Məhkəmə qərarları › İş №2-2(102)-265/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-265/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-265/2023 31.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “sığorta ödənişinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə iddiaçı və cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(103)-76/2023 saylı qətnaməsindən ve rilmiş kassasiya şikayətlərinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. 2020-ci il 20 sentyabr tarixli “Avtomobil nəqliyyat vasitələrinin kompleks sığorta şəhadətnaməsi”ndən görünür ki, iddiaçının qanuni istifadəsində olan markası, modeli, dövlət qeydiyyat nömrələri Əlavə 1-də qeyd edilmiş nəqliyyat vasitələri cavabdeh tərəfindən sığortalanmış, müqavilədə sığortalı və faydalanan şəxs kimi iddiaçı göstərilmiş, sığorta müddəti 2020-ci il 20 sentyabr tarixindən 2020-ci il 20 dekabr tarixinədək, şərtsiz azadolma məbləği hər bir hadisə üzrə 10000 manat müəyyən edilmişdir. Sığorta riskləri kimi digər risklərlə yanaşı eyni zamanda yol nəqliyyat hadisəsi göstərilmişdir. Şəhadətnamədə sığorta şəhadətnaməsinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbayca n Respublikasının Mülki Məcəlləsinə, “X2 kompleks sığorta Qaydaları”na uyğun hazırlandığı qeyd olunmuşdur. 2. “İnzibati xəta haqqında” AP ******* nömrəli, 2020-ci il 26 oktyabr tarixli protokoldan görünür ki, cavabdeh tərəfindən sığortalanmış 18AB023 dövlət qeydiyyat nişanlı kombaynı yol vərəqəsi əsasında idarə edən X4 2020-ci il 26 oktyabr tarixində saat 19:45-də Sabirabad rayonunda pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sürücününün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı ilə X5 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, sonuncu 2020-ci il 17 yanvar tarixində "xxxx" MMC-nin “MKTSabirabad” filialının traktorçu vəzifəsinə işə qəbul edilmişdir. İşdəki "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 2020-ci il 4 avqust tarixli müqavilədən görünür ki, JD 9970 markalı pambıqyığan kombayn "xxxx" ASC-yə məxsus pambıqyığan kombaynların operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən lizinq verən "xxxx" ASC balansında olan mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə lizinq alanın istifadəsinə verilir. 3. "xxxx" MMC tərəfindən verilmiş 2021-ci il 2 mart tarixli qüsur aktından görünür ki, kombaynın bərpası üçün tələb olunan ehtiyat hissələrinin ümumi məbləği 401.542,12 manat, əlavə xidmətlərin toplam dəyəri 1985 manat, əlavə tələb olunan ehtiyat hissələrinin toplam dəyəri 2.478,68 manat, JD xidmətlərin toplam dəyəri 14.000 manat təşkil edir (ƏDV xaric).

4. İddiaçı 2021-ci il 18 yanvar tarixli və 2021 -ci il 19 aprel tarixli məktublarla cavabdehə müraciət edərək 2020-ci il 26 oktyabr tarixində iddiaçının istifadəsində olan 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın sürücüsünün Hacıqabul-Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirməsi və kombaynın aşması barədə məlumat vermiş və sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş zərərə görə sığorta məbləğinin ödənilməsi xahiş olunmuşdur.

5. Cavabdehin 2021-ci il 16 may tarixli məktubundan görünür ki, 18AB023 dövlət qeydiyyat nişanlı “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombayna dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə xüsusi bilik və təcrübəyə malik olan ekspertlər cəlb olunmuş, nəticədə zərərin aradan qaldırılması üçün 123.000 manat məbləğində pul vəsaitinin tələb olunduğu, hesablanılmış zərər məbləğinə qismən sığorta şərtləri tətbiq olunduğu və azadolma məbləği çıxıldığı halda "xxxx" ASC-nin sığorta ödənişinin verilməsi öhdəliyinin yaranmadığı müəyyən edilmişdir.

6. Cavabdehin məktubunda istinad edilmiş “Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının” ekspert İlqar Zeynalov tərəfindən tərtib edilmiş ekspert rəyi iş materiallarına əlavə edilmiş, rəydə “JOHN DEERE JD 9970” markalı pambıqyığan kombaynın ehtiyat hissələrinə dəymiş zərərin 92.150 manat, bərpası üçün işçilik xidmətlərinin dəyərinin 30.850 manat olduğu qeyd edilmişdir. Qeyd edilən ekspert rəyini tərtib etmiş İlqar Zeynalov 2022-ci il 27 iyul tarixində birinci instansiya məhkəməsinə teleqramla müraciət edərək (2-ci cild 53-cü vərəq) həmin rəyi tərfib edərkən xar ici ölkələrin bazar qiymətlərinə istinad etdiyini, xarici valyutanın konvertasiyası üçün müvafiq orqanlara müraciət etməklə hesablaşa işi aparmaq əvəzinə primitiv üsulla özü hesabladığını, riyazı hesablama səhvlərinə yol verdiyini qeyd edərək hesablama səhvlərinə görə həmin rəyin etibarsız hesab edilməsini xahiş etmişdir. 7. 2021-ci il 12 may tarixli avtonəqliyyat vasitələrinin texniki ekspertizasının rəyindən görünür ki, John Deere 9970 markalı 18AB023 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissələrinə dəymiş zərərin bazar qiyməti 92150 manat, işçilik xidmətləri isə 30850 manat müəyyən olunur. Avtomobilə dəymiş zərər cəmi 123000 manat təşkil edir. 8. "xxxx" MMC tərəfindən verilmiş 2020-ci il 21 dekabr tarixli AZT/X/476 nömrəli JOHN Deere 9970 pambıqyığan kombayna dəymiş zərərin qüsur aktı barədə məktubdan görünür ki, 2020-ci il 4 dekabr tarixində "xxxx" MMC servis mərkəzinə gətirilən qəzalı vəziyyətdə olan John Deere 9970 pambıqyığan kombayn üçün qüsur aktı yazılmasından ötrü işçilik xidmətinin ehtimal olunan xərci 7000 manat təşkil edəcək. Müəssisələr arasında olan sıx əməkdaşlığı nəzərə alaraq bu xidmət üçün onlara 20 % endirim edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı MMC(bundan sonra-“iddiaçı”) 2021-ci il 8 iyul tarixində cavabdeh "xxxx" ASCyə(bundan sonra-“cavabdeh”) qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 2020-ci il 26 oktyabr tarixində baş vermiş sığorta hadisəsi nəticəsində ** AB *** dövlət qeydiyyat nişanlı “JOHN DEE RE JD 9970” markalı pambıqyığan kombayna(bundan sonra-“pambıqyığan kombayn”) dəymiş ziyanın əvəzi olaraq 420.005,80 manat sığorta ödənişi və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AZ/MİH/20/0155 nömrəli “X2 kompleks (kasko) sığorta şəhadətnaməsi”nə əsasən, cavabdeh iddiaçının istifadəsində olan nəqliyyat vasitələrinə görə sığorta müqaviləsi qüvvədə olan müddətdə (2020-ci il 20 sentyabr tarixindən 2020-ci il 20 dekabr tarixinədək) sığorta hadisələri nəticəsində dəymiş zərərin sığorta məbləğinin ödənilməsini öhdəsinə götürmüşdür. Sığorta şəhadətnaməsinə əsasən, sığorta məbləği 1 000 000 manat müəyyən olunmuşdur. 2020-ci il 26 oktyabr tarixində iddiaçının istifadəs ində olan pambıqyığan kombaynın sürücüsü Hacıqabul – Horadiz avtomagistralının girişində yolun dalğalı olması səbəbindən idarəetməni itirmiş və kombaynı aşırtmışdır. Sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna 420.005,80 manat məbləğində zərər dəymişdir. Sığortalanmış nəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC müstəqil qiymətləndirici şirkətin rəyinə əsasən dəymiş zərər 420.005,80 manat müəyyən edilsə də, bununla bağlı cavabdehdən hər hansı sığorta ödənişi həyata keçirilməmişdir. İddiaçının istifadəsində olan pambıqyığan kombayna dəymiş zərər ilə bağlı sığorta ödənişinin tələb edilməsi ilə bağlı 2021-ci il 18 yanvar tarixli, REF/0183/2021 saylı və 2021-ci il 19 aprel tarixli REF/1129/2021 saylı müraciətlərinə cavab olaraq, cavabdeh 2021-ci il 16 may tarixli 0811 sa ylı məktubu ilə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra-“MM”) 883.1-ci bəndinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

11. Tələbin maddi hüquqi əsası kimi MM-in 883.1, 922.1, 922.2, 922.3, 926.1, 926.2, 926.3, 933.1-ci maddələrinə istinad edilmişdir.

12. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, pambıqyığan kombayn əkin sahəsindən xeyli aralı və magistral yola çıxış yerində bunkeri pambıqla dolu vəziyyət də qəzaya düşmüş, bu da onun təyinatı üzrə istifadəsi qaydalarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış 2010-cu il 4 fevral tarixli X2 Kompleks Sığortası Qaydalarının 20.8-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin texniki təyinatına və göstəricilərinə uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı ortaya çıxan hər hansı zərərin əvəzi ödənilmir.

13. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 4 fevral tarixli, e-2-2(113)-193/2022 saylı qərardadı ilə iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-avtotexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə(bundan sonra-“MEM”) həvalə edilmişdir.

14. MEM tərəfindən verilmiş 2 022-ci il 26 may tarixli 9/1463-8/555 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyekti olan pambıqyığan kombaynın texniki təyinatına və göstəricisinə uyğun istifadə olunub-olunmamasının müəyyən edilməsi X1 sahəsində xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal məhkəmə tərəfindən qiymətləndirilə bilər. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" LTD tərəfindən tərtib olunmuş 2022-ci il 28 aprel tarixli qüsur aktındakı məlumatlara əsasən avto-hissələrin qiymətləri nəzərə alınmaqla pambıqyığan kombaynın təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 30810 manat müəyyən edilir.

15. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 29 iyul tarixli, e-2-2(113)-193/2022 saylı qətnaməsi ilə i ddia qismən təmin edilmiş, cavabdehdən 20810 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir(hakim Ü.Həsənova).

16. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında könüllü sığortası müqaviləsi bağlanmışdır və sığorta hadisəsinin baş verib-verməməsi halı sığorta müqaviləsinə əsasən müəyyən edilməlidir.

17. Belə ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığorta riskləri qismində yolnəqliyyat hadisəsi də göstərilmişdir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2020-ci il 26 oktyabr tarixində saat 19:45-də Sabirabad rayonunda kombaynı idarə edən X4(bundan sonra-“O.Nəsirov”) pambıq sahəsindən yük yerini boşaltmadan çıxarmış, yükün ağırlığı sü rücününün idarəetməni itirməsinə səbəb olmuş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra“İXM”) 327-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

19. Belə olan halda 2020-ci il 26 oktyabr tarixində sığorta hadisəsinin baş verməsi sübut olunur. Sığorta hadisəsinin baş verməsi cavabdehin iddiaçıya ünvanladığı “Sığorta ödənişinin ödənilməsindən imtina edilməsi haqqında” məktubda da təkzib olunmur. Ona görə də, iddiaçı cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır.Sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.

20. İş materiallarında olan sübutlarla iddiaçının istifadəsində olmuş kombayna həqiqətən zərər dəyməsinin təsdiq olunması, həmin zərərin Məhkəmə Ekspertiz a Mərkəzi tərəfindən verilmiş 2022-ci il 26 may tarixli 9/1463-8/555 nömrəli ekspert rəyinə əsasən təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 30810 manat müyyən edilməsi iddianın həmin hissədə təmin edilməsi üçün əsas hesab edilməlidir. Çünki həmin zərərin məhz 2020-ci il 26 oktyabr tarixində və tərəflər arasında bağlanmış könüllü sığorta müqaviləsində göstərilmiş sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunur.

21. Bundan əlavə, MEM tərəfindən verilmiş 2022-ci il 26 may tarixli 9/1463-8/555 nömrəli ekspert rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra-“MPM”) 101.7-ci maddəsinin tələblərinə əsasən tədqiq olunub digər sübutlarla yanaşı qiymətləndirilmiş, həmin rəyin sübut qismində nəzərə alınmasına mane olan hallar müəyyən edilməmişdir.

22. Bununla yanaşı, tərəflər arasında bağlanmış avtonəqliyyat vasitələrinin kompleks sığorta müqaviləsinə əsasən hər bir hadisə üzrə 10.000 manat şərtsiz azadolma məbləği müyyən edilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan sığorta məbləği 20810 manat (30810 manat -10000 manat) müəyyən edilməlidir.

23. Cavabdeh etirazının(bax §12) əsası kimi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin 2022-ci il 4 iyul tarixli məktubuna və 2022-ci il 17 iyul tarixli kütləvi informasiya vasitələri materialına (Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş 2022-ci il 4 iyul tarixli MİHO/1.2.12022-1981 nömrəli vəkil soruğusuna cavabdan görünür ki, “Yol hərəkəti haqqında” Azə rbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən traktorların, kənd təsərrüfatı maşınlarının və özügedən maşınların, texniki xarakteristikasına və ya vəziyyətinə görə, sürəti saatda 50 kilometrdən az olan digər nəqliyyat vasitələrinin, avtomagistralda xidmət işlərinin görülməsi halları istisna olmaqla istismarı qadağandır. Pambıqyığan kombaynın Qanunun tələblərinə əsasən müvafiq yollarda hərəkəti qadağandır), habelə 2021-ci il 24 iyun tarixli Məhkəmə X1 tərəfindən aparılmış “Yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasına dair ekspert rəyi”nə (rəyə əsasən O.Nəsirovun hadisədən qabaq bunkeri tam yüklü vəziyyətdə olan pambıqyığan kombayndan istifadəsi onun təyinatına uyğun olmamışdır. Ekspertizanın təyini haqqında müraciətdə təqdim olunmuş məlumatlara əsasən pambıqyığan kombaynın sür ücüsünün hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 57–ci maddənin 3-cü hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur) istinad etmişdir.

24. Cavabdehin istinad etdiyi həmin sənədlər məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz.

25. Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlər kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu sənədlər baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin onun təyinatı üzrə istifadə edilmədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

26. Belə ki, 2021-ci il 24 iyun tarixli M əhkəmə X1 tərəfindən hazırkı iş üzrə rəy verilərkən hansı tədqiqat obyektlərindən istifadə edilməsi, hansı materialların ekspertizaya təqdim edilməsi və ekspert tərəfindən araşdırılması müəyyən olunmur. Həmin rəydən məlum olur ki, təqdiqat prosesində yalnız inzibati xəta haqqında protokola və ekspertizanın təyin edilməsi barədə 2021ci il 16 iyun tarixli cavabdehin müraciətinə istinad edilmişdir.

27. Bundan əlavə, məhkəmə araşdırması zamanı kombaynın magistral yolda hərəkət etmədiyi, torpaq yolda hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır.

28. Cavabdehin bununla bağlı təqdim etdiyi şahid R.Əliyevin ifadəsinə münasibətdə məhkəmə bildirir ki, həmin şahid ifadəsindən onun baş vermiş yol nəqliyyat hadisənin birbaşa şah idinin olmaması və bundan əlavə şahidin hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdeh təşkilatla əmək müqaviləsi əsasında çalışan işçi olmaqla) maraqlı olan şəxs olması müəyyən edilmişdir.

29. Beləliklə, cavabdeh yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin – kombaynın onun təyinatı üzrə istifadə edilmədiyini, habelə yol hərəkəti qaydalarına zidd olaraq magistral yolda hərəkət etməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

30. Bundan əlavə, cavabdeh etirazının digər əsası kimi sığorta hadisəsi baş verən anda iddiaçının sığorta predmetinə dair hər hansı sığorta marağının olmamasına, ümumiyyətlə hazırkı iddianı verməklə bağlı subyektiv hüquqa malik olmamasına istinad etmişdir.

31. Məhkəmə cavabdehin bu arqumenti ilə də razılaşmır və bununla bağlı qeyd ed ir ki, materiallarda olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən kombayn "xxxx" ASC-yə məxsusdur, sonuncunun iddiaçı ilə bağladığı 2020-ci il 4 avqust tarixli AX-27/20 nömrəli “pambıqyığan kombaynların operativ lizinqə (istifadəyə) verilməsi” haqqında müqavilə əsasında 2020-ci il 31 dekabr tarixinədək iddiaçının qanuni sahibliyi və istifadəsinə verilmişdir.

32. Bundan əlavə, tərəflərin izahatlarından, məhkəməyə daxil olmuş ekspert rəyindən məlum olmuşdur ki, kombayn yol nəqliyyat hadisəsi baş verdikdən sonra iddiaçının özü tərəfindən və onun vəsaiti hesabına təmir edilmişdir.

33. İddiaçının nümayəndəsi öz izahatında təmirə təxminən 100.000(yüz min) manatdan artıq vəsait xərcləndiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı bir sübut (təmir-bərpa xərcləri və usta haqq larına dair) təqdim edə bilməmişdir.

34. Məhkəmə öz qətnaməsini MM-in 883.1, 894.1, 896.1, 898.1, 898.2, 898.4, 922.1, 922.2, 922.3, 926.1-ci, MPM-in 14.2, 76.2, 77.1, 119.1, 217.1-ci, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

35. İddiaçının nümayəndəsi 2022-ci il 30 avqust tarixində apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

36. Cavabdehin vəkili və nümayəndəsi 2022-ci il 13 sentyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

37. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 22(103)-76/2023 say lı qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).

38. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarı §§ 16-33 ) ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının lizinq müqaviləsi əsasında qanuni istifadəsində olmuş pambıqyığan kombayn 2020-ci il 20 sentyabr tarixindən 2020-ci il 20 dekabr tarixinədək cavabdeh tərəfindən kasko sığorta növündə sığortalanmış, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində-2020-ci il 26 oktyabr tarixində pambıqyığan kombayn qəzaya uğramış, kombayna ziyan dəymiş, sığorta ödənişi üçün iddiaçının cavabdehə müraciətinə c avabdeh tərəfindən imtina edilmiş, kombayn iddiaçının özü tərəfindən təmir edilmişdir.

39. Cavabdeh 2021-ci il 16 may tarixli məktubunda baş vermiş hadisənin sığorta hadisəsi olmasını qəbul etsə də, birinci instansiya məhkəməsində iddiaya etirazında və apellyasiya şikayətində hadisənin sığorta hadisəsi olmasını mübahisələndirdiyindən məhkəmə kollegiyası ilk öncə bu məsələyə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə MM-in 922.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı halda tərəflər arasında bağlanmış sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş sığorta müqaviləsində sığorta ödənişinin faydalanan şəxsə, yəni iddiaçıya ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta risklərindən biri olan yol nəqliyyat hadisəsi baş verdiyində n sığorta hadisəsinin baş verdiyi müəyyən olunur.

40. İddiaçının sığorta marağının olmaması və buna görə də, iddianı qaldırmağa subyektiv hüququnun olmadığına dair cavabdehin apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, MM-nin 889.2-ci maddəsində sığorta marağının mövcudluğu şəxslə sığorta predmeti arasında qanundan və ya mülki-hüquqi müqavilədən irəli gələn əlaqə ilə tanındığından, hazırkı halda isə 2020-ci il 26 oktyabr tarixində sığorta hadisəsi baş verdikdə sığortalanmış kombaynın iddiaçıya lizinqə verilməsinə dair "xxxx" ASC ilə bağlanmış 2020-ci il 4 avqust tarixli müqavilə qüvvədə olduğu və kombayn hadisədən sonra iddiaçının vəsaiti və ehtiyat hissələri ilə təmir edildiyi nəzərə alınarsa iddiaçının sığorta marağının mövcudluğu müəyyən olunur.

41. Cavabdehin s ığortalanmış kombaynın yüklü vəziyyətdə magistral yolda hərəkət etməsinin sığorta ödənişindən verilməsindən imtina üçün əsas olması ilə bağlı mülahizələrə məhkəmə hüquqi qiymət verərək hesab edir ki, əvvəla cavabdeh 2021-ci il 16 may tarixli məktubunda bu əsasa istinad etməmiş, hadisəni sığorta hadisəsi hesab edərək hətta qarşı tərəfə dəyən zərərin hesablanmaı üçün mütəxəssis dəvət etmiş, hesablanmış zərər məbləğinə qismən sığorta şərtlərini tətbiq edildikdən və azadolma məbləği çıxıldıqdan sonra ödəniləcək məbləğ qalmadığını göstərmişdir.

42. Bundan əlavə cavabdehin özünün istinad etdiyi, tərəflər arasında sığorta müqaviləsi bağlanarkən əsas göstərilmiş “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” Qaydalarının 32-ci maddəsinə sığorta ödənişinin verilməsindən imtinanın konkret əsasları nəzərdə tutulmuş, cavabdeh həmin əsaslardan hər hansı birinin mövcud olduğunu sübut edə bilməmişdir.

43. Qaydaların 20.8-ci maddəsində nəzərdə tutulmuş hadisənin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin normada nəzərdə tutulmuş həddən artıq yükləmə dedikdə nəyin nəzərdə tutulduğu Qaydaların 3-cü maddəsinin 16-cı bəndində qeyd edilir. Həmin normaya əsasən nəqliyyat vasitəsində оnun tехniki göstəricilərindən artıq sayda və ya ağırlıqda sərnişin və ya yük daşınması sığorta təminatı verilmir. Deməli, həddən artıq yüklənmə halının mövcudluğunu təsdiq etmək üçün cavabdeh sübut etməli idi ki, kombaynda faktiki mövcud olan yükün çəkisi onun texniki göstəricilərinə əsasən daşıya biləcəyi çəkidən çox olmuşdur. Sığortalanmış kombaynda sığorta hadisəsi baş verərkən mövcud olmuş yükün çəkisi b arədə işdə məlumat olmadığından kombaynın həddən artıq yüklənib-yüklənmədiyinə hüquqi qiymət vermək mümkün deyil.

44. Bundan əlavə hazıkı halda kombaynın yük yerini boşaltmadan magistral yolla hərəkət etməsi inzibati xəta tərkibi (İXM 327.1-ci maddəsi) yaradan pozuntu olsa da, avtоnəqliyyat vasitəsinin tехniki təyinatına və göstəricilərinə uyğun оlmayan məqsədlərlə istifadə еdilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, istifadə sözünün leksik mənası-faydalanma, fayda götürmə məqsədilə işlətmə deməkdir. Nəqliyyat vasitəsinin olduğu yerdən müəyyən ünvana çatmaq üçün yolla hərəkəti onun təyinatına uyğun olmayan məqsədlə istifadə edilməsi kimi hüquqi qiymət vermək olmaz. Pambıqyığan kombaynla sərnişin və digər yüklərin daşınması üçün istifadə edilsəydi o halda təyinatına uyğun olmayan məqsə dlə istifadə halı baş vermiş olardı. Sürücünün inzibati xəta törətməsi isə hazırkı halda sığorta ödənişi ödənilməsindən imtina üçün əsas ola bilməz.

45. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Məhkəmə yol nəqliyyat hadisələri Ekspertiza”sı rəyində sığortalanmış kombaynın texniki göstəricilərinə əsasən hansı ağırlıqda yük daşıya biləcəyi müəyyən edilmədən (rəydə yalnız bunkerin həcmi qeyd edilmişdir) və sığorta hadisəsi baş verərkən bunkerdə olmuş yükün çəkisi barədə məlumat olmadan kombaynın yüklü olması əsası ilə istifadəsinin onun təyinatına uyğun olmadığı qeyd edildiyindən məhkəmə həmin rəyi cavabdehin dəlillərini təsdiq edən mötəbər sübut kimi qəbul edilmir. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, ümumiyyətlə kombaynın sığota hadisəsi baş verərkən təyinatına uyğ un istifadə edilib-edimədiyinə hüquqi qiymət verilməsi yol X3nın səlahiyyətinə aid deyil. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, iddianın təmin edildiyi hissədə mübahisələndirilən qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. İddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, sığorta hadisəsi nəticəsində zərər dəymiş kombaynın iddiaçı tərəfindən təmir edildiyindən hadisə nəticəsində dəymiş ziyanın həcmi məhkəmə tərəfindən yalnız iş materiallarına əlavə edilmiş qüsur aktları əsasında müəyyən edilə bilərdi. İddiaçı apellyasiya şikayətində "xxxx" ASC-nin 2021-ci il 16 may tarixli məktubunda kombayna dəymiş zərərin ekspertlər tərəfindən 123.000 manat qiymətləndirilməsinin qeyd edildiyini göstərərək məhkəmə tərəfindən iddiaçının tələbinin ən azı bu məbləğdə təmin edilməsini xahiş edir.

47. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qeyd edilən məktubda göstərilmiş 123.000 manat zərər məbləği cavabdeh tərəfindən “Avtonəqliyyat vasitələrinin texniki ekspertizasının” rəyinə əsasən müəyyən edildiyindən, həmin rəyi tərtib edən ekspert İlqar Zeynalov isə 2022-ci il 27 iyul tarixində birinci instansiya məhkəməsinə teleqramla müraciət edərək rəy tərtib edilərkən hesablamada səhvə yol verdiyi üçün rəyin etibarsız hesab edilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəyi mötəbər sübut kimi qəbul etməmiş və iş üzrə ekspertiza təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin "xxxx" LTDnin mütəxəssis rəyi əsasında verdiyi ekspert rəyində sığorta hadisəsi nəticəsində ziyan dəymiş pambıqyığan kom baynın təmir bərpa xərci üçün 30810 manat vəsait tələb olunduğu qeyd edilmişdir. İddiaçı tərəfə sığorta hadisəsi nəticəsində dəymiş real zərərin bu məbləğdən artıq olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən iddianın rədd edildiyi hissədə də qətnamə qanuni və əsaslı hesab edilir.

48. Məhkəmə öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik normalarına, həmçinin “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” Qaydalarının 20.8, 32-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

49. Qətnamə 2023-cü il 23 yanvar tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.

50. İddiaçının nümayəndəsi və vəkili 2023-cü il 17 mart tarixində kassasiya şikayəti verərək qətnamənin iddiaçıya aid olan hissədə ləğv edilməsini və iddia tələbinin təmin ed ilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

51. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 17 mart tarixində kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) iddiaçının kassasiya şikayətinin dəlilləri

52. MM-in 389-cu maddəsi üzrə: Apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 2022-ci il 26 may tarixli 9/1463-8/555 saylı ekspert rəyinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, sığorta hadisəsi nəticəsində iddiaçının istifadəsində olan pambıqyığan kombayna ümumilikdə 30810 manat məbləğində zərər dəymişdir. Apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi dəlilinə münasibətdə bildiririk ki, tədqiqat obyekti olan kənd təsə rrüfatı texnikası təmir olunduqdan sonra ekspertizaya təqdim edildiyi üçün pambıqyığan kombayna dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı ekspertiza qarşısında qoyulmuş sualın cavablandırılması qeyri-mümkün hesab edilmişdir. Buna baxmayaraq, ekspert, iş materiallarında mövcud olan sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı cavabdeh – Azsığorta” ASC-nin sorğusuna cavab olaraq, "xxxx" MMC tərəfindən ünvan sahibinə göndərilmiş müşayiət məktubuna qoşma şəklində əlavə edilmiş 2022-ci il 28 aprel tarixli qüsur aktını əsas götürərək, pambıqyığan kombaynın bərpası üçün təxminən 30810 manat vəsaitin tələb olunduğunu göstərmişdir. Yuxarıda qeyd olunanlar ilə bağlı bildiririk ki, ilkin olaraq daha əvvəl "xxxx" MMC tərəfindən kənd təsərrüfatı texnikası üzərində aparılmış diaqnostika nəticəsində(təmirdən öncə) 2021-ci il 2 mart tarixli qüsur aktı tərtib edilmiş və sığorta hadisəsi nəticəsində pambıqyığan kombaynın sıradan çıxmış 238 növdə ehtiyat hissələrinin “service-advisor” proqramına uyğun olaraq bərpası üçün və işçilik haqqı daxil olmaqla ümumilikdə 420005 manat vəsaitin tələb olunduğu göstərilmişdir. Lakin, bizə məlum olmayan səbəblərdən, ilkin qüsur aktı tərtib edildiyi tarixdən 1 ildən artıq müddət keçdikdən sonra, "xxxx" MMC tərəfindən tərtib edilmiş yeni, 2022-ci il 28 aprel tarixli qüsur aktında, sığorta hadisəsi nəticəsində iddiaçının istifadəsində olan həmin pambıqyığan kombaynın yararsız vəziyyətə düşmüş cəmi 7 növdə ehtiyat hissələrinin “2-ci əl”dən ehtiyyat hissələri ilə əvəzedilməsi üçün və işç ilik haqqı daxil olmaqla ümumilikdə 30810 manat vəsaitin tələb olunduğu qeyd edilmişdir. Beləliklə, texniki-servis xidməti göstərən eyni adlı şirkət tərəfindən sığorta hadisəsi nəticəsində sözügedən kənd təsərrüfatı texnikasına dəymiş zərərin məbləğinin müəyyən edilməsilə bağlı bir-birinə zidd olan, ayrı-ayrı tarixlərdə tərtib edilmiş qüsur aktlarının mötəbərliyi şübhə altına alınır. Belə olan halda, "xxxx"MMC tərəfindən tərtib edilmiş 2022-ci il 28 aprel tarixli qüsur aktı yazılı sübut kimi məhkəmə tərəfindən qəbul edilə bilməzdir.

53. MM-in 883.1-ci maddəsi üzrə: Həmçinin qeyd edirik ki, "xxxx" MMC tərəfindən sözügedən kənd təsərrüfatı texnikasının təmiri məqsədilə qeyd etdiyi “2-ci əl” ehtiyat hissələrinin keyfiyyət və yararlılıq baxımından iddiaçının tələblərinə uyğun olub-olmayacağı i lə bağlı maraqları nəzərə alınmamışdır. Halbuki, bu halda iddiaçının maraqları nəzərə alınaraq, sözügedən pambıqyığan kombaynın təmiri ilə bağlı ehtiyat hissələrinin “2-ci əl” ehtiyat hissələri ilə əvəz edilməsi üçün iddiaçının razılığı olmalı idi. Belə ki, keyfiyyət və yararlılıq baxımından “2-ci əl” ehtiyat hissələrinin tətbiqi, gələcəkdə texnikanın uzunmüddətli və məhsuldar istifadəsinə imkan verib-verməyəcəyini şübhə altına ala bilər. Həmçinin, bildiririk ki, məhkəmə icraatı zamanı məhkəmə tərəfindən sığorta hadisəsi nəticəsində pambıqyığan kombayna dəymiş zərərin aradan qaldırılması ilə bağlı iddiaçıdan, çəkilmiş təmir xərcləri barədə məlumatın təqdim edilməsi sığorta qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 14.3.2.2-cü bəndinə əsasən, avto mobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tamvə ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortasıdır. Odur ki, sığorta obyektini təşkil edən kənd təsərrüfatı texnikasının iddiaçı tərəfindən normal vəziyyətə gətirilməsi üçün çəkdiyi cari xərclər sığortalıya dəymiş maddi zərərin aradan qaldırılmasını özündə ehtiva edə bilməz.

54. MPM-in 88 və 106.3-cü maddələri üzrə: Eyni zamanda bildiririk ki,sığorta ödənişinin verilməsindən imtina edilməsi ilə bağlı cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2021-ci il 16 may tarixli, 0811 saylı məktubda sığorta hadisəsi nəticəsində iddiaçının istifadəsində olan pambı qyığan kombayna dəymiş zərərin məbləği 123000 manat kimi qiymətləndirilərək etiraf edilmişdir. a) cavabdehin kassasiya şikayətinin dəlilləri

55. MM-in 922.1-ci maddəsi üzrə: İş materiallarında olan AZ/MİH/20/0155 saylı sığorta müqaviləsi, MM-in 899.1.2-ci maddəsinə əsasən müvafiq sığorta qaydaları ilə sığortalının (iddiaçı) razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı(cavabdeh) tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılmışdır. AR Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə razılaşdırılmış 2010-cu il 4 fevral tarixli X2 Kompleks Sığortası Qaydaları isə sözügedən müqavilənin tərkib hissəsi olmaqla yanaşı yaranmış münasibətləri tənzimləyir (bax. Şəhadətnamənin şərtlər bölümü). Həmin Qaydaların 3-cü maddəsinin 16-cı hissəsində göstərilib ki, nəqliyyat vasitəsində onun texniki göstəricisindən artıq və ya ağırlıqda sərnişin və ya yük daşınması sığorta təminatı ilə əhatə olunmur. Qaydaların 20.8-ci maddəsində qeyd olunub ki, həddən artıq yükləmə və ya dartma da daxil olmaqla, avtonəqliyyat vasitəsinin texniki təyinatına və göstəricilərinə uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı ortaya çıxan hər hansı zərərin əvəzi ödənilmir. Göründüyü kimi, məhkəmə sığorta predmetinin texniki təyinatına uyğun olmamasını nəzərə almayaraq MM-in 922.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə hüququ normalarında qeyd olunan “sığorta riskləri” ilə “sığorta hadisəsi” anlayışlarını düzgün tətbiq etməmişdir. Belə ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.18-ci maddəsinə əsasən sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlikdir. Yəni sığortalının əmlak mənafeləri (sığorta obyekti) ilə bağlı zərərin yaranmasına dəlalət edən ehtimaldır. Məs.: nəqliyyat vasitəsinə “yol-nəqliyyat hadisəsi” riskindən könüllü (KASKO) müqavilə üzrə sığorta təminatı verilir. Lakin sürücü alkoqol sərxoşluğu halında və ya sürücülük hüququ olmadan sığorta predmetini idarə edir və sığorta şirkəti müqavilənin istisnalar bölümünə istinad edərək sığorta ödənişinin verilməsindən imtina edir. Bu halda sığorta riski gercəkləşir, yəni ehtimal edilən hadisə baş verir, lakin sığorta şirkətinin sığorta ödənişi vermək öhdəliyi yaranmır. Ona görə ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 1.1.19-c u maddəsinə əsasən sığorta hadisəsi –... sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Alkoqol sərxoşluğu halında və ya sürücülük hüququ olmadan sığorta predmetini idarə edilməsi isə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya ödənilməsi üçün əsas olan hal deyil. Deməli, sığorta riskinin gercəkləşməsi (yol-nəqliyyat hadisəsinin baş vemrəsi) hələ özlüyündə sığorta hadisəsinin baş verməsi demək deyil. Belə ki, tərəflər arasında bağlanmış sığorta müqaviləsində qismində yol-nəqliyyat hadisəsi də göstərilmişdir. Qeyd olunanlardan əlavə məhkəmə “Traktorçu”nun kombaynı qanunsuz idarə etməsinə münasibət bildirməmişdir.

56. MM-in 889-cu maddəsi üzrə: Həmin ma ddədə göstərilmişdir ki, “sığorta marağı” sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Sığortalının öz həyatı, habelə arvadının (ərinin), valideynlərinin, uşaqlarının, işçilərinin, işəgötürəninin, borclusunun, qəyyumunun, qəyyumluğunda olan şəxsin həyatı ilə bağlı sığorta marağı mövcuddur. Sığorta marağımövcud olmadan bağlanan sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. Sığorta marağının gələcəkdə əldə edilməsi ehtimalı müvafiq sığorta müqaviləsinin bağlanması üçün əsas deyil. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Lakin məhkəmə iddiaçının subyektiv hüququnu, yəni sığorta predmetinin hazırda iddiaçıda olmadığı və təmirə pul vəsaiti xərcləmədiyi halda, ona müvafiq kompensasiyasının ödənilməsini təmin etmişdir.

57. MPM-in 76.2-ci maddəsi üzrə: Məhkəmə həmin maddəyə istinad edərək göstərmişdir ki, yazılı sənədlər sübut hesab olunur. Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndiri lməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübut da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda ona qiymət verilməlidir. Məhkəmə göstərmişdir ki, cavabdehin Məhkəməyə təqdim etdiyi sənədlər 1. kifayət qədər güclü, 2. aydın 3. konkret olmadığından, 4. eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən bu sənədlər baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin onun təyinatı üzrə istifadə edilmədiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmənin sübutların kifayət qədər güclü, aydın, konk ret olmadığı, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyinin hansı meyarla ölçməsi ümumiyyətlə bizə çox maraqlı oldu. Belə ki, bu cür ölçmə məhkəmə qətnaməsində göstərilməmişdir. Ona görə də hesab edirik ki, məhkəmə tərəfləri gözlənilməz qərarla tanış etməmişdən əvvəl, mübahisənin vəziyyətini müzakirə etməli idi. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin onun təyinatı üzrə istifadə edilmədiyini təsdiq edən hansı sübutların tələb olunması bildirməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

59. Kassasiya şikayətləri vaxtında verilmiş, kassasiya şikayətlərinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona gö rə də, şikayətlər mümkün hesab edilmişdir.

60. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddiaçıya aid olan hissədə, cavabdeh isə bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

61. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

62. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır....” “Maddə

894. Qrup halında sığorta 894.1. Qrup halında sığorta zamanı bir sığorta müqaviləsi ilə bir neçə sığorta predmeti sığortalanır....” “Maddə

896. Qismən sığorta 896.1. Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu h alda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun....” “Maddə

898. Azadolma məbləği və gözləmə müddəti 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.... 898.4. Şərtsiz azadolma məbləğ i nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir....” “Maddə

922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. “Maddə

926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta m üqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır....”

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar... 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Mə hkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, habelə qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən və kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli, e-22(103)-76/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir.

65. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı və cavabdehin kassasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətlərinin dəlilləri eynilik təşkil etdiyindən, apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə dolğun cavab verildiyindən( bax §§ 38-47) kassasiya şikayətlərinin dəlillərinə yenidən cavab verilməsinə lüzum görülmür.

66. Digər tərəfdən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

67. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında sığorta müqaviləsi olması, kombaynın cavabdeh tərəfindən sığortalanması, müqavilədə sığortalı və faydalanan şəxs kimi iddiaçının göstərilməsi, sığorta müddətinin 2020-ci il 20 sentyabr tarixindən 2020-ci il 20 dekabr tarixinədək olması, sığorta hadisəsinin müqavilənin qüvvədə olduğu dövrdə yəni 2020-ci il 26 oktyabr tarixində baş verməsi işin mübahisəsiz halıdır.

68. Belə olan halda apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.

69. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadəsində olmuş kombayna həqiqətən zərər dəyməsinin təsdiq olunması, həmin zərərin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 2022-ci il 26 may tarixli 9/1463-8/555 nömrəli ekspert rəyinə əsasən təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 30810 manat müyyən edilməsi iddianın həmin hissədə təmin edilməsi üçün əsas hesab edilməlidir. Çünki həmin zərərin məhz 2020-ci il 26 oktyabr tarixində və tərəflər arasında bağlanmış könüllü sığorta müqaviləsində göstərilmiş sığorta hadisəsi nəticəsində dəyməsi işin araşdırılan halları ilə sübut olunmuşdur.

70. Bununla yanaşı, tərəflər arasında bağlanmış avtonəqliyyat vasitələrinin kompleks sığorta müqaviləsinə əsasən hər bir hadisə üzrə 10.000 manat şərtsiz azadolma məbləği müyyən edilmişdir.

71. Odur ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq birinci instansiya məhkəməsinin (cavabde h tərəfindən iddiaçıya ödənilməli olan sığorta məbləği 20810 manat müəyyən edilməsi) qətnaməsini qüvvədə saxlamışdır.

72. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır. Kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 2-2(103)-76/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkə mə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 11 yanvar tarixli 22(103)-76/2023 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar