Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-266/2023 24.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 2-2(103)-111/2023 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. İ. İŞİN HALLARİ
1. İddiaçı ASC ilə “1ST Construction" MMC (əvvəlki adı "xxxx" MMC) arasında bağlanmış 2020-ci il 14 yanvar tarixli 2020/ASM/011 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ASC məhsulları alıcıya satır və çatdırır, Cavabdeh MMC isə həmin məhsulları qəbul edib onun dəyərini İddiaçı ASC-yə ödəyir. Ödəniş gecikdirildiyi halda İddiaçı ASC gecikdirilən hər bir gün üçün əsas borcun 0,1% miqdarında cərimənin və bundan yarana biləcək inzibati xərclərin ödənilməsini cavabdehdən tələb edə bilər. 2. 2020-ci il 30 mart tarixli EBAİ seriyalı 221460 nömrəli, 2020-ci il 28 aprel tarixli EBAJ seriyalı 268077 nömrəli, 2020-ci il 14 may tarixli EBAJ seriyalı 912968 nömrəli və 2020-ci il 31 may tarixli EBAK seriyalı 541009 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı ASC müqavilə üzrə müəyyən e dilmiş malları “1ST Construction" MMC-yə satmışdır. 3. 2021-ci il 1 iyun tarixli İddiaçı ASC ilə cavabdeh “1ST Construction" MMC arasında bağlanan borcun etirafı və ödənilməsinə dair sazişdən görünür ki, “1ST Construction" MMC müqavilə üzrə yaranmış ƏDV daxil 119.876,35 manat məbləğində borcunu etiraf etməklə qeyd olunan məbləğlərin tam ödənilməsini öhdəsini götürür.
4. OD6 nömrəli ödəniş tapdırğından görünür ki, İddiaçı ASC 160 manat məbləğində hüquqi yardımla bağlı çəkilmiş xərci “İsmayılbəyli və partnyorları” vəkil bürosuna ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC (bundan sonra – “iddiaçı”) 2022-ci il 15 iyul tarixində iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, “1ST Construction" MMC-dən (bundan sonra – “cavabdeh”) 66.777 manat borcun, 26.522,53 manat cərimənin, 160 manat vəkil xərcinin, cəmi 93.459,53 manat məbləğində pulun birdəfəlik tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 2020-ci il 14 yanvar tarixli 2020/ASM/011 nömrəli “sementin alqı-satqısına” müqaviləyə (bax yuxarıda § 1) əsasən cavabdeh iddiaçıya 66.777 manat əsas borc və 26.522,53 manat cərimə, ümumilikdə 93.299,53 manat məbləğində pul ödəməlidir.
7. Tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 5.3, 6.2, 385.1, 425.1, 442, 443.1, 445.1, 445.2, 448.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 121.1-ci maddələrinə istinad edil mişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 6 sentyabr tarixli e-2-2(113)-4078/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən 66.777 manat əsas borc, 2.223 manat cərimə və 160 manat vəkil xərci cəmi 69.160 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim – E.Əliyev).
9. İşin hallarına (bax yuxarıda §§ 1-3) istinad edən birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdeh alınan mallara görə borcunu tam olaraq ödəməmişdir. İddia 66.777 manat əsas borc və 160 manat vəkil xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məblə ğ azaldılaraq 2.223 manat məbləğində müəyyən edilməlidir.
10. Birinci instansiya məhkəməsi öz qətnaməsini MM-in 467, 567-ci, MPM-in 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
11. Cavabdehin qanuni təmsilçisi 2022-ci il 3 noyabr tarixində apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələblərinin təmin edilməsi hissəsində ləğv olunmasını və iddia tələbinin tam rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 22(103)-111/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – A.Hüseyn və R.Qurbanov).
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi (bax yuxarıda § 9) ilə razılaşmış və əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir.
14. Cavabdehin apellyasiya şikayətindən görünür ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə dəyəri tələb edilən malların təhvil verildiyini mübahisələndirməklə yanaşı iddiaçıya olan bütün borcun ödənildiyini bildirərək bu halın məhkəmə tərəfindən araşdırılmasını xahiş etmiş, lakin ödənişləri təsdiq edən sübutları nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.
15. İş materiallarından görünür ki, tərəflər arasında 2021-ci il 1 iyun tarixində mövcud borcun etirafı barədə saziş imzalanmış və cavabdeh həmin ta rixə iddiaçıya ƏDV daxil 119.876,35 manat əsas borcunu təsdiq etmişdir. MM-nin 882.2-ci maddəsinə əsasən, cavabdeh həmin sazişi imzalamaqla iddiaçıya qarşı başlıca əqddən, yəni alq-satqı müqaviləsindən irəli gələn etirazlarını irəli sürmək hüququnu itirmişdir. Buna görə də apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır ki, iddanın əsaslı olduğu kifayət qədər mötəbər sübutlarla təsdiq edilir.
16. Tərəflər arasında bağlanmış müqavilədə, o cümlədən 2021-ci il 1 iyun tarixli mövcud borcun etirafı barədə sazişdə cavabdeh iddiaçıya 47.361,66 manat cərimə ödəyəcəyini qəbul etdiyindən qətnamə cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edilir. Tutulmuş 2.223 manat cərimə manat əsas borca mütənasib olduğundan cərimə borcunun azaldılması və ya ləğ v edilməsi üçün əsaslar müəyyən edilmir.
17. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini MM-in 462.1, 463.1, 465.2, 467, 567, 882.1, 882.2, 882.3-cü, MPM-in 77.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
18. Qətnamə 2023-cü il 2 fevral tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
19. Cavabdehin nümayəndəsi və vəkili 2023-cü il 30 mart tarixində kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 528-ci maddəsi üzrə - Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən alınmış bütün malların dəyərinin ödənildiy ini nəzərə almamış və MM-in 528-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu səhvi təkrarlayaraq, iddiaçıdan təhvil-təslim aktlarını tələb etməmişdir. İş materiallarından da göründüyü kimi malların təhvil verilməsi barədə işdə heç bir sübut mövcud deyildir. Məhkəmə yalnız elektron qaimələrə istinad etmişdir ki, bu qaimələr özü-özlüyündə malın təhvil verilməsini sübut etmir. Cavabdeh iddiaçıya olan bütün borcunu ödəmişdir.
21. MPM-in 88-ci maddəsi üzrə - Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən faktları – alınmış malların dəyərinin ödənilib-ödənilməməsini araşdırmamış, bununla da işdə olan sübutları hərtərəfli və tam baxmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
25. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası mə hkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə
463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pul u haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır....” “Maddə
465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər....” “Maddə
467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbb ə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
881. Barışıq razılaşması haqqında müqavilə... 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur. Maddə
882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur....”
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakı lar nəzərdə tutulur: “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır....” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığ ı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” İV. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. İddiaçı cavabdehdən 66.777 manat borcun və 26.522,53 manat cərimənin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddianı əsas borc hissəsində tam, cərimə hissəsində qismən (2.223 manat) təmin etmiş, apellyasiya instansiyası məhkəməsi aşağı məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır.
29. Cavabdehin kassasiya şikayətində göstərilən eyniməzmunlu dəlillər apellyasiya icraatında da bildirilmiş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri cavablandırmış, iş üzrə gəldiyi nəticəni lazımi qaydada əsaslandırmışdır.
30. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2021-ci il 1 iyun tarixində mövcud borcun etirafı barə də saziş imzalanmış və cavabdeh həmin tarixə iddiaçıya ƏDV daxil 119.876,35 manat əsas borcunu təsdiq etmişdir. MM-in 882.2-ci maddəsinə əsasən, cavabdeh həmin sazişi imzalamaqla iddiaçıya qarşı başlıca əqddən, yəni alqı-satqı müqaviləsindən irəli gələn etirazlarını irəli sürmək hüququnu itirmişdir. Buna görə də iddanın əsaslı olduğu kifayət qədər mötəbər sübutlarla təsdiq edilir. Tərəflər arasında bağlanmış müqavilədə, o cümlədən 2021-ci il 1 iyun tarixli mövcud borcun etirafı barədə sazişdə cavabdeh iddiaçıya 47.361,66 manat cərimə ödəyəcəyini qəbul etdiyindən qətnamə cərimə borcunun tutulması hissəsində də əsaslı hesab edilir. Tutulmuş 2.223 manat cərimə manat əsas borca mütənasib olduğundan cərimə borcunun azaldılması və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
31. Kassator özünü n kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əlavə və tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
32. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşdığından kassasiya şikayətinin dəlilləri üzrə təkrar hüquqi dəyərləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, işdə olan sübutları onların qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 27) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax yuxarıda § 27) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
33. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar ta rixli 2-2(103)-111/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 25 yanvar tarixli 22(103)-111/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.