Məhkəmə qərarları › İş №2-2(102)-26/2019

Ali Məhkəmə Qərar — İş №2-2(102)-26/2019

06.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-26/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC X6 və X4 qarşı iş üzrə QƏRAR (iş № 2-2(102)-26/2019) Bakı şəhəri 06 fevral 2019-cu il 06.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh X2 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər X6 və X4 qarşı əmtəələrin ticari dövriyyəsinə qadağa qoyulması və kompensasiyanın ödənilməsi tələbinə dair iqtisadi iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-461/2018 saylı, 08 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X8 Qeydiyyatı İdarəsi tərəfindən 29.03.2012-ci il tarixdə dövlət qeydiyyatına alınaraq ********** nömrəli VÖEN verilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əmtəə nişanı sahibi İddiaçı MMC-nin adına verilmiş 20150582 nömrəli 22.04.2015-ci il tarixli şəhadətnaməyə əsasən, “xxx ” əmtəə nişanı 05 (minerallardan hazırlanmış qida əlavələri), 35 -ci (05-ci sinfə aid reklam; biznes sahəsində menecment (malların satışı üzrə xidmətlər) və 39-cu(05-ci sinfə aid malların qablaşdırılması və anbarda saxlanması) siniflərin əmtəə və xidmətləri üzrə İddiaçı MMC-nin adına qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi - 13.03.2015-ci il qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı MMC-nin adına “xxx ” adlı qida əlavəsinə dair AZ 031 RSK seriyalı, 17415 nömrəli 30.11.2017-ci il tarixli gigiyenik sertifikat, fiziki şəxs X5 adına “xxx ” adlı qida əlavəsinə dair AZ 031 RSK seriyalı, 16455 nömrəli 13.12.2016-cı il tarixli gigiyenik sertifikat, həmçinin “xxx ” adlı qidaya əlavəyə dair fiziki şəxs X2 adına AZ 031 RSK seriyalı, 0640 nömrəli 23.01.2017-ci il gigiyenik sertifikat verilmişdir. İddiaçı MMC cavabd ehlər X6 və X4 qarşı məhkəmədə iddia qaldıraraq, “xxx ” və “xxx " adlı əmtəələrin ticari dövriyyəsinə, o cümlədən Azərbaycan Respublikasında idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, ticarət dövriyyəsindən çıxarılması, ticarət şəbəkəsində (obyektlərinə) paylanmış həmin məhsulların geri yığılması və məhv edilməsi, cavabdeh X3 vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 200.000 manat, işgüzar nüfuza vurulmuş zərər üçün 200.000 manat olmaqla, ümumillikdə 400.000 manat tutularaq iddiaçıya ödənilməsi, cavabdeh X1 vurulmuş maddi ziyanın və çəkilən xərclərin əvəzinə kompensasiya olaraq 200.000 manat, işgüzar nüfuza vurulmuş zərər üçün 200.000 manat olmaqla, ümumillikdə 400.000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxx ” adlı əmtəə nişanı qida əlavəsi məhsullarında İddiaçı MMC-yə məxsusdur. Bu hüquqların qanunvericiliklə, eləcə də beynəlxalq müqavilə və sazişlərlə ölkəmizdə və bütün dünyada qorunması təmin edilir, əmtəə nişanından qanunsuz istifadə qadağan edilir. “xxx ” əmtəə nişanı qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmış və buna dair şəhadətnamə verilmişdir. Lakin cavabdehlər - X5 (fiziki şəxs olan fərdi sahibkar, VÖEN: **********) və X2 (fiziki şəxs olan fərdi sahibkar, VÖEN:**********) həmin əmtəə nişanından (nişanın bənzərindən) xeyli müddətdir ki, qanunsuz istifadə etdikləri məlum olmuşdur. Belə ki, cavabdehlər qeydiyyata alınmış əmtəə nişanının sahibi - İddiaçı MMC-nin razılığı olmadan ona məxsus əmtəə nişanının (“xxx ”) əhatə etdiy i əmtəə xidmətlərilə oxşar əmtəə nişanından (işarədən) istifadə etməkdədirlər. 1-ci cavabdeh xxx “xxx ", 2-ci cavabdeh xxx isə “xxx " adı ilə qanunsuz olaraq əmtəə nişanının bənzərindən istifadə edərək qanunsuz gəlir əldə edir, qeydiyyata alınmış əmtəə nişanının sahibinə külli miqdarda zərər vurulması ilə nəticələnən sözügedən malların satış fəaliyyətini həyata keçirirlər. Cavabdehlərə iddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilərək qanunsuz əməllərinə dərhal son qoymaları tələb olunsa da, onlar bu əməllərinə son qoymaq niyyətində olmadıqlarını bəyan etmişlər. Xəbərdarlıqlarından və məhkəməyə verəcəklərini bildirdikdən sonra cavabdehlər - “xxx " və “xxx " adı ilə əmtəə nişanlarını qeydiyyata aldırmaq üçün müraciət etmiş, qeydiyyat orqanı - Patent və X10 (“Patent və X10" publik hüquqi şəxsi) qanuna zidd olduğundan onların müraciətlərini qəbul etməmişdir. Cavabdehlər qanunsuz olaraq əmtəə nişanının oxşadılması, reproduksiyası və transliterası nəticəsində “xxx " məhsullarına bənzəyən “xxx " və “xxx " adlı məhsulların qablaşdırılmasını təşkil edib satışa çıxarmışlar və istehlakçıları çaşdırmaqla saxta məhsullar satmaqdadırlar. “xxx ” və “xxx ” adlı məhsulların qablaşdırması üzərində istehsal tarixi, istifadə müddəti və istehsalçının adı və s. qanunla zəruri hesab edilən məlumatların belə olmadığı bu məhsulların saxta olduğu sübhə doğurmur. Buna görə də həmin məhsulların istifadə edilməsi, onun saxlanması, daşınması, işlədilməsi, istehlakı istehlakçıların həyatına və sağlamlığına zərər vurulması ilə nəticələnəcəkdir. Bununla da cavabdehlər əmtəə nişanlarına da ir qanunvericiliyin pozulması ilə yanaşı insanların sağlamlığı üçün də təhlükəli olan satış fəaliyyətini həyata keçirirlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-298/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.M.Mustafayev) iddia qismən təmin edilərək, cavabdeh X7 tərəfindən “xxx ” adlı əmtəənin ticari dövriyyəsinə, o cümlədən həmin malların Azərbaycan Respublikasına idxalına, topdan və pərakəndə satışına qadağa qoyulması, həmin malların ticarət dövriyyəsindən çıxarılaraq məhv edilməsi və cavabdeh X3 3000 manat məbləğində kompensasiyanın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, cavabdeh xxx un adına verilmiş “xxx ” əmtəə nişanı Nit sa təsnifatı üzrə əmtəə və xidmətlərin 05, 35 və 39-cu sinifləri üzrə, yəni minerallardan hazırlanmış qida əlavələri, həmin qida əlavələrinin reklamı; malların satışı üzrə xidmətlər və 39-cu malların qablaşdırılması və anbarda saxlanması ilə bağlı xidmətləri üzrə İddiaçı MMC-nin adına qeydiyyata alınmasına, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin, yəni İddiaçı MMC-nin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ olduğu halda, cavabdeh xxx “xxx ” əmtəə nişanına tam bənzəyən “xxx ” adlı məhsulun qablaşdırılmasını (qidaya əlavənin qutusu ilə eynilik təşkil edir) təşkil edib satışa çıxarmış, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh xxx aid hissədə məhkəmə hesab etmişdir ki, cavabdeh x xx idxal etdiyi “xxx ” qida əlavəsinin adında və qablaşdırıcı qutusunun xarici görünüşündə iddiaçının sahibi olduğu “xxx ” əmtəə nişanları ilə bütün elementləri eyni olan nişandan və addan istifadə edilmədiyinə görə həmin nişanlar və adlar eyni hesab edilə bilməz. Vurulmuş zərərlə bağlı isə iddia, cavabdeh xxx münasibətdə sübuta yetirilmədiyindən həmin hissədə təmin edilməmiş, dəymiş maddi zərərlə bağlı cavabdeh xxx a münasibətdə sübuta yetirildiyindən ondan 3000 manat kompensasiya tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Həmçinin, işgüzar nüfuza vurulmuş zərərlə bağlı iddiaçının tələbi sübuta yetirilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməmişdir Məhkəmənin yuxarıda qeyd edilən qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 2-2(103)461/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən: H.Ü.Həmidov, hakimlər: E.E.Nağıyeva və X.Ə.Sarıyev) apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-298/2018 saylı 04 iyun 2018-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qərardan kasassiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-2(103)-461/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuna zidd, əsassız və ədalətsizd ir. Belə ki, apellyasiya instansiya məhkəməsi əmtəələrin eyni olmaması ilə bağlı mülahizələrə əsaslanan qətnamə qəbul etmişdir. Halbuki, mübahisə əmtəələrdə qarışdırılacaq dərəcədə bənzətmə olması ilə bağlıdır, eyni olması ilə bağlı deyil. Apellyasiya məhkəməsi qətnaməsində “ “xxx " qida əlavəsinin adında və qablaşdırıcı qutusunun xarici görünüşündə iddiaçının sahibi olduğu “xxx Siri” əmtəə nişanı ilə bütün elementləri eyni olan nişandan və addan istifadə edilmədiyinə görə həmin nişanlar eyni hesab edilə bilməz” deyə qeyd edilmiş və buna əsaslanmışdır. Qanunda eyni olmayan, lakin oxşar olan, bənzədilmə ilə əmtəələrin qarışdırılma ehtimalının olması halında da əmtəə nişanından qanunsuz istifadə olunduğu təsbit edilmişdir. Mübahisələndirilən əmtəələrin qarışdırılması ehtimalının olduğu ilk z ahiri baxışdan açıqca görünür ki, onların bir-biri ilə qarışdırılması ehtimalı şübhəsizdir. Təkcə bir söz deyil, ümumiyyətlə görünüş, şəkil, kombinasiylar, zahiri görünüşlə çox böyük bənzərlik olduğu şübhəsizidir. Məhkəmə isə məhz əmtəələrin eyni olmamasına əsaslanaraq iddia tələbini qalan hissədə təmin etməmişdir. Halbuki, məhkəmə hazırki mübahisənin əmtəə nişanlarının eyni olmasına görə deyil, qeyd olunmuş əmtəə nişanları arasındakı qarışdırılacaq qədər bənzətmənin olması ilə bağlı olmasını nəzərə almamışdır. Cavabdehin məqsədi o olmuşdur ki, onların idxal etdiyi mallar zahiri görüntüsünə görə azacıq fərqlənsin və bununla da istehlakçıları çaşdırsın. Halbuki, qanunvericilik belə hallarda qeydiyyata alınmış əmtəə nişanlarının sahiblərini qorumaq məqsədi ilə eynicinsli əmtəə nişanlarına ox şar əmtəə nişanlarından qanunsuz istifadəni qadağan etmişdir. Beləliklə də kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə səhv nəticəyə gəlinmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdeh xxx məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi, eləcə də digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. (MPM-nin 415.3-cü maddəsi). ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qeyq olunmalıdır ki, iddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiayası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xxx iddianın ona münasibətdə təmin edilən hissəsini mübahsələndirməmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qətnaməsinin həmin hissədə yoxlanılması hazırkı kassasiya baxışının predmeti deyil. Beləliklə də, hazırkı məh kəmə baxışının predmetini iddiaçının kassasiya şikayətinə əsasən qətnamənin mübahisələndirilən iddianın təmin edilməyən hissəsinin (cavabdeh xxx münasibətdə tam, cavabdeh xxx a münasibətdə qismən) kassasiya qaydasında yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh xxx idxal etdiyi “xxx ” qida əlavəsinin adında və qablaşdırıcı qutusunun xarici görünüşündə iddiaçının sahibi olduğu “xxx ” əmtəə nişanları ilə bütün elementləri eyni olan nişandan və addan istifadə edilmədiyinə görə həmin nişanlar və adlar eyni hesab edilə bilməz. Belə olan təqdirdə is ə cavabdeh xxx tərəfindən iddiaçıya maddi zərər vurulması, eləcə də işgüzar nüfuzuna zərər yetirilməsindən söhbət gedə bilməz. Həmçinin, iddiaçı tərəfindən də bunun əksini təkzib edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); 21-ci maddəsinə əsasən, əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən dövlət rüsumu ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər. 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. 26-cı maddəyə əsasən, əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 32-ci maddəsinə əsasən, bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. -34-cü maddəsinə əsasən, əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz ol araq qismən və ya tamamilə istifadə edən şəxs hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən hüquq pozuntusunun obyekti olan malların; gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qəra r qəbul edə bilər: hüquq pozuntusunun obyekti olan malların; gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 1999-cu il tarixli, 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir.İddia tələbinin cavabdeh xxx aid hissəsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, işin faktiki hallarından göründüyü kimi, cavabdeh xxx idxal etdiyi “xxx ” qida əlavəsinin adında və qablaşdırıcı qutusunun xarici görünüşündə iddiaçının sahibi olduğu “xxx ” əmtəə nişanları ilə bütün elementləri eyni olan nişandan və addan istifadə edilmədiyinə görə həmin nişanlar və adlar eyni hesab edilə bilməz. Belə ki, həm həmin nişanlarda eynilik yalnız “xxx ” sözündə əks olunduğu təqdirdə “Pələng” və “Şir” sözü tam fərqli sözlərdir və biri - biri ilə qarışdırıla bilməz. Eyni işarə və ad hesab edilmədiklərindən bu hal qanunvericiliyin də müəyyən etdiyi kimi qarışdırılma ehtimalının yaranmasına və nəticədə də iddiaçının qeydə alınmış əmtəə nişanına dair hüquqlarının pozulmasına əsas vermir. Qanunvericiliyə əsasən bir nişan başqa nişanlarla aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradırsa qarışdırılacaq dərəcədə uyğun hesab edilir. Eyni zamanda qanunvericilik nişanlar və adlar arasında oxşarlıq dərəcəsinin müəyyən edilməsi me yarlarını müəyyən etmişdir. Nişanların (işarələrin) və adın oxşarlığı müəyyən edilərkən bu meyarlar ayrı-ayrılıqda deyil, məcmu halında nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cavabdeh xxx münasibətdə iddia tələbini əsaslı olaraq təmin etməmişlər. Kassasiya şikayətində vurulmuş zərərin və çəkilən xərclərin əvəzinə kompensasiya ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və y a çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Vurulmuş zərərlə bağlı iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan və iddiaçı tərəf iddianın əsasında duran faktların mövcud olduğunu sübut edə bilmədiyindən məhkəmələr iddianı cavabdeh xxx münasibətdə təmin etməməkdə haqlı olmuşlar. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkəmələr digər cavabdeh xxx dan vurulmuş zərərə görə 3000 manat məbləğdə kompensasiya tutması barədə də düzgün nəticəyə gəlmişlər. Cavabdeh xxx dan tutulmuş 3000 manat kompensasiyanın məbləği işin faktiki hallarına uyğun olmaqla iddiaçıya vurulmuş zərərin ədalətli əvəzi sayı la bilər və ona görə də zərərin daha artıq məbləğdə müəyyən edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun po zulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. MPM-in 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kasassiya şikayəti təmin olunmamalıdır. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı "İddiaçı" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-461/2018 saylı, 08 oktyabr 2018-ci il tarixli qətnaməsi iddiaçı "İddiaçı" MMC-nin kassasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar