Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-261/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının cavabdeh Açıq Səhmdar Cəmiyyətə qarşı iş üzrə QƏRARI Açar sözlər: sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi 08.06.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı və onun vəkili cavabdeh ASC-nin nümayəndəsi və vəkilinin iştirakı ilə, İddiaçı cavabdeh ASC-yə qarşı “sığorta ödənişinin və dəbbə pulunun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı tərəfindən Bakı Ap ellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-50/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İşin materiallarında olan BA seriyalı, 792439 saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin surətinə əsasən ünvan 1-də yerləşən “X” kafesi (bundan sonra – “Kafe”) 29.274 manat məbləğində ASC (bundan sonra – “ASC”) tərəfindən 2017-ci il 12 sentyabr tarixindən 2018ci il 11 sentyabr tarixinə qədər sığortalanmışdır və 300 manat azadolma məbləği nəzərdə tutulmuşdur.
2. İşin materiallarında olan 2018-ci il 10 avqust tarixli yanğın aktından göründüyü kimi, Kafedə 2018-ci il 4 avqust tarixində yanğın baş vermiş və əmlak yanaraq məhv olmuşdur.
3. İşin materiallarında olan ASC-nin rəhbərliyin ə ünvanlanmış 2018-ci il 20 avqust tarixli məktubda daşınmaz əmlaka sığorta hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığortalı iddiaçıya (bundan sonra – “iddiaçı”) 29.274 manat sığorta ödənişinin edilməsi xahiş olunmuş, ödənişinin edilməyəcəyi təqdirdə sığorta ödənişi və hər gecikdirilən gün üçün sığorta ödənişi məbləğinin 0,1%-i həcmində dəbbə pulunun ödənilməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
4. İşin materiallarında olan yanğın hadisəsinin istintaqı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 9 yanvar tarixli 23641 nömrəli ekspert rəyinin nəticə hissəsində yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri təqribən 7.166 manat məbləğində müəyyən olunmuşdur.
5. İşin materiallarından görünür ki, ASC-nin iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2019-cu il 22 may tarixli 2(006)-2728/2019 saylı qətnaməsi ilə təmin edilmiş, ASC ilə iddiaçı arasında bağlanmış 2017-ci il 11 sentyabr tarixli BA792439 saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi qət olunmuşdur.
6. İşin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il 22 may tarixli 2(006)-2728/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.
7. İşin materiallarından görünür ki, Azərb aycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 29 iyun tarixli 2(102)-2051/2020 saylı qərarı ilə ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (VÖEN **********) 2018-ci il 9 oktyabr tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, daha sonra 2020-ci il 21 avqust tarixində iddia tələbini dəyişdirərək ASC-dən 29.274 manat sığorta ödənişinin, hər gecikdirilmiş 718 gün üçün 0,1 faiz həcmində hesablanmış 21.018,70 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 50.322,70 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi yuxarıda §§ 1-3-də göstərilən hallarla əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, sığorta hadisəsi barədə şirkətin əməkdaşlarına məlumat verilməsinə, bütün sənədlər təqdim edilməsinə baxmayaraq sığorta ödənişi həyata keçirilməmiş, ümumiyyətlə bununla bağlı müsbət və ya mənfi münasibət bildirilməmiş, ASC-yə görə iddiaçının sahibkarlıq fəaliyyəti iflic olmuşdur.
10. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 934.1, 934.2-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta Qanunu”) 35.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 30 yanvar tarixli 2-2(81)-244/2019 saylı qərardadı ilə iş üzrə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) 2018-ci il 4 avqust tarixində baş vermiş yanğın hadisəsi zamanı Kafeyə ziyan dəymişdirmi? 2) Əgər ziyan dəymişsə, məbləği nə qədər təşkil edir? 12. 2019-cu il 26 aprel tarixli 5000 saylı ekspert rəyində göstərilmişdir ki, Kafenin yanması nəticəsində tikiliyə ziyan dəymiş və dəymiş ziyanın aradan qaldırılmasına sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləğinin 31.475,60 manat olduğu müəyyən edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 31 avqust tarixli 2-2(113)-49/2020 saylı q ətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 28.974 manat məbləğində sığorta ödənişi, 2.500 manat məbləğində dəbbə pulu olmaqla ümumilikdə 31.474 manat məbləğində pul vəsaitinin ASCdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul vəsaitinin ASC-dən tutularaq iddiaçıya ödənilməsi, ekspertizanın keçirilməsinə xərclənmiş 50 manat məbləğində pulun ASC-dən tutularaq müvafiq hesaba köçürülməsi qət edimişdir (hakim – F.Qasımov).
14. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
15. İşin faktiki halları ilə müəyyən olunmuşdur ki, Kafe ASC tərəfindən 2017-ci il 12 sentyabr tarixindən 2018-ci il 11 sentyabr tarixinə qədər 29.274 manat məbləğində sığortalanmış, müqavil ənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermiş, lakin ASC tərəfindən üzərinə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, sığortalı tərəfinə ödənişlər edilməmişdir.
16. Buna görə də sığorta şəhadətnaməsində qeyd olunan 300 manat azadolma məbləği 29.274 manat sığorta ödənişindən çıxılaraq 28.974 manat məbləğində pul vəsaiti ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. 17. 28.974 manat əsas borca 21.018,70 manat dəbbə pulunun hesablanması əsassızdır. Dəbbə pulunun miqdarı azaldılaraq 2.500 manat müəyyən edilməlidir.
18. Məhkəmə bu qənaətini MM-in 467, 883.1, 888.2, 889.1, 889.2, 898.1, 898.2, 899.1, 901.1, 903.1-903.6, 904.1, 904.2, 934.1, 934.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı 2020-ci il 30 sentyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. ASC 2020-ci il 12 oktyabr tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)50/2021 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 31 avqust tarixli e-22(113)-49/2020 saylı qətnaməsi iddianın təmin edildiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək ASC-dən iddiaçının xeyrinə sığorta ödənişi olaraq 18.125,8 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və C.Yusifov).
22. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur.
23. İş materiallarına əlavə edilmiş fotogörüntülərə əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsinin bütün konstruktiv elementləri yanaraq sıradan çıxmış, yalnız mişar daşından ibarət olan arakəsmə divarlar qalmışdır.
24. Təmir xərcləri ilə bağlı iddiaçının təqdim etdiyi lazımi qaydada rəsmiləşdirilməmiş qaimələr və çeklər məhkəmə tərəfindən zərə rin məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edilməmişdir.
25. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi ASC-dən iddiaçının xeyrinə tutulmalı olan sığorta ödənişi məbləğini müəyyənləşdirərkən sığorta müqaviləsinin qismən sığorta şərti ilə bağlandığını nəzərə almamışdır.
26. Hazırkı halda sığorta şəhadətnaməsi üzrə imzalanmış sazişdə 50.000 manat dəyərində olan qeyri-yaşayış sahəsi 29.274 manat dəyərində - əmlakın real bazar dəyərinin 58,54 %-i dəyərində qismən sığorta şərti ilə sığortalanmışdır. Əmlaka dəymiş ziyanın ekspert rəyinə əsasən 31.475,60 manat olduğu nəzərə alınarsa, zərərin sığorta məbləğinin sığorta dəyərinə olan nisbətinin, baxılan halda 58,54 %-nin 18.425,81 manat, iddiaçıya ödənilməli olan sığorta ödənişi məbləğinin isə 300 manat azadolma məbləği çıxıldıqdan sonra 18.125,81 manat olduğu müəyyən edilir.
27. Məhkəmə kollegiyası iş materiallarında olan fotoşəkillərdən yanğın nəticəsində obyektin tam yararsız vəziyyətə düşdüyünün aydın göründüyünü nəzərə alaraq obyektə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğini ağlabatan hesab etmiş, bu səbəbdən işə apellyasiya qaydasında baxılarkən təkrar ekspertiza keçirilməsi barədə ASC-nin vəsatətini təmin etməmişdir.
28. ASC sığorta hadisəsi baş verdikdən sonra 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən ekspert rəyinin qəbul edilməməsi üçün əsaslar mövcud deyil.
29. ASC-nin apellyasiya şikayətində istinad etdiyi yanğın ha disəsinin istintaqı zamanı əldə edilmiş ekspert rəyinin (obyektə dəymiş ziyanın 7.166 manat müəyyən edilməsi barədə) işdəki digər sübutlardan üstün qüvvəsi olmadığından məhkəmə həmin rəyi işdəki digər sübutlarla (yanğından sonra çəkilmiş fotoşəkillər və s.) yanaşı qiymətləndirərək hesab etmişdir ki, yanğın nəticəsində tam yararsız hala düşmüş obyektin təmir və bərpa xərcləri üçün cəmi 7.166 manat tələb olunması ağlabatan olmadığından qeyd edilən rəy ziyanın məbləğinin müəyyənləşdirilməsi zamanı mötəbər sübut kimi nəzərə alına bilməz.
30. İddia sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tutulması hissəsində təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə görə, sığortaçının sığorta ödənişini həyata keçirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qanunda nəzərdə tutul muş bütün sənədlərin təqdim edildiyi tarixdən başlayır. Hazırkı halda iş materiallarına iddiaçı tərəfindən sığortalanmış əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin ASC-yə hansı tarixdə təqdim edilməsi barədə sübut əlavə edilməmişdir. İddiaçı tərəfindən ASC-nin rəhbərliyinə ünvanlanmış 2018-ci il 20 avqust tarixli məktuba qoşulmuş sənədlərin siyahısında da mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı görünür. ASC-nin apellyasiya şikayətində həmin sənədin hazıradək sığorta şirkətinə təqdim edilmədiyi göstərilmiş, iddiaçı isə ASC-nin bu mülahizəsinin əsassız olduğuna dair hər hansı sübut təqdim etməmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini MM-in 896.1, 896.2-ci, Sığorta Qanununun 16.4, 17.1.3, 18.1, 18.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. İd diaçı həmin qətnamədən 2021-ci il 1 may tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
33. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən tətbiq edilməli olan qanunu deyil, tamamilə başqa normativ hüquqi aktı tətbiq edərək MPM-nin 386-cı maddəsinin tələbini pozmuşdur. Belə ki, məhkəmə iddiaçı ilə ASC arasında bağlanmış “Daşınmaz əmlakın icbari sığorta” müqaviləsini qismən sığorta olduğunu hesab etmiş, bununla yanlışlıq edərək Sığorta Qanununun imperativ normaları olan 39.4 və 41-ci maddələrinin əvəzinə, MM-in 896-cı maddəsi ni tətbiq etmişdir. Həmin Qanunun 39.4-cü maddəsinə görə, sığorta məbləği sığortalanmış əmlakın bazar dəyərindən az olduğu zaman (hazırkı işdə olduğu kimi: əmlakın dəyəri 50.000, sığorta məbləği isə 29.274 manatdır) sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Belə xüsusi norma ilə tənzimləmə olduğu üçün MM-in 896-cı maddəsini burada tətbiq etmək mümkün deyildir. Azərbaycan Respublikası Maliyyə Bazarlarının Nəzarət Palatası tərəfindən hazırlanmış şablon “Daşınmaz əmlakın icbari sığortası Şəhadətnaməsi”ndə (Seriya BA No:792439) “qismən sığorta” xanası mövcud deyil. Bununla birlikdə, ASC kimi, bəzi sığorta şirkətləri praktikada müştərilərini aldatmaq məqsədi ilə imperativ normalara zidd olan əlavə sazişlər tərtib etdirərək bu icbar i sığortanın “qismən sığorta” olduğunu qələmə verməyə, bununla qanunla üzərlərinə düşən öhdəliklərindən yayınmağa çalışırlar. Bu yolla hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi də yanılmış və yanlış normalar tətbiq etmişdir.
34. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənədin ASC-yə təqdim edilməməsini əsas gətirərək qətnaməni qəbul edərkən dəbbə pulu ilə bağlı iddia tələbini təmin etməmiş, qanunvericilik normalarını pozmuşdur. Halbuki iddiaçı sığorta ödənişi ala bilmək üçün Qanunla tələb olunan bütün sənədləri, o cümlədən sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətini ASC-yə 2018-ci il 20 avqust tarixində də təqdim edib. Qeyd edək ki, ASC-yə həmin sənəd müq avilə bağlandığı 2017-ci il 12 sentyabr tarixində də təqdim olunub.
35. Apellyasiya məhkəməsinin iddiaçının apellyasiya şikayətini təmin etməməsi qanunvericiliyə ziddir. Belə ki, sığorta ödənişi ASC tərəfindən qəsdən və qərəzli olaraq ödənilməmiş, hətta iddiadan imtina etdirmək üçün başqa bir məhkəmədə iddia qaldırmaqla (iddia tələbinin əsassız olduğunu bildiyi halda işi uzatmaq xarakterli) ASC iddiaçının səbrini tükətməyə çalışmışdır, işə baxan birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz olduğu, iddiaçının əmlak mənafelərinə uyğun gəlmədiyi qənaətinə nəyə əsasən gəlməsini əsaslandırmamışdır (hətta ASC tərəfindən dəbbə pulunun tənasübsüz olmasına dair məhkəməyə vəsatət təqdim edilməməsinə baxmayaraq məhkəmə öz mülahizələrinə əsasən ASC-nin əmlak mənafelərinə görə dəbbə pulunun tə nasübsüz olduğu qənaətinə gəlmişdir). Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, sahibkarın uzun müddət ASC-nin qanunsuz və əsassız hərəkətlərinə dözüm nümayiş etdirməsini, mənəvi sarsıntı keçirtməsini, ASC-nin məhkəmə prosesində süründürməçiliyə şərait yaratması hallarına qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməməklə dəbbə pulunu azaltmaqda haqlı olmamışdır. Lakin apellyasiya məhkəməsi bu qanunvericilik pozuntularına əhəmiyyət verməmişdir.
36. Kassasiya şikayəti MM-in 896.1, 896.2-ci, MPM-in 386, 418.1, 418.3-cü, Sığorta Qanununun 1.4, 17.1.3, 18.1, 18.2, 39.3, 39.4, 41-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilm əmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə etdiyini, şikayətin tam əsaslı olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
39. İddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirdi və kassasiya şikayətinin təmin edilməsini xahiş etdi.
40. Məhkəmə iclasında iştirak edən ASC-nin vəkili kassasiya şikayətini qəbul etmədiyini, şikayətin əsassız olduğunu bildirdi. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
41. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
42. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416-cı maddələri).
43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olun ması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
44. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
6. Mülki qanunvericiliyin prinsipləri … 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. …” “Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. …” “Maddə
240. Torpaq sahəsində tikinti 241.1. Torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə
888. Əmlak sığortasının obyekti... 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır....” “Maddə
889. Sığorta marağı 889.1. Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir....” “Maddə 896. qismən sığorta 896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 896.2. Sığorta hadisəsi nəticəsində qismən sığortalanmış əmlakın tam məhv olması halında sığorta məbləği bütünlüklə ödənildikdə, sığorta predmetinin qalıqlarına olan hüquq sığortaçıya sığorta ödənişi məbləğinin sığorta dəyər inə olan nisbətində keçir....” “Maddə
897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur.... 897.4. İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə
898. Azadolma məbləği və gözləmə müddəti 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan his səsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır....” “Maddə
899. Sığorta müqaviləsinin forması 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 899.1-1. Bu Məcəllənin 899.1-ci maddəsində nəzərdə tutulmuş sığorta müqaviləsinin formaları elektron sənəd formasında da bağlana bilər....” “Maddə
901. Sığorta şəhadətnaməsi 901.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməlidir. Bu tələb sığorta müqaviləsinin bu Məcəllənin 899.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bağlandığı hala da şamil edilir....” “Maddə
903. Sığorta haqqı 903.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edil ir. 903.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. 903.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. 903.5. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. 903.6. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir....” “Maddə
904. Sığorta məbləği 904.1. Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyi nin son həddidir. 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. “Maddə
908. Sığorta müqaviləsinin etibarsızlığı 908.1. Əqdlərin etibarsızlığının bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı, sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız sayılır:... 908.1.2. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;...” “Maddə
933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta ha disəsi hesab edilə bilən hadisə ilə bağlı, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər 933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir. 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. Maddə
934. Sığorta ödənişinin verilməsi 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə m üəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.”
45. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
82. Sübut etməkdən azad olmaq üçün əsaslar... 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkə mə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır....” “Maddə
386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.” “Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin....”
46. Sığorta Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
1. Ümumi müddəalar... 1.4. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Qanunla başqa cür müəyyən edilmiş hallar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Maddə
5. Sığortaçı və sığortalı... 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir....” “Maddə
6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmla k sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir.... 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir....” “Maddə
16. Zərərin müəyyənləşdirilməsi... 16.4. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Maddə
17. Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sə nədlər 17.1. İcbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir:... 17.1.3. sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surəti;...” “Maddə
18. Sığorta ödənişinin verilməsi və ya ödənişdən imtina edilməsi müddəti 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsasland ırılmış bildiriş verməlidir. 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.” “Maddə
39. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri... 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat. 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir....” “Maddə
41. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta ödənişi 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
47. İş materiallarını, kassasiya şikayətin dəlillərini hərtərəfli tam və obyektiv surətdə araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)-50/2021 saylı qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
48. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı işdə MM-in 896cı maddəsi tətbiq edilərkən maddi hüquq pozuntusuna yol verildiyinə dair dəlili (bax yuxarıda § 33) ilə razılaşır.
49. Belə ki, MM-in 896, 897.1 və 897.4-cü maddələrinin (bax yuxarıda § 44), habelə Sığorta Qanununun 1.4, 39.4 və 41.1-ci maddələrinin (bax yuxarıda § 46) qarşılıqlı təhlili deməyə əsas verir ki, MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsi mahiyyət etibarilə ümumi normadır. İcbari sığortanın həyata keçirilməsi icbari sı ğorta qanunları, yəni xüsusi normalar ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
50. Ona görə də icbari sığortanın ayrı-ayrı növləri, o cümlədən daşınmaz əmlakın icbari sığortası sahəsində yaranan münasibətlər MM-in ümumi normalarından fərqli qaydalar nəzərdə tutan Sığorta Qanununun müvafiq normaları ilə tənzimlənir.
51. Həmin Qanunun yuxarıda istinad olunan müddəalarına uyğun olaraq, daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.
52. Göründüyü kimi, xüsusi normalar, yəni Sığorta Qanununun müvafiq müddəaları daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə g örə sığorta ödənişinin məbləğləri ilə bağlı ümumi normadan, yəni MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsindən fərqli qayda nəzərdə tutur.
53. Ona görə də, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən MM-in 896-cı maddəsini deyil, Sığorta Qanununun 39.4 və 41.1-ci maddələrini tətbiq etməli idi.
54. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilədə əmlakın qismən sığortasına dair müddəaların nəzərdə tutulmasına gəldikdə isə, məhkəmə kollegiyasının qənaətinə görə, həmin müddəalar qanunvericiliyin tələblərinə zidd olduğundan tətbiq oluna bilməzlər.
55. Belə ki, MM-in 6.2 və 390.1-ci maddələrinə (bax yuxarıda § 44) görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçir irlər, müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
56. Göründüyü kimi, MM ilə mülki hüquq subyektlərinə iradə sərbəstliyinin, müqavilə azadlığının verilməsi qanunun tələblərinə zidd olan müqavilə bağlanması ilə nəticələnə bilməz.
57. Hazırkı işdə isə tərəflər arasında bağlanmış müqaviləyə əmlakın qismən sığortasına dair müddəaların daxil edilməsi Sığorta Qanununun 39.4 və 41.1-ci maddələrinə ziddir, ona görə də tətbiq edilə bilməz.
58. Lakin apellyasiya instansiyası məhkəməsi səhvən MM-in əmlakın qismən sığortasını nəzərdə tutan 896-cı maddəsini tətbiq etdiyindən sığorta ödənişinin həcminin 58,54%-nin azaldılmalı olması barədə yanlış nəticəyə gəlmiş, maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli hüququ tətbiq etməmişdir.
59. Məhkəmə kollegiyası hesab edir ki, kassatorun sığorta ödənişi ala bilmək üçün Qanunla tələb olunan bütün sənədləri, o cümlədən sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətinin ASC-yə təqdim edilməsinə, dəbbə pulunun hesablanmasına dair dəlilləri (bax yuxarıda § 34) də əsaslıdır, apellyasiya instansiyası məhkəməsinin mövqeyi bu məsələdə də qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olmamışdır.
60. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sığortaçının sığ orta ödənişini həyata keçirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qanunda nəzərdə tutulmuş bütün sənədlərin təqdim edildiyi tarixdən başlayır, hazırkı iş materiallarına iddiaçı tərəfindən sığortalanmış əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin ASC-yə hansı tarixdə təqdim edilməsi barədə sübut əlavə edilməmişdir, buna görə də, iddiaçının sığorta ödənişinin gecikdirilməsinə görə dəbbə pulu tutulması barədə tələbi təmin edilə bilməz.
61. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə aşağıdakı səbəblərdən razılaşmır.
62. İşin materiallarından görünür ki, ASC-nin iddiaçıya qarşı tərəflər arasında bağlanmış hazırda mübahisə predmeti olan 2017-ci il 11 sentyabr tarixli BA792439 saylı sığorta müqaviləsinin bağlandığı andan etibarsız hesab edil məsi tələbinə dair iddia ərizəsi Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2019-cu il 22 may tarixli 2(006)-2728/2019 saylı qətnaməsi ilə təmin edilmişdir.
63. Lakin həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi ilə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir.
64. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 29 iyun tarixli 2(102)-2051/2020 saylı qərarı ilə ASC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2(103)-10801/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 65. “Elektron Məhkəmə” informasiya sistemindən götürülmüş həmin məhkəmə aktlarından görünür ki, bu mülki iş üzrə ASC-nin iddia tə ləbi onunla əsaslandırılmışdır ki, məlum yanğın hadisəsi nəticəsində aparılmış araşdırma nəticəsində müvafiq sənədlər tələb edilsə də, mülkiyyət, sərəncam və istifadə hüquqlarının müəyyən edilməsinə dair hər hansı sənəd təqdim olunmamışdır, sığorta müqaviləsi (şəhadətnamə) əmlaka dair sənədlər olmadan sığortalının qanunla və tərəflərin qarşılıqlı razılığı müəyyən edilmiş forma tələblərinə riayət etməməklə, müqavilə bağlamağa ixtiyarı olmayan şəxs tərəfindən bağlanmış, əmlakın mülkiyyətçisi məlum deyil.
66. Həmin mülki iş üzrə MM-in 152.1, 240.1, 908.1.2-ci, Sığorta Qanununun 5.2, 6.1, 6.2, 6.7-ci maddələrinə (bax yuxarıda § 44, § 46 ) və digər hüquq normaların istinad edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il 29 iyun tarixli 2(102)-2051/2020 saylı qərarı nda ifadə edilmiş mövqeyə görə, tikilinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının mülkiyyətində olan torpaq sahəsində kafe inşa etməsi və əmlak mənafelərini icbari sığorta etdirməsi işin mübahisəsiz halıdır. İcbari sığorta müqaviləsi bağlanan zaman tərəflər iradə ifadəsini bəyan edərək əqd bağlamışlar. İcbari sığorta müqaviləsinin bağlanması üçün sığortalının əmlakın mülkiyyətçisi olması tələbi şərt deyildir. Sığortaçı olan ASC sığortalı kimi iddiaçı ilə əqd bağlayarkən onun əmlak mənafeyinin olmasını qəbul etmiş, kafenin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını nəzərə almışdır. İddiaçı sığortalanmış kafenin faktiki sahibidir, o, öz əmlak mənafelərini sığortalamış və onun həmin əmlakla bağlı müqavilə bağlamağa səlahiyyəti üçüncü şəxslər tərəfindən mübahisələndirilməmişdir.
67. Qanuni qüvvəsini almış həmin məhkəmə aktlarına (işin materiallarında bu mülki iş üzrə başqa məhkəmə aktının qəbul olunmasına dair sənəd yoxdur) və MPM-in 82.3-cü maddəsinə (bax yuxarıda § 45) uyğun olaraq, kafenin yerləşdiyi torpaq sahəsinin mülkiyyət hüququ ilə iddiaçıya məxsus olması, iddiaçının həmin sahədə kafe inşa etməsi, əmlak mənafelərini icbari sığorta etdirməsi, habelə icbari sığorta bağlanan zaman tərəflər iradə ifadəsini bəyan edərək əqd bağlaması preyudisial faktlar kimi hazırkı kommersiya işində bir daha mübahisələndirilə və yenidən sübut edilə bilməz.
68. Qeyd etmək lazımdır ki, işin materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən (i/v 66) də görünür ki, Bakı şəhəri, Əzizb əyov rayonu, Mərdəkan qəsəbəsində yaşayış məntəqələri torpaqlarına aid olan və fərdi yaşayış məqsədilə ayrılmış 0,013112 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququ 2009-cu il 2 oktyabr tarixində qeydiyyata alınmışdır.
69. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisə predmeti olan sığorta müqaviləsi (şəhadətnamə) iddiaçı tərəfindən tam hüquqlu subyekt (kafenin faktiki sahibi) kimi imzalanmış və ASC qarşı tərəf kimi həmin müqaviləni imzalayarkən bundan məlumatlı olmuşdur.
70. Sözügedən mülki mübahisə üzrə məhkəmə aktları artıq qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə yeni apellyasiya baxışı zamanı məhkəmə Sığorta Qanununun 18-ci maddəsinə (bax yuxarıda § 46) uyğun olaraq sığorta ödənişinin ödənilməsindən imtina edildiyi gündən ASC-nin iddiaçıya öd əməli olduğu dəbbə pulunun həcmi müəyyən edilməlidir.
71. Göründüyü kimi, dəbbə pulu ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 45) tələblərini pozaraq işdə olan sübutları düzgün qiymətləndirməmiş, habelə MM-in və Sığorta Qanununun yuxarıda qeyd olunmuş normalarının tələblərini nəzərə almamış, nəticədə MPM-in 217.3-cü maddəsinin (bax yuxarıda §45) tələbini pozaraq qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
72. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə maddi və prosessual hüquq pozuntularına yol verərək MPM-nin 217.1-ci maddəsinin (bax yuxarıda § 45) tələblərinə uyğun gəlməyə n qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
73. MPM-in 386, 418.1-418.3-cü maddələrinə (bax yuxarıda § 45) uyğun olaraq tətbiq edilməli olan normativ hüquqi aktın məhkəmə tərəfindən tətbiq edilməməsi maddi hüquq pozuntularından biridir. Maddi hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələndikdə və ya nəticələnə bildikdə qətnamənin ləğv edilməsi üçün əsasdır.
74. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanıla bilməz, buna görə də ləğv edilməlidir.
75. Yeni apellyasiya baxışında, göstərilən nöqsanlar aradan qaldırılmalı, Sığorta Qanunun un 39.4 və 41.1-ci maddələrinin tələblərinə uyğun olaraq ASC-nin iddiaçıya ödəməli olduğu sığorta ödənişinin həcmi, həmin Qanunun 18-ci maddəsinin tələblərinə uyğun olaraq dəbbə pulunun həcmi müəyyən edilməlidir.
76. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 10 fevral tarixli 2-2(103)50/2021 saylı qətnaməsi iddiaçının kassasiya şikayətinə münasibətdə ləğv edilsin. İş yenidən baxılması üçün üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.