Məhkəmə qərarları › İş №2-2(102)-266/2022

Ali Məhkəmə Qərardad — İş №2-2(102)-266/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(102)-266/2022 ALİ MƏHKƏMƏ Kommersiya Kollegiyasının İddiaçı Şirkətinin cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: kassasiya şikayətinin baxışdan çıxarılması 29.03.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu, Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, iddiaçı Şirkətinin Cavabdehə qarşı pul tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli 2-2(103)-1284/2021 saylı qətnaməsindən iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ 1. “İddiaçı” Şirkəti (bundan sonra – “Ş irkət”) 2018-ci il 8 may tarixində Cavabdehə (bundan sonra – "MMC") qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək MMC-dən Şirkətin xeyrinə 720.000 ABŞ dolları məbləğində icarə və xidmət müqaviləsi üzrə borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 iyun tarixli 2-2(82)-490/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim – E.Mustafayev).

3. MMC 2021-ci il 24 sentyabr tarixində apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasıni və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli 2-2(103)-1284/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 20 iyun tarixli 2-2(82)-490/2018 saylı qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir (sədrlik edən – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışova).

5. Şirkət həmin qətnamədən 2022-ci il 20 fevral tarixində kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Kassasiya şikayəti icraata qəbul edilmiş, işə kassasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasında yazılı icraat qaydasında baxılması təyin edilmişdir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi... 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir....” “Maddə

408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüq uqu olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır....” “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər....” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

8. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə kassasiya şikayətinə kassasiya icraatında baxıla bilməz.

9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 d ekabr tarixli 2-2(103)-1284/2021 saylı qətnaməsindən Şirkət tərəfindən verilmiş kassasiya şikayəti Vəkil tərəfindən imzalanmışdır.

10. İş materiallarında olan vəkil orderində (i/v 186) hüquqi yardım göstərilən şəxs hissəsində “İddiaçı” Şirkəti qeyd edilmişdir.

11. Eyni zamanda, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş etibarnəməyə (i/v 184) əsasən: a) ETİBAR EDƏN(lər)/TƏMSİL EDİLƏN(lər)/ (cəmi 1 nəfər):

1. HONQ KONQ XÜSUSİ İNZİBATİ REGİONU ünvanında yerləşən “İddiaçı” ŞİRKƏTİ /VÖEN:0 adından - DONG YUN - (ƏPıPCHN G********. 23.08.2010. GİRİŞ VƏ ÇİXİŞ ADMİNSTRASİYASİ; FİN:; d/t:21.05.1970) b) SƏLAHİYYƏTLƏRİ ÖTÜRMÜŞ(lər) (cəmi 1 nəfər):

1. BAKİ, MƏN 507 C ünvanında qeydiyyatda olan TAN XİNGYİ -- (MYV:MYİ ********** 02.05.2021, DMX (PASPORT: CHN ********/12.04.2018); FİN: 10 5EE4; d/l: 09.09.1961), (Etibarnamə barədə məlumat *********: 28.09.2017, Bakı şəhəri 13 saylı dövlət notariat ofisi) c) ETİBAR EDİLƏN(lər) (cəmi 1 nəfər):

1. MİNGƏÇEVİR ŞƏHƏRİ, ******** ünvanında qeydiyyatda olan Vəkil1 (ŞV:AA*******,16.02.2019, ASAN-MİNGƏÇEVİR, FİN: xxxxxxx; d/t: xx.xx.1984)

12. Göründüyü kimi, kassatorun Şirkət olmasına baxmayaraq, həmin Şirkəti təmsil edən vəkilə verilmiş etibarnamə hüquqi şəxs olaraq Şirkət deyil, fiziki şəxs tərəfindən verilmişdir.

13. Halbuki MPM-in 73.4-cü maddəsinin (bax yuxarıda § 7) tələbi ondan ibarətdir ki, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya digər səlahiyyətli şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilməlidir.

14. Lakin hazırkı halda kassasiya şikayətinin verilməsi üçün etibarnamə fiziki şəxs tərə findən notarial qaydada təsdiq olunmaqla verilmiş, beləliklə qanunun istinad olunan tələbi pozulmuşdur.

15. Belə olan halda, Vəkil Şirkətin təmsilsiçisi kimi, həmin etibarnamə ilə hazırkı kassasiya şikayətini imzalamağa səlahiyyəti olmamışdır.

16. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi MPM-in 408.1 və 408.1.1-ci maddələrinin (bax yuxarıda § 7) tələblərinə uyğun olaraq, kassasiya şikayətini geri qaytarmaq əvəzinə, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərmişdir.

17. Qeyd edilənlərə əsasən, MPM-in 417.1.7-ci maddəsinə (bax yuxarıda § 7) görə, hazırkı iş üzrə kassasiya şikayətinin icraata qəbul olunmasına dair qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və MPM-nin 402.1, 408 və 417 maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 dekabr tarixli 2-2(103)-1284/2021 saylı qətnaməsindən iddiaçı “İddiaçı” Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 mart tarixli 2-2(102)-266/2022 saylı qərardadı ləğv edilsin və kommersiya mübahisələri üzrə iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar