Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-260/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının iddiaçı "xxxx" MTK-nın Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, pul və qeyriyaşayış sahəsindən çıxarılma” barədə ilk, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi və qanunsuz arakəsmənin sökülməsi” barədə qarşılıqlı tələblə rinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(103)-136/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MTK (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən cavabdehə 329.994 manat kompensasiya ödənilməsi və cavabdeh tərəfindən aldatma yolu ilə iddiaçı arasında bağlanmış 2018-ci il 26 yanvar tarixli *** nömrəli müqavilənin etibarsız hesab edilməsi, cavabdehin iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi inşa etdiyi çoxm ənzilli yaşayış binasının 2-ci blokun, 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehdən əsassız varlanma nəticəsində əldə etmiş olduğu 185.000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizə ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək dəymiş ziyanın əvəzinin ödənilməsi, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh ilə iddiaçı arasında bağlanmış 2018-ci il 26 yanvar tarixli *** nömrəli müqavilənin tələblərinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin iddiaçıya vurmuş olduğu zərərin ə vəzi olaraq 111.500 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, həmin müqavilə üzrə cavabdehin iddiaçıya təhvil vermiş olduğu ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahənin hündürlüyü hesabına hündürlüyün bölünməsi nəticəsində tikilmiş, tikinti layihəsində nəzərdə tutulmayan, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2022-ci il 21 iyun tarixli 2(008)146/2022 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin ediməsi, tərəflər arasında bağlanmış 2018-ci il 26 yanvar tarixli müqavilənin etibarsız hesab olunması, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur (hakim Ə.Səmədov).
4. İlk iddia üzrə cavabdeh həmin qə tnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunduğu hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2022-ci il 21 dekabr tarixli 2(103)-6861/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən-məruzəçi hakim Ş.Məhərrəmova, hakimlər M.Məmmədov və R.Həsənov).
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
7. Ali Məhkəmənin Kommersiya kollegiyasının 2023-cü il 6 mart tarixli 2(102)1244/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 16 avqust tarixli 2-2(113)-2877/2023 nömrəli qərardadı ilə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində icraata cəlb olumuşdur (hakim Ü.Həsənova).
9. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 6 oktyabr tarixli 2-2(113)-2877/2023 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia qismən-cavabdehdən 6.500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır (hakim Ü.Həsənova).
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun qismən-qarşılıqlı iddia tələbinin təmin olunmadığı hissədə ləğv və qa rşılıqlı iddia tələbinin tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən-ilk iddianın təmin edilməməsi hissəsində ləğv, ilk iddia tələbinin tam təmin olunması, qarşılıqlı iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti rədd edilmiş, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv olunmaqla ilk iddia üzrə cavabdehin iddia tələ bi təmin olunmadığı hissədə qismən təmin edilərək, ilk iddia üzrə iddiaçıdan cavabdehin xeyrinə 5.540,64 manat məbləğində pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim V.Baxışova, hakimlər R.Qurbanov və Z.Şirinov).
13. İlk iddia üzrə iddiaçı və cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermişlər.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2025-ci il 24 yanvar tarixli 2-2(102)111/2025 nömrəli qərardadı ilə qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti həmin şikayətin Azərbaycan Respublikası MPM-in 405 və 408-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il 17 fevral t arixli e-2-2(103)-136/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
16. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
17. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini 2024-cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsinin «Elektron Məhkəmə Sistemi»ndə şirkətin elektron kabinetinə hansı tarixdə yerləşdirilməsi barədə rəsmi məlumatın olmaması səbəbindən, qətnamənin əldə edilmə tarixini yalnız 2024-cü il 17 oktyabr tarixində s istemdə görünən bildiriş əsasında müəyyən etmişdir. Bununla belə, Ali Məhkəmənin qərardadında qətnamənin iddiaçının nümayəndəsi Nümayəndə2 elektron kabinetinə 2024-cü il 11 oktyabr tarixində yerləşdirildiyi qeyd edilmişdir. Lakin proses iştirakçısı iddiaçı olduğundan, qərarın birbaşa şirkətin elektron kabinetinə göndərilməsi tələb olunurdu. Bundan əlavə, 2024-cü il 13 dekabr tarixdə vəkil kassasiya şikayətini təqdim etmək məqsədilə «Elektron Məhkəmə Sistemi»ndə müvafiq qeydiyyatını təmin etmək üçün Bakı Apellyasiya Məhkəməsinin qaynar xəttinə dəfələrlə müraciət etmiş, yalnız 2024-cü il 16 dekabr tarixində sistemə əlavə olunduqdan sonra şikayət təqdim olunmuşdur. Bu prosesdə yaranan texniki gecikmələr və sistemdəki qeyri-müəyyənliklər şikayətin vaxtında təqdim edilməsinə mane olmuşdur. Kass asiya şikayətinin geri qaytarılması barədə Ali Məhkəmənin 2025-ci il 24 yanvar tarixli 2-2(102)-111/2025 nömrəli qərardadı yalnız 2025-ci il 4 fevral tarixində «Elektron Məhkəmə Sistemi»ndə əks olunmuşdur. Bu səbəbdən, hüquqlarının bərpası üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(103)-136/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair ərizə təmin edilməmiş və apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır (sədrlik edən-məruzəçi hakim T.Mahmudova, hakimlər Z.Şirinov və L.Əliyeva).
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, 2024cü il 2 oktyabr tarixli 2-2(103)-136/2024 nömrəli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2024-cü il 11 oktyabr tarixində saat 16:56-da iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə2 məxsus elektron kabinetə yerləşdirilmişdir. İddiaçının kassasiya şikayəti 16 dekabr 2024-cü il tarixində məhkəməyə daxil olmuşdur.
20. Bu baxımdan məhkəmə belə qənaətə gəlmişdir ki, şikayət etmə müddəti iddiaçıya münasibətdə 12 dekabr 2024-cü il tarixdə bitdiyi halda, kassasiya şikayəti 4 gün ötürülməklə verilmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 75.2-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada nümayəndənin səlahiyyətinə xitam verildikdə, işdə iştirak edən şəxs dərhal bu barədə məhkəməyə məlumat ve rməli, yaxud çıxmış nümayəndəni başqası ilə əvəz etməlidir. Hazırki halda nümayəndənin səlahiyyətinə xitam verilməsi barədə məlumat daxil olmamışdır.
22. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə 2024-cü il 2 oktyabr tarixli 22(103)-136/2024 nömrəli qətnaməsi iddiaçının səlahiyyətli nümayəndəsinə məxsus elektron kabinetdə yerləşdirilmiş və ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır.
23. Həmçinin, işdən görünür ki, Nümayəndə2 birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı iddiaçını təmsil etmiş, eyni zamanda qətnamənin qəbul edildiyi məhkəmə iclasında da iştirak etmişdir. Göründüyü kimi Nümayəndə2 iddiaçının səlahiyyətli nümayəndəsi kimi təmsil etməkdə davam etmiş və apellyasiya baxışı zamanı da bütün məhkəmə sənədləri onun elektron kabin etinə yerləşdirilərək, ona bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılmışdır. Həmin nümayəndə və vəkilin qətnamə barədə ərizəçiyə məlumat verməməsi müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilə bilməz.
24. Əks halda istənilən tərəf eyni əsaslara istinad edərək, buraxılmış prosessual müddətin bərpa edilməsinə nail olar. Bu isə prosessual müddət institutunun mahiyyətini heçə endirməklə yanaşı hüquqi müəyyənlik prinsipinə ziddiyyət təşkil edir.
25. Məhkəmə hesab etmişdir ki, hazırki nümayəndə və Vəkil1 elektron kabinetə gec daxil edilməsi ilə bağlı dəlilləri də əsassızdır, çünki əvvəlki işlərdə də kassasiya şikayətləri onun elektron kabinetindən təqdim edilmişdir.
26. Beləliklə apellyasiya məhkəməsi hesab etmişdir ki, müddətin buraxılması üzrlü səbəbdən baş verməmişdir və onun bərpası üçün hüquqi əsas mövcud deyil.
27. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və onun tərəfindən apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi üzrə - hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu zaman yalnız birinci instansiya məhkəməsində deyil, həmçinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində də hüquqların müdafiəsi nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin 2003-cü il 25 fevral tarixli qərarında da bu prinsip təsdiqlənmişdir. Qərarda qeyd olunur ki, hər kəsin məhkəməyə şikayət etmək hüququ onun məhkəmə müdafiəsi hüququndan irəli gəlir və bu hüquq demokratik cəmiyyətin əsas prinsiplərindəndir. Hazırkı halda apellyasiya məhkəməsinin kassasiya şikayətini geri qaytarması nəticəsində iddiaçı məhkəmə müdafiəsi hüququndan məhrum edilmiş və maddi və prosessual hüquq normalarının kassasiya instansiyasında araşdırılması imkanından məhrum olmuşdur. Bu hal, Konstitusiyanın 60-cı maddəsi ilə təmin edilmiş hüquq müdafiəsinin pozulması kimi qiymətləndirilməlidir.
29. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi üzrə - hər bir hüquqi və ya fiziki şəxs öz hüquq və azadlıqlarını dövlət orqanlarında və digər təşkilatlarda müdafiə etmək hüququna malikdir. Məhkəmə, kassasiya şikayətinin verilməsi müddətinin bərpası b arədə ərizəni təmin etməməklə və Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 2 oktyabr tarixli qətnaməsindən verilmiş kassasiya şikayətini geri qaytarmaqla, iddiaçının hüquqlarının müdafiəsinə dövlət tərəfindən verilmiş təminat hüququnu pozmuşdur. Beləliklə, qətnamə Konstitusiyanın 26-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların qorunması prinsipinə ziddir və iddiaçının məhkəmə müdafiəsi imkanlarını məhdudlaşdırır.
30. MPM-in 135.8-ci maddəsi üzrə - kommersiya mübahisələri üzrə məhkəmə sənədləri proses iştirakçılarının öz elektron kabinetinə yerləşdirilməli və bildiriş göndərilməlidir. Lakin iddiaçının elektron kabinetində qətnamənin yerləşdirilməsi barədə heç bir məlumat olmamış, yalnız 2024-cü il 17 oktyabr tarixində ümumi bildiriş qeydə alınmışdır. Bundan əlavə, MPM-in 50.1 və 50.2-c i maddələrinin tələblərinə zidd olaraq, məhkəmə sənədi proses iştirakçısı olan iddiaçının öz kabinetinə deyil, nümayəndənin kabinetinə yerləşdirilmişdir. Halbuki, qətnamə birbaşa tərəfin özünə təqdim edilməli idi. Eyni zamanda, vəkil 2024-cü il 13 dekabr tarixində elektron sistemdə işə əlavə olunmadığı üçün kassasiya şikayətinin verilməsi gecikmişdir və yalnız 2024-cü il 16 dekabr tarixində əlavə edildikdən sonra şikayət təqdim edilmişdir. Qətnamə isə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
31. MPM-in 14.1 və 133.1-ci maddələri üzrə-məhkəmə iddiaçının elektron kabinetinə qətnamənin yerləşdirilib-yerləşdirilməməsini, vəkil müraciəti ilə bağlı məsələləri və vəkilin sistemə gec əlavə olunmasının səbəblərini araşdırmamışdır. Bundan əlavə, üzürlü sə bəbdən buraxılmış müddət çox qısa olsa da, onun bərpası barədə müraciət obyektiv tədqiq edilməmişdir. Ali Məhkəmə kassasiya şikayətinin geri qaytarılması barədə qərarı yalnız 2025-ci il 4 fevral tarixində elektron sistemə yerləşdirmiş, bundan sonra isə iddiaçı prosessual müddətin bərpası üçün məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi cəmi 4 günlük (əslində 1 günlük) gecikməni əsas gətirərək müddətin bərpasını təmin etməmiş və kassasiya şikayətini geri qaytarmışdır. Halbuki, məhkəmə vəkili vaxtında sistemə əlavə etsəydi, bu gecikmə yaranmazdı. Belə qısa müddət üçün kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ədalətsiz olmaqla iddiaçının kassasiya instansiyasında iştirak və hüquqlarını müdafiə etmək imkanını məhdudlaşdırır. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
34. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiym ətləndirilməməlidir. Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması... 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.”... 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi təl əb oluna bilməz. “Maddə
128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.... 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.” “Maddə
129. Prosessual müddətlərin qurtarması 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır....” “Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.... 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.” “Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir....” “Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsi ndə sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.6. “El ektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır....” “Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:... 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlill ərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, həmin məhkəmənin 2024-cü il 2 oktyabr tarixli qətnaməsi İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə elan olunmuş, Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə uyğun olaraq 2024-cü il 11 oktyabr tarixdə, saat 16:56-da ona məxsus şəxsi elektron kabinetə yerləşdirilmiş, 2024-cü il 16 dekabr tarixdə iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir.
38. İddiaçı prosesual müddətin bərpasına dair ə rizəsində və kassasiya şikayətində prosessual müddətin ötürülməsinin səbəbi kimi iki hala-1) məhkəmə aktının iddiaçının öz kabinetinə deyil, nümayəndənin kabinetinə yerləşdirilməsinə, 2) onun hüquqlarını müdafiə etdiyi vəkilin elektron sistemə əlavə olunması barədə 2024-cü il 13 dekabr tarixili müraciətinin yalnız 2024-cü il 16 dekabr tarixində cavablandırılması səbəbindən şikayətin həmin vaxt təqdim edilməsinə əsaslanmışdır.
39. Məhkəmə kollegiyası, Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2-2(102)111/25 saylı, 2025-ci il 24 yanvar tarixli qərardadında iddiaçının istinad etdiyi birinci halı üzrə qiymətləndirmənin artıq aparıldığını nəzərə alaraq, həmin halı ötürülmüş prosessual müddətin bərpası üçün əsas hesab etmir.
40. Məhkəmə kollegiyası iddiaçının, onu təmsil edən vəkilin elektron sis temə əlavə olunması barədə 2024-cü il 13 dekabr tarixli müraciətinin yalnız 2024-cü il 16 dekabr tarixində cavablandırılması səbəbindən şikayətin həmin vaxt təqdim edilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin 2024-cü il 2 oktyabr tarixli qətnaməsi 2024-cü il 11 oktyabr tarixində iddiaçının səlahiyyətli nümayəndəsinin elektron kabinetə yerləşdirildiyindən və 2 aylıq müddət 12 dekabr 2024cü il tarixində bitdiyindən, 2024-cü il 13 dekabr tarixində elektron kabinetə əlavə olunma barədə ərizə ilə müraciət edilən zaman kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq müddət ötürülmüşdür. 41. “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara v ə vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Kons titusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il 8 may tarixli Qərarı).
42. Məhkəmə kollegiyası MPM-nin 133-cü maddəsinin tələblərini (bax yuxarıda § 35) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarındakı hüquqi mövqeləri nəzərə alaraq qeyd edir ki, tərəflərin elektron kabinetində məhkəmə qərarının proses iştirakçılarına təqdim edilməsinə dair 2024-cü il 17 oktyabr tarixli bildiriş yerləşdirilməsini, iddiaçıda məhkəmə aktının da həmin tarixdə təqdim edilməsi təəssüratını yaratması da prosessual müddətin ötürülməsi üçün üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən prosessual müddətin bərpasına əsas olan sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim olunmadığından, həmin məhkəmənin gəldiyi nəticə MPM-nin 133-cü maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il 8 may tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur (bax yuxarıda § 19-26 ). Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı qəbul edilərkən, onun ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 19 fevral tarixli 2-2(103)-136/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy