Məhkəmə qərarları › İş №2-2(102)-263/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-263/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-263/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin QƏRARİ İddiaçın cavabdehə qarşı iş üzrə Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir 30.07.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu (sədrlik edən) İnzibati kollegiyasının hakimi Nəbizadə Rahib Sahib oğlu və Mülki kollegiyasının hakimi Hüseynov Abiddin Qabil oğlundan ibarət qarışıq tərkibdə, İddiaçının cavabdehə qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 22(113)-153/2020 nömrəli iş üzrə 10.06.2020-ci il tarixli qərardadından cavabdehin verdiyi şikayətə Ali Məhkəməni n binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş maddi ziyana görə 32.790,31 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12.09.2019-cu il tarixli qərardadı ilə (hakim Leyla Əliyeva; iş № e-22(82)-1004/2019) iqtisadi işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsi 31 oktyabr 2019-cu il tarixli e-2-2(81)1325/2019 saylı qərardadla işi icraata qəbul etmiş və məhkəmə baxışına təyin etmişdir. Daha sonra cavabdehin vəkili və nümayəndəsi məhkəməyə aidiyyatın dəyişdirilməsi barədə vəsatət vermişdir. Vəsatətdə işin məhkəmə aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-2(113)-153/2020 saylı qərardadı ilə (hakim:Leyla Əliyeva) İddiaçının cavabdehə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Binəqədi rayon Məhkəməsinə göndərilməsinə dair cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Həmin qərardaddan cavabdeh və onun vəkili və nümayəndəsi şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin 06.07.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndəri lmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) işə baxıldığı dövrdə qüvvədə olmuş 24.2, 26.1, 31.1 və 44.2-ci maddələrinə istinadla belə qənaətə gəlmişlər ki, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər arasında yaranmışdır, ona görə də işə həmin dövrdə mövcud olmuş inzibati-iqtisadi (hazırkı kommersiya) məhkəməsində baxılmalıdır. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işin icraata qəbul edildiyi 12.09.2019-cu il tarixdə qüvvədə olmuş MPMin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə işti rak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məcəllənin 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdehlə 20.07.2017-ci il tarixində 040 nömrəli daşıma müqaviləsi imzalanmışdır. 13.07.2019-cu il tarixində həmin müqaviləyə əsasən 1.852,31 m2 keramogranit yükü onların sifarişi ilə Ağcabədi Asan Həyat Tikintisindən Bakı şəhəri Qaradağ rayonu Sədərək Ticarət Mərkəzinə çatdırılmalı idi. Cavabdehin ünvanına göndərdiyi 06 avqust 2019-cu il tarixli 049 nömrəli məktubdan görünür ki, yük saat 01:50 radələrində çatdırılıb, dayanmadan bir müddət keçdikdən sonra yarımqoşqunun yük yerində yanğın baş vermişdir. Hadisə yerinə FHN-nin yanğınsöndürmə komandası cəlb olunmuşdur. “İddiaçı" MMC-nin əməkdaşı hadisənin baş verdiyi yerdə olmuş və malların yanğın nəticəsində yanaraq, necə yararsız hala düşməsini əks etdirən fotoşəkillər çəkmişdir. Cavabdeh MMC-yə məxsus **-JL-*** dövlət qeydiyyat nişanlı, “Daf” markalı yəhərli dartıcı və **-ZX-*** nömrəli qeydiyyat nişanlı, SCHMİTZ yarımqoşquya yüklənmiş keramogranit malı yerinə çatdırıb təhvil verməmişdir. Həm iddiaçı, həm də cavadeh hüquqi şəxslərdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən qüvvədə olan normaları baxımından hazırkı iş kommersiya məhkəməsinə aid dir. Baxılan iş üzrə şikayət verən cavabdeh şikayətində bildirmişdir ki, iddiaçı iddiasını Bakı Kommersiya məhkəməsinə aidiyyət qaydalarını pozmaqla vermişdir. Əslində iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli idi. Cavabdeh işin kommersiya məhkəməsinə aid olması barədə məhkəmənin yanlış qənaətə gəldiyini bildirsə də, öz mövqeyini düzgün prosessual hüquq normalarına istinadla əsaslandırmamışdır. Cavabdeh şikayətinin dəlilində bildirir ki,iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. Həmçinin hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilməli idi. Məhkəmə kollegiyası şikayətin dəlili ilə razılaşmır və qeyd edir ki, cavabdeh o halda haqlı ola bilərdi ki, i ş mülki iş olsun və iddiaçı fiziki şəxs olsun. Ancaq bu işdə tərəflər hüquqi şəxs olduğundan və mübahisə kommersiya xarakterli olduğundan iş kommersiya işidir. Kommersiya işlərinə isə birinci instansiya qismində rayon məhkəmələrində yox, kommersiya məhkəmələrində baxılır. Heç bir halda məhkəmə aidiyyəti pozulmayıb. Həmçinin MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin tələblərinə görə (403-1.6, 403-1.7, 403-1.8.1-ci maddələr), kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6, 403-1.7 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. İddiaçının cavabdehə qarşı “pul” tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 2-2(113)153/2020 nömrəli iş üzrə 10.06.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar