Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-26/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli 2-2(103)-692/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat q aydasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Tərəflər arasında 2017-ci il 30 noyabr tarixdə hüq 669 nömrəli “Material qiymətlisinin alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1.2-ci bəndində qeyd edilmiş metal qırıntılarından ibarət olan material qiymətlisini (“mal”) alıcının mülkiyyətinə (təhvil) verməyi, alıcı isə malı qəbul edib, bu müqavilənin əlavəsi olan spesifikasiyada hərracın nəticəsinə uyğun göstərilmiş qiymətə qəbul edilmiş malın dəyərini satıcının hesabına ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə görə, bu müqavilə üzrə təhvil verilən mal aşağıdakılardan ibarətdir: 500 ton təkər cütləri; 500 ton təkər cütü oxları; 1.3-cü bəndinə əsasən, mal alıcıya Keşlə stansiyasının Yük həyətində elektron tərəzidə çəkildikdən sonra təhv il veriləcəkdir. Malın nəqliyyat vasitəsinə (vaqona) yüklənməsi və daşınması xərcləri satıcının vəsaiti hesabına həyata keçiriləcəkdir; 1.4-cü bəndinə görə, mal alıcının mülkiyyətinə qaimə-faktura və təhvil-təslim aktı əsasında veriləcəkdir; 2.1.1-ci bəndinə əsasən, müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə pul məbləğinin (qiymətin) alıcı tərəfindən ödənilməsini tələb etmək satıcının hüququdur; 2.4.1-ci bəndinə görə, təhvil verənin (satın alınan) malı satıcıdan qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir; 3.1-ci bəndinə əsasən, müqavilənin 1.2-ci bəndi ilə müəyyənləşən təhvil verilən malın 1 tonunun qiyməti bu müqavilənin 1 nömrəli əlavəsində (spesifikasiyada) göstərilmişdir; 3.2-ci bəndinə görə, bu müqavilənin 3.1-ci bə ndində nəzərdə tutulmuş məbləğ mal təhvil-təslim aktı əsasında satıcıdan təhvil alınmamışdan əvvəl təqdim edilmiş hesaba uyğun şəkildə alıcı tərəfindən köçürmə yolu ilə satıcının bank hesabına ödənilir; 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir; 5.2-ci bəndinə görə, müqavilə üzrə ödəniş vaxtında olmadığı təqdirdə alıcı hər bir gecikdirilmiş gün üçün satıcıya ödənilməmiş məbləğin 3%-i olmaqla cərimə ödəyir, lakin bu cərimənin ümumi məbləği müqavilə dəyərinin 30%-dən çox olmamalıdır.
2. Müqavilənin 1 nömrəli əlavəsinə (spesifikasiyasına) əsasən, yararsız təkər cütlərinin oxla 1 tonunun qiyməti ƏDV xaric 131,36 manat olmaqla, 500 tonun cəmi məbləği 65.680 manat, yararsız təkər cütü oxlarının 1 tonunun qiyməti ƏDV xaric 161,02 manat olmaqla, 500 tonun cəmi məbləği 80.510 manat, sözügedən malların ümumi dəyəri 172.600 manatdır. 3. 2017-ci il 30 dekabr, 2018-ci il 10 yanvar, 2018-ci il 15 yanvar, 2018-ci il 19 yanvar, 2018-ci il 25 yanvar, 2018-ci il 2 mart, 2018-ci il 3 may, 2018-ci il 7 iyun, 2018-ci il 18 iyul, 2018-ci il 17 avqust, 2018-ci il 26 oktyabr və 2018-ci il 11 dekabr tarixli aktlarla 2017-ci il 30 noyabr tarixli hüq 669 nömrəli müqaviləyə əsasən ümumi çəkisi 684,45 ton mal (təkər cütləri, təkər cütü oxları) Keşlə stansiyasında Cavabdeh MMC-yə təhvil verilərək elektron tərəzi vasitəsilə çəkilmişdir. Aktlar cavabdehin səlahiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq olunmuşdur.
4. İddiaçı tərəfindən ƏDV daxil 37.423,54 manat dəyərdə malın verilm əsinə dair 2018-ci il 11 yanvar tarixli EAAG 148895 nömrəli, ƏDV daxil 45.710,91 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 8 fevral tarixli EAAG 894870 nömrəli, ƏDV daxil 6.339,69 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 12 aprel tarixli EAAİ 353525 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 3 may tarixli EAAİ 872962 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 7 iyun tarixli EAAJ 724832 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 18 iyul tarixli EAAK 677900 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 7 sentyabr tarixli EAAL 933073 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 26 oktyabr tarixli EAAN 133595 nömrəli, ƏDV daxil 9.576,18 manat dəyərdə malın verilməsinə dair 2018-ci il 11 dekabr tarixli EAAO 298989 nömrəli elektron qaimələr tərtib edilərək, elektron sistem vasitəsilə cavabdehə təqdim olunmuşdur. 5. 2017-ci il 21 dekabr - 2018-ci illər ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş metal satışı xidmətlərinə görə yaranan debitor borc barədə iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli arayışa görə, ümumilikdə 708,18 ton mallara (təkər cütləri, təkər cütü oxları) görə ödənilməmiş borc məbləği ƏDV daxil 121.973 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" QSC (bundan sonra – “iddiaçı”) 2022-ci il 4 fevral tarixdə Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 2017-ci il 30 noyabr tarixli “hüq 669” nömrəli müqavilənin ləğv olunması, cavabdehdən icra edilməmiş öhdəliyə görə 121.973 manat məbləğində əsas borc və 51.750 manat məbləğində cərimə, 400 manat məbləğində dövlət rüsumu, cəmi 174.123 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2017-ci il 30 noyabr tarixdə “hüq 669” nömrəli qara metal qırıntısının alqı-satqısı müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə hərrac nəticələrinə əsasən satıcı müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də göstərilən və ümumi dəyəri 172.500 manat təşkil edən malları (1000 ton qara metal) alıcıya təhvil verməyi, alıcı isə malları qəbul edib dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə uyğun olaraq mal alıcıya tərəflərin tərtib edərək imzaladıqları təhvil-təslim aktları əsasında verilir və bu aktlar satıcının müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra etməsinin təsdiqidir. Belə ki, 2017-ci ilin dekabr ayından 2018-ci ilin dekabr ayınadək Satıcı iddiaçı tərəfindən 708,18 ton metal təhvil-təslim aktları əsasında alıcı cavabdehə verilmişdir. Müqavilənin 2.4.1-ci bəndinə uyğun olaraq təhvil verilən malı satıcıdan qəbul edib əvəzində müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini ödəmək alıcının vəzifəsidir. Lakin cavabdeh təhvil aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə 121.973 manat məbləğində borcu yaranmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən icra edilməmiş öhdəliyə görə 121.973 manat məbləğində əsas borc və 51.750 manat məbləğində dəbbə pulu, 400 manat məbləğində dövlət rüsumu, cəmi 174.123 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 421.2, 425.1, 448.1, 598.2-ci maddələrinə istinad etmişdir.
5. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının tələb etdiyi borc 2017-2018-ci illəri əhatə etdiyindən, iddia müddətinin buraxıldığını bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək, tərəf lər arasında bağlanmış 2017-ci il 30 noyabr tarixli, “hüq 669” saylı müqavilənin 4.1-ci bəndinə görə müqavilənin tərəflər öhdəliklərini tam icra edənədək qüvvədə olduğunu, həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyindən, iddia müddətinin axımı bu öhdəlik cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmalı olduğunu qeyd etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 11 may tarixli e-2-2(113)-1193/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş, iddia verilərkən ödənilmiş 64 manat məbləğində dövlət rüsumu və 400 manat məbləğində mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim – L.Əliyeva).
8. Birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən (bax § 1-5) hallarına istinadən gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, iş materiallarında olan sübutların mə cmusu ilə (malların təhvil-təslimi aktları, elektron qaimələr) iddiaçı tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə cavabdehə 121.973 manat məbləğində malların təqdim edildiyi müəyyən edilmiş, digər tərəfdən cavabdehin həmin mallara görə ödəniş etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bunu nəzərə alan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının sözügedən borcun cavabdehdən tutulmasına dair iddia tələbi əsaslıdır.
9. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan sənədlərdən, eləcə də tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc 2018-ci ilədək olan müddətdə təhvil verilmiş mallara görə yaranmış, bundan əlavə mübahisəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə sonuncu mallar 2018-ci il 11 dekabr tarixdə təhvil verilmişdir (halbuki müqavilə şərtlərinə əsasən ödəniş mal verilməmişdən əvvəl edilməli idi). Həmçinin iddiaçı alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən mübahisəli müqaviləyə əsasən təhvil alınmış mallara görə müəyyən ödənişlər edilməsini bildirsə də (belə ki, müqaviləyə əsasən cəmi 146.931,22 manat məbləğində mallar təqdim edildiyi halda, iddiaçı hazırda 121.973 manat məbləğində borcun ödənilməsini tələb edir), sonuncu ödənişin hansı tarixdə aparılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatda ödənişlərin mallar təqdim edildiyi vaxt – 2018-ci ildə hə yata keçirildiyini göstərmişdir. Beləliklə, iş materiallarında olan sübutlara əsasən iddia axımını başlandığı vaxtdan etibarən cavabdeh tərəfindən mübahisəli alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də həmin müqavilədən irəli gələn tələblər üzrə iddia axımının kəsilməsi üçün əsas olan halların baş verməsi müəyyən edilmir.
10. Məhkəmə onu da qeyd etmişdir ki, iddia müddəti tərəflər arasında mediasiya prosesinin keçirilməsi ilə əlaqədar “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə uyğun olaraq 30 gündən artıq olmayan müddətə dayandırılmışdır (belə ki, iddiaçı mediasiya prosesinin tərəflərin razılığı ilə uzadılması barədə məhkəməyə sübut təqdim etməmişdir). 2022-ci il 11 yanvar tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edil məməsi barədə arayış tərəfə təqdim edilməklə, mediasiya prosesi başa çatdıqdan sonra müddət bərpa edilmişdir. “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinə görə bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, iddia müddətinin axımı 2018-ci il 12 dekabr tarixdən başladığı halda, iddia müddəti mediasiya prosesi ilə əlaqədar həmin müddətin dayandırıldığı vaxt da nəzərə alınmaqla ən geci 2022-ci il 12 yanvar tarixdə başa çatmışdır (belə ki, mediasiya prosesinin uzadılması barədə sənəd məhkəməyə təqdim edilməmişdir). İddiaçı hazır kı iddianı 2022-ci ilin fevral ayının 4-də vermiş və bununla müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, əsas borcun tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Pulun tutulması tələbinə dair əsas iddia tələbi rədd edildiyindən, iddiaçının əsas borca görə hesablanmış 51.750 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması üçün əsasların mövcudluğu da müəyyən edilmir.
11. Məhkəmə bu qənaətini MM-in 372.1, 372.2, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 378, 380.1, 385.1, 442, 443.1, 448.1, 567-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 deka br tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-692/2022 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – V.Məmmədov, hakimlər – R.Qurbanov və V.Baxışova).
14. Apellyasiya instansiyası məhkəməsi işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına istinad edərək bildirmişdir ki, işdə olan mötəbər sübutların məcmusu i lə (alqı-satqı müqaviləsi, malların təhvil-təslim aktları, elektron qaimələr) təsdiq olunur ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinə əsasən cavabdehə 121.973 manat məbləğdə mal təhvil verilmiş, cavabdehin həmin mallara görə ödəniş etməsini təsdiq edən sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Bu kontekstdə, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya yaranan borcunu ödəməli olduğu üçün, iddia tələbi əsaslıdır.
15. Lakin cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, mübahisəyə iddia müdd əti tətbiq edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. İşdən müəyyən edilir ki, iddiaçının ödənilməsini tələb etdiyi borc 2017-2018-ci illərdə təhvil verilmiş mallara görə yaranmış, alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə mallar sonuncu dəfə 2018-ci il 11 dekabr tarixdə təhvil verilmişdir. Həmçinin, alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən mübahisəli müqaviləyə əsasən təhvil alınmış mallara görə müəyyən ödənişlər edilsə də (müqaviləyə əsasən cəmi 146.931,22 manat məbləğdə mal təqdim edildiyi halda, iddiaçı 121.973 manat məbləğdə borcun ödənilməsini tələb edir), sonuncu ödənişin hansı tarixdə aparılması barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bununla da, təhvil verilmiş mallara görə cavabdehin artıq ödəniş etməli olması ən geci 2018-ci il 11 d ekabr tarixdə iddiaçıya məlum idi. Çünki, müqavilə şərtinə əsasən əvvəl ödəniş olmalı, sonra mallar təhvil verilməli idi. Ödəniş olmadan mal təhvil verilmişdirsə, ödənişlə bağlı icranın müddəti də həmin təhvil tarixindən başlamış olmuşdur.
16. İddia müddətinin axımının başladığı 2018-ci il 12 dekabr tarixdən etibarən cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə hər hansı ödəniş edilməsi, eləcə də, həmin müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin axımının kəsilməsinə əsas olan biləcək halların baş verməsi işdən müəyyən edilmir. Digər tərəfdən, iddia müddəti tərəflər arasında mediasiya prosesinin keçirilməsi ilə əlaqədar “Mediasiya haqqında” Qanunun 24.7-ci maddəsinə uyğun olaraq 30 gündən artıq olmayan müddətə dayandırılmışdir (iddiaçı mediasiya prosesinin tərəflərin razılığı ilə uzadılması barədə məhkəməyə sübut təqdim etməmişdir). 2022-ci il 11 yanvar tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərəfə təqdim edilməklə mediasiya prosesi başa çatdıqdan sonra müddət bərpa edilmişdir. Belə olan halda, iddia müddətinin axımı 2018-ci il 12 dekabr tarixdən başlayaraq, mediasiya prosesi ilə əlaqədar həmin müddətin dayandırıldığı vaxt da nəzərə alınmaqla, ən geci 2022-ci il 12 yanvar tarixdə başa çatmışdır. İşdən görünür ki, iddia ərizəsi 2022-ci il 4 fevral tarixdə verilmiş, bununla da iddiaçı müqavilə tələbləri üzrə qanunda nəzərdə tutulan 3 illik iddia müddətini buraxmışdır.
17. Əsas tələb üzrə iddia müddəti keçdiyindən, həmin əsas borca hesablanmış 51.750 manat məbləğdə dəbbə pulu üzrə də iddia müddəti MM-in 376-cı mad dəsinin tələbinə görə keçmiş olmuşdur. Odur ki, iddia düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən bütövlükdə rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 372.1, 372.2, 373.1, 373.2, 375.2, 376, 377.1, 377.3, 379.1, 380.1, 385.1, 427.5, 442, 448.1, 448.2, 567, 600.4cü maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Az ərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2008-ci il 8 may tarixli Qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 2009cu il 7 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
19. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 26 sentyabr tarixdə tərəflərin elektron kabinetində yerləşdirilmişdir.
20. İddiaçı tərəfindən 2022-ci il 14 noyabr tarixdə kassasiya şikayəti verilərək qətnamənin ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 377.2, 399.3-cü maddələrinin tələbləri pozulmuşdur. Tərəflər arasında bağlanmış 2017-ci il 30 noyabr tarixli hüq.669 nömrəli müqav ilənin 4.1-ci bəndinə əsasən müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir. Cavabdeh müqavilə üzrə əsas öhdəliyi olan malın dəyərinin ödənilməsi öhdəliyini hələ də icra etmədiyi üçün müqavilə öz hüquqi qüvvəsini saxlamaqdadır. Lakin məhkəmə tərəflərin azad iradə ifadəsi əsasında qəbul etdikləri bu şərti nəzərə almamış, qarşı tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı tələbini qəbul etmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımı bu öhdəliklər cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmalıdır.
22. MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi göstərilən halları təsdiq edən süb utlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübutlara lazımi qiymət verilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə öhdəliklər tam icra edilənədək qüvvədədir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam icra edilmədiyi üçün müqavilənin 4.1-ci bəndi müqavilə münasibətlərinin hələ də davam etdiyini və müqavilənin qüvvədən düşmədiyini təsdiq edir. Lakin məhkəmə iddia müddətinin tətbiqi barədə məsələyə münasibət bildirərkən, müqavilənin müvafiq maddəsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. II. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsi nin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkə məsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. III. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulmuşdur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə
373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə
377. İddia müddətinin başlanması 377.1. İdd ia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.... 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Maddə
379. İddia müddəti axımının dayandırılması 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:... 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə....” “Maddə
380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş q aydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.” “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
427. Öhdəliyin icrası müddəti... 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşy anı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.”
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində mü ayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır....” IV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
29. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
30. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair dəlilləri bundan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə həmin müqavilənin öhdəliklər tam icra edilənədək qüvvədə olması nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini hələ də icra etmədiyi üçün müqavilə öz hüquqi qüvvəsini saxlamaqdadır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün iddia mü ddətinin axımı bu öhdəliklər tam icra edildikdən sonra başlanmalıdır.
31. Tərəflər arasında bağlanmış 2017-ci il 30 noyabr tarixli hüq 669 nömrəli müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandıqdan və tərəflərin möhürləri ilə təsdiq edildikdən sonra qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədədir.
32. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçı özünün qüvvədə olan 2017-ci il 30 noyabr tarixli müqavilədən irəli gələn hüququnu pozulmuş hesab edərək məhkəməyə iddia ilə müraciət etdiyi halda, elə həmin müqavilənin müddətinin bitməməsi əsas gətirilərək cavabdehi bu iddiaya qarşı qanunun ona imkan verdiyi bütün vasitələrlə, o cümlədən iddia müddətini tətbiq etməklə özünü müdafiə etmək hüququndan məhrum etmək ədalətli və əsaslı edilə bilməz.
33. Cavabdeh tərə findən müqavilə üzrə nəzərdə tutulmuş öhdəlik yerinə yetirilmədiyi üçün iddia müddətinin axımının bu öhdəliklər cavabdeh tərəfindən tam icra edildikdən sonra başlanmasına dair dəlilə gəldikdə isə qeyd olunmalıdır ki, həmin dəlil ümumiyyətlə reallıqdan uzaqdır. Belə ki, borclu öz öhdəliklərini tam yerinə yetirdikdən sonra kreditorun hər hansı hüququ pozulmuş olmur. Bu səbəbdən də pozulmamış hüquq üzrə iddia qaldırılmasına və müvafiq olaraq həmin tələb üzrə iddia müddətinin tətbiqinə hər hansı lüzum qalmır.
34. Eyni zamanda, sözügedən müqavilənin iddiaçının özünün də iddia ərizəsində istinad etdiyi 2.4.1-ci bəndinə görə, təhvil verilən (satın alınan) malı satıcıdan qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının vəzifəsidir.
35. Göründüyü kimi, iddia ərizəsində istinad olunmuş həmin müqavilə müddəasında öhdəliyin konkret icra müddəti müəyyən edilməmişdir.
36. MM-in 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
37. Eyni zamanda, MM-in 377.3-cü maddəsinin tələbləri ondan ibarətdir ki, icra müddəti müəyyənləşdirilməmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.
38. Həmin normaların hazırkı işə münasibətdə əlaqəli şəkildə təhlili onu deməyə əsas verir ki, 2017-ci il 30 noyabr tarixli hüq 669 nömrəli müqavilə üzrə cavabdehin aldığı malın dəyərini ödəmək öhdəliyinin müddəti konkret müəyyən edilmədiyindən, iddiaçın ın həmin öhdəliyin icrasını tələb etmək hüququ satılmış malı alıcıya təhvil verdikdən dərhal sonra yaranmış, ona görə də iddia müddətinin axımı məhz həmin andan, yəni mal alıcıya təhvil verildikdən dərhal sonra başlamışdır.
39. Odur ki, apellyasiya instansiyası məhkəməsi də tamamilə haqlı olaraq iddiaçı üçün iddia müddətinin axımını malın sonuncu dəfə təhvil verildiyi tarixdən, yəni 2018-ci il 11 dekabr tarixindən başlamış hesab etmişdir.
40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları əlaqəli şəkildə düzgün qiymətləndirmiş, MPMin 217.1-ci maddəs inə uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 15 sentyabr tarixli, 2-2(103)-692/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.