Məhkəmə qərarları › İş №2-2(102)-26/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-26/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-26/2024 22.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçın Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının məruzəsi, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçın (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “satınalma müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-672/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Tərəflər arasında “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq 2020-ci il 5 may tarixli *** nömrəli satınalma müqaviləsi bağlanmışdır.

2. İddiaçı bərk və yumşaq inventarların satın alınması üçün cavabdehin 339.764,48 manat (vergi, rüsum, digər xərclər daxil) məbləğində təklifini qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların cavabdehdən qəbul edilməsini və dəyərinin ödənilməsini, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan bərk və yumşaq inventarların təhvil verilməsini, alınacaq mallar iddiaçının təklifinə və müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasın ı öhdələrinə götürmüşdür.

3. X2 Protokolu ilə cəmi dəyəri 339764,48 manat (51828,48 manat ƏDV daxil) olan 12 adda yeməkxana avadanlığı, 3 adda əlavə təhsilin mebelləri, 11 adda muzey-kitabxana mebelləri, 3 adda 5-ci mərtəbədə konfrans zalı üçün mebelavadanlıq, 4 adda akt zalı və ya auditoriya üçün mebel-avadanlıq, 5 adda auditoriyalar üçün mebelavadanlıq, 4 adda foye üçün mebel-avadanlıq, 4 adda ADNSU-nun işçi kabineti üçün mebel-avadanlığın ayrı-ayrılıqda qiymətlərini, miqdarını və çeşidini razılaşdırmışlar.

4. Cavabdeh (icraçı) ümumi dəyəri 299 998,48 manat olan malların təhvil verilməsi ilə bağlı EBAM 585775 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 723447 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 904146 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 421527 seriya və nöm rəli xx.xx.2020-ci il tarixli, EBAN 421301 seriya və nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 256352 seriya və nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələri, eyni zamanda 20 iyul 2020-ci il tarixli 1 nömrəli, 23 iyul 2020-ci il tarixli 2 nömrəli, 28 iyul 2020-ci il tarixli 3 nömrəli, 10 avqust 2020-ci il tarixli 4 nömrəli və 24 avqust 2020-ci il tarixli 5 nömrəli hesab-fakturaları iddiaçıya (sifarişçiyə) təqdim etmiş, hesab-fakturalara “ödənilsin” qeydi ilə iddiaçının rektoru tərəfindən dərkənar qoyulduqdan sonra bank köçürməsi yolu ilə 299998,48 manat məbləğində pul ödənilmişdir.

5. Müqavilədə və ona əlavə olunmuş xüsusi şərtlərdə (1 №-li əlavə) tərəflər ödəmələr barəsində razılaşdırmışlar ki, avans ödənişi tətbiq edilmir, müqavilə üzrə ödəmələr Sifarişçi (iddiaçı) tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının (cavabdeh) təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcək. Hissə-hissə ödənişə yol verilir 6. “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2021-ci il 30 dekabr tarixli 107 nömrəli mütəxəssis rəyində 30 sentyabr-30 dekabr tarixlərində iddiaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binasında və ünvan 2s binasında olan inventarlar və təqdim olunmuş sənədlər əsasında əmtəəşünaslıq ekspertizasının keçirildiyi, müqavilə üzrə təqdim edilmiş və müqavilədə nəzərdə tutulmayan, lakin yerində aşkarlanmış inventarların faktiki dəyərinin 12 2.467 manat olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 2020-ci il 5 may tarixli müqavilə üzrə artıq ödənilmiş 177.481,48 manat məbləğində pulun və 3.000 manat ekspertiza xərcinin, 400 manat mediasiya xərcinin, ödənilmiş 68 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 may 2020-ci il tarixli *** nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında iddiaçıya satın alınan bərk və yumşaq inventarların təhvil verilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bəzi işləri isə yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh tərəfindən yerinə yetirilmiş və yerinə yetirilməmiş işlərin həcminin, dəyərinin dəqiq hesablanaraq müəyyən edilməsi üçün iddiaçı tərəfindən “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. Ekspertlər tərəfindən əmtəəşünaslıq ekspertizası aparılmış, tədqiqatın obyektləri isə cavabdeh tərəfindən 05 may 2020-ci il tarixli *** nömrəli müqaviləyə əsasən iddiaçının Bakı şəhəri, Azadlıq prospekti, 20 ünvanında yerləşən tədris binasında və ünvan 2s binasında olan inventarlar və təqdim olunmuş sənədlər olmuşdur. Tədqiqatın nəticəsində 107 nömrəli 30 de kabr 2021-ci il tarixli mütəxəssis rəyi təqdim olmuşdur. Həmin rəyə əsasən aparılmış tədqiqatın nəticəsi ondan ibarətdir ki, 05 may 2020-ci il tarixli *** nömrəli müqaviləyə əsasən inventar malları ilə təchiz olunmalı işlər qismən yerinə yetirilmiş, yəni müqavilədə nəzərdə tutulmuş inventarlar tam şəkildə alınmamış, digər formada başqa inventarlarla əvəzlənmişdir; təqdim olunmuş inventar malları 05 may 2020-ci il tarixli *** nömrəli müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğundur, yəni keyfiyyət və əmtəə görünüşləri müqaviləyə tam uyğun deyil; faktiki olaraq iddiaçıya təqdim olunmuş inventarlar mallarının gətirilməsi və quraşdırılması işlərinin dəyəri 339.764,48 manat təşkil etməli olduğu halda, 122.467 manat təşkil edir. Lakin cavabdeh tərəfindən təqdim olunmuş hesab-fakturalara uyğun iddiaçı tərəfindən cavabdehin bank hesabına 299.998,48 manat köçürülmüşdür. Bundan sonra cavabdehin nümayəndələri ilə bir neçə dəfə söhbət aparılmış, lakin heç bir nəticə əldə edilməmişdir.

9. Cavabdeh tərəfindən 2023-cü il 14 aprel tarixində iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Etirazda göstərilmişdir ki, iddiaçı öz iddia tələbində yalnız “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 2021-ci il 30 dekabr tarixli 107 nömrəli mütəxəssis rəyinə əsaslanmışdır ki, bu da iddiaçının tələblərinin yerinə yetirilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında bütün münasibətlər 2020-ci il 5 may tarixli *** nömrəli müqavilə, həmin müqaviləyə 1 və 2 nömrəli əlavələr, dig ər hüquq normaları ilə tənzimlənir. Müqaviləyə 1 nömrəli əlavədə müqavilənin xüsusi şərtləri, 2 nömrəli əlavədə isə satın alınacaq bərk və yumşaq mebellərin miqdarı və dəyəri X1 öz əksini tapmışdır. Göstərilən müqavilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.11-ci maddəsinə uyğun olaraq dövlət müəssisə və təşkilatları tərəfindən malların dövlət vəsaiti hesabına satın alınmasında tərtib olunur. Cavabdehin əməkdaşları müqavilə öhdəliyinin icrası zamanı “Covid-19” pandemiyası dövründə iddiaçının 100 illik yubiley tədbirlərinin keçirilməsi ilə əlaqədar olaraq sonuncu qarşısında öz üzərinə götürmüş olduğu müqavilə öhdəliyini yerinə yetirməyə ciddi səy göstərmiş, 299.998,48 manatlıq bərk və yumşaq inventarları iddiaçıya təhvil verərək onun quraşdırılmasını həyata keç irmişdir. Faktiki görülən işlər iddiaçıya təqdim edilmiş elektron qaimələrdə (6 ədəd) öz əksini tapmışdır ki, bunun da nəticəsi olaraq müqaviləyə 1 nömrəli əlavəyə uyğun olaraq göstərilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Faktiki görülmüş işlərə görə keçirilmiş birgə baxış nəticəsində heç bir qüsur aşkar edilməmiş, heç bir akt tərtib edilməmiş, bildiriş verilməmişdir. Belə olan halda, cavabdeh müqavilədə nəzərdə tutulmuş bütün şərtlərə əməl etmişdir. Lakin iddiaçının məhkəmədə qaldırdığı iddia tələbində öz əksini tapmış hallar (inventarların tam alınıb təhvil verilməməsi və ya başqa inventarlarla əvəz edilməsi, malların müqavilədə təsbit olunmuş şərtlərə qismən uyğunluğu, inventarların dəyərinin aşağı olması və s.) həqiqətə uyğun deyildir. Cavabdeh sözügedən müqavilənin 2 nömr əli əlavəsində öz əksini tapmış bütün malları iddiaçıya təqdim etmişdir. Lakin o dövrdə müqavilənin icrasına nəzarəti həyata keçirən iddiaçının rektorunun inzibati və tikinti işləri üzrə prorektoru Ədilxan Xəlilovun xahişi ilə universitetdə gedən cari təmir işlərinin başa çatmamasını nəzərə alaraq, təqdim olunmuş 39.766 manatlıq inventar müvəqqəti olaraq geri qaytarılmışdır ki, bu inventarların siyahısı məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, iddiaçının xahişini nəzərə alaraq və işin gedişatına uyğun olaraq müqavilədə nəzərdə tutulmayan, ümumi dəyəri 60.726,81 manat olan əlavə bərk və yumşaq mebellər iddiaçıya təqdim edilmişdir. İddiaçı qeyd edilən əlavə inventarların dəyərinin ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq, bu günə qədər həmin mebellərin dəyəri ödənilməmişdir. Həmin mebellərin siyahısı da məhkəməyə təqdim edilmişdir. Həmçinin iddiaçı tərəfindən 2022-ci il 11 mart və 2022-ci il 2 noyabr tarixlərində məktub (bildiriş) göndərilmişdir. Təqribən eyni məzmunda olan hər iki məktuba (bildirişə) dərhal, elektron qaydada dəqiq və əsaslı şəkildə cavab verilmişdir. Müqavilədə nəzərdə tutulmuş işlərin görülməsində cüzi dəyişikliklər isə iddiaçının xahişi ilə aparılmışdır. İddia ərizəsində göstərilən, faktiki olaraq təqdim olunmuş inventar mallarının gətirilməsi və quraşdırılması işlərinin dəyərinin aşağı olması tələbi isə heç ağlabatan deyildir. Çünki bu məsələlərin tənzimlənməsi sözügedən müqaviləyə 2 nömrəli əlavədə (qiymətlərin razılaşma protokolunda) öz əksini tapmışdır. Eyni zamanda müqaviləyə görə qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müq avilənin məbləği dəyişilməz qalır.

11. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 may tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim – N.Əhmədova).

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, tərəflər arasında imzalanan 2020-ci il 5 may tarixli *** nömrəli müqavilə malların satınalınması müqaviləsi olub mahiyyətcə Mülki Məcəllədə nəzərdə tutulmuş alqı-satqı müqaviləsidir. Mübahisə də məhz “Dövlət satınalmaları” haqqında Qanunun, Mülki Məcəllədə nəzərdə tutulmuş imperativ maddi hüquq normaları və tərəflərin razılaşdırdıqları şərtlər əsasında həll edilməlidir.

13. Hazırkı iş üzrə müqavilədə və ona əlavə olunmuş xüsusi şərtlərdə (1 №-li əlavə) tərəflər ödəmələr barəsində razılaşdırmışlar ki, avans ödənişi tətbiq edilmir, müqavi lə üzrə ödəmələr Sifarişçi (iddiaçı) tərəfindən tenderin əsas şərtlər toplusunda müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının (cavabdeh) təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcək. Hissə-hissə ödənişə yol verilir.

14. Göründüyü kimi, tərəflər ödəmələrin malların təhvilindən sonra yalnız cavabdehin təqdim etdiyi sənədlər-qaimə, hesab-faktura və s. əsasında 15 bank günündən gec olmayaraq bank hesabına köçürmə yolu ilə hissə-hissə ödənilməsini razılaşdırmışlar. Hesab-fakturalardan da görünür ki, rektor tərəfindən “ödənilsin” qeydi qoyulduqdan sonra ödəniş edilmiş, iddiaçının nümayəndəsi də təsdiq etmişdir ki, ödənişlər əşyalar təhvil verilərkən edilmişdir. Lakin iddiaçının nümayəndəsi əşyaların qəbulunu baş mühasib və universitetin inzibati və təsərrüfat şöbəsinin əməkdaşlarının həyata keçirdiyini, həmin əməkdaşların yol verdikləri nöqsanlar nəticəsində təqdim edilməyən mallar üzrə də hesabfakturalar əsasında ödənişlər aparıldığını qeyd edir, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmir. Nəzərə alınsa ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur və Mülki Məcəllənin (bundan sonra mətndə MM) 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün ol an dərəcədə məsuliyyət daşımalıdır, onda bu və ya digər işçinin səhvlərinin iddiaçını müvafiq məsuliyyətdən azad etməsi mülki dövriyyənin sabitliyi və mülki dövriyyə iştirakçıları arasında qarşılıqlı etimad münasibətləri ilə uzlaşmır. Həmçinin iddiaçı baş mühasibin əmək funksiyalarının icrasından yayınması əsası ilə deyil, öz ərizəsi əsasında işdən azad olunduğunu da qeyd etmişdir.

15. Məhkəmə MM-nin 441.3 və 575.1-ci maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçı təhvil verilmədiyini və ya razılaşdırılmamış əşyaların təhvil verildiyini iddia etdiyi əşyalar üzrə, MM-nin 441-ci maddəsində nəzərdə tutulan hüququndan istifadə edərək öhdəliyin icrasını dayandırmamış, alqı-satqı müqaviləsinin icrasından və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina etməmiş, müqavilədə razıl aşdırılmış mexanizmlərdən istifadə etməmiş, əksinə həmin əşyaların dəyərini ödənmişdir.

16. Halbuki, müqavilə şərtlərində tərəflər müqavilənin icrası müddətində qüsurların aradan qaldırılmasının iki fərqli mexanizmini (qüsurların aşkar edilmə anından asılı olaraq) müəyyən etmişlər. Belə ki, müqavilənin 18-ci hissəsinə əsasən, müqavilənin icrası müddətində Sifarişçi (iddiaçı) aşkar olunmuş qüsurlar haqqında İcraçıya (cavabdeh) dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir (18.1). İcraçı qüsurlar haqqında bildirişi aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır. Müqavilənin 19-cu maddəsinə isə göstərilmişdir ki, müqavilənin xüsusi şərtlərində digər tələblər nəzərdə tutulmayıbsa, İcraçı müqavilə çərçivəsində gətirilmiş mallara (yerinə yetirilmiş işlərə və ya göstərilmiş xidmətlərə) 12 ay müddətinə texniki təminat verir (19.1). Təminat müddətində Sifarişçi tərəfindən aşkar olunmuş qüsurlar icraçının vəsaiti hesabına ən qısa müddətdə aradan qaldırılmalıdır (19.2). İcraçı müqavilənin xüsusi şərtlərində göstərilmiş müddətdə qüsurları aradan qaldırmazsa, Sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər (19.3). Sözügedən müqaviləyə 1 nömrəli əlavədə nəzərdə tutulmuş xüsusi şərtlərdə də qeyd edilmişdir ki, satıcı müqavilə çərçivəsində gətirilmiş mallara 12 ay müddətində texniki təminat verir. Göndərilən malların tam komplektləşdirilməməsi və ya aşağı keyfiyyətli olması aşkar edildikdə, sifarişçinin tələbindən keçən 5 gün ərzində onları komplektləşdirir, keyfiyyətli mallarla əvəz edir. İcraçı göndərilən mallarda aşkar olunan qüsurları tələb olunan müddətdə aradan qaldırmazsa, sifarişçi cərimə sanksiyaları tətbiq edə bilər.

17. Göründüyü kimi, tərəflər müqavilənin icrası zamanı aşkar olunan qüsurlar üçün aradan qaldırılmadıqları təqdirdə cavabdehə ödəniləcək məbləğin azaldılmasını, təminat müddətində aşkar olunmuş qüsurlar üçün isə aradan qaldırılmadıqları təqdirdə cərimənin tətbiq olunması qaydasını razılaşdırmışlar. Lakin iddiaçı Mülki Məcəllədə nəzərdə tutulmuş hüququndan istifadə etmədiyi kimi, müqavilənin 18-ci hissəsinin ona verdiyi hüquqlardan da istifadə etməmişdi r.

18. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı müqavilə üzrə mallar təhvil verildikdən yalnız 1 il 6 ay sonra-11 mart 2022-ci il tarixdə cavabdehə rəsmi bildiriş göndərək 177 531,48 manat məbləğində pulun 7 gün ərzində ödənilməsini tələb etmişdir. Daha sonra eyni məzmunlu bildiriş 02 noyabr 2022-ci il tarixdə də göndərilmişdir. Hər iki məktuba cavabdeh iddiaya etirazda qeyd edilən dəlillərlə müvafiq olaraq 2022-ci il 28 mart tarixində və 2022-ci il 15 noyabr tarixində cavab vermişdir. Halbuki MM-nin 595.1-ci maddəsinə əsasən, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakt erinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, hesab-fakturada nəzərdə tutulmuş 299 998,48 dəyərindəki əşyaların həqiqətən də iddiaçıya təhvil verildiyi əsaslı şübhə doğurmur.

19. Cavabdeh həmin əşyalardan 39 760,10 manat (ƏDV daxil) dəyərində olan hissəsinin geri qaytarıldığı faktını etiraf edir. Eyni zamanda, hesab-fakturalarda əks olunmayan və dəyəri 39.766 manat (ƏDV daxil) olan 58 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın da təhvil verildiyini bildirir.

20. İddiaçının dəyərini ödədiyi 299 998,48 manat dəyərində olan əşyadan 39 760,10 manat dəyərində olan hissəsinin geri qaytarıldığı cavabdeh tərəfindən fakt kimi etiraf olundu ğundan, eyni zamanda həmin əşyalarla eyni dəyərdə olan “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın təhvil verildiyi qeyd olunduğundan məhkəmənin müəyyən etməli olduğu məqam hesab-fakturada əks olunmayan 58 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar”ın təhvil verilib-verilməməsidir.

21. X1 125 ədəd “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stol-skameykalar (ölçüləri: stul 55sm*40 sm, stol 60sm*2,43m, hündürlüyü 75 sm)”ın təhvil verilməsi razılaşdırılmışdır. İddiaçının təqdim etdiyi mütəxəssis rəyindən görünür ki, “Əlavə təhsilin mebelləri” və “Auditoriyalar” bölmələrində “Siyahı üzrə olmayan, lakin faktiki yerində aşkarlanmış” qrafa larında “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stolskameykaları” ölçüləri: “stul 43sm*40 sm, stol 0,45 m*1,5 m” və “stul 45 sm*40 sm, stol 60 sm*1,5 m, hündürlüyü 75 sm” qeyd olunmaqla 144 ədəd (55+89) aşkar olunduğu qeyd olunmuşdur. İddiaçının nümayəndəsi və vəkili ölçüləri fərqli olsa da, qeyd olunan sayda həmin əşyanın təhvil verilməsini inkar etməmişdir. Əksinə məhkəmə tərəfindən qeyd əsdiq etmişdir.

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hesab-fakturalarla təhvil verilmiş “Üç yerlik metal karkaslı, türkiyə istehsalı laminatdan, yumşaq oturacaqlı tələbə stolskameykalar”ın 67 ədədinin təhvil verilməsi təsdiq olunsa da, faktiki olaraq qeyd olunan adda 144 ədəd əşya təhvil verilmişdir. Beləliklə, tərəflərin razılaşdıqları əşyalarda n 299.998,48 manat dəyərində əşyaların iddiaçıya təhvil verildiyi təsdiq olunur.

23. İddiaçı təhvil aldığı mallar üçün müvafiq hesab-faktura əsasında ödədiyi (müqavilədə nəzərdə tutulan malların təqdim edilmədiyini iddia etməsinə baxmayaraq) ƏDV daxil olmaqla 299 998,48 manat məbləğində puldan 177 481,48 manat məbləğində pulu tələb edərkən, müqavilənin lazımınca icra edilmədiyinə-miqdar və çeşidlə bağlı şərtlərin pozulduğuna istinad edir.

24. İşin materiallarına əlavə edilən mütəxəssis rəyindən və iddiaçının nümayəndələrinin yekun mövqeyindən malların keyfiyyəti ilə bağlı tələb irəli sürülmədiyi aydın olmuşdur.

25. Məhkəmə tərəflər arasında imzalanmış müqavilədən və mülki qanunvericiliyin normalarından irəli gələrək müqavilənin lazımınca icra edilib-edilməməsi, lazımınca icra edilməyibsə, çeşid və miqdarla bağlı şərtlərin pozulması nəticələrinin şərh edilməsini və iddiaçının hazırkı tələblə çıxış edərkən mütəxəssisin müəyyən etdiyi qiymətlərə istinad etməsinə münasibət bildirməyi zəruri saymış və “X3 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 dekabr 2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyinin (bax yuxarıda bu qərarın 6-cı bəndi) mötəbərliliyi ilə bağlı cavabdehin nümayəndələrinin ekspertizanın keçirilməsində iştirakının təmin edilməməsi ilə bağlı, ekspertizanın birtərəfli aparılması ilə bağlı cavabdehin arqumetləri ilə razılaşmış, lakin prosedur qaydalara riayət edilməməsi nəticəsində rəyin tamamilə mötəbər olmadığı ilə bağlı fikirləri qəbul etməmişdir. Belə ki, müqavilədə nəzərdə tutulmuş əşyaların verilməsini təsdiqləyən sübutlar qismində mülki qanun vericiliyin və tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən, sonuncuların təsdiq etdiyi hesab-fakturalar və elektron qaimələr çıxış edir.

26. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən 30 dekabr 2021-ci il tarixli 107 nömrəli mütəxəssis rəyində “aşkar olunmayıb” kimi qeyd edilən mallar onların təqdim edilməsindən uzun müddət -təqribən 1 il sonra keçirilən ekspertizanın nəticəsinə əsaslandığından və mütəxəssisə hansı malların təqdim edildiyi, hansılarının təqdim edilmədiyi, ümumilikdə müqavilə üzrə iddiaçıya verilən bərk və yumşaq inventarların tam olaraq mütəxəssisə verilib-verilməməsinin qeyri-müəyyən olduğu nəzərə alındığında, məhkəmə müvafiq rəyin yalnız verilən əşyaların eyniliyi ilə bağlı mötəbər olduğunu hesab edir. Eyni zamanda vurğulanmalıdır ki, i ddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə müqavilənin icrası vaxtından uzun müddət keçməsi, təqdim olunan əşyaların sıradan çıxması və ya hər hansı digər formada universitetin binasından çıxarılması ehtimalı nəzərə alındıqda məhkəmə tərəfindən hər hansı ekspertizanın keçirilməsi də mötəbər nəticələr verməyəcəkdir, həmçinin iddiaçı da belə bir ekspertizanın aparılması üçün vəsatət verməmişdir.

27. Eyni zamanda mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən yekun qiymət kimi hesablanan 122.467 manat məbləğ X1 razılaşdırılan qiymətlər əsasında deyil, mütəxəssisin müəyyən etdiyi qiymətlər əsasında hesablanmışdır. Halbuki, həmin rəydə aşkarlanmış kimi qeyd olunan əşyaların qiymətləri tərəflərin razılaşdıqları qiymətlər əsasında hesablandıqda həmin əşyaların 250 000 manatdan artıq qiymətinin olduğu müəyyən olunur.

28. Məhkəmə MM-nin 398-ci maddəsinə, “Dövlət satınalmaları haqqında” Qanunun 51.1-ci maddəsinə istinadla qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər keçirilmiş tenderin nəticəsinə əsasən satınalma müqaviləsi bağlamış, müqavilənin ümumi qiymətini müəyyən etmiş, X1 əşyaların ayrı-ayrılıqda qiymətlərini müəyyən etmişlər. Qeyd olunan müqavilənin qiymətində dəyişiklik edilməsi ilə bağlı isə qanunvericilikdə müəyyən olunmuş qaydada tərəflərin hər hansı razılaşması olmamışdır. Belə olan halda, iddiaçının mütəxəssinin müəyyən etdiyi qiymətlər əsasında aparılmış hesablamaya istinad edərək iddia irəli sürməsi əsassızdır.

29. Bundan başqa, mütəxəssis rəyində “siyahı üzrə olmayan, lakin faktiki yerində aşkarlanmış” qrafalarında qeyd olunan əşyaların X1 əks olunan eyni adda əşyalar olmaqla ölçülərində fərqliliklər göstərilməklə həmin qrafalarda qeyd olunmuşdur. Həmçinin, həmin qrafalarda qeyd olunan əşyaların sayının razılaşdırılandan çox olduğu da görünür.

30. Məhkəmə mübahisəli hüquq münasibətinə MM-nin 578, 579 və 580-ci maddlərinə müvafiq qiymət verərək qeyd etmişdir ki, alqı-satqı müqaviləsi ikitərəfli (sinalaqmatik) müqavilədir və bu xüsusiyyətdən irəli gələrək mülki qanunvericilik bir tərəfdən alıcının miqdarla və çeşidlər bağlı şərtlər pozulduqda Mülki Məcəllənin 578.1, 578.2 və 580.2, 580.4-cü maddəsində qeyd olunan hüquqlarını nəzərdə tutulmuş, digər tərəfdən isə əşyalar qəbul edilərsə, həmin Məcəllənin 578.3 və 580.5-ci maddəsində qeyd olunan vəzifələrini təsbit etmişdir.

31. Hazırkı iş üzrə isə iddiaçı çeşid və miqdarla bağlı cavabdehin öhdəl iyini pozduğunu qeyd etsə də, əşyalar iddiaçı tərəfindən qəbul edilərək istifadə edilmiş, iddiaçı Mülki Məcəllədə nəzərdə tutulduğu kimi ağlabatan müddətdə cavabdehə hər hansı bildiriş göndərməmiş, əşyaların təhvil verilməsindən 1 il 6 ay sonra cavabdehə müraciət etmiş, Mülki Məcəllədə və tərəflərin bağladıqları müqavilədə razılaşdırılmış müdafiə vasitələrindən istifadə etməmişdir. Əksinə təqdim olunan sənədlər əsasında iddiaçıya 299.998,48 manat dəyərində əşyaların təhvil verildiyi təsdiq olunur. Belə olan halda, məhkəmə bu qənaətə gəlmişdir ki, iddia tələbi 05 may 2020-ci il tarixli müqavilə üzrə artıq ödənilmiş 177.481,48 manat pulun tutulması hissəsində əsassızdır və təmin edilməməlidir.

32. İddiaçının mütəxəssisə ödənilmiş 3.000 manat pulun cavabdehdən tutulması tələbinə münasibətdə m əhkəmə MM-nin 21-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçının mütəxəssisə ödənilmiş pul kimi tələb etdiyi 3000 manat pul hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc olmaqla real zərər kimi qiymətləndirilə bilər. Lakin iddiaçının hüququnun pozulmadığı müəyyən edildiyindən məhkəmə qeyd edir ki, tələb qeyd olunan hissədə də əsassızdır və təmin oluna bilməz.

33. Məhkəmə gəldiyi nəticəni (bundan sonra-“MM”) 21.1, 21.2, 398, 441.3, 442, 567, 578.1, 578.2, 578.3, 579.1, 580.2, 580.4, 580.5, 598.1, 600.1, 601-ci; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.4, 51.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

34. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

35. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-672/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 4 may tarixli e-2-2(113)-1080/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər A.Hüseyn və R.Qurbanov).

36. İşin apellyasiya instansiyası məhkəmsi tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən, tərəflər arasında “Dövlət satınalamaları haqqında” Qanunun tələblərinə uyğun 2020-ci il 5 may tarixində bərk və yumşaq inventarların satın alınması üçün alqısatqı müqaviləsi bağlanmış, müqavilədə satılacaq inventarların dəyərinin ƏDV daxil 339.764,48 manat olduğu nəzərdə tutulsa da, faktiki satılmış inventarların dəyəri 299.998,48 manat təşkil etmiş, inventarlar 2020-ci ilin iyul və avqust aylarında elektron qaimələr əsasında təhvil verilmiş və dəyəri ödənilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmayan inventarlar təqdim edilmiş, iddiaçı buna etiraz bildirmədən həmin inventarları qəbul edərək istifadə etmişdir.

37. İddiaçının sifarişi əsasında “X3 və Ekspertiza Mərkəzi” MMC tərəfindən inventarların yenidən qiymətləndirilməsi və yoxlanışı həyata keçirilmiş, tərtib edilən 2021-ci il 30 dekabr tarixli rəyə əsasən, bəzi inventarların yerində aşkar edilmədiyi, bəzilərinin ölçülərinin sifarişə uyğun gəlmədiyi, yerində aşkar edilmiş bəzi inventarların isə müqavilədə nəzərdə tutulmadığı müəyyən edilmişdir.

38. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, iddiaçıya təhvil verilmiş müəyyən inventarlar onun özünün sifarişi ilə dəyişdirilmişdir, bəzi inventarların ölçüsündə isə yenə də iddiaçının sifarişi əsasında dəyişiklik edilmişdir. Məhz buna görə də iddiaçının bu müddət ərzində qəbul edilmiş mallarla bağlı hər hansı iradı və pretenziyası olmamışdır.

39. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, satılmış malların dəyəri müqavilə ilə razılaşdırılmış qiymət üz rə ödənilməli olduğundan (müqavilə azadlığı prinsipi) iddiaçının həmin malları yenidən qiymətləndirərək ödədiyi vəsaitin bir hissəsinin qaytarılmasına dair iddiasının qanuni əsası yoxdur. Bundan əlavə, MM-nn 578, 580 və 634-cü maddələrinə əsasən alqı-satqı müqaviləsi üzrə miqdar və çeşid (ölçü, model və s) haqqında şərtlərin pozulduğu halda alıcı bu halları ağlabatan müddət ərzində aşkar edərək satıcıya bu barədə bildiriş göndərməli idi. Hazırkı halda təhvil verilmiş inventarların əksər hissəsinin mebel əşyaları olması və həmin əşyaların sifarişə uyğun olmadığının yoxlanılması üçün uzun müddət tələb olunmadığı nəzərə alınarsa iddiaçının iddia etdiyi pozuntuların (miqdar, çeşid) 1 il 6 aydan sonra aşkar edilməsi MM-nin müvafiq normalarının tələbləri baxımından ağlabatan müddət hesab edilmir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə almışdır ki, satınalan təşkilatın ödənişi həyata keçirilənədək satın aldığı malların müqavilə şərtlərinə və digər tələblərə uyğunluğunu yoxlamaq vəzifəsi eyni zamanda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 40.2-ci maddəsinin tələbindən irəli gəldiyi halda iddiaçının bu vəzifəyə əməl etməməsinə görə məsuliyyət cavabdehin üzərinə qoyula bilməz.

40. Məhkəmə qeyd etmişdir ki, iddiaçının özü tərəfindən təqdim edilmiş “X3 və Ekspertiza Mərkəzi” MMC-nin rəyi ilə də təsdiq edilmişdir ki, iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmayan inventarlar təqdim edilmiş, həmin inventarların dəyəri cavabdehə ödənilməmiş, o cümlədən müqavilədə nəzərdə tutulmamış inventarlarla bağlı tərəflərin bir-birinə ağlabatan müddət ərzində qarşılıqlı pretenziyaları olmamışdır. Bu da belə qənaətə gəlməyə əsas vermişdir ki, müqavilə üzrə cavabdehin iddiaçıya təhvil verməli olan inventarların bir hissəsinin dəyişdirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında baş vermişdir.

41. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı alıcı olaraq ağlabatan müddət ərzində iddia edilən pozuntularla bağlı satıcıya pretenziya, o cümlədən qüsurlarla bağlı müqavilənin 18.1-ci bəndinə uyğun qarşı tərəfə dərhal yazılı bildiriş göndərmədiyindən, 1 il 6 ay sonra bu hallara istinad etməklə ödədiyi vəsaiti geri tələb etmək hüququ istisna olunur.

42. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında təhvil-təslim aktı tərtib edilməsə də, iddiaçı tərəf özü “X3 və Ekspertiza Mərkəzi” MMC-nin 2 021-ci il 30 dekabr tarixli rəyində sadalanmış malların təhvil verildiyini qəbul etdiyindən cavabdehin malların təhvil verildiyini (öhdəliyin icra edildiyini) sübut etmək vəzifəsi aradan qalxmış olur. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Malların təqdim edilməsi təhvil-təslim aktı ilə rəsmiləşdirilməsə də, cavabdeh tərəfindən iddiaçıya elektron qaimələr göndərilmiş, iddiaçı həmin qaimələr üzrə malların təqdim edildiyinə etiraz etməmiş, həmin qaimələrə istinad etməklə ödənişlər həyata keçirmişdir. Elektron qaimələr üzrə təhvil verilmiş malların bir ildən sonra yerində aşkar edilməməsinə görə məsuliyyət isə cavabdehin üzərinə qoyula bil məz.

43. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, satınalma müqaviləsində 339.764,48 manat dəyərində mal təqdim edilməsi nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən 299.998,48 manat təqdim edilməsinə məhkəmə tərəfindən hüquqi qiymət verilməməsi pozuntu hesab edilə bilməz. Belə ki, iddiaçı bu əsasla müqaviləni 2020-ci ildə ləğv edərək cavabdehin razılaşdırılmış miqdarda təqdim etmədiyi malları qəbul etməkdən imtina etmək hüququ olduğu halda müqavilə ləğv edilməmiş, mallar qəbul edilərək istifadə edilmişdir. Hazırkı mübahisə dəyəri iddiaçı tərəfindən ödənilməmiş və təhvil verilməmiş mallarla bağlı deyil, dəyəri ödənilmiş və elektron qaimələr əsasında təhvil verilmiş mallarla bağlı yarandığından bu məsələ məhkəmə baxışının predmeti olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən hər hans ı maddi və prosessual pozuntuya yol verildiyi müəyyən olunmamışdır.

44. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni MM-nin 425.1, 448.1, 578.1, 578.2, 578.3, 580.4, 595.1, 595.2, 595.3, 598.1, 604, 634.2 və 634.3-cü maddələrinə; “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 40-2-ci maddəsinə istinadla əsaslandırmışdır.

45. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri:

46. MM-in 595.3-cü maddəsinin tələbləri pozulmuşdur-apellyasiya instansiya məhkəməsinin qətnaməsində bir daha bildirişlərin gec verildiyini, əslində isə “ağlabatan müddətdə” verilməli ol duğunu, bununla da inventarın dəyişdirilməsinin tərəflərin qarşılıqlı razılığı əsasında baş verməsini vurğulamışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi maddi normanı düzgün tətbiq etməmişdir. Məhkəmə MM-nin 595.3-cü maddəsini tətbiq etməli idi. İnventar cavabdeh tərəfindən özbaşına dəyişdirilmiş, bir hissəsi artıq gətirilmiş, bir hissəsi isə əskik olaraq iddiaçıya təqdim olunmuşdur. Əgər həqiqətən də, inventar iddiaçının razılığı ilə dəyişdirilmişdirsə, onda niyə indiyə kimi tərəflər arasında təhvil-təslim aparılmamış, müvafiq akt imzalanmamışdır? Dəyişikliyə razı olan tərəflər arasında niyə mübahisə yaranmalı idi? Həmçinin iddiaçı ali təhsil müəssisəsidir və alınmış inventar təhsil alanlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə 2020/2021-ci tədris ilinin başla nmasına 2 aydan da az müddətin qalmasını nəzərə alıb, iddiaçının tədris ilinin başlanma prosesini pozmamaq üçün cavabdeh ilə yaranmış mübahisəni məhkəmədən kənar qaydada həll olunması cəhdini anlayışla qəbul etməli idi. Danışıqların heç bir nəticə vermədiyinə əmin olduqdan sonra, iddiaçı qarşı tərəfə haqsız olmasını sübut etmək üçün mütəxəssis rəyini almış, həmin rəy iddiaçıya təqdim olunduqdan təxminən 2 ay sonra, cavabdehə rəsmi bildiriş göndərmişdir. Təbii ki, cavabdeh, təqdim etdiyi inventar malların bağlanmış müqavilənin şərtlərinə uyğun olmamasını bilirdi. Çünki, təqdim olunan malların ölçülərinin, sayı, çeşidi, keyfiyyətinin uyğun olmaması faktı gözlə görünən bir hal idi. Məhkəmə cavabdeh tərəfin qüsurlu və bağlanmış 2020-ci il 5 may tarixli *** saylı müqavilənin tələblərinə cavab v erməyən inventarın təqdim olunma faktını nəzərə almalı və MM-in 595.1-ci maddəsini deyil, 595.3cü maddəsini tətbiq etməli idi.

47. MPM-in 79.3 və 88-ci maddələrinin tələbləri pozulmuşdur-məhkəmə mütəxəssis rəyinə istinad edərək bəzi inventarların yerində aşkar edilmədiyini, ölçülərinin sifarişə uyğun gəlmədiyini, yerində aşkar edilmiş bəzi inventarların isə müqavilədə nəzərdə tutulmadığını qeyd etmişdir. Buna baxmayaraq, məhkəmə cavabdehin arqumentləri ilə razılaşaraq, mütəxəssis rəyində göstərilən faktlara göz yummuşdur. Həm də iddiaçı tərəfin təqdim etdiyi rəyə əsaslanaraq, məhkəmə cavabdehin mövqeyini bir növ müdafiə etmişdir. Məhkəmə obyektiv araşdırmanın aparılması üçün ən azı qeyd olunan prosessual normaları təbiq etməli idi. Məhkəmə MPM-in 79.3-cü maddəsinin tələbləri qaydasında, rəyi tərtib edən mütəxəssisi dəvət etməli və proses iştirakçıları tərəfindən sualların verilməsi üçün şərait yaratmalı idi. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassaiya baxışının hədləri

49. İş üzrə iddiaçı tərəfindən apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində MPM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq, məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

50. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə a lınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

448. Öhdəliklərin icra edi lməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə

578. Əşyaların miqdarı haqqında şərtin pozulmasının nəticələri 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 578.2. Əgər satıcı alıcıya alğı-satqı müqaviləsində nəzərdə tutulan miqdardan çox əşya verərsə, alıcı bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutul an qaydada satıcıya bu barədə bildiriş verməlidir. Satıcı alıcının bildirişini aldıqdan sonra ağlabatan müddətdə əşyaların müvafiq hissəsinə dair sərəncam verməzsə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bütün əşyaları qəbul edə bilər. 578.3. Alıcı alğı-satqı müqaviləsində göstərilən miqdardan çox əşyanı qəbul etdikdə, əlavə qəbul edilmiş əşyalar, əgər tərəflərin razılaşması ilə ayrı qiymət müəyyənləşdirilməyibsə, müqaviləyə uyğun qəbul edilmiş mal üçün müəyyənləşdirilmiş qiymətlə ödənilir. “Maddə

580. Əşyaların çeşidi haqqında şərtin pozulmasının nəticələri.... 580.4. Alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin....” “Madd ə

595. Alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi haqqında satıcıya bildiriş verilməsi 595.1. Alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2. Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və y a komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3. Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alqı-satqı mü qaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir....” “Maddə

604. Oxşar müqavilələr Hazırlanmalı və ya istehsal edilməli malların göndərilməsinə dair müqavilələr, əgər sifarişçi həmin malların hazırlanması və ya istehsalı üçün zəruri materialların mühüm hissəsini göndərməyi öz öhdəsinə götürürsə, habelə əgər mal göndərən tərəfin vəzifələrinin daha böyük hissəsi işlərin görülməsindən və ya başqa xidmətlərin göstərilməsindən ibarət deyildirsə, alğı-satqı müqavilələrinə bərabər tutulur....” “Maddə

634. Alıcı tərəfindən malların qəbul edilməsi.... 634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıc ı bildiriş vermədikdə, mal qəbul olunmuº hesab edilir. 634.3. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir.

52. Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə 40-2. Satınalma müqaviləsinin şərtlərinin icrasına nəzarət Satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqc adan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1ci maddəsi) 55. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə gör ə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

56. İddiaçının kassasiya şikayətinin maddi hüquq normalarının pozulması ilə bağlı dəlilləri eyni zamanda apellyasiya şikayətinin dəlillərini təşkil etmişdir. Məhkəmə kollegiyası iddia tələbi və şikayətin həmin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə (bax bu qərarın 39-43-cü bəndləri) və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə razılaşır, həmin qiymətləndirmənin təkrarən qeyd edilməsinə zərurət görmür.

57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mübahisəli hüquq münasibətinə tətbiq edilən maddi hüquq normaları ilə yanaşı, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apell yasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti isə təmin edilməməlidir.

59. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 20 sentyabr tarixli 2-2(103)-672/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.M.Məmmədli İ.Ə.Şəfiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar