın istismarı və işlədilməsi yalnız icarəyə verənin işçilərinə tapşırılmış və bu barədə müqavilədə müvafiq şərtlər göstərilmişdir. Aylıq icarə haqqı 5.000 manat müəyyən edilmişdir. Bundan əlavə, texnikanın icarəçinin müəyyən etdiyi yerə daşınması (mobilizasiya) və quraşdırılması üçün birdəfəlik 2500, iş qurtarandan sonra avadanlıqların sökülüb, texnikanın geri daşınmasına (demobilizasiya) görə isə 5.000 manat müəyyən edilmişdir. Müqavilənin 2.6 və 2.7-ci bəndlərinə əsasən icarəyə götürən texnikanın istismarı zama nı işin təhlükəsizliyini tam təmin etməyə borcludur. Təhlükəsizlik təmin edilmədiyi halda, baş verə bilən hadisəyə görə icarəçi bilavasitə məsuliyyət daşıyır. Cavabdeh müqavilənin bu şərtlərinə əməl etmədiyinə görə 2018-ci il martın 30-dan 31-nə keçən gecə dalğalar dənizdə quraşdırılmış pantonu qopararaq aparmışdır. Pantonun axtarışına vertolyotlar və sahil axtarış cəmisi cəlb edilmişdir. Nəticə etibarilə panton tapılaraq yedəkçi gəminin vasitəsilə müvafiq sahilə gətirilmişdir. Ağır texnikanın quraşdırılması və istismarı zamanı cavabdehin texniki təhlükəsizliyə əməl etməməsi icarə müqaviləsinin ləğvinə səbəb olmuşdur. Odur ki, 2018-ci ilin aprel ayının 11-də texnika və avadanlıqlar geriyə daşınmışdır. İcarə haqqı və vurulmuş ziyanın birgə məbləği 52042,46 manat təşkil edir. Cavabdeh 10000 manat ödədiyi üçün qalıq borc 42.042,46 manat təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-542/2018 saylı,17 sentyabr 2018-ci il tarixli qətnaməsi (hakim – Z.M.Tağıyev) ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamədən yalnız ilkin İddiaçı MMC apellyasiya şikayəti vermiş, qarşılıqlı iddiaçı Cavabdeh MMC apellyasiya şikayəti verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-16/2019 saylı, 06 fevral 2019-cu il tarixli qətnaməsi (sədrlik edən və məruzəçi hakim – İ.B.Əhmədov, hakimlər – S.S.Seyidova və V.M.Məmmədov) iləilkin İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-542/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin İddiaçı MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 06 fevral 2019-cu il tarixli qətnaməsini tamamilə ləğv edib iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə çıxarılmışdır. Belə ki, ilkin iddiaçı ilə cavabdeh arasında olan icarə müqaviləsinə görə 4 adlı texnikanı cavabdeh ilkin iddiaçıya təhvil verməyi öhdəsinə götürsə də, təhvil verməmişdir. Bu hal məhkəməyə göndərilmiş iddia ərizəsində və ona əlavə edilmiş sənədlərlə sübut olunur. İlkin iddiaçının təşkilatlanaraq 4 adda texnikanı n cavabdeh tərəfindən ilkin iddiaçıya aktla təhvil verilməsi üçün ödənilən məbləğ çeklə sübut edildi. Cavabdehin öz texnikasını vertolyotla axtarmasının özü də sübut edir ki, həmin 4 adda texnikanı ilkin iddiaçıya təhvil verməmişdir. Əgər təhvil versəydi özü də həmi texnikaya faktiki sahiblik etməzdi və həmin texnikaları ilkin iddiaçıdan tələb edərdi. Tərəflərin izahatları İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarl ıq olunmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Məhkəmələr tərəfindən mübahisənin faktiki halları ilə bağlı olaraq aşağıdakılar müəyyən edilmişdir. 20.02.2018-ci il tarixli, 20-02/018 saylı müqaviləyə əsasən icarəyə verən Cavabdeh MMC-nin direktoru X1 ilə icarəçi “İddiaçı" MMC-nin direktoru X2 icarə müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən ekskavator “Liebherr-R912” dövlət nişan nömrəsi AZ 10 K 600, za vod nömrəsi 417/2550 şassi, buraxılış ili 1993, mühərrik 9301/0774, rəngi sarı, texniki pasportu vermiş orqan və verilmə tarixi Suraxanı rayon Dövləttexnəzarət Müfəttişliyi 27.10.2003, Panton Amfibiya 19019, Barja Qaradağlı-4, Buksir Qaradağlı-7 icarəyə verən bu müqavilənin şərtlərinə əsasən icarəyə verir. Müqavilənin 2.2-ci bəndinə əsasən icarəçi icarəyəverənin işçilərinin texnikadan istifadə obyektinə - iş yerinə və geriyə daşımasını habelə onlara iş şəraitinin yaradılmasını və fasilədə qida ilə təmin edilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.2 bəndinə əsasən müqavilənin müddəti 1 il müəyyən edilmişdir. Bu müddət tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər. Eyni qaydada müqaviləyə əlavə və ya dəyişiklik edilə bilər. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 20.02.201 8-ci il tarixli icarə müqaviləsinin 1.3 bəndindən qeyd olunmuşdur ki, aylıq icarə haqqı ƏDV daxil olmamaq şərti ilə 30000 (otuz min) manat təşkil edir. Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş eyni tarixli icara müqaviləsinin 1.3 bəndində qeyd olunmuşdur ki, aylıq icarə haqqı ƏDV daxil olmaq şərti ilə 5000 (beş min) manat təşkil edir. İş materiallarında olan məktubdan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə prentenziya qaydasında müraciət edərək bildirmişdir ki, sizin 16 aprel 2018-ci il tarixli məktubunuzu aldım. Sizinlə aramızda olan 02.09.2017-ci il və 20.02.2018-ci il tarixli icarə müqavilə bizim aramızda razılaşmadır yəni dispozitivdir və bu razılaşmadan sonra, elə bu müqavilə ilə icarəyə verməyə razılaşdığımız texnikanı bizə istifadə üçün təhvil verməmisiniz və bu haqda da heç bir təhvil-təslim aktı yoxdur. Bu da o deməkdir ki, sizinlə icarəyə razılaşdığımız texnikanı sizin tərəfinizdən müqavilə öhdəliyi pozularaq aktla bizim istifadəmizə vermədiyinizə görə bizimdə bunun nəticəsində 3-cü şəxslə "AZNEFT" İB ilə olan №79 (tarix:03.03.201 7) və №81 «tarix: 08.09.2017) müqavilələr üzrə öhdəliyimizin icrasına aid hissədə 100.000 manat bizə ziyan dəydi. Yazıb Sizdən xahiş edirik ki, müqavilələr üçün Sizə ödədiyimiz məbləği mübahisəsiz 10 gün ərzində geri qaytarasınız. Əks təqdirdə Sizə ödədiyimiz məbləğlərin tələbinə, işgüzar nüfuza və bizə dəymiş ziyana dair 100.000 manat iddia ilə aidiyyəti məhkəməyə iddia verəcəyik. İş materiallarında olan “xxxx” MMC ilə 20 fevral 2018-ci il tarixdə bağlanmış 20-02/018 saylı müqaviləyə əsasən icarəyə verilmiş pantonun axtarılm ası işlərinin aparılması üçün qəbul edilmiş 20.02.2018 il tarixli, 008/İ nömrəli əmrdən görünür ki,
1. Baş mühəndis T.Hüseynova tapşırılsın ki, pantonun axtarış və demobilizasiya işlərini təşkil etsin və ümumi işlərə rəhbərlik etsin.
2. Smetaçı-mühəndisinə tapşırılsın ki, axtarış, demobilizasiya işlərin əmək haqqı fondunu hazırlasın.
3. Baş mexanik İ.Çobanova tapşırılsın ki, axtarış işlərində istifadə olunacaq texnikaların sazlığını yoxlasın və demobilizasiya işlərini təşkil etsin.
4. Obyektin İş icraçısı/mexanik Z.Bağırova tapşırılsın ki, axtarış işlərində texnikanın texniki cəhətdən saz saxlanmasını və işlərin texniki təhlükəsizlik qaydalarına uyğun olaraq aparılmasını təmin etsin.
5. SƏTƏM üzrə mütəxəssisə tapşırılsın ki, əməyin mühafizəsi, texniki təhlükəsizliyə nəzarət etsin və axtarı ş işləri üzrə aidiyyəti olan sənədlərin və malların hazırlanmasını təmin etsin.
6. Kadrlar üzrə mütəxəssis S.Niftiyevaya tapşırılsın ki, axtarışla əlaqədar olaraq işçilərin iş qrafiklərinin tərtib edilməsini təmin etsin.
7. Z.Bağırovaya tapşırılsın ki, gündəlik görülən və növbəti iş gününə planlaşdırılmış işlər barədə məlumatları mütəmadi olaraq rəhbərliyə məlumat verilsin.
8. Bu Əmrin məzmunu cəmiyyətin aidiyyəti işçilərinə çatdırılsın.
9. Əmrin icrasına nəzarəti baş mühəndis T.Hüseynov öz üzərində saxlasın. İşdə olan “Cavabdeh" MMC-tərəfindən verilmiş “xxxx” MMC-ilə 20 fevral 2018-ci il tarixdə bağlanmış 20-02/018 saylı müqaviləyə əsasən icarəyə verilmiş pantonun axtarılması işlərinin aparılması üçün qəbul edilmiş 31.03.2018-ci il tarixli, 016/1 İ nömrəli əmrdən görünür ki, İ. Baş mühənd is T.Hüseynova tapşırılsın ki, pantonun axtarış və demobilizasiya işlərini təşkil etsin və ümumi işlərə rəhbərlik etsin. 2.Smetaçı-mühəndisinə tapşırılsın ki, axtarış,demobilizasiya işlərin əmək haqqı fondunu hazırlasın. 3.Baş mexanik İ.Çobanova tapşırılsın ki, axtarış işlərində istifadə olunacaq texnikaların sazlığını yoxlasın və demobilizasiya işlərini təşkil etsin. 4.Obyektin İş icraçısı /mexanik Z.Bağırova tapşırılsın ki, axtarış işlərində texnikanın texniki cəhətdən saz saxlanmasını və işlərin texniki təhlükəsizlik qaydalarına uyğun olaraq aparılmasını təmin etsin. 5.SƏTƏM üzrə mütəxəssisə tapşırılsın ki, əməyin mühafizəsi, texniki təhlükəsizliyə nəzarət etsin və axtarış işləri üzrə aidiyyəti olan sənədlərin və jurmalların hazırlanmasını təmin etsin.
6. Kadrlar üzrə mütəxəssis S.Nifti yevaya tapşırılsın ki, axtarışla əlaqədar olaraq işçilərin iş qrafiklərinin tərtib edilməsini təmin ətsin.
7. Z.Bağırovaya tapşırılsın ki, gündəlik görülən və növbəti iş gününə planlaşdırılmış işlər barədə məlumatları mütəmadi olaraq rəhbərliyə məlumat verilsin.
8. Bu Əmrin məzmunu cəmiyyətin aidiyyəti işçilərinə çatdırılsın.
9. Əmrin icrasına nəzarəti baş mühəndis T.Hüseynov öz üzərində saxlasın. Məhkəmələr ilkin iddianın müqavilənin etibarsızlığına, maddi və mənəvi zərərə 100000 manatın ödənilməsi və cavabdehə ödənilmiş 10.000 manatın cavabdehdən geri alınmasına münasibətdə aşağıdakı kimi qiymət vermişlər: 1) Müqavilə tərəflərin qarşlıqlı iradə azadlığı əsasında bağlanmış və qanunvericiliyin müddəalarına əsasən işdə əqdin etibarsızlına əsas verən hallar müəyyən edilməmişdir. Bundan baş qa, ilkin İddiaçı MMC tərəflər arasında bağlanmış 20 fevral 2018-ci il tarixli icarə müqaviləsinin etibarsız sayılması ilə bağlı heç bir sübüt məhkəməyə təqdim etməmişdir. 2) ilkin iddianın maddi və mənəvi zərəri ilə bağlı hissəsi əsassızdır və qanunvericiliyin normaları çərçivəsində hazırkı tələbin təmin edilməsi üçün hallar mövcud deyildir. 3) 10.000 manatın cavabdehdən geri alınması hissəsində müqavilədə qeyd olunduğu kimi avadanlıqlar icarəçi İddiaçı MMC-yə veriləsə də, həmin avadanlıqlar icarəyə verən Cavabdeh MMC-nin operatorları tərəfindən idarə olunmuşdur. “xxxx” MMC-ilə 20 fevral 2018-ci il tarixdə bağlanmış 20-02/018 saylı müqaviləyə əsasən icarəyə verilmiş pantonun axtarılması işlərinin aparılması üçün Cavabdeh MMC-nin işçiləri cəlb olunmuşdur. Ödənilmiş 10.000 min manat tərəflə r arasında bağlanmış icarə müqaviləsinə əsasən ödənilmiş, əvəzində avadanlıqlar icarəçiyə verilmişdir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, to rpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 704-cü maddəsinə əsasən Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-n in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əs aslandıran faktları sübut etməlidir. Buradan hərəkətlə kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən ona məxsus avadanlıqların axtarılması həmin avadanlıqların iddiaçının istifadəsinə verilməməsi anlamına gəlmir. İş materiallarından da görünür ki, qarşılıqlı iddia tələbi məhz həmin avadanlıqların axtarışı üçün xərclənmiş pul vəsaitidir. Kollegiya apellyasiya məhkəməsinin gəldiyi belə bir nəticəni də əsaslı hesab edir ki, iddiaçı 20 fevral 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinin etibarsız sayılmasını tələb etsə də, Mülki Məcəllənin 339-354-cü maddələrində əqdlərin etibarsız sayılması üçün müəyyənləşdirilmiş hansı şərtləri pozmaqla bağlandığını sübut edə bilməmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya məhkə məsi işə baxarkən apellyasiya baxışının həddləri ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə hər iki iddia tələbi – ilkin və qarşılıqlı iddialar rədd edilsə də, məhkəmənin qətnaməsini yalnız ilkin iddiaçı apellyasiya şikayəti verməklə mübahisələndirmişdir. Müvafiq olaraq apellyasiya şikayətində də birinci instan siya məhkəməsinin qətnaməsinin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə təmin edilməsi xahiş edilmişdir. Beləliklə, qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə qüvvəyə minmişdir. Ona görə də, apellyasiya məhkəməsi qətnaməni yalnız ilkin iddianın rədd edilməsinə dair hissədə yoxlamaq səlahiyyətinə malik olmuşdur. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən ilkin iddianın rədd edilməsinə dair hissədə qüvvədə saxlamalı olduğu halda, prosessual pozuntuya yol verməklə bütövlükdə qüvvədə saxlamışdır. Ona görə də, yol verilmiş həmin prosessual pozuntu düzəldilməklə qətnamədə dəyişiklik edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda gö stərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-16/2019 saylı iş üzrə 06 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilsin. Həmin qətnamə “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-542/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsinə dair hissədə” qüvvədə saxlanılmasına dair hissədə ləğv edilsin. Həmin qətnamə “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-542/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ilkin iddianın rədd edilməsinə dair hissədə” qüvvədə saxlanılmasına dair hissədə dəyişdirilməd