Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-26/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR (açar sözlər: torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurguların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi Bakı şəhər İcra Hakimiyyətinin və Bakı şəhəri Nizami rayon İcra Sərəncamlarına əsasən həyata keçirilmişdir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4, cavabdehin vəkili Vəkil oğlunun iştirakları, N.Əhmədovun katibliyi ilə, İddi açı ASC-nin Cavabdeh MMC-yə qarşı sökülmüş qazanxana binasının bərpa olunması tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-519/2019 saylı qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Nizami rayonu, Kamil Balakişiyev küçəsi 48 ünvanında yerləşən və hal-hazırda konservasiya olunan İddiaçı ASC-yə məxsus, “xxxx” MMC tərəfindən sökülmüş 277 saylı qazanxananın MMC-nin vəsaiti hesabına bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmış və tərkibinə daxil olan strukturlar vasitəsilə istilik enerjisinin istehsalı, ötürülməsi paylanması satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, habelə sosial və digər təyinatlı obyektlərin istilik təchizatını həyata keçirir. Cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında’’ Azərbaycan Respublikası Prezidentinin xx xxx x 2007-ci il tarixli 586 saylı Fərmanının tələblərindən irəli gələn vəzifələrin, o cümlədən cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması və dövlət əmlakından sui-istifadə hallarının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu vəzifələrin icrası ilə bağlı Bakı şəhərində və respublikanın regionlarında əhəmiyyətli işlər görülmüş, Cəmiyyətin sərəncamında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanılması, hər hansı bir müdaxiləyə qarşı dərhal mövcud qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi təmin edilir. ünvan 1 ünvanında yerləşən və hal-hazırda konservasiya olunan İddiaçı ASC. 16 saylı X2 Sahəsinin balansında olan 277 saylı qazanxana ASC-yə hər hansı bır xəbərdarlıq olunmadan “xxxx” MMC tərəfindən sökülmüş, qeyd olunan qazanxananın yaxın gələcəkdə ətrafda yerləşən yaşayış binalarına və digər sosial obyektlərin istilik enerjisi ilə təchiz olunması üçün rekonstruksiya olunaraq istismara buraxılması nəzərdə tutulmuşdur. İddiaçı ASC-yə məxsus qazanxananın Cavabdeh MMC tərəfindən sökülməsi faktı X5 Komitəsinin və Cəmiyyətin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixində tərtib olunmuş aktla öz təsdiqini tapmışdır. "Cavabdeh” MMC-yə İddiaçı ASC tərəfindən xx.xx.2018-ci il tarixində Cəmiyyətə məxsus sökülmüş qazanxana binasının təcili bərpa olunaraq məlumat verilməsi barədə müraciət etsə də, MMC məktubu qəbul etməkdən imtina etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-2(82)-369/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim – Z.M.Tağıyev). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-2(103)-689/18 saylı qətnaməsi ilə (sədrlik edən A.B.Nuriyeva, hakimlər V.M.Ağayev və C.A.Yusifov) iddaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul olunmuş, iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən və hal hazırda konservasiya olunan İddiaçı ASC-yə məxsus, Cavabdeh MMC tərəfindən sökülmüş 277 saylı qazanxananın Cavabdeh MMC-nin vəsaiti hesabına bərpa olunması öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-2(102)-140/19 sayl ı qərarı ilə (sədrlik edən İ.K.Hüseynov, hakimlər N.İ.Rəsulbəyova və Z.M.Quliyev) Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-519/2019 saylı qətnaməsi ilə (sədrlik edən İ.B.Əhmədov, hakimlər S.S.Seyidova və V.M.Məmmədov) İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilərək, ünvan 2 ünvanında yerləşən və hal hazırda konservasiya olunan İddiaçı ASC-yə məxsus, Cavabdeh MMC t ərəfindən sökülmüş 277 saylı qazanxananın Cavabdeh MMC-nin vəsaiti hesabına bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri, tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş heç bir sənəd və ya digər sübutla məhz cavabdeh tərəfindən sözügedən qazanxananın sökülməsi faktı təsdiq olunmur, iddiaçı tərəfind ən tərtib və təqdim edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda göstərilmişdir ki, "xxxx" MMC-nin tikinti işləri aparılan əraziyə baxış keçirilən zaman fəaliyyət göstərməyən qalıq dəyəri 1249,81 manat təşkil edən, tikinti altı sahəsi 99.2 kv.m. olan Q/x-277 saylı 1 mərtəbəli qazanxana binası sökülüb", iddiaçı özü qazanxanın konkret olaraq kim, o cümlədən də cavabdeh tərəfindən söküldüyünü göstərə bilmir, bundan əlavə, həmin aktda etdiyi qeyd-şərhdə cavabdehin nümayəndəsi göstərir ki, qazanxana MMC tərəfindən sökülməmiş, həmçinin həmin ərazidə çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinə icazə qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Şəhər Salma və Arxitektura Komitəsi "Azəmemarlayihə" Dövlət Baş Layihə institutu tərəfindən Ərazinin Tikinti-Planlaşdı rılma Eskizi tərtib edildiyindən, həmin eskiz Dövlət Ekspertizası Baş idarəsi ilə razılaşdırıldığından və Bakı şəhəri Nizami rayon icra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2017-ci il tarixli, 1-1/219 saylı Sərəncamına əsasən həyata keçirildiyindən, cavabdehin hərəkətləri qanuni və əsaslı olmuş, daha sonra Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2017-ci il tarixli 1-1/219 saylı Sərəncamının 1-ci bəndində həmin ərazidə yaşayış və qeyri-yaşayış binalarının sökülərək torpaq sahəsinin cavabdehə təhvil verilməsi nəzərdə tutulmuş, işin hallarını təşkil edən bütün bu qeyd olunanlar qazanxananın cavabdeh tərəfindən sökülmədiyini sübut edir, həmin 277 saylı qazanxananın texniki pasportuna görə qazanxananın istilik enerjisi ilə təchiz etdiyi binalar Rüstəmov küçəsində yerləşən 13, 13A və 17, Kamil Balakişiyev küçəsində yerləşən 46 A və 48, eləcə də M.Abbasov küçəsində yerləşən 43 saylı yaşayış binalarıdırlar, həmin binalar isə istismar müddətlərini başa vurduqlarından, yaşayış üçün yararsız, qəzalı vəziyyətdə olduqlarından onların sökülməsinə müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən icazə verildiyindən, artıq sökülmüşlər, yeni tikilən yaşayış binalarının istilik təchizatı isə cavabdeh tərəfindən təmin olunacaqdır. Cavabdehin vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəs i X6 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq izahatı dinlənilmədi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, cavabdehin vəkili Vəkil izahatını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 22(103)-519/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X5 Komitəsi tərəfindən İddiaçı ASC-nin balansında olan dövlət daşınmaz əmlak haqqında Reqistrdən Çıxarışla Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 48 nömrəli binanın qarşısında yerləşən, 277 s aylı birmərtəbəli qazanxana binası və onun yerləşdiyi torpaq sahəsi **********4 və **********47 reqistr nömrələri ilə qeydiyyata alınmış, Azərbaycan Respublikası X5 Komitəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********24 nömrəli məktuba əsasən, komitənin əməkdaşları tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 48 nömrəli binanın qarşısında yerləşən, İddiaçı ASC məxsus 277 saylı birmərtəbəli qazanxana binasının “xxxx” MMC tərəfindən sökülməsi faktı müəyyən edilmiş, qeyd olunan ünvanda yerləşən qazanxana binasının sökülməsi faktının araşdırılmaqla dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülərək nəticələri barədə komitəyə məlumat verilməsi zəruridir, Bakı şəhər İcra Hakimiyyətinin xx. xx.2014-cü il tarixli, 159 nömrəli sərəncamına əsasən Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 03/1779 saylı razılıq məktubunu və Cavabdeh MMC xx.xx.2012-ci il tarixli, 07 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev illərinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən ikimərtəbəli binaların sökülüb, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Başı İdarəsi İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin 17/123 nömrəli Ayrıc Aktı təqdim edilmiş, Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azər memarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə, M.Abbasov, R.Rüstəmov və K.Balakişiyev küçələri ilə əhatə olunmuş məhəllədə istismar müddətini başa vurmuş yaşayış evlərinin sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədilə Ərazinin Tikinti-Planlaşdırma Eskizi tərtib edilərək təsdiq edilmişdir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə, M.Abbasov, R.Rüstəmov və K.Balakişiyev küçələri ilə əhatə olunmuş məhəllədə istismar müddətini başa vurmuş yaşayış üçün yararsız vəziyyətdə olan binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının inşası məqsədi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazinin tikinti-planlaşdırma eskizi tərtib edilmiş, sənəd lər Dövlət Ekspertizası Baş İdarəsinə xx.xx.2018-ci ildə daxil olmuş və Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırılmış, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 18/038/2753 məktuba əsasən Cavabdeh MMCyə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 312 saylı sərəncamı və dəqiqləşdirilmiş xx.xx.2017-ci il tarixli, 17/123 saylı ayrıc aktı 12879 saylı inşaat pasportuna əlavə olunması üçün MMC-yə göndərilmiş, inşaat pasportundakı xx.xx.2014cü il tarixli, 14/88 saylı ayrıc aktı öz qüvvəsini itirmiş hesab olunmuş, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr tarixli 2017-ci il, 11/219 saylı “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamına əsasən “Bakı şəhərinin bir sıra rayonları nın, o cümlədən Nizami rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq və Cavabdeh MMC xx.xx.2017-ci il tarixli, 38 №-li məktubunu nəzərə alaraq, Nizami rayonu, R.Rüstəmov və M.Abbasov küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurguların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmiş, Sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin. İddia tələbini təmin edən apellyasiya məhkəməsi ona istinad etmişdir ki, iddiaçı dövlət müəssisəsi olaraq, onun balansında olan daşınmaz dövlət əmlakı xx.xx.2007-ci il tarixdə kubik daşından tikilmiş, sahəsi 99,20 kv.m təşkil edən qazanxana cavabdeh tərəfindən sökülmüş, tikilinin altında olan dövlət torpağını istifadəsinə a lmış cavabdeh torpağın alınması ilə bağlı Qanunun tələblərinə əməl etməmiş, torpağın alınması barədə təklif hazırlamamış, zəruri olan bütün məlumatları toplamamış və məlumatların toplanması üçün birgə işlənməsi barədə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmiş, nəticədə iddiaçının mülkiyyət hüquqlarına zərər dəymiş, həmçinin tələb olunan torpaq və üstündə olan tikilinin alınması üçün mülkiyyətçi ilə razılıq əldə etməmiş, hazırkı mübahisə İddiaçı ASC-nin balansında olan dövlət daşınmaz əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır, hazırkı işin hallarının Cavabdeh MMC-nin delikt üzrə məsuliyyətinin əmələ gəlmə əsasları baxımından qiymətləndirilməsi MMC-nin İddiaçı ASC qarşısında mülki hüquqi məsuliyyət daşıması nəticəsinə gəlməyə əsas verir, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi nə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 159 nömrəli sərəncamına əsasən Nizami rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 03/1779 saylı razılıq məktubunu və Cavabdeh MMC xx.xx.2012-ci il tarixli, 07 saylı müraciətini nəzərə alaraq, Nizami rayonu, Ə.Əzimzadə, R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən ikimərtəbəli binaların sökülüb, yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə ve rilmiş, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 21 sentyabr tarixli 2017-ci il, 11/219 saylı “yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamına əsasən “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nizami rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li Qərarını rəhbər tutaraq və Cavabdeh MMC xx.xx.2017-ci il tarixli, 38 №-li məktubunu nəzərə alaraq, Nizami rayonu, R.Rüstəmov və M.Abbasov küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurguların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün tor paq sahəsi icarə əsasında həmin cəmiyyətin istifadəsinə verilmiş, Sifarişçiyə tapşırılmışdır ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət etsin; 2.2. ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin. Beləliklə, iş materiallarına əsasən səlahiyyətli dövlət orqanlarının qərarlarına əsasən qazanxana bi nası və yaşayış evləri sökülənədək onların yerləşdiyi torpaq sahələri dövlətin mülkiyyətində olmuş və dövlət də, Azərbaycan Respublikası Prezidentinin yuxarı İcra Hakimiyyəti orqanı olan Nazirlər Kabinetinin və yerli icra hakimiyyəti orqanlarının timsalında öz mülkiyyətində olan torpaq sahəsinə sərəncam verərək istismar müddətini başa vurmuş binaların sökülməsi, sahənin abadlaşdırılması, insanların təhlükəsizliyinin təmin edilməsi, daha abad, müasir və şəhərin ümumi görünüşünə uyğun yeni binaların tikintisi məqsədi ilə (ictimai maraqlara uyğun) müvafiq qərar qəbul etməklə, mülkiyyətində olan torpaq sahəsinin hüquqi müqəddəratını həll edərək həmin torpağın üzərində yeni, müasir yaşayış binalarının tikilməsi barədə iradəsini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəl ləsinin 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2019-cu il tarixli, 2-2(102)-140/19 saylı qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi apellyasiya instansiyası məhkəməsinin əsaslandığı normalara deyil, MM-in 165.1. 180.3, 240.1, 240.3, 239.2-ci maddələrinə və həmin maddələrdə nəzərdə tutulmuş hallara istinad etməklə iddianın təmin olunmasını tələb etmiş, apellyasiya instansiyası məhkəməsi də işin faktiki hallarını məhz iddia tələbinə, iddia tələbində istinad edilən normaların dispozisiya şərtlərinə uyğun araş dırmalı və qiymətləndirməli idi, əgər məhkəmə iddiaçının istinad etdiyi normaların hazırkı mübahisəyə aid olmadığını və iddiaçının həmin normalara istinadını yanlış hesab edirsə, o, bunu qətnamədə əsaslandırmalıdır. Apellyasiya Məhkəməsinin yenidən işə baxan İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini pozaraq, Ali Məhkəməsinin qərarında olan göstərişlərə əməl etməmiş, iddiaçı tərəfindən iddianın hüquqi əsasının dəyişdirildiyini, Nizami rayonu, R.Rüstəmov və M.Abbasov küçələrinin kəsişməsindəki 2539-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurguların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazənin qanunvericiliyə uyğun olaraq A zərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən Ərazinin Tikinti-Planlaşdırma Eskizi tərtib edildiyini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ərazinin tikinti-planlaşdırma eskizi tərtib edilməklə Dövlət Ekspertizası Baş İdarəsi ilə razılaşdırıldığını və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr tarixli 2017-ci il, 1-1/219 saylı Sərəncamına əsasən həyata keçirildiyini düzgün qiymətləndirməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, qazanxana binasının fəaliyyət göstərdiyi müddətdə hansı yaşayış binalarını istilik enerjisi ilə təmin etdiyi, həmin binaların hazırda mövcud olu b-olmadığı, qazanxana binasının vaxtilə yerləşdiyi ərazidə hazırda hər hansı tikilinin, beləliklə, onun bərpasının mümkün olubolmadığı, ərazidə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 159 nömrəli sərəncamınavə Bakı şəhəri, Nizami rayon İcra Hakimiyyəti Başçısının 21 sentyabr tarixli 2017-ci il, 1-1/219 saylı Sərəncamına əsasən tikinti işlərinin aparılıb-aparılmadığı və tikintinin hazırkı vəziyyəti dəqiqləşdirilməli, bu məqsədlə əraziyə yerində baxış keçirilməli, müvafiq ekspertiza təyin edilməklə bu məsələlərə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarındakı iddia ərizəsinə əlavədə cavabdeh tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edildiyi qeyd olunmamış, buna dair rəsmi poçt sənədi iddia ərizəsinə və işin materiallarına əlavə edilməmiş, buna baxmayaraq məhkəmələr istinad olunan prosessual normanın tələblərini pozaraq məsələyə mahiyyəti üzrə baxmış, qeyd edilən məsələni araşdırmağa isə hər hansı prosessual zərurət görməmişlər. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsin də isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-519/2019 saylı qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-2(103)-519/2019 saylı qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №2-2(102)-26/2020
Ali Məhkəmə Qərar — İş №2-2(102)-26/2020
11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver