Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-264/2025 04.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçının Cavabdehə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddiadan imtina olunması, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 dekabr tarixli 2-2(103)-278/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraatda olarkən iddiaçı tərəfindən verilmiş iddiadan imti na barədə ərizə nəzərdən keçirilərək aşağıdakı qərar qəbul edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 17 avqust tarixində Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 149.156 manat əsas borc, ödənişin gecikdirilməsinə görə 7.458 manat faiz borcu, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsinə uyğun olaraq 23.492 manat, hüquqi xidmətlərə görə ödənilmiş 1.600 manat, mediasiya xidmətinə və məhkəməyə müraciət etmək üçün dövlət rüsumuna görə 615 manat olmaqla, cəmi 182.321 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 30 oktyabr tarixli e-2-2(113)- 453 2/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdehdən 149.156 manat əsas borc, 2.000 manat cərimə, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanan 3.623 manat, ödənilmiş mediasiya və hüquqi yardım xərcinə görə 1.115 manat olmaqla, cəmi 155.894 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – Z.Axundova).
3. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmədiyi hissədə qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş et mişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 dekabr tarixli 2-2(103)-278/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - faizlərin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə əsas borc, dəbbə pulu, məhkəmə xərclərinin tutulması və ümumilikdə tutulacaq pul vəsaiti hissəsində dəyişdirilmiş, cavabdehdən iddiaçının xeyrinə tutulacaq əsas borc ƏDV xaric 108.061,55 manat məbləğində, dəbbə pulu 5.400 manat məbləğində, mediasiya xərclərinin və vəkilə çəkilmiş xərclərin əvəzi olaraq tutulacaq pul vəsaiti 1.100 manat (mediasiya xərclərinə görə 400 manat və vəkilə çəkilmiş xərclərə görə 700 manat olmaqla) məbləğində, ü mumilikdə tutulacaq pul vəsaiti isə 114.561,55 manat məbləğində müəyyən edilmişdir (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
6. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir.
7. Kassasiya şikayəti icraata qəbul olunmuş, iş kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxışa təyin edilmişdir. Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarında göstərilmişdir: “… dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.... 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.” “Maddə
261. İcraata xitam verilmə əsasları... 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;...” “Maddə
262. İcraata xitam verilmə qaydası və nəticələri... 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əs aslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir....” “Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.5 apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 261.0.4-cü maddəsinin (bax § 9) tələblərinə əsaslanaraq qeyd olunmasını zəruri hesab edir ki, qanunla iddiadan imtina edil məsi iddiaçının hüququ olaraq müəyyən olunmuşdur. Əgər iddiadan imtina edilirsə, o zaman kassasiya instansiyası məhkəməsi MPM-in 417.1.5-ci maddəsinə (bax § 9) əsasən, iş üzrə icraata xitam verə bilər. MPM-in 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
11. Nəzərə alınmalıdır ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsin dən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli qərarı - bax § 8).
12. O da qeyd olunmalıdır ki, MPM-in 52.5-ci maddəsinin (bax § 9) tələblərinə görə, iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddia çının öz iddiasından imtinasının qəbul edilməməsi üçün hər hansı prosessual əsas mövcud deyildir; bu səbəbdən də həmin imtina qəbul olunmalı və apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi MPM-in 417.1.5-ci maddəsində nəzərdə tutulmuş əsasla ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
14. Şərh edilənlərə əsasən və MPM-in 261.0.4 və 417.1.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 10 dekabr tarixli 2-2(103)-278/2024 nömrəli qətnaməsi ləğv edilsin. Hazırkı iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.